...Kamran Rüstəmova
2018-CI ILIN ƏN YAXŞI FACEBOOK SƏHIFƏSI
filmfictionmagazine
ŞAHIN XƏLIL Redaktor NURLAN BABAZADƏ Art Direktor TURAL ƏLISOY Məsul şəxs NURANƏ AXUNDZADƏ PR menecer FUAD ALQAYEV MƏTLƏB MUXTAROV MİR BAĞIR Fotoqraf ELTAC ZEYNALOV
ƏLAQƏ: filmfictionmagazine@gmail.com filmfictionmagazine filmfiction
Şef redaktor
BU SAYDA
08 14 16 20 22 24 26 38 40 46
HEÇLIK VƏ BOŞLUQ: İNQMAR BERQMAN VƏ MIKELANCELO ANTONIONI
8 MADDƏDƏ NURI BILGE CEYLAN
ALEXANDRO QONZALES İNYARITTU
SƏN
MIXAEL HANEKE
BƏHMƏN QOBADI MÜSTƏQIL ABŞ REJISSORLARI: “MARTIN SKORSEZE”, “CIM CARMUŞ”, “POL TOMAS ANDERSON”
TABUTTA RÖVAŞATA TARKOVSKIDƏN SONRA... ALEKSANDR SOKUROV VƏ ANDREY ZVYAGINTSEV
VON KAR VAY
HEÇLİK VƏ BOŞLUQ:
İNQMAR BERQMAN VƏ MİKELANCELO ANTONİONİ
Tərcümə: Məlahət Qurbanəliyeva
film fiction
MİKELANCELO ANTONİONİ
M
ikelancelo Antonioni 29 sentyabr 1912-ci ildə İtaliyanın şimalında, Ferrarada anadan olub. Rejissor uşaqlıq illərini xatırlayarkən belə deyib: “Atam cəmiyyətdə yerini, necə deyərlər, özü öz gücünə qazanıb. Həm atam, həm də anam çox kasıb ailələrdən idilər. Anam uzun illər fabrikdə işləyib. Odur ki, evimizdə xırda burjua ailələrinə məxsus bir ab-hava hökm sürürdü.” Gənclik illərində Antonioni tavernalara baş çəkir, zadəganlarla ünsiyyət saxlayır, yaxşı tennis oynayır və sıravi ailələrdən olan qızlarla məhəbbət macəraları yaşayırdı. Tennisdən əlavə, Mikelancelo rəsmlə məşğul olur və skripka çalırdı. 1935-ci ildə Antonioni Bolonya Universitetinin İqtisadiyyat fakültəsini bitirir. Antonioninin teatra olan marağı məhz tələbəlik illərində yaranır. O, digər tələbələrlə bir yerdə Pirandello, Obsen və Çexovun əsərlərini səhnələşdirir, özü tamaşa və resenziyalar yazırdı. Həmin dövrdə Antonioni Roberto Rosselini ilə birgə “Pilot geri qayıdır” (A Pilot Returns, 1942) filminin senarisi üzərində işləyir və Fransada “Axşam qonaqları” (Les visiteurs du soir, 1942) filminin çəkilişlərində Marsel Karnenin rəhbərliyi altında rejissor-stajor kimi çalışır. 1947-ci ildən etibarən, o, sərbəst şəkildə əvvəl sənədli, sonra isə bədii filmlər çəkməyə başlayır. Rejissorun ən bütöv və səmimi filmlərindən biri 1957-ci ildə çəkilmiş “Fəryad” (Il Grido) filmi idi. Filmin baş qəhrəman işsiz qalmış və həyatın onu saldığı bu dalandan çıxmaq üçün intihardan başqa çıxış yolu görmür. Rejissor Monika Vitti ilə ilk dəfə bu filmdə işləməyə başlayır. Onların bu iş birliyi və yaxın dostluğu gələcək on il ərzində izləyicilərin diqqətini cəlb edəcək. İtaliyada “Fəryad” diqqətdən kənarda qalsa da, xaricdə və ilk növbədə Fransada çox böyük uğur qazandı. Film Kann festivalında jüri mükafatı, kinomətbuat assosiasiyası mükafatı və gənc tənqidçilər mükafatını qazandı. 1960-cı illərdə ekrana çıxmış “Macəra” (L’Avventura, 1960, Kann festivalında xüsusi mükafat), “Gecə” (La Notte, 1961, Qərbi Berlində əsas mükafat), “Gün tutulması” (L’Eclisse, 1962, Kann festivalında xüsusi mükafat) və “Qırmızı səhra” (Red Desert, 1964, Venesiya kinofestivalında əsas mükafat) filmlərindən sonra Antonioni dünyaca məşhurluq qazandı. Vahid üslub və müəllif manerası ilə birləşmiş bu filmlər başqa dünyalara bənzəməyən unikal dünya – Antonioni dünyasını yaradırlar. Rejissorun rəfiqəsi, onun “qəmgin muzası”, aktrisa Monika Vitti isə həmin dünyanın
təcəssümü olur. Vittinin qəhrəmanları kədər, yalnızlıq, mövcudluğun mənsızlığından əziyyət çəkən, ətraf mühitlə qarşılıqlı anlayış axtaran müasir italyan qadınlarıdır. Antonioni “tənhalıq” və “soyuqluq” rejissoru kimi tanınır. “Sight and Sound” jurnalı beynəlxalq səsvermə nəticələrinə uyğun olaraq, “Macəra” filmini bütün zamanların ən yaxşı filmi sıralamasında ikinci yerdə, Antonioninin özünü isə Sergey Eyzenşteyn, Çarli Çaplin, Jan Renuar və Orson Uelsdən sonra beşinci yerdə müəyyən edib. “Qırmızı səhra”dan sonra Antonioni İngiltərədə Xulio Kortasarın “İblisin tamahı” hekayəsi əsasında “Fotoböyütmə” (Blow-up, 1966) filmini çəkir. Bu əsərini o, artıq Monika Vittisiz yaradır. Burada Antonioni saxta detektiv süjetdən istifadə edir. Parkda baş vermiş qətli təsadüfən çəkən fotoqraf daha sonra bu qətlin həqiqətən də baş vermiş olduğuna dair dəlillər axtarmağa başlayır. Reallığın xarici görkəmini “çəkmək” olar, lakin həqiqət daima müşahidəçidən gizlənmiş olaraq qalır. Dünya məna və mahiyyətdən məhrum olmuş xəyali oyunun qaydaları ilə yaşayır (filmin son səhnəsində pantomim aktyorlarının topsuz tennis oynaması epizodu heç də təsadüfi epizod deyil)... Film Kann kinofestivalında “Qızıl palma budağı” qazanıb və kinematoqrafın sonrakı inkişafına böyük təsir göstərib. Antonioni Amerikaya gedir. Orada isə tələbə üsyanı qızışmaqdadır. ABŞ-ın qərbində o, tələbə yığıncaqlarında çəkilmiş sənədli kadrlardan istifadə edərək, gənc Mark və Dariyanın məhəbbət hekayəsini çəkir. “Zabriski-Point” (Zabriskie Point, 1970) filminin əsas səhnələri, sanki reallıqda deyil, yuxuda baş verir. Antonioni öz hiss və duyğularından kənara çıxmaq istəmir. Alberto Moraviya qeyd etdiyi kimi, “Antonioni üçün Amerika sevmək və sevilməyin çətin olduğu Zabriski Point səhrasıtək quru torpaqdır. Lakin sevgi elə həyatın özüdür. Odur ki, bizim hal-hazırda gördüyümüz Amerikanın həyatın özü ilə ədavəti var.” Amerikada xəyal qırıqlığı yaşamış Antonioni Çinə üz tutur. Orada rejissor Çin xalqı, onun tarixi və mədəniyyətinə qarşı dərin hörmətlə dolu və yeni həyatı real əks etdirən üç saatlıq xronometraja malik “Çin” (Chung Kuo, Cina, 1972) sənədli filmini çəkir. Gözlənilmədən bu film çinlilərin qəzəbinə səbəb olur. İş burasındadır ki, filmin əvvəlində Antonioni yalnız hökumətin icazə verdiyi çəkilişləri göstərdiyini qeyd edib. Antonioninin keçirdiyi ilk insult da elə bu dövrə təsadüf edir.
...EVIMIZDƏ XIRDA BURJUA AILƏLƏRINƏ MƏXSUS BIR AB-HAVA HÖKM SÜRÜRDÜ.
film fiction
Rejissorun növbəti filmi “Peşə: reportyor” (Professione: reporter, 1975), demək olar ki, macəra janrında çəkilib. Bu film sənədli film çəkmək üçün Afrikaya yollanan insanın hekayəsidir. Afrikaya gəldikdən sonra baş qəhrəmanın əlinə vəfat etmiş birisinin sənədlərini götürməklə sözün əsl mənasında, başqa birisi olmaq imkanı düşür. Cek Nikolsonun qəhrəmanı inanılmaz azadlıq ərəfəsində durduğunu düşünən bir insanın həvəsi ilə bu avantüraya əl atır... İspaniya, Afrika, İngiltərə və Almaniyada çəkilən film layiq olduğu uğuru qazanır. Bu filmdən sonra Antonioni ortaq sovet-ital yan filmi “Çəlpələng”i lentə çəkmək üçün SSRİ-ə köçür. O, Orta Asiyaya etdiyi unikal səyahəti ərzində onun təbiəti, insanları və adətlərinə heyran qalır. Bununla belə, sovet rəhbərliyi tərəfindən senariyə bəzi düzəlişlər etmək təklif olundu. Bununla razılaşmayan Antonioni İtaliyaya qayıtdı. Kino, ədəbiyyat və rəsm Antonioni üçün ayrılmaz vahid idi. “Eynaudi” nəşriyyat evində onun “Tibr üzərində kegelban” kitabı işıq üzü görür. Kitabda yer almış 33 hekayənin hər biri kağız üzərində yazılmış film idi. Antonioninin rəsmlərindən ibarət kolleksiya Venesiya biennalesində sərgilənib. 1985-ci ildə rejissor ikinci dəfə insult keçirir və nəticədə bədəninin sağ tərəfi iflic olur və Antonioni danışıq qabiliyyətini itirir. Rejissora Enrika Fiko qulluq edirdi. Onlar 1971-ci ildə Romada tanış olmuşdular. 1986-cı ildə aralarında 40 il fərq olmasına baxmayaraq, Fiko Antonioninin xanımı olur. Onun qayğısı hesabına Antonioni hərəkət etmək qabiliyyətini yenidən qazanır. Lakin danışıq qabiliyyəti qayıtmır. Antonioni uzun müddət ərzində film çəkə bilmirdi. Onun kimi hərəkətli biri üçün bu, əsl faciə idi. Antonioni özünü boşluğa düşmüş kimi hiss edirdi. 1995-ci ildə Antonioni dörd epizodlu məhəbbət hekayəsi olan mürəkkəb, hissiyyatlı “Buludlar arxasında” (Al di là delle nuvole) filmini çəkir. Filmdə dörd il və dörd cütlük təsvir olunur. Cütlüklərdən birini Marçello Mastroyanni və Janna Moro canlandırır. Filmdə, həmçinin, Fanni Ardan, Sofi Marso, Con Malkoviç, İren Jakob və İnes Sastre yer alırlar. Bu filmlərin çəkilişində Antonioni özünəməxsus diktator üsulu ilə göstərişlər verir, Enrika bu göstərişləri “tərcümə” edirdi. 1996-cı ildə rejissorun evdə olmamasından istifadə edən oğrular onun evini yarıb, “Qızıl palma budağı”, “Oskar” və “Qızıl şir” mükafatlarını oğurlayıblar. 1997-ci ildə keçirilmiş Kann festivalında rejissora “Fotoböyütmə” filminə verilmiş əsas mükafatın nüsxəsi təqdim olundu. 90 illik yubileyini Antonioni Romadakı Kapitoli sarayında qeyd edib. Həmin gecə dahi Mikalencelonun əsəri olan saray divarlarının daha bir dahi Mikelancelo tərəfindən işıqlandırıldığı söylənildi. Həmin gecə rejissor öz hekayəsi “İki teleqram” əsasında “Əkiz qüllələr” filmini çəkməyi planlaşdırğını elan etmişdi... Mikelancelo Antonioni məşhur işveç rejissor İnqmar Berqmanla eyni gündə – 30 iyul, 2007-ci il tarixində 94 yaşında vəfat edib.
film fiction
İNQMAR BERQMAN
E
rnst İnqmar Berqman 14 iyul 1918-ci ildə Upsalada dünyaya gəlib. Balaca İnqmar özəl gimnaziyada oxuyur, kino və teatrla maraqlanırdı. 19 yaşında olarkən evdən qaçır. O, “Dramatik” studiyada işləyir, parklarda uşaq tamaşalarını səhnələşdirir, özü tamaşa yazır və nəhayət, Mülki evdə özünün balaca teatrını yaradır. Tələbə teatrının direktoru Klas Xuqland Berqmanın tamaşalarından biri, “Kasparın ölümü” tamaşasını səhnələşdirir. Premyera uğurlu keçir və Berqman birillik müqavilə bağlayır. “Mən daimi iş yeri olan, işinə vaxtlı-vaxtında gələn, senariləri korrektə edən, dialoqlar və gələcək filmlər üçün ərizə yazan hörmətli bir şəxsə çevrildim.” 25 mart 1943-cü ildə İ.Berqman gəzən aktyorlar truppasından tanış olduğu Elsa Fişer ilə ailə qurur. 1943-cü il Miladdan bir gün öncə onların qızları Lena dünyaya gəlir. Stokholm Universitetinin ədəbiyyat və incəsənət fakültəsini bitirdikdən sonra 1943-cü ildə Berqman Helsinqborq Şəhər Teatrına direktor təyin olunur. Elsa Fişer xoreoqraf kimi rəfiqəsi Ellen Lundströmü məsləhət görür. O, gözəl, zərif və istedadlı qız idi. Qısa müddət ərzində onlar arasında çox yaxın münasibətlər yaranır. Nəticə etibarilə, 1945-ci ildə Ellen Berqmandan hamilə qalır və iyulun 22-də Berqman ikinci dəfə evlənir. 1946-cı ildə Berqman Göteburqdakı daha iri Şəhər Teatrında rejissor vəzifəsinə təyin olunur və növbəti üç il ərzində orada işləyir. Bu andan etibarən, Berqman daimi olaraq drammatik teatrlarla rejissor və bədii rəhbər kimi iş birliyi qurur. 1963-cü ildə o, İsveç Milli Teatrına rəhbər təyin olunur. 40-cı illərin ortalarından etibarən Berqman öz gücünü kinematoqrafiyada yoxlamağa başlayır. Bir-birinin ardınca “Sevgimiz üzərinə yağan yağış” (It Rains on Our Love, 1946), “Hindistana gəmi” (A Ship Bound for India, 1947), “Liman şəhəri” (Port of Call, 1948), “Həbsxana” (Prison, 1949) filmləri işıq üzü görür. Rejissorun ilk işləri pessimizm və üsyançı ruhla qeyd olunur. Misal üçün, “Həbsxana” filminin qəhrəmanlarından biri deyir: “Həyat ölümə gedən qəddar və əzablı yol-
dan savayı bir şey deyil”. İsveçli kinoşünas Rune Valderkanç yazır: “İnqmar Berqman müharibə sonrası gəncliyin ümidsizlik və nəzakətə olan aclığını, güman ki, digər bütün rejissorlardan daha güclü şəkildə ifadə edə bilib. Onun qəhrəmanları həyat yolunda azmış, cəmiyyətdən atılmış, özlərini itirmiş insanlardı. Onların kəskin reaksiyalı və güzəştə getməyi bacarmayan insanlardır. Gəncliyin idealizmi, inam axtarışı, eyni zamanda, həm ilhamlandırır, həm də tərbiyə edir.” Berqmanın ailəsi isə böyüməkdə idi. 1948-ci ilin yazında Ellen əkiz övladlar dünyaya gətirir. Ailə böyüdükcə maliyyə çətinlikləri də artırdı. 1951-ci ildə nümayişlərə qoyulan verginin artmasına etiraz olaraq, İsveç kino sənayesi film istehsalını dondurdu. İnqmar üçün bu, böyük zərbə idi. Onun üçüncü həyat yoldaşı jurnalist Qun Qrut oğul dünyaya gətirmişdi və işləmirdi. İnqmar isə üç ailə dolandırmalı idi. “Mənim altı övladım var idi. İşlərimsə, heç yaxşı getmirdi və buna görə əhvalım da heç yox idi”. Odur ki, rejissor ailələrini dolandırmaq üçün reklam çəkirdi. Film istehsalına qoyulmuş embarqo aradan qaldırıldıqdan sonra Berqman ard-arda iki təsirli film çəkir: özünün müəllifi olduğu “Qadınlar gözləyir” (Waiting Women, 1952) və Per Anders Foqelströmün romanı əsasında çəkilmiş “Monika ilə yay” (Summer with Monika) filmləri. “Monika ilə yay” filmi kiçik büdcəli film hesab olunurdu. Çəkiliş qrupu Urnyö adasında yaşayır və çəkiliş aparmaq üçün hər səhər xarici şxerlərdə yerləşən ekzotik adalar qrupuna yollanırdı. Berqman öz kitabında yazırdı: “Film
film fiction
çəkilişləri güclü erotik hislərlə müşayiət olunur: aktyorlarla yaranan münasibətlərdəki yaxınlıq və qarşılıqlı çılpaqlıq”. Onun aktrisa Harriet Andersson ilə yaşanmış romanı Qun ilə boşanmasına səbəb oldu. “Yay gecəsinin təbəssümləri” (Smiles of a Summer Night, 1955) filmi Kann kinofestivalında xüsusi mükafat qazandıqdan sonra Berqman beynəlxalq miqyaslı məşhurluq qazanır. “Mənim pula ehtiyacım var idi. Odur ki, ən yaxşı yolun komediya filmi çəkmək olduğunu düşündüm. Mən qarşıma çətin texniki tapşırıq qoyub, qəhrəmanların riyazi nisbətini – kişi-qadın, kişi-qadın – yaratmaq istədim. Filmdə dörd cütlük var. Onları əvvəlcə qarışdırmaq, sonra isə bərabərlik yaratmaq lazım idi”. 1957-ci ildə Berqman özünün şah əsərlərindən biri olan “Yeddinci möhür” (The Seventh Seal) filmini çəkir. “Svensk filmindustry” filmi 2 şərtlə çəkməyə razılıq vermişdi: film kiçik büdcə ilə cəmi 35 gün ərzində çəkilməli idi. Berqman isə öz növbəsində, çəkiliş məkanı kimi studiyanın arxa həyətindən istifadə etməklə bu tapşırığın öhdəsindən gəldi. O, tez-tez O`Nilin sözlərini xatırlayırdı: “Drammatik incəsənət insanla Tanrının münasibətlərinə cəmlənmirsə, o, heç bir maraq kəsb etməyəcək.” “Yeddinci möhür”də rejissor Cəngəvarlə Ölüm arasında olan mübarizə, insanların məşəl günü qarşısındakı qorxularına aid əfsanə alleqorik şəkildə təqdim olunub. Filmin adı Müqəddəs İohannın “Apokalipsis” adlı vəhyindən götürülüb: “Və O, yeddinci möhürü götürən zaman göy üzü, sanki yarım saatlıq səssizliyə büründü”. Ölümlə rastlaşan Cəngavər nə məqsədlə yaşadığını anlamaq üçün ondan zaman istəyir. İnqmar Berqmanın özünün etirafına görə, bu film sayəsində rejissor özü ölüm qarşısında olan qorxusundan azad olub. 1956-ci ildə Berqman doğma şəhəri Uppsalaya baş çəkir. Burada onun ağlına “tamamilə real olan, lakin birdən qapını açaraq öz uşaqlığına düşdüyün, daha sonra başqa qapını açaraq yenidən reallığa qayıtdığın və bundan sonra hər hansı döngədən həyatının başqa bir dövrünə düşüb, o yaşama qoşulduğun” bir film çəkmək gəlir. Beləliklə, keçmiş və bu günün, yuxularla reallığın, xəyallarla gerçəkliyin qəribə şəkildə birləşdiyi “Yabanı çiyələklər” (Wild Strawberries, 1957) filmi yaranır. Tibb professoru Viktor Şöström yaşadığı həyatı haqqında düşündükcə əxlaqi həqiqətin yaxınlara sevgidə olduğunu başa düşür. “Yabanı çiyələklər” Qərbi Berlin kinofestivalında “Qızıl ayı” mükafatına layiq görülür. 1959-cu ili yadda qalan etmiş hadisələrdən biri rejissorun növbəti dəfə evlənməsi oldu. İstedadlı və məşhur pianoçu Kebi Laretey Berqmana növbəti oğlan övladı dünyaya gətirir. 1960-cı ildə Berqman “Qız bulağı” (The Virgin Spring, “Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar”) və “İblisin gözü” (The Devil’s Eye) filmlərini çəkir. İl yarım ərzində Berqman “Tanrının sükutu haqqında” məşhur üçlüyünü çəkir: “Güzgüdəki kimi” (Through a Glass Darkly, 1961, “Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar”), “Priçastiye” (Winter Light, 1962) və “Sükut” (The Silence, 1963). Bu filmlərin qəhrəmanları həyatın absurd və qəddar olması ilə barışa bilmir, həlak olur, yaxud ağıllarını itirirlər. Fəlsəfi kinodram, “iki nəfərlik sonet” “Persona” (1966) filmində, Berqman insanların rabitəsizliyi və tənhalığı, münasibətlərin psixoloji mürəkkəbliyi mövzularında variasiyaları davam edir.
