Film Fiction Magazine N30

Page 1


Film Fiction Magazine

Pahoo.az əyləncə və xəbər platformasıdır. Saytda oxumaqdan və paylaşmaqdan zövq alacağınız materiallar hazırlanır.

 info@pahoo.az  pahoomedia  pahooaz  pahoo.az  pahoo.az

2


Film Fiction Magazine

Redaksiya Şef redaktor

ŞAHIN XƏLIL

Redaktor

NURANƏ AXUNDZADƏ MIR BAĞIR

Dizayn və tərtibat TURAL ƏLISOY

PR menecer

FUAD ALQAYEV MƏTLƏB MUXTAROV

Videoqraf

ELVIN CƏBIZADƏ

REDAKTORDAN 2011-ci ilin bu günü Azərbaycanda ilk elektron film jurnalı – “Film Fiction”-ın ilk sayı yayımlandı. Artıq 6 ildir ki, Film Fiction sizinlədir. Nə qədər problemlər olsa belə, jurnalın ayaqda qalması üçün əlindən gələni edən peşəkar komandaya, ümumiyyətlə bizimlə əməkdaşlıq etmiş, jurnalın tərkib hissəsinə çevrilmiş şəxslərə, Film Fiction jurnalı oxucularına və dəstək olan hər bir dostumuza təşəkkür edirik! Bərabər daha çox yaşlara və illərə... Jurnalın budəfəki sayı bütövlüklə Azərbaycan kinosu haqqındadır. Bu sayımızı Azərbaycan kinosunun iki böyük rejissoru Rasim Ocaqov və Arif Babayevə həsr etmişik. Jurnalda adı çəkilən, dünyasını dəyişmiş bütün böyük sənətkarlarımızı sevgi ilə anır, yaşayanlara isə uzun ömür, yaradıcılıq uğurları arzulayırıq. Hörmət və sevgi ilə…

Şahin X.

Üz qabığı rəsmi: Amina Baxadova

ƏLAQƏ:

 filmfictionmagazine@gmail.com    filmfictionmagazine  filmfiction

3


Film Fiction Magazine

6

RASİM OCAQOV İRI PLANDA

Müəllif: Şahin Xəlil

Müəllif: Hacı Səfərov

ARIF BABAYEV VƏ BAKI

20 28

Müəllif: Samirə Əşrəf

RZA TƏHMASIB SƏNƏTKARIN HƏYATI

36

4

64

QURBANOVLAR AİLƏSİNİN DRAMI

72

Müəllif: Aygün Vəlizadə

44

Müəllif: Aygün Vəlizadə

Notları ilə roman yazan EMIN SABITOĞLU

SƏMƏNDƏR RZAYEV: YAŞAMAQ YANĞISI Müəllif: Şahin Xəlil

Müəllif: Adelya Ağayeva

ELDAR QULIYEVIN Filmlərində mənəviəxlaqi problemlər

58

Müəllif: Aygün Vəlizadə

Müəllif: Baba Babayev

HƏSƏN SEYIDBƏYLI KINOSU

KİNONUN UŞAQLARI

MƏLIK DADAŞOV: Mənfi obrazların unudulmaz qəhrəmanı

80

Müəllif: Film Fiction

46

Məşhurların Məşhurlar Haqqında Dedikləri

94


Film Fiction Magazine

Müəllif: Aygün Vəlizadə

HƏSƏNAĞA TURABOV: Məkan və zamana sığmayan dahi

98

Müəllif: Aygün Vəlizadə

LEYLA BƏDIRBƏYLI

108

Müəllif: Xəyal Mustafayev

PƏNCƏRƏ

120

Müəllif: Adelya Ağayeva

Müasir Azərbaycan filmləri beynəlxalq kinofestivallarda

122

Müəllif: Şahin Xəlil

ŞAMIL ƏLIYEVIN həyat qanunları

124

Müəllif: Mir Bağır

ƏLI ISA CABBAROV

130

ilə müasir azərbaycan kinosu haqqında söhbət

Müəllif: Durna Səfərova

RÜFƏT HƏSƏNOV ilə müsahibə: #yoxdubelesohbet

136 5


Film Fiction Magazine

Rasim Ocaqov IRI PLANDA

6


Film Fiction Magazine

İncənəsənət – bu, sənətkarın ürəyindən keçirilişmiş və al rəngə boyanmış ağ sapdır.

7


Film Fiction Magazine

Rasim Ocaqov IRI PLANDA

1933

-cü ildə Şəkidə anadan olmağın nəyi maraqlıdır? Şəkidə baş verən, o zaman düşmənçilik, dövlət əleyhinə təxribat adlandırılan həmin hadisələr yadınızdadır? Kitablarda onlar haqda çox yazılıb. Bəli, bu gün onları qürurla yada salırıq. Doğrudur, mən anadan olanda bu hadisələr artıq qurtarmışdı. Amma onların əks-sədası hələ də davam edirdi. Hələ də adamlarda gizli təşviş vardı. Deyilənə görə, Mircəfər Bağırovun rəhbərlik etdiyi böyük silahlı dəstə gəlib həmin hərəkatı yatırmışdı. Onların üzvlərinə dəhşətli divan tutmuşdular. Repressiya illərinin ölüm-itimi də bu gözəl şəhərdən yan keçməmişdi. Sonra müharibə başlandı. 1941-42-ci illərdə almanlar gəlib Mozdoka çatmışdılar. Bu, Şəkidən o qədər də uzaq deyil. Bizim tərəfdən yerli adamlardan ibarət partizan dəstələri yaradıb, təlimlər keçirdilər. O biri tərəfdən isə almanlar bizim adamlardan əsir götürür, onları öyrədir, öz xeyirlərinə təbliğat aparmağa məcbur edirdilər. Sonra da şəkili əsirləri Şəkiyə, gəncəliləri Gəncəyə, dağıstanlıları Dağıstana, nə bilim, sonra haralara göndərirdilər. Bir də eşidirdik, camaat arasında gəzib-dolaşıb söz yayanlar var. Nə bilim, Hitler bizimlə müharibə aparmır, onlar bizə xoşbəxtlik gətirəcək, biz gərək almanların tərəfinə keçək. Qərargahda bundan xəbər tutub, onları bir-bir izləməyə başladılar. Xeyli vaxt keçmişdi. Bir gün dərsdə idik. Məktəbə xəbər gəldi ki, dərsləri saxlayın. Şəhərə elan verilib ki, hamı - balacadan-böyüyə kimi, satqınların cəzalandırılmasına baxmalı, onların aqibətini öz gözləriylə görməlidir. 12-15 nəfər idilər. Onları yığmışdılar Zaqatala dəmir yolunun keçdiyi körpü tərəfə. Bütün şəhər yığışmışdı bura. Yaxında çay axırdı. Bu qədər millətin yığışdığı yerə elə sükut çökmüşdü ki, eşidilən yalnız çayın şırıltısıydı. Birdən əmr verildi. Atəş açıldı. Güllələnən adamların qohumlarının qara-qışqırığı, şaxsey-vaxseyi, ölənləri oxşamaları göylərə qalxdı, mərəkə qopdu burda. Bayaqdan dünyanın gəldi-gedərliyindən şirin nağıl danışan axar suların şırıltısı tamam itib-batdı, göz qabağında unudulub getdi. Bundan sonra nə qədər yaşayacağımı bir Allah bilir. Amma o səhnə heç zaman yadımdan çıxmaz.

8


Film Fiction Magazine

Mən o illərin hadisələrinin yalnız müəyyən qismini kinoya gətirmişəm. “Tütək səsi” filmində olduğu kimi biz də, arxa cəbhənin adamları, olanımızdan nə varsa aparıb ön cəbhəyə kömək üçün könüllü təhvil verirdik. Uşaqlar bu işdə yaman canfəşanlıq edirdilər. Çox ağır dövr idi. Ailələr başsız qalırdı, ata-analar oğullarını itirirdilər. Bu, müharibə idi. Biz bu müharibədə yaşamırdıq, biz inanır və döyüşürdük. Hər gün, hər gecə. Elə buna görə də hesab edirəm ki, çox möhtəşəm dövrdə yaşamışıq. Mənim yaşadığım yer mənimçün bütöv dünya idi. Bu dünyanın adamları müharibəni yaşamış, döyüşmüşdülər. Biz qalib gəldik. Elə buna görə də özümü xoşbəxt bilirəm. Mən 41-ci ildən rus dilində məktəbə getmişdim. O zaman bizə dərs deyən müəllimlər Leninqraddan (indiki Sankt-Peterburq şəhəri) gəlmişdilər. Ona görə də heç kim deyə bilməz ki, əyalət təhsili almışam. Hələ musiqi məktəbini demirəm. Orda mənə skripka üzrə Leninqrad Konser-

vatoriyasının professoru dərs deyib. Müharibə başlayanda onların ziyalılarını SSRİ-nin müxtəlif yerlərinə göndərmişdilər. Bizim yerlərin səfasını bildiklərindən, bura nüfuzlu, say-seçmə adamlar gəlmişdilər. Əyalət üçün həddən artıq akademik bir mühit yaranmışdı. Uşaqlıq xatirələrimlə bağlı öz fikirlərimi, pafoslu alınsa da, belə yekunlaşdırmaq istəyirəm. Əgər sənətkar Şəkidə anadan olubsa, deməli, bəxti gətirib. Xüsusilə də kinorejissor. Əvvəl mən geoloq olmaq istəyirdim. Bizim dağlarda gəlib neft axtarırdılar. Neft üzrə mütəxəssis olmaq o zaman çox şərəfli iş idi. Bunun üçün gərək Azərbaycan Neft İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası - red.) daxil olaydım. Məktəbi bitirməyimi səbirsizliklə gözləyirdim. Həmişə xəyalımda özümü onların xüsusi formasını geyinmiş görürdüm. Evdəkilər də mənim bu arzuda olmağımı bəyənmişdilər. Necə deyərlər, biz bu xəyallardaykən,

9


Film Fiction Magazine

Şəkiyə Bakı kinostudiyasından çəkiliş qrupu gəldi. Bizim yerlər haqda sənədli film çəkirdilər. Dağlarda, şəhərdə, sanatoriyada, Xan sarayında çəkilişlər aparırdılar. Onlar nə qədər burda oldularsa, mən də onların yanında gəzirdim; imkan düşən kimi rejissordan, operatordan icazə alıb kameranın obyektivindən bizim yerləri seyr edirdim. Fikrimcə, insan iki dəfə doğulur. Birinci doğuluşu real təvəllüdüylə bağlıdır. İkinci doğuluşu sənət seçdiyi anla. Mənim ikinci doğuluşum bizim yerlərə çəkiliş qrupunun gəlişiylə bağlı oldu. Demə, bu, uşaq marağından yeni kino xadimi dünyaya gəlirdi. Bununla da həyat yolum müəyyənləşdi. 9-cu sinifdə oxuyarkən həyatda kim olacağım barədə arzumu dəyişdim. Evdə eşidəndə bunu ciddi qəbul etmədilər. O zaman sənət haqqında tamam başqa təsəvvür varıydı. Məni valideynlərim başqa adam görmək istəyirdilər. Ona görə də qərarımdan ilk vaxtlar narazı qaldılar. Evdəkilərin narazılığı da məni məqsədimdən döndərə bilmədi. 1951-ci ildə orta məktəbi bitirən kimi Moskvaya, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna yollandım. “Şəkili Moskvaya gedir”. Bu adla çoxseriyalı film çəkmək olar. Atam məni Şəkidən Bakıya gətirdi. Hər cür yol tədarükü görəndən sonra məni Bakı - Moskva qatarıyla yola saldı. O mənim üçün beynəlxalq vaqona, ikinəfərlik kupeyə bilet almışdı. 70 saatlıq, yəni üçgünlük yol idi. Bircə oğlu vardı, nigarandı deyə, məni rahat, bahalı kupedə yola salırdı. Çox gözəl vaqonuydu. Xalçalar döşənmişdi, kupedə stolun üstündə qəşəng fincanlar, qrafin varıydı. Müharibədən sonrakı dövrdən danışıram, hər yerdə, hər addımda oğrular olurdu. Vağzallar qaynaşırdı. Əsl cibgirlər meydanıydı. Yay olduğundan, kupenin pəncərəsini açıq qoymuşdum. Ya “Minvodı”, ya da “Rostov” stansiyası idi, yadımda deyil, ikicə dəqiqəliyə siqaret çəkməyə çıxmışdım, dönüb görürəm, kupe elə səliqəylə oğurlanıb-təmizlənib ki, adamın lap matı quruyur. Hələ də anlaya bilmirəm, pəncərənin o dar gözlüyündən necə içəri girib, o böyüklükdə xalçanı ordan çıxarmaq olardı? Yaxşıdı, çemodanım qapı tərəfdə, görünməz olan yerdə qalmışdı. Nəsə, hər nə

Fikrimcə, insan iki dəfə doğulur. Birinci doğuluşu real təvəllüdüylə bağlıdır. İkinci doğuluşu sənət seçdiyi anla. Mənim ikinci doğuluşum bizim yerlərə çəkiliş qrupunun gəlişiylə bağlı oldu.

10


Film Fiction Magazine

oğurlanmışdısa, gəlib hamısının pulunu bircə-bircə məndən çıxdılar. Moskvaya çatanda, demək olar, boş ciblə getdim VQİK-ə (Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu - red.) daxil olmağa. Ümidim təkçə Moskvada yaşayan əmimə idi. Onlara gedəndə qapını üzdən məni tanımayan xanımı açdı, dedi, əmim gedib ezamiyyətə. Bir neçə gün olmayacaq. İşlərin belə tərs gətirməsi mənim günümü acınacaqlı hala salmaqdaydı. Peşman qayıtdım vağzala, çemodanımı saxlama kamerasına təhvil verib, başladım veyllənə-veyllənə müsabiqə gününü gözləməyə. Gecələr vağzalda, ya da Mərkəzi Teleqrafın binasında qalırdım. Müsabiqə günü də mənimçün əməlli-başlı sərgüzəştə çevrildi. İmtahan komissiyası məndən soruşur, buyur, danış görək, fikrin nədir. Deyirəm, gəlmişəm kinooperator kurslarına daxil olmağa. - Göstər görək, nəyi bacarırsan. - Komissiya üzvlərindən biri soyuq tərzdə mənə deyir. Burda aktyor, rejissor kurslarına daxil olanlar şeir söyləyir, etüd, səhnəcik göstərirdilər. Bəs operator neyləməlidir? Odur ki, mən çaşqın dayanıb onlara baxırdım. Axırda yenə bayaqkı adam nə tələb olunduğunu mənə anlatmaq üçün bir az da səsini qaldırdı: “Kinooperator kurslarına daxil olmaq istəyən fotoişlərini imtahana təhvil verməlidir, cavan oğlan”. Bilirsiniz, məni nə xilas elədi? Evdən, Şəkidən çıxanda uzaq yola gedirəm deyə, ailə fotoalbomumuzu da, darıxanda baxmaqdan ötrü, özümlə götürmüşdüm. Orda mənim çəkdiyim fotoşəkillər də vardı. O dəqiqə həmin albom yadıma düşdü. Utana-utana dedim: “İşlərim vağzalda çemodanda qalıb. Olar, gedim gətirim?” Gülüşdülər. Humanistlik göstərib mənə icazə verdilər. Vağzalda albomdan özüm çəkdiyim fotoları seçib götürdüm. Hələ uşaq vaxtımdan atam mənə fotoaparat almışdı, şəkil

11


Film Fiction Magazine

çəkməyi xoşlayırdım. Mənzərəli yerləri, dağları, meşələri, çayı, şəlaləni çəkməzdim. Daha çox məhəlləmizi, qohumlarımızı, tində oturub çubuq çəkən qoca kişiləri, çörək növbəsini, paltar asılan zivələri, üzü qırış-qırış qarı nənələri, döngələri, daş-kəsəyi çəkərdim. Məişət şəkilləriydi. Profesional səviyyədən söhbət belə gedə bilməzdi. Ora daxil olmağa gələnlər illərlə hazırlaşırdılar. Fotoestetikanın bütün tələblərinə cavab verən iriformatlı, bahalı, uyğun kağızlara çıxarılmış işlər müsabiqəyə verilirdi. Məndə isə elə-belə, ailə fotoalbomu üçün şəkillər idi. Əlbəttə, məni imtahanlara buraxmadılar. Amma komissiya üzvləri işləri yığıb, mənə qaytarmaq istəyən məqamda, birdən… Yenə də bəxt. İçəri komissiyanın sədri Qolovnya daxil oldu. Onun kinoda çox böyük nüfuzu vardı. Mənə qaytarılan şəkilləri götürüb bir-bir baxmağa başladı. Sən demə, o, İtaliya neorealizminin fanatik pərəstişkarı idi. Viskonti, De Sika, Rosselini, Fellininin çəkdiyi neorealist filmlərdə məişət səhnələri

12


Film Fiction Magazine

xırdalığına qədər təsvir olunur. Doğrudur, mənim o zaman bu kino cərəyanından heç bir xəbərim yoxuydu. Amma üslub insanla birgə doğulur. Doğmalıq İlahidən gəlir. İndiyə qədər istər bizdə, istərsə xaricdə məni neorealist rejissor kimi qəbul edirlər. Qolovnya fotolara təkrar-təkrar baxdı və komissiyaya təklif etdi ki, məni imtahanlara buraxsınlar. İşlərim Qolovnyanın o qədər xoşuna gəlmişdi ki, ümumi imtahanları necə verdiyimə şəxsən özü nəzarət edirdi. Sözsüz, mənim fotolarım keyfiyyətinə görə deyil, məzmununa, sadəliyinə və həyat duyumuna görə məşhur operatorun xoşuna gəlmişdi. Onu da deyim ki, operatorluq fakültəsinə bir yerə 16 adam sənəd vermişdi. Sonda mənimlə bir təcrübəli adam həmin yerə namizəd qaldıq. Yenə də Qolovnyanın hesabına mən qəbul olundum. Deyirlər, kədər kədər üstə, sevinc sevinc üstə gələr. Sonuncu imtahandan çıxıb gördüm, vestibüldə Moskvada yaşayan Cəmil əmim dayanıb məni gözləyir. Qəbul olunduğumu bilcək çox sevindi, məni qucaqlayıb bağrına basdı. Sonra mənim qara günlərimin şahidi olan çemodanımı da götürüb evlərinə apardı. 1950-ci illərdə Sovet İttifaqında sonrakı dövrlərdəkinə nisbətən az film çəkilirdi. Ona görə də “Mosfilm”ə, “Lenfilm”ə hər buraxılışdan bir, ya iki tələbə qəbul olunurdu. Moskvalı tələbələrın özləri belə uzaqlara, Sverdlov kinostudiyasına, yaxud digər əyalət studiyalarına göndərilirdilər. Mən bizim kafedra müdiri Qolovnyanın istəkli tələbəsiydim. İnstitutu bitirəndə “Lenfilm”dən bir yer gəldi. Qolovnya mənim təyinatımı həmin yerə verdi. Hələ bir üzrxahlıq da elədi ki, yer olmadığı üçün səni Moskvada saxlaya bilmirəm. Təsəvvür edirsiniz? “Lenfilm” kimi kinostudi-

yada işləməyin nə qədər şərəfli olduğunu bilə-bilə, hələ o məni Moskvada saxlamaq barədə düşünürdü. Elə həmin gün anamdan narahat bir məktub gəldi. Yazırdı, elə qorxuram, birdən səni Bakıya göndərməzlər. Çalış təyinatını Bakıya alasan. Valideynlərimin sözü mənim üçün qanunuydu. Qolovnyanın yanına gəlib xahiş etdim ki, təyinatımı Bakıya versin. Kişinin təəccübdən gözləri kəlləsinə çıxdı: “Sən nə danışırsan? Bakı və kino müxtəlif anlayışlardır. Mən səni ölkənin ikinci ən böyük kinostudiyasına göndərirəm. Ağlını başına yığ”. Mən fikirli evə qayıtdım. Yenə dönə-dönə anamın məktubunu oxuyub, nə qərar qəbul etməyim barədə düşündüm. Nəhayət, üç gündən sonra bir daha Qolovnyanın qəbuluna gedib qəti olaraq Bakıya getmək fikrində olduğumu ona bildirdim. Qolovnya hirsindən beşmərtəbəli

13


Film Fiction Magazine

rus söyüşü söyə-söyə təyinatımı Bakıya yazdı. Sonra mən bildim ki, anam mənim Bakıda işləməyimi təkid etməkdə nəyi nəzərdə tutub. O özü də Bakıda Tibb İnstitutunu bitirmişdi. Onların heç birini Bakıda saxlamırdılar. Hamını Orta Asiya respublikalarına göndərirdilər. Orda kadr çatmırdı. Anam elə bilib, məni də Moskvadan Orta Asiyaya göndərəcəklər. Buna görə də Bakıya təyinat almağımı istəyib. Nəsə, bu da taleyin işidir. Mən “Lenfilm”ə yox, “Bakı” kinostudiyasında işləməyə gəldim. Fikrimcə, 1950-60- 70, bir az da 80ci illər dünya kinosunun intibah dövrüdür. Sonra dövr kimi kino sənəti də dəyişdi. Hər halda, buna yüksəliş demək olmaz. Mən məhz 50-ci illərdə kinoya gəldiyimə görə özümü xoşbəxt sanıram. İtaliyada neorealizm, Fransada “yeni dalğa”, Sovet İttifaqında intellektual kino, təxminən, dediyim illərdə baş verib. Biz, Azərbaycan kino işçiləri, çalışırdıq, geri qalmaq istəmirdik. Mənim həyatda xoş günlərim çox olub. Məsələn VQİK-ə daxil olarkən, institutu bitirib diplom müdafiə etdiyim gün, ömür-gün yoldaşımı görüb sevdiyim və ən əzizi isə nəvələrimin anadan olan günləridir. Necə deyərlər, dövlətdən dəvə, övladdan nəvə. Ümumiyyətlə həyatda bəxtim gətirib. Və yaxşı günlərim az olmayıb. Öz həyatımdan razıyam. Mən deyə bilmərəm ki, kino xalqın taleyində nəsə əhəmiyyətli bir rol oynaya bilər və yaxud xalqı düşdüyü ağır vəziyyətdən çıxara bilər. Bir kinematoqrafçı kimi kinoya həmişə ciddi münasibət bəsləmişəm. Kinonun böyük əhəmiyyətini də yaxşı bilirəm. Onu da bilirəm ki, kino pisi yaxşı, xəbisi xe-

14


Film Fiction Magazine

yirxah eləyə bilməz. Məncə kino əgər insanlara xeyirxahlıq hissləri aşılaya bilirsə, onları düşündürürsə öz vəzifəsini yerinə yetirmiş olur. Hər bir cəmiyyətdə olduğu kimi, sosialist sisteminin də yaxşı və pis tərəfləri var idi. Onu da unutmaq olmaz ki, pulun varsa, hər şey sifariş edə bilərsən. İndi də belədir, prodüser kim olur-olsun, pul verib film çəkdirəndə məcbur edir, hətta tələb edir ki, rola filan aktyorlar götürülməlidir, musiqini filankəs yazmalıdır və s. Sadəcə olaraq, sənə ssenarini verib deyirlər: “Götür, əgər xoşuna gəlirsə, əgər səni qane edirsə, çək”. O vaxtdan konyukturaçılar çox idi. Lakin bu konyukturaçılar indi də var. Onlar hər bir cəmiyyətdə mövcuddurlar. Vaxtilə deyirdilər ki, məsələn milis haqqında, partiya haqqında film çəkmək lazımdır. Lakin bu o demək deyil ki, “Ura, ura, ura!” qışqırasan. İndi özümü xoşbəxt hiss edirəm. Heç vaxt konyukturaçı olmamışam. Həmişə də istədiyimi eləmişəm, əlbəttə, imkan daxilində. Düzdür, senzura da olub, özün də çox ciddisindən. Lakin istədiyim sözü ekrandan deyə bilmək üçün mövzu həmişə tapmaq olardı. Mən heç vaxt kommunist partiyasının üzvü olmamışam. Və bu bəzi hallarda mənə mane olurdu. Üzv olmamağımın səbəbi heç də o demək deyildi ki, mən partiya ilə razılaşmırdım. Mən heç vaxt dissident də olmamışam. Eyni zamanda heç kimə qulluq da göstərməmişəm. Mənim özümün mənəvi qaydalarım olub. Mən bu qaydalara həmişə riayət etmişəm. Heç vaxt da xoşum gəlməyib ki, kimsə mənə desin: “Bunu belə elə, onu elə. Bu yaxşıdır, bu pisdir. Bu qara rəngdir, bu ağ”. Bir də mən partiyaya ona görə daxil olmadım ki, çoxlarının partiyadan necə tamahgarcasına istifadə etdiklərini görürdüm. Partiyaya keçirdilər ki, mənsəbə çatma, vəzifə tutmaq üçün. Bütün bunlar mənə yad idi. İş təkcə yaxşı film çəkməkdə deyil. Biz elə işləməliyik ki, sonra bütün həyatımız boyu bir-birinin gözünə baxan-

Mən heç vaxt kommunist partiyasının üzvü olmamışam. Və bu bəzi hallarda mənə mane olurdu. Üzv olmamağımın səbəbi heç də o demək deyildi ki, mən partiya ilə razılaşmırdım.

15


Film Fiction Magazine

da utanmayaq. Kinematoqrafiyada hərə öz işi ilə məşğul olmalıdır. Əlbəttə, hər hansı bir rejissor kimi mən də yazmağı bacarıram, dramaturgiyanı bilirəm, ssenaridə düzəlişlər aparıram, lakin ssenari yazmaq peşəkarın işidir. Mənim bəxtim onda gətirmişdir ki, filmlərimə ssenari yazan Rüstəm İbrahimbəyov və Anar istedadlı dramaturqlardır, həm də mənimlə həmfikirdirlər. Rüstəm həmişə mənim rejissor üslubumu nəzərə alaraq ssenari yazıb. “Ad günü”nün ssenari variantında qəhrəman ümumi mənada azərbaycanlıdır. Moskvaya gedib Mərkəzi Poçtda bir qadınla görüşür. Rejissor ssenarisini işləyəndə mən Rüstəmə dedim, nəyimizə lazımdır Moskva? Qoy qəhrəman Mustafa adlı bir şəkili olsun, Bakıya gəlib şəhərli qadınla görüşsün. Heç ağlıma gəlməzdi, bu da başıma bir əngəl olacaq. Film Ümumittifaq Mərkəzi Televiziyası ilə nümayiş etdiriləndən sonra, şəkililər o ki var, dalımca söydülər. “Bu nədi, bizi biabır eləyib. Atası Şəkidə adla olan bir kişinin oğlu, Şəkinin çörəyini yeyib-böyümüş bu adam, bütün İttifaqa şəkilini səfeh kimi təqdim eləyib. Yəni şəkili bu qədər əfəl oldu ki, gözəl bir xanımın dəvətiylə gecə onun evinə getsin, sonra da heç bir şey eləmədən yağışın altında yetim kimi bayıra atılsın?!”. Bu sözləri evdən də, tanış olanlardan da, tanış olmayanlardan da eşidirdim. Açığını deyim, qaçırdım bu söz-söhbətlərdən, bezmişdim. Elə o filmdən sonra tövbə elədim Şəki mövzusuna bir daha qayıtmağa. Yalnız iyirmi ildən sonra “Həm ziyarət, həm ticarət” filmində yenidən şəkili Mustafanı ekrana qaytardım. Yenə əfəl sifətində. Yadınızdadır da, onu İstanbulda uşaq kimi aldadıb soyurlar. Film ekranlara çıxandan sonra gözlədim, yenə həmyerlilərim məni danlayıb-qınayacaqlar. Amma belə olmadı. Ya bu illər ərzində mən dəyişmişdim, ya da bizim yerlərin camaatı. “Ad günü”nün başqa sərgüzəştləri Moskvada oldu. Onu qəbul edəndə, təxminən, iyirmi düzəliş verdilər. Rüstəm həyatı bilən və çox praqmatik adamdır. Onun təkidiylə mən də bu düzəlişləri etməyə razı oldum, təki əsas dramaturji özək dəyişməsin və film ekranlara çıxsın. Məsələn, o zaman ölkədə ət-yağ qıtlığı vardı. Filmin qəhrəmanı bazara girəndə piştaxtada parça-parça ətlər asılmışdı. Dedilər, onu çıxarın, camaatı cırnatmaq lazım deyil. Nə olar, çıxartdıq. Beləcə, iyirmiyə yaxın xırda çıxarış etdik.

16


Film Fiction Magazine

Ən problemli filmim “İstintaq”dır. Bu filmin ssenarisindən tutmuş, onu Moskvada təhvil verənə qədər başımız ağrıdı. Bütün mərhələlərdə bizə bir nəfər şəxs kömək elədi - Heydər Əliyev. Burda filmə baxış keçirəndə Heydər Əliyev və hökumət adamları iştirak edirdilər. Baxış qurtarandan sonra müzakirə başlandı. Əliyev sözünü axırda deməliydi. Bu, məmurları çox çətin vəziyyətə saldı. Bilmirdilər, respublikanın rəhbəri filmi bəyənib, ya yox. Odur ki, danışanlar gah nala vururdular, gah mıxa. Bəziləri durub əməlli tənqidə keçdilər: “Bu nədi? Siz bizim cəmiyyətimizi qapqara rəngə boyamısınız. Müstəntiqin 3 manat pulu yoxdu ki, uşaq ayaqqabısını təmirə vermək əvəzinə, gedib təzəsini alsın? “. Bu növ çox tənqidi söz deyildi. Guya bizim ovaxtkı cəmiyyətimizdə korrupsiya yoxuydu. Sonda Heydər Əliyev danışdı və filmin olduqca uğurlu və cəmiyyətimiz üçün faydalı olduğunu söylədi. Sonra Moskvada filmi çox çətinliklə qəbul etdilər. Əsərdə qəhrəman özünü asır. Filmdə isə bizi məcbur etdilər ki, bunu yalnız intihara cəhd kimi göstərək. “İstintaq” Düşənbədə keçirilən Ümumitti-

faq festivalda baş mükafata layiq görüldü. Ukrayna və Özbəkistan respublikalarında filmin nümayişi qadağan edildi. Həhayət, bu filmin yaradıcı heyətinə SSRİ Dövlət Mükafatı verildi. İndiki korrupsiyanın qarşısında bizim “İstintaq”da danışdığımız əhvalat uşaq nağılıdır. Bir də indi estetik tələblər tamam başqadır. İndiki qəhrəmanı güclü göstərməkdən ötrü əks-tərəfi, yəni cinayətkarları, az qala, yunan mifologiyasındakı tanrılar səviyyəsinə qaldırırlar. İndi filmlərdə daha güclü dramatizm xatirinə sənət adamları həyata özləri korrupsiya sifariş edirlər.

“İstintaq” filmi mənim üçün bir də ona görə əlamətdardır ki, A. Kalyagin kimi dünya şöhrətli sənətkarla tanış oldum. O, məni həmişəlik özünə bağladı. Hər dəfə yeni çəkilişə başlayanda çalışıram ki, bu günə kimi nə qazanmışamsa, hamısını unudum. Belə düşünürəm ki, elə bil hər şeyə təzədən başlayıram. Sənətin zirvəsi hələ qarşıdadır. Bir ona sevinirəm ki, bu illər ərzində R. İbrahimbəyov, A. Kalyagin,

17


Film Fiction Magazine

Əjdər İbrahimov, MƏNİM ÜÇÜN Tofiq Tağızadədir, GÜCLÜ REJİSSOR Şamil Mahmudbəyov.

18

H. Məmmədov, Ş. Məmmədova, E. Sabitoğlu kimi sənətkarlarla görüşmüşəm. Hər dəfə işə başlayanda ilk əvvəl onlar yadıma düşür. Siqaret sarıdan özümə gücüm çatmayacaq. “Təhminə” filminin çəkilişində əsəbi bir vəziyyət alınmışdı. Bir-birinin ardınca siqaret çəkir, narahat olur, yerimdə var-gəl edirdim. Birdən gözümdə hər şey qaraldı. Məni birinci infarkt vurmuşdu. Handan-hana gözümü açanda gördüm, tərtəmiz, ağappaq, soyuq çalarlı bir interyerdəyəm. Bura reanimasiya idi. Həkim gəlib dayandı başımın üstündə. Rahatlığımı pozmasın deyə, sakit səslə soruşdu: “Sizi nəsə narahat edir? Nə lazımdır, deyin”. “Doktor, qohumlarımdan burda kim var? “Hamısı burdadır, Rasim müəllim”. “Mənim kürəkənim də burada olmalıdır. Ondan bir siqaret alın, çəkmək istəyirəm”. Həkim susub dayandı. Bu susmaq xeyli çəkdi. Görünür, təəccübündən, heyrətindən heç nə deyə bilmirdi. Nəhayət, yenə sakit səslə dilləndi: “Rasim müəllim, heç bilirsiniz haradasınız? Bura reanimasiyadır”. “Bilirəm. Çəkməsəm, öləcəyəm. Günahı öz üstünüzə götürməyin, doktor. Kürəkənimə deyin, mənə bir siqaret göndərsin”. Həkim gördü, məni heç cür dilə tuta bilməyəcək. Məcbur olub siqaret gətirdi. Sonra da mənim çarpayıda

uzanıb siqaret çəkməyimə baxabaxa heyrətini bölüşdü: “Mən 24 ildir kardioloq işləyirəm, belə şeyi birinci dəfədir görürəm”. Dəfələrlə tərgitmək istəmişəm. Alınmayıb. Görünür, bəxtli adamın belə şeylərdə iradəsi o qədər də güclü olmur. Fəxrəddin Manafov mənim “Park” filmimə qədər heç yerdə çəkilməmişdi. Tanınmırdı. Təsadüfən, onu kinostudiyanın həyətində gördüm, hansısa filmə sınaq çəkilişə gəlmişdi. Mən onu “Park”ın sınağına dəvət etdim. Sınaqdan uğurla çıxdı, rola təsdiq olundu. “Park”dan sonra daha altı filmimdə çəkilib. Mən seçimimdə yanılmadım. Onu sonra keçmiş İttifaqın müxtəlif kinostudiyalarında filmlərə çəkdilər. İndinin özündə də çəkilir. Fərhadla, biz onu belə çağırırıq, işləmək mənə həm rahatdır, həm də maraqlı. Əvvəla, ona görə ki, filmlərimin qəh-


Film Fiction Magazine

rəmanları maraqlı insanlardır. Bayaq Siz dediyiniz kimi, uğursuz da olsalar, mənən sınmırlar, dəyişməz qalırlar. Əlbəttə, məndən onların yeganə fərqi bəxtlə, uğurla bağlıdır. Amma bu, yeganə fərqdir. Onları filmin əvvəlində tamaşaçı necə görürsə, axıra qədər elə qalırlar. Onlar faciəni yaşayırlar. Amma sınmırlar. Qəhrəman kimi bizim yadımızda qalırlar. Bu gün qəhrəmana bizim kinomuzda, teatrımızda, ədəbiyyatımızda, ümumiyyətlə, cəmiyyətimizdə böyük ehtiyac var. Onlar ölümdən, qüvvələr nisbətinin fərqli olmasından qorxmamalıdırlar. Öz daxili keyfiyyətlərinə sadiq qalmalıdırlar. Amma bu, sifarişli qəhrəman olmamalıdır. Real həyatdan gəlməlidir. Mən bir daha təkrar edirəm ki, kinoda idealım İtaliya neorealizmi olub. 1950-ci illərdən bu günə qədər. Mən sərt realizmin tərəfdarıyam. Düz demək lazımdır. Qəhrəmanı yalandan şişirtmək yox. O, qəhrəmandırsa, deməli, onu sarsıntı gözləyir. O, qəhrəmandırsa, onu sarsıdan səbəblərin də üzünə, gözünə dik baxmalıdır. Fərhad mənim ideyama, dünyagörüşümə şərik aktyordur. O, fikri tez tutur, tez yerinə yetirir. Mən onu qəhrəman görə bilirəm. Bəs Hacı İsmayılov? “Ad günü”nə qədər məgər o, kinoda çəkilmişdi? İndi mənə elə gəlir ki, bizim kinoulduzlarımızın siyahısında Hacının da adı mütləq çəkilməlidir. Onun yaratdığı Mustafa nəinki bizdə, ümumiyyətlə, kinoda qeyri-adi qəhrəmandır. İlk baxışda zəif insandır, bəli, əfəldir. Amma həllediyi məqamlarda onda daxili qüvvəyə bir fikir verin. Kino çox mürəkkəb sahədir. Kino əsəri olduqca incə tellərlə bir-biriylə əlaqəyə girən müxtəlif komponentlər bütövlüyüdür. Onlardan biri qırılarsa, film uğursuz alınacaq. Odur ki, mən görüb-maraqlandığım adamı öz filmimə dəvət edirəm. Bir də, yenə bəxt.

Mən sərt realizmin tərəfdarıyam. Düz demək lazımdır. Qəhrəmanı yalandan şişirtmək yox. O, qəhrəmandırsa, deməli, onu sarsıntı gözləyir. O, qəhrəmandırsa, onu sarsıdan səbəblərin də üzünə, gözünə dik baxmalıdır.

19


Film Fiction Magazine

ARİF BABAYEV

BAKI

20

MÜƏLLİF: HACI SƏFƏROV


Film Fiction Magazine

“.... ÖLÜM AYAĞINDADIR İNDİ BİÇARƏ ŞƏHƏR, İÇƏRİ ŞƏHƏR...” 21


Film Fiction Magazine

B

akının insanları, küçələri, binaları, yastı damları ilə birgə İçərişəhər silueti, metrosu, Neft Daşları Arif Babayev yaradıcılığındakı poetik bir dillə Azərbaycan kinematoqrafiyasına qədəm qoymuş və orada özünə əbədi bir guşə seçmişdir. Unudulmaz, sentimental, melanxolik, bəzən məğrur, bəzən kinayəli dialoqlardan savayı küçələr də dialoqlara qoşulmuş, həm küçə dili, həm də məkan Sovet senzurasının təsiriylə yaranmış ədəbi dil quruluğundan uzaqlaşaraq özünə yeni kolorit yaratmışdır. Arif Babayevin dühası avanqard olmaqla yanaşı, özlüyündə Bakı sevgisini təcəssüm etdirdiyi üçün fərqli bir cığıra keçmiş, zəhmət və istedadın harmoniyasına əlavə olunan odlu-alovlu sevgi yeni ifadə vasitələrinə yol tapmışdır. Təsadüfi deyil ki, quruluşçu rejissoru olduğu səkkiz tammetrajlı filmin altısında məkan olaraq Bakını seçmiş və məkanı arxa fondan önə, obrazlardan birinə məharətlə çevirmişdir. Sözügedən altı filmdə istifadə olunan məkan eyni olsa da, ona baxışı və ifadəsi tamam fərqli bucaqlardan gerçəkləşdiyi üçün əsla sıxıcı olmur, tam əksinə, hər dəfə həm rejissor özü bu obrazın yeni cəhətlərini kəşf edir, həm də izləyicini bunu dərk etməyə və yenidən dəyərləndirməyə dəvət edir. Sovet Azərbaycanı dövründə çəkilmiş əksər filmlərin titrlərində ilk əvvəl rejissorun yox, məhz ssenaristin adının yazılması məhsullarda məzmunun formadan daha üstün və vacib olduğunu vurğulayan bir nişanə olsa da, Arif Babayevin quruluş verdiyi əsərlər öz forması, prizması baxımından ssenarinin qabağına keçir, üstələyir, müəllif filmi anlayışına uyğun gəldiyini isbatlayır. Ölümündən sonra Arif Babayevə ithafən çəkilən iki qısametrajlı filmdə (“Gün keçdi” – 1994, “Bakının eyvanları” – 1986) müəllifin dəst-xətti təkrarlanmağa çalışır, hörmət və ehtiramla yad edilir.

