Film Fiction Magazine N39

Page 1


Əməyimizi qiymətləndirirsinizsə, dəstəyinizi əsirgəməyin

Kapital Bank

5404 0852 3895 7197


Şef redaktor ŞAHIN XƏLIL

Redaktor MİR BAĞIR

Art Direktor TURAL ƏLISOY

PR menecer FUAD ALQAYEV MƏTLƏB MUXTAROV NURANƏ AXUNDZADƏ

ƏLAQƏ:

 filmfictionmagazine@gmail.com

   filmfictionmagazine  filmfiction


BU 06

DENIYEL DEY-LYUIS “PHANTOM THREAD” FILMI VƏ AKTYORLUQDAN IMTINA ETMƏSI HAQQINDA

14

"THERE WILL BE BLOOD" PAUL THOMAS ANDERSON TƏRƏFINDƏN


SAYDA 18

İZABELL ADJANI: KINONUN LƏNƏTINƏ GƏLMIŞ AKTRISA

28

RICHARD LINKLATER “BOYHOOD” FILMI HAQQINDA

32

ROBERTO BENINI “PINOKKIO” HAQQINDA

36

ROBERT EQQERS “THE LIGHTHOUSE” FILMI HAQQINDA

44

USTA FOTOQRAF, YOXSA REALLAŞMAYAN SINEMA XƏYALLARI?

48

ENNIO MORICCONENIN HƏYAT QANUNLARI


Tərcümə: Zümrüd Quluzadə

DENİYEL DEY-LYUİS

“PHANTOM THREAD” FİLMİ VƏ AKTYORLUQDAN İMTİNA ETMƏSİ HAQQINDA

6


T

əxminən iki il bundan qabaq (Noyabr 28, 2017) Deniyel Dey Lyuis Pol Tomas Andersonun ən sonuncu çıxmış filmi “Phantom Thread” (“Xəyali Sap”) filmində canlandırdığı dəb dizayneri Reynolds Vudkok obrazı üçün Balenciaga dizaynlı don tikdi. O zamanlar Dey-Lyuis Vudkok obrazının onun oynayacağı ən son obraz olacağını bilmirdi. O, heç ağlına belə gətirməzdi ki, bu film onu bu qədər depressiyaya salar və o, ictimaiyyətə açıq şəkildə aktyorluq kariyerasından imtina edib təqaüdə çıxdığını elan edər. Tam əksinə, Dey-Lyuis rollarını qəbul etdiyi digər filmlər kimi bu filmdə də yeni kinematik şəxsiyyətə bürünməyə həvəslə can atırdı. Vudkok olmaq üçün yaşı 60 olan aktyor Dey-Lyuis XX əsrin 40-cı və 50-ci illərinin dəblə bağlı arxiv görüntülərini, şoularını izləyib, dövrün dizaynerlərinin həyatlarını incələməyi və ən əsası isə tikməyi öyrənməyi qarşısına məqsəd qoymuşdu. O, bununla bağlı Londonda yerləşən Viktoriya və Albert muzeyinin keçmiş dəb və tekstil üzrə kuratoru Davis-Strodderla belə məsləhətləşmişdi. Tikməyi öyrənmək üçün Dey-Lyuis aylarla Nyu York Şəhər Baletinin Kostyum Departamentinin rəhbəri Mark Happeli diqqətlə yaxından izləmiş, yanında şagirdlik etmiş və hətta Stavrinskinin “Alov quşu” (“Firebird”) balet tamaşası üçün Mark Şaqalın məşhur kostyumlarını tikməyə köməklik etmişdi. Balet sezonu başa çatdıqda isə Deniyel qərara gəlmişdi ki, o, sıfırdan yeni bir paltar yaratmalıdır. “Mən məktəb formasından ilhamlanaraq tikilmiş qalxanvari Balenciaga donunun fotosunu gördüm” deyə Dey-Lyuis öz hekayəsini mənə danışmağa başladı. Biz onunla həyat yoldaşı kinorejissor Rebekka Miller və kiçik oğlu, Kaşel ilə Grinviç kəndi mənzillərində yaşadıqları evin yanında – Marlton otelinin balaca qonaq otağında oturub söhbət edirdik. “Balenciaga donu olduqca sadə idi” deyə o, sözünə davam etdi. “Və ya bu mən, Tanrım, bu necə də mürəkkəb bir proses imiş deyib başımı itirənə qədər mənə elə gəlmişdi. İncəsənətdə görüntü olaraq sadə görünüb əslində isə çətin olan şey qədər gözəl heç nə yoxdur və əgər siz həyatınızda bir şey etməyə çalışırsınızsa, cəhd-

siz sadəlik qədər imkansız bir şeyin olmadığını da biləcəksiniz.” Orijinal donu Paris Balenciaga arxivlərində saxlanıldığı üçün əldə edə bilməyən Dey-Lyuis, əvvəlcə onun cızma-qarasını çəkir və həyat yoldaşına model kimi yanaşaraq ağır boz flanel parçanı birbaşa onun üzərinə atır. Gülümsəyərək: “Rebekka çox səbirli davranırdı. Yığmalı olduğum “kod”un qoltuqaltı nahiyəsində xüsusi qüsurlar yaranmışdı və mən sadəcə şəklə baxaraq onun necə tikilə biləcəyini bilmirdim. Mən və Mark hər birimiz öz fərziyyəmiz üzərindən sınaqlar və səhvlər edərək, donu güclə başa çatdırıb tikə bilmişdik”, - deyən Deniyel son versiya olaraq onu sonradan Vudkokun imza tonu olacaq yasəmən çəhrayısı ipək parçadan tikdiyini dilə gətirdi. O, fəxrlə: “Rebekka donu geyindi. Çox gözəl alınmışdı”, - dedi. Deniyel gənc yaşlarında ağac emalı sənətini öyrənmiş, lakin mebel dizayneri əvəzinə usta olmağı arzulamışdı. “Emalatxanada olmaq mənə hava və su kimidir. Yaradıcılıq hissini sevirəm”, - deyən Dey-Lyuis daha 19 yaşında ikən Bristol Old Vik Teatr məktəbinə qəbul olmuşdu. Aktyorluq və taxta ustası sənəti arasında get-gəl yaşadıqdan sonra aktyorluğu seçsə də, heç vaxt içindəki peşə sevgisindən vaz keçməmişdi. Bütün karyerası boyunca o, oynadığı rolların maraqları və fiziki çətinliklərini özünküləşdirmişdi. “Mənim sol ayağım” (“My Left Foot”) filmindəki sol ayağının mərkəzindən serebral iflic xəstəliyinə tutulmuş İrlandiyalı yazıçı və rəssam Kristi Braun obrazını oynamaq üçün ssenarinin ilk cümləsini - Kristi sol ayağı vasitəsilə valı patefona taxır, qısa kəsintidən sonra ayaq fırçanı yerdən qaldırır və rəsm çəkməyə başlayır - oxuduğu anda bunun mümkünsüz olduğunu iddia edən Deniyel, iflic keçirmiş xəstələrlə işlədikdən və həftələrlə məşq etdikdən sonra filmin giriş səhnəsi çəkilərkən elə ilk cəhddən bunu etməyi bacarır. Buna başqa bir misal kimi, Martin Skorsesenin “Nyu York Qanqsterləri” (“Gangs of New York”) filmindəki Qəssab Bill rolu üçün ağır bıçaqları uzaqdan tam dəqiqliklə nişanlayıb atmağı öyrənmiş; “Cek və Rozun Balladasi” (“The Ballad of Jack and Rose”)

7


filmində canlandırdığı şəbəkədənkənar ikonoklast obrazı üçün mətbəx masası hazırlamış; “Neft” (“There will be blood”) filmi üçün isə köhnə əsr bir neft quyusu qazmışdı. Reynolds Vudkokun zehninə sahib ola bilmək üçün, Deniyel yalnız modelyerlik sənətini öyrənmədi, o, həmçinin böyük dəqiqliklə Vudkokun şəxsi qarderobunun ən xırda detallarını – Sevil küçəsindəki məşhur Anderson & Şeppard dərzixanasından yun və kəşmir parça sifarişlərini, Romadakı dindar mağazadan aldığı yepiskop bənövşəyisi corablarını, Londonda yerləşən Corc Kleverliyə xüsusi hazırlatdığı ayaqqabılarını – qısaca, hər şeyi özü sıfırdan kəşf etdi. O, hətta Vudkokun ətrafını – evinin necə dekorasiya olunmalı olduğunu, cızma-qaralar üçün istifadə etdiyi qələm və dəftərləri, gecə tumbasındakı əşyaları – özü seçdi. İt seçimində belə: “Mən teriyer növ it istəyirəm, - deyən Dey-Lyuis, - hər detal üzərində o qədər düşünürdüm ki, yəqin ki, özümü çox qapdırmışdım”, - sözlərini əlavə etdi.

Amma yenə də, nə “Phantom Thread” üçün, nə də başqa hər hansı bir Dey-Lyuis filmi üçün fiziki elementlərin mükəmməlliyi son məqsəd deyildi. Araşdırmalar sadəcə daha böyük bir ideya üçün qüsursuz bir arxa fon idi. “Phantom Thread” bir insan və onun yaradıcılığa duyduğu vəsvəsəsi arasında intim bir hekayə idi. İkinci Dünya müharibəsi sonrası Londonda yer alan bu film İngiltərənin hələ təzə-təzə viranə və məhrum zamanlardan qurtulduğu dövrdə kral ailəsi üzvləri və varlı təbəqə üçün gecə-gündüz özünü işinə həsr etmiş Vudkok adlı bir dizaynerin paltar tikməklə məşğul olmasından danışır. Onunla bir evdə yaşayan və ona dizaynla bağlı məsləhət verən bacısı və tez-tez istifadə edib qurtulduğu qadınlardan başqa həyatında heç kim olmayan Vudkok tez-tez ikinci evliliyi üçün cavan yaşda gəlinlik tikmiş olduğu anasının ruhu tərəfindən təqib edilir. Viki Kripsin ustalıqla canlandırdığı Alma obrazı Vudkokun həyatına girmiş ən sonuncu qadın olur və o, Vudkokun həyatını onun idarə edə bilmədiyi şəkildə pozsa da, nəticədə Vudkok ona sonsuz ehtiyac duyur. Filmin güclü bir axıcılığı var; sərt qabığın altında vahid obrazda bütün dünyanı özündə birləşdirir. “Phantom Thread” həmçinin İngilis həyatına istinad edir. Anası, İngiltərənin ən qabaqcıl kinostudiyalarından birinin rəhbəri Ser Maykl Balkonun qızı Cill Balkon, atası isə İngiltərə Şair Mükafatı Laureatı Sesil Dey Lyuis

8


olan Deniyelin ən son oynadığı ingilis filmi “Məsumluq dövrü” (“The Age of Innocence”) filmi idi ki, bu filmdə oynamağı ondan M.Skorsese özü xahiş etmişdi deyə qəbul etmişdi. “Film çox “ingilis”dir. Lakin Skorsese filmə “hə” demək üçün yetərli bir səbəb idi. Mən onun “Taksi Sürücüsü” (“Taxi Driver”) filmini ilk çıxdığı həftə ən azı 5-6 dəfə izləmişdim və mənə belə bir rol təklif etməsinə böyük ümid bəsləyirdim. O vaxtlar, gözləntilərin əksinə, yalnız Amerikan hekayələrini danışmaq istəyirdim.” Və o dediyini etmişdi də: “Sonuncu Mogikan” (“The last of the Mohicans”) filmindəki Şahingöz (Hawkeye), “Nyu York Qanqsterləri” (“Gangs of New York”) filmindəki Qəssab Bill (Bill the Butcher), “Neft” (“There will be blood”) filmindəki Deniel Pleynvyu (Daniel Plainview), “Linkoln” (“Lincoln”) filmindəki Prezident Abraham Linkoln (Abraham Lincoln). Canlandırdığı hər bir obraz Amerika üçün mühüm bir şeyi - iddialılıqdan korrupsionistliyə, korrupsionistlikdən qəhrəmanlığa - müəyyənləşdirir. “Bilmirəm niyə, ancaq içimdə anidən İngilis hekayəsi danışmaq istəyi yarandı. İngiltərə mənim dərinliklərimdədir, mən ondan yoğrulmuşam. Uzun müddət ətrafımdakı hər şey ingilis olduğu üçün – rəsm otaqları, klassik Şekspir, Daunton Abbatlığı – məni elə də maraqlandırmırdı. Ancaq müharibə sonrası London məni hər zaman özünə valeh edib. Valideynlərim tez-tez Blitz dövründən keçib necə sağ qaldıqlarına dair hekayələr danışardı və mən bu hekayələri həzm etdiyimi hiss edirdim. Mən ancaq o dövrə sentimental baxıram və həmçinin mənim atam da Reynolds Vudkoka çox bənzəyir. Əgər bir şair öz sənətinə dalmış deyilsə, başqa kim ola bilər heç bilmirəm, doğrusu”. “Filmə başlamazdan qabaq düşünmürdüm ki, aktyorluğa son qoyaram. Biz hətta Polla bu filmi çəkməmişdən qabaq xeyli gülmüşdük də. Lakin sonra biz gülməyi unutduq, çünki film bizi o qədər içinə çəkmişdi ki, bizim duya bildiyimiz tək şey artıq kədər idi. Bu bizi də təəcübləndirmişdi. Belə bir şeyə həyat verdiyimizi bilmirdik heç. Bununla yaşamaq çox çətin idi. Və hələ də elədir”. Dey-Lyuis “Phantom Thread”-ə baxmayıb və hər nə qədər digər filmlərinə baxmış olsa da bu filmə baxmağı düşünmür. Yayın əvvəlində, Deniyel artıq aktyorluq karyerasına davam etməyəcəyi barədə yazılı bəyanat vermişdi. O, bu mövzu barədə yalnızca Rebekka ilə danışmış və bu anadək heç bir ictimai açıqlama verməmişdi. Keçmişdə Deniyel bir neçə dəfə filmləri

9


KEÇMİŞDƏ YAŞADIQLARIM ƏSLİNDƏ QAÇINILMAZLIĞIN İLLUZİYASI İDİ arasında uzun fasilələr götürmüş, depressiya və ağır dekompressiya dövrlərindən keçmişdi. “Mənim sol ayağım” və digər iki Deniyel Dey-Lyuis filminin rejissoru Cim Şeridan “Deniyel aktyorluğa nifrət edir” demişdi. Lakin qısa müddət sonra yeni bir hekayə, heyranedici obraz və həyəcanverici rejissor onu öz işinə geri qayıtmağı bacara bilmişdi. “Keçmişdə yaşadıqlarım əslində qaçınılmazlığın illuziyası idi”, - deyə Deniyel izah verdi. “Öz-özümə düşünərdim ki, yəni heç mi bundan qurtulmağın yolu yoxdur? “Phantom Thread”-ə başlamazdan əvvəl mənim dəb dünyasına heç bir marağım yox idi. Mən bu dünyaya cəlb olunmaq istəmirdim. Elə indinin özündə də dəb məni maraqlandırmır. Biz filmə başlamazdan əvvəl protaqonistin hansı peşə sahibi olacağına qərar verməmişdik. Biz modanı seçdik və sonra özümüzü hansı cəhənnəmə sürüklədiyimizin fərqinə vardıq. Sonra isə dizayn dünyası məni öz qarmağına keçirtdi”. Dəb dünyası, öz növbəsində, filmə heyran qalmışdı. İlk əvvəllər, “Phantom Thread” -in işləri bu yaxınlarda Metropolitan İncəsənət Muzeyində sərgiyə qoyulmuş, Çelsi Otelində naməlum və kasıb bir həyat yaşamış yenilikçi modelyer Çarlz Ceyms haqqında olduğuna dair şayiələr yayılmışdı. P. T. Anderson və D. Dey-Lyuis bu hekayəni danışmaqda maraqlı deyildilər.