film fiction
Filmin iki baş qəhrəmanından biri Elizabetin rolunu canlandıran norveçli Liv Ulman Berqmanı yalnız aktrisa kimi deyil, həmçinin, bir qadın kimi valeh edir. 1967-ci ildə onların Linn adlı qızları dünyaya gəlir. Xoşbəxt ailə həyatına ümid edən Berqman Baltik dənizdə yerləşən Forö adasında ev tikdirir. Lakin bu evlilik də tezliklə dağılır. Bununla belə, Berqman adada yaşamağı çox sevir. Burada o dünyadan uzaqlaşaraq kitab oxuya, meditasiya edə və ruhən yenilənə bilirdi. 1968-1970-ci illərdə Berqmanın ard-arda dörd filmi işıq üzü görür: ağlını itirən rəssam haqqında çəkilmiş “Canavar saatı” (The Hour of the Wolf, 1968), sərt, demək olar ki, xroniki üslubda çəkilmiş müharibə əleyhinə mövzulu “Abır” (Shame, 1968) və rejissorun ilk ingilisdilli filmləri olan “Ehtiras” (The Passion of Anna, 1969) və “Toxunuş” (The Touch, 1970). 1971-ci ildə Berqman, nəhayət ki, ailə həyatında rahatlıq tapa bilir. O, artıq beşinci dəfə ailə qurur və yoldaşı İnqrid van Rozenlə birgə Karlaplanda yeni evə köçür. 1972-ci ildə Berqman ölümün ağrılı tədqiqi olan “Qışqırıq və pıçıltılar” (Cries and whispers) filmini bitirir. Bu filmi çəkmək üçün o, öz ehtiyatlarından istifadə edir, aktyorlardan öz məvaciblərini pay sahibi kimi filmə qoymalı və Kinoinstitutdan yarım milyon borc götürməli olur. “Öz yalnızlıqlarında qapalı qalmış insanların ümidsiz dünyasındakı fiziki və mənəvi əzabı Berqman daha heç bir filmdə bu filmdə olduğu qədər müfəssəl təsvir etməyib” – deyə K.Beyli yazır: “Bu filmi “aqoniya təsviri”, Koktonun “Kino – ölümün öz işini necə gördüyünü təsvir edən sənət” fikrinin illüstrasiyası adlandırmaq olar.” 1973-cü ildə onun altı seriyalı “Evlilik həyatından səhnələr” (Scenes from a Marriage) filminin təqdim olunmasını Berqmanın məşhurluğunun pik nöqtəsi adlandırmaq olar. Teatrla bağlı əksər kinorejissorlar kimi Berqman da daimi aktyor qrupu ilə işləyirdi. Harriet və Bibi Andersson, İnqrid Tulin, Liv Ulman, Maks fon Südov, Siqqe Fust... “Mən evdə oturub hazırlaşır, səhnə mizanını düşünür və hər şeyi dəqiqliklə yazıram. Sonra studiyaya gəlib düşündüklərimi yerinə yetirmək istəyirəm. Lakin elə ilk məşqdə aktyorlar tərəfindən nə isə bir jest, intonasiya və ya təklif gəlir və nəticədə mən hər şeyi dəyişirəm. Belə daha yaxşı olacağını hiss edirəm. Heç müzakirə etməyə belə ehtiyac olmur. Mənimlə aktyorlarım arasında bir çox şey izah oluna bilməyən səviyyədə baş verir” – deyə Berqman xatırlayırdı.
İsveç kino tarixində çəkilmiş ən bahalı film “Fanni və Aleksandr” (Fanny and Alexander, 1982) rejissorun ən son samballı işlərindən biri idi. Film, sanki, kədər və narahatlıqdan toxunub. “Dekorasiyalar, kostyumların hazırlanması, rəng, insanların xarici görkəmi və özlərini aparması baxımdan heyrətləndirici şəkildə gözəl alınmış film yalnız bədii mükəmməlliklə deyil, güclü insanpərvərlik, bütün həyat çətinliklərinə baxmayaraq, insanların mərhəmətli və yaxşı olduqlarına inamla valeh edir” – deyə kinoşünas R. Yurvedyev qeyd edir. “Fanni və Aleksandr”dan sonra Berqman gözlənilmədən kinodan getdiyini və özünü teatra həsr etdiyini elan edir. Bununla belə, Berqman avtobioqrafik roman və senarilər yazmağa davam edir. Qeyd etmək lazımdır ki, həmin senarilərin ekranlaşdırılmasını rejissor yalnız ən yaxın insanlara etibar edirdi. Berqman 1955-ci ildə yoldaşı İnqrid Berqmanın vəfatından sonra Forö adasına çəkilir. O, hərdənbir qohumları və aktyor Erland Yusefsonla əlaqə saxlayırdı. Berqmanın övladlarının əksəriyyəti rejissor və aktyor olub. 1997-ci ildə Berqman “Klounun müşayiətində” (In the Presence of a Clown) filmini çəkir. Özü də həmin filmdə psixiatrik klinikanın xəstələrindən birinin rolunu canlandırır. İnqmar Berqman “Feliks” Avropa Kinoakdemiyası mükafatı (1988) və 50-ci yubiley Kann festivalının “Budaqlar budağı” (1997) mükafatı daxil olmaqla, bir çox nüfuzlu beynəlxalq kinomükafatlar laureatı olub. Bir çox rejissorlar onun pərəstişkarı olublar. Dahi rejissor 30 iyul 2007-ci ildə dünyasını dəyişib.
film fiction
Müəllif: Şahin Xəlil
8 MADDƏDƏ
film fiction
NURİ BİLGE CEYLAN
Foto – Nuri Bilge Ceylan hələ tələbə ikən fotoqrafiya ilə məşğul olub. Kinoya gəlişindən sonra fotoqrafiyanın ona qazandırdığı təcrübə filmlərinə birbaşa təsir edib. Filmlərində olan az qala hər kadr ayrıca bir foto nünunədir. Ki, filmlərinin ən böyük özəlliyi də məhz gözəl kadrlarla zəngin olmasıdır. Özünü rejissor kimi təsdiqləsə də, bu günə qədər fotodan uzaqlaşmayıb və fürsət düşdükcə sərgilər təşkil edir.
Rus novellası – Ceylan ədəbiyyatı kinoya maksimum yaxınlaşdırmağı bacaran bəlkə də yeganə rejissordur. Yaratdığı obrazlar, atmosfer tamaşaçını filmlə bərabər ədəbiyyat oxuyurmuş kimi hiss etdirir. Bu cəhətdən kino üçün qəbul olunmuş normal xronometraj anlayışını hər zaman pozur. Tamaşaçıya 160, 180 dəqiqəlik filmlər təqdim edir. Tarkovski və Çexov – Rejissor kinoda Andrey Tarkovskidən, ədəbiyyatda isə Anton Çexovdan çox təsirlənib. Bu iki rus dahisinin təsiri onun bütün filmlərində hiss edilir. Çexovun kiçik insan üzərindən yaratdığı dramaturgiyada Tarkovskinin sorğuladığı bəşəri suallara əlavələr edir.
İnsan təbiəti – Buna rejissorun ən xarakterik kino fəlsəfəsi deyə bilərik. Ceylan qəhrəmanları sıradan insanlardır və o bu sıradan insanların öz təbiətləri ilə konfliklərini ustalıqla təqdim edir. Rejissorun qəhrəmanları qəti axmaq və ümidsiz, sürgün və bədbəxt deyillər. Trier qəhrəmanlarına bənzəyirlər, amma Trierlə müqayisədə Ceylan öz qəhrəmanlarının çevrilmələrini dönüm nöqtələrinə uyğun tənzimləmir. Bunu bacardıqca sirr saxlayır və anlaşılmasına yol vermir.
Musiqi – Ceylan hər zaman klassiklərə müraciət edir və kinoda musiqi təsirindən sui-istifadə etməyin əleyhinə olduğundan, musiqiyə daha çox keçid səhnələrdə və təbiət görüntülərində üstünlük verir. Fəsillər – Rejissor qəhrəmanlarının daxili dünyası və sarsıntılarını tamaşaçıya ən çox təbiət təsvirləri, fəsil dəyişiklikləri vasitəsilə hiss etdirir və nəticə hər zaman qış fəsilində olur.
Qadın – Ceylan filmlərində qadın obrazlarını hər zaman şər və axmaq kimi göstərir. Şər qadınlar ucbatından qatil (“Bir zamanlar Anadoluda”), cinayətkar (“Kış Uykusu”), alçaq (“Üç maymun”) olan kişilərin inandırıcı həqiqəti fonunda, zəif (“İklimler”, “Uzak”), axmaq (“Ahlat ağacı”) qadınların ümidləri olduqca sönük qalır. İstisna kimi təkcə, “Bir Zamanlar Anadoluda” filmində kənd muxtarının qızı epizodik səhnəsini qeyd edə bilərik. Kann Film Festivalı – Avropanın ən nüfuzlu film festivalında bütün mümkün mükafatları qazanmış olsa belə, hər yeni filmini məhz Kann festivalına göndərməsini açığı anlamırıq. Venesiya, Berlin, Karlovı Varı, Tokio və sair festivallarını Kann qədər prestijli hesab etməsə də, özünü təsdiq etmiş bir rejissorun kinoya təkcə mükafat kimi baxmamasına inanmaq istəyərdik.
film fiction
Tərcümə: Məlahət Qurbanəliyeva
ALEXANDRO QONZALES İNYARİTTU
film fiction
Peşəkar olmayan aktyorlarla işləmək çətindir. Lakin başqa dildə danışan aktyorlarla işləmək ondan da çətindir. Yad dildə danışan qeyri-peşəkar aktyorlarla film çəkmək isə əsl dəlilikdir! Lakin mən bunu düşünmədən bir daha edərdim.
A
lexandro Qonzales İnyarritu 15 avqust 1963-cü ildə Mexikoda Hektor Qonsales Qama və Luz Maria İnyarritunun ailəsində dünyaya gəlib. Hektor Qama uğurlu bankir idi, lakin Alexandronun beş yaşı olanda o, müflis olaraq hər şeyini itirmişdi. Bundan sonra Hektor meyvə-tərəvəz satışı ilə bağlı işə başlayır. Alexandronun sözlərinə görə, onun uşaqlığı çox xoşbəxt keçib. Atası isə daim onun üçün nümunə olub: “O, ailəsinin qayğısına döyüşçü ləyaqəti ilə qalıb.” Alexandro uşaqlıqdan musiqiyə həvəs göstərib və 1984-cü ildə məşhur Meksika radiostansiyası WFM-də DJ kimi çalışmağa başlayıb. 80-cı illərin sonunda o, bədii filmlərə musiqi yazıb. Belə filmlərdən biri 1989-cu ildə çəkilmiş “Pələng pəncəsi” idi. Elə həmin dövrdə Alexandro kino sənəti ilə maraqlanmağa başlayır. Təhsil almaq üçün Mayna gedən Alexandro orada polşalı rejissor Lüdvik Marqulisdən dərs alıb. Los Ancelesdə isə Alexandro Cudit Uestonun yanında təcrübə keçib. 90-cı illərdə Alexandro Qonsales İnyarritu Meksikanın ən iri televiziya şirkəti “Televisa”nın baş prodüseri vəzifəsinə təyin olunur. 27 yaşlı İnyarritu şirkətin ən gənc rejissoru olur. 1991-ci ildə o, özünün şəxsi “Zeta Films” şirkətinin əsasını qoyur. Şirkət reklam çarxları, qısametrajlı filmlər və televiziya proqramları istehsal edirdi. İnyarritu özü də tez-tez reklam çarxları çəkirdi. 1995-ci ildə İnyarritu “Televisa” ilə birgə özünün ilk bədii filmi “Pul üçün” (Detrás del dinero) filmini çəkir. Filmin baş rolunda məşhur ispan müğənni və aktyor Migel Boze çəkilir. Senarist Gilyermo Arriaqa ilə birgə Alexandro təzadlı şəhər Mexiko haqqında bəhs edən 11 novella yazmaq qərarına gəlir. Üç il ərzində yazılmış 36 senaridən sonra onlar ilkin ideyanı genişləndirərək, üç hekayədən ibarət “Qancıq sevgi” (Amores perros, 2000) tammetrajlı filmini çəkirlər. Filmdə baş rol ifaçılarından biri Qael Qarsiya Bernal olur. Mexikonun gündəlik həyatına sərt reallıq dolu baxış “Qancıq sevgi”yə ən yaxşı xarici film kimi “Oskar”, həmçinin BAFTA film mükafatına nominasiya və Kann kinofestivalında Tənqidçilər həftəsi mükafatı və gənc tənqidçilər mükafatı qazandırdı.