22

GIZLI TRILOGIYA Adamayovuşmaz Babayevin ilk üç filmi olan “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi” və “Gün keçdi” maraqlı bir ardıcıllığa nişan verir. Belə ki, filmlərin adına diqqət edəndə açıq-aşkar insan həyatının müxtəlif dövrlərinə və zamanlarına birbaşa vurğu qoyulduğunu görürük. “İnsan məskən salır” filmi bir gəncin Neft Daşlarında işləməyə başlaması və orada yaşadığı adaptasiya problemlərindən bəhs edən psixoloji dramdır. Filmdəki insanın məskən salmaq cəhdləri və təbiət qarşısındakı acizliyi (yerinə gəldiyi briqadirin tufan nəticəsində ölümü buna sübutdur) həm bəşər övladının ibtidai dövrlərinə bənzəyir, həm də balaca körpənin yardıma və qayğıya ehtiyac halını xatırladır, doğulduqdan sonra ətraf mühitlə


Film Fiction Magazine

əlaqəsi ilə bənzərlik təşkil edir. İnsanlığın qorxu və təhlükə anında birləşməsi, bir araya gəlməsi və bu qorxu üzərində qələbə qazanması Neft Daşları üzərinə köçürülür. Neftçi yoldaşının ölümünü qəbul edə bilməyən fəhlələr onun yerinə gələn yeni işçini (Ramiz – Ələsgər İbrahimov) xoş qarşılamır. Yalnız özünü sübut etdikdən sonra münasibətlər düzəlir və Ramiz orada həmişəlik məskən salır. Neft Daşlarının və Xəzər dənizinin burada obrazlaşdığını, aktiv bir iştirakçıya çevrildiyini görürük. Xəzərin tufanlarına, burulğanlarına baxmayaraq, onun ram edilməsi insanların təbiəti fəth edərək antropogen landşaft qurmaqları ilə eyniləşir. Neft Daşları həm də Bakının metaforudur. Çöllük, susuz, şoran, ağac bitməyən Bakının neft mərkəzlərindən birinə çevrilməsindən sonra abadlaşması, yeni məskunlaşmaların artması və buruqlardan ibarət çölün ortasında həyatın başlaması insanların dənizin ortasında Neft Daşlarını qurması və orada yaşamasıyla çox oxşardır. Arif Babayevin Bakının salnaməsinə bənzər Neft Daşlarına müraciəti bununla bitməyəcək, “Ömrün saatları” filmində başqa bir aspektdən yenidən dəyərləndiriləcəkdir. Bu barədə daha sonra... 1968-ci ildə çəkilən “Uşaqlığın son gecəsi” filmi özümdən uydurduğum “Gizli trilogiya”nın ikinci filmidir. İlk filmdə başlanan tendensiya burada davam edir, insan həyatının ikinci dövrünə – gəncliyə nəzər salınır. Bu filmdə Arif Babayev xeyli səxavətli davranır və Azərbaycan kinosuna bir sıra yenilikləri daxil edir: küçə dilini, filmdə ilk estrada musiqisini, Bakı fonunda modernlik və mühafizəkarlıq konfliktini, “Beatles”ı... Muradın (Ənvər Həsənov) işə girməsiylə uşaqlığının bitməsi və gəncliyinin başlaması fonunda dövrün Bakısı, atmosferi, gənclərinin həyatı, maraqları sərgilənir. Davud (Məmmədsadıq Nuriyev) roluyla Arif Babayev öz qardaşının prototipini yaradır. Başında “şəpkəsi” damda quş saxlayan Davud mühafizəkar Bakının ştrixlərini müəyyən edir ki, filmdə dediyi “əvvəllər böyük var idi, kiçik var idi” sözləri konflikti aydınlaşdırır. Digər tərəfdə isə “homeparty”lərdə caz, “Beatles” dinlənilir. Bu mübarizə məhz bir il sonra Eldar Quliyevin “Bir cənub şəhərində” filmində əsas mövzuya çevriləcəkdi. Bəzən kameranın görüntülədiyi, bəzənsə rəssam Elbəy Rzaquliyevin çəkdiyi Bakı mənzərələri Arif Babayevin qırmızı xəttini təşkil edir. Rejissor bütün filmlərində əlindən gəldiyi qədər bu qırmızı xəttin ifadəsinə və mədhinə çalışır. Musiqili Komediya Teatrında kostumer vəzifəsində çalışan Törəxanım Zeynalovanı “Nənə” rolunda öz film heyətinə daxil edir. Daha əvvəl də bir neçə epizodik rolda oynayan bu qadının ən yaddaqalan obrazının məhz bu filmdə olması təsadüfil deyil: Arif Babayev onun epizodik rolunu məhz xalqın dili ilə, yəni hamımızdan biri kimi danışdıraraq yaddaqalana çevirir. Bakı metrosu da filmdə görüntülənir. Murad və Rüstəmin macəralarında müxtəlif situasiyalar aşkara çıxarılır. Filmin finalında isə Polad Bülbüloğlunun ifasında “Gəl, ey səhər” mahnısı onu unudulmaza çevirir. 1971-ci ildə Anarın “Gürcü familiyası” hekayəsi əsasında ekranlaşdırılan “Gün keçdi” filmi “Gizli trilogiya”nın son halqasıdır. Burada artıq gənclik illəri başa çatmış və orta yaşa qədəm qoyan bədbəxt və kədərli iki insanın hekayəsindən danışılır. Oqtay (Həsən Məmmədov) və Əsmər (Leyla Şıxlinskaya), demək olar ki, bütün film boyu kameranın qarşısındadırlar və onlardan başqa adam gözə dəymir. Buna baxmayaraq,

23


Film Fiction Magazine

film qətiyyən dinamizmini itirmir, əksinə getdikcə cazibəsinə qapılır və kadrlarla birgə sürüklənirsən. Bunun əsas səbəbi Arif Babayev yaradıcılığındakı Bakı romantikasının bu filmlə birgə zirvəyə çatmasıdır. Küçələri maşınlarla təmizlənən, geniş prospektlərində maşınlar şütüyən, gecələr işıqları ilə insanı riqqətə gətirən Bakının portretidir bu. Ayrıca, uyğunlaşdırılan hekayənin bir məqamında Oqtay ağlından keçirir: “Yoq sistemi”. İndi o, fransız xalçalarından, Kafkadan və Antonioninin filmlərindən, Qaliçin nəğmələrindən danışacaq. Aman allah, bu, həmin o Əsmərdirmi?” Arif Babayev hekayənin bu məqamıyla həmin dövrün bakılı “stilyaqalarının” geyimlərini çox gözəl birləşdirir və təsadüfə baxın ki, Oqtay geyim-kecim baxımından Fellini, Antonioninin sevimlisi Marselo Mastroyanniyə çevrilir. Həmin dövrü görmüş şəxslər tez-tez vurğulayırlar ki, italyan kinolarına baxan bakılı gənclər özlərini həmin aktyorlara, aktrisalara oxşatmağa çalışırdılar. “Gün keçdi” geridə qalmış, itirilmiş zaman haqqında oxunmuş ağıdır. Zaman ötüb, hər şey dəyişib, itirilənlər itirilib və geriyə qalanlarla xoşbəxtlik mümkün deyil. Əsmər öz xoşbəxtliyini axtarmağa gəlir, amma nəticədə əliboş qayıdır. Oqtayın peşəcə mühəndis olması Arif

24

Babayevin işini daha asanlaşdırır, onun gözündən Bakıya, İçərişəhərə baxmaq, bu dar dalanlar və dolaşıq küçələr haqda mülahizələr irəli sürmək su içməyə çevrilir. Modern və şəhərli Oqtay yeniliyə can atsa da, keçmişi bütünlüklə silməyin tərəfdarı deyil, eynilə Arif Babayev kimi. Əllərini divarlara sürtərək yolunu tapan qoca içərişəhərli buranı sevən hamının simvoluna çevrilir. Bu böyük labirint içində gəzişdikcə, hərlənib-fırlanıb eyni yerə, eyni məkana gəldikcə, dar küçələrdən ötüb geniş meydanlara çıxdıqca, məscidlərinin günbəzindən arxada görünən Xəzərə baxdıqca İçərişəhərin sevilən tərəflərini anlayır və evləri söküldüyü üçün hönkür-hönkür ağlayan kövrək Babayevin sevgisini və əbədiləşdirmək istəyini çox gözəl qavrayırsan. Arxa fonda isə Vaqif Səmədoğlunun şeiri səslənməyə davam edir:

“.... ÖLÜM AYAĞINDADIR INDI BIÇARƏ ŞƏHƏR, İÇƏRI ŞƏHƏR...” 1973-cü ildə çəkilən “Ömrün ilk saatı” filmi ilə Arif Babayev yenidən Neft Daşlarına müraciət edir, ancaq bu dəfə psixoloji janrdan daha çox, tarixiliyə üz tutur və üç nəsil (baba-oğul-nəvə) boyunca bu məkanın ideyasının necə nəsildən nəsilə ötürüldüyünü və sonda qarşılanan mənzərəni göstərir. Babanın (Mehdi – Həsənağa Turabov) istəyi ilə uzun müzakirələrdən sonra dənizdə estekadaların qurulması və oradan neft çıxarılmasına cəhd edilir, lakin dostlar buna müvəffəq ola bilmirlər. Aralarından bir yoldaşın ölümü ilə həvəsdən düşsələr də, gələn doğum xəbəri ideyanın və istəyin ölməyəcəyinə dair bir işarəyə çevrilir. Oğul (Yusif – Şahmar Ələkbərov) atasının ideyasını həyata keçirmək üçün müxtəlif maneələrlə qarşılaşır, ancaq son ana qədər mübarizə aparır və istəyinə nail olur. O, müharibədən yenicə qayıtmış şəxsdir və həyata baxışında atasıyla arasında fərqlərin olması mümkündür. Buna baxmayaraq, neftçi ənənəsinə sadiq qalıb ideyanı davam etdirmək üçün atasının yaşayan dostları ilə bir-bir əlaqəyə girir, onları yenidən bu işə cəhd etməyə səsləyir və buna müvəffəq olur. Nəvə (Azər – Rasim Balayev) isə özündən öncəki iki nəsildən fərqli olaraq, Neft Daşlarına qarşı tənqidi


Film Fiction Magazine

münasibət bəsləyir. Ekoloji cəhətdən dənizin çirkləndiyini və buna son qoymaq lazım olduğunu deyir. Azər 70-ci illərin tənqidi təfəkkürünün insanıdır və artıq dəyişikliyə ehtiyac olduğunu qavrayır. Beləliklə, bu üç nəslin Neft Daşlarının yaranmasına və fəaliyyətinə dair münasibəti ardıcıllıqla sadalanır. Bakı olmasa belə, Neft Daşlarına yenidən nəzər salmağa kömək edir. Ayrıca, Rasim Ocaqovun filmdəki operator işi təqdirəlayiqdir. Bu yazıda Arif Babayevin filmlərində məkan olaraq Bakını ələ aldığım üçün Bakıda keçməyən, başqa məkanlarda cərəyan edən iki filmi – “Alma almaya bənzər” (1975) və “Arxadan vurulan zərbə” (1977) – barədə ətraflı danışmayacağam, ancaq bəzi nüanslara toxunmaq vacibdir. İlk növbədə “Alma almaya bənzər” filmi materialist SSRİ dünyasında bir növ etirazdır desək yanılmarıq. Bol simvolika, müxtəlif eyhamlar, dini adlar və kontekslər göstərir ki, rejissor bu filmində öyrənilmiş elm əsaslı həqiqətləri gözardı edərək həyata və dünyaya dair fərqli bir baxışı təqdim və təlqin edir. “Arxadan vurulan zərbə” isə kinoteatrlarda qazandığı uğurdan ötrü diqqət çəkməkdədir. Əsərin axıcılığını artırmaq və sadə, hazırlıqsız oxucunu da mətnə cəlb etmək üçün ağır mətləblər fonunda yerləşdirilən detektiv fəndi postmodern romanlarda qarşımıza çıxmaqdadır. Bunlara nümunə olaraq Ekonun “Gülün adı”nı, Pamukun “Qara kitab”ını, Pol Osterin “Nyu-York trilogiyası”nı misal göstərmək olar. Azərbaycan kinematoqrafiyasında detektiv janrının uğurlu nümunələrindən olan “Arxadan vurulan zərbə” filmi də Arif Babayev yaradıcılığında yuxarıda qeyd etdiyim detektiv fəndlərdəndir. Bunun şüurlu olaraq və ya təsadüfən gerçəkləşdiyini bilmirik, ancaq 17 milyon izləyici sayı çox şeydən xəbər verir. Bu film o qədər uğur qazanır ki, Arif Babayevin növbəti filminə birbaşa Moskva televiziyası sponsorluq edir. 1979-cu ildə lenta alınan “Bizi bağışlayın” filmi bir qatar kupesində, gecə yuxusundan yarımçıq oyanan Nərimanın (Həsən Məmmədov) görüntüləri ilə başlayır. Yatağında daxili monoloqla özünü və həyatını araşdıran, analiz edən Nəriman artıq 40 yaşa çatdığını və geriyə nə qaldığını soruşur? Belə olduqda, gedəcəyi yerdən daha tez düşərək öz doğma şəhərinə qayıdır. Alim, uğur qazanmış böyük şəxsiyyət olan bu obraz 20 ildən sonra öz şəhərinə qayıtdığı kimi, Arif Babayev də “Arxadan vurulan zərbə” ilə müvəffəqiyyət qazandıqdan sonra öz sevimli mövzusuna – Bakısına qayıdır və obraz ilə rejissorun bu cəhətləri oxşarlıq təşkil edir. Nəriman evlərini, yaşadığı, uşaqlıq illəri keçən məkanları axtarır, Bakının sarmaşıqlı balkonlarına nəzər salır, ümumi həyətlərdə dostlarını, sirdaşlarını tapmağa çalışır. Nərimanı öz şəhərində, doğulub-böyüdüyü yerdə tanımırlar, yalnız onu başqası təqdim edəndən sonra, ya da şəxsiyyət vəsiqəsinə baxdıqda kim olduğunu bilirlər və dərin hörmət

25


Film Fiction Magazine

bəsləyirlər. Ssenarinin bu nüansı uğur qazanmış, hamı tərəfindən ad olaraq tanınan, ancaq görkəm olaraq onlara yadlaşdığı, uzaqlaşdığı üçün ilk baxışdan bilinməyən adamın tənhalığına işarə edir. Gəzdikcə, keçmiş dostlarını, eşqini tapdıqca qarşılaşdığı mənzərə ürəkparçalayan və hüznlüdür. Ölən ölmüş, qalanlar tamam yadlaşmış, başqa şəxslərə, ortaq dəyərləri bölüşməyən yad kimliklərə bürünmüşlər. Bu təəssüflərdən, peşmanlıqlardan sonra isə film tamam ayrı məcraya keçir, getdikcə didaktik bir forma alır. Moskvanın yuxarıda qeyd etdiyim sponsorluğu özünü göstərir – dəmir dabanını filmdə mövzuya basır. Filmin finalının daha əvvəlki bir filminin eynisi olması, öyüd-nəsihət ab-havasına bürünməsi və istəyə uyğun olaraq rus dilində çəkilməsi “Bizi bağışlayın”ı Arif Babayev yaradıcılığındakı ən zəif filmə çevirir. Uzun səyahətlərdən və keşməkeşlərdən sonra geriyə qayıdan və mənəvi olaraq tamam başqa adama çevrilən obraz “Qılqamış” dastanından tut “Odisseya”ya qədər, oradan da müasir dünya ədəbiyyatına qədər uzanmaqda və davam etməkdədir. Arif Babayevin Nərimana verdiyi həll orijinal olmasa da, ən azından klişe də deyil və burada yaxın planda protoqonistin (müsbət baş obraz) mənəvi dəyişikliklərini deyil, geri qayıtdığı yerin insanların ümumi əhval-ruhiyyəsini, mənəvi deqredasiyasını göstərməkdədir. Antoqonist (mənfi baş obraz) axtarmağa dəyməz, onlar tək-tək adamlar deyil, əksinə keçmişini, dostlarını, müəlliməsini unutmuş hamıdır və günahkar ötən zaman və dəyişən mənəvi kodekslərdir. Bakı isə yüksək binalar tikilən, keçmiş yaşayış yerləri sökülən, hamının qutucuqlarda yaşadığı və bir-birindən xəbərsiz həyatlarına davam etdikləri, rabitəsizlik halında olan modern şəhər kimi göstərilir. Arif Babayev də yaxşı başa düşür ki, Rubikonu keçdik, geriyə yol yoxdur.

26

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Bakının müdafiəsi üçün çalışan çekistlərin (kəşfiyyatçıların) fəaliyyətindən bəhs edən “Birisigün, gecəyarı...” filmi Arif Babayevin son tammetrajlı bədii filmi oldu. 1981-ci ildə çəkilən bu filmdə Bakını işğal etməyə çalışan, bunu bacarmadıqda isə bombardıman üçün hazırlaşan ingilislərin və digər əks-inqilabçıların bir-bir müəyyən edilməsi və ələ keçirilməsi, bütün planların deşifrə edilməsi əsas məsələdir. Babayev bu filmdə digər filmlərindəki Bakı portretindən uzaqlaşır. Daha əvvəl filmlərində lirik-psixolojik tərəflərinə işıq tutulan şəhər insanı və onun urbanist xəyalpərəstliyi kənara qoyulur, şəhərin tarixi-strateji əhəmiyyəti ön plana keçir və şəhərin tarixinə fərqli bir nəzər salınır. Bu filmdə də Arif Babayev öz sevimlisi Həsən Məmmədovu baş rola dəvət edir və ondan yararlanır.


Film Fiction Magazine

54 illik qısa ömrünə səkkiz tammetrajlı bədii film sığışdıran Arif Babayev “Birisigün, gecəyarı...” filmi ilə nöqtəni qoyur. Şəhəri məhv etmək arzusunda olan düşmənlərdən xilas edilən məkan, Babayevin filmlərində də xilas edilir və bu rejissor sevimli, doğma məkanını həmişə xatırlanacaq halda, daha doğrusu, xatırlanmaq istədiyi halda yaddaşlara yazır. Şəhərin ruhunu anlamaq üçün küçələri gəzən “flauner”lər kimi, o da öz kamerasıyla küçələrdə şəhərin ruhunu axtarır və qavradığı, hiss etdiyi qədər bunu tamaşaçılara əks etdirir. Sevgisindən vazkeçməyən adamın öz şəhərində adına bircə tin-dalan-küçəprospekt-meydan olmasa da, İstiqlaliyyət küçəsindən Ədəbiyyat Muzeyi istiqamətində düşəndə daim Muradı xatırlayır və onun bir azdan “Buldoq hardan oldu? Əsl ingilis doqudur” cümləsini eşidəcəyini bilir, Oqtay ilə Əsmərin yenə İçərişəhərdə gəzişdiyini hiss edirsən. Bir müddət İçərişəhərdə bələdçi kimi işləyən Arif Babayevin müşayiəti ilə əsla gəzə bilməsək də, bizə öz kamerası ilə yoldaşlıq etdiyi və istədiyimiz an, istədiyimiz vaxt sadəcə filmlərini izləyərək bizimlə danışacağı üçün minnətdarıq.

SEVGI ILƏ ANIRIQ... 27


Film Fiction Magazine

HƏSƏN SEYIDBƏYLI KINOSU

28

Müəllif: Baba Babayev


Film Fiction Magazine

Ç

ağdaş Azərbaycan ədəbiyyatının müstəqillik qazandıqdan (1991) sonra inkişafı ilə əlaqədər problemləri daha dərindən və müasirlik ruhunda işıqlandırmaq ədəbiyyatşünaslarımızın qarşısında duran vacib vəzifələrdəndir. Ən yeni bədii yaradıcılarla yanaşı ötən əsrin (XX) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılıqlarının mövcud ədəbi proseslə üzvi əlaqədə əhatəli öyrənilməsi aktuallıq kəsb edən məsələlərdəndir. Bu gün sözügedən vacib problemi özəlliklə yüksək elmi – nəzəri səviyyədə həll etmək üçün zəruri vaxtdır, bəlkə də mərhələdir. Keçid dövrü deyilən 1990-cı illərdə həyatın bütün sahələrində olduğu kimi ədəbiyytın da bostanına daş atanlar, hətta klassiklərimizi inkar etməyə cəhd göstərənlər oldu. Bir ictimai formasiyanın digəri – yenisi ilə əvəzlənməsi, əlbəttə, yüksələn xəttilə labüd idi. Və deyək ki, bu prinsipin özündə çaş düşənlər, tərəddüd edənlər, dərk etməyənlər az olmamışdır. (1920-ci ildə kapitalizmdən sosializmə keçid – B.B) 1990-cı illərin qeyri – adiliyi onda oldu ki, ictimai–siyasi formasiya biri digərini əvəzləyərkən irəli yox, geri – sosializmdən kapitalizmə keçid oldu. Cəmiyyətdə yaranan xaos bəzi ciğırdaş yazarları sözün həqiqi mənasında çaş–baş saldı. Təəssüflər olsun ki, onlar klassiklərimizə də qara eynək arxasından baxası oldular. Bilərəkdən, bilməyərəkdən, bəlkə də nadanlıqdan, xəbislikdən və s. Halbuki, Azərbaycan ədəbiyyatı xalqımızın ən böyük mədəni nailiyyətlərindən, meyarını, əhəmiyyət və vüsətini heç cürə itirməyəcək qiymətli mənəvi sərvətlərindəndir. Bu mənəvi sərvətlər bütün dövrlərdə öyrənilməli, tədqiq olunmalı və qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməlidir. Altmış illik ömrünün otuz ildən çoxunu ədəbiyyata, sənətə həsr etmiş Həsən Seyidbəylinin adı bu ədəbiyyatın, mədəniyyətin yaranması və inkişafı ilə sıx surətdə bağlıdır.

29


Film Fiction Magazine

30


H

əsən Seyidbəyli çox geniş diapazonlu yaradıcı sənətkar olmuşdur. Etiraf edək ki, onun zəngin yaradıcılığı haqqında indiyədək az yazılmışdır. Ədibin kino yaradıcılığı və nəsri ayrı-ayrılıqda tədqiqat obyekti olası idi. Həyat və yaradıcılığı haqqında monoqrafiyalar çap olunmamış, müxtəlif problemli tədqiqatlarda onun əsərlərinə münasibət bildirilməmiş və ya az nəzər yetirilmişdir. Xalq yazıçısı, professor Elçin haqlı olaraq yazır: “Bu gün, sovet zamanı ədəbiyyata gəlmiş və artıq haqq dünyasına köçmüş yazıçı və şairlərin biri az, o biri çox, o biri isə tamam unudulmaq üzrədir, onların adı istehza və təkəbbür hədəfinə çevrilir, bir qisminin əsərləri bir kənarda qalır, özləri isə Sovet ideologiyasının tələbləri və təltifləri çərçivəsində yazdıqları üçün kin-küdurət obyekti olurlar. Əlbəttə, istedadsız yazıçı unudulacaq, bu, sənətin sərt, amansız və mütləq qanunudur və heç kim heç kimi uzun müddət süni surətdə, zorla ədəbiyyatda, sənətdə saxlaya bilməz, amma bu o demək deyil ki, əsərlərini təhlil etmədən, fəaliyyətlərini öyrənmədən Sovet zamanı yaşayıb, sosializm-realizmi çərçivələrində yaradıblarsa, bir küll halında onların hamısının üzərindən xətt çəkilməlidir. Onların arasında elə böyük yazıçı və şairlər var ki, XX əsr Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında böyük də rol oynamışlar və Sovet dövründə yazıb-yaratmış qələm sahiblərinə küll halında yox, təbii ki, diferensial yanaşmaq lazımdır. Ancaq eyni zamanda, onların bir küll halında gördükləri iş də böyük əhəmiyyətə malikdir və böyük də hörmətə layiqdir ”. Həsən Seyidbəyli də unudulması qəbahət sayılan, əsərləri bu gün də aktuallığını itrməyən “XX əsr Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında böyük rol oynamış” sənətkarlardandır. XX əsr Azərbaycan ədəbiyyatından bəhs edən dərsliklərdə və monoqrafiyalarda da Həsən Seyidbəylinin yaradıcılığı unudulmuş, icmallarda azacıq xatırlanmışdır. Qəzet və jurnal səhifələrində müxtəlif münasibətlərlə əlaqədar olaraq görkəmli sənətkar haqqında az məqalələr dərc olunmuşdur. Monoqrafiya yazıçı haqqında ilk sistemli tədqiqat əsəridir. “Həsən Seyidbəylinin bədii nəsri” adlı monoqrafiyada yazıçının nəsr əsərlərinin sənətkarlıq məsələlərinə

Film Fiction Magazine

diqqət yetiriləcək. Ədəbiyyatşünaslıq baxımından bu çox əhəmiyyətli məsələdir. Bir məqamı xüsusi vurğulayaq ki, hər hansı bir sənətkarın poetikasını, söz qüdrətini şərh etmədən onun janrından asılı olmayaraq yaradıcılığını obyektiv qiymətləndirmək mümkünsüz bir işdir. Nasir kimi H.Seyidbəylinin öz əsərlərində nədən bəhs etdiyini, fikrini, deyə bilmək istədiyi idealları söyləməkdən əlavə öz istəklərini necə deyə bilmək məharətini, ustalığını da açmaq, nəzəri təhlil süzgəcindən keçirmək çox vacibdir. Doğrusu bunların birini digərsiz xəyalə gətirmək müşkül məsələdir. Çünki əsərin (əlbəttə, janrından asılı olmayaraq – B.B.) ideya-mövzu məsələlərini şərh etmədən oradakı poetik ustalıqdan söhbət açmaq mümkün olmadığı kimi, sırf sənət problemlərini açmadan təkcə məzmun və mövzudan bəhs etmək də çox natamam təsəvvür yaradır. Artıq XXI əsrdir. Bu əsrin təbii ki, oxucuları da, onların zövqləri də, yaranan ədəbi və nəzəri əsərlər də vətəndaşlarının stilinə uyğun yazılmalı, təhlil olunaraq münasibət bildirilməlidir. Deməli, nəzəri fikrin müasir səviyyəsi bilavasitə poetika məsələlərinin dərin və dəqiq şərhini, forma və məzmun vəhdəti prinsipinin, ideyalılıq və bədiilik kriteriyalarının kompleks şərh olunmasını tələb edir. Bircə bu metodla hər hansı bir yazıçının və ya şairin özünəməxsus fərdi, orijinal, sənətkar siması, portreti, nəhayət ədəbi aləmdəki mövqeyi inanılmış halda, düzgün strukturda müəyyənləşdirilə bilər. H.Seyidbəylinin nəsr əsərlərinin sənətkarlıq məsələləri haqqında yazılmış bu kitabda isə onun zəngin və çoxcəhətli yaradıcılığının (hekayə, povest, romanları) səciyyəvi xüsusiyyətlərindən bəhs etməyə çalışacağıq.

31


Film Fiction Magazine

H.Seyidbəyli öz xətti ilə yazdığı avtobioqrafiyasında göstərir ki, “1943-cü ildən ilk hekayə və novellalarımı yazmışam. 1944-cü ildən Azərbaycanda nəşr olunan qəzet və jurnallarda və İttifaqın mətbuatında nəşr olunmağa başlamışam”. Yazıçı-dramaturqu təkcə doğma Azərbaycanımızda deyil, keçmiş Sovetlər İttifaqında və digər xarici ölkələrdə də tanıyırdılar. Onun “Kənd həkimi”, “Uzaq sahillərdə” (İ.Qasımovla birlikdə), “Telefonçu qız”, “Cəbhədən-cəbhəyə”, “Çiçək”, “İllər keçir” (İ.Qasımovla birlikdə), “Tərsanə” və s. povest və romanları nəsrimizin ən dəyərli nümunələrindəndir. “Sınaq”, “Dəniz cəsurları sevir”, “ Sən nə üçün yaşayırsan?”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” dram əsərləri nəinki Azərbaycan teatrlarında, hətta xarici ölkələrin nüfuzlu teatrlarında səhnəyə qoyulmuşdur. Kino–rejissor kimi də uzun illər fəaliyyət göstərən sənətkar aşağıdakı filmlərin ssenarı müəllifi və yaxud rejissoru olmuşdur. 1. Doğma xalqımıza - ssenari müəllifi (1954) 2. Qızmar günəş altında - ssenari müəllifi (1956) 3. Uzaq sahillərdə - ssenari müəllifi (1958) 4. Telefonçu qız – rejissor və ssenari müəllifi (1962) 5. Kimi daha çox sevirik - rejissor və ssenari müəllifi (1964) 6. Möcüzələr adası - rejissor və ssenari müəllifi (1965) 7. Sən niyə susursan - rejissor və ssenari müəllifi (1966) 8. Bizim Cəbiş müəllim - rejissor (1969) (Ssenari müəllifi M.İbrahimbəyov) 9. O qızı tapın - rejissor və ssenari müəllifi (1970) 10. Nəsimi - rejissor (1974) (Ssenari müəllifi İsa Hüseynov) 11. Xoşbəxtlik qayğıları - rejissor və ssenari müəllifi (1976) Həsən Seyidbəyli dəfələrlə ümumdünya kino sənətkarları məclisinin iştirakçısı olmuş və Amerika, Kanada, Yaponiya, Hindistan və başqa ölkələrdə Sovet kino sənəti xadimlərini təmsil etmişdir. Hər halda azərbaycanlı kimi. Azərbaycan incəsənət tarixində misli-bərabəri olmayan işlər görmək də onun alın yazısı, Tale qisməti imiş. “Uzaq sahillərdə”, “Bizim Cəbiş müəllim”, “O, qızı tapın”, “Nəsimi” kimi bədii filmləri kino tariximizin qızıl səhifələrinə düşən əsərlərdir. Bütövlükdə, uğurlu ekran həllini tapan bu filmlər vasitəsilə böyük bir kino-aktyor nəslinin yetişib formalaşması da (xalq artistləri Rasim Balayev, Şəfiqə Məmmədova, Nodar Şaşıqoğlu) və b. onun əməyinin bəhrəsi kimi qiymətləndirilməlidir. Həsən Seyidbəylinin 40 ilə yaxın sənət həyatı olduqca rəngarəng və zəngindir. Sənətkarın çoxşaxəli, istedadlı yaradıcılığı bədii nəsri ilə yanaşı milli kinomuzun inkişafına yönəlmişdir. Onun filmlərindəki həyatı konfliktlər, təmiz, ülvi, həm də ehtirasların çarpışması, yüksək emosionallıq tamaşaçını gərgin vəziyyətdə saxlayır. Fərq etməz, istər bədii, istərsə də sənədli filmləri olsun, onun heç bir əsərində yorucu məqamlar və yaxud çatışmayan, səthi səhnələrə rast gəlinmir. Bu filmlər, nəsrində olduğu kimi insanın hissinə, duyğusuna və şüuruna situasiyadan asılı olmayaraq eyni dərəcədə təsir göstərir. Akademiyanın müxbir üzvü Nizami Cəfərovun təbirincə desək: “Çünki bu filmlərdə ağılla emosiya, beyinlə ürək qırılmaz vəhdət təşkil edir”. XX əsrin ikinci yarısının kino mədəniyyəti tariximizin nə qədər zəngin olduğu təbii ki, içində olduğumuz – XXI əsrin hələ neçə gələcək onillikləri zamanında daha aydın görünəcəkdir. Fəqət bu gün – XXI əsrin birinci on illiyi ərəfəsində çevrilib geri, ötən dövrə baxanda tarixin və taleyin bu ədəbiyyata və mədəniyyətə münasibətində necə də səxavətli olduğunu görəcəyik.

32


Film Fiction Magazine

Həsən Seyidbəyli keçmiş Sovetlər birliyində olan nüfuzundan istifadə edib vətəndaş yanğısı ilə Azərbaycan incəsənətini təbliğ etmək üçün çox böyük işlər görmüşdür. Ona öz şöhrəti üçün heç nə lazım deyildi, o illər görkəmli sənətkar bizə Azərbaycanın şöhrəti üçün lazım idi. Filmləri Ümumittifaq Kino Festivallarında Priz və diplomlara layiq görülmüşdür. 1976cı ildə Azərbaycanın xalq artisti fəxri adını alan H.Seyidbəyli bir çox orden və medallarla təltif olunubdur. Həsən Seyidbəylinin yaradıcılığı ədəbi tənqidin diqqətində olan mövzulardan olmuş, onun nəsr əsərlərindən, dramaturgiyasından və filmlərindən bəhs etmişlər. (Az da olsa) Akademik Məmməd Arif Dadaşzadə, xalq yazıçısı İlyas Əfəndiyev, akademik Bəkir Nəbiyev, professorlar Q.Əlibəyova, Həbib Babayev, Yaşar Qarayev, Qasım Qasımzadə, Məsud Əlioğlu, Orucəli Həsənov, şair S.Rüstəmxanlı və başqa alim, tənqidçi və sənətkarlar onun yaradıcılığından bəhs etmişlər. 1960-cı illərdən sonra ədibin kino və nəsr yaradıcılığı rus yazıçı və tənqidçilərinin də nəzərini cəlb etmiş, onun yaradıcılığı haqqında maraqlı fikirlər söylənilmiş, ayrı-ayrı əsərlərini təhlil etmişlər. Bu məqalələrdə Həsən Seyidbəylinin yaradıcılıq xüsusiyyətləri, sənətkarlığı, müəllifin ədəbiyyatda, incəsənətdə mövqeyi, özəlliklə ayrı-ayrı əsərlərinin ideyabədii keyfiyyətləri haqqında bu gün də öz dəyərini saxlayan düzgün elmi fikirlər çoxdur. Həmin fikir və mülahizələr monoqrafiyanın hazırlanmasında bizə xeyli kömək etmişdir. “Həsən Seyidbəylinin bədii nəsri” monoqrafiyası ədibin yaradıcılığının inkişaf yolunu göstərmək, nəsr əsərlərini bir küll halında təhlil etmək sahəsində yuxarıda qeyd etdiyimiz kimi ilk təşəbbüslərdəndir. Həsən Seyidbəyli yaradıcılığının ən kamil dövründə vəfat etdi. Ədibin yaradıcılığını dərindən və hərtərəfli tədqiq üçün təbii ki, gələcəkdə çox işlər görüləcəkdir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına yorulmaq bilmədən ömrünü həsr edən bir sənətkarın nəsr yaradıcılığını bu monoqrafiyada əhatə etmək çox çətindir. Onun kino yaradıcılığı, dramaturgiyası və publisistikası ayrı-ayrılıqda tədqiq olunası mövzulardır. Azərbaycan kino tarixinin səhifələrinə qızıl hərflərlə düşmüş “Uzaq sahillərdə”, həmçinin “Telefonçu qız”, “O qızı tapın” və rejissoru olduğu “Nəsimi”, “Bizim Cəbiş müəllim” və s. bədii filmləri könülləri elə fəth etmişdi ki, onilliklər bir-birini əvəz edib nəsillər dəyişsə də bu sənət əsərlərinə məhəbbət və mənəvi ehtiyac daima olacaqdır. Oxucular üçün maraqlı olacağını nəzərə alıb S.Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İnzəsənət arxivində (Fond 143, siyahı 1, iş 20) müxtəlif illərdə yazıçıya ünvanlanmış teleqramların içərisində böyük Türk şairi Nazim Hikmətin (Ələkbər Babayevlə birlikdə) 1957-ci ildə Moskvada Bakıya - Həsən Seyidbəyliyə göndərdiyi teleqramı təqdim edirik. Bu kiçik mətndə Nazim Hikmətin xahişin-

33


Film Fiction Magazine

dən əlavə Seyidbəylinin xüsusi nüfuzu da vurğulanmışdır. Teleqramın məzmunundan Türk dünyasının böyük oğlu Nazim Hikmətin “Uzaq sahillərdə” əsəri və onun ekranlaşdırılması haqqında məlumatı olması aydın görünür. Teleqramda deyilir: “Sizin filmdə Anjelika roluna dostumuz, istedadlı aktrisa Neçayevanın təsdiq olunmasına nüfuzlu müdaxilənizi xahiş edirik. Xoş xəbərlər ümüdi ilə”. Москва, 2-АЯ Песчаная. 6, квартира 112 целнем = Назим Хикмет,Алекпер Бабаев. Lakin hansı səbəblərdənsə “Uzaq sahillərdə” filminin rejissoru H.Seyidbəyli Nazim Hikmətin xahişini yerinə yetirə bilməmişdir. Anjelika roluna A.Yelikayeva adlı bir aktrisanı çəkəsi olmuşdur. İnsaf naminə deyək ki, bu istedadlı aktrisanın rolu çox uğurlu alınmışdır. Filmin çəkilişindən əlli ildən çox vaxt ötməsinə baxmayaraq Anjelika bu gün də tamaşaçılar tərəfindən minnətdarlıqla qarşılanır və sevilir. Həsən Seyidbəylinin filmlərinə tamaşa edəndə, povest və romanlarını, sənət haqqında düşüncələrini, məqalələrini, yol qeydlərini oxuyanda görürsən ki, bu yalnız bir sənətkarın yaradıcılıq yolu deyil, vətəndaş, sənətkar qəlbinin çırpıntılarıdır.

34


Film Fiction Magazine

35


Film Fiction Magazine

MUSTAFA KAMAL ATATÜRKÜN XILAS ETDIYI, SERGEY EYZENŞTEYINININ MOSKVADA SAXLAMAQ ISTƏDIYI SƏNƏTKAR RZA TƏHMASIB... Müəllif: Samirə Əşrəf

“O axşam atamın gözləri nura boyanmışdı. Xırdaca gözləri məmnun baxırdı, hərdən gülürdü. Kim bilir, bəlkə də həyatın əzabla dolu, lakin mənən xoş və fərəhli günlərinə qayıtmışdı”. * Yazıda Tamilla Təhmasibin “Rza Təhmasib” adlı kitabından istifadə olunmuşdur.

36


Film Fiction Magazine

TACIR YOX, AKTYORLUQ TALEYI...