10


bu filmdə hesaba almadığınız ovsunlu anlar yaşayırsınız. “Phantom Thread” film dünyasında dəbin ən aldadıcı təsvirini yaratmış filmlərdən biri olsa da, nəticə etibarı ilə əslində dəb haqqında olan bir film deyildi. Deniyel Reynolds Vudkokun onda niyə bu qədər önəmli hislər oyatdığının səbəblərini danışarkən anlaşılmaz bir qeyri-dəqiqlikdə idi. Bəlkə də, zənnimcə, buna səbəb onun öz vətəninə geri dönməsi və atasına bənzəyən bir obraz yaratması idi. O isə nəzakətlə mənim fərziyyələrimi kənara qoyub, “bu filmdə hesaba almadığınız ovsunlu anlar yaşayırsınız. Pol və mən lənətlər, ailə üzərinə lənətlər və bunların necə ola biləcəyi haqqında çoxlu müzakirələr aparmışdıq. Bu, sanki bir xəstəlikdir. Və mən hər nə qədər əsl yaradıcı bir filmin eyni zamanda həm bir lütf, həm də bir lənət olduğunu düşünsəm də, bu filmi lənətlənmiş görmürəm. Ölənə qədər bunu ayırd edə bilməyəcəm. Bu, sizi həm qidalandırır, həm də içinizi yeyir; həm sizə həyat verir, həm də sizi öldürür.”, - dedi. Deniyel müsahibəsinə fasilə verdiyi müddətdə mən, dövrünün ən möhtəşəm aktyorlarından biri kimi tanınan, ən yaxşı aktyor kateqoriyasında üç Oskar Mükafatı qazanmış və ekranda heyranedici cazibəyə malik bir aktyorun öz peşəsindən necə və niyə uzaqlaşmaq istəməsi haqqında düşünürdüm. “Özüm də baş açmıram, amma bu mənim içimə yerləşib və artıq ordadır. Filmə baxmamaq istəyim də elə aktyorluqdan uzaqlaşmağımla bağlıdır. Lakin kədərin məndə yer alması bununla əlaqəli deyil. Bu, film çəkilişləri zamanı baş vermişdi və necə baş verdiyinə dair heç bir fikrim yoxdur”, - yenə fasilə verdi. “Oğullarımdan biri musiqi kompozisiyaları ilə maraqlanır və buna

11


görə mən ona fransız bəstəkarı Sent Kolomb (Sainte-Colombe) haqqında olan “Dünyanın bütün səhərləri” (“Tous Les Matins du Monde”) filmini göstərdim. Oğlum bu əsəri yaratmaq üçün tələb olunan əzmdən, Sent Kolombun özündən və ya başqalarından qeyri-adi olanı qəbul etməkdən imtina etməsindən dərin təəccüblənmişdi. Artıq yetəri qədər sui-istifadə edilən "sənətkar" sözündən istifadə etməyə qorxuram, amma sənətkarın məsuliyyətinin üzərimə çökmüş bir təsiri var. Etdiyim işin dəyərli olduğuna inanmağa ehtiyacım var. İş həyati görünə bilər, hətta bəzən dözülməz ola bilər. Və əgər bir tamaşaçı buna inanırdısa bu, mənim üçün kifayət qədər yaxşıdır demək idi. Ancaq son vaxtlar belə hiss etmirəm.”, - dedi.

12

Dey-Luis tez-tez yeni bir obraza həyat verəndən sonra kariyerasından getməyi düşünmüşdü. Lakin bu dəfə, bunu ictimai şəkildə elan edərək son möhürü vurdu. “Bunu bu şəkildə elan etmək heç tipik deyil, bilirəm, lakin mən bir sərhəd qoymalı idim. Yenidən başqa bir layihəyə sovrulmaq istəmirdim. Bütün ömrüm boyu aktyorluğu dayandıracağım haqqında danışmışam və bu dəfə niyə bu qədər fərqli olduğunu bilmirəm, ancaq bu sahəni tərk etmək istəyi içimdə kök saldı və bu bir məcburiyyətə çevrildi. Bu artıq etməli olduğum bir şey idi”. Maraqlısı odur ki, Deniyel aktyorluqdan imtina etsə də, hələ də tərəddüd içində özünə “İndi daha mı yaxşı hiss edirəm?” sualını verərək “Hələ ki, yox. İçimdə böyük kədər var və belə hiss etməyim çox normaldır. Bu addımı atan kimi özümü möhtəşəm


hiss etməyim çox qəribə olardı. 12 yaşımdan bəri aktyorluqla maraqlanmışam və o vaxt teatrdan – o balaca işıq qutusundan – başqa hər şey kölgədə qalırdı. İlk başlarda bu bir xilasolma məsələsi idi. İndi isə mən dünyanı fərqli bir şəkildə kəşf etmək istəyirəm”, - cavab verir. Haqqında “O, artıq dəb dizayneri olmaq istəyir” şayiələri gəzməyinə baxmayaraq, Deniyel gülərək: “Kim bilir? Uzun müddət hansı yolu seçəcəyimə dair hansısa bir fikrim yoxdur, lakin boş durmaq fikrim də yoxdur. Səssizlikdən qorxmuram”, - deyə cavab verdi. Qeyd edək ki, Dey-Lyuisin çox müxtəlif maraqları var; O, bir dəfə Rebekka ilə komedik bir ssenari yazmışdı. Çox yaxşı rəsm çəkir, mebel düzəldir və MotoGP - motor yarışları - həsəvkarıdır. Lakin onun filmlərə çox böyük sevgisi var və onun artıq filmlərə töhfə verməyəcəyini təsəvvür etmək çox çətindir. “Onlar səni belə asanlıqla rahat buraxmayacaqlar axı” sualıma isə: “hm, amma məcburdurlar”, - deyərək gülümsündü.

13


BLO OD

PAUL THOMAS ANDERSON tərəfindən

Müəllif: Mələk Kazımova

14


PAUL THOMAS ANDERSON TƏRƏFİNDƏN Hər kəs öz həyatlarını idarə etmək istəyir. Və həqiqətən də etməyə başlayanda, o nöqtəyə gəlmək çox uzun prosesdir. İlk olaraq kim və ya nə olmaq istədiyini bilməlisən, daha sonra istədiyin sən olmaq üçün necə bir plan qurmalı və o planı necə yerinə yetirməli olduğunu. Və həqiqətən bütün planı qurduqdan sonra, sən hələ də öz həyatını idarə edə bilmirsən. Öz həyatında hər bir şeyin istəyinə uyğun olmağı üçün illərlə çalışmalısan, özünü buna həsr etməlisən. Baxmayaraq ki, illər keçib və sən əlindən gələni etmisən, sən yenə də o yerdə deyilsən. Bəzən insanlar öz istədiklərini əldə etmək uğrunda acgözlülüklə etməməli olduqları hərəkətləri edirlər. Öz həyatlarını idarə edə bilmək üçün başqa həyatların dəyərindən keçirlər. Məhz bu film təməldə bu fikrə əsaslanır. Paul Thomas Andersonun 2007 tarixli bu filmi kinoda özünəməxsus üslubu ilə yerini qoruyur.

FİLMİN MÖVZUSU Film, 1927-ci ildə nəşr olunan Upton Sinclair'in Oil! (neft) adlı əsərindən ilhamlanaraq Paul Thomas Anderson(PTA) tərəfindən yazılmışdır. Filmin ssenarisinin təməlini bu kitab təşkil etməsinə baxmayaraq, PTA ssenarinin sadəcə ilk 150 səhifəsini kitaba əsasən yazmışdır. 20-ci əsrin ilk illərində Daniel Plainview neft kəşfiyyatçısıdır. Paul Sunday tərəfindən ona satılan məlumatlara əsasən, Kaliforniyanın Kiçik Boston şəhərinə gedir və bazar günü təsərrüfatından başlayaraq torpaq almağa başlayır. Bölgədəki bütün torpaqları almaq istəyərək, yolları, məktəbləri və kilsələri qurmağı vəd edərək yerli sakinləri satışa çıxarır. Əlbəttə, bunu etmək niyyəti yoxdur. Onun yeganə məqsədi pul qazanmaqdır. Çalışdıqları müddətdə adamlar ölür, yerlilər heç bir şey əldə etmir və Plainview zəngin olur. Həyatında az dost və çox düşmən tapır və hətta övladı H.W. nəhayət özgəninkiləşdirilir.

GİRİŞ Daniel Plainview gümüş və qızıl mədənlərini qazan işçi ikən, neft quyularında çalışan işçi yoldaşlarından biri qəza nəticəsində vəfat edir. Ölən işçinin oğluna Daniel sahib çıxaraq öz yanında evinə aparır. İllərlə ona öz oğlu kimi davranır və gerçəyi gizlədir. İllər sonra Daniel neft mədənlərinə kapital qoyub varlı sahibkara çevrildikdən sonra, Danielin yanına torpağı səmərəsiz kənddə yaşayan Paul Sunday gəlir. Pual, müəyyən pul qarşılığında yaşadığı ərazidəki neft haqqında məlumat verir. Bu məlumat Daniel və oğlunu Kalifoniyanın Kiçik Boston şəhərinə aparır. Oğlu ilə birlikdə kəşfə çıxdığı bu kəndin xalqı, din vasitəsilə sömürülməkdədir. Boş vədlərə

15


16


inanan kənd sakinləri, indiyə qədər ağıllarına gətirə bilmədikləri rifahın inancı ilə torpaqlarını Daniel-a satırlar. Burada uzun müddət

kəndl i n i n "milkshake-ini" içən Daniel, saf bir şəkildə nifrət etdiyi Paul Sunday-in kiçik qardaşı, gənc rahib olan Eli Sunday-in qolunun uzunluğunu istifadə edərək kəndlilərlə yaxın əlaqəyə keçir. Beləcə, Eli-nin kilsəsi də şəxsi maraqları uğruna pula satılır.

XARAKTERLƏR Daniel Plainview, güclü, təkəbbürlü və qəzəbinə həbs olunmuş bir xarakter olaraq, hər kəsi təhqir edir, istifadə edir. Digər insanlara olan nifrəti o qədər böyükdür ki, başqa birinin uğuru belə onu əsəbləşdirir. Kiçik, atası yeni vəfat etmiş bir oğlanı övladlığa götürüb, onu sevən insan daha sonra oğlu eşitmə qabiliyyətini itirəndə oğlunun bacarıqları azalmağı ilə özünün oğluna olan marağı da azalarkən, oğlu öz şirkətini qurmaq istədiyini dilə gətirəndə, ona rəqib olacağı düşüncəsinin verdiyi qəzəblə oğlunun övladlıq olduğunu duyğusuz halda bir dəfəlik üzünə vurmuşdur.

Danielin, özünü kilsədə alçaldan və qarşı çıxdığı dini ayinlərə əməl etmək məcburiyyətində qoyan Eli Sunday-dən alacağı intiqam da qaçınılmazdır. Sonda Eli, neftlə zəngin ərazini almağı xahiş etmək üçün Daniel-in yanına gəlir. Daniel ərazini almaq üçün yalnız bir şərt qoyur. Eli, yalançı peyğəmbər olduğunu və Tanrının uydurma olduğunu deməlidir. Eli-yə dəfələrlə yalançı peyğəmbər olduğunu və Tanrının uydurma olduğunu dedizdirir. Daha sonra əsl gerçəkləri, seçilmiş insan olmadığını, qardaşından daha zəif və əsl seçilmişin o olduğunu üzünə vurur. Sonda isə Eli-ni öldürərək öz içində intiqamını alır. Eli güc sistemi ilə, Daniel-ı kilsədə hərkəsin gözü qabağında elədiklərini etiraf elətdirirək və təhqir edərək intiqamını alarkən, sonda Daniel-in intiqam üsulu isə Eli-ye onu həyata bağlayan tək şeyi-dini- əlindən alaraq, dinini pula satdığını dedizdirərək intiqamını alır. Orada kiminsə olub, Eli-nin dediklərini eşitməkləri Daniel üçün önəmli deyildi. Daniel, Eli-ye eşitmək istəmədiyi hərşeyi, axmaq olduğu üçün, Paul-dan daha zəif, qeyri-kafi olduğu üçün hər zaman itirəcəyini deyir. Bu intiqam fərqi, Nietzche'nin "Dəccal" kitabında güc istəyi üzərindən qurduğu, güclü və gücsüz olana referans verilə bilər.