Dünyaca məşhurluq qazandıqdan sonra İnyarritu “11 sentyabr” beynəlxalq layihəsində iştirak edir. Bu almanaxın çəkilməsində onunla yanaşı Klod Leluş, Şohey İmamura, Ken Louç, Mira Nair, Amos Gitay və Şon Penn kimi məşhur rejissorlar iştirak ediblər. İlk işlərinin uğurları rejissora Hollivud tərəfdən böyük diqqət qazandırdı. Bu meksikalı öz yeni filmini artıq Amerikada çəkirdi. Gilyermo Arriaqanın senarisi üzrə çəkilmiş və baş rolları Benisio del Toro, Naomi Uots və Şon Pennin ifa etdikləri “21 qram” dramı tənqidçilərin yüksək qiymətini qazandı. Del Toro və Naomi Uotts filmdəki ifalarına görə “Oskar”a nominant olmuş, film özü isə Venesiya kinofestivalının konkurs proqramına düşmüşdü. İnyarritunun növbəti filmi “Babil” özündə Mərakeş, Meksika, ABŞ və Yaponiyada baş verən dörd hekayəni əks etdirir. Filmdə dünyaca məşhur aktyorlar Bred Pitt, Keyt Blanşett, Qael Qarsiya Bernal, həmçinin, Adriana Barrasa, Rinko Kikuçi və Kodji Yakuşo rol alırlar. Çəkilişlər haqqında danışarkən İnyarritu xatırlayır: “Peşəkar olmayan aktyorlarla işləmək çətindir. Lakin başqa dildə danışan aktyorlarla işləmək ondan da çətindir. Yad dildə danışan qeyri-peşəkar aktyorlarla film çəkmək isə əsl dəlilikdir! Lakin mən bunu düşünmədən bir daha edərdim.” 2006-cı ildə keçirilmiş Kann kinofestivalında İnyarritu ən yaxşı rejissor adını qazanır. “Babil” Kannda Ekümen jüri mükafatını, ən yaxşı dram kimi “Qlobus” mükafatını qazanır və yeddi nominasiyada “Oskar” mükafatına namizəd olur. “Qancıq sevgi”, “21 qram” və “Babil” filmləri İnyarritunun ölüm haqqında üçlüyünü təşkil edir. 2007-ci ildə İnyarritu Venesiya kinofestivalının jüri komandasının üzvü olub. Həmin ildə o, həmçinin, “Hər kəsin öz kinosu var” adlı qısa filmlərdən ibarət novellanın prodüseri və rejissorlarından biri olub. 2008-ci ildə isə İnyarritu baş rolda Q.Q.Bernalın çəkildiyi “Rudo və Kursi” filminə prodüserlik edib.
film fiction
2010-cu ildə ildə İnyarritu baş rolda Xaviyer Bardemin çəkildiyi “Biutiful” (“Gözəllik”) filmini təqdim edir. Film həm tənqidçilər, həm də izləyicilər tərəfindən maraqla qarşılanır. “Biutiful” Kann kinofestivalının konkurs proqramına daxil edilir, ən yaxşı xarici film kimi BAFTA mükafatı qazanır və eyni nominasiyalar üzrə “Oskar” və “Qızıl Qlobus” mükafatlarına namizəd olur. Filmdə öz təkraredilməz ifasına görə Xaviyer Bardem Kannda ən yaxşı aktyor mükafatı qazanır, həmçinin, eyni nominasiya üzrə “Oskar” və “BAFTA” mükafatlarına namizəd olur. 2010-cu ildə Futbol üzrə Dünya Çempionatı ərəfəsində İnyarritu Didye Droqba, Ueyn Runi, Kriştianu Ronaldu, Fabio Kannavaro və digər məşhur futbolçuların yer aldığı reklam çarxı çəkib. İnyarritu növbəti iki filmini ABŞ-da çəkir. “Bördmen” (Birdman, 2014) adlı komediya və fantastika elementləri olan dram filmi, “Ən yaxşı film” və “Ən yaxşı rejissor” nominasiyaları daxil olmaqla, 4 “Oskar” qazandırır. 2014cü ilin ən yadda qalan filmlərindən biri olan “Bördmen” tənqidçilər tərəfindən də müsbət qarşılanır. Filmin vizual görüntüsü və xüsusən də, operator və aktyor oyunu izləyicisini valeh edir. Rejissor 2015-ci ildə isə “Sağ qalmış” (The Revenant) filmi ilə yenidən gündəmə gəlir. Leonardo Di Kaprionun baş rolda oynadığı film, nəhayət ki, aktyora həsrətində olan Oskar mükafatını qazandırır. İnyarritu isə “Ən yaxşı rejissor” kimi Oskar mükafatını ard-arda ikinci dəfə qazanır. Alexandro evlidir. O, xanımı Mariya Eladiya Haqerman de Qonsales və övladları Mariya Eladiya və Eliseo ilə birgə Los Ancelesdə yaşayır. Maraqlı faktı nəzərinizə çatdırmaq istərdik: hal-hazırda ən məşhur meksikalı rejissorlar Alexandro Qonsales İnyarritu, Alfonso Kuaron və Gilyermo del Toro çox yaxın dostdurlar. Onlar, həmçinin, birgə “ChaChaCha films” kinoşirkətinə sahiblik edirlər.
film fiction
film fiction
Müəllif: Rövşanə Orucova
FILM: “YATAN ADAM” (UN HOMME QUI DORT, 1974)
SƏN
B
ir səhər Parisdə kiçik çardaqda yaşayan 25 yaşlı bir sosiologiya fakültəsi tələbəsi zəngli saatın səsinə oyanır. O, bu gün imtahana getməlidir. Lakin çarpayısından ayağa qalxmır. Və beləliklə, ətalətin hökmranlığı, durğunluq, uyuşma, zamansızlıq, qeyri-mövcudluq başlayır. Tələbə öz həyatını təklikdə keçirməyi, özünü heç nə etməməyə həsr etməyi qərara alır. Bundan sonra o, günlərini ətraf mühiti izləməklə keçirir. “Yatan adam” diqqətini sadəcə gündəlik həyata, görünən şeylərə yönəldir. “Zəngli saatın çalır, heç vecinə də deyil. Çarpayından durmursan, gözlərini yenidən bağlayırsan. Bu əvvəlcədən düşündüyün bir hərəkət deyil, hətta bir akt belə deyil, hərəkətin yoxluğu, gerçəkləşdirmədiyin bir hərəkət, gerçəkləşdirməkdən boyun qaçırdığın bir hərəkət.” Çarpayısındadır. Onun gözləri “Nescafe” qabında, corabını islanmağa qoyduğu çəhrayı plastik ləyənində, tavandakı çatlardadır. Bundan sonrakı günlərdə, o, hətta ona qapı altından məktub atıb xəbər almaq istəyən yoldaşlarını da gözardı edir, sadəcə, dəhlizdəki damcılayan kranını, sabah işə gedən və axşam evə qayıdan qonşularını dinləyir. Monoloqlar ikinci şəxsin təkində, yəni “sən” xitabı ilə təsvir edilir. Bu həm tələbənin daxili monoloquna, həm də birbaşa izləyicilərə müraciətinə eyham vurur. “Sən” dərslərə getməyi dayandırır, gecə şəhər küçələrində məqsədsiz öz-özünə gəzinir, getdikcə asosial olmağa başlayır. “Sən” getdikcə ot kimi yaşamağa başladıqca, hər şeyə laqeyd olduqca, get-gedə hər şeydən imtina edən Herman Mervillin “Katib Bartlebi”sinə (1853) çevrildikcə filmdə, əslində, heç nə baş vermir. Bu, bir növ, insan varlığının çəmbərini tərk etmə, ot kimi yaşamağa cəhd etmə eksperimentidir. Tarix üzərində daha heç bir gücü olmayan bir cəhd. O, cəmiyyətin mövcud vəziyyətinə qarşı heç bir moral, heç bir təlim, heç bir tənqid olmadığını müşahidə edir. Jorj Perekin üçüncü kitabı əsasında səhnələşdirilmiş bu
film fiction
film radikal şəkildə imtinanın və laqeydliyin tarixçəsidir. Film ictimai dəlilik sərhədlərində balanslaşdırma aktı kimi sosial əlaqələrin könüllü olaraq imtinasını əks etdirir. Sanki, o, gündəlik həyatı, dünyanı, varlığı, vaxt anlayışını səssizlik ilə örtülmüş bir qışqırıq kimi həqiqətin divarlarına çırpır. Filmi dərin depressiyanın və melanxoliyanın təsviri kimi dəyərləndirmək böyük haqsızlıq olar. Film daha çox yaşamın ən minimuma endirilməsinin, həyatda qalmağa dözmənin necə göründüyünü və bunun necə üzücü bir vəziyyət olduğu göstərməyə çalışır. Amma belə bir yaşam sadəcə qəsdli, düşünülmüş şəkildə baş verə bilər, nəticə etibarı ilə, qəsdən ziddiyyətli olan şeylərin imtinası gerçəkləşdirilə bilər, çünki həyatda qalmanı aktiv şəkildə təsdiq etməyinə ehtiyac yoxdur, bəsit şəkildə o, sadəcə, baş verir. Bu film insanın sosial təzyiqlərin ağırlığına laqeydsizliyini təsvir edən həyatın monotonluğu haqqında ekzistensial tonda bəzədilmiş bir əsərdir.
Filmi əsasında çəkildiyi əsərdən olan bu hissə dolğun şəkildə ifadə edir: “İnsanlara nifrət etdiyin mənasına gəlmir bu. Onlara niyə nifrət edəsən ki?! Niyə özünə nifrət bəsləyəsən ki?! Kaş insan növünə aid olmaq o dözülməz və qulaqdeşən gurultunu da özü ilə gətirməsəydi. Kaş heyvanlar aləmindən çıxıb atılmış bir neçə gülünc addımın qarşılığı sözlərin, böyük sıçrayışların, böyük irəliləyişlərin həzmedilməzliyi olmazdı! Yaşamaq deyilən bu qazan, bu soba, bu qızartma, bu milyonlarla xəbərdarlıq, təhrik, təmbeh, həyəcan, bu sonu görünməyən təzyiq aurası, bu sonsuz törəmə, istehsal, əzmə, udma, maneələri aşma, dayanmadan, yenidən, başdan başlamanı motivasiya edən maşını, sənin dəyərsiz varlığının hər gününü, hər saatını idarə etmək istəyən bir yumşaq dəhşətdir.”
film fiction
Tərcümə: Məlahət Qurbanəliyeva
MİXAEL HANEKE M
ixael Haneke 23 mart 1942-ci ildə Almaniyanın Münhen şəhərində anadan olub. Onun atası rejissor Fritz Haneke, anası isə aktrisa Beatris fon Degenşild idi. Uşaqlığını Avstriyada keçirmiş Mixael ali təhsilini Vyanada, fəlsəfə, psixologiya və rejissura üzrə alıb. Təhsilini bitirdikdən sonra Haneke 19671970-ci illər ərzində alman televiziya kanallarından birində redaktor kimi çalışmağa başlayır. 1970-ci ildən o, televiziya filmləri üçün senari yazmağa başlayır. Televiziya ekranında ilk debütü 1973-cü ildə çəkilmiş “Liverpuldan sonra” telefilmi ilə baş verir. 1974-cü ildən 1986-cı ilə kimi rejissor səkkiz telefilm çəkir. Bununla bərabər, o, Vyana, Münhen, Berlin və Hamburqda teatr səhnələrində işləyirdi. 1989-cu ildə rejissor öz ilk kinofilmi, “Yeddinci qitə”ni (The Seventh Continent) təqdim edir. Əvvəlcə televiziya filmi kimi nəzərdə tutulsa da, teleşirkətlərdən heç biri onu maliyyəlişdirməyə razı olmadıqda Haneke onu kinofilm kimi çəkmək fikrinə düşür. Film ailəvi cütlük Georq və Annadan bəhs edir. Şəhər kənarı yaşayış massivində şablon həyat sürən cütlük belə həyat tərzinin daha mümkün olmadığını anlayır və düşükləri boşluqdan çıxmaq yollarını axtarmağa başlayırlar. İlk kinofilmi olmasına baxmayaraq, Hanekeyə məxsus rejissorluq cəhətləri aydın nəzərə çarpır. Biz kinematoqrafiyanın son dərəcədə gözəl tərzdə yerinə yetirilmiş vizual estetikasını, real həyatda baş verən hadisələrdən ilhamlanmış hekayə, qısa dialoqlar arasında verilən ailə həyatının hər bir xırdalığının ürəksıxıcı təkrarlığını, zorakılıqda (çox vaxt gözlə görünməyən) həllini tapan
film fiction
hekayədə görə bilərik. Bunlardan əlavə, Hanekenin daha bir səciyyəvi cəhəti, idiosinxronizasiyası göz önündədir (misal üçün, bu filmdə baş qəhrəmanların adı Georq və Annadır. Maraqlıdırsa, Hanekenin digər filmlərində qəhrəmanların adlarına baxın. Eyni adların variasiyaları ilə üzləşmək sizi təəccübləndirə bilər). Film Lokarno kinofestivalının konkurs proqramına daxil olmuşdu. “Yeddinci qitə”ni ciddi başlanğıc kimi qiymətləndirsək, onda rejissorun növbəti işi, “Benninin videosu” (Benny’s video, 1991) filmini onun kino işində nisbətən gənc biri olmasına baxmayaraq, tam dəyərli müəllif işi kimi qiymətləndirmək olar. Filmin baş qəhrəmanı Benni Devid Kronenberqin “Videodrom”undakı Nikki Brandı xatırladır. Benninin otağı televiziya studiyasını xatırladır – kiçik otaqda lazım olan hər bir şey: monitor displeyləri, televizor, videomaqnitofon, videokamera var. Varlı valideynlərin diqqətindən kənar qalan Benni bütün gününü ikinci dərəcəli amerikan qorxu filmlərinə baxmaqla və “home-movie” üslubda həvəskar video çəkilişlər aparmaqla keçirir. Fermada donuzun öldürülməsi Benninin diqqətini çəkir. Ekranda baş verən qətl ilə real zorakılıq arasındakı sərhəd pozulduqdan sonra Benni yad bir qızın ölümünə səbəb olur. Heç vaxt qanun pozmamış valideynlər bütün dəlilləri gizlətmək üçün öz yeniyetmə oğullarını turistik səfərə yola salırlar. Səfərdən geri dönən Benni valideynlərinin bütün əziyyətlərini puça çıxararaq, sakitcə polisə təslim olur. “Yeddinci qitə”dən fərqli olaraq, Hanekenin ikinci filminin problematikası daha genişdir. Mövzu və kontekst, demək olar ki, eynidir, lakin burjuaziya həyat tərzinin gizli
tənqidindən əlavə, filmdə, həmçinin hələ formalaşmaqda olan yeniyetmələrin düşüncəsinə 90-cı illərdən bəri artan video və televiziya məhsullarının mənfi təsiri də tənqid olunur. Hanekenin “Benninin videosu” filmi Avropa Kinoakademiyası tərəfindən FİPRESSİ mükafatına layiq görülür. Rejissorun növbəti lenti “Xronoloji təsadüfün 71 fraqmenti” (71 Fragments of a Chronology of Chance, 1994) filmi ani halda qatilə çevrilən (Haneke filmləri üçün xarakterik olaraq, bunun səbəbləri aydınlaşdırılmır) avstriyalı tələbədən bəhs edir. Əgər “Yeddinci qitə” və “Benninin videosu” filmlərində rejissor müşahidə obyekti kimi doğma Avstriyanı seçmişdisə, burada o, milli kinematoqrafiya çərçivəsindən çıxmağa cəhd edərək, emiqrantları, Yuqoslaviya qaçqınlarını hekayəyə daxil edir. Bu film Haneke yaradıcılığının birinci dövrünə aid özünəməxsus üçlüyün, müəllifin öz obrazlarına qarşı və obrazların öz ətraf mühitinə qarşı olan kəskin soyuqluğu üçlüyünün yekunu idi. “Xronoloji təsadüfün 71 fraqmenti” Beynəlxalq Kataloniya kinofestivalında “Ən yaxşı film” və “Ən yaxşı senari” nominasiyalarında qalib olur. 1997-ci ildə konkurs filmli rejissor kimi Haneke ilk dəfə olaraq Kann festivalının qırmızı xalçasına çıxır. Onun “Məzəli oyunlar” (Funny Games) filmi festivalın ən çox müzakirə olunan filmlərindən birinə çevrilir. Filmin baxışı zamanı zalı tərk edən bir çox izləyici arasında festivala özünün “Zorakılığın sonu” filmi ilə gələn Vim Venders də var idi. Bu epizod kifayət qədər simvolik görünür: Avropa kinosunun mötəbər ustadı gənc yerlisinin filmini sona qədər izləyə bilmir. Səkkiz il sonra Kann kinofestivalında onlar yenidən “üz-üzə gələcəklər”. Haneke “Gizlin” (Caché), Venders isə “Qapını döymədən girin” filmlərini təqdim edəcəklər. 1998-ci ildə Haneke “Qala” filmi ilə Televiziya ekranlarına geri dönür. Film Kafkanın məşhur yarımçıq qalmış eyniadlı əsərinin son dərəcədə yaxın ekranlaşdırılması idi. “Məzəli oyunlardan” sonra rejissor senarisi hələ 90-cı illərin əvvəllərində yazılmış “Canavar zamanı” (Time of the Wolf) filmi üzərində işə başlayır. Lakin Hanekenin planları həyata keçmədi. Son anda maliyyə işləri ilə bağlı problemlər yarandığından layihə “havada” qaldı. Gözləmə mövqeyində olan rejissora Jülyet Binoş zəng edərək, onunla işləmək istədiyini bildirir. Beləliklə, “Naməlum kod” (Code Unknown, 2000) filminin ideyası formalaşmağa başlayır. Bu filmdə Haneke “Xronoloji təsadüf”də istifadə etdiyi priyomdan – hər bir səhnənin bir plana bərabər olduğu fraqmentli nəqldən istifadə edir. “Dağınıq” şəkildə nəql olunan bir neçə hekayə sonda birləşərək, müasir Fransa və müasir Avropanı təsvir edir. İlk dəfə olaraq burada rejissor tək bir şəxsin deyil, bütövlükdə cəmiyyətin problemlərindən söz açır. Film Kann kinofestivalının konkurs proqramına düşür və sonda Ekumenik Jüri mükafatını qazanır. Bir ildən sonra Haneke mavi sahilə Elfrida Yelinekin “Pianoçu” (La Pianiste) kitabı əsasında çəkilmiş eyniadlı filmlə qayıdaraq, Qran-pri, “Ən yaxşı aktyor” (Benua Majimel) və “Ən
yaxşı aktrisa” (İzabel Yupper) mükafatlarını qazanır. Həmin ana qədər adı geniş festival dairələrində məşhur olan rejissoru artıq ABŞ-da da tanımağa başladılar. “Pianoçu” bütün dünya kinoteatrlarında nümayiş olunurdu. Bu isə, art-haus filmi üçün şəksiz uğur demək idi. Təkcə mükafatlar deyil, artıq maliyyə məsələlərinə görə narahat olmadan istədiyi filmi çəkmək imkanına yiyələnən Haneke, nəhayət ki, “Canavar zamanı” filminin çəkilişlərinə başlaya bilir. Ailəsi ilə birgə öz şəhərkənarı evlərinə gələn Annanı (İzabel Yupper) sürpriz gözləyir. Evi özgə insanlar zəbt edib və tərk etməkdən imtina edirlər. Annanın həyat yoldaşı təsadüfən qətlə yetirildikdən sonra qızı və oğlu ilə bir yerdə sürgün olunur. “Canavar zamanı” Kann kinofestivalında iştirak edə bilmir, belə ki, filmdə baş rolu ifa etmiş Patris Şero 2003-cü ildə festivalın jüri komandasına rəhbərlik edirdi. Konkursdan kənar göstərilən film təzadlı şəkildə qarşılanır (Hanekenin, demək olar ki, bütün filmləri kimi). Kimlərsə filmin konkursa düşmədiyinə heyfsilənir, başqaları rejissorun yerində saydığını qeyd edirdi. 2005-ci ildə Haneke Kann festivalında növbəti işi “Gizlin” filmini təqdim edir. Gözümüzün önündə burjua həyatından razı olan daha bir ailə durur. Keçmişin unudulmuş epizodunun reallığa necə ağrılı zərbə vura biləcəyini göstərərək, rejissor bir daha görünən “xoşbəxtliyin” nə dərəcədə zəif və xəyali olduğunu nümayiş etdirir. Film tənqidçilərin sevimlisinə çevrildi və çoxları onun “Qızıl palma budağı” qazanacağını güman edirdilər. Lakin jürinin qərarı fərqli idi. Film FİPRESSİ və Ekumenik Jüri mükafatını, Haneke isə kinonümayişin “Ən yaxşı rejissor”u adını qazandı. İlin sonunda Avropa Kinoakademiyası açıqladığı nəticələrdə “Gizlin” filminə daha bir FİPRESSİ mükafatı verərək onu ilin ən yaxşı filmi elan etdi. 2009-cu ildə Haneke daha bir təsirli film – Birinci Dünya Müharibəsi ərəfəsində Almaniyanın şimalında yerləşən uzaq kənddə baş vermiş qəribə hadisələrdən söz açan “Ağ lent” (White Ribbon) filmini təqdim edir. Film Kann festivalında “Qızıl palma budağı” və bir neçə nominasiyada “Oskar” namizədliyi qazanır. Bu ağ-qara lentlə Haneke bir daha müasir art-haus filmlərinin ustası olduğunu sübut edir. Film, həmçinin, “Ən yaxşı rejissor”, “Ən yaxşı film” və “Ən yaxşı senari” nominasiyalarında Avropa Film Mükafatı, “Xarici dildə ən yaxşı film” nominasiyasında isə “Qızıl Qlobus” mükafatını qazanır. Rejissorun üç il sonra ekrana çıxan “Sevgi” (Amour) filmi yaşlı cütlüyün qarşılaşdığı son həyat çətinliyindən bəhs edir. Jorj və Ann gözlənilmədən peyda olan xəstəlik nəticəsində ətrafların iflici ilə üz-üzə qalırlar. Film 2012-ci ildə 65-ci Kann kinofestivalında “Qızıl palma” mükafatını qazanır. Bu lent dünya tənqidçiləri tərəfindən son dərəcədə yüksək qiymətləndirilir. Yalnız tənqidçilər deyil, əksər izləyicilər də filmdən çox təsirlənirlər. “Ən yaxşı xarici film” kimi “Oskar” da qazanır. Vətənində isə “Sevgi”ni “Ən yaxşı film” də daxil olmaq şərti ilə beş nominasiyada “Sezar” mükafatı ilə qeyd edirlər. Rejissor həmin filmin davamı olaraq, 2017-ci ildə “Xoşbəxt son” (Happy End) filmini lentə alıb.