R

za Təhmasib 1894-cü ildə Naxçıvanda tacir ailəsində doğulur. Onun babası Hacı Ələkbər kişi dinə dərin etiqadına görə böyük nüfuz sahibi olan ağsaqqallardan biri idi. Rza Təhmasib tacir ailəsində doğulsa da, o qədər də varlı uşaqlıq keçirməmişdi. Babası onu özü ilə ilə bərabər keçirilən xan məclislərinə aparar, sanballı insanıların əhatəsində böyüməsi və inkişaf etməsi üçün zəmin yaradardı. Hacı Ələkbər kişi əmin idi ki, balaca Rza özü kimi gələcəyin böyük taciri və dinə etiqadı olan hörmətli şəxslərdən biri olacaq. Həyat elə gətirir ki, gələcəkdə teatr və kino sahəsinə böyük xidmətlər göstərən bu şəxs elə ilk uşaqlıq illərindən taleyin amansızlığı ilə üz-üzə qalır. O, çox erkən yaşda anasını itirir. Rzanın tərbiyəsində və böyüməsində iki qadın böyük rol oynayır. Onlardan biri nənəsi, digəri isə Durna adlı bibisi olmuşdur. Rza Təhmasib öz xatirələrində onları gözləri dolmadan xatırlaya bilmir: “Mən ana görməmişəm, Durna bibi mənə əsl ana olub, nazımı çox çəkib. Nənəmin gen tumanı həmişə mənim üçün alınmaz qala idi. Nadinclik üstündə cəzalardan məni hər dəfə onun qat-qat tumanı qoruyardı”. O, 1901-ci ildə Naxçıvanın məhşur ziyalısı pedaqoq Məmməd Tağı Sidqinin hələ 1894-cü ildə açmış olduğu “Məktəbi-tərbiyə” məktəbində təhsilə başlayır. 1906-cı ildə oranı bitirir. Həmin illər ərzində o, rus dilini çox yaxşı şəkildə mənimsəyir. 1909-cü ildə Rza atası Abbasqulu kişiyə təhsilini davam etdirmək üçün Tiflisə gedəcəyini bildirir. Lakin, ata öz oğlunu tacir nəslinin davamçısı kimi görmək istəyir və bu kimi fikirlərə qarşı çıxır. Həmin illərdə Rza artıq Şeksprin, Şillerin, Puşkinin yaradıcılığı ilə tanış idi. Həmçinin Naxçıvanda məşhur olan Böyükxan Naxçıvanskinin aktyorluq və rejissorluq fəaliyyətini izləyir, onun quruluş verdiyi tamaşaların hamısına baxırdı. Bu dövrlərdə öz klassk yazıçılarımızın əsərləri ilə tanış olan Təhmasib Hüseyn Ərəblinskinin sənətkarlığı ilə də tanış olur. Ümumiyyətlə Təhmasibin te-

atra bağlanmasına təsir göstərən ən parlaq imza Ərəblinski olub. Sonralar da aktyor müsahibələrində öz sənət idealının adını dəfərlə vurğulayıb. Əlçatmaz arzuya çevrilən Ərəblinski olmaq istəyi onu Naxçıvandakı həvəskar aktyorların məşqlərinə gətirib çıxarır. O, 1909-cu ildə yazıçı dramaturq Hüseyn Cavidlə tanış olur. Onların müəllim tələbə münasibətləri başlanır. Həmin dövrlərdə Cavid İstanbul universitetindəki təhsilini bitirib Naxçıvana qayıdaraq öz evində məktəb açmışdı. Rza da bu məktəbin ən qabaqcıl tələbələrindən biri idi.

37


Film Fiction Magazine

SƏHNƏDƏ GIZLƏNƏN OĞUL... Güclü inadı sayəsində Təhmasib 1910cu ildə atasını razı salaraq onunla birlikdə Tiflisə gəlir. Ancaq gecikdiyindən bütün qəbul imtahanları baş çatmışdı. Belə olan halda o, atasının istəyi ilə kommersiya məktəbinə daxil olur. Lakin, qısa vaxt ərzində Azərbaycanlı artistlərin yaratmış olduqları “Auditoriya” dərnəyinin üzvü olur. Müxtəlif rollarla məşqlərə qatılan Təhmasibin növbəti rolu Mqedlşvilinin “Qaçaq Kərəm” tamaşasında Qurban rolu olur. Məşqlərin bitməsinə az qalmış aktyorun atası oğluna baş çəkməyə gəlir. Oğlunun teatra marağını bilən ata qaldığı mehmanxanada tamaşa üçün satılan biletlərdən almağı qərarlaşdırır. Təhmasib hər vasitə ilə bunun qarşısını almağa çalışır. Çünki atasının bilet aldığı tamaşada o, özü aktyor kimi iştirak etməli idi. Lakin, ata tamaşaya bilet alır. Aktyorun tanınmaması üçün bircə yol qalmışdı. Bu da yaxşıca qrimlənmək idi. Birinci və ikinci pərdələrdə onun atası heç bir şübhəyə düşmür. Lakin, sonuncu pərdədə özünü itirən Təhmasib dekorasiyanın əsasını təşkil edən asma ağaca toxunur. Bütün “meşə” titrədiyi üçün suflyorun “korsan, gözün görmür” deməsi ona pis təsir edir. Və bu əhvalat onun atası tərəfindən tanınmasına səbəb olur. Tamaşadan sonra ata oğluna “səylə” oxuduğu üçün “təşəkkür” dolu sifariş yollayır.

38

Mehmanxanaya qayıtdıqdan sonra ata öz oğlundan heç bir izahat tələb etmədən, nəsihət vermədən çox sakit və qısa danışıb, məzəmmət və hətta təhqir dolu baxışlarla oğlunu süzərək ondan ayrılır. Lakin, bu ayrılıq və faş olma Rzanın teatrla daha aktiv işləməsinə şərait yaradır. Aktyor Tiflisdə kirayə qalır. Onun ilk məhəbbətlə tanışlığı da elə həmin dövrlərə təsadüf edir. 1910-cu ildən 15-ci illərə qədər o, Tiflisdə yaşayır, bu illər ərzində xeyli ziyalı insanla tanış olur. Hüseyn Cavid və Əziz Şəriflə dostluğu daha da möhkəmlənir. Onlar tez-tez botanika bağında xudmani məclilər qurar, söhbətlər edərmişlər. Əziz Şərif xatirələrində yazır: “Biz tez-tez Botanika bağı dərəsinə gedər, məclis qurar və uşaqlığımızı yada salıb əylənərdik. Rza şərab içmədiyindən bizə nisbətən ayıq olurdu. Və biz şuluqluq edəndə o, əzabkeş lələ kimi bizimlə maraqlanırdı.”


Film Fiction Magazine

İKI SEYIDIN FIRILDAĞI... 1915-ci il aktyorun həyatında çox əlamətdar dönəm olur. Belə ki, həmin il Naxçıvan teatrında səhnələşən “Ölülər” əsərində iştirak edir. Cəlil Məmmədquluzadənin bu aktual əsərini həmin dövrdə teatr səhnəsində hazırlamaq çox çətin idi. Çünki qəhrəmanlar və hadisələr o dövrün bütün mənzərəsini əks etdirirdi. Cəlil Məmmədquluzadənin bu pyesindəki qəhrəmanların bir çoxu həyatdan götürülmüşdü. 1889-cu ilin yazında İrandan gələn Seyid Heydər və Seyid Mirzəcan adlı iki nəfər o vaxtkı Cəbrayıl qəsəbəsinin iki kilometrliyndə yerləşən Horovlu kəndində yaşayan şiələrə xəbər verirlər ki, onları birinci İmam Əli göndərib ki, xalqa yaxın günlərdə dünyanın dağılması xəbərini versinlər. Ona görə də hamı bu qiyamət gününə hazır olub dünya nemətlərindən vaz keçərək yeyib içib kef etsinlər. Dünya dağılandan sonra onlar nəqd pullarını artıqlaması ilə alıb xoşbəxt həyatlarına davam edəcəklər. Təyin olunmuş vaxtda möminlər soyunub dağın başına çıxırlar. Lakin, nə qədər gözləyirlərsə, dünya dağılmır. Onlar kor-peşman evə qayıdan zaman seyidlərin onların pullarını götürüb qaçmış olduqlarını görürlər. Heç şübhəsiz ki, Mirzə Cəlil bu hadisələrin ya şahidi olmuş, ya da eşitmişdir ki, onları “Ölülər” əsərində təsvir edib. Həmçinin Kefli İsgəndər obrazı da Mirzənin Sübhi adlı müəlliminin prototipi olub. Rza Təhmasib “Ölülər” tamaşasındakı Kefli İskəndər rolunda çox böyük müvəfəqqiyyətlə iştirak edir. 1918-ci ildə isə Bakıya gəlir. Bakıdakı Dram teatrında işə başlayan Rza Təhmasibin yaradıcılığında Hüseyn Cavid repertuarı çox vacib yer tutur. Xüsusən də “İblis” tamaşası. 1921-ci ildə Abbas Mirzə Şərifzadənin rejissorluğu ilə hazırlanan “İblis” tamaşasında aktyor Şərifzadədən sonra İblis rolunu ifa edir. Rza Təhmasib həmin illəri sonralar “Unudulmayan günlər” adlı xatirə kitabında belə xatırlayr: “Mənim İblis rolunda Şərifzadədən sonrakı çıxışım, qəhqəhəm çox pis qarşılandı, hətta gülüş doğurdu. Mən başa düşürdüm ki, Şərifzadə səsi, Şərifzadə nəfəsi məndə yoxur. Mən yalnız sözlərimdəki məntiqin gücünə arxayın olmalıydım. Əks təqdirdə obrazın fəlsəfi mənası itə bilərdi. Bu səbəbdən obrazı qəbul edərkən xeyli götür-qoy etdim. Şərifzadə istedadı qarşısına çıxmaq böyük cəsarət tələb edirdi. Teatrın soyuq dəhlizində rejissor mənə əsas mizanları göstərdi. Rol üzərində ciddi işə başladım. Əsas məşqlər evimdə olurdu. Mən kiçik iş otağımda İblisin monoloqunu və başqa səhnələri saatlarla məşq edirdim. Premyera günü ilk çıxışım gülüş doğursa da, danışmağa başladığım ilk dəqiqələrdən mən salonu tamamilə özümə tabe edə bildim.” Belə günlərin birində Rza Təhmasib gözlənilmədən xarici işlər komisarlığına dəvət olunur və diplomatik nüməyəndə heyətinin tərkibində tərcüməçi kimi uzunmüddətli Türkiyə səfəri təklifi alır. Müxtəlif şəhərləri, ölkələri görmək aktyorun hələ uşaqlıq illərindən arzusu olduğundan bu təklif onun ürəyindən olur.

39


Film Fiction Magazine

R

za Təhmasib Türkiyədə işləməklə yanaşı, həm də yetimlər xeyrinə verilən tamaşalarda iştirak edirdi. Onların tamaşalarını izləməyə Mustafa Kamal Atatürk də gələrdi. Həmin tamşaların birinin sonunda Rza Təhmasib Cavidin “İblis” tamaşasından monoloq söyləyir. Bundan sonra onu din, dövlət əleyhinə komunist təbliğatı aparmaqda günalandırıb Türkiyədən qovmaq istəyirlər. Yalnız Atatürkün işə qarışmasından sonra bu təhlükə sovuşur. Sonralar Atatürk şəxsən özü Təhmasibi təşkil etdiyi məclislərə dəvət edib, ondan məhz həmin monoloqu söyləməsini xahis edərək deyərmiş: “Rza bey, şu monoloqu lütfən söyləyiniz”.

40

“RZA BEY, ŞU MONOLOQU LÜTFƏN SÖYLƏYINIZ”.


Film Fiction Magazine

MIRZƏ CƏLILDƏN KÜSKÜNLÜK...

SERGEY EYZENŞTEYININ ETIRAFI...

1922-ci ildə aktyor Bakıya geri qayıdır. Elə həmi ili də teatra direktor təyin olunur. Teatrda işlədiyi müddətdə aktyor Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev kimi ədiblərlə möhkəm dostluq etsə də, o zaman Xalq Maarifi komissarı olan Cəlil Məmmədquluzadə ilə aralarında soyuqluq vardı: “Dostlarımın köməyi” ilə Mirzə Cəlili elə ilk gündən inandırdılar ki, mən teatr işini bacarmıram, işləyə bilmirəm. Bundan sonra ədib mənim işlərimə mane olmağa çalışır, teatra pul buraxmır, taxta, bez, rekvizit üçün vəsaiti vaxtında vermirdi. Hətta dost məclislərində məni işdən çıxaracağını deyirdi, haqqımda hörmətsiz danışırdı.” 1924-cü il iyulun 1-də aktyor “xəstəliyinə görə” öz xahişi ilə işdən azad olunur. O, bir də teatra bir il iki aydan sonra qayıdır. Onun qayıdışından sonra Tuqanov da teatra gəlir və bir-birindən maraqlı tamaşaların hazırlanma dönəmi başlanır. 1930-cu ildə Tuqanovun rejissorluğu ilə Cavidin “Knyaz” əsəri

səhnəyə qoyulur. Əsərdəki Knyaz obrazı isə Təhmasibə həvalə olunur. Tamaşadakı Knyazın dəlilik səhnəsini ifa etməkdən ötrü aktyor iki dəfə ruhi xəstəxanya gedir və oradakı xəstələri müşahidə edir. 1934-cü ildə rus kinosunun ustalarından biri hesab olunan Sergey Eyzenşteyn öz assisentini məktubu ilə birgə Bakıya yollayır. Assisent həmin məktubu Təhmasibə yollayır. Kinematoqrafiyada rejissor kimi işləmək istəyən aktyor bu yolda özünü sınamaq qərarına gələrək Moskva Kinematoqrafiya Akademiyasına imtahan vermək üçün Moskvaya yola düşür. İmtahanı Eyzenşteyn özü qəbul edir. Rejissor və aktyor yaradıcılığı suallarının cavabları, İvan Qroznının oğlunun qətlə yetirilməsi şəklini kinematoqrafın gözü ilə görməsi və “Qorio ata” romanındakı kiçik parçanın ssenariləşdirməsi ustadı qane edir. 41 yaşlı aktyor əla qiymətlə akademiyaya qəbul olunur. Onun müəllimlərindən biri də Stanislavskinin tələbəsi Kedrov olur. Təhsil illərinin sonunda aktyor müəllimi Eyzenşteynlə olan son söhbətini belə xatırlayır: “Bir gün Eyzenşteyn məni evinə çağırtdırdı. Onun evi mənzili deyil, böyük bir kitabxananı xatırladırdı. O, məni çarpayının yanında oturdub yumşaq tərzdə gülümsünərək söhbətə başladı: “Qulaq as, Təhmasib, gəl, birlikdə işləyək. Sən aktyorlarla çox yaxşı işləyirsən, mən isə bunu bacarmıram. Doğru sözümdür, mən aktyorlarla işləməyi bacarmıram. Mən obrazları aktyora izah edib ötürürəm, ancaq aktyordan bunu ala bilmirəm. Bu isə rəsmiyyətçilik və yorğunçuluqdur”.

Qulaq as, Təhmasib, gəl, birlikdə işləyək. Sən aktyorlarla çox yaxşı işləyirsən, mən isə bunu bacarmıram. Doğru sözümdür, mən aktyorlarla işləməyi bacarmıram.

41


Film Fiction Magazine

Hədsiz sevinclə müəllimdən ayrılan sənətkar şad halda evinə gəlir. Həyat yoldaşına bu xəbəri çatdıranda isə gözlənilməz vəziyyətlə qarşılaşır. Ailəsindən qohumlarından uzaq düşmüş arvadı ağlayaraq vətənə doğmalarının yanına qayıtmaq arzusunu dilə gətirir. Bundan sonra geri qayıtmağa məcbur olan aktyor sonrakı fəaliyyətini Bakıda davam etirir Müharibənin qızğın dövründə - 1941-ci ildə Rza Təhmasib “Səbuhi” filminin çəkilişlərinə başladı. Film 1943-cü ildə tamamlandı. Bu, Rza Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi idi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən bu filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkilmişdi. Ancaq onun kinoda rejissor kimi ən uğurlu işi “Arşın mal alan” filmi oldu. 1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə yaratdığı bu film SSRİ Dövlət mükafatına layiq görüldü. Rza Təhmasib 1950-ci ildə A. Zarxi və M. Xeyfitslə birlikdə “Bakının İşıqları”, 1959-cu ildə Mikayıl Mikayılovla “Mahnı Belə Yaranır” filmlərinə quruluş verib. Kinoda ilk sərbəst rejissor işi isə “Onu Bağışlamaq Olarmı?” filmi oldu. Bu film 1959-cu ildə istehsal olunmuşdu və rejissor həllinə görə diqqəti çəkən, maraqlı film idi. Filmin ssenarisini rejissorun qardaşı, görkəmli filoloq-alim M.Təhmasib yazmışdı. Rza Təhmasibin həm də aktyor kimi kinomuza öz töhfəsini verib. 1947-ci ildə istehsal olunmuş “Fətəli Xan” filmində ona Ağası xan rolu həvalə edilmişdi. Kinomuzda onun ən layiqli aktyor işi isə “Qanun Naminə” filmində yaratdığı Qaloş obrazıdır. Bu obraz öz xarakterinə və ifa üslubuna görə kino tariximizin nadir qəhrəmanlarındandır. 1971-ci ildə aktyorun ailəsində ağır itki yaşanır. Sənətkarın cavan yaşlı qızı ürək tutmasından dünyasını dəyişir. Şəkər xəstəliyindən əziyyət çəkən sənətkarın səhhəti daha da pisləşir. Onun qanqrena olan ayağının biri narkozsuz halda amputasiya olunur. Bundan sonra o, doqquz il ömür sürür və 1980-ci ildə dünyasını dəyişir.

42


Film Fiction Magazine

43


Film Fiction Magazine

Müəllif: Adelya Ağayeva

ELDAR QULİYEVİN FİLMLƏRİNDƏ MƏNƏVİ-ƏXLAQİ PROBLEMLƏR

ÜDKİ-də Gerasimovun kursunda təhsil almış Eldar Quliyevin ilk tammetrajlı filmi 1969-cu ildə çəkdiyi “Bir cənub şəhərində” filmi olmuşdur. Ssenaristinin Rüstəm İbrahimbəyov olduğu film birmənalı qarşılanmadı. Yalnız Bakıda doğulub böyümüş bir insan onun qəbul olunmamış qanunları, əxlaq kodeksləri, ailə münasibətlərini bu cür dolğun göstərə bilərdi. Filmdə yalnız Muradı (Həsən Məmmədov) - təhsili olmasa belə, – bacarıqlı neftçi gənci yenilikçi, müasir düşüncəyə meyilli bir personaj kimi götürə bilərik. Lakin o da, “başqaları nə deyər” fikrindən qurtula bilmir. Məhz rejissor da ümumi problem olan başqalarını düşünərək addım atan konformist insanları, xurafatçı cəmiyyəti tənqid etmişdir. Filmdə həmçinin bizim cəmiyyətə paralel olaraq rus mühiti də göstərilmişdir. Sovet quruculuğu mövzusuna üsyan kimi səslənən filmdə, ümumiyyətlə bizə sırınmış yad cəmiyyətə qarşı Bakı “qədeşləri” baş rolu ifa edirlər. Filmdə rejissor işi ilə bərabər, aktyor oyunu və üslubu kino tariximizdə iz qoyan operator Rasim Ocaqovu göstərmək olar. Filmin sonu isə açıq finalla bitir. Bir tərəfdən Muradın Tofiqi öldürdüyünü düşünür, digər yandan isə son səhnədəki sakitlik və rahatlıq bunu düşünməyimizə mane olur.

44


Film Fiction Magazine

“Ürək-ürək” filmi isə yenə keçmişə, oturuşmuş dəyərlərə bağlılığı önə çəkir. Evli olmasına baxmayaraq, digər qadını - Lenanı sevən Muradın (Həsənağa Turabov) tərəddüdləri bütün filmin mövzusunu əhatə edir. Bir qərarın, bir cəsarətsizliyin insanın bütün həyatını yönləndirməsi və insanın onunla yaşamağa məcbur olması qoyulan əsas problemlərdən biridir. Texniki cəhətdən digər filmlərimizdən fərqlənməsə də, mövzusu, əhatə etdiyi problem dairəsi ilə fərqlənən “Nə gözəldir bu dünya” filmi bizə azərbaycansayağı “Qu quşu yuvası üzərindən uçuş” filmini nümayiş etdirir. Belə bir sual yaranır: dəli, təhlükəli ağıl xəstəxanasında olanlardır, ya azadlıqda olanlar? Filmdə baş həkim Əliyeviç (Yaşar Nuri) sanki bir müqəddəs, peyğəmbər İsa rolunu oynayır. Filmin sonunda dəlilərin yenidən həmin məkana qayıtması, həkimin öz otağında əyləşməsi bir arzunu, xəyalı xatırladır (“Doktor Kaligarinin kabineti”).

45


Film Fiction Magazine

Müəllif: Aygün Vəlizadə

e

Notları il roman yazan Emin Sabitoğlu

46


Film Fiction Magazine

Z

ənnimcə, Eminin musiqisinə iki əsas cəhət xasdır. Özü də söyləmək çətindir: onlar birbirini tamamlayır, ya inkar edir? Birincisi – bəstəkar mahnılarının kədəridir. Lakin bu kədərdə bədbinlik yoxdur. O, adi şikayətdən, narazılıqdan da uzaqdır. Həmin kədər yalnız ondan doğur ki, həyatda çox şey sən istədiyin kimi alınmır. Ən yaxın adamlar belə bəzən səni başa düşmək iqtidarında deyil. Bəstəkarın mahnılarında vaxtın axınını duyursan və həmin axın qarşısında acizliyini dərk edib qüssələnirsən. İkincisi – Emin musiqisinin sevincidir. Özü də sevincin müxtəlif çalarları nəzərə çarpır: burada şuxluq, şıltaqlıq, hətta dolama da vardır. Bilmirsən, Emin özünə gülür, sənə gülür?” R.Bədəlovun onun barəsində müşahidələri o qədər yerinə düşüb ki, Emin Sabitoğlunu ən az sözdən istifadəylə ancaq belə ifadə etmək mümkün olardı. Onun barəsində danışmağın çətinliyini və bir növ məsuliyyətini anlaya biləcəyinizdən, oxuyarkən bir Emin Sabitoğlu bəstəsi qulağınızda səslənərək həm mənə yardım, həm də sizə müşayiət etməsini arzu edərdim. Emin Sabitoğlu... deyib, gözləyək. Gözümüzdə canlanan mənzərə – piano arxasında əyləşmiş bir kişinin əlləri altında bayağı intonasiyalar qulağımıza gəlib çatanadək mənzərəsini dəyişir, bərq vurmağa başlayır. Çünki poetik mətnə xüsusi bir həssaslıqla yanaşır.

47


Film Fiction Magazine

Tələsmədən addımlamaq adına, Emin Sabitoğlunun ilk addımlarından yüksəlməyə başlayacağıq. 2 noyabr 1937-ci ildə Bakıda dünyaya göz açıb. Ailəsindən söhbət gedirsə, bu qədər uğurun səbəblərindən biri olaraq onları da göstərmək olar. Ki, yazıçı Sabit Rəhmanın ailəsində doğulub. Əvvəlcə 7 yaşı olanda onu Bülbül adına orta ixtisas musiqi məktəbində professor K.Səfərəliyevanın fortepiano sinfinə qoymuşlar. Hələ 8-ci sinifdə oxuyarkən, kiçik də olsa ilk musiqi əsərini yazan Emin, 1954-cü ildə məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra elə həmin il Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsinə daxil olur, 2 il görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin sinfində dərs alır. 19561961-ci illərdə isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinfinə keçirilib. 1961-ci ildə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Dövlət Konservatoriyasında müəllim işləyib. Ömrünün son 6 ilini Türkiyədə keçirib. İstanbulun Texniki Universitetinin Xalq Musiqisi Konservatoriyasında dərs deyib. Oradakı kabinetinin qapısındakı lövhə bugünədək qalır. Bir neçə dəfə Sabitoğlunun xatirəsinə həsr olunmuş tədbir də keçiriblər. Ona qədər isə Bakı Musiqi Akademiyasında dərs deyirdi. Qızı bir müsahibəsində burada lövhənin qalmamasını xatırlayarkən bildirir ki, “buranın müəllimləri arasında belə dəyərli musiqiçilər çox olub. Onda gərək hər kabinetin qapısına bir neçə lövhə vursunlar”. Yazıçı Sabit Rəhman və İsmət xanım İrəvanskinin oğlu, musiqişünas Ceyran Mahmudovanın atası, müğənni Xədicə Abbasovanın həyat yoldaşı və Azərbaycan musiqi sənətinin həqiqi incisi, təlqin edici gücüdür Emin Sabitoğlu... Atasının, görkəmli yazıçı-dramaturq Sabit Rəhmanın dünyasını dəyişməsindən sonra, oğul atasının xatirəsini əbədiləşdirmək məqsədilə “Mahmudov” soyadını “Sabitoğlu” təxəllüsü ilə əvəzləyir. Ceyran xanımın öz dilindən qələmə alınan, qeydə keçən söhbətlərinə tez-tez yazımızda yer verəcəyik. Bəstəkarın yadigarlarından biri olan qızı, hər sözündə atasının yerinin doldurulmasının mümkünsüz olduğunu vurğulayır. Emin Sabitoğlu mütaliəni çox sevərək oxuyar, Azərbaycan ədəbiyyatına aid olan yeni nəşrlər onun diqqətindən kənarda qalmaz, teatr tamaşalarını və yeni kinofilmləri seyr etməkdən də zövq alarmış. Hobbisi idi detektiv əsərlər oxumaq. Çingiz Abdullayevin, demək olar ki, bütün əsərlərini oxumuşdu. Xüsusilə də uşaqlıq dostları – Xalq yazıçıları Anar, Vaqif Səmədoğlu, Araz Dadaşzadə, Rəhman Bədəlovla tez-tez görüşər, oxuduqları yeni nəşrləri, baxdıqları yeni tamaşaları və kinofilmləri müzakirə etməyi xoşlayarmış. Belə görüşlərdə o, müxtəlif bəstəkarların, əsasən də çox sevdiyi Üzeyir Hacıbəyovun və müəllimi Qara Qarayevin əsərlərindən nümunələri ifa etməkdən aldığı zövqü bölüşərmiş. Emin Sabitoğlunun Qara Qarayevə, onun musiqisinə olan tükənməz sevgisinin bariz nümunəsi olaraq, bəstəkarın 1959-cu ildə Leninqrad şəhərində (indiki SanktPeterburq) “İldırımlı yollarla” baletinin premyerasında şəxsən iştirak etməyi özü üçün zəruri hesab etmişdir.

48


Film Fiction Magazine

Emin Sabitoğlu özünə qapalı, öz daxili aləminə üstünlük verən adam idi. Lakin təkrarsız yumoru haqqında da çox danışmaq olar. 60-cı illərdə Məmməd Arif ocağının işığına Azərbaycan ziyalıları (Anar, R.Bədəlov, Yusif və Vaqif Səmədoğlular, A.Sadıqov, X.Mirzəzadə) axışıb gələr, ən aktual siyasi məsələləri, ən yeni sənət hadisələrini müzakirə edər, saatlarla söhbətləşər, mübahisə edərdilər. Belə masa arxasındakı görüşsöhbətlər, tanınmış yazıçı V.Yerofeyev demişkən, 60-cı illərin ayrılmaz tərkib hissəsi idi. Həmin tam amal birliyi (əfsus ki, yenilməz görünən bu birlik sonralar çat verdi) ilə səciyyələnən məclisləri

E. Sabitoğlunun piano arxasındakı çıxışlarından kənarda təsəvvür etmək olmazdı. O, yenicə bəstələdiyi nəğmələri çalar, habelə improvizasiya edər – ayrıayrı əsərlərin fraqmentlərini bir-birinə qəfil, heyrətamiz tərzdə calayar, hamının təbəssümünü öz ətrafında toplayardı. Sonrakı illərdə – artıq siyasi atmosfer tutqunlaşanda, masa arxasındakı söhbətlər daha kəskin istiqamət alan zaman E.Sabitoğlu gərginliyi azaltmaq üçün piano arxasına keçər, partiya, Lenin haqqında mahnı ifa edərkən “lentə yazılsa, qoy bu da yazılsın”, – deyə zarafat edərdi.

49


Film Fiction Magazine

O, sənətilə bağlı mütəmadi olaraq Azərbaycan Yazıçılar İttifaqına, Azərbaycan Bəstəkarlar İttifaqına, kinostudiyaya, dram teatrına, Musiqili Komediya Teatrına, Bədii Şuraya, səsyazma studiyalarına və digər bu kimi yerlərə getdiyində, yaradıcı adamlarda olduğu kimi, onun da rejimini bilmək və qərarlarını mühakimə etmək olmazdı. Şəxsi sualları sevməzdi, ailəsiylə bağlı söhbətlərdən uzaqlaşar, verilən sualları lokanik şəkildə cavablandırardı. İlk həyat yoldaşı, Cəmilə xanımla Bülbül adına orta ixtisas musiqi məktəbində on il bir sinifdə oxuyub. Qayğıkeş ata, harada olmasından aslı olmayaraq ailəsiylə maraqlanan bir başçıydı evdə. Qızı onu xatırlayarkən:

Sovetlər dönəmində Monqolustanda və İsveçrədə ezamiyyətdə olduğu zamanlar, rabitə xərcləri baha olmasına baxmayaraq, hər gün evə zəng vurar, ailənin gündəlik qayğıları ilə maraqlanar, öz tövsiyyələrini verərdi.

Hətta ikinci həyat yoldaşı ilə Türkiyədə yaşadığı son 6 ildə (19942000) hər bazar günü saat 12-də (Türkiyə vaxtilə səhər saat 10-00-da) bizə zəng vurmasına elə öyrəşmişdik ki, onun zəngi bir az yubananda ailəliklə narahatlıq keçirirdik, çünki onun qanının arterial təzyiqi həmişə yüksək, civə sütununun 180-200 millimetr səviyyəsindən aşağı olmurdu və bu onunçun “işçi qan təzyiq səviyyəsi” sayılırdı” – deyə bəhs edir.

50

Siqaret çəkərdi. Düşünüldüyünün əksinə filterli, dəbli siqaretlərdən çəkməzdi. Onun sevimli marka”sı əvvəllər “Avrora”, sonradan isə onu əvəzləyən “Prima” idi. Qızı Ceyran xanım AzTv-nin “Mədəniyyət” kanalında apardığı “Musiqi xəzinəsi” proqramının bir nömrəsini Emin Sabitoğlunun yaradıcılığına həsr etmişdi. Bu barədə danışarkən, heç də asan olmadığını, böyük bəstəkarın övladı olması və


Film Fiction Magazine

atasını erkən itirmiş biri olaraq bunun çətinliyindən belə bəhs edir: Onun musiqisindən danışmaq, bu musiqi nümunələrini ayrı-ayrı musiqiçilərin ifasında eşitmək bir başqa şeydirsə, proqramı hazırlayan zaman və eləcə də onu aparanda, təbii ki, veriliş efirə gedəndə keçirdiyim hissləri sözlə ifadə etmək qabiliyyətində deyiləm. Bütün bu proseslər zamanı kadrlarda atamın canlı hərəkətlərini, danışığını, bəstələdiyi musiqini pianoda ifa edərək onun sözlərini özünün səsləndirməsi mənim üçün çox ağır keçirdi, elə bilirdim ki, o sağdır və elə indicə mənimlə söhbətləşəcək, mənə xoş nəvaziş göstərəcək, həmişə sağlığında olduğu kimi... Gözləndiyi kimi, atasının deyil, Bülbül adına orta ixtisas musiqi məktəbində musiqi nəzəriyyəsi üzrə müəllim işləmiş anası Cəmilə xanımın seçdiyi ixtisasda rolunun daha böyük olduğu söyləyir. Çünki o, atası kimi bəstəkar olmaq arzusunda idi, lakin anası bu sahənin qadına daha uyğun olduğunu təlqin edir. Tofiq Quliyev: “Emin, bu yaxınlarda mənim mahnımı sənin adınla elan etdilər, mən bununla fəxr edirəm.” Hər iki böyük şəxsiyyət 50-60 gün fərqlə dünyasını dəyişmişdir. Aralarında yaş fərqi böyük olsa belə, çox yaxşı dostluq qurmağı bacarmış və bunu sənətlərində də büruzə verməyi unutmamışdılar. “Payızda doğulduq, payızda tanış olduq, payızda sevdik bir-birimizi... Amma elə payızda da ayrıldıq... İndi bilmirəm payızı sevim, ya yox?!..”

Tanınmış şəxsiyyətlərin şəxsi həyatında baş verən hər bir dəyişikliyin dərhal aşkar olması bu günümüzdə deyil, hər dövrün mənimsənmiş mövzusudur. Emin Sabitoğlunun da şəxsi həyatında belə məqamlar olub. Söhbət, Xədicə Abbasovadan gedir. Sabitoğlundan danışa biləcək, üstəlik bir vaxtların tanınmış adlarından biridir. Həyatının vacib hadisəsini payızda yaşadığını dilə gətirir. Bəstəkar onu ilk baxışdan, “qara-mara” bir qız olaraq qiymətləndirir, hətta bəyənmədiyini dilə gətirir. Yaş fərqləri 20-dən çox, Emin Sabitoğlu isə rəsmi şəkildə evli idi hələ... 1974-cü ildə ilk dəfə tanışlıq yaranır və 5 il sonra yenidən görüşülür. Aradan keçən vaxt, yenidən iş üçün bir araya gəlmək, yaşın insana verdiyi dəyişiklik aralarında yaranan münasibətin formalaşmasında

51


Film Fiction Magazine

məndən öncə o ailə dağılmışdı, bunu o xanım da bilirdi. İkimiz də səviyyəli qadınlarıq

atılan ilk addımlardır. Münasibət rəsmiləşdirilir. Müsahibələrində göstərdiyi diqqətlə bəstəkarı özünə aşiq etdiyini deyən Xədicə xanım, ondan öncə Emin bəyin çox zaman içkili, səliqəsiz geyimlərdə olduğunu açıq şəkildə bildirir. Evliliklərindən sonra isə yanından bir an olsun ayrılmadığını deyir. Qayınanası tərəfindən ilk başlar qəbul edilmir, birinci gəlini ilə yaşamağa davam edir Sabitoğlunun anası. Lakin aralarında münaqişə yaşanmır heç zaman.

52

Danışarkən daim “məndən öncə o ailə dağılmışdı, bunu o xanım da bilirdi. İkimiz də səviyyəli qadınlarıq” – deyə dilə gətirməkdən də çəkinmir. Bir oğulları olduğunu, lakin onun da çox yaşamadığını bildirən Xədicə xanım, hər ailədə problem ola biləcəyini danmır, amma bir dəfə münaqişə yaşadıqlarını xatırlayır: “Atası Sabit Rəhmanın yubileyinə görə Azərbaycana gələcəkdik. Dedim ki, getmə, gözlə, 5 gün sonra birlikdə gedərik. Sanki əcəl onu aparırdı. Mənimlə dalaşdı, əlini stola çırpıb “gedəcəyəm, vəssalam,” –


Film Fiction Magazine

dəyişdi. O görüşə gecikdiyim üçün özümü hələ də bağışlaya bilmirəm. Baxmayaraq ki, mənim edə biləcəyim bir şey yox idi.” Bəstəkar dünyadan köçdükdən sonra Xədicə xanım çox keçmədən evlərini satıb, köçməyə qərar verir. Mərakeşdə musiqidən çox uzaq bir işlə məşğul olur. Eminsiz musiqiylə məşğul olmağı istəmədiyini, təkrar səhnəyə geri qayıtmağı düşünmədiyini vurğulayır. Kino ekranlarından, səhnəsindən həyatımıza olmasıyla yüksək adlara Sabitoğlu...

dedi. İşdən mənə icazə verilmədiyi üçün tez gələ bilmədim. O, noyabrın 12-də gəldi. Hətta hava limanında bir-birimizdən heç ayrılmaq istəmirdik. Sanki hiss etmişdik ki, bu, sonuncu görüşdür. Dəfələrlə dönüb bir-birimizə baxdıq. Noyabrın 17-si sonuncu dəfə gecə saat 01:00da onunla danışdım. Bir az şikayətləndi. Dedi ki, çay istəyirəm, amma verən yoxdu. Deyəsən, evdəkilər deyib ki, gecə vaxtı çay dəmləmirik. O isə buna öyrəşməmişdi. Mən onun hər istədiyini edirdim. Dedim, narahat olma, səhər gəlirəm. Mənim üçün gül bağlatdırdığını dedi. Amma qismət olmadı, 3 saat sonra dünyasını

teatr daxil sahib

1970-ci ildə “Bizim Cəbiş müəllim” bədii filminə musiqi bəstələyən Emin Sabitoğlu, daha sonra 20-dən artıq kino əsərinin musiqi tərtibatını verib. Onun adını “Gün keçdi”, “Dədə Qorqud”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı”, “Qaçaq Nəbi”, “Bəyin oğurlanması”, “Təhminə” filmlərinin titrlərində oxuyuruq. Mən hələ neçə sənədli və televiziya lövhələrini demirəm. Bəstəkar H.Seyidbəyli, T.Tağızadə, A.Babayev, Ş.Mahmudbəyov, V.Mustafayev və C.Mirzəyev, daha ardıcıl və məhsuldar R.Ocaqov, dram teatrında T.Kazımovla əməkdaşlıq edib. İlk qələm təcrübələri simfoniya, kamera əsərləri onun böyük potensialını, sənətdə əhəmiyyətli vəzifələr həll etmək iqtidarını üzə çıxardı. Məsələn, F.Əlizadə məqalələrindən birində yazır ki, 60cı illərdə Emin Mahmudov Q.Qarayev sinfinin assistenti idi. Onun diplom işi olan simfoniya Qara müəllimin dərslərində yüksək peşəkarlıq

53


Film Fiction Magazine

nümunəsi kimi dəfələrlə xatırlanardı. “Yadımdadır, bu əsərin lent yazısına qulaq asıb, mən bir qədər ruhdan düşdüm, çünki partitura sənətkarlığını əlçatmaz zənn etdim,” – deyə Firəngiz xanım öz ilk təəssüratlarını belə dilə gətirir. Kinoda da, teatrda da bəstəkar illüstrasiyadan qaçıb. Bəstəkar çalışıb elə musiqi, elə bir mahnı yazsın ki, burada filmin süjet xətti təsvir olunsun. Mümkünsüz gəlməsin, o bunu bacarmışdı. E.Sabitoğlu üçün vals bir simvoldur: gözəlliyin, işığın, əlçatmaz arzunun. “Bəlkə də” mahnısının və ya “Gün keçdi” filmindən mahnının instrumental girişini xatırlayaq. Özü də ikinci halda bəstəkar janrın əsas əlamətini – ölçüsünü saxlasa da, əslində valsdan xeyli uzaqlaşır. Lakin prelüd artıq öz işini görür, dinləyicinin qavrayışını istiqamətləndirir. 1969-1970-ci illərdə fantastik populyarlıq qazanmış “Nərminin mahnısı” (İ.Əfəndiyevin “Unuda bilmirəm” tamaşasından) isə janrın necə deyərlər, xalis, qarışıqsız nümunəsidir.

54

Bir cəhəti də göz qabağındadır, yada salaq. E.Sabitoğlu poetik mətnə xüsusi bir həssaslıqla yanaşır. Bəstəkar Nəsimiyə də, Ə.Cavada da, R.Rza və S.Vurğuna da, bayatılara da (70-ci illərdə onun “Şirin dili” doğma dilimizə xor baxanlara bir ittiham kimi səslənirdi), daha müntəzəm İ.Səfərli, N.Xəzri və B.Vahabzadəyə də müraciət edib. Obrazların yeniliyi də poeziyadan irəli gəlir: “Kəpənək”, “Bakı, sabahın xeyir!”, “Sahildə”, “Gilavar”. Emin Sabitoğlu dedikdə mütləq hər birimizin seçdiyi, bir başqa sahibləndiyi bəstəsi vardır. Dahi bir bəstəkar olmağın sirri də bəlkə elə bundadır. Söz və musiqi arasında tam vəhdət əldə olunub. Musiqini zümzümə edirsən, sözləri xatırlamaq asan gələ bilər, amma onları bir-birindən ayrı təsəvvür etmək qəlizləşir. Belə desək, bəstəkar heç zaman sözü musiqinin xatirinə təhrif etməyib, əksinə, şeirin bütün gözəlliyini, məna incəliklərini qabartmağa çalışıb. Bəstəkar elə intonasiyalar tapır ki, – insan nitqinə yaxın, son dərəcə plastik, təbii, rəvan – beləliklə də, yaddaşlara həkk olunur. Məsələn: “Düşürsən yadıma, yağanda yağışlar”, “Bir axşam taksidən düşüb payıza”...


