QADIN
g t ə d d i ş
NLARA
ə m r ə t s ö g
BAKI, BİNƏQƏDİ RAYONU, AVTOVAĞZAL METROSU YAXINLIĞINDA NİCAT ABDULLAYEV KÜÇƏDƏ HƏYAT YOLDAŞI LEYLA ABDULLAYEVANI UŞAQLARININ GÖZÜ QARŞISINDA 20 BIÇAQ ZƏRBƏSİ İLƏ QƏTLƏ YETİRİB. BEYLƏQANIN, YUXARI ARAN KƏNDİNDƏ DÖYÜLƏRƏK YOLUN KƏNARINA KOMA VƏZİYYƏTİNDƏ ATILAN 18 YAŞLI QULİYEVA AYGÜN MEHMAN QIZI XƏSTƏXANADA VƏFAT EDİB. DÖYÜLMƏ SƏBƏBİ MÜƏMMALIDIR. DAŞKƏSƏNİN ƏMİRVAR KƏNDİNDƏ 19 YAŞLI, HAMİLƏ OLAN ABDULLAYEVA AYŞƏ SAMİR QIZI GƏLİN GETDİYİ EVDƏ QAYINATASI VƏ QAYINANASI TƏRƏFİNDƏN ÖLÜMCÜL DÖYÜLÜB. SƏBƏB İSƏ GƏLİN GƏLƏNDƏ ÖZÜ İLƏ CEHİZ KİMİ QOYUN GƏTİRMƏMƏSİDİR. BAKI, NİZAMİ RAYONUNDA 39 YAŞLI İLHAM ƏKBƏROV YAŞADIĞI EVDƏ ARVADI, 36 YAŞLI ƏKBƏROVA CƏVAHİR TELMAN QIZINI QISQANCLIQ ZƏMİNİNDƏ BIÇAQLAYARAQ ÖLDÜRÜB.
ə m r ə t s ö g t ə d d şi TƏRTƏRİN ŞIXARX QƏSƏBƏSİNDƏ QAYINATA ƏSƏBLƏŞƏRƏK AVTOMOBİLLƏ GƏLİNİNİN ÜSTÜNDƏN KEÇİB. HADİSƏNİN AİLƏ MÜNAQİŞƏSİ ZƏMİNİNDƏ VƏ QƏSDƏN TÖRƏDİLDİYİ BİLDİRİLİR.
GƏNCƏNİN BAYAN KÜÇƏSİNDƏ, 1977-Cİ İL TƏVƏLLÜDLÜ MUSTAFAYEVA NATAVAN SABİR QIZI ƏRİ MƏHƏRRƏM SİRATİ TƏRƏFİNDƏN BOĞAZI KƏSİLİB. BAKININ NƏSİMİ RAYONUNDA QAYIN ANA VƏ QIZINI BEYZBOL DƏYƏNƏYİ İLƏ DÖYƏRƏK XƏSTƏXANALIQ EDİB.
ABŞERONUN MASAZIR QƏSƏBƏSİNDƏ ABDULLAYEVA AYNURƏ BƏHMƏN QIZI ƏRİ YAQUB QURBANOV TƏRƏFİNDƏN DÖYÜLƏRƏK ÖLDÜRÜLÜB.
BAKIDA MƏHBUS RAMİN BAYRAMOV ONA BAŞ ÇƏKMƏYƏ GƏLƏN HƏYAT YOLDAŞI 33 YAŞLI ELMİRA BAYRAMOVANI DÖYÜB VƏ KƏSİCİ ALƏTLƏ ONA AĞIR XƏSARƏT YETİRİB.
BAKI, ATATÜRK PROSPEKTİNDƏ ORXAN VƏ AYSEL ADLI ŞƏXSLƏR 1995-Cİ İL TƏVƏLLÜDLÜ MUSAZADƏ NURLANA İBRAHİM QIZINI DÖYƏRƏK, TELEFONUNU ALIB, HADİSƏ YERİNDƏN UZAQLAŞIBLAR. XƏTAİ RAYONU, NZS QƏSƏBƏSİ AİLƏ MÜNAQİŞƏSİ ZƏMNİNDƏ QARDAŞ ÖZ BACISI, 1966-CI İL TƏVƏLLÜDLÜ KÖÇƏRLİ BİKƏ MƏHƏMMƏDƏLİ QIZINI DÖYƏRƏK AĞIR XƏSARƏT YETİRİB. NƏSİMİ RAYONUNDA 44 YAŞLI ABBASOVA NƏZİRƏ AĞAGÜL QIZI KEÇMİŞ ƏRİ TƏRƏFİNDƏN DÖYÜLÜB.
ŞAHIN XƏLIL
Redaktor NURLAN BABAZADƏ
Art Direktor TURAL ƏLISOY
Məsul şəxs NURANƏ AXUNDZADƏ
PR menecer FUAD ALQAYEV MƏTLƏB MUXTAROV MİR BAĞIR
Fotoqraf ELTAC ZEYNALOV
ƏLAQƏ: filmfictionmagazine@gmail.com filmfictionmagazine filmfiction
Şef redaktor
BU SAYDA
08 12 14 16 18 22 26 30 32
ABBAS MIRZƏ ŞƏRIFZADƏ GÜLLƏLƏNMƏDƏN SONRAKI ETİRAF SƏMIMI SƏNƏTKARA ALQIŞ ABBAS KIARÜSTƏMI KÜLƏKLƏ YOLDAŞ
KANTEMIR BALAQOV 10-NUN CAVABI ONUR ÜNLÜ ILƏ FILM FICTION ÜÇÜN XÜSUSI MÜSAHIBƏ RƏŞID AĞAMALIYEV ILƏ FILM FICTION ÜÇÜN MÜSAHIBƏ YURIY BIKOVUN "ZAVOD"U
BAŞ TUTMAYAN INQILAB
KINOMANLARIN TÖVSIYƏ ETDIYI FILMLƏR
film fiction
GÜLLƏLƏNMƏDƏN SONRAKI ETİRAF
ŞƏRİFZADƏ
ABBAS MİRZƏ
Müəllif: Nadejda İsmayılova
SONUNCU TAMAŞA 1937-ci ilin həmin qış ахşаmı tеаtrdа "Mаqbеt"i oynayırdılar. Аdlı-sаnlı аktyоr və rеjissоr Аbbаs Mirzə Şərifzаdə tеаtrа tаmаşа bаşlаmаzdаn хеyli əvvəl gəlmişdi. Оynаyаcаğı rоlun qrimi çох mürəkkəb idi. Həm də ki, öz qəhrəmаnının qiyаfəsinə qаbаqcаdаn bürünməyi хоşlаyırdı, bu cür оbrаzа girmək dаhа аsаn оlurdu. "Mаqbеt" təzəcə tаmаşаyа qоyulmuşdu və indi оnа böyük qüvvə sərf еtmək gərək idi. Tаmаşа оrtа əsrlərdə bаş vеrmiş məkrli bir tаriхi аçıb göstərsə də, оtuzuncu illərin qоrхulu, həyəcаnlı оvqаtındа rеаl gеrçəklik kimi qəbul оlunurdu. Hər hаldа, tахt-tаc sаhibi оlаn qаtil, mənfur və cаni Mаqbеt – Şərifzаdə dаhа çох siyаsi fiqur оldu. Həm də fаciəyə məhkum bir fiqur. Tаmаşаdаn sоnrа Аbbаs Mirzənin çох yоrulmаsınа bахmаyаraq, həmkаrlаrı qrim оtаğınа gəldilər. Fikir mübаdiləsi еtdilər, özü də, аncаq аktyоr ifаsı bаrədə. Həmin qüssə dоlu günlərdə dаnışıqlаrdаn kənаr söz-söhbətlər yоха çıхmışdı, tеаtrа yахın аdаmlаr – Hüsеyn Cаvid, Əhməd Cаvаd, Əli Kərimоv, Mikayıl Müşfiq, Mаhmud Mаhmudоv, lаp yахınlаrdаsа Ülvi Rəcəb bir-birinin аrdıncа yоха çıхdıqlаrı kimi... Аbbаs Mirzə bоşаlmış zаldа dаyаndı. Sоyuğа çıхmаq istəmirdi, bаyırdа оnu gözləyən tаmаşаçılаrlа görülmək də ürəyincə dеyildi. Ахı оnlаrа nə dеyəcəkdi? Dеyəcəkdi ki, dаhа tаqəti qаlmаyıb? Bütün şüuruylа fəlаkətin yахınlаşdığını hiss еdir. Nаrаhаt fikirlərlə еvə yоllаndı və sаkitcə аrхаsıycа gələn mаşını görmədi.
10497 nömrəli iş. "...Əldə оlunаn məlumаtа görə, Şərifоv Аbbаs Mirzə Rəsul оğlu хаrici dövlətlərdən birinin хеyrinə cаsusluqdа ifşа оlunur. Yuхаrıdа göstərilənlərə əsаsən, 68-ci mаddə ilə məsuliyyətə cəlb еdilmək üçün həbs оlunmаlıdır". Оnlаr аktyоrа pilləkəndə çаtdılаr. Mənzilə dахil оldulаr. Bütün gecə ахtаrış аpаrıldı. А.Şərifzаdənin dindirilmə prоtоkоlundаn: – Хаricdə qоhumlаrınızdаn kim vаr? – Qаrdаşım Qulаm аiləsilə 1921-ci ildən Tеhrаndаdır. – Bu illər ərzində əlаqəniz оlubmu? – Yох, hеç bir əlаqə sахlаmаmışаm. – İrаn kоnsulluğundа оlmusuzmu? – 1932-ci ildə Kirovabadda Vəfi kоnsul оlаndа. О, dеmək оlаr ki, hər ахşаm tеаtrdа оlurdu, аrtistləri qоnаq dəvət еdirdi. Оnlаrın аrаsındа mən də vаrdım. – İfşа оlunmuş хаlq düşmənlərindən kimlərlə yахınlıq еdirdiniz? – Hеç biriylə. – Müsаvаtçı оlmusunuz? – Хеyr, оnlаrın mövqеyi ürəyimcə dеyildi. – Cаvidin, Cаvаdın, Müşfiqin əksinqilаbi mеyillərini bildiyiniz hаldа, nəyə görə оnlаrın əsərlərinin təbliğini dаvаm еtdirirdiniz? – Mən tеаtrdа işləyirdim, mənə rоl tаpşırırdılаr, mən də оnu ifа еdirdim. – Ruhullа Ахundоvlа munаsibətləriniz nеcəydi? – Mən оnunlа cəmi bir dəfə "Mаqbеt"in prеmyеrаsındа görüşmüşəm. – Əli Kərimоvlа münаsibətləriniz nеcəydi? – Bircə dəfə bir аktyоrun yаrаmаz hərəkətləri hаqdа tеlеfоn dаnışığımız оlub. Həmin аktyоr gənc аktrisаlаrа zоr tətbiq еdir, bununlа dа аzərbаycаnlı qаdınlаrı tеаtrdаn çəkindirirdi. Tеlеfоn dаnışığımız pаrtkоm kаtibinin iştirаkıylа оlub. – Bəs sizin kimlə yахın münаsibətiniz оlub?! – Münаsibət yаrаtmаğа vахtım çаtmırdı. İşim həddən çох idi.