film fiction
Tərcümə: Məlahət Qurbanəliyeva
B
BƏHMƏN QOBADİ
əhmən Qobadi 1969-cu il 1 fevral tarixində İranın Kürdüstan əyalətində, Bane şəhərində anadan olub. 1981-ci ildə onun ailəsi Sənəndəc şəhərinə köçüb. Gənc istedad Qobadini 1983-cü ildə Kamboziya Partovi kəşf edib və ona kino dünyasına daxil olmaqda köməklik edib. Qobadi üzərində güclü təsiri olanlardan biri yeni İran film dalğasının istedadlı tənqidçisi, sənəd filmlər müəllifi Bəhruz Maqsudlu da qeyd olunmalıdır. Qobadi İran Yayım İşləri Kollecində Sənət üzrə bakalavr dərəcəsi alıb. Qısa müddət sənaye foto sahəsində çalışdıqdan sonra Qobadi 8mm-lik lentdə qısa filmlər çəkməyə başlayır. Onun “Dumanlı həyat” adlı sənədli filmi müxtəlif festivallarda mükafat qalibi olub. Qobadi, eləcə də, Abbas Kiarostaminin “Külək bizi aparacaq” filminin çəkilişlərində rejissor köməkçisi kimi çalışıb. O, həmçinin, Samirə Məxməlbafın “Yazı lövhəsi” (1999) filmində baş rollardan birini ifa edib. 2000-ci ildə Bəhmən Qobadi “Mij Film” kino şirkətinin əsasını qoyur. Şirkət, əsasən, İranda yaşayan müxtəlif etnik qruplar haqqında film istehsal edir. Beləliklə, Qobadinin bu istiqamətdə çəkilmiş ilk filmi “Sərxoş atlar zamanı” (2000) oldu. Film Kann kinofestivalında “Qızıl kamera” mükafatını qazandı. Qobadinin növbəti işi 2002-ci ildə çəkilmiş “İraqda tərk olunmuşlar” filmi oldu. Film Qobadiyə Çikaqo film festivalında qızıl medal qazandırdı.
film fiction
2004-cü ildə işıq üzü görmüş “Tısbağalar uça bilir” filmi Berlin Beynəlxalq Kinofestivalında və San Sebastiyan Kinofestivalında mükafatlandırılıb. 2006-cı ildə “Index on Censorship” jurnalı Qobadini “Tısbağalar uça bilir” lenti ilə fikirlərin azad ifadə olunması ideyasına böyük töhvə verdiyi üçün “Index Film Award” mükafatı ilə təltif edib. Qobadinin növbəti filmi “Aypara” da (2006), həmçinin, San Sebastyan Kinofestivalının qalibi olub. Filmdə İran yeni dalğasının aktyorları yer alıblar. Filmin musiqisi isə İranın dünyaca məşhur musiqiçisi Hüseyn Əlizadə tərəfindən bəstələnib. İran, Fransa və Avstriyanın ortaq məhsulu olan “Aypara” filmi İran Kürdüstanında çəkilib. Film İraq Kürdüstanına səyahət edib, orada konsert vermək arzusunda olan İran-Kürd musiqiçilərinin hekayəsindən bəhs edir. Rejissorun son işi 2009-cu ilə çəkilmiş “Heç kəsin İranlı pişiklərdən xəbəri yoxdur” filmi Kann festivalında “Xüsusi jüri mükafatı” ilə qeyd olunub. Bəhmən Qobadi “İran yeni dalğası”nın nümayəndəsi hesab olunur. Qobadinin həyat yoldaşı, amerikan-fars jurnalist Rəqsanə Sabiri 2009-cu ilin fevral ayında İranda spirtli içki almaq və akkreditasiyasız jurnalist fəaliyyətilə məşğul olmaqda günahlandırılaraq, həbs olunub, daha sonra şərti olaraq azadlığa buraxılıb.
film fiction
M
MÜSTƏQİL ABŞ REJİSSORLARI:
Tərcümə: Məlahət Qurbanəliyeva
Martin Skorseze
artin Markontino Luçano Skorseze 1942-ci ilin 17 noyabr tarixində Nyu Yorkun Kuins kvartalında anadan olub. Heç də təsadüfi deyildi ki, əksərən siciliyalıların məskunlaşdığı kriminal rayonu balaca İtaliya adlandırırdılar. Rejissorun valideynləri Çarlz və Ketrin Skorseze qatı katolik idilər. Balaca Martin uşaqlığından astmadan əziyyət çəkir və həftələrlə evdə otururdu. 15 may 1965-ci il tarixində Martin gələcək aktrisa Lareyn Brennan ilə ailə qurur. Lakin körpələri Ketrinin doğulması belə uğursuz evliliyin dağılmasının qarşısını ala bilmir. 1971-ci ildə Martin boşanır və Hollivuda köçür. Senarist Rocer Kormanın köməkliyi ilə Skorseze cəmi 600 min dollar xərcləməklə “Yük vaqonundan Berta” (Boxcar Bertha, 1972) filmini çəkir. Məşhurluğu isə Skorseze 1973-cü ildə çəkdiyi “Qəddar küçələr” (Mean streets) filmi ilə qazanır. Bu film ilə Skorseze və Robert De Nironun dostluğu başlayır. De Niro filmdə Conni-boy adlı qəhrəmanı canlandırıb. Onları yığıncaqlardan birində Brayan de Palma tanış etmişdi. “Qəddar küçələr” rejissora məşhurluq və pul qazandırdı. Skorseze və De Niro Pol Şrederin senarisi əsasında “Taksi sürücüsü” (Taxi Driver) filmini çəkməyi planlaşdırdılar. 1976-cı ildə ekranlara çıxmış filmdə baş rolu De Niro ifa edirdi. Onun qəhrəmanı, Trevis Bikl Vyetnam müharibəsində iştirak etmiş dənizçi idi. Hərbi xidməti bitirdikdən sonra o, taksi sürücüsü olur və ABŞ hökuməti adından cinayətlə mübarizə aparmaq qərarına gəlir.
film fiction
“Taksi sürücüsü” 1970-ci illər gənclərinin ən sevimli filminə çevrildi. Ən yadda qalan səhnələrdən biri sutenyorların kütləvi şəkildə öldürülməsi səhnəsi idi. Lakin məhz bu təbiiliyi ilə diqqəti çəkən səhnə 1976-cı ildə Kann festivalı jürisinə rəhbərlik edən drammaturq Tennesi Uilyamsın etirazına səbəb oldu. O, Skorsezeni zor tətbiqini nümayiş etdirməkdə günahlandırırdı. Habelə, bu hal filmin “Qızıl palma budağı”, daha sonra da ən yaxşı film kimi “Oskar” qazanmasına mane olmadı. Filmdə Robert De Nirodan əlavə, fahişə rolunu ifa edən 14 yaşlı Codi Fosterin bacarığı da qeyd olunmuşdu. Növbəti film, saksofonçu Doyl ilə ifaçı Evansın melodrammatik hekayəsi təsvir olunan “Nyu York, Nyu York” (New York, New York, 1977) lentində Skorseze, sanki uşaqlığına qayıdır. De Niro və Layza Minellinin iştirak etdiyi müziklın uğur qazanacağı güman olunsa da, layihə uğursuz alındı. Senari birbaşa çəkiliş meydançasında dəyişirdi. Lakin problemlər yalnız senari və büdcə ilə bağlı deyildi. Qısa zaman ərzində aktyorların az qala çəkiliş prosesi ərzində kokain qəbul etdikləri və Skorseze ilə Minelli arasında məhəbbət macərası yaşandığı barədə şayiələr yayılmağa başladı. Rejissorun xanımı Culiya Kameron o vaxt artıq hamilə idi, lakin daim çəkiliş meydançasında olurdu. Bununla belə, qızları Domenika dünyaya gəlsə belə, o, Skorsezedən boşanmalı olur. 1978-ci ilin sentyabrında Skorseze daxili qanaxma ilə xəstəxanaya düşür. Həkimlər Martini narkotikləri atmağa inandırmağa çalışırdılar. Rejisorun dostu De Niro xəstəxanaya gəlir və “Azğın öküz” ləqəbli italyan mənşəli boksçu Ceka La Motta haqqında avtobioqrafik film çəkməyi təklif edir.
“Əlimin altında o anda hiss etdiklərimi ifadə etməyə imkan verəcək bir layihənin olması baxımından bəxtim gətirmişdi. Həmin anadək mən bir neçə il dəlisov həyat tərzi keçirirdim və bütün bunlar “Azğın öküzdə” (Raging Bull, 1980) öz əksini tapdı. Bu, qadınlardan çox, kişilər üçün olan sərt filmdir” – deyə Skorseze xatırlayırdı. Filmin premyerası Nyu Yorkda təşkil olundu. Lent çox yaxşı qarşılandı və səkkiz kateqoriyada “Oskara” təqdim olundu. 1979-cu ilin sentyabrında Skorseze İzabella Rossellini ilə ailə qurur. Hər ikisi güclü temperamentə malik bu cütlüyün izdivacı çox təlatümlər yaşayıb. Martin öz xanımını hədsiz qısqanır və onu evdə bağlayırdı. O, İzabellanı izləməsi üçün detektiv belə tutmuşdu. Güman ki, bütün bunlara etiraz olaraq, İzabella maniken Videman ilə sevgi macərası yaşayır. Rossellini Videmandan qız övladı dünyaya gətirir. 1982ci ildə Rossellini ilə Skorseze boşanırlar. Skorseze artıq çoxdan idi ki, İncil hekayəsini freydizm nəzərindən təqdim edən
yunan müəllif Nikos Kazandakisin “İsanın son ehtirası” romanı əsasında film çəkmək istəyirdi. 1983-cü ilin əvvəlində “Paramaunt” rəhbərliyi layihəni maliyyələşdirməyə razılıq verdi. Lakin çəkilişlərin başlanmasına dörd həftə qalmış ictimaiyyətin narazılığı ucbatından layihə dayandırıldı. “Həyatımda heç vaxt bu qədər məyus olmamışdım” – deyə Skorseze xatırlayır, – “10 il mən bu filmin xəyalını qururdum. Aktyorlar seçilmiş, dekorasiyalar qurulmuşdu və bir anda hər şey məhv oldu.”
film fiction
TƏKƏBBÜRLÜLÜK ƏN BÖYÜK GÜNAHLARDAN BİRİDİR film fiction
1985-ci ildə Skorseze yenidən ailə qurur. Bu dəfə rejissorun həyat yoldaşı 1990-cı illərdə onun filmlərin əksəriyyətinə prodüserlik etmiş Barbara De Fina oldu. Maraqlıdır ki, onların evliliyi dağıldıqdan sonra belə, Barbara Skorsezenin filmlərinə prodüserlik edirdi. Martin Skorseze iki çox uğurlu kommersiya filmləri “İşdən sonra” (After Hours, 1985) və “Pulun rəngi” (The Color of Money, 1986) ilə özünü bir daha təsdiqləmiş oldu. Bundan əlavə, Skorseze modelyer Corcio Armani üçün iki reklam çarxı, məşhur pop-ifaçı Maykl Cekson üçün “Bad” video klipini çəkmiş və özü Bertran Tavernyenin “Gecə yarı caz” filmində rol alıb. 1988-ci ildə Hollivudun ən nüfuzlu simalarından biri Mayk Ovits Skorsezeye “İsanın son ehtirası” (The Last Temptation of Christ) filmi üzərində işləməyi təklif etdi. Bununla belə, “Universal” şirkəti çəkilişlər üçün cəmi yeddi milyon dollar ayırmışdı. Skorsezenin lenti bütün dünya üzrə hiddətlə qarşılandı. Afinada təşkil olunan etiraz iştirakçıları seans zamanı ekranı qoparmış, Parisdə kinoteatr yandırılmışdı. CAR-da film, ümumiyyətlə, göstərişə buraxılmadı. Həmçinin, Rusiyada da etiraz aksiyaları keçirilir, filmin göstərişinin qadağan olunması tələb olunurdu. 1991-ci ildə Stiven Spilberq Skorsezeyə Cek Li Tompsonun “Qorxu burnu” (Cape Fear) filminin yenidən ekranlaşdırmağı təklif etdi. Skorseze filmlə işləmək üçün 34 milyonluq büdcə və senariyə dəyişiklik etmək imkanı əldə etdi. Daimi artan qorxu atmosferi və çoxlu zorakılıq səhnələrinin yer aldığı film kommersiya baxımından çox uğurlu alındı. Skorseze məşhurluğunun zirvəsində idi. Onu dahi Amerika rejissoru adlandırırdılar. “Kolumbia” şirkətinin rəhbəri özünün ifadəsi ilə desək, “kino dünyasında ilin hadisəsi olan” layihəni maliyyələşdirmək qərarına gəlir. O, Skorsezeyə Edit Uortonun “Məsumluq əsri” romanının kostyumlaşdırılmış ekranizasiyası üçün 30 milyon dollar təqdim etdi. 1870-ci illər Nyu York cəmiyyətinin davranışı xüsusiyyətlərinin öyrənilməsi üçün Skorseze bir neçə mütəxəssislə birgə işləyirdi. Poetik melodram olan “Məsumluq əsri”nin (The Age of Innocence, 1993) hər bir kadrı rəsm əsərini xatırladır və Edit Uortonun ən uğurlu ekranizasiyası hesab olunur. Skorseze Amerika kino sənətinə ən yaxşı bələd olan insanlardan biri hesab olunur. O, bir çox kino klassikalaranın bərpası və yenidən ekrana buraxılması ilə məşğul olur. 1995ci ildə Skorseze dörd saatlıq sənədli lent “Kino əsri: Martin Skorseze ilə birgə Amerika kinosuna səyahət” (A Personal Journey with Martin Scorsese Through American Movies) filmini çəkir. “Kazino” (Casino, 1995) filmi Skorseze ilə De Nironun “Qəddar küçələr”dən başlayan ortaq yaradıcılığının kuliminasiyası hesab olunur. Film Las-Veqasın peşəkar qumarbazı Rostfeynin yüksəlişi və zəifləməsi haqqındadır. Skorseze bu filmdə də günah və bağışlanma mövzusuna üz tutur. “Təkəbbürlülük ən böyük günahlardan biridir” – deyə rejissor qeyd edir – “İblisi doğuran da məhz bu günahdır.”