Film Fiction Magazine

E.Sabitoğlu mahnıları istər məzmun, istər üslub baxımından müxtəlifdir. Burada məzəli nəğmələr (Məsələn: “İnsaf da yaxşı şeydir”), dövrün tələbinə bəstəkarın özünəməxsus cavabları və külli miqdarda lirik mahnılar da var. Onların musiqi həlli də müxtəlifdir: bir qismi əl nəğmələrinə yaxındır (“Dərələr”, “Ağ çiçək”), bəziləri lirik monoloqu xatırladır, bir neçə nümunə isə müasir şəhər folkloruna mahir üslublaşdırmadır (“Payız gəldi”). Nəyi necə yazır, nəylə ifadə edir-etsin, E.Sabitoğlu onları öz üslubuna, fərdi dəsti-xəttinə tabe etdirməyi bacarır. “...müşayiət deyil qəlbinin bir hissəsidir”

filmin

Azərbaycan kinosundakı rolunu N.Rota, M.Leqran, F.Ley, A.Petrov kimi məşhur kino bəstəkarları ilə müqayisə etmək olar. Doğrudan da, ən yaxşı filmlərdə Emin Sabitoğlunun musiqisi təkrarsız atmosfer yaradır, mətnaltı psixoloji məzmunu açıqlayır, qəhrəmanların məxfi hisslərini üzə çıxarır. Özünə gəldikdəsə, E.Sabitoğlu F.Fellini filmlərinin daimi bəstəkarı Nino Rota işini ideal hesab edirdi: “Onun mövzu – tezisləri sadə olsa da, assosiativ təsir baxımından qabarıqdır. Onlar asanlıqla tanınır və hər dəfə gözlənilməz olur”. Azərbaycanın 60-70-ci illəri təkcə simfoniyalarda deyil, çeşidli kamera əsərlərində deyil, həm də E. Sabitoğlunun mahnılarında öz bədii təcəssümünü tapıb.

Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada... Biz də darıxmışıq ondan ötəri, mahnıda keçən sözlər kimi. Yəqin hər dövrdə belə olub; yeri dolmayacaq insanlar bizdən ümid olaraq vaxtsız və ağlımızın bir ucuna əmanət ediləcək bir şəkildə alınıb. 18 noyabr 2000-ci ildə həyata gözlərini yumur bəstəkar. Ölümündən bir gün öncə “Xaql artisti” adını almışdı. Fəxri ada layiq görüldüyünə görə, aralarında Anarın da olduğu dostlarla bir araya gələrək qeyd ediblər.

55


Film Fiction Magazine

Lakin vəziyyəti pisləşən bəstəkar xəstəxanaya aparılıb. Və uşaqlıqdan dostlaşdığı yazıçıya səhər pis xəbər çatıb... Onu tanıyan insanların ortaq düşüncəsindən biri də budur: şöhrət Emini dəyişmədi. O, şöhrət görməmişi deyildi. Atası da tanınmış insan idi. Uşaqlıqdan atasının premyeralarına gedirdi. Gül-çiçək, alqış yağışı çox görmüşdü. Ona görə də şöhrət onun üçün adi bir şey idi, belə bir insanın məqsədi də “şöhrət deyildi” deyə açıqlamalara gərək olmur. Anar yubileyində bir saat hədiyyə edir bəstəkara. Əlavə edir ki, “Türkiyədə Bakı vaxt ilə qurarsan, sənə Bakını xatırladacaq.” Doğrudan da, otağında həmin saatı Bakı vaxtı ilə qurubmuş. Həyatın problemləri, qayğıları çoxdur. Tanınmış, sevilən insan olmaq bunda dəyişiklik yaratmır. Zənnimcə, vəziyyəti də asanlaşdırmağa bəs etmir. Son illərini başqa bir ölkədə yaşayırdı. Hər iki ölkə üçün darıxdığına şübhəmiz yoxdur... harada doğma varsa, ora sənin həsrətin olur. Emin Sabitoğlu da bir çoxumuzun həsrətidir. Yaxşı ki, bu dünyadan belə bir bəstəkar keçdi və icazə verin bu dəfəlik, içimizdən biri olmasının da fəxrini daşıyaq. Sevgi və dərin minnətdarlıq hissi ilə...

56


Film Fiction Magazine

Rəssam: Toğrul Nərimanbəyov

57


Film Fiction Magazine

Kinonun uşaqlarI Müəllif: Şahin Xəlil Kino tarixinin ilk illərindən etibarən tamaşaçıların bir qismini (bəlkə də böyük bir qismini) uşaqlar təşkil edir. Sadəcə tamaşaçı deyil, iştirakçı olaraq uşaqlar Azərbaycan kinosunda əhəmiyyətli yer tuturlar – özü də təkcə uşaq filmləri deyil, uşaq qəhrəmanlar vasitəsilə böyüklərin dərdini, böyüklərin anlaya biləcəyi mövzuların açıldığı filmlər var. Elə başlayaq “Şərikli çörək”dən.

58


Film Fiction Magazine

K

Şərikli Çörək

ino tariximizin ən yaxşılarından olan “Şərikli çörək” filmində baş qəhrəmanlar uşaqlardır. Müharibəni müharibəsiz göstərmək bacarığı kinoda təkcə Şamil Mahmudbəyova qismət olub. Bu baxımdan “Şərikli çörək” filmi fəxr ediləsi böyük filmlərimizdən biridir. Filmdəki əsas obraz Kamran Rəcəblini (Vaqif ) Şamil Mahmudbəyov dükanda təsadüf nəticəsində kəşf edib. Hiperaktiv uşaq o andaca rejissorun diqqətini çəkib. Və bununla da Kamran böyük kinoya qədəm qoyub. Öncə “Torpaq. Dəniz. Od. Səma” filmində çəkilən Kamranın ikinci filmi “Şərikli çörək” olur. “Uşaqlığın son gecəsi” filmindəki epizodik rolu hesab etməsək, “Skripkanın sərgüzəştləri” filmindən sonra Kamran bir daha heç bir filmə çəkilmir. 16 yaşında Moskvaya təhsil almağa gedən Kamran 1989-cu ildə Kanadaya köçür. Hal-hazırda ABŞ-da yaşayır və şəxsi biznesi ilə məşğuldur. Ailəlidir. Dörd uşağı var.

Qaraca Qız

Pəncərə

Uşaq obrazları dedikdə Şamil Mahmudbəyovun daha bir uşaq obrazları məşhur “Qaraca qız” filmi yada düşür. Filmdəki Qaraca obrazını yaradan qız hazırda ADMİU-da dərs deyən Sevil Zeynalovadır. Kinoda ilk və son işi elə Qaraca obrazı olan keçmiş aktrisa müsahibə vermir. Filmdəki bir digər obraz Ağca xanımı canlandıran Leyli Axundovanın da filmoqrafiyası bircə filmdən ibarətdir. Leyli xanım aktrisalığı rəssamlığa dəyişsə də, sonradan musiqiyə yönəlib. Uzun müddət paytaxtdakı 1 nömrəli məktəbdə piano müəlliməsi işləyib. Hazırda Bakı Xoreoqraifiya Məktəbində musiqi üzrə dərs deyir.

Həsən və Ənvər Əbluc qardaşlarının 1991-ci ildə çəkdikləri “Pəncərə” filminin də qəhrəmanları uşaqlardır. Onlardan çoxu üçün bu film ilk olduğu kimi, həm də sonuncu olub. Filmdə Köçəri obrazını yaradan Ruslan Nəsirovun aktyorluğu dərhal diqqət çəkir. Bu da təsadüfi deyil. Ruslan uşaqlıqdan filmlərə çəkilirdi. “Anlamaq istəyirəm”, “Park”, “Tənha narın nağılı”, “Köç”, “Qəm pəncərəsi”, “Yaramaz” kimi filmlərdə rol almışdı. “Bəyin oğurlanması”nda “Dədə, indi yaxşı kino olucey” sitatı kifayət edir onu tanımağa. “Pəncərə” filmindən sonra daha bir neçə filmə çəkilən Ruslan 2000-lərin əvvəlindən başlayaraq heç bir filmə çəkilmədi. Dublyaj redaksiyasına keçən aktyor 2015-ci ildə qaraciyər xəstəliyindən vəfat etdi.

59


Film Fiction Magazine

ASIF VASIF AĞASIF Rejissor Rasim İsmayılovun lentə aldığı “Asif, Vasif, Ağasif ” qardaşlarının macəralarından bəhs edən filmin qəhrəmanları da kinoda ilk və son olaraq elə məhz bu filmdə görünüblər. Asif obrazını canlandıran Emil Pənahov xoreoqrafiya məktəbi məzunudur. Hazırda “Buta” rəqs ansamblının rəhbəridir. Kiçik qardaş Ağasifi canlandıran Hökümə Cəlilova isə hazırda BP şirkətində çalışır. Vasif obrazını canlandıran Ramin Aslanov isə məscidlərin birində işləyir.

60

neynirəm

kinonu... BIZIM CƏBIŞ MÜƏLLIM

Həsən Seyidbəylinin ən gözəl filmlərindən biri olan “Bizim Cəbiş müəllim” filminin qəhrəmanları da müharibə dövrünün uşaqlarıdır. Filmin əsas obrazlarından biri sayılan Namiq, yəni Ziya Seyidbəyli rejissorun doğmaca oğludur. Bu onun ilk olmasa da, son filmidir. Aktyor daha öncə “Telefonçu qız” filminə çəkilmişdi. Bundan əlavə, Cəbiş müəllim obrazının uşaqlarını da Həsən Seyidbəylinin övladları Məryəm və Mehdi Seyidbəylilər canlandırıb. Tanya roluna çəkilən Svetlana Morşinanı isə Həsən Seyidbəyli Bakıdakı rus məktəblərinin birindən tapıb. Filmin ən maraqlı, yadda qalan obrazı, sözsüz ki, Makidondur. Rejissor Aqil Ağacanovu Pirşağı kəndində öz bağı yaxınlığında görür. Onun siması və davranışı dərhal Həsən Seyidbəylinin diqqətini cəlb edir. Uşağa “filmə çəkilmək istəyirsən?” sualı verdikdə isə Həsən bəy bəlkə də ilk dəfə gözləmədiyi cavabı alır: “Neynirəm kinonu”... Rejissorun israrından sonra Aqil razı olur. Amma bir şərtlə. Məhəllə uşaqları da o filmdə çəkiləcək. Belə də olur. Hazırda Aqil Ağacanov Pirşağı kəndində kababçı işləyir.


Film Fiction Magazine

ÖGEY ANA 1958-ci ildə Həbib İsmayılovun lentə aldığı “Ögey ana” filmində ən yaddaqalan uşaq obrazlarından biri – İsmayılı Ceyhun Mirzəyev canlandırıb. Bu, Ceyhunun ilk filmi deyildi. Bir il öncə “Görüş” filmində Şıxəlinin oğlunu canlandırmışdı. “Ögey ana” filmini 21 milyon tamaşaçı izləmişdi. Ceyhun bir andaca İttifaqda məşhurlaşmışdı. Həyatını kinoya fəda edən yeganə uşaq da məhz elə Ceyhun oldu. Geniş filmoqrafiyasında istər assistent, istər aktyor, istərsə də rejissor kimi bir çox işlər gördü. 1993-cü ildə son filmi “Fəryad”la həm uşaqlığı İsmayıla, həm də həyata vida etdi.

SEHIRLI XALAT Əlisəttar Atakişiyevin lentə aldığı, bu günə qədər İttifaqın ən yaxşı uşaq filmlərindən biri hesab edilən “Sehrli xalat” filminin Rəşidi, yəni Azər Qurbanov da, çox təəssüf ki, kinodan uzaqlaşıb. Ümumilikdə 6 filmə çəkildikdən sonra müğənnilik arzusuna görə kino ilə vidalaşan gənc aktyor, 1992-ci ildə ümumiyyətlə ölkə ilə də vidalaşdı. Hazırda ABŞ-da yaşayan və 1992-ci ildən bu yana bir dəfə belə olsun Bakıya qayıtmayan Azər kiçik bizneslə məşğuldur. Filmdəki bir digər obraz – Zərifəni yaradan Solmaz Hətəmova isə filmə təsadüf nəticəsində təsdiqlənib. Məktəbdə oturduğu parta arxasından bəyənilib, sınaq çəkilişlərinə qatılan Solmaz bədii şura tərəfindən Zərifə roluna təsdiqlənib. Bu onun ilk və son filmi olub. ADMİU-nun iqtisadiyyat fakültəsindən məzun olduqdan sonra, uzun illər öz ixtisası üzrə çalışan və Rabitə kollecində dərs deyən Solmaz xanım hazırda təqaüddədir.

61


Film Fiction Magazine

AĞ ATLI OĞLAN 1995-ci ildə Ənvər Əblucun qardaşı Həsən Əbluca həsr etdiyi “Ağ atlı oğlan” filminin də qəhrəmanı uşaqdır. Murad obrazına həyat verən aktyor rejissor Ənvər Əblucun öz oğlu Abbasqulu Əbluc olub. Abbasqulu bu filmdən əlavə, “Pəncərə” və “Bəxt üzüyü” filmlərində də çəkilmişdi. Sonradan aktyorluğu buraxaraq tibbə yönəldi. Hazırda onkoloq-həkim işləyir.

ŞIR EVDƏN GETDI Rasim İsmayılovun 1977-ci ildə lentə aldığı “Şir evdən getdi” filmindəki uşaq da Ceyhun Mirzəyev kimi sonradan məşhur rejissorlardan biri oldu. Rüstəm obrazını yaradan Elxan Cəfərov hazırda ölkədə ən tanınan kino rejissorlarından biridir. Filmdəki bir digər uşaq, Muradik rolunda çəkilmiş İbrahim Ləmbəranski isə hazırda Baş Prokurorluğun tanınmış müstəntiqidir. Siyasi motivli bir çox hadisələrdə dövlət ittihamçısı kimi məşhurdur. “İgidliyə görə medalı” ilə təltif olunub.

62


Film Fiction Magazine

BIR QALANIN SIRRI Əlisəttar Atakişiyevin daha bir nağıl “Bir qalanın sirri” filmində də yadda qalan iki uşaq obrazı var: Hadı və Bıdı. Hər ikisini eyni məktəbdən seçib, filmə təsdiqləmişdilər. Amma Fərhad İsmayılov (Bıdı) daha öncə də filmə çəkilmişdi. Telman Əliyev (Hadı) isə ilk və son dəfə məhz “Bir qalanın sirri” filmində göründü. Fərhad İsmayılov ümumilikdə 3 filmə çəkildikdən sonra kino ilə vidalaşıb, ixtisasına uyğun şərqşünaslıqla məşğul olmağa başladı. Bir müddət Əfqanıstan və İranda tərcüməçi kimi işləyən keçmiş aktyor 2006-cı ildə uzun sürən xəstəlik sonrası vəfat etdi. Telman Əliyev isə filmin yaşayan yeganə aktyoru olaraq uzun illər energetika ixtisası üzrə çalışıb. Hazırda təqaüdçüdür. 2000-ci illərə qədər Fərhadla dostluqları davam edib.

63


Film Fiction Magazine

Müəllif: Aygün Vəlizadə

Səməndər Rzayev: Yaşamaq yanğısı 64


Film Fiction Magazine

Ləqəbi “aktyor” idisə belə, onu ifadə etməyə bircə bu söz kifayət etmirdi... “Səməndər quşu əbədi odlara yanır, amma heç vaxt ölmür. Özünü odlara yaxmaq onun yaşamaq yanğısıdır. Ölümü onda olur ki, yaşamağa dəyər od tapmır”.

S

əməndər Rzayev barəsində söhbət açıldıqda bu əfsanə mütləq misal kimi çəkilir. Ona yaraşdırılıb deyəsən. Kimisi adlarımızın şəxsiyyətimizə təsir etdiyinə inanır. Məncə də Səməndər Rzayevin adıyla bağlı olan bu əfsanə ona uyğundur. Çox çətin bir dövrdə dünyaya gəlir. 2 yanvar 1945-ci ildə Ağsuda dünyaya gəldiyi zaman müharibə hələ bitməmişdi. Çox ailə başsız qalmışdı bu səbəbdən. Rzayevin ailəsi bu baxımdan şanslı idi. Çoxuşaqlı ailənin sonbeşiyi idi, vəziyyətləri də pis deyildi. Atası Mənsim Rzayev dəyirmançı idi. Bu dəyirmanla dolanmağı bacarır, başqalarına da əl tuturdular. Səməndər Rzayev də bir çox sənətkarımız kimi istedadını uşaq, yeniyetmə yaşdan biruzə verməyə başlayır. İlk öncə kəndlərindəki klublara plakatlar çəkirdi. Aldığı zəhmət haqqı ailəsinə dəstək üçün yığılırdı. Amma bir gün uşaqlarla oynadığı zaman sürüşüb yıxılır. Və diz qapağı sınır. İllər sonra bu ağır fəsadlara gətirib çıxarır. Düz dörd il xəstəxanada, ardınca evdə müalicə olunmağa davam edib. Elə bu səbəblə Bakıya göndərilir, təhsilini də burada davam etdirir. Baş qatmaq üçün radio verlişlərə, tamaşalara qulaq asır.

65


Film Fiction Magazine

Məktəbi bitirəndən sonra İncəsənət Universitetinə daxil olmaq istəyir lakin sənədləri vermək üçün gecikir. Dövlət Universitetin “Filologiya” fakültəsinə daxil olmağa qərar verir, birinci semesterı bitirib fikrin qətiləşdirir. Universiteti tərk edib, yenidən sənədlərini İncəsənət Universitetinin aktyorluq fakültəsinə verərək, təhsil almağa haqq qazanır. Bəxt onun üzünə gülür. Çünki Rza Təhmasibin qrupuna düşür.Daha doğrusu adı qırmızı haşiyəyə alınır Səməndərin, imtahanı şəxsən götürən Rza Təhmasib tərəfindən. “Tez məşhurlaşıb məhv olarsan” - deyirdi Təhmasib. İcazə vermir tezliklə kinoya atılsın, teatrda bacarığını nümayiş etdirsin Səməndər. Amma son kursda oxuyanda Akademik Milli Dram teatrında ilk rolunu oynadı. Şekspirin “Hamlet” əsərindən yola çıxaraq özünü səhnədə tapır. “Horatio” onun ilk oynadığı rol olmuşdur.

TEZ MƏŞHURLAŞIB MƏHV OLARSAN

“Daha dəqiq desək, mənim ilk rolum “Sənsiz” tamaşasında “Tərlan” rolu olub. Məndən bir neçə il sonra da soruşsalar ki, “ilk rolun hasıdı?” Əlbəttə “Tərlan” yox, “Horatio” deyərəm. Çünki, teatra ilk gəlişim də Horatio ilə əlaqədardır. Teatrın mühitinə alışmaq, uyğunlaşmaq onunla bağlıdır”

- deyə bəhs edirdi sənətkar. İnstitutu bitirəndən sonra təyinatla Sumqayıt teatrında işləmək hüququ da qazanır.

66


Film Fiction Magazine

“Kiçik açarla da böyük qapılar açmaq olur”

Onun yaradıcılıq yolu çoxşaxəlidir. Səməndər Rzayev ucalığı, əlçatmazlığı teatrda olduğu qədər, kinoda da, radio da, televiziya da var. Dövrün teatrşünasları qəzet, jurnallarda onun ünvanına səmimi fikirlər yazar, yaratdığı obrazların bənzərsizliyindən diqqətçəkən məqalələrlə çıxış edərmişlər. Dövrün məşhur pedaqoq, rejissor, aktyoru Mehdi Məmmədovun qeydlərində onun barəsində o qədər xoş sözlərdən istifadə edilmişdi ki: “Səməndər

Rzayev obrazlarla sanki dil tapa bilir. Peşəkar teatr xadimi olmağıma baxmayaraq, bəzən onun potensial gücünə, qabiliyyətinə qibtə edirəm”.

Milli teatrımızın yüksəlişinə, tanınmasına can yandıranlardan biri də xalq artisti, görkəmli pedaqoq, sevilən rejissor mərhum Tofiq Kazımovun sevdiyi, əzizlədiyi yetirmələri arasında Səməndər Rzayev də vardı. Onun Səməndər bəylə olan isti münasibətini yazmaq azdır, görmək, şahidi olmaq lazım idi. Elə quruluş verdiyi tamaşada gənc tələbə-aktyoru ilk dəfə səhnəyə çıxardan da Tofiq müəllim olmuşdu. Bundan başqa aktyorlar arasında mərhum Lütfəli Abdullayevdən sonra ən mərhəmətli, xeyirxah, özgəsinin kədərini ürəyində hiss edən, hətta yadların belə qayğılarına şərik çıxan Səməndər Rzayev olub. Belə insanların az yaşaması, çox gənc yaşda dünyadan köçməsi olduqca kədərlidir. S. Rzayev azad sənətkar idi. O ürəyinə yatmayan, özünə uyğun hesab etmədiyi rolları oynamazdı. Ona görə də rollarının çoxunda özünə oxşarlıq var. Onların çoxu ağayana, öz sözünü deyən, həm də mülayim insanların obrazlarıdır. Səməndər bəyin səsindəki şirinlik də bu münasibətlərə özgə bir doğmalıq gətirirdi. Səməndər Rzayev bizim kinoda dublyaj sənətinin korifeylərindən idi. O, kinostudiyanın dublyaj sexində, demək olar ki, günlərlə səsləndirmə üzərində çalışardı. Səməndər millətini, xalqını sevən sənətkar idi. O, həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı. Ən kiçik rollarda belə o, azərbaycanlı idi, özü də əsl azərbaycanlı. Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi

simfoniyaya bərabər idi. Nə qədər ahəngli, nə qədər ürəyəyatımlı danışardı. Maraqlısı ondadır ki, Səməndər Rzayevə hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşırdı. Deyirdi ki, “kiçik açarla da böyük qapılar açmaq olur”. Amma səhnədə bu böyük sənətkarın səsi haçan ki eşidilirdi, bütün zal heyrətə gəlirdi. Onun kinoya hansı rolla başladığını demək çətindir. Mənbələrdəki qeydlərə nəzərən onun sənət dostu, xalq artisti Yaşar Nuriyə istinad etmək yerinə düşər. O deyir ki, ilk filmi haqqında bir özü bilirdi bir də mən... “Uşaqlığın son gecəsi”. Filmin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər Rzayev imiş. Amma sonralar o, kinoda da öz sözünü dedi. Açıq desək, onun aktyorluq potensialından

67


Film Fiction Magazine

kinomuzda yetərincə istifadə olunmadığının şahidiyik, bir sıra yaddaqalan obrazları - Səməndərli anları kino tariximizə köçürməyə yetib. “Çarvadarların izi ilə” filmində Səməndər elə Səməndəri oynayırdı. Bu filmin əsasında İlyas Əfəndiyevin “Körpüsalanlar” əsəri durur. Səməndər Rzayev filmin çox da böyük olmayan surətlərindən biridir. Demişdik axı, hər rola çəkilməz, hər obrazı qəbul etməzdi sənətkar. Obraza büründüsə, sonunadək haqqını vermək onun işi idi. İlk nəzərə çarpan, yaddaqalan obrazı çoxumuz üçün “Nəsimi” filmində idi. Rejissor Həsən Seyidbəyli ona Şirvanşah İbrahimin rolunu tapşırmışdı. Bu, aktyor üçün böyük məsuliyyət idi. Doğrudan da, Azərbaycanın tarixində danılmaz xidmətləri olan Şirvanşah İbrahimi ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq tələb edirdi. Film ekrana çıxanda çoxları təəccüb hissi keçirdi. Bir aktyora nə lazımdır ilk öncə? Tamaşaçıdan inam qazanmaq qabiliyyəti. Səməndər obrazı elə özününküləşdirmişdi ki, qarşında tarixi şəxsiyyət İbrahim şahın dayandığına səmimiliklə inanırsan.

Teatr ona daha doğma idi, daha səmimi gəlirdi tamaşaçıyla göz-gözə gəlmək:

“Teatr məfhumu, teatr anlayışı “aktyor” kəlməsiylə bir yaranır. Aktyor kəlməsi dəfələrlə müxtəlif mənalar kəsb edir. Təkmilləşib, yetkinləşib. Aktyor sənəti zənnimcə həyatla, cəmiyyətlə ən çox təmasda olan sənətdir. Həyatın, cəmiyyətin əks etdiricisi, güzgüsüdür. Teatr bu səbəbdən ölməz sənətdir”. Sənətini nə qədər sevdiyini izah etmək bir ayrı, sənətinin ona olan sevgisini nəql etməksə, bir ayrı cığır açır. Epizodik rollara çəkilmək təkliflərini həvəslə qəbul edən aktyor kinematoqrafik görünüşü, zəhmli siması daxilində milli xarakterlər ustası idi. O, ekranda yaratdığı mənfi obrazları da şəxsiyyət kimi təqdim edir, yaddaşda saxlamağı bacarırdı. Sənəti onu klassik sənətkarlardan birinə çevirmişdi. Cəmi 41 il ömür sürmüş biri üçün bu qədər uğur qazanmaq, üstəlik də sənətkar kimi təsdiqlənməsi təəccübə, alqışa səbəb olur. Çox zaman məşğul idi, gah teatr, gah kino üçün öz üzərində işləyirdi.

68


Film Fiction Magazine

Tanınmış biri idi o zamanlar, elə öz yurdundan olan bir qızı bəyənir və evlənmək qərarına gəlir. İki övladları dünyaya gəlir. Heydər Əliyev tərəfindən ona bir otaqlı mənzil hədiyyə edilmişdi. Teatrda Səməndər Rzayevin tamaşasına baxıb ona valeh olandan sonra baş tutur. Gürcüstanın o vaxtkı dövlət başçısı Eduard Şevardnadze də Səməndər Rzayevi çox sevərmiş, ona: “Sən böyük aktyorsan” - deyərmiş.

“Nə yaxşı ki Səməndər bu zülmümü görmür” Bir də bu vardı, yada salaq, radionun “Bulaq” verilişinin aparıcısı kimi ürəklərə yol tapmışdı Səməndər Rzayev. Çox vaxt verilişi, mətni özü redaktə edərmiş. Hər hansı bir səhv Səməndərin gözündən yayınıb efirə gedə bilməzdi. Bu qədər uğur, bu qədər işin ağırlığı, bir bu qədər zəhmət... Gəl gör ki, artıq yeriyəndə yer silkələnən, danışanda gözləri lərzəyə salan Səməndər deyildi, nəfəsi güclə gəlirdi, o qədər arıqlamışdı ki, onu görən kimi xəstə olduğunu hiss etmək asan idi. Qara ciyər hədsiz içkiyə davam gətirə bilmirdi artıq. Vücud bir dəfə məğlub olmuşdu artıq xəstəliyə, Səməndər bəy kimisinin fiziki gücü belə yetmirdi onunla mübarizəyə. 41 yaşına qədər içdiyi içkilərin ona yıxa bilməməyinin göstəricisi idi iradəsi, ya da biz belə təsəlli edirik insan sağlamlığının qeydinə vaxtında qalmamasının təəssüfünü... amma artıq geri də yol qalmamışdı. Qaraciyər xəstəlikdən yaxa qurtara bilmir, əksinə Səməndər Rzayevin içkidən imtina etməməsiylə son dəmlərini yaşayırdı.

“Ə, bu nədir, ay Rasim? Biz o qədər acizik ki, şampan şərabı da içə bilməyək?” “Ad günü” filminin çəkilişlərindən söhbət gedir. Qonaqlıqda Yaşar Nuri, Tariyel Qasımov, Səməndər Rzayev və başqaları çəkilirdi. Bir epizodda Səməndər Rzayev ayağa durub sağlıq deyir. Aparat getdikcə ondan uzaqlaşır və ümumi plana keçir. Bildiyiniz kimi, film çəkilişlərində araq şüşələrinə su, şampan şüşələrinə çay və limonad tökülür. Yəni, real içki olmur. Əks təqdirdə, içki səhnəsi 3-4 dubla çəkilərsə, aktyorun aqibəti necə olar, bilirik. Dubl çəkilməyə başlayıb. Səməndər Rzayev sağlıq deyir ki, “bunu içək dostluğun, qardaşlığın, birliyin şərəfinə” və s. Badəni qaldırıb içən kimi Səməndər başlayıb qışqırmağa: “Ə, bu nədir, ay Rasim? Biz o qədər acizik ki, şampan şərabı da içə bilməyək? “Stop kadr” deyildi və səhnənin çəkilişi dayandı. Səməndər Rzayev canfəşanlıqla bildirdi ki, ”əşşi bu nədir, mən sağlıq deyirəm, çayı doldurmusuz bura”. Rasim Ocaqov başa düşdü ki, real şampan şərabı olmasa, mümkün olmayacaq. Çəkilişi 10-15 dəqiqəliyinə saxlanır. İşçilərdən biri dükana qaçıb 4-5 şüşə şampan şərabı alıb gətirir. Yalnız bundan sonra çəkiliş davam edib. İndi gülümsəyərək yazdığım bu xatirə heyif ki, onun içkiyə olan “sevgisini” yaddaşımda təzələdi. İstər-istəməz heyifslənmə duyğusu da onun ardınca gəldi. Axı 41... çox azdır,adi insan üçün də, Səməndər Rzayev kimi sənətkar üçün də.

69


Film Fiction Magazine

Bütün ömrü boyu çalışdığı Dram Teatrının səhnəsində “Sizi deyib gəlmişəm” tamaşasında Xudayar bəyi oynayırdı. Tərəf müqabili Səidə Quliyeva danışır ki, çox möhtəşəm bir səhnəmiz vardı, tamaşanın canı olan bu səhnədə mən Səməndəri sillə ilə vururdum. Həmin yer gələndə Səməndər yavaşca pıçıldadı ki: “Səidə, ölürəm, yola ver, vursan, yıxılacam, halım pisdir. Tamaşadan sonra səhnə arxasından onu xəstəxanaya götürdülər, siması ağappaq, özü də büzüşmüşdü”. Bu insanların sənətə verdikləri fədakarlıqları saymağa nə gərək var ki, onlar əməliylə bunu göstərmiş, dərs kimi günümüzə çatdırmış insanlardır. İki gün sonra “Közərən ocaqlar” tamaşasında oynamaq üçün birbaşa xəstəxanadan səhnəyə gəlib Səməndər Rzayev. Onun üçün bilet alıb gələn tamaşaçısını məyus etmək istəməyib. Tamaşadan əvvəl “bəsdir” demədən içib, bu dəfə ağrılarını unutmaq, tamaşanı oynamaq üçün. Ən böyük səhvi içkiylə başlayır, onla da bitir...O qədər içib ki, ayaq üstdə durmağa belə çətinlik çəkirmiş usta sənətkar, ən nəhayət tamaşanı oynayıb və bitirib. Elə həmin andaca səhnə arxasında yıxılıb, bu onun səhnədə son rolu olub. Aktyor 27 mart 1986-cı ildə Bakıda vəfat edir. Yasamal qəbiristanlığında dəfn olunur. Bir az da özündən sonra geridə buraxdığı əmanətlərdən danışacağam: O Telman Adıgözəlov, Hacı İsmayılov kimi adlarla yaxından dost idi. Telman Adıgözəlöv sadəcə dost deyil, Rzayevlərin bir üzvü idi. Hətta Səməndər Rzayevin dünyadan köçməsi də bu bağı qopartmır, ailələrin münasibəti davam edir.Elə bu səbəbdən Rzayevin qızı bəhs edərkən ona “əmi” deyə xitab edir, Telman Adıgözəlovun itkisi onlar üçün bir başqa böyük zərbə və sarsıntı olub. Yaşar Nurini də bu siyahıya əlavə etmək olar. Aktyor əsl məclis adamı idi. Evinə qonaq gəlsin, getsin çox sevərmiş. Rübabə Səməndər isə radio işçisiydi, o atasının yoxluğunu bu sözlərlə xatırlayır : “1986-cı

Səidə, ölürəm, yola ver, vursan, yıxılacam, halım pisdir. Tamaşadan sonra səhnə arxasından onu xəstəxanaya götürdülər, siması ağappaq, özü də büzüşmüşdü

70

ilin martında dünyasını dəyişdi, mənim 11, qardaşımın 10 yaşı var idi. Onda bu ağrıacını başa düşmürdük. Onun sağlığında bizim evdə həmişə adam olurdu. Onun gedişi ilə evimiz də boşaldı, üçümüz qaldıq: anam, qardaşım və mən. Bu yoxluq ən çox da qardaşıma təsir elədi, onun bütün taleyi pis tərəfə dəyişdi. Anamın atası bizə yardım əlini uzatdı. Amma atamın qohumları, doğma əmilərim, hansı ki, evimizdən heç vaxt


Film Fiction Magazine

çıxmırdılar, bizə gəlməz oldular, bizi atdılar. Atam yaşca kiçik olsa da, onlara çox kömək etmişdi. Zəng vururdum ki, əmi, gəl, nə olar, darıxırıq. Cavabları bu olurdu: “Yox, mən sizin evə gələ bilmirəm. Səməndər yoxdur deyə pis oluram”. Bu əslində bəhanə idi.” Oğlu Rəşidə gəldikdə isə, o da aktyor idi, Milli Dram Teatrında çalışırdı, indi psixoloji vəziyyətində problemlər olduğundan işdən çıxarılıb, evdə həkim nəzarəti altındadır, vaxtlı-vaxtında müalicə olunur. Evlənməyib, Səməndər Rzayevin əmanətinə xanımı baxır. Ən son müsahibələrində: “Nə yaxşı ki Səməndər bu zülmümü görmür” - deyə şükür edərmiş. Yaradıcı sənətkarların şəxsi həyatları və son anları insanı çox zaman hüznə boğur. Qaçılmazdı sanki, amma yaddaşda bu cür qalmağı, tarixə çevrilərək dünyadan köçməyi borc bilməsi; düşündükdə təsəlli tapmağımız adına onlarla film, tamaşa da üstəlik. Sənətdəki boşluqlarını düşündüyümüz zaman onlar belə köməyə çatmır.

71


Film Fiction Magazine

Müəllif: Şahin Xəlil

QURBANOVLAR AİLƏSİNİN DRAMI 1927-ci ilin mart ayının 15-də “Dənizçilər klubu”nda Lətif Kərimlinin “Fırtına” pyesinin tamaşası səhnələşdirilmişdi. Məktəbli uşaqların hazırladığı bu tamaşanı izləyən insanlar ağıllarına belə gətirə bilməzdilər ki, bu uşaqlar gələcəyin böyük aktyorları olacaqlar. Sonradan Gənc Tamaşaçılar Teatrı adlanacaq Fəhlə Uşaqlar Teatrının səhnəsi onilliklər keçməsinə baxmayaraq, onların sayəsində məbəd kimi qorunub saxlana biləcək.

72


Film Fiction Magazine

Gənc istedadlardan içində hamıdan həvəsli görünəni Ağadadaş Qurbanov idi. Məktəbdən evə getmək əvəzinə o, birbaşa dostlarının yanına qaçar, bütün gününü məşqlərdə keçirərdi. Elə gün olurdu ki, yorğunluqdan elə səhnə arxasındaca yatıb qalardı. Hələ o zamanlar 16 yaşı vardı. 1952-ci ilə qədər bu teatrda işləyəcəkdi. O, burada bir aktyorun arzulaya biləcəyi bütün böyük rollarda özünü sınamışdı. Cəfər Cabbarlının “Aydın”ından tutmuş, Qoqolun “Müfəttiş”inə qədər. 1952-ci ildə isə bütün aktyorların ər meydanı sayılan Milli Dram Teatrına yollandı. Burada isə hər bir tamaşada ona rol verildi. Aktyor 1954-cü ildə SSRİ xalq artisti adına layiq görüldü. Teatr onun üçün hər şey idi. Səhnəyə yağan çiçək yağışları, ayaq üstə fasiləsiz alqışlar, ünvanına, hətta üzünə söylənilən təriflər onun başını gicəlləndirmirdi. Əksinə, öz üzərində işləməkdən yorulmurdu. İstirahət günlərini belə teatrda keçirərdi. Bəzən eyni tamaşada iki rolda belə oynayardı. Bu, bir daha onu sübut edir ki, Ağadadaş həqiqətən dövrünün sənət fədaisi olub. Onun üçün teatr ailə qədər müqəddəs sayılırdı. Sözsüz ki, teatr uğurları kinematoqrafçıların nəzərindən də yan keçə bilməzdi. Hələ 1941ci ildə “Səbuhi” filmində kinoda görünən Ağadadaş Qurbanov necə usta aktyor olduğunu kinoda da sübut etməyi qarşısına məqsəd qoymuşdu. 1957-ci ildə “Qızmar günəş altında”da yaratdığı professor obrazı böyük marağa səbəb olmuşdu. Sonralar “Bir qalanın sirri”, “Koroğlu”, “Bizim küçə”, “Telefonçu qız” filmlərində də yaddalan rollarda oynadı. Rejissor Kamil Rüstəmovun “Zəncirlənmiş adam” filmindəki Alvardo obrazı isə Ağadadaş Qurbanovun bəlkə də kinoda yaratdığı ən möhtəşəm obrazdır. 1965-ci ildə çəkilən Tofiq Tağızadənin “Arşın mal alan” filmi aktyorun kinoda son işi olur. Bir çox tənqidçilər filmdəki obrazları yıxıb sürüsələr də, Nəcibə Məlikova ilə Ağadadaş Qurbanovun yüksək səviyyəli aktyorluqlarını yüksək qiymətləndirmişdilər. Elə həmin ilin iyun ayında 54 yaşlı aktyor faciəvi, hətta ədalətsizcəsinə deyə biləcəyimiz şəkildə həlak olur. Həmin hadisəni Xalq Artisti Rafiq Əzimov belə xatırlayır:

“1965-ci ildə Masallı rayonuna getmişdik. Qastrolumuz sona yetirdi, axırıncı tamaşamızı göstərməli idik. Sonra Lənkərana və Salyana getməliydik. Uşaqlar üçün darıxdığımdan tamaşadan sonra axşam qatarla Bakıya gəldim. Ertəsi gün axşamçağı geri qayıtmaq üçün yola düşdüm, çünki “Toy” tamaşasında oynamalı idim. Mən Mirzəhüseyni, Ağadadaş Qurbanov isə Musa rolunu oynayacaqdıq. Yol maşınına əyləşdim. O vaxtlar elə də tanınmırdım. Elə rayona çataçatda sürücü birdən dedi ki, “heyif o artistdən, balkondan yıxılıb rəhmətə getdi”. Heç nə başa düşməyib soruşdum: “Kimi deyirsiniz?”. Sürücü “Arşın mal alan”da Soltan bəyi oynayır ha, bax onu” – dedi. Bu sözü eşidəndə elə bil üstümə

73


Film Fiction Magazine

qaynar su tökdülər. Yanımda oturanlar gördülər ki, mən pis olmuşam, tez maşını saxlatdılar. Mən: “Siz nə danışırsınız, mən onunla tamaşada oynamağa gedirəm, ola bilməz!” – dedim. Təəssüf ki, deyilənlər həqiqət idi. Sürücü soruşdu ki, indi necə edək, qayıdaq Bakıya, yoxsa yolumuza davam edək? Dedim, yox, özüm gedib hər şeyi gözümlə görməsəm, inanmaram. Salyana çatanda gördüm ki, dekorasiyaları daşıyan yük maşını Bakıya qayıdır... “Toy” tamaşasını oynamaq üçün Salyana qastrola yollanan aktyorlar rayon mehmanxanasında məskunlaşıblar. Ağadadaşın kiçik qızı Gülşən Qurbanova eyvandan atasını çağırır: “Ata, gəl bax, əlil maşınına Stalinin şəklini vurublar”. Həmin an aktyorun nömrəsində olan hər kəs, yəni aktrisa Rəhilə Mirzəyeva, qızı Rəna Topçubaşova, qrim ustası Bahadur Ağadadaşla bərabər eyvana çıxıblar. Ağırlığa tab gətirməyən eyvan uçub. Hamıdan öndə olan Ağadadaş eyvandan ilk olaraq yıxılıb, qalanları da onun üstünə. Ciyəri və böyrəyi parçalandığından yerindəcə vəfat edir. Ağadadaş Qurbanov Azərbaycanın Xalq Artisti, opera müğənnisi Gülxar Həsənova ilə evli idi. Bu evlilikdən onların Hamlet adlı oğul övladları dünyaya gəlir.