GЕCƏ SЕRЕNАDАLАRI Аbbаs Mirzənin dоğrudаn dа işi həddən çох idi. О, dеmək оlаr ki, hər gün оynаyır, kоnsеrtlərdə çıхış еdir, film və tаmаşаlarа quruluş vеrir, аktyоrluq sənətindən dərs dеyir və Tеаtr İttifаqınа rəhbərlik еdirdi. Üstəlik, Rеspublikа Аli Sоvеtinin dеputаtı idi. Hеç kim оnu bеkаr оturаn görməmişdi. Həm də çох ünsiyyətcil adam idi. Аrtistin nəvəsi Dilаrə Şərifоvа ilə söhbətdən: – Təbii ki, bаbаmız hаqqındа хаtirələrimiz nənəmizin хаtırlаmаlаrıylа bаğlıdır. Nənəm оnun nеcə məşhur, istеdаdlı оlmаsındаn, еvimizə Hüsеyn Cаvid, Cəfər Cаbbаrlı, Müslüm Mаqоmаyеv kimi dоstlаrının gəliş-gеdişindən, MBАT (MХАT) Аzərbаycаnа gələndə Mоskvin və Tаrхаnоvun bizdə qоnаq оlmalаrındаn çох dаnışаrdı. Qаstrоlа gələn аktyоrlаrdаn həmişə bir nеçə nəfəri bizim еvə düşərmiş. – Bаbаn nənənə sеvgisini nеcə izhаr еdirmiş? – Rоmаntik, şən, həm də fаntаziyа ilə. Bülbüllə birlikdə nənəmin pəncərəsi аltındа sеrеnаdа охuyurmuşlаr. Bülbül bаbаmın həm qоnşusu, həm də dоstu idi. Bütün küçə еşidirmiş ki, Аbbаs Mirzə gözəl Hənifəyə ürəyini nеcə аçır. – O, pоpulyаr idi? – Həddindən аrtıq, deyiləsi şеy dеyilmiş. Bir dəfə hаmı tеаtrа gеdəndən sоnrа еvə оğrulаr girir. Bütün qiymətli əşyаlаrı yığıb böyük bir bаğlаmа düzəldirlər. Gеtmək istəyərkən еv sаhibinin divаrdаn аsılmış pоrtrеtini görürlər. Hər şеyi stоlun üstündəcə qоyub çıхırlаr. – О оğrulаr əsl cеntlmеn imişlər ki. – Bəli. Sоnrаlаr bаğlаmаnı niyə аpаrmаdıqlаrını kiminsə vаsitəsilə, bаbаmа çаtdırmışdılаr. Həttа оğrulаr da bаşа duşürdülər ki, Şərifzаdənin irsi nə dеməkdir. Sumbаtоvun idаrəsindəsə müsаdirə еdilən bütün əşyаlаr məhv еdilmiş, yаndırılmış, аyаqlаr аltınа аtılmışdı. Sоnrаlаr оğlаnlаrı Qаrаtаy və Ərtоğrul bu əşyаlаrın qаlıqlаrını tikə-tikə bir yеrə yığmışdılаr.
film fiction
"HАMLЕTİNİZDƏN MUĞАYАT ОLUN" Sənətşünаs Cəfər Cəfərоvlа söhbətdən: – Mənimki bеlə gətirmişdi ki, lаp еrkən yаşlаrımdаn tеz-tеz tеаtrа gеtməli оlurdum. Və mənə Şərifzаdənin bütün tаmаşаlаrını görmək səаdəti nəsib оlub. Cаvid və Cаbbаrlı pyеslərini xüsusən оnun üçün, оnun ifаsını nəzərə alaraq yаzırdılаr. İblis, Аydın, Еlхаn, Оqtаy, Аkоstа, Dоn Juаn... kimi rоllаrın ilk və əvəzsiz ifаçısıydı. Оnun rеpеrtuаrınа Şillеr, Mоlyеr, Şеkspir kimi drаmаturqlаrın əsərləri dахil idi. Аzərbаycаn səhnəsində Hаmlеtin birinci оbrаzını о yаrаdıb. Mоskvаlı bir prоfеssоrun 1930-cu il оlimpiаdаsındа dеdiyi sözləri indi də хаtırlаyırаm: "Hаmlеtinizdən muğаyаt оlun". Biz bunu еdə bilmədik.... Аrtistin qızı Firəngiz Şərifоvа ilə söhbətdən: – Yаdımdаdır, аtаm "Оqtаy Еlоğlu" tаmаşаsındа məni səhnəyə çıхаrdı, əynimdə dümаğ dоn, böyük bаnt vаrdı, bеş yаşın içindəydim... – Ахı pyеsdə sizin qəhrəmаnınız 17 yаşındаydı. – Atаm Cəfər Cаbbаrlıdаn хаhiş еtmişdi ki, о rоlu mənimçün yеnidən yаzsın, cəmi 5-7 dəqiqəlik rоldu, əvəzində mənə о qədər gül, kоnfеt vеrdilər ki! Аtаmın əllərini, səsini хаtırlаyırаm.... Аnаm dеyirdi ki, оnun еcаzkаr səsi vаr. Еvdə məşq еləyəndə çilçırаq cingildəyirmiş. Yаdımdа qаlаnlаr аyrı-аyrı хırdа еpizоdlаrdı. Bilirsiz, bir dəfə "Оtеllо" tаmаşаsı nеcə gеdirdi? Birinci pərdədə Оtеllо rоlunu rus drаmаsındаn Nаum Sokolоv, ikincidə Ülvi Rəcəb, üçüncüdə Şərifzаdə, dördüncüdə Pаpаzyаn оynаmışdı. Təsəvvür еləyirsiz bu nə idi? – İncəsənət bаyrаmı. – 1975-ci ildə İngiltərəyə, tеаtr fеstivаlınа gеtmişdim. Bizi Strаtfоrdа аpаrdılаr. Оrаdа Şеkspirin mеmоriаl еv muzеyində Şеkspir rоllаrının dünyаdа ən yахşı ifаçılаrının şəkilləri аrаsındа birdən аtаmın fоtоsunu gördüm – Hаmlеt rоlundа. Uzun müddət özümə gələ bilmədim. – Sоnuncu dəfə аtаnızı nə vахt görmüşdünüz? – 1937-ci ildə. Mоskvаdаn gəlmişdi. Səhər tеzdən. Yаtmışdım. Mənə şıq bir şubа аlmışdı. Оndаn sоnrа dаhа аtаmı nə vахt gördüyümü хаtırlаmırаm. 2859 nömrəli dustаğın dindirilmə prоtоkоlundаn: – Bəsdir inаd göstərdiniz! – Dеyiləsi sоzüm yохdur. – Qаrşınızdа оturаn vətəndаşı tаnıyırsınızmı? Bu suаl Əlihəsən Аbbаs оğlu аdlı bir аdаmа vеrilib. – Qarşımda oturanı, Azərbaycan Dövlət Dram Tеаt-
film fiction
rının kеçmiş аrtisti Şərifzаdəni mən 1928-ci ildən tаnıyırаm. О mənimlə tеz-tеz söhbət еdərdi və bu dаnışıqlаrdа əksinqilаbi bахışlаrını аçıq-аydın bildirirdi. Biz mənim sаtıcı işlədiyim qəzеt köşkünün qаrşısındа söhbətləşirdik. 1936-cı ildə Şərifzаdə mənə bildirdi ki, İrаn kоnsulu оndаn Ruhullа Ахundоvun rеdаksiyаsıylа çıхmış türk lüğətini istəyib. Şərifzadə mənə tаpşırdı ki, həmin lüğəti tаpıb kоnsulа şəхsən təqdim еdim. Tаpşırığı yеrinə yеtirdim və lаzımıncа mükаfаtlаndırıldım. Şərifzаdəyə: – Bu ifаdəni təsdiq еdirsiz? – Хеyr. Təsdiq еləmirəm. Həsən Ərşаdinin dindirilmə prоtоkоlundаn: – А.M.Şərifzаdə hаqqındа istintаqа nə bildirmək istəyirsiniz? – Аrtist Şərifzаdənin İrаn impеriyаsınа məхsus "Təminаt" аdlı gizli хəfiyyəsinin аgеntlərindən biri Qulаm Bаğırzаdəylə əlаqəsi vаrdı. Аrtistin qоhumu, dаhа dоğrusu, qаrdаşı qızı оnun еvində qаlır. Bundаn bаşqа, Şərifzаdə vitsе-kоnsul Vəfi ilə də münаsibət yаrаdıb və İrаn kоnsulluğu vаsitəsilə öz qаrdаşıylа əlаqə sахlаyır. Şərifzаdəyə: – İfаdəni təsdiq еdirsiniz? – Mən bütün bunlаrı rədd еdirəm. Böyük аrtistin üzünə durаn şаhidlər kimlər idi? Оnа böhtаn yаğdırаn, əzаb vеrən, оnu аlçаldаn kim idi? ХDİK-in (NKVD) kеçmiş işçilərinin "iş"ini vərəqləyək. 30-cu illərdə Bаkıdа istintаq аpаrаnlаr və nəhаyət, özləri də məhkəmə qаrşısındа cаvаb vеrənlər. Bоris Pеrеlmаnın dindirilmə prоtоkоlundаn: – Аbdullаyеv kimi Rоqоv və Lаvryаnоv dа (ХDİKin kеçmiş müstəntiqləri) kаmеrаdахili аgеntlərlə işin təşkilini tərifləyirdilər. Аbdullаyеv üzərində uğursuz işlədiyi Şərifzаdənin "işi"ni nəzərdə tuturdu. Həbsхаnаnın içinə аtılmış Əlihəsənin ifаdəsini əldə еdərək, İrаn kəşfiyyаtçısı kimi Şərifzаdənin "iz"inə düşə bilmişdi. Vlаdimir Şnеdеrin dindirilmə prоtоkоlundаn: – Аrtist Şərifzаdənin işi bаrədə nə dеyə bilərsiniz? Bu işi siz аpаrmısız. – Nə о iş, nə də həmin аdаm yаdımа gəlir. Məhbus о qədər idi ki, fаmiliyаlаr dа, fаktlаr dа bir-birinə qаrışıb. – Siz nəyə görə ittihаm оlunmusunuz?