Barbara de Fina ilə ayrıldıqdan sonra Skorseze 1999-cu ildə nəşriyyatçı Helen Morris ilə ailə qurur. “Mənim böyüdüyüm məhəllədə yas mərasimləri toydan çox təşkil olunurdu” – deyə bir dəfə rejissor qeyd etdi: “Odur ki, mən toyu ölümdən yeganə müdafiə hesab edirəm.” “Nyu York dəstələri” (Gangs of New York, 2002) filmi ilə Skorseze cinayətkar immiqrant dəstələri mövzusuna geri dönür. Film XIX əsrdə Amerikada quldurluq edən irland immiqrant dəstələri haqqındadır. Böyük kassa yığımlarından əlavə, məhz bu film Skorseze ilə Di Kaprionun indiyədək davam edən işbirliyinin başlanğıcı olur. Di Kapriodan başqa filmdə Kameron Diaz, Deniel Dey Luis kimi ulduzlar yer alırlar. “Nyu York dəstələri” filmi 10 kateqoriyada “Oskar” namizədi oldu. Bu film ilə Skorseze beşinci dəfə idi ki, ən yaxşı rejissor kimi “Oskara” namizəd olurdu. 2004-cü ildə Di Kaprio və Skorseze Hovard Hyuz haqqında bioqrafik “Aviator” (The Aviator) filminin çəkiliş meydançasında yenidən görüşdülər. Keyt Blanşett və Cud Lou kimi müasir Hollivud ulduzları filmdə uyğun olaraq, Keyt Hepbörn və Errol Flinn kimi keçmiş Hollivud ulduzlarını canlandırıblar. Skorsezenin növbəti filmi “Bob Dilan: Geriyə yol yoxdur” (No Direction Home, 2005) Skorsezenin rejissordan əlavə, əsl musiqisevər olduğunu bir daha dünyaya xatırlatmış oldu. Skorseze növbəti, baş rollardan birini yenidən Di Kaprio ifa etdiyi Cənubi Bostonda baş verən irland-amerikan
cinayət hadisəsi haqında danışılan “Dönük” (The Departed, 2006) filmindəki rejissor işi üçün, nəhayət, “Oskar” qazana bilir. Bundan əvvəl Skorseze artıq beş dəfə ən yaxşı rejissor və iki dəfə ən yaxşı senarist kimi “Oskar”a namizəd olmuşdu. Mükafatlandırma mərasimində yoldaşı Helen ilə iştirak edən Skorseze “Zərfi bir daha yoxlayın” – deyə zarafat etmişdi. 2008-ci ildə “Rolling Stones” qrupunun 2006-cı ildə Nyu Yorkun Bekon Teatrı səhnəsində verdiyi konserti təsvir edən “İşıq saç” (Shine a Light) sənədli filmilə yenidən musiqi mövzusuna müraciət edir. Filmin təqdimatı 7 fevral 2008-ci ildə 58-ci Berlin Kinofestivalında keçirilib. Rejissor Di Kaprio ilə yenidən 2010-cu ildə “Lənətlənmiş ada” (Shutter Island) filmində birgə çalışıb. Film ruhi xəstəxanada baş vermiş itki hadisəsini araşdıran müstəntiqin hekayəsidir. “Lənətlənmiş ada”da, həmçinin, Ben Kinqsli, Mark Ruffalo və Mişel Uilyams kimi məşhurları görmək mümkündür. Qeyd etmək lazımdır ki, “Lənətlənmiş ada” Skorsezenin ən gəlirli filmi olub. 2011-ci ildə Skorseze “Zaman Keşikçisi” (Hugo) filmini təqdim edir. Film uşaqlar üçün yazılmış tarixi “Huqo Kabertin ixtirası” kitabı əsasında çəkilib. Bu filmdə Skorseze öz praktikasında ilk dəfə olaraq 3D formatına müraciət edib. Skorseze hər zaman Frenk Sinatranın bioqrafiyası danışıldığı “Sükut” romanını, eləcə də Robert De Niro və Al Paçinonun rol alacağı “İrland” filmini çəkmək arzunda olub. Və sonuncu adı çəkilən filmin çəkilişləri başlayıb.
film fiction
C
im Carmuş 22 yanvar 1953-cü ildə ABŞ-ın Ohayo ştatında, Klivlend yaxınlığındakı Akron şəhərində anadan olub. Onun atası “Goodyear” şin zavodunda işləyirdi. Anası isə evlilikdən öncə yerli “Mayak” jurnalında şou-biznes və kino haqqında ən son xəbərləri yazırdı. Gələcəyinin Akronla bağlı olmadığını aydın başa düşən Cim Şimal-Qərbi Universitetdə Jurnalistika Məktəbinə daxil olur. Bununla belə, Carmuş uşaqlıqdan şair olmağı arzu edirdi. O, şairləri “hər bir mədəniyyətin güc mənbəyi” hesab edirdi. Odur ki, tezliklə Cim Nyu Yorkdakı Kolumbiya Universitetinə keçirilir. Cimin ixtisası ingilis və Amerika ədəbiyyatı idi. Universitetdə oxuyarkən Cim post-struktural fəlsəfə ilə maraqlanmağa başlayır və kiçik həcmli abstrakt pyeslər yazırdı. Akronda yaşadığı müddətdə Cim yapon qorxu filmləri və Ceyms Bond haqqında filmləri izləməyi sevirdi. Lakin Robert Mitçemin iştirak etdiyi “Ovçu gecəsi” (The Night of the Hunter, 1955) və “İldırım yolu” (Thunder Road, 1958) filmlərini izlədikdən sonra Cim çox təsirlənmişdi. “Bu filmlərə qədər mən filmlərin bu qədər təhlükəli və cazibədar olduğunu bilmirdim” – deyə Carmuş xatırlayır. 1975-ci ildə Kolumbiya Universitetindəki yekun semestr ərzində Carmuş Fransaya gedərək orada Fransız Sinematekasının köməyilə özü üçün kino dünyasını kəşf etdi. “New York Times” jurnalına verdiyi müsahibəsində (1984) Carmuş qeyd edir: “Orada mənim indiyə kimi yalnız eşidə, yaxud oxuya biləcəyim filmlər var idi: İmamura, Ozu, Mizoquçi kimi yapon rejissorların filmləri, həmçinin, Bresson, Dreyer kimi Avropa rejissorlarının və Samuel Fullerin retrospektivini izləyə bildim. Parisdən qayıtdıqdan sonra mən yazmağa davam edirdim və mətnlərim getdikcə daha da kinematoqrafik xüsusiyyət qazanırdı”. Nyu Yorka geri döndükdən sonra Carmuş özünün universitetin nüfuzlu kino kafedrasına keçirilməyinə nail olur. Kinematoqrafiyada heç bir təcrübəsi olmasa belə, o, test təcrübələrinə buraxılır, çəkdiyi fotoşəkillərin bəziləri nəzərdən keçirilmək üçün təstiqlənirdi. Universtetdə o, “Conni gitara” (Johnny Guitar, 1954) və “Səbəbsiz qiyamçı” (Rebel without a Cause, 1955) kimi filmlərin rejissoru olmuş istedadlı Nikolas Reyin köməkçisi oldu. Həmçinin, Cim almaniyalı rejissor Vim Venders ilə tanış olur və Reyin son illərindən bəhs edən sənədli film “Su üzərində ildırım” (Lightning Over Water, 1980) filmində ona assistentlik edib. Carmuşun sözlərinə görə, film çəkilişlərinin texniki tərəfini öyrəndikdən sonra o, məhz bu işlə məşğul olmaq istədiyini anlayıb. Nikolas Rey və Nyu Yorklu anderqraund rejissor Amos Podan dəstək görən Carmuş həqiqətən də film çəkmək istədiyi qərarına gəlir. “People” jurnalına verdiyi müsahibədə (1984) Carmuş xatırlayır: “Nik mənə “Film çəkmək barədə danışmaq lazım deyil, filmi çəkmək lazımdır” – demişdi.” Təhsilinin ödənişi üçün nəzərdə tutulan qrant pullarına 1979-cu ildə Carmuş tələbə filminin bütün tələblərinə uyğun olaraq, Nikolas Reyin vəfatından sonra “Sonsuz məzuniyyət” (Permanent Vacation, 1980) filmi üzərində çalışmağa başlayır. Carmuşun qeyd etdiyi kimi: “Bu heç bir iddiası, yaxud məsuliyyəti olmayan gəncin həyatından iki gündür. O, konkret olaraq heç bir yerdə yaşamır, oxumur, yaxud işləmir.” 80 dəqiqəlik filmə Nyu York Universitetinin rəhbərliyi öz razılığını vermir. “Sonsuz məzuniyyət” Avropada zadəgan çevrələrində məşhurlaşmış, hətta kult səviyyəsinə çatdırılmışdı. Amerikada isə film heç bir mahiyyət kəsb etmirdi.
Bu filmlərə qədər mən filmlərin bu qədər təhlükəli və cazibədar olduğunu bilmirdim.
Cim Carmuş
film fiction
Təxminən, 1981-ci ildə Carmuş başlıqda “Cənnətdən daha qəribə” (Stranger Than Paradise) kimi qeyd olunan, lakin hal-hazırda “Yeni dünya” (The New World) adı altında tanınan qısametrajlı filmin senarisi üzərində çalışmağa başlayır. “Sonsuz məzuniyyət”in təsirində olan Kris Sivernix Carmuşa 40 dəqiqəlik istifadə olunmamış lent hədiyyə etdi. Nikolas Reydən “səhnə varsa, film də var” öyrənmiş Carmuş filmi 1982-ci ilin fevralında həftə sonu ərzində çəkib. Carmuş hədiyyə olunmuş lentdə hər bir səhnəni kəsimsiz, bir kadr kimi çərçivələr olmadan bir kamera ilə 30 dəqiqəlik film çəkdi. Filmdə baş rollardan birini ifa etmiş Con Luri xatırlayır: “Mənə elə gəlirdi ki, Cim özündə deyildi. Həmin vaxt bizlərdən kimsə qrip olsaydı, yəqin ki, bu, filmin sonu olacaqdı.” Çəkilmiş materialı nəzərdən keçirəndə Carmuş filmin üç hissəli olmalı olduğu qərarına gəlir və istehsala buraxılan vaxt Carmuş artıq ikinci hissənin senarisini bitirmişdi. 1983cü ildə qısametrajlı “Cənnətdən daha qəribə” filmi Rotterdam kinofestivalında tənqidçilərin beynəlxalq mükafatını qazandı. Carmuş filmin bütöv versiyasını çəkmək üçün Avropada səyahətə çıxmışdı. Nəhayət, o, prodüser olmaq arzusu ilə yaşayan gənc alman Otto Qrokenberqlə tanış olur. Film 1984-cü ildə tamamlanır və elə həmin il “Qızıl kamera” və Kann festivalında ən yaxşı debüt kimi mükafat qazanır. Bundan sonra Carmuş “Sirli qatar” (Mystery Train, 1989), “Yer üzərində gecə” (Night on Earth, 1991) tammetrajlı filmlərini çəkir. 1995-ci ildə Carmuşun “Ölü” (Dead Man) filmi işıq üzü görəndən sonra uzun zamandır rast gəlinməyən şahəsər haqqında danışmağa başladılar. Kütləvi şəkildə “tarantinosayağı” filmlərin çəkilməsi və Amerika “müstəqil filmində” müşahidə olunan stereotipləşdirmə fonunda Carmuşun lenti artıq qəbul olunmuş standartlardan uzaqlaşmasına görə və artan bədii gücü ilə unikal əsər kimi diqqəti cəlb edir. “Ölü” metafizik vesterndir. Filmdə baş verən hadisələr keçən əsrdə baş verir və baş qəhrəmanın adı məşhur irland şairin adı ilə eynidir – Uilyam Bleyk. Bu qəhrəman kifayət qədər vəhşi görünüşlü hindunun müşayiətilə qəribə bir ərazidə səyahət edir. Lakin səyahətin düz başlanğıcında onu mənasız mübahisə üstündə qətlə yetirirlər. Bununla belə, səyahət davam edir – görünür, artıq o biri dünyada. Bundan sonra baş verənləri istənilən şəkildə şərh etmək, yaxud yenidən dünyaya gəlmə,
ərazinin verdiyi zəka, Amerika peyzajının mistikası və s. belə zərif mövhumlar haqqında düşünərək, ümumiyyətlə, şərhdən imtina etmək olar. Bütün sadalananlara hələ baş rolu Hollivudun əsas seks-simvollarından biri olan Conni Deppin ifa etdiyini və filmdə əfsanəvi İqqi Popun epizodik rolda çıxış etdiyini əlavə etsək, Tarantinonun filmlərindən heç də geri qalmayan bir məhsulu izlədiyimizi anlaya bilərik. Carmuş, həqiqətən də, gizli olmayan müəyyən bir cəmiyyətə məxsusdur. Bununla belə, Camuşun ətrafında olan hər bir şey müəyyən qədər paradoksal xarakter qazandığı üçün heç nəyi qəti olaraq demək mümkün deyil. Vudi Allen kimi Cim də caz klublarda çıxış edir və “local hero” – yerli qəhrəman, Nyu York ruhunun təcəssümü hesab olunur. Lakin, Allendən fərqli olaraq, Carmuşa bu şöhrət onun öz şəhərini marjinal immiqrant gözü ilə görməsi səbəbindən gəlib. Hal-hazırda o, beynəlxalq müstəqil kinematoqrafiya səhnəsində ən çox tələb olunan və ən parlaq sima hesab olunur. Bu statusu möhkəmləndirən amillərdən biri Amerika müstəqil film rejissorlarından yalnız Carmuşun öz filmlərinin hər birinin neqativini saxlaması faktıdır. Aşağı İst-Saydı “Carmuşun Planeti” adlandırırlar. Bura azlıqların inanılmaz sıxlığı ilə məşhurdur. Ekzotik, ieroqlif və sarı-qırmızı mağaza lövhələri ilə parlayan “çayna-taun” pizza qoxusu gələn və vitrindlərdə “Ən yaxşı oğlanlar italiyanlardır” yazılı köynəklərin satıldığı “Kiçik İtaliya” ilə qonşudur. Küçəni keçdikdə isə, macar kvartalı başlayır. Ondan sonra isə restoranlarında borş və qaluşkaların (Ukrayna mətbəxinə məxsus yeməklər – tərc.) verildiyi Ukrayna kvartalı başlayır. Parisdəki Latın kvartalını xatırladan bohem Sent Marks Pleysdən bir-iki addım aşağıda “latinosların” yaşadığı bədbin evlərin, A, B, C ilə işarələnmiş küçələrin olduğu təhlükəli “əlifba şəhəri” yerləşir. Carmuş evi, ofisi, sevimli barları və Nyu Yorkun digər məşhur nümayəndəsi Martin Skorsezenin oxuduğu orta məktəb kimi görməli yerlər yerləşən bu planetin yerli sakini təsiri bağışlayır. Bununla belə, Carmuşun fanatları məşhur rejissorun köçdüyü istənilən ərazinin həmin anda transsendental xarakter qazandığını iddia edirlər.