17


Müəllif: Şahin Xəlil

İZABELL ADJANİ: Kinonun lənətinə gəlmiş aktrisa 18


Aktyorluq təhsili olmadan Fransa kinosunun önəmli simalarından birinə çevrilən, bununla da kifayətlənməyib, Hollivud və bütünlükdə Avropa kinosunu fəth edən mavi gözlü brunet İzabell Adjani bu gün gəncliyindəki ağır filmlərdən uzaqlaşaraq, “happy-end”li ssenariləri dəyərləndirir. Fransa kinosunun “xüsusi hadisəsi” sayılan aktrisa Fransanın emiqrant kvartalında böyüyüb. Özünəməxsusluğu və çətin xarakteri filmoqrafiyasına da təsir edib. Qodar kimi rejissora imtina edən İzabell Lük Bessonun təklifini qəbul edib. Trüffo, Julavski, Polanski ilə möhtəşəm filmlər yaradıb. İzabell Adjani qəhrəmanlarının xarakteri ilə o qədər təsirlənirdi ki, onlar özləri və taleləri - həyatının bir hissəsi olurdu. Ən uğurlusu aldanmış və ya cavabsız sevgi faciəsindən sağ çıxmış qadınlar idi. Bəlkə buna görə faciə öz həyatının dramaturgiyasında əsas janr halına gəldi ... Bəlkə də aktrisanın ziddiyyətli və mürəkkəb təbiətinin sirri onun mənşəyindədir? Adjaninin valideynlərinin əhvalatı kökləri olmayan iki insanın hekayəsidir, çünki hər ikisi, Əlcəzair və Alman mühaciri olmuşdular. İzabelin ana dili Alman dilidir, Alman əsilli Əlcəzairli Məhəmməd Adjani ilə İkinci Dünya Müharibəsinin sonunda Almaniyada gö-

rüşdüyü anasının dilidir. İzabell özü də Əlcəzair müharibəsi zamanı dünyaya gəlmişdi və bir çox Fransız istinad kitablarında deyildiyi kimi Parisdə deyil, 27 iyun 1955-ci ildə Bavyerada. Parisin ətrafındakı Jeanville-də yerləşməzdən əvvəl, İzabellin valideynləri sığınacaq axtararaq, bütün dünya olmasa da, dünyanın böyük hissəsini gəzdilər. Beləliklə, Fransız kinosunun ulduzunun damarlarında bir damla da olsa fransız qanı yoxdu. Əvəzində ərəb, türk və alman qanlarının partladıcı bir qarışığını daşıyır. Adjani ailəsinin öz evləri yox idi: Sosial Müdafiə Nazirliyi tərəfindən onlara ayrılmış kiçik bir evdə yaşayırdılar. Ailəsini qidalandırmaq üçün Məhəmməd mexanik olaraq işlədiyi qarajda səhərdən axşama kimi itirdi. Mənşəyini gizlətməyə çalışan atası heç vaxt qohumları və ya Əlcəzair qonşuları ilə söhbət zamanı ərəb dilinə keçməzdi. Məhəmməd fransızca heç bir vurğu olmadan danışsa da və Adjaninin adı Əlcəzairlə az oxşar olsa da, İzabell ailəsinin başqalarından fərqli olduğunu hiss etdi. O, hamı kimi olmalı olduğunu anladı, eyni zamanda özünəməxsus hiss etdi. Böyüdükdən sonra İzabell, ailələrinin hər cür ailə əlaqələrini rədd edərək bunun əvəzinə Fransa cəmiyyətinə inteqrasiyası üçün çətin bir dövr keçirdiyini başa düşəcəkdir.

19


İzabell erkən oxumağa vərdiş etdi. Tez-tez özünü nağıl və ya romantik romanların qəhrəmanı kimi təqdim edirdi. Təəccüblüdür ki, xoşbəxt sonluqlu kitablar onu cəlb etmirdi. Belə kitablar ona çox sadə və "saxta" görünürdülər. Komediyadan daha banal bir şey yoxdur! Həyat həqiqəti faciədədir. Bunu intuitiv başa düşdü. Yalnız faciədə insan özünü tamamilə ortaya qoya bilər! Bəlkə də buna görə gələcəkdə onun müvəffəqiyyətinə və dünya şöhrətinə səbəb olan faciəli rolları məhz bu idi. Kiçik İzabell kim olmaq istəmirdi! Ya aktrisa, ya bioloq, ya uşaq bağçasında müəllim, ya da rahibə ... Bu arzular çox idi ... Və yenə də aktrisa onun içində qalib gəldi! Axı, bu peşə, çevrilmə üçün unikal bir fürsət təmin edir. Tək bir həyatda hər kəsə çevrilə bilərsiniz! İzabell məktəb teatrında coşğuyla oynayırdı və bəzən rola o qədər alışırdı ki, hətta evdə valideynləri qızlarının obrazda olduğunu görürdülər. Bunun onları məmnun etdiyini demək olmaz. "Aktyorluq az insana bir parça çörək və bir tikə yağ qazandırır" - dedi ata, ancaq qızına müdaxilə etmədi. Hesab edirdi ki, İzabell məktəbdə oxuyur, belə şıltaqlıq edə bilər. Sonra isə valideynlər İzabelin psixologiyanı öyrənməsini və bakalavr dərəcəsi almasını israr etdilər. Adjani peşəkar psixoloq olmadı, ancaq gələcəkdə özünü və qəhrəmanlarını başa düşmək üçün bu çox faydalı oldu...

20


Böyük istedada sahib olan aktyor heç vaxt "öz" rejissoru olmadan onu aça bilməz. Eyni zamanda, hətta ən görkəmli rejissor istedadlı bir aktyor tapmasa yaxşı bir film çəkə bilməyəcək. Film çəkmək həm aktyor, həm də onu tapan rejissor üçün şanslı olduqda "iki tərəfli" bir prosesdir. Bunu rejissor Bernard Toublan Mişel də uşaq filmi üçün bir qəhrəman axtaran Paris məktəblərini gəzərək başa düşdü. Təsadüfən məktəbin həyətində bir skamyada hərəkətsiz oturan, məyus bir qız gördü. İfadəsi daim dəyişirdi: ya tutqun, bəzən sevincli, bəzən hirsli və ya sorğu-sual edici idi. İzabell hər zaman olduğu kimi, izlənildiyini bilmədən görüntü axtarırdı. Ertəsi gün bir studiya maşını Adjanini sınaq çəkilişlərinə aparmaq üçün məktəbə qədər getdi. Rola təsdiqləmək üçün yalnız bir “sınaq” lazım oldu! Beləliklə, 14 yaşlı İzabell Adjani ilk dəfə “Le Petit Bougnat” ("Kiçik kömür mədənçisi") uşaq filmində ekranlara çıxdı. İzabelin həyatındakı xoşbəxt təsadüflər zənciri davam etdi. Film, Fransanın ən nüfuzlu teatrı “Comedy Francaise” (“Komedi

Fransezin”) direktorunun diqqətini çəkdi və o, gənc istedadla tanış olmaq istədi. Nəticədə, İzabell, teatr tarixində 16 yaşında ciddi bir quruluşda əsas rolu həvalə edilən ilk aktrisa oldu. Zaman keçdikcə, “Comedy Francaise”də Adjani üçün böyük perspektivlər açıldı: ona klassik tamaşalarda üç əsas rol təklif edildi. Onun iştirakı ilə keçirilən tamaşaların biletləri bir ay ərzində satıldı. Bu zaman rejissor Klod Pinoto, öz “La Gifle” (“Şillə”) filminə, Annie Girardeau və Lino Venturanın qızı roluna aktrisa axtarırdı. Və “L'École des femmes” (“Arvadlar Məktəbi”) TV-də görəndə axtardığı qızın Adjani

21


DİNİM SEVGİDİR. RUHUM OLMADAN BƏDƏNİMİ, BƏDƏNİM OLMADAN RUHUMU VERƏ BİLMƏRƏM

olduğunu anladı. Lakin əvvəlcə Pinoto gənc aktrisanın tamaşasını canlı izləməyə qərar verdi. Və İzabelin həqiqətən səhnədə ağladığını biləndə çox təəccübləndi. Klod bir daha düzgün seçim etdiyinə əmin oldu. "La Gifle" filminin çəkilişi İngiltərədə baş tutdu. İzabell üç həftəyə ölkəni tərk etməli oldu və teatr istisna olaraq onun ayrılmasına icazə verdi. "La Gifle" filmindəki rol İzabell Adjani-yə perspektivli aktrisaya verilən Suzanne Bianchetti mükafatı gətirdi. Adjanin aktrisalığı Fransua Trüffonun diqqətini çəkdi və rejissor onu “L’Histoire d’Adèle H.” ("Adele G. Hekayəsi”) filminə dəvət etdi. Film Viktor Hüqonun uğursuz sevgi nəticəsində dəli olan qızı haqqında idi. Bəs Trüffo niyə 19 yaşlı İzabeli 33 yaşlı qadın rolunu oynamağı təklif etmişdi? "Yaş cəfəngiyatdır. Əsas odur ki, Adjani ekranı

22

alovlandıra bilir. Bundan əlavə, o, tamaşasına baxıb, ağladığım yeganə aktrisadır." Ancaq burada İzabelin teatrda qalıb-qalmayacağı ilə bağlı sual ortaya çıxdı. "Comedy Francaise" onunla 20 il müqavilə bağlamağa hazırdı! Ancaq aktrisa kinoya tamamilə imtina etməlidir! İzabell teatr tarixində misli görünməmiş bu təklifi rədd etməyə məcbur oldu - Adele oynamaq istədi. Qərar onun üçün çox çətin idi. Daha sonra aktrisadan teatrdan ayrıldığından təəssüfləndiyini soruşduqda, o cavab verdi: “L’Histoire d’Adèle H.”, bəlkə də karyeramın ən vacib filmidir və mən bu addımdan peşman deyiləm.” “L’Histoire d’Adèle H.” Fransada çox səs-küy yaratdı. Adelin rolu Adjaniyə yaxın idi. “Dinim sevgidir. Ruhum olmadan bədənimi, bədənim olmadan ruhumu verə bilmərəm” - deyə qəhrəman İza-


bell bildirir. Rolu o qədər gözəl oynadı ki, Oskara namizəd oldu. Çəkiliş zamanı Trüffonun xəyal edə biləcəyi istedadla yanaşı İzabell inanılmaz performans və fiziki dözüm göstərdi! Bundan sonra Adjani Polanski, Besson kimi rejissorların filmlərinə çəkildi. Rollarının demək olar ki, hamısı faciəli idi. 1981-ci ildə 26 yaşlı aktrisa ilk "Sezar" filmini "Possession” (“Sahiblənmə”) filmindəki roluna görə, 1983-cü ildə - “L'été meurtrier” ("Ölümcül yay") filminə görə aldı.

İyirmi yaşına çatan Adjani, Fransada birinci dərəcəli ulduz oldu. Onun fotoları vaxtaşırı parlaq jurnalların üz qabığında görünürdü. Amma aktrisa müsahibələri istəksiz verirdi: "Filmlərə ruhumu verirəm. Müsahibədə də ruhumu ortaya qoymağa başlasam, ümumiyyətlə məndən nə qalacaq?” Belə bir "sükut əhdi" üçün mətbuat, İzabelə “Turş limon” təxəllüsü verdi. Jurnalistlər Adjaninin sirr və lakonikliyindən əsəbiləşirdilər. Onun haqqında nələr yazmırdılar: QİÇS xəstəliyindən əziyyət çəkdiyini, "ağrılı müstəqillik hissi" keçirdiyini, hətta öldüyünü... Bəli, o zaman televiziyaya getməli və sağ olduğunu bildirdi. Hər şeydən əvvəl, müxbirlər

23


Adjaninin şəxsi həyatını necə gizlədə bilməsinə təəcüblənirdilər. Aktrisa heç bir sevgi münasibətində görünməyib, lakin hamiləliyi ilə bağlı davamlı şayiələr yayılır. Sonradan bu fakt aşkar oldu. Bütün Fransa mətbuatının üzünə sanki bir şillə vuruldu. Adjani evli deyildi, buna görə uşağın atasının kim olması məsələsi jurnalistlər üçün son dərəcə vacib idi. Adjaninin çəkildiyi bir neçə filmdə operator olan Bruno Nuitten olduğu ortaya çıxdı. Lakin İzabele uşağın atası ilə münasibətlərini qanuniləşdirmədi. Aktrisanın şəxsi həyatında yeni bir maraq, Camilanın müəllimi Roden ilə dəli sevgi hekayəsi olan "Camille Claudel" (“Kamille Klaudel”) filminin çəkilişinin başlaması oldu. Böyük heykəltəraş rolunu Jerar Departiye canlandırdı. Aktyorun hedonist mövqeyini bilən hər kəs, "kinematoqrafik" sevgi hekayəsinin çəkiliş prosesindən kənara çıxacağını gözləyirdi. Hər kəsin kədərlənməsinə baxmayaraq, heç bir şey baş vermədi. İllər sonra Departiye bu barədə xatirələrində yazacaq: “O günlərdə biz iki canavar idik. Siz sadəlövh, narsist, ayıq düşüncəli birisiniz. Mən ağır çəkili, həddən artıq ünsiyyətcil, səs-küylü adamam. Tamamilə bir axmaq kimi sizi aldatmaq, simpatiyanıza nail olmaq, sizin üçün lazımlı olmağı xəyal edirdim. Mən sizin kimi qadına daha öncə heç rastlamamışdım.” Adjani təkcə “Camilla Claudel” filmində baş rolu oynamış, həm də onun prodüseri olmuşdu və Bruno Nuitten bu filmdə rejissor kimi debüt etmişdi. Birgə iş onları daha da yaxınlaşdırmadı, əksinə... İndi İzabelin özünün dediyi kimi "münasibətdən sonrakı münasibət" artıq idi. O kiçik oğlu Barnabi ilə tək qaldı. Aktrisanın özündən heç olmasa bir şərh almaq üçün çarəsiz qalan jurnalistlər Brunonu təqib etməyə başladılar. Populyarlığı sevən deyildi və ayrılmalarının səbəbini qısa izah etdi: "İzabel xüsusi bir insandır. Qəribə, yad, bu dünyadan deyil. Buna görə də, çoxları onun psixikasının yaxşı olmadığını düşünə bilər. Maksimalist olduğundan kişilərin demək olar ki, heç vaxt bacarmadığı sədaqət tələb edir. Bu onun bütün sirridir.” Adjani hər dəfə məhkum bir sevgili obrazı canlandırdıqda, rolu üçün başqa bir mükafat və real həyatda başqa bir sevgi məyusluğu alırdı. "Camille Claudel" filminə görə aktrisa “Ən Yaxşı Aktrisa” nominasiyasında Sezar mükafatını aldı. Bu onun üçüncü Sezarı idi. Müsahibələrinin birində İzabel həmişə qadın qurbanları obrazlarının onu cəlb etdiyini etiraf etdi. “Niyə inanılmaz sevgi ilə başlayan həyatlar cəhənnəmin ən dibində bitir?” Və taleyi onu başqa bir sürprizə gətirdi: o, aktrisaya öz sualına cavab tapmaq imkanı verdi.