74


Film Fiction Magazine

Hamlet Qurbanov martın 16-sı 1938-ci ildə doğulmuşdu. Sənətkar ailəsində doğulması uşağın gələcəyinə birbaşa təsir etmişdi. Valideynlərinin çıxış etdiyi böyük səhnələrə heyranlıqla tamaşa edən Hamletin, sözsüz ki, ən böyük arzusu atası kimi məşhur aktyor olmaq idi. Elə bu arzu ilə o, 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutu, dövrünün məşhur rejissoru Mehdi Məmmədovun kursundan məzun olur. Tələbəliyin ilk illərindən artıq müxtəlif tamaşalarda müntəzəm rol almağa başlamışdı. Atasının işlədiyi Milli Dram Teatrı Hamletə də qucaq açmışdı. Burada o, ömrünün son illərinə qədər sədaqətlə səhnə alacaqdı. Uşaqlıqda yaşıdlarından seçilən sakit və lal dinməz xarakteri onu böyüdükdən sonra da tərk etmədi. Qəribə şəxsiyyəti ona möhtəşəm aktyorluğunda mane olmurdu. Heç bir dostu olmayan, nadir hallarda kimləsə ünsiyyət quran, zarafatı və gülməyi qəti xoşlamayan Hamlet səhnə və kamera arxasında sanki iki fərqli insan idi. Onu tanımayan təsəvvürünə belə gətirə bilməzdi ki, bu, çox ciddi, kədərli gözləri hər zaman yol çəkən, dərin baxışlı şəxs necə istedadlı aktyordur. Təkcə anası Gülxar ilə dərdləşərdi. Hətta uğursuz ailə həyatından sonra da həyatda hər şeydən çox sevdiyi tənhalığı anasına qurban verərək, Gülxar xanımın yanında yaşamağa başladı. Zəhmətkeşliyi, alicənablığı və ciddiliyi ilə böyükdən kiçiyə hamının qibtə elədiyi, hörmət etdiyi Hamletin fakturası bütün qapıları onun üçün açırdı. İstənilən rolun öhdəsindən yüksək səviyyədə gəlirdi. Sanki aktyorluq onun peşəsi deyil, həyatına çevrilmişdi. Oynamaq üçün yaşayırdı. Oynayırdı deyə vardı. Otuz ildən çox onunla eyni teatrda çalışmış Rafiq Əzimov həmkarını belə xatırlayır:

75


Film Fiction Magazine

“Doğrudur, qapalı adamıydı, amma açıq-aşkar duyulurdu ki, son dərəcə həssas təbiətlidir. Haqsızlıq, qədir-qiymət verməmək onu sıxsa da, məğrur idi, nəinki vəzifəcə böyüklərə ağız açar, heç bu barədə kiminləsə danışmazdı da. Xeyir-şərdə iştirakı ilə də seçilməzdi. Məsələn, mən, rəhmətlik Şahmar Ələkbərov, Həsən Məmmədov, Kamal Xudaverdiyev və başqaları bir-birimizin evinə qonaq gedərdik, toy-düyündə iştirak edərdik. Ancaq Hamleti belə yerlərdə gördüyüm yadıma gəlmir... Onun aktyor istedadına institut illərindən bələdiydim. Xatirimdədir, bizdən bir kurs yuxarı oxuyurdu. Bizim sənət müəllimimiz Məhərrəm Haşımov idi, onlarınki Mehdi Məmmədov. Səhv eləmirəmsə, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam” əsərini diplom tamaşası kimi hazırlamışdılar. Doktor rolunu oynayırdı. Bundan bir müddət qabaq Akademik Dram Teatrında həmin əsərə Nəsir Sadıqzadə quruluş vermişdi. Doktor obrazını Həsənağa Salayev yaratmışdı. Təbii ki, yüksək ustalıqla. Sənətdə təzətəzə addımlamağa başlayan Hamletin ifasısa bir başqa cür maraqlı alınmışdı”. Hamlet Qurbanov haqqında ən yadda qalan fikir rejissor Vladimir Qorrikerə aiddir:

“Siz əgər öz qədrinizi bir balaca bilsəydiniz, nəinki Azəraycanın və digər respublikaların, həmçinin bütün dünyanın ən məşhur aktyorlarından biri olardınız”. Hamletlə dəfərlərlə tərəf müqabili olmuş Həsən Turabov da hər zaman qeyd edir ki, həmkarından tələb olunan aktyorluq qabiliyyətindən qat-qat aşağı olub. O daha yüksək zirvələri fəth etməli aktyor idi.

76


Film Fiction Magazine

Aktrisa Əminə Babayeva da Hamlet haqqında ağızdolusu danışanlardan biridir:

Ölüm gələr, ölərik

“Həddindən artıq mədəni insan idi Hamlet. Hamletin xətrini çox istəyirdim. Kollektivdə hamı ona hörmətlə yanaşırdı. Amma o, özü heç kimə qaynayıb-qarışmazdı. Məncə, təklik onun üçün xoşbəxtlik idi. Heç kimi öz dünyasına yaxın buraxmırdı, gizli dünyasının sirlərini heç kimə açmırdı. Bəlkə hiss edirdi ki, ətrafdakı insanlar onu duya bilmirlər... Mən onu həmişə xatırlayıram. Valideynlərinin yolunu layiqincə davam etdirdi, özündən sonra çox gözəl obrazlar yadigar qoydu. Allah ona rəhmət eləsin”.

Son illərdə düçar olduğu xərçəng xəstəliyi aktyoru mənəvi olaraq daha da sarsıtmışdı. Yalnızlıq obrazı ilə yaşayan aktyor evdən bayıra çıxmırdı. Həmkarlarının biganəliyi, dostsuzluq, dağılmış ailə, ardında buraxacağı onu dünyalar qədər sevən Gülxar xanımın dərdi aktyora xərçəngdən çox əzab verirdi. Müsahibələrinin birində “Ölüm gələr, ölərik” – deyən aktyorun ölümün gözünə dik baxacağı gün, təəssüf ki, tez yetişdi. Ağrıkəsicilərsiz, dəhşətli ağrılar içərisində qovrulan Hamletin ölüm yatağında başı üzərində iki nəfər durmuşdu. Gülxar xanım və keçmiş həyat yoldaşı Cəmilə. Boşanmaqlarına baxmayaraq, ərinin xətrini dünyalar qədər sevən Cəmilənin Hamletdən yadigar Səlim adlı oğlu qaldı... Aydın Talıbzadəyə verdiyi müsahibədə “Xaraktersiz xarakterəm” – deyən Şekspir qəhrəmanı ölən zaman atasından üç yaş böyük idi. Cəmi cümlətanı 57 yaşında. Hamletin atadan bir, anadan ayrı iki bacısının hər ikisi sənəti seçmişdilər. Firəngiz rəssamlığı, Gülşən isə aktrisalığı. Qardaşından fərqli, Gülşən hamı ilə çox asan ünsiyyətə girə bilən, deyibgülən, ətrafındakı insanların tez bir zamanda sevgisini qazana bilən qız idi. 1950-ci ildə anadan olmuşdu. 1974-cü ildə Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirdikdən dərhal sonra atasının qurduğu Gənc Tamaşaçılar Teatrında işə başlayır. On beş il sonra Əməkdar Artist adını alır. Teatrın, demək olar, bütün tamaşalarında sevilən obrazlar yaradan aktrisa atası və qardaşı kimi, kinoda da özünü sınayır. İyirmidən çox filmdə rol alır. Aktrisanın ilk evliliyi Rüstəm adlı gənc aktyorla olur. Rüstəm Gənc Tamaşaçılar Teatrının rus bölməsinin aktyoru idi. Rüstəmlə nikah uzun çəkmir. Cütlük ayrıldıqdan sonra Rüstəm həm rejissoru, həm də bacısının əri Yuli Qusmanla bərabər Moskvaya yollanır. Sonradan “Nika” film festivalına prezidentlik etməyə başlayır. Bu nikahdan onların Kəmalə adlı qızları dünyaya gəlmişdi. Aktrisa bir müddət sonra yenidən ailə həyatı qurur. Bu dəfə aktyor həmkarı Mübariz

77


Film Fiction Magazine

Əlixanoğlu ilə. Amma bu izdivac da uğursuz olur. Səbəb isə Mübarizin alkoqola meyilli olması idi. Gülşən xanımın özünün də içki, siqaret kimi zərərli vərdişləri olsa da, bunun qədərini heç vaxt aşmazdı. Və belə iradəsizlikləri olan kişilər onun kimi güclü qadına zəif təsir bağışlayırdı. Teatrdan ayrılıb televiziyaya keçən aktrisa uzun müddət AzTV-nin “Gəlin birlikdə gülək” layihəsində aparıcılıq edir. Azərbaycan Televiziyasından sonra aktrisa ANS kanalında “Qaynar qazan” verilişində aparıcılığa başladı. Məhz bu veriliş sayəsində aktrisa məşhurluğunun zirvəsinə çatdı. Yayımlandığı saatların ən reytinqli verilişi ünvanını uzun müddət özündə saxlamağı bacaran tək-tük layihələrdən biri idi “Qaynar qazan”. Amma Gülşən Qurbanova bu telekanaldan incik ayrılıb, Lider telekanalına “Mikser” verilişinin aparıcısı olaraq getdi. Verilişin ilk qonağı həmkarı, “Gəlin birlikdə gülək”

78

layihəsində onunla birgə işləmiş Azər Mirzəyev idi. Həmin verilişin sonunda Gülşən xanım Azərə zarafatla: “Bilmək olmaz, bəlkə öldüm, bəlkə də son dəfə səndən müsahibə alıram,” – dedi. Veriliş elə bu sözlərlə də bitmişdi. Gülşən xanımla uzun illər çalışmış iki həmkarından biri Yasin Qarayev xatırlayır:

“O bir dəfə mənimlə Azərdən soruşdu ki, mən öləndə ağlayacaqsınız? Azər zarafatla dedi “mən yox!”. O, çox pis oldu və dedi ki, “Necə yəni? Mən ölsəm, ağlamayacaqsınız? Biz 34 il birgə çalışmışıq. Qrup yoldaşı olmuşuq”. Azər anladı ki, bu ciddi soruşur. Dedi ki, “ay balam, sən ölən gün mənim ağlamağa vaxtım olmayacaq, molla dalınca qaçacağam, ehsan süfrəsi təşkil edəcəyəm. Yasin boş adamdır, o, səni ağlayar”. Biz də zarafata saldıq. Amma o öləndə ən çox Azər ağladı”. Lider telekanalında işlədiyi dönəmdə aktrisanın adı bəzi çirkli işlərdə hallanmağa başladı. Bunun nə dərəcədə doğru olubolmadığını yəqin ki, təkcə yaxınları bilər. Həmkarlarının dediyinə görə, yanında polis adı


Film Fiction Magazine

çəkiləndə qeyri-ixtiyari şəkildə həyəcanlanırmış. Həyatı boyu heç vaxt metroya minməmiş, yas mərasimlərinə getməmişdi. Üç dəfə infarkt keçirsə də, nikbinliyini itirməyən aktrisa tez-tez,

“Mən ölsəm, məni o dəqiqə basdırmayın, iki-üç gün saxlayın, bəlkə dirildim” – deyirdi.

Mən o eyvanda olmasaydım, atam ölməzdi

2006-cı ilin noyabr ayında səhhəti qəfil pisləşən aktrisa qonşusundan ona təcili yardım çağırılmasını xahiş edir. Təcili yardım gəlir. Amma aktrisa tibbdə çox az rast gəlinən dördüncü infark səbəbi ilə vəfat edir. Yasamal qəbiristanlığında Xalq Artistinə yer tapılmadığından, aktrisa qəbiristanlığın ağzında, ayaq altında basdırıldı. Qəbrin yerini dəyişdirmək istəyən ailə üzvlərinə isə Dini İşlər Üzrə Dövlət Komissiyası tərəfindən icazə verilməyib. Səbəb müsəlman qəbrinin bir il müddətinə toxunulmaz olması idi. Ona görə bir il ərzində aktrisanın qəbri tikilmədi, eləcə göy çadırlarla mühasirə olunmuş şəkildə qaldı. Ölümündən sonra haqqında gəzən, qəbirdə dirilməsi kimi axmaq söz-söhbətlərə də məhz bu məsələ səbəb oldu. Bu söhbətlərə ailəsi heç bir reaksiya vermədiyindən cəmiyyətdə həqiqət olaraq qəbul edildi. Atası Ağadadaş Qurbanovun ölümündə özünü günahkar sayan aktrisa Salyana hər qastrol səfərində, mütləq hadisə baş vermiş həmin mehmanxanaya gedər, həmin gecəni yada salardı. “Mən o eyvanda olmasaydım, atam ölməzdi” – deyərdi. Həqiqət isə o idi ki, Qurbanovlar ailəsinin teatr və kino fədailəri olan hər üç sənətkarının həyatı eyni ssenari üzrə yazılmışdı. Xoşbəxt gənclik, uğursuz həyat, uğurlu sənət və əllili yaşlarda ölüm.

79


Film Fiction Magazine

Müəllif: Aygün Vəlizadə

MƏLİK DADAŞOV: MƏNFİ OBRAZLARIN UNUDULMAZ QƏHRƏMANI

80


Film Fiction Magazine

Sənin atan qəşəng deyil, amma bir kişi kimi çox cazibədardır. Hələ cavanlıqdan bütün xanımların ürəyini ovsunlaya bilib. 81


Film Fiction Magazine

Ç

82

əkildiyi filmlərdə başı bəlalı olan, bir çoxumuzun uşaqlıq xatirəsində “pis adam” kimi qalan, istedadı barədə danışmağa gəldikdəsə, çoxlarının susqunluğuna səbəb olan bir aktyor idi, Məlik Dadaşov. Bu susqunluq onun sənətinə edilən hörmətdən irəli gəlirdi. Uşaqlıq yaddaşımı təzələyərək oxu xatırlasam, barəsində yazmaq olduqca çətinləşər. Çünki yaş aralıqlarını və dövrün filmlərini nəzərə alsaq, söhbətin hansı filmdən getdiyi tapmaq elə də çətin deyil. Bəlkə də onun həyat və yaradıcılığını yaxından öyrənsək, bu rolun üstümüzdəki təsiri özünü bir nəbzə olsun itirə bilər. Məsələn 60-cı illərdə onun teatrımız üçün etdiklərini bilsək, bu obrazın kölgədə qaldığını görmüş olarıq. İstedadlı adamları heç vaxt ətrafdakılar, onları əhatə edən mühit birmənalı qarşılamır. Onu pis rolların adamı kimi xatırlamağımız da beynimizə yüklədiyi ziddiyyətli fikirlər istedadını görməzdən gəlməyə dəlalət etmir. Biz

tamaşaçıyıq, ekran başından seyr edib, “o qədər”ini bilmiş insanlarıq. Bəlkə də bu səbəbdən özümüzə haqq qazandırmaq olar, lakin belə insanlara qarşı öz ətrafının, həmkarlarının qısqanclığından qaynaqlanan hadisələrin üstündən səssizcə keçmək olmaz. İstedadlı adamlara qısqanclıqdan, paxıllıqdan badalaq vurulur, bu badalaqlar uğuru ləngidirsə də, qarşını ala bilmir. İnsanın dərinliyində istedad yatırsa, onun gördüyü ən xırda iş də gözə sanballı gələcək, özünü büruzə verəcək və zaman keçdikcə o şəxs artıq heç nə etməsə belə, adı bəs edəcək ki, ətrafdakıların qısqanclığı birə-beş artsın. Söhbət mədəniyyət aləmindən gedirsə, mədəniyyətin səlahiyyətliləri də o adamın varlığını nə dana bilir, nə də qəbul edə, çünki bu adam özünü yoxmuş kimi apara bilmir, hər addımında “burdayam” deyir. Məlik Dadaşovun görkəminə aldansaq, onun çox qatı, ciddi biri olduğunu düşünməyimiz qaçılmazdı. Lakin o hər şeydən öncə elə bir aktyordur ki, hər oynadığı obraz şedevr olur, bu səbəbdən


Film Fiction Magazine

ona veriləcək rolu əlinə çathaçatda almağa çalışanlara da gah göz yumur, gah da işi rejissorun şəxsi seçimi olmağına buraxır. Gəl gör ki xarakterinə təsirsiz ötüşmür bütün bu əsəb, stress yumağına çevrilmiş işi... “Fəryad” filmindən də öncə izlədiyim, ekrandakı qıyqacı baxışlı, Abbasqulu bəyə qıyan, arvad-uşağa silah çəkən Qəmlo obrazı o qədər qorxulu idi ki bir uşaq üçün. Düzdür, sənə izah edirlər, çox gözəl bilirsən ki, o, əsl Qəmlo deyil, ümumiyyətlə, elə biri heç mövcud deyilmiş kimi izləməyə çalışmağa sövq edilirsən, o Qəmlo bir aktyordu və aktyorluq onun işi, peşəsidir. Sən demə, haçansa illər keçəcək və Məlik Dadaşov adının haqqını verməyə çalışarkən, əslində o qorxunun böyük sənətkarlıqdan, aktyorluq istedadından gəldiyini dərk edəcəksən. Bəlkə də o dövrün məşhur aktyorlarından çoxu, sevilən obrazlarla yadda qalıb, ya da xarizması günümüzdə də öz sözün deyir deyə sevgiylə ağız dolusu danışmaq çox asandır. Məlik Dadaşov barədə də buna bənzər fikirlər öyrənə bilərsiniz; istedaddan savayı, güclü səhnə cazibəsinə malik aktyor və yaraşıqlı kişi idi. Bu cür aktyor səhnədə həm Camal (S.Rəhman: «Nişanlı qız»), həm Prospero (U.Şekspir: «Fırtına»), həm Tərlan (Ş.Qurbanov: «Sənsiz»), həm Şeyx Nəsrullah (C.Məmmədquluzadə: «Ölülər»), həm Xosrov Atayev (İ.Əfəndiyev: «Atayevlər ailəsi») ola bilərdi. Ki olur da... Təəssüf ki, bizim nəslin teatralları Məlik Dadaşovun ən şux vaxtını, ən sanballı rolları oynadığı yaşda səhnədən canlı seyr edə bilmədi. Ötən əsrin 70-ci illərinədək Azərbaycan teatrında oynanılmış hansısa tamaşa əvvəldən sonadək tam lentə alınmayıb, ya da həmin lentlər məhv edilib, məhv edilməyənlərin də üzünü heç bir arxivdə görən olmayıb.

Aktyor Salman Dadaşovun qardaşı, aktyor Rəfael Dadaşovun atası, müğənni Brilliant Dadaşovanın əmisi, bəstəkar Hökümə Nəcəfovanın bacısı oğludur.

83


Film Fiction Magazine

1924-cü il Bakıda dünyaya göz açır. Nə az, nə çox düz 59 il ad günü səhv tarixdə qeyd edilir, 17 iyunda. Bir gün təsadüf nəticəsində doğum haqqında şəhadətnaməsi lazım olur, itdiyi üçün gedib arxivdən özünün və qardaşının şəhadətnaməsini çıxartdırır, beləliklə 60 yaşında özü də öyrənir ki, o iyunun 17-si yox, həmin ayın 7-də dünyaya gəlib və nəhayət 60 yaşında doğum gününü məhz doğulduğu gün kimi qeyd edilir. Bakıda, neft sənayesində bir doğması işləyirdi. İndiyə qədər adı neft şefləri arasında çəkilməyib, amma Sovet hökumətinin arxivlərindən onun neft buruqlarının sənədləri çıxıb. Nobellərlə birgə çalışırmış Yusif kişi. Xanımı evdar qadın idi, üç oğul böyüdüb, tərbiyə edirdi. Həmin doğma, Məlik bəyin atası idi. Atası Şöklü Məliyin şərəfinə onun adını belə qoymuşdu. Onun dünyaya gəldiyi ailəsi də dövrünün bir çox imkanlıları kimi Sovet imperiyasının qurbanına çevrilib. Ailənin böyüyü, ata sürgünə göndərildi. Yerdə qalanlar səslərini boğmalı olub, soyadlarını belə dəyişib yaşamağa məcbur oldular. Çox sonralar bəraət alıb vətənə qayıdan ata 1971-ci ildə xanımının vəfatından sonra dünyasını dəyi-

84


Film Fiction Magazine

şir. Ailənin böyük oğlu Salman Dadaşov aktyor olub. “Onun böyük ürəyi” filmində Oqtay rolunu canlandırıb. Sonralar Sumqayıt teatrının rəhbəri olub. İkinci qardaş Süleyman Dadaşov - Brilyant Dadaşovanın atası riyaziyyat müəllimi idi. Universitetdə dərs deyirdi. Süleyman bəy həm də qarmonda, pianoda gözəl ifa edərdi. Amma yalnız ailədaxili məclislərdə. Məlik Dadaşov isə uşaqlıqdan incəsənətə bağlı olub. Musiqiyə gedər, kontrabasda çalarmış. Bununla belə orta məktəbi qurtarıb sənədlərini Tibb İnstitutuna verib. Qəbul olunub, amma elə birinci kursdan hiss edib ki, yerində deyil, onu səhnə daha çox çəkir. Tale yenə öz işini görür, müharibə başlayır. Məlik Dadaşov müharibəyə getməli olur. 1943-cü ildə aldığı kontuziyaya görə geri qaytarılır və uzun müddət müalicə olunur. Daha sonra hərbi hissələrdə musiqiçi kimi fəaliyyət göstərir. 1945-ci ildə müharibədən qayıdan Məlik Dadaşov Gənc Tamaşaçılar Teatrına yollanır və orda aktyor kimi işə başlayır. Çox

85


Film Fiction Magazine

keçmədən sənədlərini Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) verir. Adil İsgəndərovun sinfinə daxil olur. Səhnəyə gəlişi 1946-cı ilə təsadüf edir. Səhnə fəaliyyətinə Zaqatalada yenicə açılmış teatrda başlayır. 23 yaşlı gənc aktyor Zaqatala teatrında əsas rolların ifaçısı idi, əsas qadın obrazlarını isə Sofiya Hüseynova adlı gənc aktrisa oynayırdı. Bu tərəf müqabilliyi bir gün bir ailənin əsasının qoyulması ilə nəticələnir. Məlik Dadaşov gənc Sofiya ilə ailə qurur. Bu evlilikdən 1946-cı ildə gələcəyin daha bir aktyoru Rafael Dadaşov dünyaya gəlir. Bu gün Rafael Dadaşovun atası haqda bir kəlmə belə demək istəməməyini başa düşmək olar, çünki ata onu çox körpə yaşlarında tərk edib, gənc Sofiya oğlu Rafaeli təkbaşına tərbiyə edib. Tale onları ikilikdə müxtəlif teatrlara atıb, Sofiya xanım Naxçıvan Teatrında işləyəndə xalq artisti fəxri adı alıb. Həmin dövrdə Məlik Dadaşov çoxdan Milli Dram Teatrında çalışırdı və ikinci dəfə ailə qurmuşdu. Məlik bəy barəsində müsahibələrdə söz sahibliyi edən qızı, Dolores xanımla nigahından dünyaya gələn Gülnarə xanım olub. Dolores xanımın əvvəlki nigahından olan Cəmilə adlı bir qızı da vardı. Uşaqlar arasında fərq qoymayıb Məlik Dadaşov. Bundan əvvəlki nigahlarından isə 2 qızı vardı. Qızlarından biri Dadaşovun sağlığında, xərçəngdən dünyasını dəyişir. Bu ona böyük zərbə olur. O sərt görünümlü kişi getmiş, yerinə sarsıntı keçirmiş biri dayanmışdı. Digər qızı Amerikada yaşayır. Övladları arasında münasibətlər olduqca yaxşıdır. Gülnarə xanımın dediklərinə görə: “İllər ötür, yaşımızın üs-

tünə yaş gəlir. Rəfael yaşlandıqca onu atam kimi görürəm. Rəfaellə söhbət edəndə hərdən mənə elə gəlir ki, qarşımda ata dayanıb. Düzdür, zahirən Rəfael atamıza az oxşayır. Rəfael hündürboyludur. Cizgiləri daha gözəldir. Amma, səsi, hərəkətləri eynilə atamızındır. Rəfael mənə əzizdir, doğmadır. Belə də, olmalıdır. O, atamın yeganə oğlan övladıdır. Mənim qardaşımdır.”

Özünə sərf edən yerdə əsəbi olurdu

Dolores xanımdan öncə də bir nigahı olmuşdu. Amma, uşaqları olmayıb. Məlik Dadaşovun 44 yaşı olanda Gülnarə xanım dünyaya gəlib. 44 yaşında ata olan Dadaşov onu nə tərzdə sevər, hər kəs anlayar zənnimcə. Əsl futbol azarkeşi imiş Dadaşov. “Özünə sərf edən yerdə əsəbi olurdu” deyir qızı. Xüsusəndə futbola baxanda əsəbləşib qışqırır, hətta təzyiqi qalxarmış aktyorun. Dolores xanım da o əsəbləşməsin deyə, televiziya proqramlarını götürüb gizlədirdi ki, futbolun nə zaman olacağından xəbəri olmasın. Amma o buna da çarə tapır, hər otağa bir televizor alıb qoyubmuş. Dolores xanım deyərmiş ki, onsuz da, teatrda, kinoda yorulur. Bir də evdə futbola baxıb əsəbləşməsin. Futbola baxanda sanki heç kimi görmürdü və eşitmirdi.

86


Film Fiction Magazine

Çox sadəlövh, təmiz, düzgün insan kimi yadda qalıb doğmaları arasında. O, cavanlara çox dəstək olurdu. Səhnədə nə qədər vahiməli görünürdüsə, həyatda o qədər sadə idi. Qızı Gülnarə bildirir ki, “O, həmişə mənə deyirdi ki, “Sən məni axtarma”, ancaq mən bu gün də onu axtarıram. Biz ondan güldən artıq söz eşitməmişik. O ailəsiz heç yerə getmirdi, darıxırdı. Getsə də, yarım saat oturardı, deyərdi ki, mən evə gedirəm”. Xanımlar onu sevirdilər. Amma ona görə yox ki, yaraşıqlıydı, özünəxas olan xarizması vardı. Məlik Dadaşov əsl centlemen idi. Qadınlarla çox mədəni rəftar edərdi. Xanıma kobudluq edən kişilərə nifrət edirdi. Bir rəqqasə xanım var idi. İzzət Şıxlinskaya, aktrisa Leyla Şıxlinskayanın xalası. İzzət xanım hər dəfə Dadaşovun qızıyla söhbətləşərkən deyərmiş ki, “Sənin atan qəşəng deyil, amma bir kişi kimi çox cazibədardir. Hələ cavanlıqdan bütün xanımların ürəyini ovsunlaya bilib”. Şəxsi həyatı dalğalı olsa belə, işində sakitliyə, qaydalara riayətə çağırırdı. Milli Teatrda bir-birinin ardınca obrazlar yaradırdı, kinostudiyada filmlərə çəkilirdi. Həm müəllimi Adil İskəndərov, həm də sənət yoldaşı Həsən Turabov onu teatrda və kinoda bacarığına görə irəli çəkirdilər. Məlik Dadaşov musiqi təhsili alıb, özü də Bakıda yox, Moskvada konservatoriyaya daxil olmaq niyyətindəymiş. Lakin Böyük Vətən müharibəsi başlayıb, arzusu ürəyində qalıb. Cəbhədə yaralanıb, kontuziya alıb, ordudan tərxis olunub. Bakıda, Teatr İnstitutunda təhsil almaq həvəsinə düşüb. Rəqs ansamblında rəqqas olub. Akademik Milli Dram Teatrına dəvət edilənədək bir neçə teatr kollektivi dəyişib. Amma hansısa müdrik insanın söylədiyi həqiqət imiş: istedad sahibi hər sahədə istedadlıdır. Sadəcə, onun ulduz tək parlaya biləcəyi bir sahə olur ki, Məlik Dadaşov üçün də həmin sənət sahəsi aktyorluq idi. Görkəmli aktyor ömrünün ən gözəl illərində, 3055 yaş arasında Azərbaycan və dünya klassik dramaturgiyasından bir-birindən parlaq, seçmə rollar oynayıb. Usta aktyor Azərbaycan səhnəsinə çıxan illərdə milli teatr sənətinin birinci dalğa professional aktyorları da səhnədə idi, 30-cu illərdə səhnəyə gələnlər də öz gənclik şövqlərini itirməmişdi, üstəlik, onun ardınca da çox güclü bir aktyor nəsli səhnəyə ayaq basırdı. Belə bir kəhkəşanda kölgədə qalmamağın özü hünər sayılsa belə, Məlik Dadaşovun sənət ulduzu parlaya bildi.

87


Film Fiction Magazine

60-cı illər onun teatr karyerasında zirvə dövrü idi. Arada teatrdan çıxıb pedaqoji fəaliyyətlə məşğul olsa da, filmlərdə ən yaxşı rollarını oynayıb populyarlaşsa da, teatrda Şeyx Nəsrullahı və Tərlanı oynadı. Aktyorluqdan savayı həm də peşəkar rəqqas idi. Bir dəfə Gürcüstanda kinofestivala gedibmiş. Banketdə ləzginka oynayırdılar. Məlik Dadadşov rəqs edənlərə baxır, ancaq onların rəqsini bəyənmir. Bıçağı dişlərinin arasına qoyur və çıxır stolun üstünə. Ləzginkanı necə oynayırsa, gürcülər təəccüblə baxıb deyirlər ki, siz əsl ləzginkanı oynadız, bunu necə də gözəl bacarırsız. Cavabında: “mən professional rəqqasam istəsəz, sizə ustad dərsi keçə bilərəm” deyir. Məlik bəy hətta Əminə Dilbazi ilə də rəqs edirdi. Onlar yaxın dost idi, tez-tez görüşürdülər. Bu insanların kompleksi yox idi, yolun ortasında da oynaya bilərdilər. O dövrün insanlarının təvazökarlığı bu gün də təəccüblü gəlir, səmimiliyi xeyli düşündürür.

Dünya belə bir aktyoru tanımadı, onun istedadı o zamankı ittifaq hüdudlarına qapanıb qaldı. Ermənilər tərəfindən belə “qəhrəman” olaraq adı bilindi oynadığı rolla. Zaman onun zamanı deyildi bəlkə də...

88

Yaxşı rəqqas, balet artisti, mim, gimnast, akrobat olmaq üçün insanın orqanizmində elastik toxuma normadan çox olmalıdır. Elastik toxuma normadan çox deyilsə, heç bir istedad, heç bir üzücü, da-


Film Fiction Magazine

vamlı məşqlər istənilən nəticəni verməyəcək, insanın hərəkət plastikasını artırmayacaq. Keçmiş rəqqas Məlik Dadaşovun təkcə görkəminin, hərəkətlərinin deyil, aktyor xislətinin plastikası var idi. İstedadlı rejissor onu istədiyi obrazın qəlibinə uyğun yoğurmağı bacarır, istedadının plastikasından istifadə etməklə sanballı surət yaratmağa sövq edə bilirdi. Bu aktyorun baxışının da, səsinin də plastikası var idi deyə, istənilən obraza girə bilirdi, İsmayıl Əfəndiyevdən («Fətəli xan» filmində Əmir Həmzə) ta Hacıbaba Bağırovadək («Ulduz»da Möhsün) fərqli aktyorları filmin səsləndirilməsində əvəz etmişdi. Bir çox mənbələrdə, onun hətta ən xırda intonasiyanı çatdırmaq məharətini məşhur fransız komiki Lui de Fünesin, bir də böyük rus aktyoru Zinoviy Gerdtin səsində hiss etdiyini vurğulayanları tapmaq olar. Məlik Dadaşov köklü bakılılardan idi. Adi həyatdakı davranışına, danışığına görə “obrazovonski qədeş” tipinə çox uyğun gəlirdi. Amma kimsə səhnədə, efirdə onun səsində, intonasiyasında bircə dəfə yersiz ləhcəyə, vurğuya, məhəlli və ya dialekt kəlməsinə rast gəldiyini deyə bilməz. Bu profissionallıq deyildisə, bəs nə idi?! Qızının aktrisa olmaq istəyinə mane olur desək doğru olar. O zamanlar Moskvada Batalov kurs yığırdı. Gülnarə xanım getsəydi, Bakıya qayıtmayacağını bildirirmiş. Oxuyub orda qalmaq fikri varmış. Məlik bəy bunu hiss edir və qarşı çıxır:

“Qadın üçün ən yaxşı sənət pedaqoji sahədir. Get müəllimə ol”. Qızı Gülnarə onun

bu qərarını çox aqressiv qəbul edir. Sonra onun ən zəif yerini tutan Dadaşov bildirir ki, “Sən köksən sənə ancaq xala, bibi, nənə

rolları verəcəklər. Sənə heç vaxt gənc, gözəl sevgili obrazları həvalə etməyəcəklər “. Və beləliklə də qızını fikrindən daşındırmağı bacarır.

89


Film Fiction Magazine

Ölümlə hədələnmə, zəhərlənmə, “erməni” damğası və daha nələr, nələr. Dadaşovun başı bəlalı sənətə yüksəlişi: Ölümlə hədələnmə, zəhərlənmə, “erməni” damğası və daha nələr, nələr. Dadaşovun başı bəlalı sənətə yüksəlişi: Onun dostları çox idi. Sənət aləmindən Səyavuş Aslan, Telman Adıgözəlov, Yaşar Nuri və Mikayıl Mirzə Dadaşova yaxın adamlar idi. Bir-birlərinin evinə tez-tez gedib, gələrdilər. Qadın aktrisalardan Hökümə Qurbanova və Nəcibə Məlikovanı çox istəyirdi. Amma onun düşmənləri o qədər çox olub ki. Deyilənə görə, onu öz həmkarı teatrda zəhərləmişdi. Qızı Gülnarənin dilindən daha dəqiq desək: “Mən həmin

aktyorun adını çəkməyəcəm. O da məhşur aktyor idi. İndi dünyasını dəyişib. Bir dəfə teatrda, atamın konyakının içinə dərman atmışdı. Atamın həmin gecə vəziyyəti pisləşdi. Nə yaxşı ki nənəm bizdəydi. Həkim gələnə qədər atama nə qədər qatıq yedizdirmişdi. Bir neçə təcili yardım gəldi və atamın mədəsini yudular, bir təhər ölümdən xilas etdilər.” Sonralar, həmin aktyor özü etiraf edib, Məlik bəydən üzr istəyibmiş. Ki, onu bağışlasın. Məlik bəy görünən odur ki, geniş ürəyə sahib olur, hətta onu bağışlamaqla qalmayıb, dostlaşır. Belə hadisə bir dəfə də, səhnədə yaşanır. Şıxəli Qurbanovun “Sənsiz” tamaşasının premyerası idi. O tamaşadan televiziyada bəzi parçalar qalıb. Həmin tamaşada əlində əsa ilə çıxış edir Dadaşov. Tamaşa vaxtı “teatr lyuku” deyilən boşluğu səhnədə qəsdən açıq qoyub, üstünü xalça ilə örtmüşdülər. Aktyor səhnədə gəzəndə həmin açıq yerə yıxılıbmış. Bu hadisə ta-

90

maşa vaxtı baş vermişdi, təsəvvür edin. Oranın da, 4 metr dərinliyi var. Nəticədə sənətkarın ayağı sınır. Fasilədə ona iynə vururlar və tamaşanı çətinliklə oynayıb başa vura bilib. Amma bu günədək o hadisəni kimin etdiyi bilinmir. Məlik Dadaşov 100-dən çox tamaşada, 50-dən çox filmdə müxtəlif çalarlı obrazlar yaradıb. Filmdə ilk rolu 1961-ci ildə Lətif Səfərovun Ənvər Məmmədxanlının ssenarisi əsasında çəkdiyi “Leyli və Məcnun” da olur. “Axırıncı aşırım”da Qəmlo ilə kino tarixinə adını qızıl hərflərlə yazıb Məlik Dadaşov. “Dəli Kür”də Molla Sadıq, “Koroğlu”da Bolu bəy, “O dünyadan salam”da Şeyx Nəsrullah, “Birisi gün gecə yarısı”nda Nəriman Nərimanov, “Bir məhəlləli iki oğlan”da Nazif, “Ulduzlar sönmür”də general Mehmandarov, “26 Bakı komissarı”nda Əzizbəyov, “Müharibəni görən adam”da Niyazxan, “Fəryad”da Aram Xaçaturyan Məlik Dadaşovun içindən keçirdiyi - yaratdığı obrazlardır. 1985-ci ildə Məlik Dadaşov “Azərbaycanfilm” və “Belorusfilm”in birgə istehsal etdiyi “Müsahibə götürən adam” filminə çəkilir. Siyasi məsələlərə görə Pakistanda zəhərlənən Anatoli Kavaleznik haqqında olan filmdə Məlik Dadaşov bu ölkənin əks-kəşfiyyat komissarı Niyaz xan obrazını yaradır. Niyaz xan bundan xəbər tutur və onun obrazını yaradacaq aktyoru öldürəcəyi ilə hədələyir. Buna görə də filmin Pakistanda aparılmalı olan çəkilişləri təxirə salınır. Məlik Dadaşovu da Pakistana qoymurlar. Filmin çəkilişləri İçərişəhərdə aparılır.


Film Fiction Magazine

Məlik Dadaşov başqa rollara görə də hədə-qorxu ilə üzləşib. “Axırıncı aşırım”da Qəmlonu, “Fəryad” filmində erməni obrazını , “Dəli Kür”də mollanı, “Ölülər”də Şeyx Nəsrullanı oynayanda.

“Atam o rolu ifa etmək istəmirdi. Ümumiyyətlə, atam yaradıcılığı boyu iki rolu ifa etmək istəməyib. Erməni rolunu, bir də “Ölülər”də Şeyx Nəsrullahı. Şeyx Nəsrullahı ona görə oynamaq istəmirdi ki, özü axır vaxtlar namaz qılırdı. Deyirdi, mən Allaha ibadət eləyirəm, amma “Ölülər”də Allaha qarşı çıxıram. “Fəryad” filmində isə düşmən obrazı yaratmalı idi. Bu rolu heç oynamaq istəmirdi. Yadımdadır ki, Ceyhun Mirzəyev yalvarırdı atama, deyirdi ki, bu rol sizə yazılıb. Atam onun sözündən çıxmadı, yaratdı o obrazı. Əslində, bu tipaj sovet dövründə general Baqramyan var idi, onun obrazı idi. O da keçəl idi. Atamın da saçlarını qırxmışdılar. Atam əvvəl nə qədər çalışırdısa, alınmırdı. Bilirsiniz, çox çətin rol idi. Düşmən obrazını yaratmaq, özü də beləsini. Yadımdadır ki, çox əsəbiləşirdi, narahat olurdu. Amma oynadı o rolu. Ən pisi də o oldu ki, rola görə atamı Ermənistanda milli qəhrəman kimi qəbul etdilər. Atam isə AzTV-də çıxış elədi və imtina elədi o addan” - deyə bəhs edir qızı. Məlik Dadaşov: O adı heç vaxt heç cür özümə yaraşdıra bilmərəm. Bax buna

görə də mən bu rolu oynamaq istəmirdim. Bilirdim ki, nəticəsi bu ola bilər.