film fiction
Carmuşun filmlərini diqqətlə izlədikdə və onun Parisdə oxuyub, orada Vim Venderslə çalışdığını nəzərə aldıqda bu fikirdə böyük həqiqət payı olduğuna əmin olursan. “Yer üzərində gecə” filminin ideyası yaranan zaman Carmuş artıq hər iki yarımkürə üçün bir növ “quru”ya çevrilmişdi. Beş novelladan ibarət olan bu film müəyyən qədər komizm təəssüratı bağışlayır. Əvvəldə biz Yer kürəsinin necə dövr etdiyini görürük. Novellalar arasında əlaqə təşkil edən element isə saat qurşaqları üzrə zamanı sinxronlaşdıran saat təşkil edir. Coğrafi fərqlilikdə vahidliyi ehtiva edən bu element ərazinin müasir vahidlik elementi olan gecə taksisi ilə tamamlanır. Habelə, Carmuş müəllimi Vendersin, təxminən, elə həmin vaxtda çəkdiyi “Dünyanın düz sonuna kimi” (Until the End of the World, 1991) intellektual filmindəki səhvindən, qloballıq elementindən yayındı. Hollivudun nəhənglik xəstəliyindən peyvənd almış Carmuş heç də ən gözəl əsəri olmayan bu filmdə də minimalist və miniatür ustadı olaraq qalır. Carmuş, həmçinin, süjetsiz nəql ustadı kimi də qalmaqdadır. O, özü də tez-tez “kino” çəkmədiyini, sadəcə küçəyə çıxaraq, həyatı izlədiyini qeyd edir. Eyni tezisi öz estetikasına əsas olaraq Hollivud ulduzlarını məişət dizaynı elementinə çevirmiş və onların fonunda adsız statistləri saatlarla müşahidə etmiş Endi Uorhol da istifadə edib. Carmuş Amerika “pop-art”ının prinsiplərini digər baza üzərində inkişaf elətdirir: “Səfil, keçmiş məhbusları, emiqrant və darıxan gecə qapıçılarını onun filmlərində rok və caz ifaçıları, yaxud digər məşhurlar canlandırırlar. (...) Başqa sözlərlə, bu insanların “autsayder” imici tamamilə fərqli mədəni təbəqəyə aid olan və bohem kabare üslubunda təqdim olunur. Digər tərəfdən ola bilər ki, bu, elit rok musiqi səhnəsi ilə Mərkəzi Qərb düzlüyü arasında əhəmiyyətcə heç bir fərq olmadığını daha da vurğulayır. “Sirli qatar” filmində Carmuş keçmişə, mifləşdirilmiş keçmişə, Amerika kütlə mədəniyyətinin sehirli nağılına yaranmış ümid sərgiləyir. Elvis Preslinin yapon fanat cütlüyü ev muzeyinə baş çəkmək üçün əfsanənin Tennesi ştatındakı doğma şəhəri Memfisə gəlirlər. Məkanda azad hərəkət iradəsilə hərəkət edən uzaq və yaxın personajlar da burada toplaşır. Onlar – öz varlığı ilə üç novellanın mikro-süjetini dolduran bu insanlar sonda eyni bir atəş səsini eşitmək üçün kiçik yerli oteldə birləşirlər. Lakin mahiyyət etibarilə bu insanların taleləri Mebius lentinin üzləri kimi heç bir ortaqlığa sahib olmur. Vacib olan yalnız standart fərqləndirmə nişanları ilə dünya üzərində dolaşma əsasında yaranan rəmzi yaxınlıqdır.
film fiction
Bunlardan biri Elvis Preslidir. Və bununla da, Carmuş bir tərəfdən Uorhola, digər tərəfdən isə “Pulp Fiction” materialı üzərində qurulmuş yeni süjet xətti və “suspence”i qabaqlayaraq, Tarantinoya yaxınlaşır. Carmuş əsl amerikalıdır: o, ölkəsinin soyqırımdan yarandığını və daim silahla gəzdiyini xatırlayır. Habelə, o, Pekinpdən tutmuş Tarantinoya kimi yeni amerika kinosunu xarakterizə edən zorakılığın mifoloji xüsusiyyət qazanmasının qəti olaraq əksinədir. “Ölü” filmində silaha üz tutan istənilən personaj qəhrəmanlıqdan çox uzaqdır. Janr modeli olaraq, o, Con Fordu deyil, 60-70-ci illərin “turş vesternlərini” götürür. O, hətta Amerikaya əvvəl olduğundan daha bədbin nəzər təqdim edir və özünün ilk geosiyasi filmini təqdim edir. Lakin bu filmi, həmçinin, geomədəni adlandırmaq olar. Burada Leninin bir cəmiyyətdə iki mədəniyyət haqqında olan artıq köhnəlmiş tərifindən istifadə etmək olar. Əhəmiyyət etibarı ilə “Ölü”də iki mədəniyyət – İst-Saydın “turş mədəniyyəti” (İggi Pop və Nil Yanq) ilə sənaye sivilizasiyanın məhv etdiyi düzənliklərdə yaşamış hindu tayfaları – blad və blekfutlar mədəniyyəti qarşılaşır. Tarixi kinayə burasındadır ki, hər iki mədəniyyət narkotik maddələr çəkmək mədəniyətinin köməyi ilə ortaq dil tapa bilirlər. Bu hallüsinasiyalardan birinin məhsulu da elə “Ölü” filmi oldu. Filmin qəhrəmanları su və tüstü örtüyündən başqa siyasi danışıq mədəniyyəti gərək olmayan və hindunun başmaqlarının həqiqətən də Uilyam Şekspirə (Uilyam Bleykə) və hətta ondan da artığına layiq olan daha ahəngdar dünyaya immiqrasiya edirlər.
film fiction
POL TOMAS ANDERSON Pol Tomas Anderson 26 iyun 1970-ci ildə Kaliforniya ştatının Studio-siti şəhərində anadan olub. Onun atası Erni Anderson televiziya aktyoru idi və “BBC” kanalında diktor, həmçinin, Klivlend televiziyasında “Qoulardi” adlı qorxu şousunda aparıcı kimi çalışırdı. Pol Andersonun uşaqlığı San-Fernando vadisində keçib. Ali təhsilini Nyu York Universitetində alsa da, tezliklə yarımçıq saxlayır. Anderson hələ 12 yaşında ikən atasının videokamerası ilə çəkilişlər aparırdı. 1988-ci ildə, məktəbdə oxuyarkən Pol ilk filmini çəkir. Yalançı sənədli film olan yarım saatlıq “Dirk Diqlerin hekayəsi” (The Dirk Diggler Story, 1988) lenti məşhur porno-aktyordan bəhs edir. Filmdə baş qəhrəmanın prototipi olmuş porno-aktyor Con Holms sonradan Andersonun “Bugi üslubunda gecələr” (Boogie Nights, 1997) filminin də baş qəhrəmanı üçün prototip olub. Ali təhsilini yarımçıq qoyan Anderson Los Anceles və Nyu Yorkda televiziya filmləri, videoçarxlar və televiziya oyunlarınən çəkiliş meydançalarında prodüser köməkçisi kimi çalışmağa başlayır. 1992-cü ildə Pol beş nahar səhnəsindən ibarət ikinci qısametrajlı filmi “Siqaret və kofe” (Cigarettes & Coffee) filminin çəkilişlərinə başlayır. Film böyük ekranda ilk dəfə 1993-cü ildə ”Sandens” festivalında uğurla nümayiş olundu. Bir neçə ildən sonra o, özünün ilk tam metrajlı filmi “Nəhs səkkizlik” (Hard Eight, 1996) lentini çəkir. Film ilk dəfə 1996-cı ildə keçirilmiş Kann kinofestivalının “Xüsusi baxış” konkursu çərçivəsində nümayiş olunub. Rejissorun karyerasında dönüş məqamı olmuş “Bugi üslubunda gecələr” filmində Anderson yarım saatlıq debüt lentinin baş qəhrəmanı Dirk Diqlerin hekayəsinə qayıdaraq, onu tammetrajlı film formatında genişləndirib. Filmin təqdimatı 1997-ci il 10 oktyabr tarixində baş tutub. Dram tənqidçilər tərəfindən yüksək qiymətləndirilsə də, prokatda uğur qazana bilmədi. “Bugi üslubunda gecələr” 1997-ci ilin ən müsbət qarşılanan və porno-film dünya-
film fiction
sını haqqında çəkilmiş ən uğurlu lentlərindən biri hesab olunur. Film, həmçinin, aktyor Bört Reynoldsun karyerasını dirçəltmiş hesab olunur. Porno-film rejissoru Cek Hornerin rolunun ifasına görə Reynolds “Oskar” nominasiyası qazanıb. Bundan əlavə, baş rolların ifaçıları Mark Uolberq və Culianna Mur da filmdən sonra ən çox tələb olunan aktyorlar sırasına keçiblər. Nəticədə, film üç kateqoriyada – ən yaxşı ikinci plan aktyoru, ən yaxşı ikinci plan aktrisası, eləcə də, ən yaxşı orijinal senari kateqoriyaları üzrə “Oskar”a nominasiya qazanmışdı. Andersonun növbəti filmi Kaliforniyanın San-Fernando vadisində yaşayan insanlar arasında mövcud spesifik qarşılıqlı münasibətlərdən bəhs edən “Maqnoliya” (Magnolia, 1999) filmi oldu. Filmin süjeti doqquz müxtəlif süjet xəttinin birləşərək, sonda vahid hekayədə vəhdət təşkil etməsi üzərində qurulub. “Maqnoliya”da filmi digər Hollivud filmlərindən kəskin fərqləndirən uzun operator planları var. Andersonun bundan əvvəlki filmi kimi “Maqnoliya” da üç kateqoriyada “Oskar” nominasiyası qazanıb. Filmin təqdimatından sonra Anderson verdiyi müsahibələrindən birində qeyd edib: “Bilmirəm, bu yaxşıdır, ya yox, amma düşünürəm ki, “Maqnoliya” mənim çəkə biləcəyim ən yaxşı filmdir.” “Maqnoliya”dan sonra Anderson komik Adam Sendler ilə işləmək arzusunda olduğunu və növbəti filminin 90 dəqiqəlik xronometraja malik olacağını açıqlayır. Nəticədə, növbəti film 2002-ci ildə işıq üzü görmüş romatik komediya janrlı “Ayaqdan yıxan sevgi” (Punch-Drunk Love) filmi oldu. Filmdə baş rolu Adam Sendler ifa edirdi. Süjet kiçik sahibkarın hekayəsindən bəhs edir. Sendler filmdəki ifasına görə tənqidçilərin müsbət rəyini qazana bilmişdi. Bu, “meynstrim” komediya ustası aktyorun ciddi filmlərə doğru ilk addımı olub. “Ayaqdan yıxan sevgi” filminə yazdığı resenziyasında Rocer Ebert qeyd edib: “Məhdud formuladan azad olmuş Sendler gözlənilmədən aktyor kimi dərinliyini sərgiləyir. Filmə baxarkən, onu Dennis Hopperin rolunda təsəvvür etmək olar. Onda qaranlıq, hökm və fikirlərə aludəlik var.” 2002–ci ilin Kann festivalında film ən yaxşı rejissor işi üzrə mükafat qazanıb və “Qızıl palma budağı” mükafatına nominant olub. Andersonun ən məşhur filmi Epton Sinklerin “Neft!” romanının azad ekranlaşdırılması oldu. Filmin orijinalda adı İncildən götürülmüş sitat “Qan axacaqdır” (There Will Be Blood, 2007)
film fiction
kimi səslənsə də, Rusiyada film “Neft” adı altında nümayişə çıxıb. Film dünya prokatında kifayət qədər uğurlu olub. 25 milyon dollar büdcəsi olan film dünya prokatında 75 milyon dollar yığım əldə edib. Çəkilişlər başlamamışdan öncə Anderson məşhur ingilis aktyor Deniel Dey-Lüis ilə işləmək arzusunda olduğunu bildirib. Beləliklə, filmdəki roluna görə Dey-Lüis ikinci “Oskar”ını qazanıb. Anderson özü isə Amerika rejissorlar gildiyasının mükafatına namizədlik qazanıb. Ümumilikdə film səkkiz kateqoriyada nominant olaraq, Koen qardaşlarının “Qocalara burada yer yoxdur” (No Country for Old Men, 2007) filmi ilə rəqabət aparırdı. Anderson ən yaxşı rejissor işi, ən yaxşı senari və ilin filmi nominasiyaları üzrə Koen qardaşlarına uduzsa da, film tənqidçilər və auditoriya tərəfindən çox müsbət qarşılanıb və onilliyin ən yaxşı filmləri siyahısına daxil edilib. 2009-cu ildə “Variety” jurnalı Andersonun “1950cı illərdə yeni dinin əsasını qoyan cazibədar intellektual” barədə bəhs edən yeni “Master” (The Master) filmi üzərində işlədiyinə dair məlumat yayır. Filmdə konkret dini hərəkat adı çəkilməsə də, onun Sayentologiyaya (öyrənmə və təlimin dərəcəli kursları vasitəsilə özünüdərkin və ruhi bütövlüyün axtarışına əsaslanan dini sistemdir. 1955-ci ildə amerikan elmi-fantastik yazıçı Lafayet Ronald Habbard tərəfindən yaradılıb. – Red.) əsaslandığı güman olunur. Rejissorun filmlərində tez-tez görünən aktyor Filip Seymur Hoffmanın baş rollardan birini ifa edəcəyi söylənilirdi. Filmdə, həmçinin, Riz Uizerspun və Ceremi Rennerin də çəkiləcəyi söylənilirdi. Lakin 2010cu ilin sentyabrında Renner layihənin naməlum müddətə saxlandığını, daha sonra isə, filmdə iştirak etmədiyini açıqladı. 2011-ci ilin aprel ayında aktyor Hoakin Fenikslə onun filmdə ikinci dərəcəli rol ifa etməsi üzrə danışıqlar aparıldığı açıqlandı. Nəticədə isə Anderson senarini tamamilə dəyişərək Hoakinin qəhrəmanı Freddi Kueli əsas personaja çevirdi. Lentin təqdimatı 2012-ci ildə keçirilmiş 96-cı Venesiya
film fiction
kinofestivalında baş tutub. Anderson festivalda ən yaxşı rejissor işi üzrə “Gümüş şir” mükafatı qazanıb. Kventin Tarantino, Stiven Soderberq, Riçard Linkleyter və Spayk Conz kimi Anderson da “özü-özünü yetişdirmiş rejissorlar” nəslinə aiddir. Adı çəkilən rejissorlar kinematoqrafiya sənətini kino məktəblərində deyil, minlərlə kinokasetləri izləyərək öyrəniblər. Anderson Martin Skorseze, Maks Ofüls, Stenli Kubrik, Orson Uels, Robert Oltmen və Con Demmini rejissurada özünün əsas ilham mənbəyi kimi qeyd edir. Andersonun filmləri ilk növbədə hadisələrin San-Fernando vadisində baş verməsi və çoxlu sayda realistik, eləcə də, qüsurlu xarakterə malik obrazların iştirakı ilə seçilir. Onun filmlərində qəhrəmanlar əsasən, ailədaxili münasibətlərin pozulması, uzaqlaşma, peşmançılıq, yalnızlıqdan əziyyət çəkən, bəxt və qismət, “ev” adlana biləcək yerin axtarışında olan obrazlardır. Andersonun üslubu geniş ifadə, xüsusi vizual üslub, mahiyyətin qeyri-bərabər qavranması, daim hərəkətdə olan kamera, uzun planların vizual davamlılığı, yadda qalan musiqi və fiziki təbiət qanunlarına tabe olmayan audiovizual obrazların geniş istifadə olunması ilə tanınır. Andersonun ilk dörd bədii filmində oxşar aktyor yığımı iştirak edir. Filip Seymur Hoffman, Melora Uolters, Luis Quzman, Filip Beyker Holl, Con Kristofer Rayli, Culianna Mur kimi aktyor və aktrisaları Andersonun əksər filmlərində görə bilərik. Anderson “Şənbə axşamı canlı efirdə” verlişinin iştirakçı akstrisası olmuş Maya Rudolf ilə evlidir. Onların üç övladı var.
film fiction
Müəllif: Rövşanə Orucova
Tabutta Rövaşata
U
lus Baker Spinozaya əsaslanaraq, belə bir fikir səsləndirib: “Təbiət heç bir zaman nə tayfa, nə millət, nə sinif, nə də zümrələr yaradır, o, sadəcə fərdlər yaradır.” Yəni Spinozaya görə kimliklər sonradan uydurulmuş, fərdin üzərinə yapışdırılmış bir etiketdir. 1990-cı illərdən başlayaraq, identiklik siyasəti qloballaşma vasitəsilə daha da aydın bir şəkil alır. Elə məhz bu dövrlərdə Dərviş Zaim “Tabutta Rövaşata” filmi ilə bu kimliyin paradiqmasını alt-üst edir. Zaimin yaratdığı Mahsun obrazı postmodernist düşüncənin yarası olan aid olma kimliyi məsələsini heç özünə yaxın qoymur. “Yerli vətəndaşlar kimi Mahsun obrazı nə dövlət, nə Kipr məsələsi, nə sonu görünməyən Şərq-Qərb və “Biz kimik?” kimi suallar ilə maraqlanır. Çünki bu məsələlər aid olma kimliyi olan, yeri-yurdu olan insanların problemləridir. Amma Mahsunun nə harasa aidliyi, nə də kimliyi var. O, müəyyən mənada “vətəndaşlıq haqlarından məhrum” bir “mort civile” vəziyyətində, yeri-yurdu olmayan köçəri, harasa aid olmayan bir avaradır. Yəni onun hekayəsi sadəcə öz hekayəsidir. Hansısa başqa bir məsələnin alleqoriyası, ya da simvolu deyil.” “Tabutta Rövaşata” filmi Mahsun obrazı ilə bir güc, iqtidar anlayışının tənqidinə başlayır; ancaq bu tənqidi yanaşma Nuri Bilge Ceylan, ya da Orhan Pamuk kimi kimliklərin ikiləşməsini qarşı-qarşıya qoymaq və bununla da onu müəyyən etməyə çabalamır1, əksinə, individumu təkləşdirir, fərdiləşdirir.