24


İzabel Adjaninin ingilis aktyor Deniyel Dey-Lyuis ilə qəfil münasibəti "Oskar" dakı görüşlə başladı. İzabel Camille Claudel-dəki roluna namizəd göstərildi, lakin mükafatı almadı. Deniyel "My left foot” (“Sol ayağım") filmindəki roluna görə Oskar qazandı. Fanat kütləsi vasitəsilə Adjani-yə tərəf getdi və atasının şair Sesil Dey Lyuisin şeir toplusu kitabını aktrisaya təqdim etdi. Evdə kitaba göz gəzdirən İzabel, kitabın arasından bir kağız parçası tapdı. “Burda, kinoda, Klaudelin məhəbbətdən dəli olduğunu gördükdə, həyatı boyu axtardığım qadın olduğunuzu başa düşdüm. Mənə deyin bütün qəhrəmanlarımız niyə sevgidən ölür? Belə sevgiyə inanırsız? Onda mənə inanmağa kömək edin. Deniyel Dey-Lyuis. Aktyor.” Onların münasibətləri sürətlə inkişaf etdi. Londona cəmi bir iki gün adıyla gələn aktrisa orada qaldı və kino dünyasını tərk etdi, oğlu Barnabini dayə və qohumlarına tapşırdı. Dostlarına və tanışlarına, onunla nə baş verdiyini soruşduqda, o cavab verdi: "Mən sadəcə sevirəm". Bir dəfə İzabel psixiatrik klinikadan gələn telefon zənginə oyandı. Məlum oldu ki, pyes zamanı Daniel, Hamletin atasının kölgəsində oynayan aktyoru, öz ölmüş atası təsəvvür edib. Bu iflas az qala intiharla başa çatıb. Tamaşanın dayandırılması lazım gəlib və aktyor ruhi əsəb xəstəxanasına göndərilib. Həkimlər ona elə yüksək dozada ağrı kəsicilər vurublar ki, Danielin dediyinə görə, bədənindən hər hansı bir ağrı hiss etmək qabiliyyəti əbədi olaraq "pozulub". "Heç nə hiss etmirəm," ağrının "nə olduğunu başa düşmürəm. İnsanlar şikayət etdikləri zaman, onların necə hiss etdiklərini bilmirəm." Ancaq əzabları səhnədə təsvir etmək mənim üçün çox xoşdur” – deyə, aktyor İzabelə etiraf edirdi.

MƏNƏ DEYİN BÜTÜN QƏHRƏMANLARIMIZ NİYƏ SEVGİDƏN ÖLÜR? Adjani Deniyelin çətin bir keçmişi olduğunu bilirdi: valideynlərinin boşanması, dükandan oğurluq, internat məktəbi və intihar cəhdi. İzabel sevgilisinə bacardığı qədər kömək etdi. Sonra yenə də sevginin psixoterapiyaya çevrilməyəcəyini başa düşmədi - əks təqdirdə sehr yox olacaq. Dey-Lyuis, dərin hiss etməyə qadir olmayan kişilər tipinə aid idi. Adjaninin bütün qurbanlıq sevgisindən qorxdu. Ona eyni cavab verməyə hazır deyildi. Buna görə də, tezliklə Deniyel xoşagəlməz asılılıq hissindən, özünə yaxşı məlum olan bir şəkildə qurtulmağa çalışdı - dəyişməyə başladı. Onun "Don Juan" siyahısına Julia Roberts, Jules-ett Binoche, Winona Ryder daxil idi. Altı il ərzində Adjani Londonda Dey-Lyuisin mənzilində yaşadı, demək olar ki, onu tərk etmədi. Yalnız vaxtaşırı telefonla oğlunun səhhəti barədə soruşurdu. Barnabli qəzəbli məktubunda bu barədə anasına xatırladacaq:

25


SƏN, SƏNİ HEÇ VAXT SEVMƏYƏN BU XAİNİ MƏNDƏN ÜSTÜN TUTDUN.

“Sən, səni heç vaxt sevməyən bu xaini məndən üstün tutdun. Nəticədə həm onu, həm də məni itirdin. Hansımız üçün daha çox ağladığını bilmirəm.” 1993-cü ilin əvvəlində Adjani yenə də Parisə qayıtdı və Kraliça Marqot filmində çəkilməyə razı oldu. Müsahibələrin birində aktrisa etiraf etdi ki, bu filmdə həyatında heç vaxt edə bilmədiyi şeyləri - sevgidə "zəhmli cəsarət" də oynamağa çalışdı. Margot İzabel o qədər gözəl idi ki, bütün tərəfdaşları - həm kişiləri, həm də qadınları kölgədə qoydu. Bu roluna görə dördüncü Sezar mükafatını aldı. Deniyel yenə peyda oldu. Bu dəfə diz çökərək İzabeldən onu bağışlamasını, onunla birlikdə İrlandiyaya getməsini və ən əsası - ondan uşaq dünyaya gətirməsini istədi. Adjani keçmiş kədərləri unutdurmaq qərarına gəldi, amma tezliklə sevgilisi yenidən yoxa çıxmağa başladı - əvvəlcə bir-iki gün, sonra - həftələrlə. Və artıq İzabel qərar verdi ki, onun üçün kifayətdir. Dey-Lyuisin mənasız yalanlarından və... gizlətmək istədiyi yeni bir hamiləlikdən xəstə idi. Adjani bir körpə gözlədiyini bildikdən sonra Deniyel ilə görüşdü və bu barədə ona məlumat verdi. Onu dinlədikdən sonra ayrıldı və... yox oldu. Nə telefon zəngi, nə məktub yoxdur - heç nə. Ancaq çox keçmədən, 1995-ci ilin yazında, İzabelin Qabriel Keyn adlandırdığı oğlunun dünyaya gəlməsindən sonra Deniyel yenə də peyda oldu. Artıq istədiyi vaxt oğlunu görə bilərdi. Aktyor məşhur dramaturq Artur Millerin qızı Rebeka ilə evlənmişdi. “Mən o vaxtkı kimi dəhşətli ağrı yaşamamışam. Mən sadəcə yox idim, yalnız yeni doğulmuş uşağı qorumaq üçün

26


mövcud olan qabıq idim” – etiraf edirdi sonradan İzabel "Femme" jurnalına verdiyi müsahibədə. Və paradoksal bir nəticəyə gəldi: onu məhəbbəti məhv etdi... "Possession", "L’Histoire d’Adèle H.", "Camille Claudel" filmlərində oynadığı qəhrəmanları kimi. Ən uğurlu rollarına görə sinirlərini tam ödəmişdir. İndi İzabel ümidsizlik və əzabın yaradıcı gücünə inanmırdı. Çoxları Adjaninin “ağ qarğa” olduğunu düşünür. Qəzetlərdə onun haqqında nələr yazılmayıb ki... Onu kişiləri qorxudan psixopat adlandırırdılar. Nisbətən sağalan İzabel nəhayət ki şəxsi həyatı haqqında açıq bir reportaj verməyə qərar verdi Bəziləri ona minnətdar idi, bəziləri şoka düşmüşdü. İndi normal bir həyat sürmək üçün Adjaninin yenidən fasiləyə ehtiyacı var - karyerası buna görə cəhənnəmə qaçsa da. “Mən təkcə çəkilişlərdə dərindən nəfəs alanlardan deyiləm. Mən yaşamağı sevirəm.” Bir müddət sonra İzabel İsveçrəyə getdi və orada bir ev aldı. Bir neçə ili yalnız oğluna həsr etdi. Tibet və Çin fəlsəfəsi öyrənməyə başladı. Bunun sayəsində özünü sevməyi öyrəndi: “Ruhumu azad etməkdən qorxmuram. Ruh güc üçün sınanmalıdır, əks halda inkişaf etməz... ” 2000-ci ildə, İzabel Adjani, “Champs Elysees”-də “Marigny” Teatrının səhnəsində "Kameliyalı Xanım" pyesində Marqarit Qotye rolunu oynayaraq özünün beş illik həbsini tərk etdi. Bir dəfə bir tamaşa əsnasında, İzabelin diqqətini ön sıradakı qara saçlı biri çəkdi. Bu məşhur fransız bəstəkarı Jan-Mişel Jarr idi. 2002-ci ilin iyul ayında “Paris Match” jurnalı rəsmi olaraq 47 yaşlı aktrisa və 53 yaşlı bəstəkarın nişanlandığını elan etdi. Yaxın dostları İzabeli evlilikdən yayındırmağa çalışır və Jan-Mişelin onu həmişə cəlb edən "təhlükəli" kişilərdən fərqli olmadığını bildirirdilər. Lakin aktrisa uzun illər tənhalıqdan sonra ilk dəfə aşiq olmuşdu. Bu günlə yaşayırdı və qarşıdakı toy barədə zarafatla deyirdi: “Səhəri ayrılsaq da, ürəyim qırılmaz. Jan-Mişel artıq ürəyimi illərlə isti edəcək

çoxlu xatirələr bəxş etməyi bacarıb. Mən əbədi sevgiyə inanıram? Bəli. Ancaq bir əhəmiyyətli düzəlişlə. Keçmişin kədərli təcrübəsi mənə təsirsiz ötüşməyib. Heç vaxt özümü bir kişiyə qurban verməyəcəyəm və onun üçün heç nə qurban verməyəcəyəm." Fransız rejissor Jean-Paul Rapno-nun "Bon Voyage!" adlı yeni filmində çəkilişini tamamladıqdan sonra, onların toy mərasimi 2004-cü ilin avqustunda Venesiyada planlaşdırıldı. Lakin bu dəfə İzabel münasibətə son qoydu. Adjani özü jurnalistlərə zəng vurub baş verənləri onlara açıq şəkildə söylədi: “Toydan bir müddət əvvəl Mişel vacib işlərinin olduğunu və iki həftə iş gəzintisinə getməli olduğunu bildirdi. Məlum oldu ki, o, bu vaxtı sevgilisi ilə Sardinya adasında keçirib. Toyu ləğv etdim və ona yeni bir dostla xoşbəxtlik arzuladım.” Hər şey yenə eyni ssenari üzrə baş verdi: xəyanət - və heç bir izahat. Ancaq bu dəfə Adjaninin ürəyi qırılmır. Əmindir ki, xoşbəxt sonluqlu eşq hekayəsi hələ qarşıdadır. Bu gün İzabel İsveçrədə yaşayır, ara-sıra Parisə gəlir. Həyatına yenidən başlamalı olsaydı, nə edərdi sualına isə bir cavabı var: “Hər şeyi tam tərsinə edərdim.”

Ruhumu azad etməkdən qorxmuram. Ruh güc üçün sınanmalıdır, əks halda inkişaf etməz...

27


Tərcümə: İbrahim Məmmədov

Richard Linklater

“BOYHOOD” filmi haqqında

28


Bir çox rejissor 12 il geriyə baxanda öz üslubunda və sənətində dəyişikliklər görür. “Boyhood”a baxdıqda siz öz işinizdə bunu görə bilirsiniz? Qəribə olsa da, cavab budur ki, “yox”. Mən demək olar ki, inkişaf etməmişəm, daha da yaxşılaşmamışam. Bunun tərtibatı belə olub. Yaxşı olar ki, siz mənim bu müddət ərzində çəkdiyim digər filmlərimə baxasınız. Bu filmdə isə bütün film boyu eyni ton, tərz və görüntü var. Mən bunları uyğunlaşdırmaq üçün çox çalışmışam. İdeya yarananda bunun bütöv bir film kimi hiss edilməsini istəyirdim. İzləyici yalnız filmdəki obrazların getdikcə necə böyüdüyünü, yaşlandığını hiss etməlidir. Filmdə başqa heç nə olmamalıdır. Əgər tərz dəyişsəydi, bu, çox sarsıdıcı effekt yaradardı. Bu mənim izləyici üçün yaratmağa çalışdığım və onların obrazların dünyasında olma həqiqətini dağıda bilərdi. Burada orta yol yox idi.