Dahası da var hələ. Məlik bəyin işində olan bəlalı vəziyyəti başından sovuşmaq bilmirdi. Bu dəfə ki isə elə də qorxulu deyil. “Dəli Kür” filminin çəkilişlərində yaşanıb sözügedən hadisə. Meyxana səhnəsində Cahandar ağanın bacısı Şahnigar Mollanın - Məlik Dadaşovun üzünə sillə vurmalı idi. Bu rolu gürcü aktrisası oynayıb. Xanımın ona şillə vurması bir neçə kadr təkrarlanıb, amma yenə alınmayıb. Rejissor Hüseyn Seyidzadə aktrisaya deyir ki, qızım, bərk vur şilləni. Aktrisa isə

91


Film Fiction Magazine

deyir: “Vura biləmərəm. O qədər yaraşıqlı, yaxşı kişidir ki, ürəyim gəlmir onu vurmağa”. Məlik Dadaşov da özünü saxlaya bilməyib deyir ki, “sən, əlli dəfə yavaşdan

vurmaqdansa, bir dəfə tutarlı bir sillə tutuzdur canımız qurtarsın”.

“Fəryad” filmindən çox sonralar isə belə bir hadisə olub. Məlik Dadaşov instituta gedəndə “Malakan” bağının yanında bir qadın onu görüb qışqırmağa başlayır. “Ay camaat, bu adam ermənidi” - deyib camaatı yığır başına. Bu zaman bir əsgər aktyora yaxınlaşır və ondan sənədlərini tələb edir. Görünür, cavan olduğu üçün aktyoru tanıya bilməmişdi. Qadın isə dediyinin üstündə təkid edirdi: “Mən onu televizorda görmüşəm, o, hərbçi ermənidir”. Axırda aktyor əsgərə deyir: “Bala, mən azərbaycan-

lıyam, erməni yox. Sən cavansan, məni tanıya bilməmisən. Mən tanınmış aktyoram. Sadəcə filmdə erməni obrazını yaratdığım üçün qadın məni qarışıq salıb”.

Bundan başqa tariximizin ən təsirli filmlərindən olan “Fəryad”ın premyerasında sırada ondan arxada oturan tamaşaçılar qulağı eşidə-eşidə Məlik Dadaşovu söyürmüşlər. Evə qayıdanda aktyor qızı Gülnarədən soruşub ki, rolum xoşuna gəldi? Qız cavab verib ki, ata çox əclaf bir obraz yaratmısan. Aktyor “Sən də nifrət etmisənsə atana, demək obraz yaxşı alınıb” - deyib.

“Axırıncı aşırım” filmində Kərbəlayi roluna görə ona verilən mükafatdan imtina edərək “Bu mükafat Məlik Dadaşova düşür, Qəmlonu yaratdığına görə” - deyir, Adil İsgəndərov Ürəyi hər gün bir yeni sarsıntı keçirirdi. Hər yeni ağrı zərbə kimi ürəyinə tuş gəlirdi. Məlik Dadaşovun adı xoşagəlməz kommersiya əməliyyatında əli olmaqda hallanır. Onu bu səbəblə teatrdan uzaqlaşdırdılar. Hətta aktyor kimi fəaliyyət göstərməsinə belə imkan vermədilər. 1991-ci ildə təqaüdə göndərdilər.

92


Film Fiction Magazine

Aktyor bundan çox böyük zərbə alır və iki ay xəstəxanada yatır. Müalicədən sonra Həsənağa Turabov onu yenidən “Azdrama”ya dəvət edir. Turabov böyük adam idi, anlayışlı və sənətkara qiymət verən biri. Məlik Dadaşov tək aktyor kimi yox, rejissor kimi də fəaliyyət göstərməyə başlayır. Bir müddət sonra aktyor könüllü şəkildə yalnız müəllimlik fəaliyyəti ilə məşğul olub teatrdan uzaqlaşır. Səhhəti onsuz da qaydasında deyildi. Bir gün də Tədris Teatrında tələbələrlə “Arşın mal alan”ı məşq edirmiş. Başı ağrıdığı üçün zalda oturub mizan verirmiş tələbələrə, özü səhnəyə çıxmırmış ki, qalxsa ayağa, təzyiq onu yıxar. Verdiyi epizodu isə tələbə ürəyincə göstərə bilmir, aktyor özünü unudub qalxır ayağa, çıxır səhnəyə. Həmin epizodu necə eləmək lazım olduğunu göstərmək istəyəndə müvazinətini itirib yıxılır. Gicgahı yaxınlıqdakı stolun küncünə dəyir. Onu xəstəxanaya çatdırırlar, bundan sonra altı gün yaşayır usta aktyor. Altı gün ərzində dili də tutulur. Eşidir, görür, amma danışa bilmir. Axırıncı gün qızından qələm-dəftər istəyir. Yazır ki, məni Dram Teatrından götürməsinlər. Kimlərisə dəfninə buraxmamağı xahiş edir. O adamların adını yazır ki, onlar damla-damla Məlik Dadaşovu bu son yataq vəziyyətinə təhrik ediblər. Bilmirik nə qədər doğrudur, təsiri mütləq olmuşdur, amma ən azından aktyor belə düşünməkdə haqq sahibi idi. 1996-cı ildə 72 yaşında dünyasını dəyişən aktyorun dəfnində çox adam vardı. Bircə oğlundan başqa, çünki incik ata ilə oğul son məqamda da bir-birlərindən halallıq almadılar. Bir də xanımı Dolores əlindəki siyahıda kimlərin adı vardısa, onları buraxmadı dəfnə. Kinlə, küskünlüklə dünyadan köçmək çox çətin olmalıdır deyə düşünürəm. Məlik Dadaşov kimi güclü biri üçün belə çətin... kim bilir, bəlkə də böyük sənətkar olmağın ağırlığı qədər etməzdi. Hər halda, könül istərdi ki, Məlik Dadaşovun böyüklüyü onun barəsində çıxan xəbərlərin, edilən haqsızlıqların kölgəsində durmasın.

93


Film Fiction Magazine

Məşhurların məşhurlar haqqında dedikləri

Fəxrəddin Manafov Rasim Ocaqov haqqında:

94

“Otel otağı” filminin çəkilişi idi. Bir epizod var filmdə. Mən türk professorunu gözləyirəm. Gözləmə anında mən skamyada oturub, siqaret çəkməli idim və professor gəldiyində mən siqareti yerə atmalı idim. Zibil qabına deyil, məhz yerə, yəni həyəcanlıyam filan. Mənə dedi ki, göstər görüm necə atacaqsan siqareti yerə. Dedim, Rasim müəllim, yaxşı da, siz Allah, nədir axı, siqaretdi, çəkəcəyəm atacağam yerə, burda çətin nə var ki? Partladı, nə partladı ki, yəni sən, mən rejissoram, desəm ki, göstər, göstərməyəcəksən? Dedim, deməli siz mənə inanmırsız? Könülsüz göstərdim…, atdım. Dedi, düz deyil. Allahu əkbər! Dedim, axı nəyi düz deyil? Nəyi səhv elədim? Dedi, sən siqareti atanda fikir verirsən. Əslində fikrin siqaretdə olmamalıdır. Üstündən illər keçdi və yenidən filmə baxanda bu epizoda fikir verdim və anladım onun nə demək istədiyini... Hətta ən gizlin komponentlərə belə həssaslıqla, dəqiqliklə yanaşmağı sevirdi. Düşündüyü xarakterlərin hər rənginə, çalarına, detalına qədər fikir verirdi.


Film Fiction Magazine

Əbdül Mahmudov Həsən Məmmədov haqqında:

Vaqif Səmədoğlu Arif Babayev haqqında:

O vaxt kinoya Gürcüstandan, Orta Asiyadan, Baltikyanı respublikalardan aktyorlar dəvət olunardı. Hər biri Həsənlə bir kadra çəkildisə, heyrətə gəlirdilər. Çəkilib kənara onun ustalığına tamaşa edirdilər. Həsən indi sağ olsaydı, dünya kinosu ondan əl çəkməzdi. Sovet məkanında onun kimi ikinci aktyor V. Tixonov hesab olunurdu. Bir onu soruşurdu ki, filmi hansı planda çəkirsən? Qalanını özü bilirdi. Daha ona demək lazım gəlmirdi ki, Həsən sən nəyi necə eləməlisən. “Kapriz” deyilən bir şey onda yox idi. Çəkilişi qurtarırdı, meydançadan getmirdi ki, birdən rejissorun ağlına nə isə gələr, lazım olaram, bir də niyə arxamca maşın göndərib axtarsın məni. İşə gəlmişəm, çəkilişim qurtarsa da, çəkiliş boyu burda olmalıyam. Onun qədər ikinci əxlaqlı aktyor yoxdur, içi mən qarışıq. Zarafatımız vardı. Bir dəfə qastrolda gördüm ki, ətrafda nə qədər qadın, qız var hamısı bunun əsiridir, bunun heç eyninə deyil. Eyham vurdum ki, adə, hərəkət elə, mənə elə acığı tutdu ki, olmayan kimi.

Arif Babayev mənim yaxın dostum idi. O, mənim üçün İçərişəhərin obrazı idi. “Gün keçdi” filmdinəki Eminin mənim sözlərimə yazdığı “Düşürsən yadıma” mahnısını çox sevirdi. İmkan düşən kimi o mahnını çalıb-oxumağımı istəyirdi. Fikirləşəndə Arifin özünün xasiyyətlərinin qurbanı olduğu qənaətinə gəlirəm. Məsələn, bir də görürdün ki, oxumasa da, on-on beş dənə qəzet alıb, ya da saatlarla şəhəri gəzib kartoflu pirojki axtarır. Həmişə də ağ köynək geyinməyi xoşlayardı. Səfərə gedən zaman soruşanda ki, sənə nə gətirim, deyərdi, ağ köynək. Ən yaxın dostlarını da özünə çox yaxın buraxmazdı. Yatağa düşməyini belə gizli saxlayıb bir kimsəni narahat eləmədi. Həssas adam idi. Kiməsə, xüsusən dostlarına əl verməzdi. Bəlkə, elə bu səbəbdən də düz-əməlli ayrıla da bilmədik. Əlimiz ona uzanılı qaldı.

95


Film Fiction Magazine

96

Yaşar Nuri Fazil Salayev haqqında:

Rasim Ocaqov Arif Babayev haqqında:

Nadir hallarda olur ki, aktyorun adını bilmirsən, amma oynadığı obrazlarla tanıyırsan. İndiyə qədər də onun adını bilmirlər, amma obrazlarını tanıyırlar. O, “filan roldakı aktyor” kimi yaddaşlarda qalıb. Heç bir fəxri adı olmayan Salayevin fəxri adı “filan aktyor” idi. “Muskomediya”da bir tamaşada montyoru oynayırdı. Guya çayniki düzəldəndə tok vurur bunu, ölür. Zal onun “ölməyinə” iki dəqiqə əl çalırdı. Fazil hərtərəfli istedad idi, amma bəxt, tale, alın yazısı... Onun “Şərikli çörək” filmində çörək yediyi epizod xəlvət çəkilib. Mahmudbəyov operatoru çağırıb ki, bu kadrı xəlvət çək. Amma yenə də şans... O filmə görə hamı dövlət mükafatı aldı, Fazil almadı.

Arif çox utancaq adam idi. Bir dəfə yeni il gecəsini bizdə keçirdirdik. Əvvəlcədən şərtləşdiyimiz kimi səhərə qədər yeyib-içib televiziyanı izləməliydik. Yoldaşım, qızlarım, mən və Airf süfrə başında oturduq. Bakı vaxtilə saat on iki olan kimi hələ Moskvanın yeni il proqramı başlamamış, kütüm ləvəngisi süfrəyə gəlməmiş Arif ayağa durdu ki, mən gedirəm. Qapını açıb çıxanda üzümə baxıb incidiyimi hiss elədi və dedi ki, bir az fırlanıb gəlirəm. İsrar edib dəqiqləşdirdim ki, sən demə ayaq yoluna girməyə utanırmış, onu içəri çağırdıq, zorla ayaq yoluna salıb qapını bağladıq. Əsasən Həsən Məmmədovla zarafatı olsa da, bir dəfə məni də ələ salmışdı. O zaman böyük pavilyonda çəkilişlər aparırdım. Arif isə kinostudiyanın yanındakı hündür binada yaşayırdı. Gecə yarı zəng elədi ki, kinostudiyada böyük pavilyon tərəfdən yəqin ki, dekorasiyadakı işıq priborlarını söndürmək yaddan çıxıb. Taksi tapıb tez özümü oraya çatdırdım, gördüm ki, Arif məni giriş qapısında gözləyir, əlində araq, çörək, bir də soğan.


Film Fiction Magazine

Kənan Məmmədov Ceyhun Mirzəyev haqqında:

Nazim Hikmət Rasim Ocaqov haqqında:

Çəkiliş üçün bizə 100-150 nəfər adam lazım idi. Deməli, 2 “İkarus” uşaq, böyük hamısı öz geyimində həmin təzə qar düşmüş yerə gəldi. Mən kameraya baxa-baxa insanları qar üstünə hərəsini bir formada “səpələdim”. Əlimdə meqafon qışqırırdım ki, “filankəs belə dön, o yana uzan” və s. Bir də gördüm, kimsə hönkürtü ilə ağlayır. Çevriləndə Ceyhunu gördüm. Soruşdum ki, “niyə ağlayırsan?” Dedi: “Bu insanlar xilas olsa da, indi “Xocalı” dəhşətini yenidən yaşayırlar.

Bu gənc operator aparatın obyektivi ilə hər şeydən əvvəl insan axtarır, insan olan epizodlara girişir.

97


Film Fiction Magazine

HƏSƏNAĞA

TURABOV: məkan və zamana sığmayan dahi 98

Müəllif: Aygün Vəlizadə


Film Fiction Magazine

H

əsənağa Turabov - Məkan və zaman fərq etməz, Azərbaycan kinosundan bəhs ediləcəksə əgər, ilk ağıla gələnlərdən biri, hətta öz adıma deyərdim ki, aktyorluq qabiliyyətindən bəhs ediləcəksə, birincisi olmalıdır bu ad. Onun çiyinlərinə yüklənən mərd kişi obrazını illərlə şəxsiyyətində daşıması, canlandırdığı pis xarakterin belə “kişiyana” oynamasıyla yadda qalıb. Bəli, sonra səs tonu, xarizması, başqa obrazlarını misal gətirmək olar. Çünki Ağa sözünü belə onun ağayanalığına görə, hörmət əlaməti olaraq, adına əlavə etmişdilər. Ondan bəhs edərkən rahatlıqla sənətkar, teatr adamı, mədəniyyətimizin tarixi qürurlarından biri kimi qeyd edə bilərsiniz. Bu sözlərin qabarıq səslənmədiyi azsaylı insanlardan biri idi. Hələ dayanın...”Duruşundan heç mi pay verməz bir insan?” Bax bu kişi o sualı yaradan və cavabını da əzəmətli baxışlarıyla sənə geri verərdi. Rejissorlar üçün də vəziyyət sən deyən elə də fərqli deyildi, ona verilən obrazı özünə uyğun şəkildə cilalayıb xarakter deyə onlara təqdim edərdi. Haqqında müsahibələr, çəkildiyi filmlər, dostlarının xatirələri və bizim yaddaşımızdaki izlərdən istifadə etməklə ondan bəhs edəcəyik. Çoxlarının bildiyi yanlış məlumatı bir də biz xatırladaq, o 24 aprel deyil, 24 mart 1938-ci ildə Bakıda anadan olub. Əslən Cənubi Azərbaycandan idi. Dostları ona ya “ağa”, ya da elə “Həsən” deyə xitab edərdi. Bakının “Zərgərpalan” adlanan məhəlləsində böyüyən gələcəyin sənətkarı 1955-ci ildə daxil olduğu Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini 1960-cı ildə bitirir. Mehdi Məmmədovun kursunda təhsil alan Həsənağa ali məktəbi bitirdiyi ildən Akademik Milli Dram Teatrında işə başlayır. Teatrda işlədiyi son on dörd ili (1987-2001) isə bu mədəniyyət ocağına rəhbərlik edir.

Kinonun böyütdüyü, Teatrın yetişdirdiyi sənətkar...

Kinonun böyütdüyü, Teatrın yetişdirdiyi sənətkar... Deyilənə görə, H.Turabov tələbəlik illərində elə də parlaq gələcək vəd etmirmiş. Heç atası da razı deyildi əslində. Lakin həvəsini, istəyini görüb ona kömək etməyə qərar verir sənətə gəlməsinə.

99


Film Fiction Magazine

Düzdür, “Azdrama”da müxtəlif rollar oynayıbmış. Amma onu yaşıdları olan digər gənc aktyorlardan heç nə fərqləndirmirdi. Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Möhsün Sənani, Ələsgər Ələkbərov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağadadaş Qurbanov, Leyla Bədirbəyli kimi sənətkarlarla çiyin-çiyinə çalışdıqca Turabovun daxilindəki böyük potensial üzə çıxmağa başlayır. Kim deyərdi ki, bir gün gələcək və onun barəsində danışarkən, çoxlarımızın tanıdığı məşhur adlar “bizim aktyorluq barədə yeniliklərimizin banisi olmuşdur” deyə fəxrlə, heç çəkinmədən ondan bəhs edəcək. Həsən Turabov kimi şəxsiyyətlərə həsəd aparmaq belə fəxr hissindən pay almağa fürsət yaradır, niyə də olmasın... əsl adı belə idi; Həsən. Şəxsiyyətinə hopmuş ağayanalıq və ciddilik onun adının qarşısına bir kəlmə də əlavə etdirir. Pedaqoji fəaliyyəti də olduqca zəngin və vacib yer tutur kinomuz üçün. İlk öncə onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi fəaliyyətini misal çəkmək olar. Sənətkarın təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi bir növ şansdır. Üstəlik Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni etməsini demirəm hələ.

100

Kino və teatr arasındaki fərqləri nəzərə alsaq, hər ikisinin arasında körpü olmuş şəxsiyyətlərin daha güclü olduğunu, işindəki iqtidarını gözlər önünə sərmiş olarıq. Kino həm fiziki , həm də texniki bir əziyyət idi. Teatr isə bunu özündə gizlədən bir sahə idi. Səs tonu olduqca yaxşı idi, lakin əsas məsələ onun danışıq tərzindəydi. İnandırıcı idi. Düşünün ki, bir mətn verilir və siz aktyorsunuz, rola büründükdə bir şeyləri unutmuş kimi həyəcanlanırsınız, nə isə qaydasında deyil, sözlər yadınızda olsa belə. Bax o məqamda Həsənağa Turabovdan günümüzə qədər gələn, “inandırıcı səs tonu” misal çəkilməyə, öyrənilməyə başlandı. Tamaşaçı onu izləyərkən kameraya baxdığını deyil, həmsöhbət olduğu şəxsi düşünə, beynində canlandıra bilərdi. Realistik aktyor ifa mədəniyyətini Akademik Milli Dram Teatrına Həsənağa Turabov gətirib. Tofiq Kazımovun rejissorluğunu icra etdiyi əsərlərlə.

Pafos və yersiz səs ucaltmalarından qaçırdı. Məsələn, əsəbisən və hayküy salaraq bunu biruzə verməyə çalışmaq ən asan yoldur bəlkə də səhnədə. O hiddətini, əsəbini ifadə tərziylə çatdırmağa daha çox üz tuturdu, yersiz qışqırıqlardan uzaq idi. Çəkiliş meydançasında nizam-intizamı çox sevərdi. Zəhmətkeş aktyor idi və bir rol üzərində çox əziyyət çəkirdi. Şahmat oynamağı da çox xoşlayırdı, dostları çox zaman uduzduğunu və bunun dadını çıxarmağa belə fürsət vermədiyini deyir qarşı tərəfə. Daha çox kinostudiyada oynayırdı Firəngiz Mütəllimovayla ... ona qarşı simpatiyası olub:

“Fira, səni çox istəyirəm”.


Film Fiction Magazine

İlk eşq, ilk uğur.

Çəkilişlərdə, fasilələrdə belə heç yerə getmirdi. Rejissor deyirdi ki, get, yemək ye, çay iç, dincəl, onsuz da fasilədir. Buna baxmayaraq, Həsən yenə ehtiyat edirdi ki, birdən nəsə lazım olar, çəkiliş başlanar, sonra ləngiyər. Belə aktyorlarımız az idi, amma vardı. Biri digərinə baxaraq işindəki məsuliyyətdən “utanardı”. Çox sadə insan, işinə bağlı bir aktyor olaraq yaddaşlarda qalıb. Aktyorlar arasında “Mercedes”i ilk dəfə o sürüb, lakin “Jiquli” alacağını bildirərmiş. Səbəbini soruşanlara, “başqaları yeməyə çörək tapmır” deyib ardınca o məşhur baxışıyla başını çevirər, utanarmış avtomobilindən... halbuki, illərin əziyyəti və zəhməti ilə qazanılmışdı. Bir cümləyə nöqtə qoyub, digərinə keçid edirsən və ağlının bir kənarında bu fikir səni izləyir: Turabovun nəhəngliyindən danışmaq necə də çətindir...

İlk eşq, ilk uğur. İlk məhəbbət barədə belə bir ifadə var ki, çox zaman uğursuzluqla yaddaşda qalır. Həsənağa bəy isə tam əksinə, ilk eşqiylə ailə həyatı quran azsaylı insanlardan biridir. Məktəb illərindən tanış idilər, ailələr razı deyildi lakin. Səbəb isə Həsənağa bəyin ailəsi tərəfindən olub: “Bakılıyıq, rayon qızı almarıq”. Lakin bir şeyi çatdıraq, Həsənağa bəyin xanımı əslən Qarabağlı olur, bəy nəslindən (daha dəqiq desək, Qasım bəy Zakirin nəticəsi). Həsənağa bəy sözündən dönmür və elçi gedirlər, lakin bu dəfə də qız tərəfi razı olmur: “Biz Bakılılara (tanımadığımıza) qız vermərik. Özü də ki bir aktyora”… Ailələrin razılığı çətinliklə alındıqdan sonra 2 il nişanlı qalınır, bununla belə yenə problemlər çıxır meydana. Bu səbəbdən Həsənağa Turabov nişanlı olduqları halda Solmaz xanımı qaçırmalı olur. Turabovun şəxsiyyətindəki insani xüsusiyyətlər o qədər gözəl olur ki, sevdiyi xanımın ürəyinə tapdığı yolu onun ailəsi üçün də yaradır. Hörmət edilən ailə başçısı, qayğıkeş və heç zaman uşaqlarının üstünə səsini

qaldırmayan bir ata kimi yaddaşda qalır. Nümunəvi ailə yaratmağı bacarmışdı aralarındaki sevgi. Xarizmatik bir aktyor idi, çoxları tərəfindən bəyənilirdi, lakin qarşı tərəfi o qısqanırdı. Qızı isə Solmaz xanımı geridə buraxıb, atasını çoxlarına qısqandığını bildirir. Anası qəbul etmişdi ki, bir aktyorla, getdikcə tanınacaq, daha çoxları tərəfindən seviləcək biriylə ömür-gün yoldaşı olacaq. Sənət adamının göz önündə olması, onun qazandığı uğurların artması, hər yeni addımda adının tanınmasını nəzərə alsaq, ailəsinə qarşı qazandığı rəğbəti diqqətinə borcludur deyə bilərik. Üç övladı vardı: Böyük oğlu Daşqın, Yalçın və qızı Sevinc. Evin ərköyünü və atası barədə ən vacib söhbətləri günümüzə çatdırmış şəxs Turabovun kiçik qızıdır. “Atanın zəif yeri qız övladıdır”… deyə düşünərək bir başqa əzizlərmiş onu. Dost-tanış yanında sevgisini biruzə verməyi adət edinməmiş ata Turabov, söhbət qızı Sevincdən gedərkən xoş sözlərdən istifadəni əskik etməzmiş. Teatrda da, kino sahəsinin istənilən ünvanında sözü keçən bəyin, evdəki vəziyyəti də işindən fərqlənmirdi. Onunla münasibətdə heç kim həddi aşa bilməzdi. Turabov buna imkan verməzdi. Bu səbəbdir ki, hörməti özü qazanmışdı. Sadə bir sözdən, adi bir

101


Film Fiction Magazine

xəbərdən çöhrəsinə elə bir təbəssüm yayıla bilərdi ki, ətraf da onla sevinsin, sevmədiyi söhbətlərin sonunda, ona məsləhət edilən məsələlərin hökmündə isə “başın burax” deyib baxışıyla rədd edə bilərdi. Çox qürurlu kişi idi. Lakin sakit görünümlü bir qürur. Bu da hərəkətlərinə yansıyıb onu tamamlayırdı. Hər münasibəti ayrı-ayrılıqda yaşamağı bacarardı. Dostla dost, iş yoldaşı ilə aktyor, xanımı ilə ailə başçısı... Ona sənət aləmində nə qədər həsəd aparıldığından çox bəhs etdim lakin teatrda, kino aləmində olasan, paxıllıq edənin olmaya... Və sən də Həsənağa Turabov kimi şəxsiyyət sahibi biri olasan; mümkünsüz səslənir. Açıq mübarizə aparmasalar da, ayağının altını qazırdılar deyə bəhs edir Əbdül Mahmudbəyov:

Həsən, el diliylə desəm, ağır taxtalı kişilərdən idi. 102

“Həsən özü də bunu bilirdi, amma üzlərinə vurmurdu. O, ziyalı bir adam idi, səviyyəsini qoruyurdu. Amma kimsə kefinə toxunanda o saat üzündə hiss olunardı. Qaşını dartıb deyərdi ki, ə, buna bax e, əclaf ... O saat bilərdik ki, kimsə qanını qaraldıb. Vəzifəli şəxslər, məmurlar ona hörmət edirdilər. Bir işimiz düşən kimi qaçırdıq üstünə ki, filankəsə zəng elə, filankəsə məni tapşır. Bir zəngi kifayət idi, dərhal iş həll olunurdu. Amma xahiş etməyi, ağız açmağı xoşlamırdı. Ancaq dostlarından da keçə bilmirdi. Heç özünə, uşaqlarına görə kiməsə xahiş etməyi özünə sığışdırmazdı. Həsən, el diliylə desəm, ağır taxtalı kişilərdən idi”. “Biz dəfələrlə onunla rayonlarda film çəkilişlərində olurduq, bəzən yer olmadığından aktrisalarla eyni otaqda əynimizi dəyişirdik. Bir dəfə gözünü qaldırıb hansısa qadına baxmazdı. Hətta biz kiməsə baxanda qaşını qaldırıb, tənbeh edərdi. Buna görə ona həmişə öz aramızda “qədeş” deyərdik. Uzaqdan gələndə deyərdik ki, “qədeş gəldi, özünüzü yığışdırın”.


Film Fiction Magazine

Şəxsiyyət və aktyor; bu iki sözü özündə toplaya bilmədinsə, bu qədər sevilə bilməzsən… Şəxsiyyət və aktyor; bu iki sözü özündə toplaya bilmədinsə, bu qədər sevilə bilməzsən… Təbiətə bağlı olan, mütaliəni sevən, araşdırmağa vaxt ayıran bir insan kimi hər yaşda təkmilləşirdi. Hər kəs arasında başqa bir yerə sahib idi. Onunla salamlaşan, görüşüb sağollaşan aktyorlar onun kimi olmağa can atırdı. Onun dostluğunu qazanmaq belə özü bir uğur idi bu sahədə. Səmimi insan idi, olduqca təvazökar. Sənətkarın görünüşü nə qədər zəhmli olsa da, gənc aktyorlarla dostluq etməyi bacarırmış. Onların problemlərinə biganə qalmazmış. Hətta bir dəfə gənc aktyor Füzuli Hüseynovun mənzil problemiylə bağlı Milli Məclisin sədriylə də görüşüb:

“Bir dəfə evlə bağlı problemim var idi. Dedi ki, filan vaxtda olarsan Milli Məclisin qarşısında. Getdik, spikerlə görüşdü. Hər halda, problem həll olunmasa da, o, buna cəhd etdi. Bir dəfə də kimsə 2-3 min pul ayırıbmış ki, bunun haqqında kitab yazılsın. Kitabı yazacaq adamla otağında söhbət edirmişlər. Fəhlələrdən biri gəlib ki, uşağım xəstədir, pul lazımdır. Soruşub, fəhlə də deyib ki, 3 min dollar lazımdır. Çıxardıb pulun hamısını vermişdi fəhləyə. Kitabı yazacaq adam deyib ki, bəs kitab? Deyib, kitab qaçmır ki, əsas uşaqdır”. Yazıçı Kamal Abdulla və rejissor Vaqif İbrahimoğlu ən yaxın dostları idi. Onlardan başqa evinə gəlib-gedən az olurdu. Çünki digər dost-tanışı ilə evdən kənarda görüşmək adət idi. O qədər prinsipial insan idi ki, tez-tez istifadə etdiyi kəlməyə çevrilmişdi artıq bu: “Yox, elə deyil”… Hər kəs üçün qəbul olunmuş doğrular, onun prinsipləriylə yalnış ola bilərdi. Ya da belə desək, tərs düşə bilərdi.

103


Film Fiction Magazine

Get Sarı Şəmistana de ki, Gəray Bəyi güllələdim “Get Sarı Şəmistana de ki, Gəray Bəyi güllələdim”. Bu sözlər yəqin ki, çoxuna tanışdı. Bolşevik ideyasını qılınclayan, Bəyin yıxılmayaraq ayaq üstə öldüyü bu səhnə filmin demək olar ki, bütün taleyini həll edən epizodlardandı. Bu səhnənin çəkilişi asanlıqla başa gəlsə də, qorunub saxlanması böyük çətinliklə rastlaşıb. Məhz Adil İsgəndərov böyük mübarizələr nəticəsində həmin səhnənin qorunub saxlanmasına nail olur. Qızı Sevinc Turabova (Bakı Slavyan Universitetində alman dili müəlliməsidir) deyir ki, atası Gəray bəy obrazı ilə həyatını yaşayıb: “Atam Gəray bəy obrazı

ilə öz həyatını yaşayıb. Elə bil Gəray bəy özüdür ki, var. Xasiyyəti eyniydi. Mərd, qürurlu idi. Heç kimə baş əyməzdi, sözündən heç vaxt dönməzdi. Baxmayaraq ki, mənfi obraz idi Gəray bəy, kişilik rəmzi kimi tanındı. Hər yerdə onu Gəray bəy deyə çağırırdılar. Hətta vəziyyət o yerə çatmışdı ki, məni də Gəray Bəyin qızı Humay adlandırırdılar. Yadımdadır, 6-7 yaşım olanda nənəmgilə getmişdim. Pəncərədə

104

dayanıb həyətdə oynayan uşaqlara baxırdım. Məni görən uşaqlar başlayırlar qışqırmağa: “komsomolu güllələyib öldürən Gəray Bəyin qızı Humaydı”. Bu, məni o qədər qəzəbləndirdi”… Həsənağa Turabov barəsində danışarkən, oğlu Daşqından söhbət açmaq yazan üçün də, oxuyan üçün də ağırdır. Bir hüzün olur istər-istəməz, insanı ata-oğul münasibətinin dərinliyi öz ağuşuna alır. Kədərlə sınanmaq an məsələsidir artıq bu hissədən sonra... Həsənağa bəy Daşqının polis olmasını qətiyyən istəmirdi. Amma Daşqını fikrindən döndərə bilməmişdi. Daşqın Bakıda yaşayırdı, amma rayonda polis müvəkkili vəzifəsini icra edirdi. Şənbə günü idi. Daşqın atasıyla dostunu öz maşınında çay içməyə apardı. Elə orda bildirib ki, vacib işə görə rayona, işinə qayıtmalıdır. Həsən bəy deyib ki, qal, sabah şənbədir, gələn həftə gedərsən. Razı olmayıb. Söhbət Həsənağa bəydən gedirsə yəqin başa düşərsiniz ki, xoşlamazdı bir sözünü iki eləsinlər. Buna görə də daha söz demir. Bir gün sonra xəbər gəldi ki, bəs, Daşqını güllələyiblər. Daşqın kəndə gedəndə işıqlar sönübmüş. Bir nəfəri bıçaqlayan nəşəxor evdə gizlənib, polislər onu tuta bilməyiblər. Daşqın silahsız evə girib ki, onu dilə tutub şöbəyə təhvil versin. Atası kimi Daşqın da rayonda özünəxas hörmət sahibiydi. Hətta keçmiş məhbuslar belə ona hörmət edirlərmiş. Bu səbəbdən hardan ağlına gəlsin


Film Fiction Magazine

ki ona güllə tuş gələcək? Qaranlıq olduğundan Daşqını tanınmayıb və tüfəngdən atəş açıb. Güllə düz ürəyinə dəyib. Elə orda keçinmişdi. Gecə Həsənağa bəylə qardaşı Aydın oğlunun cansız bədənini götürüb şəhərə gətirmişdilər. Onu vuran adam ayılandan sonra başına-gözünə döyürmüş ki, gör, kimi öldürmüşəm? Hər kəslə məsləhətləşərdi, qərarı isə özü verərdi. Dik duruşa sahib bir insanı nə yıxa bilər?Deyə sual edilməsin heç, öyrənilməyə çalışılmasın. Heç kəs bilərək dünyadan köçmək istəməz, əmin olun. Onun şəxsiyyətinin özəyini təşkil edən bu ağayanalıq, təmkinli, yerini bilən kişi oğlunun ölümü ilə əriməyə başlayır. Hətta oğlunun dəfnində ağlaya da bilmir... heç dinmirdi. Öz içində dərdini çəkən, öz ağrılarını yasıyla boğan insanlardan idi Turabov. Hətta oğlunun qəbrini belə xəbərsiz şəkildə ziyarət edərdi. Elə bu faciədən sonra onun da ürəyi xəstəlik tapır. Nə qədər müalicə olunsa da, heç bir xeyri olmur. Həkimlər burda əməliyyatın mümkünsüz olduğunu deyirlər. Nəhayət aktyora İrana əməliyyata getməyi məsləhət görürlər. Həsənağa Turabov bağ evini sataraq əməliyyat pulunu düzəldir və ora yollanır. İranda da həkimlərin çoxu əməliyyatı boynuna götürmür. Çünki aktyorun sağ qalacağına

Hər kəslə məsləhətləşərdi, qərarı isə özü verərdi. 100% zəmanət vermirdilər. Ancaq Amerikada təhsil alan iranlı gənc həkim bu əməliyyatı öz üzərinə götürür. Beləliklə, Həsənağa Turabovun ürəyində aparılan şuntlama əməliyyatı uğurla başa çatır. Həkimlər əməliyyatdan sonra hələ 3 il yaşayacağını deyir. Amma dərmanlar və xüsusi pəhriz sayəsində aktyor 2 il də artıq yaşayır. Və bu 5 il ərzində bütün meylini oğlunun ölümündən bir neçə ay sonra, noyabrda dünyaya gələn nəvəsi Daşqına salır. Çox istəyirdi nəvəsini. Onunla nəfəs alırdı sanki. Ərköyün böyüdürdü onu: “Əl vurmayın uşağa, nə istəyirsə, qoy eləsin,

ona bir şey edəndə ürəyim ağrıyır. Gözündən bir damla yaş gəlsə, ürəyim parçalanar. Mənim də uşaqlığım belə olub, əsl mənim xasiyyətimdi” - deyirdi.

Ölümündən hələ bir ay əvvəl dostu Azər Paşayla söhbət edəndə ona deyirmiş ki: “Nə Yalçından, nə də Sevincdən

nigaranam, onlara azdan-çoxdan bir gün ağlaya bilmişəm.

105


Film Fiction Magazine

Amma bir nisgilim qalır - Daşqın. Onu böyüdə bilmədim. Nəsə hiss eləyirəm ki, tezliklə gedəcəyəm. Yarımçıq qalan bir işim oldusa, o da Daşqındı. Heyf ki, onu bir tərəfə çıxara bilmədim”. Bəlkə də bir çox insan son anında bu hissi yaşayacaq. Sonluğun yaxınlaşdığını hiss etməyi nəzərdə tuturam. Yoxsa, ölümünə bir həftə qalmış televizor seyr edən zaman birdən oğlu Daşqının şəklinə baxıb qızına oğlunun yanında dəfn edilməsini tapşırmazdı. Elə bil duyuq düşmüşdü. Amma özünü yaxşı hiss edirdi deyə ətrafdakiların ağlına belə bir fikir gəlmir. Ancaq hər şey elə o zaman baş verir. Həsənağa Turabovun vəfat etdiyi günü qızı Sevinc xanım göz yaşları ilə xatırlayır:

“Fevralın 23-ü idi. Oğlum otaqda oynayırdı. Atam da öz otağındaydı. Birdən yanımıza gəlib soruşdu ki, Daşqın hanı? Dedim “orda oynayır”. Elə “Daşqın” deyib ürəyini tutdu. İndiyə kimi də bizə müəmmalı qalıb ki, o, hansı Daşqını soruşurdu – oğlu Daşqını, yoxsa nəvəsi Daşqını. Halı pisləşən kimi dərhal təcili yardım çağırdıq. Həkimlər müayinə edib dedilər ki, artıq beyni funksiyasını dayandırıb, qalıb ancaq ürəyi. Deyirlər, adam komada olanda çox sevdiyi biri onu çağırsa, səsini eşidir. Mən həmin anda elə bir səslə “ata” çağırdım ki, səsimi

106

bütün qonşular eşitdi. Atam o an mənə baxdı və ürəyi də dayandı. Həmin mənzərə heç vaxt mənim yadımdan çıxmaz. Üzündə bir təbəssüm vardı sanki. Axı çox sevdiklərindən ayrılıb, çox sevdiyi Daşqınına qovuşurdu”. Solmaz xanım Həsən bəyə, Həsən bəysə xanımı Solmaza fikirli olduğunu bildirməməyə çalışardı. Son günləri isə bizləri fikirləşdirəcək günlərlə keçir...


Film Fiction Magazine

Bir aktyordan bəhs ediriksə, onun sevdiyi obrazları və yaratmaq istədiyi obrazı yada salmalı oluruq. Təəssüflə qeyd edirik ki, Ağa Məhəmməd şah Qacar obrazını yaratmaq arzusu ürəyində qalır. İstədiyi bütün obrazlar ona qismət olmuşdu, sadəcə Qacara ömrü icazə vermədi...