film fiction
Mahsun obrazının fərdiliyi onun canını təmsil və alleqoriya tələsindən qurtarır; rejissor hər vəchlə bizim ona bir kimlik, identiklik verməyimizə əngəl törədir. Fərdilik bir insanı, ya obyekti başqalarından ayıran bir fenomendir, ancaq burada heç bir keyfiyyət məsələsi nəzərdə tutulmur. Mahsunun fərqliliyi onu mərkəzsizləşdirərək Qərb ritorikasının “mədəni təmsil” çarxının istehsal etdiyi bir dildən azad edir. Beləliklə, mərkəz və özgələri dixotomiyası burada öz gücünü itirərək işə yaramır. “Tabutta Rövaşata”da mədəni təmsil anlamında hakim olanın qarşısındakı dildə danışmır. Bu paradiqmanın çölündən, özgənin dilindən danışaraq öz dilini yaradır və beləliklə, mövcud kimlik paradiqmasını darmadağın edir. Mahsunun film boyunca müxtəlif iqtidar formaları ilə qarşılaşır. Polis bölməsinin komissarı rəisə gileylənərkən: “Bir şey deyim sənə? Mən döyməkdən boğaza yığıldım, o, döyülməkdən bezmədi. Gözətçilər bezdilər, prokurorlar bezdilər, hakimlər bezdilər, ta bütün ölkə bezdi. Bu avara bezmədi. Məmurlar bezdilər, gözətçilər bezdilər, psixoloqlar bezdilər... Psixoloqlar da cana yığıldılar e. Bəli, həkimlər bezdilər, xəstəxanalar da bezdilər. Bircə o bezmədi” – Mahsunun hansı iqtidar mərkəzlərilə qarşılaşdığını görmək olur. Filmdə Mahsunun kimdənsə qaçdığını, qorxub gizləndiyini, döyüldüyünü, söyüldüyünü görürük. Mahsunun maşın oğurluğu səbəbindən daim polislər tərəfindən döyülməsi, həbs edilməsi, psixoloqlar tərəfindən müalicə edilməsi cəhdi onu
Nuri Bilge Ceylan və Orhan Pamuk əsərlərində Qərb həmişə “mərkəz mövzu” olaraq çox qabarıq göstərilir. Filmin, ya romanın qəhrəmanlarının mövqeyi bu “mərkəz mövzu”ya uyğun müəyyənləşdirilir və təyin edilir. Modern dövrdə qərbli fərdlərin zövqlə oxuduğu iki cür alleqoriya mövcuddur: birincisi, qərbləşə bilməyən barbar; ikincisi, qərbləşmiş, yəni təkamülünü tamamlamış ideal şərqli bir tipaj. Əhliləşdirilmiş bir özgə. Postmodern dövrdə isə yeni bir alleqoriya ortaya çıxır. Orhan Pamuk romanlarında da qarşılaşdığımız, ancaq daha çox Nuri Bilgenin öz-özlüyündə orientalizm yaratdığı mətnlərdə olan tez-tez müraciət etdiyi alleqoriya gücsüz, hökmransız kişi anlayışıdır. Bu kişi barbar deyil; qərbləşmək istəyi var, ancaq bu imtahanı keçə bilmir və öz qabığına geri çəkilir. Öz qabığına qayıdarkən, yəni “ata evi”nə geri qayıdarkən öz gücünü itirmiş olur. “Kış Uykusu” (2014) filmində Aydın (Haluk Bilginer) Qərbdə təhsil almış, özünü aydınlatmış (!), şərqli xüsusiyyətlərini tərk etmiş bir insandır, ancaq şəhərdə işi istədiyi kimi gətirmir (uğursuz bir aktyor olduğunu özü də qəbul edir) və o, öz “ata evi”nə geri qayıdır. Aydın atasından miras qalmış bir otel işinə baxır. Burada “ata evi”nə dönüş, əlbəttə, Dostoyevskinin “ata evi”nə dönüşü kimi bir qayıdış deyil. Dostoyevski öz obrazlarını elə başlanğıcdan qəti imtina ilə yeraltına çəkir, amma Ceylanın obrazları öncə üsyan edib savaşır, əhliləşmək üçün mübarizə aparır, lakin sonra uğursuz olurlar. Bu uğursuzluqların nəticəsidir ki, gücsüzləşirlər, hökmransızlaşırlar. “Mayıs Sıkıntısı” (2000) filmini yadınıza salın. Muzaffer ata evinə geri qayıdır, o da eynilə Aydın kimi şəhərdə tam qərbləşə bilməyib, axırda öz ata evinə geri dönür. Qərbləşmənin hər kəsə nəsib olmadığı bu fantazmatik dünyada qərbli fərdin qürurunu sığallayan çox göndərmələrə rast gəlmək olar. Bütov bu alleqoriyanı izləyiciyə tam dolğun çatdıra biləcək film “Uzak” (2003) filmidir. Filmin adından da göründüyü kimi Qərb bizlər üçün çox uzaqdadır. Yusuf bir iş tapmaq ümidilə şəhərə bir qohumunun yanına gəlir. Mahmut illər əvvəl Tarkovski kimi filmlər çəkmək ümidilə İstanbula köçmüş, amma arzusu ürəyində qalmış bir insandır. Mahmut ilə Yusuf arasında arasıkəsilməyən gərginlik Yusufun Mahmuta öz davranışları ilə onun öz mahiyyətini xatırlatmasından qaynaqlanır. Hər dialoqda Yusufu səhv çıxarmağa çalışsa da, əslində, öz daxilində ondan heç bir fərqi olmadığını yaxşı bilir. Uzak filminin sonunda Yusuf kəndə geri qayıdır və gedərkən öz siqaret paketini evdə unudur. Filmin bir səhnəsində Mahmutun “belə siqareti çəkmək olar, alə” deyib yuxarıdan aşağı baxdığı Samsun siqaretini çəkməsi tək olduğu zaman onun özü ilə necə üzləşdiyini dolğun göstərir. (Siqaret məsələsinə bir haşiyə çıxım: “Marlboro” və Samsun siqaretlərinin film boyu müqayisə edilməsi Orhan Pamukun “Səssiz ev” romanındakı maşın yarışı səhnəsinə bənzəyir: “Alfa-Romeo”nun “Anadol”u ötüb keçməsi, sonra da ikincinin xarab olub, bir də heç zaman işləməməsi səhnəsi.) 1
dövlətin öz əli ilə tərbiyə etmə, əhliləşdirmə çabasıdır. Ancaq klassik hekayələrdə olduğu kimi, Mahsunun gücün təmsilçilərilə heç bir qarşıdurmaya əl atmadığını görürük. Bu çarpışmazlıq Mahsunu həm sərhədsizləşdirir, həm də mərkəzsizləşdirir. Əgər onlara (iqtidar mərkəzlərinə və onun təmsilçilərinə) reaksiya versə idi, o zaman, o, hansısa sərhədləri təyin etmiş olacaqdı. Mahsunun kimliksizliyi, bir növ, kodsuzluqdur. Mahsunun istər dövlət, istərsə də ailə içərisində heç bir kod olaraq kateqoriyalaşdırıla bilinməməsi iqtidar sahiblərinin onunla heç bir şəkildə yola gedə bilməyəcəkləri mənasına gəlir. Delöz kimliklərin iqtidar sahibləri tərəfindən kodlaşdırılaraq yaradılması məsələsi ilə bağlı ümumi olaraq cəmiyyətdə üç prinsipin universal olduğunu vurğulayır: qanun, müqavilə və institut. Bu üç prinsip filmin atmosferində də mövcuddur və Mahsun cəmiyyətin bu üç prinsipilə də ayaqlaşmayan bir obrazdır. Onun qanunları, yəni sərhədləri yoxdur. Çünki məkansızdır. O gecələr başını atıb yata biləcəyi bir yer tapanda gedir yatır, hətta bəzi günlərdə maşın oğurlayır ki, küçələrdə gəzişib sonra da yıxılıb yatsın. Qanunun “oğurlamamalısan” əmrini heç vecinə də almır. O qədər işgəncə, şiddət, həbs və dəli xələtinə baxmayaraq, yenə də oğurlamağa davam edir. Maşını soyuq qış aylarında gecələr yatmaq, isinmək və barınmaq üçün istifadə edir. Ancaq ümumi olaraq onun maşınlarla münasibəti müvəqqətidir. O, heç zaman bir maşına sahib olmaq üçün mübarizə də aparmır. Filmdə Mahsunun heç bir mülkiyyət münasibətlərilə əlaqəyə girmədiyini görürük. O, başqa bir insanın gözündən kimliyinin təyin edilməsini rədd edir. Ona görə də qaydasızdır, iqtidar sahiblərini daim narahat edən bir insandır. O, müəyyənləşdirilə bilinən bir insan olmadığından iqtidar sahibləri onunla necə yola gedəcəklərini bilmirlər. Komissar rəisə təhdid ilə Mahsuna yiyələnməyi tələb edəndə onu bir ailə institunun içinə həbs edərək əhliləşdirmək istəyir. Rəisin kontrolu altında, bir növ, “ata kontrolunda” intizam altında saxlanılsa, Mahsun itaət edəcəyini düşünürdülər. Amma uğurlu olmurlar. Mahsunun intizam altında saxlanılması mümkünsüzdür. Çünki bu uşaq “bir atanın oğlu” deyil. Mahsun hardasa bir işçi, vətəndaş deyil. Ailəsi yoxdur və daimi bir yaşayış yerinə sahib deyil. Mahsunun qurduğu yeganə əlaqə forması “dostluq”dur. Hər münasibət üçün cəmiyyət müəyyən müqavilənin təmin edilməsini gözləyir. Birlikdə yaşamaq üçün nikah, işləmək üçün əmək müqaviləsi, ticarət üçün imzalar, möhürlər, yəni həyatımız boyunca dayanmadan müqavilə bağlayırıq. Cəmiyyət üçün müqaviləsiz bir vətəndaş təsəvvüredilməzdir. Mahsunun heç bir aiddiyyəti, kimliyi olmadığı kimi heç bir müqaviləsi də yoxdur. Bu kodsuzluq vəziyyəti Mahsunun nəsə olaraq (ata, işçi, sahibkar, inqilabçı, anarxist, balıqçı) müəyyənləşdirilməsinə maneə olur. Nəticə etibarilə, “Tabutta Rövaşata” yaratdığı Mahsun obrazı vasitəsilə mövcud identiklik siyasətlərini alt-üst edir.
film fiction
Tərcümə: Məlahət Qurbanəliyeva
film fiction
TARKOVSKİDƏN SONRA... Aleksandr Sokurov və Andrey Zvyagintsev
ALEKSANDR SOKUROV Aleksandr Sokurov 14 iyun 1951-ci ildə İrkutsk vilayətinin Podorvixa kəndində anadan olub. Sokurovun doğma kəndi 1956-cı ildə İrkutsk hidroelektrik stansiyasının işə salınması zamanı su altında qalıb. Kinorejissor Böyük Vətən Müharibəsinin iştirakçısı olmuş hərbçinin ailəsində böyüyüb. Atasının işi ilə əlaqədar olaraq, onların ailəsi daima bir şəhərdən digərinə köç edirdi. Aleksandr birinci sinfə Polşa Milli Respublikasında gedib, attestatını isə Türkmənistanda alıb. 1968-ci ildə Sokurov Qorkov adına Dövlət Universitetində tarix fakültəsinə daxil olub. Tələbəlik illərində yerli televiziyada bədii verilişlər redaksiyasında çalışıb. Gənc Aleksandr ilk müəllif verilişlərini 19 yaşında ikən hazırlayıb. Bunlara bir neçə telefilm, canlı efir verilişləri, xüsusilə, idman verilişləri aid idi. 1974-cü ildə Sokurov Universiteti bitirərək, tarixçi diplomu alıb. Bir ildən sonra Sokurov Ümumrusiya Kinematoqrafiya İnstitutuna rejissor fakültəsinə qəbul olub. O, Aleksandr Zquridinin rəhbərliyi altında elmi-populyar filmlərin rejissorluğu bölməsində təhsil alırdı. Sokurovun göstərdiyi nəticələr elə yüksək idi ki, ona Sergey Eyzenşteyn adına xüsusi təqaüd təyin etmişdilər. Yeri gəlmişkən, məhz həmin illərdə Sokurov yaradıcılığında ona ən yaxın yoldaş və həmkar olan senarist Yuri Arabovla tanış olub. 1979-cu ildə Aleksandr Sokurov bütün imtahanları müvafiq hazırlıqlar keçmədən verərək institutu bitirib. Buna səbəb “Qoskino” və institutun idarə heyətilə getdikcə kəskinləşən münaqişənin olması idi. Gənc rejissoru formalizm və sovet ovqatı əleyhinə təbliğatda ittiham edirdilər. Bu səbəbdən də rejissorun Andrey Platonovun əsəri əsasında çəkilmiş “İnsanın tənha səsi” adlı ilk bədii filmi institutun rəhbərliyi tərəfindən diplom işi kimi qəbul olunmadı. Halbuki,
film fiction
qısa müddət sonra film bir sıra nüfuzlu xarici kinofestivallarda mükafatlara layiq görüldü. Lent məhv edilməli idi, lakin filmi adi oğurluqla xilas etmək mümkün oldu. Sokurov və Arabov arxivə daxil olaraq, filmin pozitiv lent nüsxəsini və orijinal materiallarını götürərək, yerinə başqa materiallar qoydular. Yeri gəlmişkən, məhz həmin dövrlərdə Sokurov Andrey Tarkovski tərəfindən güclü mənəvi və professional dəstək alırdı. Tarkovski ilk addımlarını atan rejissorun işlərini yüksək qiymətləndirirdi. Sokurov “Mosfilmdə” işləmək istəyirdi, lakin irəli sürülən şərtlər onu qane etmirdi. Tarkovskinin tövsiyəsi ilə Sokurovu 1980-cı ildə “Lenfilm” kinostudiyasına işə qəbul etdilər. Rejissor, eyni zamanda, Leninqraddakı sənədli filmlər studiyası ilə əməkdaşlıq edirdi. Müxtəlif vaxt çərçivələrində Sokurov həmin studiyada bir neçə sənədli film istehsal edib. Həmin filmlər “Qoskino” və partiya rəhbərlərinin mənfi reaksiyasına səbəb olub. Və uzun müddət ərzində, 1980-cı illərin sonuna kimi Sokurovun heç bir filmi prokata buraxılmayıb. Ən çətin zamanlarında Tarkovski Sokurova iki dəfə xaricə səfər təşkil edib. Lakin Sokurov özünün qeyd etdiyi kimi, rus dili və Ermitajın mənəvi xəzinələrini qoyub, ölkəni tərk edə bilməyib. Və budur 80-cı illərin sonunda Sokurovun müəllifi olduğu filmlər işıq üzü görməyə başlayır. Bundan əlavə, filmləri beynəlxalq kinofestivallarda Rusiyanı çox böyük uğurla təmsil edir. Bu uğurlar rejissoru yenidən çalışmağa həvəsləndirirdi. 80–90-cı illərdə Sokurov bir il ərzində bir neçə film çəkirdi. Buna baxmayaraq, o, gənclər üçün radioda xeyriyyəçi verilişlər təşkil etməyə də zaman ayırırdı. Yeni minillik ərəfəsi o, Peterburq televiziyasında “Sokurov Adası” adlı verilişlər silsiləsi hazırlamışdı. Verlişlərdə kinematoqrafın mədəniyyətdə yeri kimi mövzular müzakirə olunurdu. 90-cı illərin ortalarından həmkarları ilə birgə Sokurov video texnologiyaların öyrənilməsinə başlayıb. Sokurov dəstəsi ilə birgə yapon televiziya kanallarının sifarişi və yapon dostlarının dəstəyilə bir neçə sənədli film istehsal edib.
film fiction
Rejissor “Tutulma günləri”, “Ana və oğul”, “Molox” (“Müharibə Tanrısı” – tərc.), “Buğa” və başqa 20-yə yaxın film müəllifidir. Bununla belə, rejissorun müəlliflik etdiyi sənədli filmlərin sayı daha çoxdur. Bunlara “Moskva elegiyası”, “Peterburq elegiyası”, “Sovet elegiyasını” misal göstərmək olar. Artıq qeyd olunduğu kimi, Sokurov bir çox beynəlxalq əhəmiyyətli festivalların laureatı olub və demək olar ki, hər il müxtəlif ölkələrdə onun filmlərindən ibarət retrospektiv təşkil olunurdu. Rejissor gec də olsa, vətənində də ad qazana bilir. O, Tarkovski adına FİPRESSİ mükafatı, Rusiya Dövlət mükafatı (1997) və 1998-ci ildə “Üçüncü Minillik Mükafatı” adlı Vatikan Mükafatını qazanır. Müxtəlif zamanlarda nominant olduğu 43 mükafatdan 26-nı qazanmış rejissor hal-hazırda ən nüfuzlu rus rejissorlarından biri hesab olunur. 1995-ci ildə Avropa Kinoakademiyasının qərarı ilə Sokurovu dünyanın ən yaxşı rejissorları yüzlüyünə daxil edirlər. 2010-cu ildə Kabarda-Bolkariyada Berbekov adına Dövlət Universitetində Sokurovun rəhbərlik etdiyi rejissorluq bölməsi açılır. 2011-ci ildə Sokurov Venesiya kinofestivalında “Qızıl şir” və Ekumenik jüri mükafatına layiq görülür. Mükafat hakimiyyət haqqında dördlüyün sonuncu hissəsi “Faust” filminə verilir. Təqdimat zamanı jüri sədri Darren Aronofski bu filmin onu izləyən hər bir şəxsin həyatını dəyişmək iqtidarında olduğunu qeyd edir. Sokurov Sankt-Peterburqda yaşayır. O, “Sokurov dəstəsi” adlı şəhər mühafizəkarları fəallar qrupuna rəhbərlik edir. Qrupun əsas məqsədi qədim Peterburqu məhv olmaqdan qorumaqdır. Bunun üçün qrup hökumətlə aktiv şəkildə danışıqlar aparır və şəhərdə aparılan yenidənqurma və tikinti işlərinə aid müzakirələrdə iştirak edir.