Siz filmdəki dünyanın inkişafını nə qədər əvvəlcədən bilirdiniz? Misal üçün, Masonun fotoqraf olacağını, ya da anasının ikinci dəfə evlənəcəyini bilirdiniz? Yaxud sualı belə qurum, süjet xəttini nə vaxt bildiniz? Bütün böyük dəyişiklikləri – evliliklər, boşanmalar, köçlər, onun kollecə getməsini, ümumiyyətlə filmin son kadrını da lap əvvəldən bilirdim. Fotoqraflıq məsələsinə gəldikdə isə, ali məktəbdə onun özünü ifadə edəcəyini bilirdim. Yazıçı olacağını düşünürdüm, Elların özünü tanıdıqca bir nöqtədə

onun qrupu olmalıdır deyə düşündüm – o, musiqi mərkəzi olan bir qəsəbədə yaşayırdı, atası musiqiçi idi. Musiqi qrupu təcrübləri haqqında film çəkəcəyimi düşünürdüm, çünki film bir qədər onun özü seçdiyi istiqamətdə gedirdi. Amma bu, belə olmadı, o, fotoqrafiya ilə maraqlanmağa başladı. Mən düşündüm ki, bu əladır. Bunu bəyənmişdim, o yaşlarda mən də foto ilə maraqlanırdım, çəkirdim, müşahidə edirdim. Bu sahə hekayəyə daha yaxşı uyğun gəlirdi və onunla eyni istiqamətdə irəliləməklə bağlı çox yaxşı nümunədir.

Bəs yaxşı, yaşlanmağı nəzərə almasaq və bütün finalı əvvəlcədən bilsəydiniz, filmi 12 il tez bitirsəydiniz, indiki ilə nə fərqləri olardı? Bu, maraqlı olardı. Mən 20 yaşlarımda deyildim, 40-larımda idim. Mənim bir yetkin insan kimi uşaqlarla öz münasibətim var idi və əlbəttə ki, bizim hər birimizin valideynlərimizlə münasibətlərimiz. Filmi bir ilə bitirsəydik, nəsə alınardı, amma sözsüz ki, belə olmayacaqdı. Bütün aktyorların bu müddət ərzində yığılan sərmayələri hər şeydən xəbər verir. Bu təcrübələr ikinci hissəni qurub. Son səhnələrin birində Patricianın çöküşünü izləyəndə ağlımdan keçən bu idi – “O bunu qazanıb”.

Hə, Patricia çox yaxşıydı. Qəbul etməliyəm ki, ilk dəfə baxanda onun necə yaxşı obraz yaratdığını gözdən qaçırdım və ikinci dəfəyə qədər qiymətləndirə bilmədim.

29


Bu bir az.. Hə, o səni filmə sürükləyənlərdən biridir, necə ki həyat sürükləyir. Sən ona qarşı tənqidi də ola bilərsən, çünki onda analığı həqiqətən görməyə bilərsən.

Siz Ellar və ailəsi ilə çox yaxınsınız? Onun ad günlərində iştirak edirsiniz? Düşünürəm ki, hə. Bir dəfə iştirak etmişəm. O, bacıoğlu kimidir, əsl ailə. Biz filmə gedəndə “Ellara da deyin, görün gələ bilir”? deyilir. Lorelei (Linklater, Richardın filmdə Elların bacısı kimi rol alan qızı) ilə tez bir zamanda qardaş-bacı kimi olmuşdular. Elların bacı/qardaşı yoxdur deyə, böyük bacının onun üstünə qışqırması, ya da yaxşı vaxt keçirmələri onun həyata baxışını müəyyən qədər dəyişdi.

Sizin qızınızın olduğunu nəzərə alsaq və bu istiqamətdə getdiyinizi düşünsək, əgər film “Girlhood” olsaydı, nə qədər fərqli olardı? Ümumiyyətlə film nə dərəcədə “Oğlan” filmidir? Filmə bir tərəfdən, xüsusi ilə ilk hissəsinə “Girlhood” adı vermək olar. Orada hər iki uşağın həyatından bəhs edilir və xüsusilə Patricia yanaşması var. Yəni əslində filmi böyük ölçüdə “Girlhood” və ya “Womanhood” da adlandıra bilərik.

Bəs on il heç kimin varlığından xəbəri olmayan filmi necə maliyyələşdirirdiniz? Öz cibinizdən? IFC. Mənim onlarla daha əvvəl iki filmim olub - “Waking Life” və “Tape”. Və onlar mənə hər il filmin çəkilişləri üçün lazım olan minimum bir neçə yüz mini verirdilər. Demək olar ki, heç kimə ödəniş edilməyib. Filmin çəkilməsini təmin etmək bizim hədiyyəmiz kimi idi. Bizim çəkilişlər üçün qabaqcadan heç bir proqramımız olmayıb. İrəliləyişlər daha çox plansız, kortəbii alınırdı.

30

.. bir az sıçrayış kimidir. Hamı üçün. Mən daha əvvəl də işlədiyim bir neçə prodüser ilə danışanda “Sən nə danışırsan?!” kimi reaksiyalar alırdım. Çünki heç də məntiqli səslənmirdi, amma mənim bəxtim gətirdi. Düşünürəm ki, ətrafda olduqca yaxşı, amma dəstək olmadığı üçün heç bir şey alınmayan çox sayda fikirlər dolaşır. Bu, kiçik büdcəli film idi və onlar seçimini etdilər. IFC haqlı idi, onların uzun müddətli planları vardı. Bu başlayanda onlar dağıtımla belə məşğul deyildilər, amma başladıqdan sonra həmin il deyəsən, 15 film çəkdilər. Dağıtım başladıqdan sonra isə bütün yol boyu bir film çəkdilər - mənim filmimi.

Filmlə bağlı şans məsələsi çox gətirib kimi görünür. İnsanlar deyirdilər: “Bu, çox risklidir. Birdən kimsə ölsə, onda necə?”. 4 əsas aktyor və mənimlə bağlı 12 il əvvəl əsas qəribə ehtimal o idi ki, biz hamımız bu gün burada olacağıq. Mən həmişə deyirdim ki, əsas statistik anomaliya sizin hamınızın hələ də burada olmağınızdır, filmdə yaşıl işıqlarla işləyən oğlanın hələ də bu sektorda eyni işi görməsidir.

Ya da şirkətin hələ də inkişaf etməsi... Eynən. Bir neçə il sonra mən təxmini belə düşünməyə başladım: “OK, bundan sonra maliyyə tapmaq daha asan olacaq, çünki artıq göstərəcək nəsə var. Budur 4 il”. Hər keçən il mən bitirəcəyimə daha da inanırdım. Ən çətin hissə isə başlanğıc idi.


İndi necə? Bugünki şərtlərdə filmi mümkün qədər çox tamaşaçıya necə çatdırmaq olar? Bu, baş verir. Bu, baş verir və inanılmazdır. İnsanlar filmə reaksiya verir. Keçən həftə Nyu-Yorkda və L.A.-da açılış etdik və çoxlu baxışa nail olduq. İnsanlar filmdə əlaqələr tapa bilirlər. Mən bunu heç vaxt təxmin edə bilməzdim. Düşünürdüm ki, siz filmi həqiqətən təsvir edə bilməyəcəksiniz. Bu, anlar haqqında filmdir. Film haqqında deyə biləcəyim heç nə insanları tələsdirib buna baxmağa sövq etməyəcəkdi. Mənim təxmin edə bilməyəcəyim, 12 illik strukturun özünün əsas məsələ olması idi. Mən ancaq storytelling perspektivindən yanaşırdım. Ancaq strukturun özünün daha əvvəl heç kimin görmədiyi bir şey olacağını düşünməmişdim.

Bəli, amma o struktur storytellinglə iç-içədir. Bəli, onlar eynidir.Tamamilə. Mən bilirdim ki, bu iş "cool" və təkrarolunmaz olacaq. Amma daha çoxu oldu.

Elə bir hissə oldumu ki, bir il daha davam etmək istəyəsiniz? Qətiyyən. 12 sinif yetərli idi. Növbəti kollecdir. Filmin özü də mənim uşağımı kollecə göndərməyim kimidir və bu, həqiqətən ağırdır.

Film məni öz həyatımla, bəzi kiçik anlarla bağlı düşünməyə vadar elədi – görəsən, mənim də uşaqlarıma vəd edib unutduğum nələrsə var?! Filmin süjet xəttində sizin şəxsi həyatınızdan hansısa ünsürlər və ya hekayələr yer alıb? Əlbəttə. Baş verənlərin hamısı mənim və ya əlaqəli hansısa şəxsin başına gələnlərdir. Hər bir hadisənin real əsasları var.

Məncə, insanlar buna da reaksiya verir. Film xüsusi, şəxsi hisslər yaradır. Bəli. Bu, çox xüsusidir, şəxsidir. Bu, böyük bir məsələ deyil, kiçik məsələlərin toplamıdır.

Siz filmin formasında çox dəyişikliklər edirsiniz - "Waking Life", "A Scanner Darkly", bu film və hətta “Before”da da. Bu, davam etdirməyi düşündüyünüz bir şeydir? Mən hekayəni necə danışacağımı düşünəndə beynimin işlədiyi şəkildə olmağa məcburam. Mən storytelling və kinematoqrafiya haqqında düşünmək üçün çox vaxt keçirirəm. Bununla bağlı həmişə nikbin olmuşam. İlk dəfə 20 yaşlarımın əvvəllərində film sahəsinə girərkən hiss edirdim ki, dünyada açıq ərazilər və danışılmamış hekayələr olduqca çoxdur. Bu yeniliklər məni həmişə həyəcanlandırır, coşdurur. Bunlarla bağlı film çəkmək olar? Bu, niyə də işə yaramasın ki?

Hələ də oradasınız? Bəli, hələ də oradayam..

31


ROBERTO BENİNİ

“PINOKKIO”

Tərcümə: Şahin Xəlil

HAQQINDA

32

12 mart 2020-ci ildə, real olmağı arzulayan, çox kasıb ailədən olan taxta bir oğlan haqqında dünyadakı ən məşhur nağıllardan birinin “tutqun” film versiyası, Matteo Qarronenin rejissoru olduğu “Pinocchio” (“Pinokkio”) nümayişə girdi. Bu nağıl aktyor və rejissor Roberto Benigni (Roberto Benini) nağılına çox bənzəyir: İtaliyada çox kasıb bir ailədə anadan olub, 2010-cu illərin əvvəllərinə qədər Hollivudun ən uğurlu aktyorlarından biri olsa da, sonra unudulub. İndi isə Jepetto obrazı ilə qayıdır. Roberto Benini yeddi ildən çoxdur filmlərdə oynamır - sonuncu dəfə Woody Allen-in (Vudi Allen) 2012ci ildə çəkdiyi "Roma sərgüzəştləri" filmində görünüb. XXI əsrin əvvəllərində yəqin ki, dünyanın ən məşhur kinematoqrafçısı idi: “La vita e bella” ("Həyat gözəldir") filmi ilə xarici filmlər üçün olduqca nadir olan (o bir İtalyandı) üç Oskar alıb. Benini şəxsən özü də “ən yaxşı aktyor” nominasiyasında laureat olub və Kann Qran Prisini qazanıb. Film təkcə “ən yaxşı film” nominasiyada qalib ola bilmədi və bu gün bu itkinin Amerika Film Akademi-

yasının böyük bir səhvi olduğu açıq-aşkar görünür: o vaxt Harvey Weinstein (Harvi Vaynşteyn) şöhrəti və strategiyası sayəsində ən yaxşı film “Shakespeare in love” (“Aşiq Şekspir”) olmuşdu. Benininin karyerası ümumiyyətlə zamanın nə qədər qəddar olduğunu və kainatın insanlar arasında film izzətini necə ədalətsiz şəkildə yaydığını göstərir. İtaliyada bir komediya ulduzuna çevrilib, Fellininin son “La voce della Luna” ("Ayın səsi") filmində, Carmuşun “Coffee and Cigarettes” ("Kofe və siqaretlər") və “Down by Law” ("Qanundan kənar") filmlərində rol alaraq, ən məşhur filmlərdən birini şəxsən çəkdi (yenə də "La vita e bella"). Yeganə səhvi, şəxsən rejissorluq etdiyi və 2002-ci ildə ekranlara çıxan “Pinocchio” (“Pinokkio”) filmi oldu. Bu film Fellininin özü tərəfindən hazırlanmışdı, amma nəticədə o qədər qəribə olduğu ortaya çıxdı ki, “Qızıl Moruğ”a (ən pis filmlərə təqdim olunan mükafat) namizəd oldu. Görünür, səhifəni çevirə bilmək üçün eyni hekayəyə qayıtdı, amma fərqli bir rejissorla. Matteo Qarrone, uşaq filmlərindən daha çox cinayət dramları ilə məşhurdur və ecazkar Benini ilə Pinokkio, təsəvvür edə biləcəyimizdən daha ağır formada ortaya çıxdı. Bəzi uşaqlar, seyr etdikdən sonra yəqin ki, bir həftə yatmayacaqlar.


Pinokkio ləqəbiniz olduğu doğrudurmu? Görünür, uşaqlığınızda yaramaz bir uşaq olduğunuz üçün verilib bu ləqəb sizə, elədir mi? - Mən Pinokkionun doğulduğuna inanıldığı Kollodi şəhərciyindən cəmi 20 kilometr məsafədə yerləşən kiçik bir kommunada anadan olmuşam. Bu şəhərcik Toskana, Florensiya yaxınlığında yerləşir. Buna görə anam beş yaşına qədər məni Pinoketto adlandırdı. Sonra dahi Federiko Fellini "Pinokkio" filmini çəkmək niyyətində olanda, məni daim bu obrazda canlandırırdı - Onun məndə məni bu obrazda cızma-qara etdiyi çoxlu rəsmləri də var. Bütün həyatım bu nağılın ətrafında qurulub. Və əvvəlcə Pinokkio, sonra Jepetto oynamaq üçün nadir fürsətim oldu – bu həm Hamlet, həm atasının kölgəsi kimidir. Məgər bu xəyal deyil? Jepetto üçün obrazlar, müxtəlif zarafatlar düşünmüşdüm. Lakin Qarrone fərqli bir şey təklif etdi və mən onunla razılaşdım. Jepetto – oğluna bağlı bir ata obrazı olacaqdı. "La vita el bella" filmində bir dəfə ata rolunu oynamışam. Ümumiyyətlə, mənim qəhrəmanım yarı Jepetto, yarı Pinokkio kimi idi - həm ata, həm də yalançı, amma yalanı yaxşılıq üçün istifadə edirdi. Ümumiyyətlə mən bu rol üçün doğulmuşam. Ailəm kasıb idi, atam Jepetto kimi bir dülgər idi. Beləliklə, doğulduğum gündən bu yana Pinokkio olmuşam.