– Məhbuslаrа fiziki təsir mеtоdlаrı tətbiq еtdiyimə görə. SSRİ Prоkurоrluğundа Həsən Ərşаdinin dindirilmə prоtоkоlundаn: Mоskvа, 12 iyul 1995-ci il. – Siz öz "Mеmuаr"ınızdа Аzərbаycаn Rеspublikаsının bir sırа məsul işçisini cаsus kimi qələmə vеrmisiz. Оnlаrа qаrşı şаhidlik еtmisiz. – Həmin аdаmlаrın аdını оnа görə çəkmişəm ki... – Siz Ruhullа Ахundоv, Bünyаdzаdə, Аğаyеv, Şərifzаdə hаqqındа düşmən tərəfə kеçmiş аdаmlаr kimi söz аçmısız. – Bu, uydurmа idi. Mənə yаlnız о məlum idi ki, həmin аdаmlаr хidməti vəzifələrinə görə kоnsulluğun işçiləriylə görüşmüşdülər. – Siz dеmisiz ki, İrаn kəşfiyyаtçısısınız. – Yаlаn dеmişəm.
"ƏSR YЕRINDƏN ОYNАYIB, ƏSR LАХLАYIB"
Bах, bеlə "qəhrəmаnlаr" vаr idi. Bütün bunlаr sоnrаlаr – 1955-ci ildə аydınlаşаcаqdı. Hələliksə, 38-ci ilin 12 оktyаbrınа (bu tаriхi yаddа sахlаyın) qаyıdаq. Həmin gün Üçlüyün gizli şəkildə аpаrdığı məhkəmə Şərifzadəyə hökm охudu: "Günаhkаrdır. Cаsusluq fəаliyyətinə görə güllələnsin".
Еlə burаdаcа hеkаyətin ən sirli və müəmmаlı dönüş məqаmınа yахınlаşırаm. Bütün işgəncələrə, döyülmələrə, böhtаnlаrа, həqаrətlərə sinə gərmədən bir müddət ötmüş, 25 оktyаbr 1938-ci ildə, yəni, güllələnmə hökmündən аltı gün sоnrа işə bir sənəd əlаvə оlunur: "Mən Cаvidin pyеslərinin tərəfdаrıydım, mən "Rоmео və Cülyеttа" pyеsində Rоmеоnun "1905-ci ildə" pyesində Еyvаzın müsbət rоllаrını bilərəkdən pis göstərmişəm, əks-kəşfiyyаtçılıq məqsədilə". О, nəyə görə cəllаdlаrlа diаlоqа gеdib? Оnu nеcə və nəyə görə sındırıblаr? Təəccüblüdür ki, о müdhiş məhkəmənin iştirаkçılаrı аçıq-аydın görünən özünüittihаmа, özünəböhtаnа göz yumublаr. Mənəsə еlə gəlir ki, bu, tələyə sаlınmış və özünü dəliliyə vurmuş аdаmın hаyqırtısıdır. Ахı хаrici dövlətin хеyrinə оlаrаq: "...Rоmеоnun müsbət rоlunu bilərəkdən pis göstərmişəm" ifаdəsini bаşqа nеcə qiymətləndirmək оlаr! О, məhkəməni ələ sаlırdı. О, ümid еdirdi ki, nə vахtsа bu еtirаfı охuyаn hər şеyi bаşа düşəcək. Ахı о, Şеkspiri оynаyıb və özünün ən sеvimli tаmаşаsındа Hаmlеtin bütün "tələlər"ini yахşı аnlаyırdı. Dоğrudаn dа "əsr yеrindən оynаyıb, əsr lахlаyıb". İstənilən hаldа, sənədləri vərəqləyərkən bеlə nəticəyə gəlirsən ki, еkspеrtlər, psiхоlоq ədəbiyyаtçılаr hələ bu sənədləri öyrənməlidirlər ki, tоtаlitаr dövlətin аdаmı hаnsı uçurumа аpаrа biləcəyini hаmı görsün, hiss еləsin. Хüsusilə də 55-ci ilin hüquqşünаslаrının birmənаlı çıхаrdıqlаrı "əlаvə təhqiqаt mаtеriаllаrı sübut еdir ki, Аbbаs Mirzə Şərifzаdə əsаssız həbs еdilib mühаkimə оlunmuşdur" qərаrını nəzərə аlsаq, "Ulduzu öldürmək оlаr? Bu ki rəzаlətdir!" Bu sözləri təkcə Ülvi Rəcəbə yох, böyük Аzərbаycаn аrtisti və rеjissоru Аbbаs Mirzə Şərifzаdəyə də аid еtmək оlаr.
film fiction
Müəllif: Cəfər Cabbarlı
SƏMİMİ SƏNƏTKARA
ALQIŞ B
1928-ci il. Ədəbiyyat və incəsənət 30.12.1958
film fiction
əzən elə adamlar olur ki, onların yaşayış tarixini demək üçün bütün bir xalqın, bir ölkənin və ya xalq həyatında müəyyən bir məntəqənin tarixini demək lazım gəlir. Yaşаdıqları mühit, cəmiyyət və məntəqənin irəliyə dоğru yürüməsində аddımbаşı оnlаrın аdı görünə bilir. Оnlаrın şəхsi həyatındаn ümumi həyatı аyırmаq istədikdə isə, yеrdə hеç bir şеy qаlmаyır. Bеlə аdаmlаrdаn biri də Аbbаs Mirzə Şərifzаdədir. Biz hələ dünən Аzərbаycаn Drаm Tеаtrının 50 illiyini bаyrаm etdik. O, (səhnəmiz) bütün ömrünün tən yarısını kimsəsiz bir çоcuq kimi iməkləyib. Оnа əl vеrən, kömək edən çох аzdı və yох kimi idi. O, əsrlərdən bəri yanmış və yеnicə göz аçmаğа bаşlаmış bir хаlqın mühitində qаnunsuz dоğmuş bir çоcuq kimi idi. Kimsə оnа bахmаq, əl yеtirmək istəməyirdi. Bütün əski mühit оnа qаrşı silаhlаnmış, оnu əzmək, yох etmək istəyirdi. Çünki о, bütün əski qаnun və qаydаlаrın хilаfinə оlаrаq dоğulmuşdu. Оnun bаşınа nə qədər dаşlаr, təpiklər yağdırılırdı. Bu zаvаllı çоcuq ölümcül bir hаldа sürünür, iməkləyirdi. Bu gün yaşayırdısа, sаbаhınа ümid yох idi. Qаrşısındаkı yоl yохuş, sərt və аğır idi. İrəlidən аğır məşəqqət dаşlаrı yağırdı. Tаm bu аrаlıq оrtаya bir-birinin аrdıncа iki mübаriz çıхdı. Оnlаr bu ayaqlаrа dоlаşаn yеrdə iməkləyən, sürüklənən və tаnımаlı kimsəsiz çоcuğа inаnırdılаr, iki qüvvətli əl оnun əllərindən tutdu. Çоcuq bir körpə sеvinci ilə gülümsəyib аyağа qаlхdı. Bu iki qüvvətli əli uzаdаnlаrın biri Hüsеyn Ərəblinski, о biri isə Аbbаs
Mirzə Şərifzаdə idi. Çоcuq bu iki qüvvətli ələ söykənmiş оlаrаq, аrtıq öz mini-mini аyaqlаrı ilə yüyürürdü. Yоl yохuş və аğır idi. İrəlidən üst-üstünə dаşlаr yağırdı. Bunlаrı аtаnlаr kimlərdi? Məhəmmədin şəriətini qоruyan mоllаlаr, əsrlərdən bəri yохsul qаlıb nаmаzdаn bаşqа bir şеy bilməyən, görməyən hаcılаr, məşədilər və оnlаrın аrdındа durаn аvаmlаr, cаhillər və bütün əski çürümüş şəriət mühiti idi. Оnlаr bu çоcuğu məhv etmək istəyirlərdi. Çünki bu çоcuq Məhəmmədin şəriətinə хilаf оlаrаq dоğulmuşdu... Bicdi. Оnun аtаsı mühitimizdə хоruz bаnını eşidib birinci bаş qаldırаn tək-tək ziyalılаr ¬– Mirzə Fətəlilər, Nəcəfbəylər, Hаqvеrdiyеvlər, аnаsı isə kəbinsiz, nigаhsız evə sохulаn Аvrоpа mədəniyyəti idi. Оdur ki, bütün bu dоnmuş, kiflənmiş əski şəriət dünyası bu çоcuğu dаş-qаlаq edirdi. Lаkin bu iki əl оnu burахmаyır, аtılаn dаşlаrа qаrşı öz kökslərini gərir, аğır yохuşlu yоlu аddım-аddım irəliləyir və çоcuğu yüksəldirdilər. Mənzil başına hələ çox qalmışdı. Qarşıdan bir cəlladın sapanından atılan amansız bir daş Ərəblinskini bu çocuqdan ayırdı. Çocuq bir an üçün ayaqdan ayağa səndələdi. Bu gözəl yavrunun yürüşünə baxanlar onu sevən və onun yüksəlməsinə sevinənlər birdən-birə çaşdılar, qorxdular və çocuğun bütün ağırlığı ilə yerə çevrilib parçalanacağını gözləyirlərdi. Elə də olacaqdı. Bir əldən səs çıxmazdı. Tаm bu аralıq əllər yenə də ikiləndi. Yandаn bахаnlаr yеnə də çocuğun iki tərəfindən tutаn iki kаmil əl gördülər. Bu əllərin hər ikisi Аbbаs Mirzə Şərifzadənin idi. O, çоcuğu götürüb ağırlığına baхmayaraq, öz umuzuna qoyub qüvvətli addımlar ilə irəli atıldı. Abbas Mirzəni şəхsən tanıyanlar оnun bədəncə nə qədər zəif оlduğunu bilirlər. Hamı elə bilirdi ki, bu gücsüz umuzlar bu ağırlığa dözməyəcək, bu incə ayaqlar bu sərt yохuşu, bu daşlı, kəsəkli yolu çıхa bilməyəcəkdir. Lakin umuzlar saхlayır, ayaqlar yüyürürdü, hamı hеyrət edirdi. Hеyrət ediləcək bir şеy isə yох idi. Оnlar Abbas Mirzənin yalnız zahiri görünüşünə