ANDREY ZVYAGİNTSEV Andrey Petroviç Zvyagintsev 6 fevral 1964-cü ildə Novosibirskdə anadan olub. Valideynləri boşandıqdan sonra Andrey rus dili və ədəbiyyatı müəlliməsi olan anası Qalina Zvyagintseva ilə qalır. Andrey uşaqlıqdan ədəbiyyat və incəsənətlə maraqlanırdı. 1980-ci ildə o, Novosibirsk Gənc Tamaşaçılar Teatrı müəllimi Lev Belovun gənc teatr studiyası üçün aktyor yığımı apardığını eşidir və seçimlərə gəlir. Məktəbin ikinci kursunda olarkən Andrey GTT-də “Xatırlamıram” tamaşasında baş rolu ifa edir. Məktəbi bitirəndə Andrey artıq “Göy üzündə gəlmə uçur”, “Akseleratlar”, “Yayı gözləyərkən möcüzələr” və “Heç kəs inanmaz” tamaşalarında rol ifaçısı idi. 1984-cü ildə məktəbi bitirdikdən sonra o, GTT-də qalır. Lakin bir neçə aydan sonra hərbi qulluq çağırışı gəlir. İki il ərzində Andrey Novosibirsk hərbi ansamblında qulluq edir, konsert çıxışları ilə hərbi hissələrə səfər edirdi. 1986-cı ildə hərbi qulluğu bitirdikdən sonra Andrey Moskvaya gəlir və burada QİTİS-in (Rusiya Teatral Sənət İnstitutu) aktyorluq fakültəsinə daxil olur (Yevgeniya Lazareva və Vladimir Levertovun sinfi). Zvyagintsev Xulio Kortasarın (Zvyagintsevin ən sevimli müəlliflərindən biri) “Xana-xana oyunu” romanı əsasında səhnəyə qoyulmuş eyniadlı tamaşada (1993-cü il, müəllifin rolunda) və İvan Turgenyevin pyesi əsasında səhnəyə qoyulmuş “Kənddə bir ay” tamaşasında (1997-ci il Belyayevin rolunda) aktyor kimi çıxış edib. Bununla belə, Zvyagintsevin aktyor kimi debütü daim təxirə salınırdı və Moskvada olduğu 10
il ərzində o, cəmi iki tamaşada rol almışdı. Rejissorun sözlərinə görə, 90-cı illərin birinci yarısında, elə vaxtlar olurdu ki, metroda gediş haqqına belə pulu olmurdu. Tanış kinematoqrafçıların köməyilə Zvyagintsev televiziyaya işə düzələ bilir. Rejissor təhsili olmasa belə, Andrey televiziyada reklam çarxlarının çəkilməsi ilə məşğul olmağa başladı. 1992-ci ildən 2000-ci ilə kimi Zvyagintsev “Qoryaçov və başqaları” (1992-1994), “Tanış olaq” (1999), “Kamenskaya. Ölüm və bir az da sevgi” (2000) seriallarında, eləcə də “Pişik balası” (1996) və “Şırli-mırli” (1999) filmlərində epizodik rolları ifa edib. Zvyagintsevin çəkdiyi reklam çarxları efirə buraxıldıqdan sonra gənc rejissor “Ren TV” telekanalının baş prodüseri Dmitri Lesnevskinin diqqətini cəlb edib. Məhz Lesnevskinin hesabına Zvyagintsevin adı gələcəkdə bütün dünyaya məşhur olacaqdı. 2000-cı ildə Zvyagintsev televiziya filmi çərçivəsində ilk debütünü edir. O, “Ren TV” də yayımlanan “Qara otaq” filmlər silsiləsi üçün “Busido”, “Obskura” və “Seçim” qısametrajlı novellalarını çəkir.
film fiction
sevgi, itki və böyümək haqqında çox zərif işlənmiş film
film fiction
2003-cü ildə Zvyagintsev “Qayıdış” (Возвращение) tammetrajlı filmini çəkir. Film həmin ilin, sözün əsl mənasında, kinosensasiyasına çevrilir. “Qayıdış” filmini Toronto, Monreal və Lokarno kinofestivallarına dəvət alır və birbaşa Venesiya kinofestivalının konkurs proqramına düşür. Venesiya kinofestivalında yalnızca rejissor üçün deyil, ümumilikdə çəkiliş qrupunun əksəriyyəti üçün debüt işi olan “Qayıdış” filmi əsas mükafat “Qızıl şiri” qazanır. Film, həmçinin, “sevgi, itki və böyümək haqqında çox zərif işlənmiş film” təqdimatı ilə ilin ən yaxşı debütü üzrə “Qızıl şir” qazanır. Zvyagintsevin ilk kinofilmi dünya festivallarında 28 mükafat qazanmış və 73 ölkədə nümayiş olunmuşdu. Rejissorun ikinci filmi “Sürgün” (Изгнание, 2007) də, həmçinin, müsbət qarşılandı. Əsasən də, Moskva kinofestivalına o, “Rus proqramının ən yaxşı filmi” nominasiyasında Rusiya Kinoklub Federasiyası mükafatını qazandı. Kann kinofestivalında isə baş rol ifaçısı Konstantin Lavronenko ən yaxşı aktyor kimi “Qızıl palma budağı” qazanmış ilk rus aktyor oldu. Andrey Zvyagintsev, həmçinin, “Nyu York, mən səni sevirəm” (2009) kinoalmanaxının epizodlarından birinə rejissorluq edib. Rejissoru vaxtilə “Sevgi şəhərləri” layihəsinin birinci hissəsi – “Paris, mən səni sevirəm” (2006) filminə cəlb etmək istəsələr də, o vaxt Zvyagintsev bundan imtina etmişdi. İkinci hissədə iştiraka razılıq verən rejissor öz işini lazımınca yerinə yetirsə də, prodüserlər materialın layihənin ruh və əhvalına uyğun olmadığını bəhanə edərək, onu filmin kinoteatrlar üçün nəzərdə tutulmuş versiyasına əlavə etmədilər. Rejissorun üçüncü filmi 2011-ci ildə çəkilmiş sosial dram mövzulu “Yelena” (Елена) filmi Kann festivalında təqdim olunub. Film “Xüsusi baxış” jüri mükafatını qazanıb.
2014-cü ildə rejissor “Leviafan” (Левиафан) filmi ilə mükafatlar kolleksiyasını zənginləşdirdi. Amerikada yaşanmış, bir şəxsin təkbaşına dövlətlə olan müharibəsi faciəsi Andreyin çəkmək istədiyi film idi, amma rejissor hekayəni Rusiyaya adoptasiya edərək, tam fərqli senari üzərində film çəkdi. Tənqidçilərdən bir çoxu filmi bəyənməsələr belə, Zvyagintsev üçün film uğurlu oldu. “Qızıl Qlobus” qazanan film “Oskar”a da namizəd olsa belə, laureatlıq qazana bilmədi. 2017-ci ildə isə “Sevgisizlik” (Нелюбовь) sosial dramı Kannda nümayiş edildi. Boşanmaq üzrə olan qadın və kişinin övladlarına olan laqeydliyi uşağın evdən qaçması ilə nəticələnir. Film boyu uşağı axtaran qəhrəmanların fonunda Rusiya ilə bərabər müasir dünyada bəla halında gəlmiş insan münasibətləri arasındakı uçurum rejissorun verdiyi əsas mesaj olur. Zvyagintsevin ən ağır dramı kimi təsvir edilən film həm kino tənqidçilərin, eləcə də, tamaşaçıların geniş müzakirəsinə səbəb olub. Andrey Zvyagintsev aktrisa İrina Qrineva ilə evli olub. 6 il bir yerdə yaşadıqdan sonra 2010-cu ildə boşanıblar.
film fiction
film fiction
Tərcümə: Məlahət Qurbanəliyeva
VON KAR VAY
O
nu “kino dünyasının sonuncu romantiki” adlandırırlar. Bu isə, şərqli bir rejissor üçün kifayət qədər qeyri-adi ampluadır. Belə ki, kinomanlar Şərq rejissorlarından çox sərt, hətta şokedici filmlər görməyə adət ediblər. Lakin Vonq Kar-vay belə deyil. Onun filmlərinin əsas xüsusiyyəti insan hislərinin və təbii ki, onlardan ən əsası olan sevgi hissinin ən zərif nüanslarının təsviridir. Honkonqlu rejissorun filmlərindəki zəriflik, gözəllik və söz ilə təsvir olunması mümkün olmayan spesifik atmosfer onu dünyanın ən məşhur müəllif-rejissorlarından birinə çevirib. Vonq Kar-vay 1958-ci il 17 iyul tarixində Şanxayda (ÇXR) anadan olub. Beş yaşında olanda anası onunla birgə Honkonqa köçür. Vonqun atası, qardaşı və bacısı isə materikdə qalırlar. Honkonqda yaşayanda Kar-vay 13 yaşına kimi yerli ləhcəni anlamaqda çətinlik çəkirdi. Oğluna kömək etmək istəyən anası onu tez-tez kinoteatrlara aparırdı. Güman ki, elə həmin dövrdə də Kar-vayda filmlərə maraq oyanıb. 1980-cı ildə Kar-vay Honkonq Politexnik Kollecində qrafik dizayn fakültəsini bitirir. Lakin bundan sonra o, fərqli istiqamətdə irəliləyir. Xüsusi proqram üzrə “TVB” televiziya şirkətinə işə düzələn Kar-vay orada senarist kimi çalışmağa başlayır. Təlim keçdikdən sonra 1982–1987-ci illər ərzində o, bir çox filmlərin (eləcə də, o zamanlar məşhurlaşan Ceki Çanın çəkildiyi filmlərin) senari yazılmasında iştirak edib, həmçinin, bir neçəsində də aktyor kimi çəkilib. 1988-ci ildə Kar-vaya ilk filmini çəkmək həvalə olundu. “Göz yaşları axarkən” (As Tears Go By) lenti tipik Honkonq döyüş filmi olmalı idi, lakin hələ yaradıcılığının başlanğıcında olan rejissor bu filmlə özünün bütün növbəti filmləri üçün xarakterik olan orijinal vizual görüntü və dərin lirik üslubda təhkiyə qata bilib. Kar-vayın debüt filmi böyük uğur qazandı və artıq hər kəs onun növbəti filmini səbirsizliklə gözləyirdi. Bununla belə, 1960-cı illər ruhunda çəkilmiş “Dəlisov günlər” (Days of Being Wild, 1990) kriminal melodrama filmi prokatda müvəffəqiyyət qazana bilməsə də, tənqidçilər tərəfindən çox bəyənildi. Honkonq Kinoakademiyası Kar-Vayı ən yaxşı rejissor adı ilə mükafatlandırdı. Öz şəxsi kino şirkəti “Jet Tone Films Ltd.”-nin əsasını qoyduqdan sonra 1994-cü ildə Kar-vay daha iki film təqdim edir: “Çunqkinq ekspresi” (Chungking Express) və “Zamanın külü” (Ashes of Time). Birincisi çox uğurlu oldu və rejissora dünyaca məşhurluq, həmçinin, Hollivudun diqqətini qazandırdı. Kar-vayın pərəstişkarları arasında onu ABŞ-da məşhurlaşdırmaqda məqsədli olan Kventin Tarantino da var idi. 1995-ci ildə həm izləyicilərin, həm də təndiqçilərin sevigisini qazanan “Əxlaqsız mələklər” (Fallen Angels) lenti işıq üzü gördü. Ondan sonra çıxmış “Birgə xoşbəxtik” (Happy Together, 1997) melodramı Kann kinofestivalında əsas mükafata namizəd olub, Kar-vayın özü isə ən yaxşı rejissor seçilib. İki homoseksualın Buenos-Ayresdəki həyatı haqqında çəkilmiş effektli melodram tanqo musiqisinin “quru”su hesab olunan Astor Piyazzola və Braziliyalı ifaçı Kaetano Veloso, həmçinin, Frenk Zappanın musiqiləri ilə müşayiət olunur. Ən məşhur filmlərindən biri “Sevgi əhvalı” (In the Mood for Love, 2000) lentini Kar-vay Pekində çəkməyi planlaşdırırdı. Çinin Kinobürosu senarini tələb etdikdə çəkilişlər Makaoya köçürüldü. Çəkilişlər, həmçinin, Banqkok və Anqkor Vatda da aparıldı. Ümumən, çəkilişlər 15 ay davam edib. Film əvvəlcə “Sirlər” adlanırdı. Lakin Kann kinofestivalında keçiriləcək təqdimatdan öncə Kar-vay filmin adını Brayn Ferrinin mahnısının şərəfinə dəyişərək, “Sevgi əhvalı” qoyub. Film bir çox kinofestivallarda mükafatlara layiq görülərək, şah əsər adını qazanıb.
film fiction
film fiction
2004-cü ildə Vonq itirilmiş xatirələr haqqında fantastik film “2046” filmini təqdim etdi. Bu film də Kann festivalının əsas mükafatına namizəd olub. Film atmosfer və vizual üslubuna görə “Dəlisov günlər” və “Sevgi əhvalı” ilə birgə üçlük təşkil edir. 2004-cü ildə Kar-vay, həmçinin, Mikelancelo Antonioni və Stiven Soderberqlə birgə üçhissəli “Eros” kinonovellasının müəlliflərindən olub. Kar-vay 2006-cı ildə keçirilmiş Kann kinofestivalının jüri sədri seçilib. 2007-ci ildə rejissor hadisələri Amerikada baş verən ilk ingilisdilli filmini, “Qaragilə gecələrim” (My Blueberry Nights) filmini təqdim etdi. Filmdə baş rolları Cud Lou, Natali Portman və məşhur amerikalı caz ifaçısı Nora Cons ifa ediblər. Bu film Kar-vayın dünya məşhurluğunu daha da artırdı və müəllifin əksər filmləri kimi “Qızıl palma budağı”na namizəd oldu. 2007-ci ildə Kar-vay daha bir kinoalmanax “Hər kəsin öz filmi var” layihəsində iştirak edib. 2013-cü ildə Berlin kinofestivalında Voq Kar-vay Şərq döyüş ustalarına həsr olunmuş “Böyük ustad” (The Grandmaster) filmini təqdim etdi. Film festivalda mükafatlar qazanmasa da, tənqidçilər onu 30-cu illərdə
baş vermiş hadisələri kifayət qədər real təsvir etməsi və döyüş səhnələrinin qurulması baxımından yüksək qiymətləndirdilər. Film yaradıcılığından əlavə, Vonq Kar-vay reklam və musiqi çarxları çəkməsi ilə də tanınır. 2001-ci ildə rejissor BMW üçün qısametrajlı film çəkib (The Follow). O, həmçinin, “Motorola”, “Orange France”, “Lacoste”, “Dior”, “Lancôme” kimi məşhur brendlər üçün reklam çarxları çəkib. Bundan əlavə, aktyor Toni Lunq və Nikinin dueti, eləcə də DJ Shadow üçün musiqi videoları çəkib. Kar-vayın kifayət qədər təcrübəli senarist olmasına baxmayaraq, öz filmləri daimi improvizasiya və qeyri-dəqiq senarilər üzrə çəkilməsi ilə məşhurdur. Rejissorun sözlərinə görə, nizamsız təhkiyə üslubuna onu argentinalı yazıçı Manuel Puiqin “Buenos-Ayresdə roman” kitabı ilhamlandırıb. Çin kinematoqrafiyasının yüzilliyi münasibətilə tərtib olunmuş “100 ən yaxşı Çin filmi” siyahında Kar-vayın adı düz altı dəfə qeyd olunub. Hal-hazırda Vonq həyat yoldaşı və oğlu Qinqlə birgə Honkonqda yaşayır.
film fiction
© HENRI CARTIER-BRESSON
GARE SAINT LAZARE. PARIS, 1932
ISIQLACEKIREM
İŞIQLA ÇƏKİRƏM
İŞIQLA ÇƏKİRƏM
İŞIQLA ÇƏKİRƏM
İŞIQLA ÇƏKİRƏM
İŞIQLA ÇƏKİRƏM
Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər. Jurnalda yayımlanan məqalələrdən müəlliflərin icazəsi olmadan istifadə etmək qadağandır. © Bütün hüquqlar qorunur.