Taxta oğlan haqqında hansı filmi daha çox sevirsən - Matteo Qarrone tərəfindən çəkilmiş, ya öz çəkdiyin? - Pinokkio mənim üçün bir oğul kimidir. Filmlər ümumiyyətlə uşaqlar kimidir. Ancaq Qarronenin “Pinocchio”-su mənim üçün ən yaxşıdır.

Bütün bu koronaviruslar olan bir

dünyada nağıl danışmaq nə qədər çətindir? - Bəli, işlər dünyada çox yaxşı getmir və İtaliya bu dünyanın bir hissəsidir. Buna görə bizə nağıllar lazımdır - həyat anlaşılmaz olduğuna görə dünyanın necə işlədiyini və özümüzün necə qurulduğumuzu bilmirik. Və "Pinokkio" yalnız uşaqlar üçün deyil, ümumiyyətlə hər kəs üçün bir kitabdır, içində şamanizmdən gələn bir şey var, çox qəribə bir şey. Bəlkə də buna görə o, hələ də sehrini qoruyur.

Nağıl payı az, siyasi bəyanəta əsaslanan film çəkməyi düşünmüsüz? - Oh, necə olduğunu bilmirəm. İstənilən filmim nağılvari də olsa, reallıq payı olsa da, sənədlilik payı yoxdu.

Bu gün sizi nə təəccübləndirir? - Məni? Məsələn, burda, Berlində oturub, belə müsahibələr vermək. Ümumiyyətlə, hər şey məni təəccübləndirir.

Fransis Ford Koppolanın da sizin iştirakınızla “Pinokkio” çəkmək istəməsi doğrudurmu? - Bəli, həqiqət budur ki, Koppola ilə 2000-ci ildə "La vita e bella" filmi yayımlandıqdan sonra, böyük fanatı olduğu Robin Uilliams vasitəsi ilə axşam yeməyində görüşdüm. Onun San Fransiskoda, düz Golden Gate körpüsü önündə, divarlarında məşhur rəssamların tabloları asılan möhtəşəm evində oturduq. Sanki ev deyil, opera və ya muzey idi. Və yemək sonrası Koppola mənə çəkmək istədiyi “Pinokkio” filmində Jepetto olmağı təklif etdi. Ancaq bu söhbət elə söhbət olaraq da qaldı.

33


Niyə Fellini sizinlə “Pinokkio”nu çəkə bilmədi? - Çox istədi, sadəcə xəstələndi. O günlərdə o mənə dedi: “Robertino – o məni belə çağırırdı, Robertino – Pinoketto, xahiş edirəm mənim üçün Pinokkionu çək.” Bu bir növ vəsiyyət idi.

Ümumiyyətlə Pinokkio, yoxsulluq hekayəsidir. Kasıb uşaqlığınız haqqında nə xatırlayırsınız? - Oskar axşamı mükafatı alanda dedim ki, valideynlərimə ən böyük hədiyyə yoxsulluq üçün təşəkkür edirəm. Zaldakı insanlar güldü, amma mən ciddi idim, zarafat deyildi. Ailəm o qədər yoxsul idi ki, üç bacım və valideynlərimlə eyni yataqda yatırdıq. Ancaq yoxsulluğumuz heç kədərli deyildi. Şahzadələr, aristokratlar kimi yaşayırdıq. Yaddaşımda uşaqlıq həyatımın ən xoşbəxt dövrüdür. Bəli, pul yox idi, amma biz bütün dünyanın sahibləri kimi idik. Biz Müqəddəs Fransisk kimi idik – belə yoxsulluq sizi zəngin edir. Atam və anam nə oxuya, nə də yaza bilirdilər. Ancaq gözəl valideynlərim mənə bir çox başqa şeylər öyrətdilər.

Bu gün zəngin olmaq sizin üçün çətindir? - Yox yox. Adətən varlılar pula xəsislik edirlər. Mənim üçün pul həyatda ən vacib şey deyil. Əvvəllər edə bilmədiyim, amma indi edə bildiyim nə var ki? Bir yox, iki fincan qəhvə sifariş etmək? Həyatım kasıb olduğum dövrdə olduğu kimi sadə qaldı.

34


Sizin, Robin Uilliamsın sahib olduğu kimi bir sarayınız var? - Xeyr, saray deyil, adi bir evim var. Bu məsələ ilə əlaqədar xatırladığım budur ki, Uilliamsla görüşməmişdən əvvəl bir dəfə Cim Carmuşun filmində bərabər çəkildiyim, dostum, müğənni Tom Waits-in (Tom Veits) dəvəti ilə onunla yeməyə getdim. Lakin məlum oldu ki, Tom meşədə, damı deşik olan bir evdə yaşayır. Yemək zamanı otağa yağış yağırdı, siçovullar qaçırdı.

Artıq siçovullarla yaşamadığınıza sevinirsiz? - Bəli, uşaqlıqda bu gün mənim üçün mövcud olan şeyləri xəyal edə bilməzdim. Robin Uilliamsın mənə təyyarəsindən istifadə etməyimə icazə verdiyini xatırlayıram. Həyat yoldaşım Nikoletta Braski və mən Los-Ancelesə getməli idik və Robin bizi Liz Taylor və əri ilə birlikdə nahar etmək üçün oraya şəxsi təyyarəsində göndərdi. Mənə dedi: "Roberto, bəlkə Lizi haradasa çəkə bilərsən, çünki onun hazırda layihələri yoxdur." Onu filmə çəkmək nədir, Taylor ilə görüşməyi xəyal belə edə bilməzdim.

Sinyor Benini, bu rol üçün daha az vəhşi, dəli və sakit olmalı idiniz? - Xeyr, mən dəli deyiləm, yalnız vəhşiyəm! Çünki vəhşilik gözəllikdir – deyib şair. Həyatda zorakı

olmalıyıq. Ancaq sualı tam başa düşmədim, nə demək istədin? Rejissorluqdan uzaqlaşması sualından Benini məharətlə qaçır.

Rejissorluğa qayıtmaq istəyirsiniz? - Bəli, əlbəttə ki, çox xoşuma gəlirdi. İtaliyada teatr və televiziya ilə çox məşğul idim: Dante Aliqierinin “İlahi Komediya” tamaşasını bütün dünyada oynadım, tur 19 il davam etdi; bir çox TV, həm də İtaliyada. Kinodan uzaqlaşdım. Təkcə Vudi Allendə çəkildim. İndi isə Pinokkio ilə qayıtdım. Düşünürəm ki, gələn il yeni bir filmlə məşğul olacam, niyə də olmasın.

Süjet nə haqda olacaq? - Süjet... Hə, mənim üçün bir fikriniz varsa, məmnuniyyətlə sizi dinləyərəm. Bəlkə elə bu müsahibə zamanı hər şeyi hazırlayacağıq?

Budur sizin üçün bir fikir: bəlkə “Amarkord” kimi avtobioqrafik bir şey çəkəsiz? - Görünüşünüz mükəmməl uyğun olardı. Mən özüm haqqında danışmağı xoşlamıram, ona görə yox. Dünyada məndən daha çox maraqlı şeylər var.

35


Robert

EQQERS

THE

L IGH T HOUSE filmi haqqında

Tərcümə: Zümrüd Quluzadə


E

ggers sərt, 19-cu əsr nağılına bənzəyən bu film üçün su pərilərini, bortları, simvolistika sənətkarlarını, gizli mifləri və daha bir çox şeyi araşdırmışdı. Robert Eggers 2015-ci ildə özünün müstəmləkə Amerikası dövründə qurulmuş, qəribə, vəhşilik və dəhşət doğuran süjet xəttinə sahib “The VVitch” (“Cadugər”) filmi ilə rejissorluq debütünü etmiş, film 2016-cı ildə kinoteatrlara çıxarılmışdı. Eggersin yeni filmi olan “The Lighthouse” (“Mayak”) eyni dərəcədə qəribəliyə sahibdir: film biri Robert Pattinson, digəri Willem Dafoe olmaqla iki mayak gözətçisindən bəhs edir. Film tamamilə sərbəst və təhlil edilməsi çətin süjet xəttinə sahibdir: qışqıran su pəriləri, sirli və hipnotik işıq, əsəb oynadan qağayılar və partlayışa səbəb ola biləcək sonluq. Eggers bu tərz şeyləri sevir. O, mürəkkəb tədqiqatlara və içində dövr təfərrüatları toplanmış materiallara can atır. “The Lighthouse” üçün o, qardaşı və müəllifliyini birgə etdiyi Maks Eggerslə bir araya gələrək sanki unudulmuş bir mifdən qoparılan dəniz əfsanəsinə bənzər nağıl ərsəyə gətirir. (Hekayənin bir hissəsi həqiqətən də real əsaslara dayanır) Aktyor heyəti ilk ssenarini oxuduqları andan öz razılıqlarını vermişdilər. Dafoe mənə dedi ki, Eggers mənə ssenarini verdi və dedi: “Bax, bu film ağ-qara olacaq, biz onu Nova Scotia-da çəkəcəyik, bunun üçün ayrıca mayak da tikəcəyik və hər şey açıq havada baş verəcək və orada yalnızca sən və Rob Pattinson olacaqsınız. Hə yoxsa yox?”. Və Dafoe artıq heyətdə idi. Mən özüm Eggerslə filmin premyerasından bir neçə həftə əvvəl Nyu Yorkda qarşılaşdım. Biz su pəriləri, araşdırmalar, miflər, bütpərəstlik, simvolistika sənəti, Mobi Dik və təbii ki də qeyri-müəyyən sonluqlar üzərindən müzakirələr apardıq. Bizim müsahibəmiz isə belə oldu:

ALISSA WILKINSON: - Bu filmi hansısa kateqoriyaya aid etmək çətin olar, lakin mənim fikrimcə bu, əfsanədir; iki lənətlənmiş ruhun özlərini təmizə çıxartma çabası haqqında əfsanə. Bunlardan hər hansı biri filmin ssenarisini yazarkən ağlınızda idimi?

ROBERT EGGERS: - Əfsanə və ya mif ideyası bu prosesimizin ən başda duran ideyalarından idi, təbii ki də. Mən işə atmosferlə başlayıram. Mənim qardaşımın bir ideyası - Mayakı idarə edən bir kabus mənim gözümün önündə bu hissin, dünyanın yaranmasına səbəb oldu. Sonra isə biz ikisinin də adı Thomas olan mayak gözətçiləri və onların mayakda qapalı qalmaqları və sonda birinin ölməsinə dayanan, özü də real hadisələrə əsaslanan bir hekayə yazmaq qərarına gəldik.

ALISSA WILKINSON: -Demək istəyirsiniz ki, belə bir şey doğurdan yaşanıb?

ROBERT EGGERS:

-Bəli, yaşanıb. Hadisə 19-cu əsrin əvvəllərində Uelsdə baş verib. Təbii ki, dildən-dilə nağıl kimi dolaşdığına görə hekayənin nə qədəri “doğrudur” deyə bilməyəcəm, lakin bu real hadisədən bizim hekayəyə çox xırda detallar adaptasiya olunub; məsələn, hər iksinin adının Thomas olması. Elə o an mən düşündüm ki, “bu film şəxsiyyət haqqında olmalıdır və onu bacardığımız qədər qəribə, qaranlıq yerlərə aparmalıyıq.” Və beləcə biz dövr mayakları və dəniz icmaları haqqında araşdırmalara başladıq. Bu cür insanlar nə ilə qidalanır? Nə geyinirlər? Harada yaşayırlar? Və necə yaşayırlar? Biz hətta bu insanların necə danışdığını bilmək üçün Herman Melville, Robert Louis Stevenson və digərlərini oxuduq. Bütün bu proses boyu isə biz artıq hekayənin gözlərimiz qarşısında necə canlandığını görə bilirdik. Biz sonra özümüzə “Yaxşı bəs bu hansı nağıl, hekayə və ya əsatirə uyğun gəlir axı?” sualını verdik və başa düşdük ki, “Prometey və Proteyin adları daha əvvəl hansısa yunan əsatirində hallanmayıb, amma deyəsən bu elə onların hekayəsi olacaq.” Sadəcə Prometey bu yolla daha əvvəl onda görünməmiş bir-iki xasiyyətə yiyələnmiş olacaq, bu qədər. Belə baxanda klassik yazıçılar bunu daima ediblər.

37


ALISSA WILKINSON: - Mən bu yaxınlarda “Downtown Abbey” (“Dountoun Abbatlığı”) və “Parasite” (“Parazitlər”) kimi bir neçə film izləmişəm və bu filmlərdə evin müxtəlif təbəqələri ev sakinləri üçün fərqli mənalar daşıyır - onlar kiminsə dünyadakı yerini, sahib olduğu gücü, hətta ruh halını belə ifadə etməyə qadirdir. Bəs siz mayakı dizayn edərkən obrazları hekayənin müxtəlif yerlərinə yerləşdirərkən bu haqda düşünmüşdünüzmü? “The Lighthouse”dakı təbəqələr məncə kifayət qədər dərin mənaya malikdir.

ROBERT EGGERS: - “The Lighthouse” elə bu əsaslarla qurulub. Qardaşım və mən daima filmin şəkillərini, incəsənətini, arxitekturasını açır və daha da zəginləşdirirdik. Və beləliklə, siz, Mircea Eliade-nın “İşıq və toxum” haqqında məqaləsinə rast gəlirsiniz və düşünməyə başlayırsınız “bəli, fallos və ondan çıxan işıq kimi…” nə isə, başa düşürsünüz də mən nə demək istəyirəm. Və bu, sizə filmdə olan hadisələr və əşyalar üçün bələdçilik edir.