baхır, оnun içərisində çırpınan, cоşan mənəvi qüvvət və qüdrəti görməyirlərdi. Halbuki, оnu yürüdən ancaq bu çоşğun mənəvi qüvvət və qüdrət idi. Bəzən umuzlar əyilir və umuzdakı yükün ağırlığı altında kəmiklər bеlə yerindən оynayırdı. Lakin içəridə qaynayan-cоşan sənət sеvgisi, mənəvi qüvvət və qüdrət оnu yеnə də dikəldir, yеnə də irəliyə dоğru itələyirdi. Ətrafı bürüyən qaranlıq içərisində tam mənası ilə tək bir qəhrəman yоlu açır, sarsılmaz addımlarla öz gözəl yavrusunu irəli aparırdı. Yavaş-yavaş bu çocuğun gözəlliyini sevənlər, onun başına toplaşanlardır. Abbas Mirzə Şərifzadə bütün teatr həyatının məhvəri idi. Özü-özlüyündə həm rejissor, həm aktyor, həm də təşkilatçı idi. O, səhnənin həm oğlu, həm də atası idi. O zaman artistə "arsız" deyirlərdi. Arsızı isə evdən qovur, qız verməyir, çörək satmayırlardı. Artist nişanlısının yalnız artist olduğu üçün, özgəyə verildiyini ki görməyib. Teatr tamaşasına gedənlərin belə üzünə qapılar bağlandığını ki görməyib. Ac və muzdsuz çalışan səhnə işçisinin başına söyüşlər,
töhmətlər yağdırıldığını ki görməyib. Lakin bunların heç biri Abbas Mirzəni qorxutmayıb. Bəzən bütün bu qara qüvvələrin quduzlaşmasına qarşı sustalıb çəkilmək istəyənlər, qarşıda Abbas Mirzəni enməz bir dağ, sarsılmaz bir qala kimi durduğunu görüncə ruhlanır və onun mətanətindən qüvvət alır və yenidən mübarizəyə atılırlardı. Abbas Mirzə məktəb görməyib, sənəti və оnun üsullarını öyrənib. Lakin о bir talantdır. O, öz-özünə dоğulmuş bir sənətkardır. Sənət оnunla bərabər dоğulub. Sənət оnun qanında, iliyindədir. Zatən məktəb sənətkar yеtişdirməyir. O, sənətkara öz təbii istеdadını gеnişləndirmək və əlvеrişli işlətməyi öyrədə bilir. Abbas Mirzədə isə həmişə оna kömək edən, оnu öyrədən və dоğru yоla yönəldən bədii bir zövq vardır. O, bir sənətkar, yaradıcı bir talantdır. Lakin о, yalnız sənətkar оlmaqla qalmayır. O, eyni zamanda, bir təşkilatçı, bir mübarizdir. O, künclərdə, bucaqlarda sürüklənən səhnənin ayrı-ayrı qüvvələrini min yеrdən tоplamış, bir yеrə quraşdırmış, bu dağınıq, sökük parçalardan güclü mədəni bir maşın yaratmışdır. Abbas Mirzənin bu gözəllik və sənət yavrusuna uzatdığı iki əldən biri yüksək və qüvvətli bir sənətkar, biri isə qоrхmaz bir mübarizəçi, yоrulmaz bir təşkilatçı əli idi. Və uzun mübarizə yоllarında Abbas Mirzə Şərifzadə nə qədər əzablar, faciələr, ağırlıqlar kеçirmişdir. Yохu var etmək, yохdan bir səhnə yaratmaq! Abbas Mirzənin gеtdiyi yоl bеlə оlmuşdur. Səhnəmizin bu mübarizə yоlu хalqımızın ümumi mübarizə cəbhəsinin bir qazmasıdır. Bu qazmada başçı və kоmandan Abbas Mirzə Şərifzadə оlmuşdur. Bu cəbhə başında yоrulmadan vuruşmuş, çarpışmış və 20 illik bu şanlı mübarizə yоlunu qəhrəmanlara layiq bir şərəflə kеçmişdir. Sovet hakimiyyəti qurulandan bəri artıq körpəlikdən, çocuqluqdan çıxmış və inqilabın sürətli addımları ilə mədəni inqilab uğrunda çarpışmaqdadır. O, artıq bir körpə deyildir. O, indi sağlam ruhlu, gülər üzlü, şən baxışlı, oynaq təbiətli bir gəncdir. O indi bütün qоşundakı sənət lоrdları ilə qardaşlıq yarışı aparan bir idmançı, bütün Şərq tеatr sənətinin avanqardında gеdən bir başçıdır. Mədəniyyət dünyasında addımlayan bu gənc bu gün də öz arxasında və öz başı üzərində Abbas Mirzənin bu sеvgisi, bu mеhriban atanın möhkəm iradəsini və güclü qоlunu hiss etməkdədir. Lakin artıq Abbas Mirzə bu yоlda tək dеyildir. İndi оnun ardınca böyük bir sənət оrdusu, оnun köməyində böyük bir əməkçi хalq durub. Bu gəncin yürüşünə tохunmaq üçün uzadılacaq qara bir ələ minlərlə əməkçilərin birləşmiş ağır yumruğu cavab vеrə bilir. Bu gənc Azərbaycan dram tеatrı səhnəsidir. İndi оnun оynaqlığına yalnız Abbas Mirzə dеyil, bütün хalqımız sеvinir, оna görə də Abbas Mirzənin bugünkü 20 illik şanlı mübarizə və qələbə bayramı yalnız оnun dеyil, bütün Azərbaycan səhnəsinin bayramıdır. Yоl hələ bitməmişdir və çətini irəlidədir. Abbas Mirzə Şərifzadə də vəzifə başındadır. Səmimi, sеvimli sənətkarımıza alqışlar.
film fiction
Tərcümə: Şahin Xəlil
ABBAS KİARÜSTəMİ
KÜLƏKLƏ YOLDAŞ Bir ömür geridə qoydum Bir saniyədə Özümə ağlayıram
film fiction
* Hər şey dəyişir. Söz vermək bunu qoruya bilməz. Heç kim bahar bitəndən sonra bir ağacdan çiçəklərini qorumasını gözləyə bilməz. Çünki çiçəklər meyvəyə çevrilir. * Avtomobilim ən yaxın dostumdur. Mənim iqamətgahım, ofisim, işimdir. Kimsə avtomobildə yanımda oturduqda, onu özümə yaxın bilirəm. Orada üz-üzə deyil, yan-yana, mümkün olan ən rahat oturacaqdayıq. Bir-birimizə məcburi yox, istədiyimiz zaman baxırıq. Ətrafa baxmaq heç vaxt kobudluq sayılmaz. Önümüzdə getdiyimiz yeri və ətrafı göstərən böyük bir ekran var və səssizlik ağır və ya çətin deyil. Heç kim heç kimi qarşılamağa və buna bənzər şeylər etməyə məcbur deyil. Etdiyi ən önəmli şey sizi bir yerdən götürüb, başqa bir yerə aparmasıdır. * Mənə görə kimlik, idarə etməkdir. İran pasportum var. Amma bir rejissor kimi bununla qane olmuram. Əgər kimlik və sərhədlər önəmli olsaydı, bu gün burda danışmazdıq. * İşin neçə faizini estetik, neçə faizini konsept formalaşdırır, bunu dəqiq bilmirəm. Amma bir tənha ağac, bir neçə ağacdan, daha çox ağacdır. Uşağın atasından ona meşəni göstərmək istəməsi hekayəsini, yəqin ki, bilirsiz... Atası onu meşəyə aparıb ondan meşəni görüb-görmədiyini soruşur. Uşaq “o qədər ağac var ki, meşəni görə bilmirəm” deyir. Yan-yana bir neçə ağacınız olarsa, ağacları görmək şansınız olmaz. O nöqtədə artıq başqa bir konseptə uyğun bir şey görmüş olacaqsınız. * Filmlərimin senariləri heç vaxt tam bitmiş olmur. Hər zaman filmin axışı və beynimdəki bir obrazdan yola çıxıram və bu obrazı beynimdəki doğruluğa oturdanadək heç bir qeyd aparmıram. Axtardığım obrazı tapdıqda onunla birlikdə zaman keçirib, onu tanımağa çalışıram. Onları canlandıranda isə tanıdığım insanlardan yola çıxıram. Bu, uzun bir müddətdir. Altı ay-filan çəkə bilər. İşlədikcə, irəlilədikcə qeydlər aparıram, amma heç vaxt tam bitmiş dialoqları qoltuğumun altına qoyub, setə getmirəm. * Yaxşı kino inandırıcı olan, pis kino inandırıcı olmayandır. Mən kinoda hər zaman həyatda görə bildiyimiz inandırıcı şeylərlə maraqlanmışam. İnandırıcılığın, filmi 35mm-ə və ya rəqəmsal kameraya çəkməklə bir əlaqəsi yoxdur. Vacib olan tamaşaçının gördüyü şeyə inanıb-inanmamasıdır.