Akademik Milli Dram Teatrının tarixində seçki yolu ilə seçilən ilk direktor! Akademik Milli Dram Teatrının tarixində seçki yolu ilə seçilən ilk direktor! İnstitutu bitirəndən sonra uşaqlıqdan ən çox sevdiyi məkan olan böyük sənət məbədində Azərbaycan dövlət Dram Teatrında aktyor kimi çalışmağa başlamışdı. Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirikpsixoloji üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilir. Akademik Milli Dram Teatrına, həm də

Teatr Xadimləri İttifaqının sədrliyinə səsvermə yolu ilə direktor seçmişdilər Turabovu. Elə qızıl dövrünü də o zaman yaşayır teatr. Evə gəldikdə işdən danışmırdı. Daha aydın desək, orada olan söz-söhbətləri elə ordaca qoyub, evə gələrkən “uşaqlar hanı?” deyə səslənərdi. Qızı Sevinc teatrda işinə son verməsini belə xatırlayır:

“Mən həmişə düşünürdüm ki, ona qarşı pis hərəkət etməzlər. Atamı hamı çox istəyirdi. Sizə deyim ki, atam teatrdan işdən çıxandan sonra Teatr Xadimləri İttifaqının sədri kimi fəaliyyətini davam etdirirdi. Bununla belə, teatra həmişə gedirdi. Bütün tamaşalara gedib baxırdı. Hərdən deyirdim ki, “Ay ata, sən o teatrdan çıxmısan. Niyə hər tamaşaya gedib, baxırsan? Deyirdi ki,” Bütün həyatım, cavanlığım o teatrda keçib, ora mənə doğmadır “. Atamın kini yox idi. Ürəyində heç nəyi saxlamazdı. Bir dəfə teatra növbəti tamaşaya baxmağa getmişdi. Fasilədə bir nəfər kişi atama yaxınlaşıb dedi ki, “Həsənağa müəllim, bəs dedilər ki, siz teardan çıxmısız?” Atam dedi ki, “Hə, daha bu teatrın direktoru deyiləm”. Həmin kişi Atama baxıb dedi ki, “daha bu teatra gəlməyə dəyməz. Biz sizə görə gəlirdik. “ Sözünü dedi və uzaqlaşdı. Bu sözlər atama elə təsir etmişdi ki”… Dostlarla danışarkən olduqca səmimi olan, “ala bura bax” - deyə səslənib ərk edən sənətkar, işinə gəldikdə bəzi intizam qaydalarına riayət edərdi. Dərs verdiyi aktyorların şəxsiyyətinə də dəyər verərdi. Sənin baş rolda oynamağın, ya da kiçik bir epizodda görünüb getməyin arasındaki fərqi sənə davranışlarında hiss etdirməzdi. Bir maraqlı şeyi də qeyd edim, at sevməzdi sənətkar. Lakin “Qaçaq Nəbi”də atını özünə kişmişlə, tumar çəkməklə öyrəşdirmişdi. Hətta filmdəki bir səhnədə Qaçaq Nəbi vurulur və zəminin içinə yerə yıxılır. Ot yavaşyavaş yanmağa başlayır, at isə ayaqları ilə odu söndürməyə çalışır. Bu öncədən hazırlanmış nizam deyildi. Sevindirici hadisə isə həmin kadrın çəkilib, filmdə yer alması olub. Çox mükafatla qiymətləndirildi, tamaşaçı sevgisiylə isə dəyərləndirildi... Bizləri həm filmləri, həm də keçdiyi həyat yoluyla düşündürməyi bacardı. Fəxrlə bəhs edə biləcəyimiz kino keçmişində baş rol oynadı. Məğlubiyyət və qələbələri ilə sənətin şahından bəhs edərkən bu fikir səni izləyəcək: şəxsiyyətinin kölgəsində qoyulur hər söz-cümlə. Unudulmayacaq insanlardan biri olmağı bacardı; bu işdə özünü görən gənclik üçün bir daha vurğulamalıyam - təkcə aktyorluğu ilə yox, şəxsiyyəti ilə də.

107


Film Fiction Magazine

AZƏRBAYCAN KINOSUNUN QADIN SIMASI,

“allı-güllü Leyla”...! Müəllif: Aygün Vəlizadə

108


Film Fiction Magazine

T

ək kinomuzun deyil, Azərbaycan tarixinin ən gözəl qadınlarından biri olmuşdur. Bir çox şairin, tanınmış simanın sevgisini qazanmışdır. Gözəlliyi barədə nə qədər danışsaq da, kifayət etməz. “Öz dövrünün” deməyəcəm, çünki fikrimcə gözəllik anlayışının hər dövründə bu xanımın adı örnək kimi çəkilə bilər. İstedadı barədə danışmazdan öncə, bir şeyi xatırladım, o, Üzeyir Hacıbəyli kimi bir sənətkarın seçimi, Stalinin adını daşıyan mükafatın laureatı, Sovetlər ittifaqında bu adı daşıyan 3 qadından biri, mərhum H. Əliyev tərəfindən təltif edilən “istiqlal” ordeninin sahibiydi. Gözəlliyinə yoldaşlıq edən istedadı onu tarixə yazmağı bacarır. Belə gözəl qadınların həyatında əskik olmayan bir hadisədir, yeni bir şey deyil- şayiə və söz-söhbət dolu şəxsi həyat. Çox şəxslərlə adı çəkilir, Stalin, Səməd Vurğun, Əliağa Vahid kimi şəxslərdən söhbət gedir. Əlbəttə “Qafqaz gözəli”, “Azərbaycan gözəli”kimi adlara dəfələrlə layiq görülmüş xanımı bəyənənlər olduqca çox olub. Lakin elə bir ömürün sonu təəssüf ki ürək açan şəkildə bitmir. Hansı sonluq ürək açan olur ki, deyə düşünməzdən öncə insanın qazandığı və itirdiklərini nəzərdən keçirmək vacibdi. Başlayaq ta doğulduğu gündən... Anası Bikə xanım Şəmkirin Musa xanının qızı, atası Ağalar bəy isə həmin rayonun kənd bəylərindən olub. Aktrisanın harda doğulmasıyla bağlı təzadlı fikirlər çoxdur. Bir çox yazılı qeydlərdə Leyla Bədirbəylinin 1920-ci il yanvarın 8-də Bakıda anadan olduğu, hətta bakılı olduğu yazılsa da, aktrisa əslən Şəmkirdəndir. Aktrisanın valideynlərinin 1937-ci ildə repressiyaya məruz qalmasıyla bağlı söhbətlər də həqiqəti əks etdirmir. Sadəcə olaraq Leyla xanımın atası Ağalar bəy uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Ehtiyata

109


Film Fiction Magazine

buraxıldıqdan sonra isə hazırda Rabitə Kolleci, o dövrdə isə Energetika Texnikumu adlanan təhsil ocağının direktoru işləyib və 90 yaşında da vəfat edib. İçərişəhərdəki evlərində Leyladan başqa özündən 18 yaş kiçik olan bacısı Ofeliya da böyüyürdü. Çox mehriban bacı imişlər. Bacısı ondan bəhs edərkən, gözəlliyi ilə bağlı o qədər xoş təsvirlər edir ki... Leyla ona həm böyük bacı kimi, həm də anaları ola-ola ana qayğısı göstərib. Bacısı danışır ki, Leyla bunlara baxmayaraq çox ərköyün idi. 12 yaşına qədər hər hansı bir qonaqlığa gedərkən atasının qucağında qayıdardı. “Yorulmuşam, gedə bilmirəm” deyən Bədirbəylinin atası məcbur olub qucağına alarmış qızını. Sözügedən illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özüylə bura aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Belə ki, fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan Bədirbəyli Dövlət Filarmoniyasına dəvət edilir. Elə ilk ailə həyatını da həmkarı və səhnədəki tərəf müqabili olan rəqqas Fərəc Cavanşirovla qurur. Həmin vaxt Leylanın cəmi 16 yaşı vardı. Sənətə gəlişi və ailə qurması olduqca tez bir zamana təsadüf edən gələcəyin aktrisası, görünən odur ki, seçim qarşısında qalıbmış. Bir il sonra oğul anası olan rəqqasə işindən ayrılmır və səhnə fəaliyyətini davam etdirir. Elə də tanınmış deyildi o zaman, adi rəqqasə olaraq tanınırdı. Əsas parlayışı 1938-ci ildə olur. 1938-ci ildə Moskvada Azərbaycan Mədəniyyət günləri keçirilən zaman nümayəndə heyətinə Üzeyir bəy başçılıq edirdi və o, şəxsən Leyla xanımı heyətin tərkibində görmək istəmişdi. Aktrisa isə öz çıxışıyla Stalin başda olmaqla bütün izləyənləri məftun etmişdi. Siyasi Büronun bütün üzvləri orada imiş (Əvvəlcə “Koroğlu” və “Arşın mal alan” Böyük Teatrda göstərilib). Üzeyir bəy, Bülbül, Şövkət Məmmədova Stalinin yanında əyləşibmişlər. Leyla “Bəri bax” mahnısı əsasında qurulan rəqsi oynayıb. Stalin rəqsi yəqin ki, çox güman ki olduqca bəyənib . Deyilənlərə görə, mahnıdan və rəqsdən təsirlənən Stalin Bakıda gizli fəaliyyətdə olduğu illərdə inqilabçı dostları ilə bu mahnını parol kimi oxuduqlarını xatırladıb. Çıxışlardan birində Stalin Leyla Bədirbəylini çağıraraq kim olduğunu soruşur. Azərbaycanlı cavan bir rəqqasə olduğunu və Filarmoniyada çalışdığını öyrənir. Və Stalin tanışlıq zamanı ona deyir: “Tı krasavitsa Azerbaydjana”. O, səhnəyə çox gənc ikən çıxıb. Heç 16 yaşı tamam olmamışdı, amma Filarmoniyada solist kimi çalışırdı. Şəxsən Leyla üçün rəqslər qoyulurdu. Filmlərimizdə də görməmiş olmazsınız, o qədər incə və gözəl rəqs edərmiş ki, gözəlliyini rəqsiylə tamamlardı. “Toy” və Əlibaba Məmmədovun “Bir dənəsən, bir dənə” rəqsləri məhz onun üçün nəzərdə

110


Film Fiction Magazine

tutulmuşdu. Filarmoniyada çalışdığı illərdə “Ayna”, “Bakının işıqları” filmlərində çəkilir. 1941-ci ildə isə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edirlər. İlk tamaşası Rəsul Rzanın “Vəfa”sı olur. Bacısının dilindən daha dəqiq xatırlasaq:

“Tamaşalarda həmişə baş rolları oynayırdı. Bacımın incəsənətdə heç bir çətinliyi olmayıb. Çünki öz işinə çox ciddi yanaşırdı. Çıxış edəcəyi tamaşaya 2 saat əvvəl gəlirdi. Leyla “Solğun çiçəklər”də Saranı oynayırdı. Səhnələrin birində Sara ölür. O tamaşanı Leyla dəfələrlə oynayıb. Amma bir dəfə də olsun yadıma gəlmir ki, tamaşa qurtarıb pərdə açılanda o, səhnəyə çıxsın. Deyirdi axı, Sara ölüb, mən necə çıxıb tamaşaçıların qarşısında baş əyim. Sənətinə belə məsuliyyətlə yanaşırdı”- deyə bəhs edir. Leyla 13 yaşında artıq Filarmoniyanın mahnı və rəqs ansamblının üzvü idi. O, burada sonralar “Həyatımın günəşi” adlandıracağı bir ustadla tanış olur — Üzeyir Hacıbəyli ilə. Xatırladaq ki, mahnı və rəqs ansamblı Üzeyir bəyin təşəbbüsü ilə yaranmışdı. Leyla Bədirbəylinin məşhurlaşmasında böyük rol oynamış həqiqətlərdən biri də budur ki, ona pərəstiş edən yüksək ad sahibi şəxslər idi. Məsələn İosif Stalindən söhbət gedə bilər bu anda. Məhz onun Bədirbəylini “Azərbaycan gözəli” adlandırmasından sonra aktrisanın gözəlliyi daha böyük səs-küyə səbəb olmuşdu. Stalinin ona verdiyi bu “titul”dan sonra hələ o vaxt şayiələr yayılır ki, guya Leyla xanım sovet dövlətinin rəhbəriylə isti münasibətlərə malikdir. Elə indinin özündə də bu barədə təzadlı fikirlər dolaşmaqdadır. Amma neyləmək olar ki, bu şayiələrə heç zaman son qoymaq mümkün olmayacaq. Hələ üstəlik bir qadınsansa... Bacısı danışır ki, Leyla şəhərə çıxan zaman arxasınca çox adam gəzərdi. Gözəl geyinərdi, pis vərdişləri və açıq-saçıq geyim tərzi yox idi. Diqqət çəkməyi və onu öz ətrafında saxlamağı bacaran qadın idi, Leyla Bədirbəyli. 1941-ci ildə çəkilən “Arşın mal alan filmi” sevilərək izlənsə də, ilk illər o qədər də bəyənilmirdi. Tənqidçilərin kəskin iradlarına görə film ikinci dəfə çəkilir. Bu dəfə Leyla xanım və Rəşid Behbudovun filmi qəbul olunur, qalır və sevilir. Filmin çəkilməsi isə xüsusi zərurətdən yaranmışdı. Musiqisi Üzeyir bəyin , sözlər ingilis və ermənicə oxunan “oğurluq” baş tutur erməni rejisor tərəfindən, belə də nümayiş olunur. Mirzə İbrahimov yuxarılara şikayət edir, əhvalat Mir Cəfər Bağırova qədər çatdırılır. O isə deyir ki, artıq gecdir, səsimizi eşidən olmayacaq. Qərara gəlinir ki, operettanı özləri film kimi çəksinlər. Filmin çəkilişi baş tutur, Leyla xanımı Gülçöhrə roluna Üzeyir bəy özü seçib götürür.

111


Film Fiction Magazine

Bu film səbəbi ilə sözügedən illərdə iki seçim arasında qalır gözəl aktrisa. Və o sənətini, peşəsini seçir. Belə ki, anası tərəfindən razılıq alan Leylanı həyat yoldaşı “belə çox istəyirsənsə, get çəkil amma bu halda səssiz şəkildə ayrılaq” deyə məsləhətləşdikdən sonra yolların ayırır. Oğlu Elxan valideynləri barədə müsahibələrində vəziyyəti belə nəql edir: “Anam

heç vaxt atamdan pis danışmayıb. Anam cavan idi, məndən 17 yaş böyük idi. Buna görə ona Leyla xanım, atama Fərəc Cavanşiroviç deyirdim. Ölən gününə qədər atama baş çəkmişəm. Siqaretini də alırdım. Atamı ilk dəfə əsgərliyə gedərkən görmüşəm. Mirzə Babayev görüşdürdü bizi, atam ona içi bazarlıqla dolu zənbil vermişdi ki, mənə çatdırsın. Mənə maşın da almaq istəyirdi o vaxt, qoymadım ki, lazım deyil, onsuz da bir neçə günə əsgər gedəcəyəm”.

112

Qeyd edək ki, Leyla Bədirbəylinin oğlu Elxan Cavanşirov uzun illər AzTVdə operator kimi çalışıb. Gəlini Elmira Cavanşirova isə dövlət televiziyasında rejissor kimi fəaliyyət göstərib. 1945-ci ildə Rza Təhmasib “Arşın mal alan” filmi çəkiləndə Gülçöhrə rolu

Rəssam: Vəcihə Səmədova


Film Fiction Magazine

üçün gözəl xarici görünüşə malik qız axtararkən 100-dən çox qızın olduğu seçimdən o nəzərə çarpır. Məhz Üzeyir Hacıbəyovun tövsiyyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir. Hətta bəzən belə iddialar da səsləndirilir ki, gözəllik aşiqi olan Üzeyir bəy Leyla Bədirbəylini bu rola ona olan sonsuz sevgisinə görə tövsiyyə edib. Amma istənilən halda, məhz Gülçöhrə rolu Leyla xanımın daha geniş tamaşaçı auditoriyasına tanınmağında böyük rol oynayır. Daha öncə xatırlatma etdiyimiz kimi, Leyla Bədirbəylinin gözəlliyinə heyran olan, barəsində sevgi münasibətləri yozulan adlar arasında diqqəti çəkən məşhur qəzəlxanımız Əliağa Vahidin və Səməd Vurğunun da adı var. Çoxunun əsassız şayiə olduğunu, ya da uzaqdan baş tutan bir heyranlıq olduğunu bildirmək adına Leyla Bədirbəylinin əmisi nəvəsi Abdulla Rzayevin tələbəlik illərində aktrisanın evində keçirdiyi günləri xatırladaq:

“1966-cı ildə orta məktəbi bitirib ali məktəbə daxil olanda gedib Leylanın atası Ağalar kişigildə qalırdım. Tez-tez onlara da gedirdim. Dmitrev küçəsində idi evləri. İndiki Heydər Əliyev sarayının arxasında, ikimərtəbəli evlərdə yaşayırdılar. Yoldaşı Kamil Aslanov Dəmiryol xəstəxanasında stomatoloq işləyirdi. Yadımdadır ki, dolanışıqları çox yaxşı idi. Qohum-əqrəbaya qarşı çox diqqətli idi. Şəmkirə gələndə hamıya bacardığı qədər hədiyyə alırdı. Leylanın özündən kiçik Ofeliya adlı bir bacısı var, qardaşları olmayıb. Ofeliya Bədən Tərbiyəsi İnstitutunda dərs deyirdi. O vaxtlar İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Nəcibə Məlikova, Rəsmiyyə Quliyeva, Zeynəb Xanlarovanın qərb bölgəsinə qastrolları olanda gəlib bizdə

qalırdılar. Əliağa Vahidlə münasibətləri barədə deyilənlər isə tamamilə yalandır. Çünki evləri ilə teatrın arası 100 metr idi, əri işə aparıb-gətirirdi. İkincisi də, Əliağa Vahid içirdi, harda bir gözəl qadın görürdüsə, ona şeir yazırdı. Leyla məşhurluğundan istifadə edən adam deyildi”. Yeri gəlmişkən, Əliağa Vahidə həsr olunmuş “Qəzəlxan” filmindəki aktrisa obrazı məhz Leyla Bədirbəylinin prototipidir. Amma maraqlıdır ki, Şahmar Ələkbərzadə həmin filmdə Leyla xanıma başqa bir rolu həvalə edib. İlk evliliyi elə də uzun çəkmir bildirdiyimiz kimi. 4 ilin sonunda yollar ayrılır. Bədirbəylinin təkliyi çox keçmədən son tapacaq. 1942-ci ildə diş həkimi Kamil Aslanovla tanış olan gözəl aktrisa elə onunla da ailə qurur. Beş il sonra isə bu nigahdan Lalə adlı qız övladı dünyaya gəlir. Leyla xanımın Kamil Aslanovla nikahından ikinci övladı isə tanışlıqlarından 22 il sonra -1964-cü ildə doğulur. Lalədən 17 yaş kiçik olan uşağa Leyla xanımın anasının adını qoyurlar Bikə. Bacısı Ofeliya xanım ikinci evliliyi barədə danışarkən bildirir ki, “Anam

danışardı ki, bir gün Leyla gəlib deyib ki, yaxşı bir diş həkimi var, gedək onun yanına. Yəqin anamın dişi ağrıyırmış. Görünür, onlar görüşürmüşlər, ancaq anama deməyə utanıb. Nə vaxt yanına gedirdisə, deyirdi bu dişi çəkmək lazımdı. Anam həmişə deyərdi ki, mən dişlərimi qızımın yolunda qurban elədim. Elçi gələndə isə artıq hər şey bəlli oldu. Anam dedi ki, bunu elə əvvəldən deyərdin, mən də dişlərimi çəkdirməzdim”.

113


Film Fiction Magazine

“Gedin gözəlinizi çəkin, o da gözəl-gözəl danışsın”

Bir neçə il övladları olmur. Lakin 1947-ci ildə ilk qız övladı — Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları olur. O, nənəsi Bikə xanımın adını daşıyır:

“Anam avqustda rəhmətə getdi. Qız isə oktyabrda dünyaya gəldi. Anamın qırxı çıxan kimi Kamil bizə heç nə demədən uşağın adını doğum şəhadətnaməsinə yazdırır. Kamillə anam ana-bala kimi mehriban idilər. O, anama qaynana kimi yox, ana gözü ilə baxırdı. Hətta o dərəcədə hörmətlə yanaşırdı ki, uşağın adını Bikə yox, Bikəxanım yazdırmışdı. Kamil çox yaxşı insan olub. Onlar 55 il birlikdə gözəl bir həyat sürüblər”. Bu evliliyin belə sağlam və uzun sürməsinin əsas səbəblərindən biri elə Kamil bəyin Leylaya olan heyranlığından irəli gəlirdi. Onu səhnədə də, evdə də eyni dərəcədə sevib, hörmət bəsləyən bir kişi şübhəsiz belə bir qadını haqqını verərək sevir, layiq olduğu şəkildə uca tuturdu. Bədirbəylinin sevgisini qazanmağı ki bacarmışdı bəy, nəyə qadir olduğunu gözəl bilirdi. Lakin bu gözəl həyat yolunun, hətta həmkarları tərəfindən qısqanılan qadının sonluğu sükuta qərq edir.

“Gedin gözəlinizi çəkin, o da gözəl-gözəl danışsın” - Hökümə Qurbanova onun

114

barəsində nədənsə daim acıqlı tərzdə

müsahibələrlə yadda qalıb, qısqanclığını biruzə versə də, Leyla Bədirbəyli səviyyəsini qorumaqla, obyektiv yanaşmayla bu aktrisanın sənətinə görə barəsində də pis bir kəlmə deməzdi. Amma bu onların yola getdiyi mənasına da gəlmirdi. Məsələn, araşdırsanız taparsınız, belə bir söhbət yayılmışdı ki, Ədil İsgəndərov “Azdrama”ya rəhbərlik etdiyi dövrdə əksər baş rolları məhz Leyla Bədirbəyliyə həvalə edirmiş. Bu isə Hökumə Qurbanovanın xoşuna gəlmirmiş. Düzdür, Hökumə Qurbanova teatr sahəsində Bədirbəylidən üstün aktrisa sayılsa da, əksər tamaşaçılar məhz gözəlliyinə görə Leyla xanımı sevirmişlər:

“Hökumə Qurbanova çox emosional, qaynar aktrisa idi. Leyla isə, sadəcə, görkəminə görə seçilirdi. Gözəlliyi hər şeyi əvəzləyirdi”. Xalq artisti Tariyel Qasımov isə Leyla xanımla həm 60-cı illərdə “Azdrama”da bir yerdə çalışıb, həm də eyni filmdə rol alıb. Qasımovun Leyla Bədirbəyli haqda dediklərindən: “Tofiq İsmayılovun “Bizim küçənin

oğlanları” filmində çəkilmişik. Film Qəbələnin Qəmərvan kəndində çəkilirdi. Bir ay orda qaldıq. Qatarla gedəndə bizə anamız kimi qulluq edirdi. Hətta elə bilərdin ki, bizimlə tay-tuşdur. Çox sadə adam idi. Cavanları çox istəyərdi. O, heç


Film Fiction Magazine

kimin tələbəsi olmayıb, ali təhsil almamışdı. Ümumiyyətlə, o dövrün sənətkarlarının əksəriyyəti kimi Leyla xanımın da ali təhsili olmayıb. Dəfələrlə şahidi olmuşam ki, insanlar onu görəndə başına yığışırdılar. Hər kəs onun gözəlliyinə baxmaq istəyirdi. Çox zarafatcıl olduğunu deyə bilərəm. Amma heç vaxt qədərini aşmazdı”.

Davam edək Azərbaycan Dövlət Dram Teatrına dəvət almasından. Buradakı intriqalara tab gətirmir və 70-ci illərin əvvəllərində kinostudiyaya gedir. Filmlərə baxdıqca anlaşılır ki, onun gedişi ilə kinomuz qazansa da, səhnəmiz çox şey itirib. Rejissor, xalq artisti Ağakişi Kazımov deyir ki, Leyla xanımı ömrünün son illərində sənət dostları haqqında verilişlərə xatirələr danışmağa dəvət edirdilər: “Onda

anladım ki, bu qadın nə qədər ağıllıymış. O öz həmkarlarının obyektiv qiymətini necə verə bilirdi?!”

Gözəlliyindən saatlarla danışılmağa layiq olan bu aktrisamızın sənətdəki digər addımlarına mənfi təsirlərini də gözardı etmək olmur. Rejissorlar ona gözəlliyinə uyğun sadə rollar verirdilər, xarakterik rollar vermirdilər. Gözəlliyi ona çəpər olmuşdu. Yaşlı vaxtlarında isə “Dəli Kür” və “Dərviş Parisi partladır” filmlərindəki obrazlar onun necə güclü aktrisa olduğunu sübut edir. Rejissor kimi Ağakişi Kazımov Leyla xanımın ən uğursuz rolunun “Görüş” filmindəki obrazı hesab edir. Rol onluq deyildi, lakin “yox” deməyi bacarmayan aktrisanın zəif işi də bu filmlə yadda qalır. Baxmayaraq ki, yaşı 70-i ötmüşdü amma Həsənağa Turabov onu yenə də teatrda görmək istədiyindən dəvət edirdi. O, həm də çox savadlı idi, mütaliə etməyi xoşlayırdı, yerini bilən qadın idi. Onu digər aktrisalardan fərqləndirən də bu cəhətiydi.

115


Film Fiction Magazine

Xalq artisti Ağaxan Salmanlı Leyla Bədirbəylinin həyatının son illəri barədə danışarkən bildirir ki:

“Xeyli xoş söhbətimiz oldu. Arada söhbətin şirin yerində qayıtdı ki, “ya eşo jenşina”. Mən hələ də qadınam, qadınlığımı itirməmişəm. Biz quruduq yerimizdə, birbirimizə baxdıq. Yəni yaşının çox olmağına baxmayaraq, doğrudan da, təravətli idi, baxımlı qalmışdı. Həmin dövr kinostudiyanın dağılan vaxtları idi. Leyla xanım onda kinostudiyada aktyor studiyasının rəhbəri işləyirdi”.

116


ARD-ARDA BAŞ VERƏN İTKİLƏR: Öncə ömür-gün yoldaşı, sonra isə qızı... Onun son günlərinin belə acınacaqlı yadda qalmasına səbəb də elə bu böyük itkilər olur. Həyat yoldaşı ona çox düşkün, bağlı idi. Bir misal çəkim bu barədə. Rəşid Behbudovla Leyla Bədirbəyli arasında məhəbbət macərasının yaşandığı haqqında söhbətlər gedirdi. Lakin bunların hamısı şaiyə olaraq təsdiqlənmişdi. O zamanlar Rəşid Behbudovun Bakıda evi yox idi. Köhnə “İnturist”də qalırdı. Özü də gec evlənmişdi. Leyla Bədirbəyli çox xeyirxah qadın idi. Deyirdi ki, evi yoxdu, yeməyini heç kim bişirmir. Rəşid bəy də ailəvi olaraq onlara yaxınlaşmışdı. Leylanın həyat yoldaşı, Kamil bəylə də dostlaşmışdı. Bədirbəylinin bacısının dilindən, daha dəqiq: “Bir dəfə hamılıqla oturub evdə yemək yeyirdik. Kimsə

zəng etdi. Yeznəm dəstəyi götürdü və onu nalayiq sözlərlə söyməyə başladılar ki, sən evdə oturmusan, ancaq sənin arvadın Rəşidlə gəzməyə gedib. Halbuki anam, Rəşid, Leyla — hamımız süfrə arxasında oturmuşduq. Yeznəm də dedi ki, yaxşı eləyirlər, qoy gəzsinlər, kef çəksinlər. Onlar haqqında belə sözlər çox danışırdılar. Bu, Rəşidə çox təəccüblü görünürdü. Bizimkilər onu sakit edirdilər ki, fikir vermə, burada çox şey danışa bilərlər”.

Belə biriylə yaşayıb, dilə asan gələn rəqəmlə bir həyatı paylaşsan, yoxluğunu düşünmək belə ağır gələr. Kamil Almaniyaya özü üçün avtomobil gətiməyə gedir. Qayıdanda avtomaşını dostu sürür, sürət yuxarı olub və yağış yağırmış, piyadanı vurmamaq üçün kəskin dönüşlə yolun kənarına çəkildiyinə görə maşın aşır. Meyit 7 gün Almaniyada qaldı. Heydər Əliyev hadisədən xəbər tutan kimi cəsədi bir günə gətizdirmişdi. Leyla Bədirbəyli üçün bəlkə də bu həyatda aldığı ilk böyük zərbə olmuşdu. Belə olmasaydı, (oğlunun sözlərinə istinadən) gizlicə dərman ataraq həyatına son verməyi ağlından keçirməzdi... Hələ özünü toplamamışdı, amma həyat belə şeylərə baxmadan öz işin görməyə davam edir... Aktrisanın qızı Laləni Kukla Teatrının qarşısında maşın vurur. Özünə qapanır. Hal-əhval tutanları da həvəssiz qarşılayır. Son günlərində gözəlliyindən əsər belə qalmadığı üçün kimsələrlə görüşmək istəmir. Ağakişi bəy işdən çıxmaq üçün ərizə verməyə gələn Leyla xanımın çox dəyişdiyini xatırlayır: “Elə qocalmışdı, elə arıqlamışdı ki, onu görəndə gec

tanıdım. Gedib əlini öpdüm. Həmin görüşdən sonra bir daha biz onu teatrda görmədik”.

Ömrünün son günlərinədək nə gəlnini, nə sənət yoldaşlarını, nə də qohumlarını yaxınına buraxmadı. Qeydinə qalan da bir özgə qadın idi, bir də qızı.


Film Fiction Magazine

118


Film Fiction Magazine

Sonuncu telefon zəngini ad günü təbriki üçün oğlu Elxana etmişdi. Həmin günü belə xatırlayır: “Zəngdən sonra evinə

getdim, saçı təmiz ağarmışdı, özünə baxmırdı, şkafları, soyuducusu bomboş idi. Bir az bazarlıq etdim, dedi lazım deyil. Hədiyyə kimi zorla bir az pul da verdi ki, ad gününü dostlarınla qeyd elə”. Ölkənin o zaman ən kasıb xəstəxanalarından olan 4 nömrəli xəstəxanaya aparırlar onu. Yeznəsi buraxmırdı kimsəni yanına. Hətta oğlu Elxanı da yanına buraxmırlar: “Anamın xəstəxanaya

aparıldığını mənə rəhmətlik Sara Qədimova demişdi. Bacım Bikə onu gizlədirdi. Evə də belə gətirdilər. Harada olduğunu soruşanda yemək yeyib yatdğını deyirdi. Yataq otağının qapısını açıb gördüm ki, Leyla xanım xırıldayır, ağladım. Məni yaxına buraxmadılar deyə, getdim. Həmin gecə saat 1 radələrində kürəkən zəng vurdu ki, anan öldü. 1999-cu il noyabrın 23-ü idi. Qonşular deyir, qışqırırmış ki, çağırın, çağırın gəlin! Kimi deyirdi? Hamısı ordaydı da, getməyən bircə mən idim. Anamın var-dövlətinə, qızıllarına görə belə oldu, onda bir üzüklər, qızıllar vardı ki, İran şahının hədiyyələri idi. Amma doğrusunu Allah bilir, oğlu kimi heç nəyində gözüm olmayıb, heç bir əşyasını götürməmişəm”. Haqqında danışarkən, Nuri Bilge Ceylanın bir filmindən sitat yadıma düşdü: “Gözəllərin də bəxti gətirmir həkim”. Bəlkə də bütün bunların gözəlliklə bir əlaqəsi belə yoxdu. Amma düşünəndə ki, o bir qadın olaraq hər şeyə sahib idi, istər-istəməz bu fikir tələsir özünü yada salmaq üçün. Yaşar Nuri kimi böyük sənətkar onun haqqında dediyi sözlərdən istifadə edərək, kinomuz, tariximiz üçün ən gözəl qadın nümunəsinə dediyimizi təsdiqləmiş olarıq: “Leyla xanımla bir

səhnəyə çıxmaq mənə qismət olmayıb. Ancaq onunla bir qapıdan keçmək, bir teatrda işləmək nəsib olub.Onun nəvazişini görmüşəm, oynadığım rollar haqqında gəlib sözünü deyib. O, “Vaqif”də oynayanda mən təlxəyi oynayırdım, yenə üzbəüz gəlmirdik, amma baxırdım ki, tamaşaçının aktyoru sevməyi azdır, onlar həsrətində olurdular ki, Leyla xanım səhnəyə çıxsın”.

Fəxri Xiyabanda dəfn edilir, gözəlliyi ilə günümüzə qədər gəlib çatır. Keçmişə deyil, tariximizə boylandıqca mütləq ön cərgələrdə adı hələ çox çəkiləcək bu xanımın - milyonları özünə məftun edən gözəlliyi, “xanım-xatunluq” kəlməsinin vücud tapmış halı olan rəqsi, ekrandan bizə boylanan istedadı ilə hələ çox...

119


Film Fiction Magazine

PƏNCƏRƏ Müəllif: Xəyal Mustafayev

120


Film Fiction Magazine

“Pəncərə” filmi “Azərbaycanfilm” Kinostudiyası tərəfindən 1991-ci ildə lentə alınmışdır. Filmin rejissorları Həsən və Ənvər Əbluc qardaşlarıdır. Ssenari müəllifi isə İsi Məlikzadədir. “Pəncərə” filmi Azərbaycan kino tarixində həm məzmunu, həm də verdiyi mesajlarla xüsusi yer tutur. Belə ki, film 90-cı illərin əvvəllərində ölkəmizdə baş verən problemlərin təhsil sisteminə, oradan isə dolayı yolla birbaşa yetim uşaqlara göstərdiyi mənəvi təsirlərdən bəhs edir. Filmin mövzusu “İnternat məktəbi” adlandırılan, reallıqda isə yetimlər evi olan məktəbdə baş verir. Bu məktəbin şagirdlərinin əksər hissəsini isə valideyinləri tərəfindən bura gətirilən uşaqlar təşkil edir. Film Əhsənin atası tərəfindən əlində quzu ilə məktəbə gətirilməsindən başlayır. Əhsən fermada böyümüş özünə qapalı uşaqdır. Onun üçün atasından ayrı qalmaq təsəvvür edilə bilməyəcək dərəcədə çətin və ağrılı haldır. Filmin ssenarisinin əsas gedişatını Əhsən və məktəbin digər şagirdləri ilə “müəllimlər” arasındakı münasibətlər, uşaqların yaşadığı yalnızlıq və atılmış olmağın verdiyi ağrılar təşkil edir. Öncəki cümlədə müəllim sözünü dırnaqarası yazmağımın səbəbi isə onların həmin sözlə yaxından uzaqdan əlaqəli olmamalarıdır. Belə ki, mənəvi-psixoloji vəziyyətləri onsuz da yaxşı halda olmayan şagirdlərlə qəddar və qanunsuz şəkildə rəftar edilməsi uşaqların taleyini dibi görünməyən uçuruma sürükləyir. Filmi izlərkən hər bir personajın bir- birindən fərqləndiyini, lakin onların yeganə ortaq cəhətinin yetimlik olduğunu görürük. Bu personajların içində Köçərini qeyd etmək lazımdır. Köçəri öz sözləri ilə - “Təzə gələndə mən də belə ağlayırdım, qaçmaq istəyirdim. Məni də bu cür əhliləşdiriblər” - “internat məktəbi” adlandırılan yetimlər evinin uşaqlara göstərdiyi təsiri çox gözəl ifadə edir. Və bütün bu qəddarlığın, haqsızlıqların hökm sürdüyü bir şəraitdə hər axşam öz kamançası ilə uşaqların bəzilərinə ümid verən, bəzilərini sevindirən, bəzilərini isə sadəcə öz daxili yalnızlıq aləminin dərinliklərinə aparan, qonşu binada yaşayan Ulduzun ifasını qeyd etməsəm, haqsızlıq olardı. “Pəncərə” filminin aktyorlar heyətinə nəzər saldıqda Yaşar Nuri, Valeh Kərimov, Elxan Quliyev kimi dəyərli və Azərbaycan kino tarixində dərin izləri olan şəxsləri görə bilərik. Bunu da qeyd etmək istərdim ki, filmin rejissorları olan Həsən və Ənvər Əbluc qardaşları da filmdə rol alıblar. Həsən Əbluc tərk edilmiş uşaqlardan biri olan Rövşənin atası rolunu, Ənvər Əbluc isə məktəbin direktoru rolunu canlandırıb.

121


Film Fiction Magazine

Müasir Azərbaycan filmləri beynəlxalq kinofestivallarda Müəllif: Adelya Ağayeva

“BUTA”, “ÇÖLÇÜ”, “AXINLA AŞAĞI”

S

ovet İttifaqının artıq zəifləməsi və dağılması ilə Azərbaycanda təkcə siyasi və iqtisadi yox, həm də mədəni dəyişikliklər baş verdi. Başlıca təbliğat vasitəsi olan kino sahəsində nisbətən sərbəstlik və millilik özünü bildirməyə başladı. 90-cı illərdə erməni təcavüzü ekranlarda siyasi motivləri yenidən qabartdı və hal-hazırda da bu mövzu filmlərimizdə başlıca yeri tutur. Azad kinomuz yenilənməklə və öz yerini tutmaqla bərabər, xarici festivallarda da özünü göstərməyə başladı. 1995-ci ildə Ayaz Salayevin quruluş verdiyi “Yarasa” filmi bir sıra beynəlxalq kinofestivallarda mükafatlara layiq görüldü. Əsrimizdə isə “40-cı qapı”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı”, “İçərişəhər” filmlərinin adını çəkmək olar. 2011-ci ildə İlqar Nəcəfin ssenarisini yazdığı və quruluş verdiyi “Buta” filmi milli koloriti, yaxşı işlənmiş süjeti ilə diqqəti cəlb edir. Mohsen Maxmalbafin “Gəbə” (“Gabbeh”) filmi ilə paralellik təşkil edən “Buta”da xalça-ornament, çətin məhəbbət, keçmiş və gələcəyin bu günlə qovuşması, təbiətlə harmoniya ortaq mövzu kimi götürülə bilər. Filmdə hadisələr ucqar kənddə baş verir və əsərin əsas qəhrəmanları uşaqlardır. Buta (Tofiq Əliyev) adlı valideynlərini itirmiş və nənəsi ilə birgə yaşayan oğlan digər həmyaşıdları tərəfindən alçaldılır, çünki o, hamı kimi deyil. Buta az yaşı olmasına baxmayaraq, ətrafını məntiqlə dərk etməyə çalışır və qarşısına məqsəd qoyub – çay daşlarından yüksəkdən görünə biləcək

122


Film Fiction Magazine

buta yaradacaq. Bacısı ilə dostluq etdiyinə görə, Əzim və onun dostları tərəfindən sıxışdırılan Butaya qəfil peyda olub gözdən itən keçmiş dəyirmançı qoca dəstək olur. Bu qoca gəncliyində incidilib – sevdiyi qızla qovuşmaq ona qismət olmayıb. Digər bir xətt isə şəhərdən firma məhsullarını təqdim etməyə gələn gənc menecer ilə kənd qızı Qönçə arasında olan münasibətdə özünü göstərir. Bununla biz 3 xətti götürürük: cəsarətsizliyə və səbrsizliyə görə alınmayan keçmiş nakam məhəbbəti, artıq toylarını gördüyümüz gənc cütlük və gələcəyi təmsil edən Gülyanaqla Butanın dostluğu. Film Asiya-Sakit Okean Kino Akademiyası, “Cape Winelands Film Festival”ı, ABŞ-ın “World Fest – Houston International Film Festival”ında mükafata layiq görülmüşdür. 2012-ci ildə Şamil Əliyev Vidadi Həsənovun yazdığı ssenariyə quruluş verir. Dövlət sifarişinə əsasən çəkilmiş “Çölçü” filmi tam yeni bir mövzuda çıxış edir. Filmin əvvəlində dəvə saxlayan Ulu adlı kişini və onun artıq “Çölçü” (Bəhruz Vaqifoğlu) olaraq doğulmuş kiçik oğlunu görürük. Dünyadan ayrılmış, təcrid olunmuş məkan effektini yaradan çöl və dəvələr sanki Bela Tarrın “Turin atı”ndakı (2011) faciəvi tənhalığı, təbiətlə harmoniyanı bizə xatırladır. Çölçü artıq yetkin biridir – tənha, hər gün məqsədli (məqsədsiz) şəkildə öz işini görən, saç və saqqalı bir-birinə qarışmış, sözlərin bakirliyini özündə qoruyan biri. Lakin bu sakitlik dağıdıcı qüvvənin təsiri ilə pozulur – istifadə olunub atılmış gənc qısasaçlı qadın (Salome Demuria) Çölçünün həyatına yenilik gətirir. Qısamüddətli xoşbəxtlik sonda sınmış qürur, tərəddüdlə bitir ki, açıq final qərarı biz tərəfdən gözləyir. Film “Xarici dildə ən yaxşı film” nominasiyasında 2014-cü ilin “Oskar” mükafatına təqdim olunmuş və ilkin siyahıda yer almış, ümumilikdə 28dən çox beynəlxalq mükafata layiq görülmüşdür. 2014-cü ildə Asif Rüstəmov tərəfindən ekranlaşdırılmış “Axınla aşağı” filmi də Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınmışdır. Debüt işi olan “Axınla aşağı” filmində rejissor, dram janrında ənənəvi mövzulardan çıxış edərək bir sıra problemləri ortaya qoymuşdur. Bunlardan birincisi xəyanət, sevgi üçbucağı, digər xətt isə övlad və valideyin – ata və oğul problemidir. Sərt ata və hər şeyi görməzdən gələn ana cəzalandırılır – avarçəkmə məşqlərində bacarıqsızlıq göstərərək atası tərəfindən alçaldılan oğul göldə batır. Buradan film artıq psixoloji detektiv yolunu götürməyə başlayır ki, biz bunu italyan rejissor Mikelancelo Antonioninin “Macəra” (1959) filmində görürük. Oğulun itməsi bu müddətə qədər bir-biri ilə yad kimi yaşayan iki insanı yaxınlaşdırır, onların bir-birini yenidən tanımasını şərtləndirir. Və onları bir ortaq kədər birləşdirir. Film Berlin, Çexiya, Türkiyə, Polşa və digər ölkələrdə beynəlxalq festivallarda mükafata layiq görülmüşdür. Və nəhayət, kino sahəsində yetkin və gənc nəsil ortaq məxrəcə gəlməli, çəkilən filmlərin mövzusu, ideyasını dünyəvi problemlərlə ayaqlaşdırmalı, sənəti sənət üçün yaratmalıdırlar.