ALISSA WILKINSON: - “döşəmələri elə sil ki, balina dərisi kimi par-par parlasın” cümləsi mənə təbii ki də Mobi-Dik əsərini xatırlatdı, hərçənd o əsərdə balina anatomiyası barəsində xeyli səhv məlumat var. Bəs siz bu filmə aid tarixi dəqiqliklər üçün nə qədər narahat idiniz?

ROBERT EGGERS: - Mən hadisə və əşyaları əsaslandıran adamam. Bəzən olur ki, biz məsələləri uzadırıq, lakin bütün proses tədqiqatlara əsaslanır. Fiziki


aləmin, maddi dünyanın yaradılması ilə mən hər şeyin bacardığım qədər dəqiq olmağına çalışırdım. Mən demirəm ki, bu digər yanaşmalardan daha pis və ya daha yaxşıdır, sadəcə mənim üçün ən uyğun yanaşma budur. Bütün əməkdaşlarım da bu fikirdədir və buna görə də biz nə istədiyimizi çox yaxşı bilirdik. “Yaxalıq daha yaxşı olmazdımı? Obrazı nə daha yaxşı ifadə edə bilər?” və sairə üzərindən müzakirə belə aparmırdıq. Biz sadəcə “yaxalıq var? nə edəcəyini bilirsən” deyirdik. Ediləcək seçimlər o qədər çoxdur ki, araşdırmalar zamanı sizin üçün seçimlərin yaranması xoş bir haldır.

ALISSA WILKINSON: - Filmin üzərində işləyərkən istinad kimi istifadə etdiyiniz şəkil və fotolar var idimi?

ROBERT EGGERS: - Bəli, “The VVitch” filmi ilə müqayisədə - hansı ki, fotoaparatların olmadığı bir dövrdən danışır - bu film üzərində işləmək bu cəhətdən çox əyləncəli idi. Tonlarla şəkil var ki, bu fotosübutların sayəsində biz maddi dünyanı çox asanlıqla yarada bildik. O ki qaldı, hekayənin önəmli mifoloji motivlərinə, mən incəsənət tarixi sənətindəyəm və simvolistika sənətini də çox sevirəm. Təbii ki, Robert Pattinsonun və Willem Dafoe personajları belə bir mayakda ilişib qaldıqları üçün o dövrün simvolistik hərəkatından bixəbər idilər. Lakin (simvolistik sənətkarlar olan) Jean Delville, Sasha Schneider və Arnold Böcklin və digərlərinin işləri su pərisinin və son səhnənin yaradılmasında böyük rol oynadı.

ALISSA WILKINSON: - Su pərisini dizayn etmək üçün tədqiqatlarınız hansı yöndə idi?

ROBERT EGGERS:

- Əslində, su pərisi ilə əlaqəli ən diqqət çəkən tərəf onun heç bir simvolist rəsmdən götürülməməsidir. İlkin su pərisi rəsmlərində - bunu “Starbucks” fincanında da müşahidə edə bilərsiniz - su pərisinin parçalanmış bir quyruğu var idi. Beləliklə, onların insanlarla necə işləyə biləcəyi aydın idi. Ancaq diqqət yetirdik ki, Victoria su pərilərində bu yoxdur, buna görə bir həll yolu tapmalı idik və köpək balığı cinsiyyət orqanı oradakı araşdırmada bizə kömək oldu.

ALISSA WILKINSON: - Həmçinin, sizin yaratdığınız su pərisi olduqca qorxulu idi. Çoxumuz Ariyelə (red: Disney personajı) öyrəşmişik.

ROBERT EGGERS: - Əlbəttə. Lakin o, anti - Ariyeldir. O və dəniz filmdəki tək iki qadın obrazıdırlar. Və deyə bilərəm ki, onlar filmdəki ən güclü personajlardır.

ALISSA WILKINSON: - Yaxşı. Maraqlısı odur ki, mayakdakı bu iki adam daima fənər otağındakı işıqdan, o sanki bir qadın obrazı imiş kimi danışırlar. Onun üstündə dalaşırlar. Willem-in canlandırdığı obraz hətta “Ona məndən başqa heç kim toxunmayacaq” deyir. Bu, məndə “The VVitch” filmindəki kişi və qadın obrazların enerjisi arasındakı fərqin hekayənin böyük bir hissəsi olduğundakı kimi bu hekayədə də belə bir vurğuya yer verildiyinə dair bir ideya yaratdı.

ROBERT EGGERS: - Willemin obrazı, öz bütpərəst dünyasında, işığı ancaq “o” (qadın cinsi) kimi görə bilirdi, amma məncə o linzalar əslində iki-cinslidir. Biz ona kosmik yumurta deyə bilərik, elə deyilmi?

39


ALISSA WILKINSON: - Bəzən mən işimin bir parçası olaraq hansısa filmi analiz edərkən spoyler vermiş oluram və bunu biz “sonluğu izah edənlər” adlandırırıq ki, insanlar nə ilə qarşılaşacaqlarını bilsinlər. Bu filmlə isə heç özüm bilmirəm ki belə bir şey edə biləcəm ya yox. Redaktorum bunun necə bir film olduğunu soruşanda: “bu hər açıqlamaya qarşı gələn bir filmdir” - demişdim.

ROBERT EGGERS: - Dünən ekran işində bir nəfər məndən: "Niyə sən Robun (Pattinson) filmin sonunda gördüklərini filmə çəkmədin?" soruşanda mən: "Əgər görsəydin, eyni aqibət səni gözləyəcəkdi”- dedim.

ALISSA WILKINSON: - Bu, “The Ring” (“Üzük”) lənəti kimi bir şeydir? Axı “The Lighthouse”un məqsədi “bunu anlamaq” olan bir tapmaca qutusu filminin tamam əksidir.

ROBERT EGGERS: - Açığı mən belə düşünmürəm. Bu, çox qəribədir, çünki bir çox insan “The VVitch” filmi üçün də “sonluq heç məmnunedici deyil” deyirdi. Amma anidən hamı “The VVitch filminin sonluğu elə məmnunedicidir ki” deməyə başladı. İndi də bu filmin sonluğu heç kəsi məmnun etmir. Amma baxmayaraq ki, mən və qardaşımın Robert Pattinsonun obrazı və onun keçmişi haqqında cavablarımız var, biz bu sualları tamaşaçı üçün cavabsız qoyduq. Rob həmişə məndən obrazın keçmişi haqqında soruşardı. Mən isə ona, “Bax, bunların

40


hamsı işə yarayar, ancaq sən özün qərar verməlisən, yoxsa səhnəni oynaya bilməyəcəksən.” Və əgər biz işimizdə uğurlu olduqsa, demək ki bir tamaşaçı olaraq qeyri-müəyyənlik sizi filmə cəlb etməlidir. Biz hər yerə böyük-böyük, açıq-aşkar yazılarla “Dəniz qağayısını öldürmək uğursuzluqdur” yerləşdirdik. Alfred Hitchcock olsaydı deyərdi ki, “Bunu həddən artıq açıq şəkildə bildirdiniz.” Anlayıram. Lakin biz qəsdən bunun üstündən keçdik. Çünki daha sonra əvvəlkilər qədər vacib digər ekspozisiya xətləri də yaranır, hansı ki tamaşaçını “Dayan, dayan! Necə?” deməyə səsləyir. Ümid edirəm ki, bunu bacara bildik.

etməyim haqdadır. Və düzünü deyim, mən başqa ölkələrə səyahət edən zaman Amerika cəmiyyətinin bu qədər çox Anqlo-Protestant mədəniyyətinə yönəlik olduğunu görəndə təəccüblənirəm. Və iş ondadır ki, puritanlar özləri bunun fərqində olmasa da, özləri ilə yetəri qədər batil inanc və bütpərəstlik birləşdirən şeylər gətirmişlər. Və əlbəttə ki, dəniz kifayət qədər güclü olduğu üçün onun haqda da irfan və batil inanclar mövcuddur. Bilirsiniz necədir, batil inancdan tutmuş kanonik dinə qədər bütün inanc sistemləri bütün bu xaosa bir məna verməyə çalışır. Buna görə də dənizçilərin batil inancları çoxdur.

ALISSA WILKINSON: - Demək istəyirsiniz ki, siz elə bir film çəkdiniz ki filmə baxan film bitən kimi ona bir daha baxmaq istəyəcək.

ROBERT EGGERS: - Təbii ki, kim bunu istəməz. Bu hər zaman yaxşıdır. Çünki əks halda biz bir ağ-qara film üçün o qədər çox bilet sata bilməyəcəyik.

ALISSA WILKINSON: - Məncə alınacaq. Məni həm “The VVitch”in, həm də “The Lighthouse”ın erkən Amerika kontekstində bütpərəstlik və bütpərəst əşyalar haqda olması faktı cəzb edir. Bəs bu sizdə necə maraq oyadır?

ROBERT EGGERS: - Okkultizm dövrünə aid folklorlar, miflər, nağıllar və din mənim ən çox maraqlandığım şeylərdir. Yəni ki, hə. Ancaq, ümumilikdə bu filmlərin hər ikisi mənim şüurlu şəkildə öz yaşadığım ərazinin folklor mədəniyyətini kəşf

41


ALISSA WILKINSON: - Mən bir dəfə Mobi-Dik barəsində bütöv bir kurs götürmüşdüm və orada biz bir çox dinlər haqda - kalvinizm, zərdüştlük və…

ROBERT EGGERS: - Bəli, dediyim kimi. Əgər az da olsa okkultizm haqda bir fikriniz yoxdursa, 19-cu əsr ədəbiyyatının böyük bir qisminin mənasını çatdırmaq sizə çətin olacaq. Necə ki, intibah dövrü rəsm əsərlərini. Bunun üçün siz katolik simvolizmini və sonra isə bu simvolizmin tərsini bilməlisiniz, çünki o dövrdə insanlar bunun içində idi. Lakin mən hər nə qədər də Howard P. Lovecraft-ı sevsəm də heç vaxt filmin hekayəsinin – Willem Dafoe Daqon sektasının bir parçası oldu, Pattinson isə Kodeksi tapıb dəniz rünləri ilə (H. P. Lovecraftın əsərlərindən alıntılar) qaçdı - olmasını istəməzdim. Əsla. Əsla. Əsla.

42


TƏSADÜFİ FİLMLƏR DİVARI

43


Tərcümə: Kənan Bağırov

U S T A

F O T O Q R A F ,

Y O X S A S I N E M A

44

R E A L L A Ş M A Y A N X Ə Y A L L A R I ?


SINE M A

XƏYAL L ARI .

İ

smayıl Cemin atası “İpək Film Şirkəti”nin sahibi İhsan İpəkçi, əczaçı Dacat bəyin ən yaxşı müştərilərindən biri idi. Saray sinemasının sahibi Müsyo Franko ilə şərik olan İpəkçiyə film lentlərinin yuyulması prosesi zamanı istifadə edilən kimyəvi maddələr, aseton və yapıştırıcı satırdı. İpəkçi, Dacat bəyin tez-tez makiyaj şeyləri və krem verdiyi dostu Muhsin Ərtoğrulla birlikdə ilk filmi “Ankara postası”nı çəkmişdi. Dacat bəy İpəkçi studiyalarının sahibi dostundan oğlu Aranı yanına köməkçi kimi qəbul etməsini xahiş etmişdi. Studiyaya gedib gəldikcə filmə ehtirasla bağlanan Ara, kinoteatrlara gələn bütün filmləri izləyirdi. Oğlunun sinemaya olan bu marağını görən Dacat bəy Araya, yeni il hədiyyəsi olaraq 35 mm-lik “Ernemann Kinox III” model bir film projektoru aldı. Almaniyanın “Krupp” firması tərəfindən istehsal edilən və o dönəmin kinoteatrlarında üst modellərinin istifadə edildiyi “Ernemann” çox bahalı bir hədiyyə idi. Çox sevinən Ara, projektoru qoltuğuna vurub məktəbdə, ailə məclislərində film göstərməyə başladı. Hər şənbə “İpək Film”ə gedib ödəniş etmədən bir çamadan film alırdı. Təkcə cibindən çıxan, hər biri 301 metrəlik filmlərin sarıldığı iri kasetləri daşıyan qapıçıya verdiyi bəxşiş idi. “İşə yaramaz, nə edəcəklərini bilmədikləri filmləri İpəkçilərin qapıçısından 3,5 lirə qarşılığında alıram. Yığınla film, 3,5 lirə... Müdürü qapıçıya tapşırıb ki, Dacat bəyin oğlu hər şənbə günü gələcək, ona film ver. Mən də gedib o dövrün puluyla qapıçıya bəxşiş verib, on kaset film alıram. Vaxtında o kasetləri saxlasaydım bugün dünyanın ən zəngin kinematiginin sahibi idim. Möhtəşəm filmlər var idi...bitirib, yenilərini alırdım.” Filmləri çox maraqla qarşılanırdı amma sanki səssiz olduqları üçün nələrsə əksik idi. “Uşaqlığımda ixtiraçı tipim var idi, hər şeyi bir – birinə qarışdırıb, çoxlu təcrübələr aparırdım. Elektrik naqillərini bir-birinə paralel-maralel bağlayıb, lövhələr hazırlayırdım, uzaqdan idarəedilməli cihazlar hazırlamağa çalışırdım.” Özünə görə icadlar edən Ara, səssiz olan bu projektoru səsli vəziyyətə gətirmək üçün projektorda müəyyən düzəlişlər etmiş və filmlərdən səs gəlməyə başlamışdı. Aranın ən sevimli filmi isə, öz xərcliyi ilə İpək Filmdən aldığı və satışda tapılmayan “Məhşər” adlı dünyanın sonundan bəhs edən film idi. Aranın sinema həvəsi cızığından çıxmışdı. “Film göstərməkdən məktəbdə davamiyyətim olmadığına görə 3 il eyni sinifdə qaldım. Ailəm məktəbə getdiyimi

düşünürdü, amma mən gedib müxtəlif məkanlarda film göstərirdim. Hər il əlavə məktəb pulu ödədiklərinə görə yəqin ki, onlar da bilirdilər bu vəziyyəti.” Aranın film həvəsi onun təkcə təhsilinə təsir etməmişdi. “İndiki Divan otelindən hərbi mərkəzə qədər olan erməni qəbiristanlığının divarlarına film posterləri asılırdı. Mən bu posterləri sökürdüm. Təzə yapışanlar rahat qopurdu. Bu qopardıqlarımla poster kolleksiyası yığırdım.” Aranın film xəyalları hərkəsi dəhşətə gətirən hadisə ilə sona çatdı... “Doğan Film Studiyası”-na gəlib-getdiyi günlər idi. Bu dövrdə kinoteatrlar Ərəb “işğallarına” məruz qalmışdı. “Doğan Film Studiyası” da Yusif Vəhbi, Əbdülvahab, Ümmü Gülsümün kinoteatrları izləyici ilə dolduran filmlərinin dublyajlarını hazırlamaq üçün təşkil edilmişdi. Məktəbli Ara, Cahidə Sonku, Ferdi Tayfur, Ədalət Cimcoz, Safiyə Ayla, Cem Karacanın atası Mehmet Karaca və Mahmud Moralı kimi adlarla birlikdə çalışırdı. Ara, studiyada səsləndirmə texniki kimi çalışan Joachim Filmeridesin bacarıqlarına heyran idi. Studiyada Misirli Yusif Vəhbinin filmlərindən birinin dublyajı hazırlanan vaxt texniklərdən biri yeni hazırladığı treyleri