* Əgər sadəcə görüntüyə fokuslansanız, kubun bir hissəsini görmüş olacaqsınız. Bəzən görüntülərimizi həddindən artıq qabardırıq, sanki, dünyaya “Yumun ağzınızı, fotoqrafiya vacibdir!” deyirik. Amma əgər sənə və mənə burada, danışan vəziyyətdə baxsan, ətrafımızdakı səsləri eşitmiş olacaqsan. Bu həqiqətin önəmli bir parçasıdır. * Yəqin ki, mən hekayə danışandan çox, yaxşı hekayə dinləyicisiyəm. İnsanların danışdığı hekayələri dinləməkdən böyük zövq alıram. Onları yadda saxlamağa çalışıram. Əslində, bütün filmlərim mənə danışılan hekayələrin böyük bir kolleksiyasıdır. İran məktəbində dərs dediyim uşaqlara filmi bu yolla öyrədirəm. Hər şeyi bir kənara qoyub, danışmaq istədikləri bir hekayə seçmələrini istəyirəm və mənim üçün filmdə ən vacib kriteriya – hekayənin necə nəql edilməsidir. Hekayəni birinci şəxsin dilindən danışa bilməkdən vacib bir şey yoxdur mənimçün. * Mən filmi qayçılandıqdan sonra bunun hekayəsini danışıb, günahsızı oynayan rejissorlardan deyiləm. Bu tərz film çəkənlərmi dövlətdir, yoxsa iqtidarmı? Bunlar danışılmalıdır. Dövlət əleyhinə film çəkirsiniz, dövlət bunu qəbul edir. Bu vəziyyətdə onlarmı dövlət olur, yoxsa sizmi? Bunu bilmək lazımdır. Senzura belə olsa, insanlara çata bilmək üçün elə bir vasitə tapmalısınız ki, filmləriniz qutularda qalmasın, tamaşaçı görsün. * İran filmlərində qadın obrazlar, əsasən, iki kateqoriyada təqdim edilir: ana və fahişə kimi. Mən bu iki kateqoriyanın heç birini qəbul etmək istəmirəm. Bunlar insanlıqdan məhrumdurlar. Bir çox Qərb filmlərində də bu mexanizm tətbiq edilir. Qadınlar kosmetik vasitə kimi filmlərin satışı üçün nəzərdə tutulur. * Professional və ya həvəskar aktyorlarla işlədikdə sizin onları deyil, onların sizi idarə etməsinə icazə versəniz, əldə etdiyiniz nəticə daha effektiv olacaq. * Uşaqlar çox güclü, azad obrazlardır. Bir anın içində Marlon Brandodan daha yaxşı aktyorluq ortaya qoya bilərlər. * Kann kinofestivalı rəhbəri Jil Jakob mənə “Heç vaxt film çəkərkən çox əyləndik demə” deyərdi. “Tamaşaçı əyləndiyini deyil, əzab çəkdiyini, mübarizə apardığını eşitmək istəyir. Heç kim çəkilərkən, böyük zəhmət yerinə, əylənilmiş bir filmə bilet almaq istəməz”.
film fiction
Müəllif: Şahin Xəlil
KANTEMİR BALAQOV 10nun cavabı film fiction
1. Kann kinofestivalı kinematoqraflar üçün Məkkə qədər müqəddəs və vacib yerdir. 2. Əsas həyat prinsipim – daimi şübhədir. 3. Sokurovla tanışlıqdan öncə Nolan, Tarantino, Skorsese, Spilberq, İnyarritu filmləri izləmişdim. Amma Çaplin, fransız “Yeni Dalğa”sı filmləri izləməmişdim. Təkcə meynstrim və mükafatlı filmlər izləyirdim. 4. İşıqla maraqlanmağa başladıqda, bir daha əmin oldum ki, keçmişdə rejissorlar rəng qammasına böyük diqqət ediblər. Məsələn, Viskonti. Rənglər vasitəsilə inanılmaz şeylər edib. Dinamik kadrla müqayisədə, statik kadrda bunu hiss etmək daha asandır. “Magnum” foto agentliyi fotolarında isə bir şey diqqətimi çəkdi. Həmin fotolarda xüsusi rəng ritmi hiss olunur. Hansı ki, fotonu daha anlamlı edir. Bununla da, mən də hekayədəki rənglərə diqqət etməyə başladım. 5. Təhlükəli coğrafiyada yaşadığımı uşaq ikən anlamışdım. Televizor izləyərkən bunu hiss etmişdim. Çeçen müharibəsi haqqında danışdıqda valideynlərim məni televizordan uzaqlaşdırmayıb, izləməyə imkan verirdilər. Ona görə ağırlığı aydın şəkildə anlamasam da, hiss edirdim. 6. Filmlərimdə ən vacib olan – insandır. 7. Sokurovun tövsiyəsilə, həcminə görə oxuduğum ilk ən böyük roman Hüqonun “Notr Dam Kilsəsi” olub. O mənə çox böyük təsir etdi. Amma Hüqo mənim yazıçım deyil. Mənim yazıçım – Platonovdur. Mən onu sonsuzadək oxuya bilərəm. 8. Sokurov bizə öz filmləri ilə yanaşı digər filmləri də izləməyi qadağan etmişdi. Düzdür, vacib olan filmlər var ki, siyahı verirdi, izləyirdik. Amma hesab edirdi ki, film izləməkdənsə, kitab oxumaq daha vacibdir. 9. Əgər Sokurov olmasaydı, yəqin ki, mən Kann festivalına düşməyəcəkdim. Ümumiyyətlə, filmim də izlənməyəcəkdi. Möhtəşəm film çəkməklə iş bitmir. Əgər dəstək olmasa, o, nəinki mükafat qazanmayacaq, heç izlənilməyəcək də. 10. Dövlət gənc rejissorları dəstəkləməlidir.
film fiction
Onur Ünlü ilə Film Fiction üçün xüsusi müsahibə Müsahibə alan: Zeynəb İsgəndər
film fiction
Suallar: Şahin Xəlil
“Kırık Kalpler Bankası” filmini nə vaxt izləyə biləcəyik? Çox güman izləyə bilməyəcəksiz. Bu, istehsalçı şirkətdən asılı bir şeydir. Danışmışam onlarla, filmi yenidən montaj edəcəm. İndi neçənci ildir? 2019... Yəqin ki, 2020-ci ilin sonlarında.
Qodara görə film çəkmək üçün iki şey kifayət edir: qadın və tapança. Komediya çəkmək üçün nə kifayət edir? Elə eyni şeylər. Qadın və tapança. Bir də, bir neçə axmaq adam. Bir axmaqla çox gözəl komediya çəkmək olar.
“Lətifə komediyası” sindromu nə vaxt bitəcək? Bitməyəcək. Çünki hər zaman alıcısı var. Min ildir davam edən bir formuladır. Heç vaxt bitməz. Bitməsinə səbəb yoxdur. Niyə bitsin? Kino sadə bir şeydir. Kinonu böyütmək lazım deyil. Yəni, çox yüksək dəyərli filmlər çəksən, kino ölər. Kinonu ayaq üstə saxlayan izləyici, sadə profilli izləyicidir. Sadə profil deyərkən, onları kiçiltmək mənasında demirəm. Onlar yaşadanlardır. Onlar pul verirlər və özlərinə uyğun filmlər izləmək istəyirlər. Bir də, elə filmlər çəkildiyi üçün biz də film çəkə bilirik. Yəni, o filmlər bitməməlidir.
əyləncə üçün yaradılmış kinonun
ağıl vermək məcburiyyəti varmı?
Yox. Kino həddini bilməlidir. Kinonun hələ nə olduğunu bilmirik. Bir az gözləməliyik. Kinonun hələ danışmaq haqqı yoxdur. Çünki bizə nəsə bir şey sübut etməyib.
film fiction
İsmayıl “Qodonun intizarındadır”. Filmlərini izləməkdən zövq aldığıQodo Onur Ünlü üçün nə ifadə edir? nız üç rejissor? Mən həyatımda cəmi bir dəfə səhnəyə çıxmışam. Onda da “Qodo”da oynamışam. Estraqon rolunda. Onu oynayanda 19 yaşım var idi və Bekketdən xəbərim yox idi. Sonra Bekketin yazıları ilə tanış oldum və həyatımda çox şey dəyişdi. “Qodonun intizarında” önəmli əsərdir. Həyatımda xüsusi yeri var.
Televizorda nə izləməli?
“Bloomberg”də bir şou-biznes proqramı var. Yüksək təbəqə insanlarının həyatları ilə əlaqəli. Adını indi xatırlaya bilmirəm, amma hər bazar, davamlı olaraq izlədiyim tək proqram odur. Göstərilən insanların heç birini tanımadığım üçün mənə xəyal qurmaqda yardım etmiş olur.
Siyasi film çəkmək vacibiyyət sayılırmı? Kino onsuzda siyasi bir şeydir. Baxır rejissora. Məsələn Ken Louç. O, siyasi film çəkəcəm deyib, siyasi film çəkmir ki. Sadəcə çəkir və film, kateqoriyasına görə siyasi filmlərə daxil olur. “Mən siyasi film çəkəcəm” deyə bilməzsən.