123


Film Fiction Magazine

Müəllif: Şahin Xəlil

Şamil Əliyevin həyat qanunları Rejissor, 57 yaş, Bakı.

124


Film Fiction Magazine

Özünə, ailəsinə, vətəninə, dostlarına satqın çıxan insanları bağışlamaq olmaz.

125


Film Fiction Magazine

K

ino – birinci növbədə maraqlı hekayəsi olmalıdır. Dramaturgiyası estetik prinsiplərə cavab verməlidir. Yəni hadisənin başlanğıcı, inkişafı, kuliminasiyası və sonu. Hadisələr silsiləsi yerli-yerində olmalıdır. Tam, mükəmməl, hər hansısa janr daxilində o suallara cavab verə bilməlidir. Birinci növbədə hekayəni tam hazır edib, mükəmməlləşdirəndən sonra kino çəkmək arzusu baş qaldırmalıdır, yoxsa yox. Yarımçıq hekayə, film çəkilişi zamanı düzəldərəm, hazırlıq dövründə orasını-burasını düzəldərəm olmamalıdır. Tam mükəmməl hekayə işlənilməlidir. Onun bir neçə variantı əldə olunmalıdır. Mövcud qaydalar çərçivəsində çalışmalısan ki, improvizə edəndə o qaydalara riayət edəsən. Yəni dramaturgiyanın estetik prinsiplərinə.

126


Film Fiction Magazine

Rejissorluğun əsas qızıl qaydası, açıq, beynində tam formalaşmış mükəmməl bir niyyətin olmalıdır: instensiya. Bunsuz mümkün deyil. Niyyət olmadan bir çox yerlərə çıxıb getmək olar, hətta filmin nə üçün çəkildiyini də unutmaq olar. Bəşəriyyətə müsbət yüklənmiş pozitiv bir mesaj əvəzinə, çox dağıdıcı, insan psixikasına təsir edə bilən mesaj da verə bilərsən. Ona görə niyyətin tam aydın olmalıdır. Yəni mən bu filmi çəkəndə fövqəl məqsədim hara gedib çıxa bilməlidir. Tamaşaçıya mən nə demək istəyirəm? Sənət sənət üçün deyil. Tamaşaçı zövqü yüksək səviyyəli ola bilər. Ona görə çalışmalısan ki, yüksək intellektual qabiliyyəti, aydın niyyəti başa düşə bilən, istər tarixdə, istər ədəbiyyatda kökaltı mənanı, sətiraltı mənanı araşdırıb tapmağa cəhd edə bilən tamaşaçıya ünvanlayasan. Tamaşaçıya daim mürəkkəb dünyanın çalarlarını özü üçün açmağa kömək etməlisən. Ona görə bir az tamaşaçıdan öndə olmalısan. Sənət sənət üçün fikri illər öncə mövcud idi. Tutaq ki, sənin filminə yüksək intellekt sahibi olan bir kəs reaksiya verirsə, o demək deyil ki, sənin sənətin sənət üçün imiş. “Çölçü”nü misal göstərək. “Çölçü” adi tamaşaçıya hesablanmamışdı. “Çölçü” niyyəti bəlli olmayan film tamaşaçısı üçün deyildi. “Çölçü”nün çox dərin antropoloji, kulturoloji, etnoqrafik mesajı var. Aşağı səviyyəli hisslərlə oynamaq lazım deyil. Tamaşaçıya hörmət etmək lazımdır. Tamaşaçı rejissorla birgə yüksək ideyalar yolunda getməlidir. Ümumbəşəri, ali ideyalar var ki, bəşəriyyət onun üstündə dayanır. Ora getmək lazımdır. Səninlə gedirsə, gedir; getmirsə “3 badam 1 qoz” səviyyəsində olan tamaşalara baxacaq. Səmimiyyətə və səmimi insanlara rəğbət bəsləyirəm.

Siyasəti filmləşdirmək lazımdır.

Özünə, ailəsinə, vətəninə, dostlarına satqın çıxan insanları bağışlamaq olmaz. Klassik musiqi. Bethoven “Ay sonatası”, Motsart “Rekviem”, Soltan Hacıbəyov “Karvan”, Üzeyir Hacıbəyovun bir çox əsərlərini sonsuzadək dinləyə bilərəm. Üzeyir Hacıbəyov olmasaydı, Azərbaycan musiqisi indiki səviyyədə olmazdı. Folkloru da sevirəm. Əsas da muğam. Söhbət Azərbaycan muğamından gedir. Təmiz Azərbaycan muğamı. Siyasəti filmləşdirmək lazımdır. Filmləri siyasiləşdirmək isə rejissorun zəifliyindən irəli gəlir. Ani reaksiya verməklə, ümumbəşəri, daimi intensiyanı düşünməmək. Elə filmlər bitən an öz marağını itirir. İnsan psixikasına, insan ruhuna əbədi qanunlar hökm kəsilməlidir. O mənada siyasəti filmləşdirmək lazımdır.

127


Film Fiction Magazine

Kino insan düşüncəsində inqilab yarada bilər. Düşüncədə, beyində. Nəyisə inkar etməyi bacarmaq lazımdır. Nəyinsə arxasınca getmək lazımdır. Azərbaycan kino industriyası hələ formalaşmayıb. Çox aşağı səviyyədədir. Kino industriyanın tələbləri nədir? Filmlər çəkilir müstəqil studiyalar, müstəqil prodüserlər tərəfindən. Bu qanunla kinoteatrlara, tamaşaçının qarşısına çıxır. Sonra isə mərhələli şəkildə, DVD satışı, dünyaya çıxması, distrubyutorlar vasitəsi ilə yayılması və s. Bunlar hələ çox primitiv səviyyədədir. Hər filmin öz tamaşaçısı olmalıdır. Təkcə aşağı səviyyəli filmlər öz tamaşaçısını qazanıb, amma onlar da artıq söyüş, səviyyəsizlik, gülüş naminə hər yola əl atmaq bacarığı ilə boğaza yığıb. Tamaşaçı gülsün deyə hər şey edirlər, amma anlamırlar ki, tamaşaçının estetik zövqünü pozursan. Yeni nəsil bu filmləri görür və elə bilir ki, Azərbaycan kinosu ancaq elə bunlardan ibarətdir. Mənim filmim dünyanın 5 qitəsində nümayiş etdirilib. Almaniyada, məsələn, min nəfərlik zalda min iki yüz insan yığılır, yerdə oturmuş vəziyyətdə belə filmə tamaşa etməyə razı idilər. Filmdən sonra isə üç saata yaxın film müzakirə edilirdi. Onlar adi tamaşaçı idi. Bizdə elə tamaşaçı yoxdu. Əvvəl var idi, indi isə yoxdur. Onu formalaşdırmaq lazımdır. Maddiyyat xatirinə film çəkməmişəm. Parlaq, niyyəti tam aydın filmlər çəkməyə çalışmışam. Çalışacağam hər zaman buna riayət edim. Xəbərləri həm televizor, həm də internetdən izləyirəm. Azərbaycanın ən böyük aktyor, aktrisası mənə görə Ərəblinski, Abbasmirzə Şərifzadə, Hökümə Qurbanova, Şəfiqə Məmmədova, Fuad Poladovdur. Hər şeydən öncə çalışmalısan ki, çəkiliş heyəti səninlə həmfikir olsun. Yoxsa çəkilişin bütün mərhələləri zəhlətökən olacaq. Sən ancaq və ancaq heyətin sənə qarşı qeyri-səmimiliyini dəf etməyə çalışacaqsan. Kino ağır prosesdir. Çox təəssüf ki, son illər Azərbaycan kino istehsalının səviyyəsi aşağı düşüb. Təəssüf ki, çox az, bir əlin barmaq sayı qədər insanların aydın ideyası var, sözü var. Niyə rejissor olub sualına cavab verən çox az rejissor var. Ucuz dəyər ətrafında rejissorluq edən kəslərdir məni narahat edən. Hansılar ki, ömür boyu kinoda olsalar da, fəxri adlar alsalar da, sənətdə olma səbəbini bilmirlər. Qriffitin, Çaplinin, Berqmanın, Viskontinin, Antonioninin bir çox filmlərini, Tarkovskinin “İvanın uşaqlığı”, “Ayna”, “Stalker”, Mixalkovun bir-iki filmi, Zhang Yimou, Kurosava, Mizoquçi, İmamuranın bir-iki filmi var ki, onları izləyəndə, “kaş ki, bu filmləri mən çəkərdim” – demişəm.

128


Film Fiction Magazine

Lorka və Brodski arasında seçim olsa, Lorka deyərdim. Brodski dissident olub, əzmkar olub, amma Lorka mübarizəsi və sevgisi daha səmimi olub.

129


Film Fiction Magazine

əli isa cabbarov ilə müasir azərbaycan kinosu haqqında söhbət Müəllif: Mir Bağır

2000-lərdən bu tərəfə olan dövrü müasir Azərbaycan kinosu adlandıra bilərikmi, dövrə görə? Mən hardasa bu bölgü ilə razıyam. 2003-cü ildə İçveçrə İnkişaf Fondu Qafqazda “Avanti” layihəsini reallaşdırdı. Bu böyük təkan oldu o zaman kinoya. “40-cı qapı” layihəsi orada oldu, sonra “Buta” filmi. Mirsadıq Ağazadənin filmi, Asif Rüstəmovun qısametrajlı filmi, Alina Abdullayevanın “Çalış nəfəs alma” filmi, hamısı orada başladı. O, master-klasslar və kino layihələri laboratoriyası idi. O layihədən sonra yaxşı oldu ki, bir neçə özəl prodüser şirkəti yarandı. Mən heç özüm birbaşa orada iştirak etməmişəm. Amma proseslərdən ruhlanıb biz şirkəti açdıq 2005-də. Amma əvvəl şirkət açmaq heç ağlıma da gəlmirdi. “Avanti” layihəsinin birbaşa və ya dolayısı ilə təsiri ilə “Dərviş Prodüsser Mərkəzi”ni açdıq. Eləcə də dostlarım Asif Rüstəmov “24 K” studiyasını, İlqar Nəcəf “Buta Film” kino şirkətini, Elçin Musaoğlu “Sinema Evi” Prodüser Mərkəzini açdı. Və birdən-birə bir neçə 7-8 şirkət əmələ gəldi. “Nərimanfilm” yarandı.

130


Film Fiction Magazine

“Buta Film” yarandı ki, İlqar Nəcəf “Buta” filmini çəksin. “Nərimanfilm” yarandı, İlqar Safatın “Sahə” filmi çəkildi. Əməlli bir təkan oldu. Sizinlə razıyam, 2000-2005-ci illəri yeni müasir Azərbaycan filmi dövrünün başlanğıcı adlandırmaq olar

Biz bunu tarix olaraq deyirik. Bəs müasir Azərbaycan kinosu deyə bir epoxa varmı ümumiyyətlə? İndi bu dəqiqə Gürcüstan kinosunun son 3 ildə birdən-birə Oskara namizəd oldular. Karlovı Varıda Qran-Prini götürdülər. Növbəti ildə Karlovı Varıda ikinci müsabiqəsində qran-prini götürdülər. Lokarnoda bu yaxınlarda mükafat götürüblər. Bir neçə festivalda ən yaxşı aktyor, ən yaxşı aktrisa, ən yaxşı film nominasiyalarında qalib oldular. Yəni, görürsən ki, bunlarda birdən-birə 5-6 adlar var ki, çıxdılar ordan. Azərbaycanda da belə adlar var. Yəni, şəxsi xarizmatik, öz sözü, öz dəsti-xətti olan rejissorlar var. Amma onları birləşdirən dəyərlər toplusu yoxdur. Yəni, dalğa kimi yoxdular. Fransız “Yeni dalğa”sı kimi, ingilis “Qəzəbliləri” kimi, Qazaxıstan “Yeni dalğa”sı kimi deyillər. Bunlar ayrı-ayrı fərdlərdir. Hərə özü öz filmini çəkir. Yəni, ona görə yeni Azərbaycan kino nəsli təqvim olaraq var, mövlud ili olaraq var. Estetik dəyərləri birləşdirən dalğa yoxdur. Ümimiyyətlə Azərbaycan Kinosunu estetik birləşdirən dəyərlər mərhələsi olmayıb heç. 60-cı illərdə ədəbiyyatda olan şey kinoda təkrar olmayıb. Arif Babayev çəkən filmlərdən Tofiq Tağızadə çəkmirdi.Tofiq Tağızadə çəkən filmlərdən Oqtay Mirqasımov çəkmirdi. Hərəsi tamam ayrı çəkirdi. Onları birləşdirən dəyərlər az idi.

Yəni, bizdə bu dalğa deyilən bir şey heç vaxt olmayıb? Bəlkə 30-cu illərin filmlərini analiz eləsək, orda hardasa sosial etiraz vardı. Cəfər Cabbarlını ekranlaşdırıblar. Bu “Bismillah” filmi, “Almaz” filmi görürsən ki, orda heç olmasa mövzu etibari ilə oxşarlıq var. Mikayıl Mikayılovun “İsmət” filmi. Qadın azadlığı və yaxud kasıbların varlılarla yaşamasına etirazı kimi mövzu birliyi var idi. O da təbii ki, o vaxt situasiya ilə bağlıydı, 15 il

qabaq Oktyabr inqilabı olmuşdu. Amma indi yoxdur. Ümumiyyətə mən sizə deyim ki, bu Azərbaycan kinosunun bəlasıdır. İncəsənət insanları arasında münasibət mədəniyyətinin olmaması. Başa düşürsünüz, bu çox faciəvi bir şeydir. Mən özüm bir dəfə İranda festivalda oldum. Gördüm ki, 60 yaşlı rejissor əlini 25-30 yaşlı bir rejissorun çiyninə qoyub söhbət edir. Uzaqdan baxıram, fars dilini bilmədiyimdən heç bilmirəm nə danışırlar. Amma bu münasibət kifayət edər ki, deyim nəsillər arası dialoq var. Amma Azərbaycanda elə şey görməmişəm . Mənim yaşlı nəsildən incikliyim yoxdur. Onların hamısından dəstək görmüşəm. Amma nəsillər arası dialoq yoxdur və nəsil həmrəyliyi də yoxdur bizdə. Nəinki nəsil həmrəyliyi yoxdur, hətta bir az gizli qısqanclıq var. Yəni, mənə elə gəlir ki, bu da qeyri-peşəkarlıqdır. Çünki peşəkar kinematoqrafçılar peşəkarlıq prinsipiylə bir olmalıdır. Şahin Xəlil peşəsinə xəyanət etmirsə, mənim baxışlarım onun baxışları ilə uyğun gəlimirsə belə, biz peşə zəmnində bir olmalıyıq. Tutaq ki, onun prodüseri onu aldadırsa, mən onu həmrəy olaraq dəstəkləməliyəm. Və yaxud da Şahin Xəlil Mir Bağırın ssenarisini oğurlayıb çəkirsə, mən Mir Bağıra dəstək olmalıyam. Yəni, Mir Bağırla razı olmasam belə.

2000-lərdən bu tərəfə olan filmlərin 95 faizi, son kommersiya filmlərini çıxmaqla hamısı Azərbaycanfilm istehsalı olub. İldə bir, ya iki film. Sanki belə bir şey yaranıb - kino gününə kino çəkib təqdim etmək.

131


Film Fiction Magazine

Siz deyən son beş ilin tendensiyasıdır. Amma əvvəl belə deyildi. 2000-lərin birinci on illiyi “Azərbaycanfilm”-in istehsalı az idi. Özəl prodüser şirkətlərinin istehsalı çox idi. Hətta Azərbaycanfilm ölkə rəhbərinə müraciət etdi ki, biz işsiz qalmışıq. Mədəniyyət nazirliyi daha çox prodüser şirkətlərinə sifariş verirdi. Yəni, ölkəyə mükafat gətirən filmlər də özəl şirkətlərin idi. Sonra balans pozuldu. “Nərimanfilm” tək çəkib tammetrajlı filmi, “40-cı qapı” tək çəkilib. Ondan sonra qısametrajlı filmlər - “Ev”, “Düyün” bunların hamısı “Azərbaycanfilm”-siz çəkilib. Sonra “Cavid ömrü”, “Hökmdarın taleyi” və 7 -8 tammetrajlı film Azərbaycanfilmsiz çəkilib. Məsələn, “Bu meydan, bu ekran”da ilk beş müsabiqədə hərəsində 3-5 film olurdu. Ümumilikdə hardasa 20-25. Onların hamısını özəl şirkətlər çəkirdi. O balans son 5-7 ildə pozulub. O cəhətdən Azərbaycanfilmin monopoliyası son 5-7 ildə üstünlük əldə edib. Bu da səhv tendensiyadır. “Azərbaycanfilm” bütün şirkətlərlə bir yerdə tenderdə iştirak etməlidir. Uda da bilər, uduza da. Amma indi o tenderlər aparılmır. Nazirliyin seçimidir və çox pis nəticələr verdi.

Biz müharibə şəraitində olan ölkəyik. Müşahidələrimizdə görürük ki, 2000-lərdə də, indi də daha çox müharibə mövzusunda olan filmlərin çəkilməsinə meyillilik var. Mədəniyyət Nazirliyinin dəstəklədiyi filmlərin əksəriyyəti də məhz bu qəbildəndir. Bu normaldırmı? Dövlətin patriotik film çəkməyi başa düşüləndir. Amma ifrata varmaq olmaz. Hər şey peşəkar formada olmalıdır. Patriotik film məmurun öz pis işini gizlətmək üsulu olmamalıdır. Qarabağla bağlı “en” qədər filmlər var. Amma müharibə filmi müharibə bitəndən sonra çəkilməyi daha güclü yaradıcı uğura gətirir. Müharibə gedən zaman filmin çəkilməyi çətin olur. Bunula yanaşı “Hər şey yaxşılığa doğru”, “Sarı gəlin”, “Kuklalar”, hətta “Fəryad” filmi də müharibə mövzusunda olsa da, orda ciddi sənət də var. “Dolu ”filmi belə təbliğat xarakteri daşısa da, orda müharibədə pul oğurluğu söhbəti, Bakıya zəng edən məmurun paytaxt tərəfindən dəstəklənməməsi, Qarabağı unutmuş Bakıdakı məmurlar. Belə şeylər var....

132


Film Fiction Magazine

133


Film Fiction Magazine

Sovetlər dağılandan sonra Azərbaycanda Kinoteatrlar o qədər də yoxdur. Paytaxtda olsa da, bölgələrdən yalnız Gəncə və Masallıda var. Əlqərəz, kinoteatr sisteminin olmaması kinonun inkişafına hər hansı bir şəkildə təsir göstərirmi? Mən razıyam səninlə. Ümumiyyətlə kommersiya filmlərinin kəmiyyət göstəriciləri yaxşıdır. Bunun bir səbəbi var. Kinoteatr şəbəkəsi yaranır. Kinoteatrlar olmayanda DVD bazarı yarandı. İki şəbəkə var idi. Mənim yadıma gəlir ki, on minlərlə satışı olurdu. Sonra “Məhəllə” partlatdı. Çox böyük nəticə ilə. Nə qədər qazanırdılar. Bizdə o var idi. Sonra piratçılıqla mübarizə adı ilə o biznesi çökdürdülər. Kinoteatrlar şəbəkəsini yaradan adamlar Azərbaycan mədəniyyəti üçün çox böyük xidmət göstərib. Dünya kinobazarında əsas sifarişlərdən biri də kinoteatr şəbəkələridir. Bunun zalları var. Zalı doldurmalıdır. Ciddi kinonun müəllifləri bir məsələni diqqətdə saxlamalıdırlar. Tutaq ki, 100 nəfərlik zaldır. Komediyaya baxır, 80-i gülür, 20-si darıxır. O darıxan 20 nəfər bizim tamaşaçıdır. Ciddi kinonun tamaşaçısı. Başa düşürsüz? Mən bunu indi başa düşmüşəm. Amma hələ kinoteatr şəbəkəsi bunu başa düşmür. Prodüsserlərin bir hissəsi gözləyir ki, komediyadan melodramaya keçilsin. Dram, ciddi dram, az da olsa arthausun işartıları gəlsin. “Pərdə” filminin də çox gözəl xidməti olub bu baxımdan. Fərqli janrdır, sosial janr idi. Mən getdim pul verdim və kinoteatrda baxdım. Mənimlə birlikdə zalda 30 nəfər adam var idi. Onun özünün prokat konsepti düzgün qurulmamışdı. Prokatqurma qabiliyyəti olan yaxşı prodüser olsaydı, o bəlkə də daha çox qala bilərdi. İndi səhv etmirəmsə ikinci dəfə buraxıblar prokata. Yeni komediya çıxıb Taleh Yüzbəyovun iştirakı ilə. Maliyyə cəhətdən uduzdu, amma bu o biri komediyalarından bir az ağıllı komediya idi. İndi bizdə Azərbaycan incəsənətində - Yaşar Nuri, Siyavuş Aslan ənənəsi ilə formalaşan komediyalar çəkilir. Tutaq ki, Vudi Allen komediyaları yoxdur. Amma bu qərb yumoruna yaxın bir iş idi. Ola bilər ki, burda bu tendensiya da olsun. Yəni, get-gedə bu tendensiya mütləq olacaq. Sadəcə olaraq qeyri-kommersiya çəkən adamlar daha fədakar olmalıdırlar.

Siz müsahibələrinizin birində demişdiniz ki, bir gün gələcək kommersiya filmlərinin inkişafı ciddi filmlərin ərsəyə gəlməsinə şərait yaradacaq. Bu mənim fikrim deyil. Bu marksist dialektikadır. Kəmiyyətin keyfiyyətə keçməsi.

Hazırda Türkiyədə kino industriyası necə lazımdır inkişaf edib. Komediyası da, melodramı da, serialları da hamı yüksək səviyyədə. Amma türklərin ciddi film çəkən rejissorları yenə də dilənərək xarici fondların hesabına filmlərini çəkirlər. Sənin dediyin o dilənmək ifadəsi fandreyzinqdir, maliyyə paketinin formalaşması. Bu da normaldır.

Amma bizdə festivalların olmaması,heç bu cür fondaların da hardasa ayaq açmasına mane olur. Onlarda heç olmasa bu var. Düzdür, bizdə də əvvəllər var idi. Bəs sonra nə oldu o festivallara?

134


Film Fiction Magazine

Bu da Mədəniyyət nazirliyinin Azərbaycan kinosu qarşısında çox böyük səhvidir. Turizmin mərkəzi olmalıyıqsa, kinofestival inkişaf etməlidir. Çünki turizmin inkişafı üçün kinofestivalın olmasının çox böyük əhəmiyyəti var. Bizdə normal festival kimi “Audiozal” festivalı fəaliyyət göstərirdi. 35 yaşa qədər gənclər üçün keçirilirdi. Ora İspaniyadan rejissor özü pul verib gəlmişdi. Artıq imici formalaşmışdı. Mən orada demək olar hər il iştirak edirdim. Qutarana kimi fikirləşirdim ki, “Ay allah mən gələn il nə mövzu verəcəyəm?”. Orada rəqabət var idi. Stimul idi birmənalı. 3 dənə festival bağlandı: “Audiozal”, “Şərq-Qərb” festivalı, “START”. Hər üçü Beynəlxalq formatda idi. Elvin Adıgözəlin ilk dəfə “Start”-da adı çıxdı. Kinofestivalının juri mükafatına layiq görüldü. Başqa rejissorların da orada adları çıxdı ilk dəfə. Mən Кşiştof Zanussini, Cəfər Pənahini canlı olaraq “Şərq-Qərb” festivalında görmüşəm, Nuri Bilgə Ceylanın filminə ilk dəfə baxmışam. “Şərq-Qərb” festivalında Pavel Finnin, Zanussinin, Tofiq Şahverdiyevin master-klasslarına qulaq asırdım həmin festival çərçivəsində. Bu ənənə qalsa idi, dəstək olardı. İndi idman film festivalı keçirilər. Bunun kinoya heç bir dəxli yoxdur.

Turizmdir o, müəllim Bəli, həmçinin Turizm filmləri festivalı, bu turizmin təbliğidir. Belə tematik mövzuların kinonun inkişafına aidiyyatı yoxdur. Onlar məqsədi yalnız turizm və ya idmanın təbliğatıdır.

2000-lərdə qəzet var idi, “Kino+” var idi, sonra yadımdadır Aygün Aslanova “Alma” qəzetində mütəamdi kino yazıları yazırdı. Sizin “Fokus”jurnalınız... Yaxşı ki, heç olmasa sizin elektron dərginiz var. “Kino+” qəzeti hər həftənin 5-ci günü çıxırdı. Mən də köşkün qabağında dayanardım almaq üçün. Yəni, “Kino+”un çox müsbət rolu var idi. Ya da “Fokus” jurnalı. İncəsənət Universitetinin müəllimləri deyir ki, sizin jurnalı indi gedib götürürlər oxuyurlar xarici kinoların tarixi ilə bağlı. Ömrünün iki ilini, üç ilini sərf edib 70 səhifə sseanri yazmısan. Bunu sən harada çap etdirəcəksən? Biz çap edirdik. Dərgilərin rolu böyükdür. Məsələn, Rusiya kinosunun qüdrəti həm də “İskusstvo” kinojurnalının qüdrətidir.

Bir insan yazır, yazır. İçərilərində çəkmək istəyəni də olur da bir gün... Hərəkətin ilk addımı həmişə rejissorlar, ssenaristlər olmur. Kinotənqidçinin yazdığı məqalə belə bir filmə stimul verə bilər. Məsələn, yazır ki, “belə hala rast gəldim,belə bir şey gördüm , sən demə cəmiyyətimizdə belə bir şey də varmış”. Və yaxud da yazır ki, “filan ölkədə, belə bir şey var, Azərbaycanda isə belə bir şey yoxdur”. Rejissor da oxuyur, maraqlanır və gedib çəkir. Kinoproses adlanan qatarın paravozu həmişə rejissor, ssenarist olmur. Kinotənqidçi də olur. Dərgi olmalıdır. Dərgi olmayanda Aygün Aslanlı gedir sosial mövzudan yazır, Sevda Sultanova da nəsr yazır.

135


Film Fiction Magazine

RÜFƏT HƏSƏNOV

ilə müsahibə: #yoxdubelesohbet Müəllif: Durna Səfərova

136


Film Fiction Magazine

Kino çevrəsində sən yetərincə tanınırsan. Amma yenə də istərdik özünü tanıdasan səni tanımayan oxucularımıza. Özüm haqqında danışmaqda hər zaman çətinlik çəkirəm. Bilmirəm... Bu il 30 yaşım oldu həyatımın yarısını xaricdə keçirdim - yaşadım, oxudum və kino sahəsində işlədim. ABŞ-da 6 il, Moskvada 5 il, Avropada isə 4 ilə yaxın. Çəkdiyin filmlər barədə bizə bir az danış... Nələr səni narahat edir ki, onu kinoya döndərirsən? Əsasən kimlik məsələlərini tədqiq etmişəm – milli, mədəni, etnik və s. məsələlərə, köklərə toxunmuşam çəkdiyim filmlərdə. İndi də irəliləməyə hazıram artıq. Bu illər ərzində mən də müəyyən dəyişikliklər yaşamışam, ona görə maraqlandığım mövzu dairəsi də dəyişir. Səni kinoya yönləndirən xüsusi hadisə və ya səbəb nə idi ki, bütün həyatını bu sahəyə həsr etməyə qərar verdin? Hər şey bir az Kiarostaminin “Yaxın plan” filmindəki kimi oldu. Rejissor olduğumla bağlı yalan danışdım birinə. Mənimlə bir məktəbdə birlikdə oxuyan bir dostum vardı, onunla səhv salmışdılar məni. Mən də heç özümü o yerə qoymadım, dedim ki, hə rejissoram. Söhbətin gedişatında artıq rejissor rolu oynamaqdan xoşum gəlməyə başladı. Sonra mən teatr sahəsində bakalavr diplomumu aldım. Buradan kinoya keçid asan idi. Məsələn, “Kinoda Şekspir”, “Kino və Teatr Rejissorluğu” kimi dərslərimiz vardı. Bəs dünyanın kiçik ölkələrindən birində Azərbaycanda doğulmaq və yaratmaq sənin işlərinə nələr qatıb, necə təsir edib işinə? Mənə elə gəlir ki, bunun fərqi yoxdur. Birma, Ekvador, Somalidən rejissorlar var ki, çox dərin və təsirli filmlər çəkirlər. Məndə də belə gətirib ki, Azərbaycanda doğulmuşam. Ona görə də, buradakı insanların hekayələrini filmə çevirirəm.

137


Film Fiction Magazine

Azərbaycanda yaşamaq və yaratmaqda çətin olan nələr var? Nələrin öhdəsindən gəlməkdə çətinlik çəkirsən rejissor kimi? Bu sualın cavabı məncə bəllidir və hamıya onsuz da aydındır. Amma bir var oxuyanlar, bir də var əməl edənlər. Mən çox danışmaqdansa, ortaya iş qoymağı seçənlərdənəm. Rejissor fəaliyyətin ərzində hansı hadisə həyatında əhəmiyyətli rol oynayıb? O hadisə ki, bir növ dərs olub sənə və filmlərinə müsbət təsir edib... Mən dostum Elvin Adıgözəllə birlikdə bir həftəyə Buqələmun tammetrajlı filmini çəkmişəm, büdcəsi də 10 min dollar idi. Lokarno Film Festivalında müsabiqəyə düşmüşdü film. Ondan sonra isə 30 min avro xərcləyib qısametraj bir film çəkdim və belə deyək, ümidləri doğrultmadım - hər şeydən əvvəl özüm qarşısında məyusluq yaşadım. Müvəffəqiyyət insana arxayınlıq verir, uğursuzluq isə əvəzsiz bir dərs. Nə qədər çox işləyiriksə, o qədər də itilənirik və yetişirik. Bu mexanizm, ümumiyyətlə, bütün sahələrdə belə sadə və mükəmməldir.

138

hər şeydən əvvəl özüm qarşısında məyusluq yaşadım

Kino onlarla, bəzən yüzlərlə insanı birlikdə işləməyə dəvət etməkdir. Rejissor olaraq necə idarə edirsən komandanı? Bir-birindən fərqli insanlar arasında ortaq dilin qurulmasına necə kömək edirsən? Bu baxımdan başına gələn maraqlı hadisələri paylaşa bilərsənmi? Öz təcrübəmdən onu deyə bilərəm ki, kino çəkmək evlilik kimi bir şeydir. Birlikdə işlədiyin insanları sevmək lazımdır. Elə olub ki, 5 nəfərlik komanda ilə film çəkmişəm, elə də olub ki, 50 nəfərlik. Hər vəziyyətin öz şərtləri var və bütün hallarda komandadakı insanlarla şəxsi ünsiyyətdə olmaq lazımdır. Bəzən məcbursan ki, vaxtını boşa xərcləyib ortaya iş qoymayan birinə qarşı da pozitiv olub deyəsən ki, əjdahasan. Amma bəzən də gərək avtoritar davranasan. Kino idarəetmədir – amma heç kəs idarə edilməyi xoşlamaz. Ona görə də yaxşı rejissor gərək insanları elə idarə etsin ki, onların ruhu da inciməsin.


Film Fiction Magazine

Filmlərin müxtəlif beynəlxalq festivallara seçilib. Səni peşəkar rejissor kimi tanıyırlar, çünki işini necə görməyi bilirsən. Hansı şəxsi keyfiyyətlər insanı yaxşı rejissor edə bilər? Və bu keyfiyyətləri necə qazanmalı? Məni çox təriflədin... Məsələ sadədir, peşəkar olmaq daim öyrənmək prosesində olmaq deməkdir. Festivallar sadəcə işini nümayiş etdirmək üçündür, vəssalam. İş prosesi isə mənim üçün nəticədən daha maraqlıdır. Keyfiyyətdən danışırıqsa, Marlen Xutsiyevi xatırlamaq yerinə düşər. O deyirdi ki, rejissorda 2 şey olmalıdır: gördüyün işin doğru olduğu ilə bağlı mütləq arxayınlıq və eyni zamanda gördüyün işə daimi şübhə.

139


Film Fiction Magazine

Həyatında rol oynayan hansı filmləri sadalaya bilərsən və hansı rolu oynayıb? Adətən kino məktəblərində təhsil belə olur ki, kinonun ilk günündən başlayırlar, indiyə qədər olan vəziyyəti tədris edirlər. Məncə, bu həddən artıq səmərəsiz və cansıxıcıdır. Mən Litvada montaj nəzəriyyəsi barədə dərs keçərkən tamamilə tərsini etdim: indidən başlayıb keçmişə doğru getdim. İstəsəniz də, istəməsəniz də, bütün kino məktəblərində Çaplin, Murnau, Berqman və Fellini haqqında eşidəcəksiniz. Mən isə öz gənc dostlarımı, həmkarlarımı və tələbələrimi müasir kinoya baxmağa həvəsləndirirəm. Məsələn: Hel Hartli (Trust), Karlos Reyqadas (Post Tenebras Lux), Bakur Bakuradze (Şultes), Korneliu Porumboyu (Police, Adjective). Əgər sənin bu gün baş verənlərdən xəbərin yoxdursa, kimə lazımdı köhnə söhbətlər? Hər şey ssenari ilə başlayır. Və dəfələrlə yazılıb pozulduqdan sonra. Bəlkə də, sən belə hesab etmirsən, bilmirəm. Bəs nə vaxt səninçün ssenari bitmiş sayılır və çəkmək vaxtıdır deyirsən?

140

Mən kinoda hansısa şərtlərə tabe olmadan yaratmaq yolunu seçdim, bəlkə, ona görə ki, professional montajçıyam – indiyədək 30-a yaxın film montaj etmişəm. Bir montajçı olaraq, filmin


Film Fiction Magazine

çəkilişi bitəndən sonra yazmağa başlayıram mən. Bir az aydınlaşdırım: montaj etmək ssenarini tərsdən yazmaqdır. Əlinizdə çəkilmiş material var və indi onu elə bir pazl formasında təqdim etməlisən ki, kino dünyasını yaradasan. Ona görə də vacib deyil ki, ABC formasında yazasan ssenarini. Film özü öz həyatını yaşamağa başlayır və başqa bir nizam tələb edir: BCA. Əgər rejissor səhnələr necə yazılıbsa o cürə saxlamaqda israr edirsə, o ya Hiçkokdur, ya da axmaq. Söhbətin əvvəlinə qayıdım. Adətən mən səhnə yazmaq yerinə, bir neçə cümlə yazıram. Məsələn, “Filmin qəhrəmanı dostları ilə yemək yeyir və hərbi xidmət xatirələrini danışır”. Qalan detallar çəkiliş meydançasında improvizə edilir və montaj vaxtı müəyyənləşdirilir. Saxtakarlıqdan uzaq və təbiidirsə, onda razı qalıram. Ssenari yazarkən və ya film çəkərkən nələri etməkdən çəkinirsən? Yəni dünyada hazırda kino sahəsində gedən proseslərdə bəyənmədiyin nələr var ki, öz əsərində bunların olmasına yol vermək istəmirsən? Bayaq dediklərim də burda yerinə düşür. Mən obrazlarımın ağzına hazır sözləri qoymağı sevmirəm. Mən eqomanyak deyiləm, sadəcə istəmirəm ki, aktyorlarım hiss etmədikləri kimi danışsınlar. Deyirlər ki, artıq bütün mövzular yazılıb, bütün mövzularda film çəkilib. Hətta dəfələrlə. Sən öz filmlərinin yeni olması üçün nə edirsən? Filmə çevirdiyin hekayələrin orijinallığına necə nail olursan? İçində yaşadığımız bu dövrdə bizə 2 şey qalıb: səmimi olmaq (təcrübədən keçirdiyimiz və ya bizim üçün əhəmiyyəti olan mövzular haqda film çəkmək) və öz üslubunu, dilini formalaşdırmaq. Qeyd etdiyim kimi, kino bir dildir. Füzulinin Azərbaycan dili ilə Uran və ya Xpertin dili fərqlidir, elə deyilmi? Sizin suallarınıza Sabirin yazdığı dildə cavab versəm, çox gülməli səslənərəm. Hər şey bir kənara, biz 21-ci əsrdə yaşayırıq, bəlli linqvistik tələblər var ki, onlara əməl etməliyik. Belə olan halda, başa düşmürəm ki, yerli rejissorlarımız niyə 70-ci və 80-ci illərin kino üslubunu istifadə edir? Suala qayıdım. Təkrar edirəm, mən çalışıram ki, filmlərimdə səmimi olum və hekayəni çatdırmaq üçün fərqli üsullar tapım. Bəzən məndə alınır, bəzən alınmır, amma əsas odur ki, mən naftalin iyi vermirəm. Bu yerdə isə istərdim oxucularınız üçün bir haştaq təqdim edim: #yoxdubelesohbet. Ümid edirəm ki, tezliklə bu haştaqı izləyənlər maraqlı bir sürprizlə qarşılaşacaqlar.

141


Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər. Jurnalda yayımlanan məqalələrdən müəlliflərin icazəsi olmadan istifadə etmək qadağandır. © Bütün hüquqlar qorunur.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.