45


göstərmək üçün bütün komandanı arxa tərəfdəki kiçik studiyaya çağırır. Treyler izləndikdən sonra hərkəs yerinə qayıdır. Texnik projektoru söndürməyi unudur. Beləliklə, kaset od tutub yanmağa başlayır. Digər studiyada olan komandanın yanğından xəbəri olmur. Amma temperaturun artdığını hiss edən Ara qapını açdığı zaman alovun içərini bürüdüyünü görür. “Ulan yanırıq” dedim. Çölə çıxdıq, yadıma düşdü ki, paltom içəridə qalıb. Geri qayıtdım. Paltomu alıb, yenidən çölə çıxmaq istədiyim vaxt gördüm qarşımda bir nəfər qaçır. Alovun ona çatmaması üçün otaqdan otağa keçdikcə qapıları arxasıyca bağlayırdı. O vaxtı qapılar tək tərəfli açıldığıdan, qapıya özümü zorla çatdırıb, ayağımı qapının arasına ilişdirirdim ki, qapı bağlanmasın. Bu adamın mənim içəridə olmağımdan xəbəri belə yoxdu. Dama çıxaraq oturub yanğını izlədim, getməyə başqa yerim yox, dayandığım damın aşağısı yansa başqa dama tullanacam...” Ara Gülər sinema ilə bağlı xəyallarını italyan rejissor Giuseppe Tornatorenin “Cinema Paradiso” filminə bənzədir. Filmdə də sinema aşiqi bir uşağın çalışdığı studiyada yanğın baş vermiş,

bütün məkan və içəridə olan hərşey yanaraq kül olmuşdu. “ Məşhur “Cənnət sineması” sanki mənim həyatım, rolda da mən oynayıram” Bu hadisələrdən sonra daha diqqətli olmağa çalışan Ara, sinema təhlükəsizlik vəsiqəsi ala bilmək üçün imtahan verdi. O imtahana sonradan rejissor olub, 91 film və 43 senariyə adını yazdıran Orxan Aksoy ilə birlikdə girdi. “Ömrümün çox hissəsi sinema, film ilə keçib,

46

dublyaj, film yuma, montaj, filmlə bağlı bütün hoqqalardan başım çıxır amma bir məndən başqa hər kəs sinemaçı oldu bu məmləkətdə...” Bütün bu həvəs və əziyyətlərə baxmayaraq, Ara Gülər sinema sahəsi ilə sonuna qədər gedə bilmir. Amma fotoqraf olduğu dönəmlərdə də film sahəsi ilə əlaqələrini kəsmir, müxtəlif rejissorlarla, aktyorlarla görüşür, müsahibə alır, müxtəlif festivallara jurnalist qismində qatılır. Daim onunla maraqlanır.


A R A G Ü LƏ R X AT I RƏ LƏ R I N D Ə K A N N F I L M F E ST I VA L I Beynəlxalq yayım şirkətində çalışdığı və dil bildiyi üçün işə başladığı “Yeni İstanbul” qəzeti özləri üçün Kann film festivalını izləyib- izləməyəcəyini soruşduğu zaman Ara Gülərin sevincinin həddi-hüdudu yox idi. Dərgidə Kann festivalını Suavi Sonar (foto-jurnalist) izləyirdi. Türk mətbuatının Kannla maraqlandığı məlum idi. Ara, Kann film festivalına dünyaca məşhur aktyor və rejissorlarla görüşmə fürsəti kimi baxarkən, özüylə eyni dərgidə çalışan Suavi Sonar “Kannın sonuncu çılpaqları” başlığlı reportajında Kann gözəllərini kobra ilanlarına bürüyərək fotolarını çəkirdi. “Mənim də çox yaxın dostum olan Suavi Sonar moda işlərinə diqqət ayırırdı çünki moda butiki var. Səhifəni hazırlayırdı, əlinə də bir aparat aldı. Qızbazın biridir. Bu üsullarla qız tovlamağa çalışırdı.” “Həyat” dərgisinin 1957 baharında çıxan saylarında “Kannda dekolte fotolar belə çəkildi” başlığlı yazıya aid fotoda Suavi Sonar artist olmaq xəyalı ilə Kanna gələn bir gənc namizədin sinə dekoltesini açmağa çalışırkən görünürdü. Aralıq dənizinin qızmar günəşi altında yuyulan Kann kurort şəhərindən bir neçə gün öncə qayıdan Suavi Sonar festival sonrasını danışır: “Gənc, məşhurluq yolunda irəliləyən bu qız ətrafında yığılan fotoqraf izdihamını foto jurnalistimiz Suavi Sonara borcludur. Təbii ki, qızın öz səyi də az rol oynamamışdır. Necə deməlisiniz? Suavinin tövsiyyə elədiyi kimi, dekoltesini biraz da genişləndirməklə. Ondan sonrası rahat oldu. Sahilə gedildi, fotolar çəkdirilməyə başlanıldı...”

“İndi bir çox adam aktrisaların bədən şəkillərini çəkmək üçün gedir. Başa düşürsən? Bizim müdirlər də “Kann festivalında ancaq qadın şəkilləri çəkilir” deyə düşünür. Onları ancaq çılpaq qadınlar maraqlandırır. Belə deyil. Kann festivalında başqa şeylər də var. Amma bizimkilər bunlarla maraqlanmaz. Ora həqiqətən məşhurlar gəlirdi. Məsələn, Orson Wellesi, Alberto Moraviyanı, böyük senarist Cesar Zavatini, bəzən Alberto Lattuadani, Vittorio De Sicani, Jean Maraisi, Jean Cocteaunu görür və onlarla dostluq qururdun.” Nüfuzu, şöhrəti jurnalistləri həyəcanlandıran böyük adları da... “Biz foto jurnalistlər festival sarayının qapısında məşhurların fotolarını çəkirdik. Bütün məşhurlar yanlarındakı yaraşıqlı kavalelərlə gəlirdi. Birdən- birə hərkəsin yerə yıxıldığını, insanların qışqırdığını gördüm. Mən jurnalistlik həyatımda foto jurnalistlərin bu qədər həyəcanlandıqlarını görməmişdim. Mən də çox həyəcanlı idim. Kimsə gəlirdi. Amma görəsən bu kim idi? Çəlimsiz, balaca boylu, kəndli formasında bir adam gəlirdi. Bu Pikasso idi. İngiltərə kraliçası gəlsə heç kim bu qədər əl-ayağa düşməz, həyəcanlanmazdı. Bu qarışıqlıqda ancaq 2 foto çəkə bildim.” Kann festivalı Ara Gülərin kariyerasında yeni yolların açılmasına vasitəçi olmuşdu. Nəzih Tavlaşın Ara Gülər haqqında yazdığı bioqrafiya kitabı əsasında...

47


Tərcümə: Şahin Xəlil

ENNIO MORICCONENİN HƏYAT QANUNLARI

M

ən 1928-ci ildə doğulmuşam. 194344-cü illərdə Romada müharibə gedirdi. Çox çətinlik çəkmişik – yemək bəs etmirdi, heç nə tapılmırdı. Müharibədən sonra mən, amerikalı, kanadalı və britaniyalı musiqiçilərlə işlədikdə, onlar mənə pul əvəzinə yemək verirdilər. Bunu, aclığın necə geniş miqyaslı olduğunu təsəvvür etməyiniz üçün deyirəm. Mən sözün əsl mənasında ailəmi yedirmək üçün işləyirdim. Kinobiznesdə olan heç kimdən, məni hansısa layihəyə götürməsini istəməmişəm. Mənim düşüncəm belədir: “Əgər rejissor mənim işimi bəyənirsə, o özü mənə zəng eləməlidir”. Bir gün nəhayət ki, mənə zəng etdilər. Sonra bu təkrarlanmağa başladı. İnsanlar anlamağa başladılar ki, mən bu işi bacarıram və

48

karyeram zirvələrə doğru yüksəlməkdədir. Hər şey bu cür başladı və bu gün də mənə zəng edirlər. Kinoya çox getməsəm də, kino izləməyi sevirəm. Komersiyaya hesablanmayan, yəni sənətə yaxın olan filmlərə üstünlük verirəm. İlk dəfə 16 yaşımda, İtaliya konservatoriyasında bəstəkarlıq təhsili alanda bəstəkar olmaq haqqında düşündüm. O zaman anladım ki, mən bu işi ömrümün sonuna qədər görə bilərəm. Özümü biləndən musiqiyə qarşı ehtirasım olub. Heç kim mənə bu barədə ağıl öyrətməyib. Hər şey özlüyündə baş verib. Təkcə atam kömək edib. Altı yaşım olanda o mənə not və bir neçə alətdə ifa etməyi öyrədib.


Musiqi beynəlxalq olmalıdır. Auditoriyanın səni anlayıb, anlamayacağını nəzərə almalısan. Söz verməyin. 35 yaşım olanda xanımım Mariyaya dedim: “Okey, 40 yaşım olanda mən filmlərə musiqi yazmaqdan imtina edib, təkcə əsl sənətlə məşğul olacağam”. İndi 87 (müsahibə zamanı bəstəkarın 87 yaşı olub) yaşım var və hələ də filmlərə musiqi bəstələyirəm. Düşüncədə bir melodiyanın doğulduğu, gələcək bir əsərin ideyasının formalaşdığı, hər hansı bir yaradıcılıq prosesinə xas olan əzabın sona çatdığı həmin sehrli anın dəqiq bir tərifini vermək çox çətindir. Kişi ilə qadın arasındakı sevgi kimidir - əvvəlcədən təsvir edilə bilməz. Tarantinonun mənə göndərdiyi ssenarini xatırlayıram. Orda nə qədər detal var idi... Əslində belə oxunuş mənə dəhşət darıxdırıcı gəlir, amma həmin an hər şey tərsinə oldu – mən aydın şəkildə filmi görə bildim. Kventin, bura, Romaya gəldikdə, mənə vestern çəkəcəyini dedi. Mənə görə isə, film vestern yox, vestern dekorasiyalı macəra filmi idi. Ona görə mən Sergio Leone üçün yazdığım musiqidən fərqli bir musiqi yazdım. Musiqiyə ironiya qatmağa çalışdım. Bununla da filmi vestern saymadığıma vurğu etmiş oldum.

49


Öncə film, sonra musiqi – bunu hər zaman beynimdə saxlayıram. İşləyəcəyim rejissoru tanıyıb, sevməyim vacibdir. Əlbəttə, ssenari də vacibdir. Layihənin uğurlu olması üçün hər ikisi lazımdır. Amma rejissor əsas amildir. Əgər o yaxşıdırsa, demək ssenari də yaxşıdır. Bəstəkar rejissora, re j i ss o r bə stə ka ra güvənməlidir. Əks halda heç nə alınmayacaq. Rejissoru şok etmək – mənim hədəfim deyil. Əslində bu etmək istədiyimin tam əksidir. Özümü rejissora surpriz edəcək bir çəkidə və mövqedə hesab etmirəm. Əsl bəstəkar (mənim kimi) hər şey edir – musiqi yazır, partitura hazırlayır, oranjiman edir. Bu gün belələri çox azdır.

50

Roma futbol klununa a zə r keş l i k ed i rə m . Oyunlarına gedirəm mi? Xeyr, artıq getmirəm. Evdə, televizorda izləməyi üstün tuturam. Mənim burda böyük ekranlı televizorum var. Roma qalib gəlikdə isə, gedib yatıram. Musiqi ya z m a ğ ı sevirəm, amma həm də ailəmlə vaxt keçirməyi də sevirəm. Şahmat oynamağı da sevirəm. Vaxt tapan kimi məmnuniyyətlə şahmat oynayıram. Əgər məndən olsaydı, hər iki ildən bir Oskar qazanardım. Hollivudda mənə təmənnasız olaraq villa hədiyyə etmək istəyirdilər. Mən isə cavab verdim: “Təşəkkür edirəm, amma İtaliyada mənə rahatdır”. Məni özünə məhdudiyyət qoyan biri hesab edə bilərsiz, amma özümü məhdudiyyətli hesab etmirəm.



İŞIQLA ÇƏKİRƏM  ISIQLACEKIREM


© ANDREAS GURSKY RHEIN II ALMANIYA, 1999


Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər. Jurnalda yayımlanan məqalələrdən müəlliflərin icazəsi olmadan istifadə etmək qadağandır. © Bütün hüquqlar qorunur.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.