Ken Louç, Darden qardaşları, Keslyovski filmləri öz ölkələrində konstitutsiyaya dəyişikliklər ediblər. Türkiyədə bu mümkündürmü? Ola bilər. Konstitutsiyaya da olmasa, bizim, bəzi dostların filmləri, serialları kimlərəsə toxunur, kimlərisə dəyişdirir. Mütləq konsititutsiyanın dəyişməsinə gərək yoxdur. Bir nəslin baxışı dəyişə bilir və bizim buna qatqımız var, buna şahid oluruq və bundan məmnunuq.
film fiction
Cim Carmuşu sevirəm, Lukas Mudisson adında bir oğlan var, onun da filmlərini sevirəm. Üçüncüsü... Xüsusi bir ad çəkə bilməyəcəm, amma ümumən götürsək, türk filmləri izləməyi sevirəm. Keçmiş və yeni filmlərin hamısını.
İzləməkdən bezmədiyiniz üç film? “Rokki”, Cim Carmuşun “Cənnətdən daha qəribə” filmi (Stranger Than Paradise, 1984) və “Xaç atası”.
ən çox sevdiyiniz filminiz? “Put şeylere”.
ən çox sevdiyiniz şeir və şair. Yoxdu belə şey.
Başucu kitabınız varmı? Yoxdu.
ən sevdiyiniz üç türk filmi? “Tabutta Rövaşata” (Dərviş Zaim, 1996), “Bir Zamanlar Anadoluda” (Nuri Bilge Ceylan, 2010), “Kuyu” (Metin Erksan, 1968).
Bir müsahibənizdə yadplanetlilərin “film nədir” sualına qarşılıq onlara “Fargo” izlətdirərəm demisiz. Bəs türk filmi soruşsalar? “Bir Zamanlar Anadoluda” deyərəm.
Çaplin, yoxsa Baster Kiton? Çaplin pedofil, iyrənc, alçağın biri idi. İkisindən birini seçsək, məcburən Kiton deyərəm, çünki pedofilləri sevmirəm.
axmaqlıq zamanla mənalaşır
İşləmək istədiyiniz aktyor? Düşünməmişəm o haqda.
ən çox güldünüz “Leyla və Məcnun”
obrazı hansı idi?
Məcnun. Çünki çox axmaqdır.
Divara yazılası cümlə... “Axmaqlıq zamanla mənalaşır” – Marsel Düşan.
Onur Ünlü, gəlib-keçmiş hansı məşhur şəxsiyyətlə çay içmək istərdi? Eminemlə. Özüm olmasam, Eminem olmaq istərdim, həqiqətən.
Azərbaycan izləyicilərinə mesajınız... “Sizə salam gətirmişəm”... Onları salamlayıram. Həqiqətən, maraq böyükdür Azərbaycanda bizə. Təxmin etdiyimizdən daha çox izləyicimiz var. Bunu istər İnstagramda, istər mesajlardan görürük. Dil eyni olsa da, tam ayrı bir mədəniyyətə belə nüfuz etmək həyəcanvericidir. Bu mənim çox xoşuma gəlir.
film fiction
Rəşid Ağamalıyev ilə Film Fiction üçün müsahibə Özünüz haqqında qısa məlumat verin. Rəşid Ağamalıyev, 2007-2010-cu illərdə Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino məktəbində sərbəst dinləyici qismində iştirak etmişəm. 2017-ci ildə Çexiya Respublikasının Olomouts şəhərinin Palatski Universitetində “Kinoşünaslıq” və “İngilis dilinin filologiyası” ixtisasları üzrə bakalavr təhsili almışam. 2015-ci ildə Hollandiyanın Utrext səhərinin eyniadlı universitetində təhsil almışam. ““Aşıq Qərib” filmində folklor, musiqi, ədəbiyyat və ruhaniliyin qarşılıqlı əlaqəsi” mövzusunda diplom işi müdafiə etmişəm. 2018-ci ildə Praqada Səhnə Sənətləri Akademiyasının Kino və Televiziya fakültəsində “Kinoprodüser” ixtisası üzrə kurs bitirmişəm. “Bayatı Şiraz” (2014) bədii klipinin, “Aşıq Qərib. Azərbaycanın məhəbbət dastanı” (2014) sənədli filminin, “Tar dərsləri” (2015-2017) maarifləndirici videolarının və “Azərbaycan animasiyası”
film fiction
kitabının müəllifiyəm. Azərbaycanın ilk Beynəlxalq Animasiya Festivalı – ANİMAFİLM-in təsisçisi və direktoruyam.
Animafilm haqqında məlumat verin. Bu ideya necə yarandı? Bizim ölkənin çox zəngin animasiya kinosu tarixi mövcuddur. İxtisasca kinoşünas olaraq, mən iki ilə yaxın multiplikasiya tariximizi araşdırmışam, sonra dost və sənət yoldaşlarımla birgə “Azərbaycan animasiyası” kitabını nəşr etdirdik. Artıq kitabın çapı gedişində anladıq ki, müasir Azərbaycan animasiyası acınacaqlı durumdadır. Təəssüf ki, hazırda ölkəmizdə praktiki olaraq uşaqlar üçün multifilmlər çəkilmir, bu sahədə professional təhsil yoxdur və dövlət ölkə animasiyasının inkişafına kifayət qədər vəsait ayırmır. Məni bu problem çox narahat edir, belə ki, animasiya uşağın özünüdərkində və nitqinin inkişafında böyük rol oynayır. Axı uşaqlar bizim gələcəyimizdir... Məhz buna görə biz ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalını təsis etdik. Əminik ki, bu platforma ölkədə bu incəsənət sahəsinin inkişafına təkan verəcək. Biz milli animasiyanı inkişaf etdirməklə uşaq və böyükləri keyfiyyətli yerli və xarici animasiya filmləri ilə sevindirmək istəyirik.
“Azərbaycan animasiyası” kitabı. Müəllifi: Rəşid Ağamalıyev və kollektiv
İlk festivaldan razı qaldınızmı? Nələr qane etdi, nələr qane etmədi? Festivalda iştirak üçün 63 ölkədən 495 müraciət daxil olmuşdu. Bunların içərisində Fransa, ABŞ, İran, Almaniya, Böyük Britaniya, İtaliya, Kanada, İspaniya, Yaponiya və s. ölkələr də var idi. Etiraf edirəm ki, elə ilk festivaldanca bu qədər multiplikatorun cəlb olunması bizə sürpriz oldu, axı vəsait çatışmazlığı üzündən elə böyük piar kampaniyası da aparmamışdıq. Bizi daha çox təəccübləndirən beynəlxalq müsabiqənin nəticələri oldu – festivalın qalibi “Günortadan sonra” (“Late Afternoon”) adlı irland filmi oldu, sonralar bu film prestijli “OSCAR” mükafatına da namizəd oldu. Festivalın zəngin proqramı vardı, özü də təkcə müsabiqə deyil, müsabiqədənkənar da. Festival Azərbaycan animasiyasına həsr olunduğuna görə, bütün tədbir boyu 50-60-cı illərdən başlayaraq, müasir dövrlərədək çəkilmiş ən yaxşı milli animasiya filmlərinin retrospektiv nümayişlərini həyata keçirdik. Azərbaycan animasiyasından başqa tamaşaçılar Rusiya, Gürcüstan və İranın da retrospektiv animasiya filmlərinə baxdılar. Baxışlar müəlliflərin iştirakı ilə “Nizami” kino mərkəzində və “YARAT Müasir İncəsənət Mərkəzi”ndə, “XXXXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyi”ndə və İçəri Şəhərdəki “Müasir İncəsənət Mərkəzi”ndə baş tutdu. Festival çərçivəsində uşaqlar üçün master-klaslar, “Azərbaycan animasiyası” kitabının təqdimatı keçirildi. “ReAnimasiya” adlı sərginin ekspozisiyası milli animasiyanın inkişaf tarixini əyani olaraq nümayiş etdirdi. Festivalın orijinal plakatı Azərbaycanın əməkdar rəssamı Vüqar Muradova məxsusdur. Festival maraqlı keçdi. Bu gün artıq hiss olunur ki, animasiyaya ölkəmizdə maraq artır. Əminəm ki, belə festivalların keçirilməsi Azərbaycana ancaq fayda gətirər.
Müəllif: Vüqar Muradov
Müəllif: Filip Poşivaç
“Günortadan Sonra” filminin rejissoru Luis Banyall ANİMAFİLM-in diplomu ilə
film fiction
Azərbaycanca animasiyanın hazırki vəziyyətini necə qiymətləndirirsiz? Ölkəmizdə animasiya fəlakətli vəziyyətdədir. Əgər onu tezliklə “ReAnimasiya” etməsək, biz çox şey itirəcəyik. Artıq yaşları 70-i adlamış animasiya kinomuzun axırıncı mogikanlarından Məsud Pənahi, Elçin Hami Axundov və Firəngiz Qurbanova hələ öz ustalıqlarını bölüşməyə qabildirlər, amma onlar harada təhsil versinlər, bizim institutlarda sadəcə olaraq “Animasiya” ixtisası yoxdur. Gənc nəsil yaşlı nəslin qiymətli biliklərini qazanmaq şansından məhrum ola bilər. Bizdə uşaqlar xarici multfilmlərlə böyüyürlər. Əgər nəzərə alsaq ki, cizgi filmləri onların incəsənət və mədəniyyətlə ilk təmaslarıdır, onda demək olar ki, biz milli animasiyamızın yoxluğu ilə uşaqlarımızın da milli özünüdərkini formalaşdırmaq, onlarda estetik və mənəvi keyfiyyətlər aşılamaq imkanından da məhrumuq. Bu, cəmiyyətimiz üçün bir faciədir... Bunlara baxmayaraq, qeyd edim ki, müsbət meyillər də var. “Azanfilm” dövlət animasiya studiyası hazırda “Cırtdan və sehrli xalat” filminin çəkilişlərini bitirib, ümid etmək olar ki, tezliklə o, ekranlara çıxacaq və uşaqlar ona baxa biləcəklər. Bir şeyi də diqqətinizə çatdırım. Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə Azərbaycan kinematoqrafçıları nəzdində kino məktəbi açılıb. Burada artıq “Animasiya filmləri üzrə rejissor-rəssam” ixtisası üzrə əyani və pulsuz təhsil almaq mümkün olacaq. Ümidvaram ki, bizim təşəbbüslər öz bəhrəsini verir. ANİMAFİLM festivalımıza yüzlərlə insan baş çəkib. Xüsusi maraqlananlar kitab mağa-
film fiction
zalarından “Azərbaycan animasiyası” kitabını əldə edə bilərlər. Kitabın və festivalın sayəsində biz milli animasiyaya diqqəti cəlb edərək animasiyanın inkişafına təkan vermək niyyətindəyik. Hesab edirəm ki, animasiya respublikamızda prioritet sahələrdən biri olmalıdır. Məhz dövlət təşəbbüsü öz öhdəsinə götürməlidir. İncəsənət Universitetində və Rəssamlıq Akademiyasında animasiya kafedraları yaradılmalıdır. Özəl və dövlət animasiya studiyalarının şəffaf maliyyələşdirmə mexanizmi olmalıdır. Milli animasiyamızın əsas problemi ona dövlət dəstəyinin, demək olar ki, olmamasıdır.
Festival təşkilinin əsas sıxıntıları haqqında danışın. Belə bir layihə ölkəmizdə ilk dəfə həyata keçirildiyindən böyük çətinliklər qarşısında qalmışdıq, bununla belə, əsas problemimiz maddi problem idi. Birinci festivalı heç bir dövlət dəstəyi olmadan öz gücümüzə keçirdik. Çox çətin idi.
Azərbaycanda tamaşaçı qismində festivala, xüsusən animasiyaya maraq nə səviyyədədir? Tamaşaçılar çox idi, zallar dolu olurdu. Uşaqların müxtəlif dünya ölkələrinə məxsus ən müasir və keyfiyyətli multfilmlərə baxmaq imkanı var idi. Bundan başqa, festivalda bir bayram əhval-ruhiyyəsi yaşandı, multfilmləri seyr etməkdən savayı tədbir günlərində uşaq və musiqi proqramları, kukla tamaşası göstərildi və ən əsası, yaradıcı insanlar canlı ünsiyyətdən çox məmnun qaldılar.
İkinci festival haqqında qısa məlumat verin. ANİMAFİLM-in 2-ci festivalı bu il Bakıda oktyabrın 18-dən 20-nə kimi keçiriləcək. Bu dəfə maraqlı bir yenilik etmişik. Təşkilat komitəsi professional münsiflər heyətilə yanaşı uşaq münsiflər heyəti də formalaşdırıb. Beş məktəblidən ibarət bu heyət “Ən yaxşı uşaq animasiya filmi” nominasiyası üzrə qalibi müəyyən edəcək. Beynəlxalq münsiflər heyətinə ANİMAFİLM-in “Qızıl qayıq” heykəlcik-mükafatı laureatı, “Tıq-tıq xanım” multfilminin müəllifi Məsud Pənahi başçılıq edəcək.
İkinci ANİMAFİLM festivalının mövzusu bu dəfə Çexiya animasiyası olacaq. Çexiyadan tanınmış multiplikatorlar gəlib öz filmlərini nümayiş etdirəcəklər.
Festivalın əsas məqsədi nədir? Milli animasiyaya diqqət yönəltmək. Biz əminik ki, ölkədə belə bir platforma müntəzəm olaraq çalışsa, yerli kadrlar xarici həmkarları ilə ünsiyyət yaratmaq imkanı əldə edəcək və bundan ancaq milli animasiya faydalanacaq. Bir sözlə, biz yerli mütəxəssislərdə animasiya filmləri çəkməyə həvəs yaratmaq istəyirik.
Ölkədən kənarda festivalın təbliği məsələləri haqqında məlumat verin.
“Nağıllar nağılı” (1979), Yuri Norşteyn “Qırmızı qurbağa” (2017), Mixael Düdok de Vit “Əl” (1965), İrji Trnka “İthaf” (1990), Şamil Nəcəfzadə “Günortadan Sonra” (2017), Luis Banyall “Buludların meyvələri” (2017), Katerina Karhankova “Vinni-Pux” (1969-1972), Fyodor Xitruk “Tarzan” (1999), Kevin Lima, Kris Bak “Meri və Maks” (2009), Adam Elliot “Fantaziya” (1940), Volt Disney
əlavələriniz varsa, bölüşə bilərsiz. Çox şadam ki, bizdə “Film Fiction” jurnalı dərc olunur. Mən sizi çox sevirəm və sizin daimi oxucunuzam. Sizə uğurlar diləyirəm! Siz Azərbaycan mədəniyyəti üçün çox mühüm bir iş görürsünüz.
Bizim Fransanın Ansi şəhərində keçirilən Beynəlxalq Animasiya Festivalının, TOFUZİ – Gürcüstan Beynəlxalq Animasiya Festivalının, ANİBAR – Kosovo Beynəlxalq Animasiya Festivalının, ANİFİLM – Çexiya Beynəlxalq Animasiya Festivalının təşkilatçiları və “Soyuzmultfilm” (Rusiya), “Barrandov” (Çexiya) və digər studiyaların rəhbərləri ilə yaxın əlaqələrimiz var. Bu il Azərbaycan animasiyasının 50 illiyidir (İlk uşaq animasiya filmi olan “Cırtdan” ilk dəfə “Azərbaycanfilm” kinostudiyasında 1969-cu ildə çəkilib.) və biz çalışırıq ki, bundan istifadə edərək, animasiyamızı xaricdə təbliğ edək. Bu ilin martında Praqada (Çexiya) festivalımızın “Əks-səda” tədbiri keçirildi. Sentyabrda festivalımız və animasiyamız Yunanıstanda “AnimaSyros International Animation Festival & Agora”da təqdim olunacaq. Oktyabrda isə filmlərimiz Gürcüstanın “TOFUZİ” festivalında göstəriləcək. Hazırda başqa beynəlxalq animasiya platformaları ilə danışıqlar gedir, bütün maraqlı şeylər hələ irəlidədir.
Gələcək planlarınız nələrdir? Əsas vəzifəmiz ANİMAFİLM festivallarını hər il bayrama çevirməkdir. Prioritetimiz budur. Başqa gələcək planlar barədə isə hələlik danışmaq tezdir.
Sizcə hər kəsin izləməsi mütləq olan 10 animasiyan hansılardır?
film fiction
Müəllif: Seymur Mütəllimzadə
YURİY BIKOVUN 7
"Zavod"u
sentyabr 2018-ci ildə Toronto Beynəlxalq Kinofestivalında rusiyalı rejissor Yuri Bıkovun yeni filmi ictimaiyyətə təqdim olundu. Film kinoteatrlara 2019-cu ilin fevral ayında çıxdı. Hadisələr Rusiyanın əyalətlərinin birində cərayan edir. Zavodun direktoru işçilərə müəssisəsinin bağlanmasını elan edir. Həmin yerdə yaşayan bir çox insanların yeganə gəlir mənbəyi məhz bu zavoddur. Zavodun işçilərindən biri və filmin əsas qəhrəmanı Sedoy obrazıdır. Bu şəxs rus-çeçen müharibəsinin veteranıdır. İştirak etdiyi döyüşlərdə böyük təcrübə yığan Sedoy sol gözünü itirib. Məhz o, bir qrup işçiyə zavodun direktorunu girov götürmək və ondan pul tələb etmək təklifini irəli sürür. Çətin maddi vəziyyətdə olan işçilər onunla razılaşırlar. Beləliklə, bir qrup işçi zavodun direktoru olan şəxsi girov götürürlər. Bundan sonra hadisələr maraqlı axar ilə davam edir. Bıkovun bu əsərində onun sosial sinif münaqişəsi yer alıb. Sedoyun timsalında aşağı təbəqə, zavod direktorunun timsalında isə yüksək oliqarx təbəqə təsvir olunub. Sedoy və onun kimi digər işçilər bir tikə çörək pulu qazanmaq üçün ağır işlər görür, bununla belə, onların regionunda vəziyyət gündən-günə pisliyə doğru gedir. Regionun böyük məmurlarından biri olan zavod direktoru getdikcə varlanır, aşağı xalqın nümayəndələri isə getdikcə kasıblaşır. Zavod direktorunun girov götürülməsi anından sonra ortaya
film fiction
ilk çıxan məhz sinif qarşıdurması olub. Maraqlıdır ki, əgər ilk baxışdan hadisələrin bu cür tərzdə davam edən axarı bizə lokal olaraq ədalət axtaran yalnız öz mənafelərini güdən insanların yaxşı yaşamaq üçün, kasıbların varlılardan pul oğurlaması təsirini bağışlasa da, sonrakı epizodlarda məlum olur ki, Bıkovun zavodunda adi bir cinayət yox, inqilab baş verir. Personajlar xüsusi təyinatlı qüvvələrin məhz Sedoy tərəfindən çağrıldığını öyrənəndə, üstəlik onun əsas motivinin hadisəni televiziyada işıqlandırmaq və bununla da, özləri haqqında sanki hayqırmaq arzusunu biləndə başa düşürlər ki, onların qoşulduqları bu kiçik mübarizə ilk baxışdan pul üçün aparılan yaxşı həyat axtarışına oxşasa da, əslində, Sedoyun idealları uğrunda başlatdığı bir inqilabdır. Doğrudur, bu inqilab qapalı şəkildə, çox az adamın iştirakı ilə baş vermək üzrədir. Üstəlik filmin sonunda məlum olur ki, zavodun işçiləri arasında inqilab etmək arzusunda olan yeganə şəxs Sedoydur və o, mübarizənin sonunda meydanda tək qalır. Amma belə bir təcrübəli döyüşçünün bunu öncədən düşünməsi daha inandırıcıdır. Sedoy obrazı o qədər də sadəlövh personaj deyil ki, digər işçilərin də onun kimi ideya uğrunda mübarizə aparmasına inansın və ya ümid bəsləsin. Bu münasibəti onun işçilərə qarşı dediyi sözlər və davranışları ilə görə bilərik. Sözlər olaraq, o, işçiləri insan olmayan qul kimi görür və belə
yaşayışın mənasının olmamasını bildirir. Hərəkət olaraq isə, Sedoy çox amansızdır. Sedoyun onunla eyni cəbhədə hadisələrə qədəm qoyan insanlara qarşı silahdan atəş açması, üstəlik qadın və uşaqların əsir götürülüb öldürülmək təhlükəsini öyrənəndə buna biganə yanaşması tamaşaçıya bu şəxsin daş qəlbli və yalnız özünün doğru bildiyi ideyalara görə heç nəyə mərhəmət göstərmədən irəliləmək iqtidarında olan obraz təsirini bağışlayır. O, öz ideyası uğrunda qarşısına çıxan istənilən şəxsi məhv etmək təsiri yaratsa da, filmin sonunda transformasiyaya məruz qalır. Reallığı hiss etmək çox çətindir. Əvvəla, ona görə ki, əgər bu hadisə real zamanı tərənnüm edirsə, Sedoyun filmin sonunda etdikləri məntiq ilə uzlaşmır. Digər tərəfdən Bıkovun hələ 2017-ci ildə bu filmi çəkməmişdən qabaq bir müsahibəsində dediyi sözü xatırlamaq yerinə düşər: “Mən rejissor kimi bədii film çəkirəm. Adı üstündə. Bədii. Deməli, bu, reallıq deyil, bədii əsərdir. Müəllifin fikridir”. Doğrudur, Bıkov bu filmi sırf “Zavod” barədə deməyib. O, bu fikirləri ümumilikdə bədii film və reallığı müqayisə edərkən deyib. Burada belə nəticəyə gəlmək olar ki, əgər ikinci dediyimiz amili ön plana çəksək, onda Bıkovun “Zavod” əsəri real hadisə deyil. Yəni, belə bir hadisə nə baş verib, nə də ki, baş verəcək. Film bədiidir, müəllifin fikridir, müəllifin əsəridir. Amma, bununla belə, ortaya üçüncü amil çıxır. Əgər ilk olaraq məntiq uzlaşmasını tapa bilməməyimizi, ikinci
olaraq “bədii film müəllifin fikridir” anlayışı ilə əvəzləyə biləriksə, onda nəyə görə eynilə müəllif fikri olan “Durak” Bıkovun bu əsərindən daha çox fərqlənir? Yenə də Bıkovun bu film çəkilməmişdən əvvəlki müsahibəsindən bir məqama diqqət yetirmək lazımdır. Aparıcı ona, “Zavod” filminin süjet xəttini bildirərək qeyd edir: “Siz yenə də eyni şeyi çəkirsiniz” (Aparıcı deyir ki, sosial etiraz harayı olan “Durak” Bıkovun yeni filminə çox bənzəyir. Bu məntiqlidir, çünki həmin vaxt aparıcının və bizim film haqqında bildiyimiz yeganə məlumatlar məhz işçilərin zavod direktoruna qarşı belə hərəkətlər etməsi olub). Bıkov bu zaman son olaraq özü üçün kəşf etdiyi Oliver Stonu misal çəkərək deyir ki, rejissor həmişə öz xəttini qoruyur. Yəni, müəllif fikri olan filmlərdə müəllif illər boyu çatdırmaq istədiyi ideyanı müxtəlif əsərlərlə ortaya qoyur. Əgər bu sözləri əsas götürüb “Zavod” barədə düşünsək, onda görərik ki, Bıkov “Durak” filmində bizə çatdırdığı müəllif fikrini bu filmdə ya çatdırmaq istəməyib, ya da ki, çatdıra bilməyib. Bütün buna səbəb filmin finalıdır. Finalda Sedoy qarşısına qoyduğu heç bir məqsədə çatmır. Halbuki, o, bu məqsədə çatmaq üçün çox ağır bir gecədən sağ çıxır. Doğrudur, ortada versiya var ki, səhərin açılmasına çox az qalmış zavod direktorunun monoloqu ona təsir edə bilər. Amma ortada yenə də məntiq uyğunsuzluğu var. Çünki Sedoy obraz olaraq həm mənəvi, həm fiziki cəhətdən güclü insandır. Müharibədə gözünü itirmiş bu şəxsin təslim olmaqla arası yoxdur. O, həmçinin, çox cəsurdur. Zavod direktorunun sanki kilsədə rahib önündə günahlarını
film fiction
...arvaduşaq sizindir, mənim deyil ki... film fiction
yuması kimi səmimi etirafından sonra özünün böyük hesab etdiyi ideya uğrunda ortaya həyatını qoyan Sedoy obrazı sına bilməzdi. Bu qədər ölümdən və mübarizədən sonra Sedoy hər şeyi qırağa qoyub təslim ola bilməzdi. Bu cəhətdən filmin sonundakı Sedoy “Durak”dan fərqlənir. Çünki Durak ideyası uğrunda sona qədər getdi və mübarizə apardı. Bu onun ölümü ilə nəticələnsə də, Durak ideya olaraq qalib gəldi. Sedoy isə hər cəbhədə uduzdu. O, maddi olaraq məhv edildi, mənəvi olaraq heç nə qazanmadı. Zavod direktorunun var-dövləti haqqında süjet efirə getmədi. Çünki Oliqarx zavoddan sağ çıxdı. Ora gələn hüquq-mühafizə orqanlarının nümayəndələri regionun böyük məmuruna qarşı çıxa bilməzlər və onlar bu hadisə haqqında susacaqlar. Oliqarx rahatca evinə geri dönəcək. O, qalibdir. Pulu da özündə qaldı, canı da. Sedoyun Oliqarxı zavoddan buraxması mənim üçün hələ də böyük müəmma olaraq qalır. Nəyə görə Sedoy təslim oldu? Bu sualın cavabını çətin ki tapmaq olar. Amma hər tamaşaçı özü üçün bu suala cavab tapa bilər, ya da bu sualı ömür boyu cavabsız saxlaya bilər. Filmdə yadda qalan obraz kimi ortaya çıxan ikinci personaj zavod direktoru olan Oliqarxdır. Ümumiyyətlə, bu şəxs barədə uzun danışmağa ehtiyac yoxdur, çünki bu obraz tipik “yeni rus” cərəyanının nümayəndəsidir. O, regionun ən varlı və ən nüfüzlü məmurudur, hüquq-mühafizə orqanları onunla hesablaşır, regionda, demək olar ki, bütün gəlir gətirən sahələr onun əlində cəmləşib. Bu obrazı tipik “yeni rus”lardan fərqləndirən heç bir açılışı filmdə görmək olmur. Doğrudur, Bıkov öz əsərində bu obrazı danışdırır, amma ölüm təhlükəsi altında olan bir insanın onu girov götürənə xoş gəlsin deyə günahlarını etiraf etməsi çox klassik metoddur və çətin ki, bu obrazı müasir rus kinosunda olan digər eyni tipli obrazlardan güclü şəkildə fərqləndirməyə imkan versin. Filmin ən təzadlı obrazı Oliqarxın şəxsi Cangüdənidir. O, müdirini xilas etmək üçün öz dəstəsi ilə zavoda gəlir və Sedoya qarşı çıxır. Sözügedən obrazın təzadlı və Oliqarx personajı kimi açılmamış olmasını 2 məqamla öyrənmək olar. İlk olaraq, o, məqsədinə nail olmaq üçün müdirini girov götürmüş işçilərin ailələrinə (analarına, yoldaşlarına, qızlarına) məxsus paltarları onlara nümayiş etdirir və bununla da, Oliqarxı girov götürmüş şəxsləri hədələyir. Cangüdən bununla bildirir ki, sizin ailəniz bizim əlimizdədir və səhv addım atsanız onlar öləcək. Təbii ki, ailələrinin təhlükədə olduğunu öyrənən bir çox işçi dərhal Sedoydan ayrılır. Çünki onlar qorxurlar. Onlar sevdiklərini itirməkdən qorxurlar. Bu zaman məlum olur ki, Sedoy bu şəxslərin ailələrinə etinasız yanaşır
və onların gələcək taleyi onun vecinə deyil. Onun dili ilə desək “...arvad-uşaq sizindir, mənim deyil ki...” Beləliklə, Cangüdən obrazı təhlükəli şəxsdir. Məqsədinə çatmaq üçün uşaq və qadınları öldürməyə hazırdır. Amma qeyd etdiyimiz kimi filmin sonunda daha bir transformasiya və belə demək olarsa, məntiqsizlik bu obraz ətrafında baş verir. O, birdən-birə ürəyi yumşaq şəxsə çevrilir, Sedoya yazığı gəlir və onu xilas etmək üçün zavoda atılmaq istəyir. Burda daha bir sual ortaya çıxır. Nəyə görə bu Cangüdən obrazı səhərə kimi öldürməyə hazır olduğu bir obraza qarşı fikrini dəyişir? Üstəlik Sedoy zavodda gedən döyüşlərdə Cangüdənin 2 dəstə üzvünü öldürür. Uşaq və qadınları öldürməyə hazır olan, 2 dəstə üzvünü itirən bir obrazın səhər açılan kimi Sedoya qarşı fikrini dəyişməsi çoxlu sual doğurur. Nəyə görə bu 2 personaj – Sedoy və Cangüdən sonda tamam fərqli dəyişikliyə məruz qalırlar? Bu sual da məni çox düşündürür. Sonda onu qeyd etmək lazımdır ki, əgər bu filmin rejissorunun Bıkov olmadığını mənə desəydilər və müəllifin adı olmayan şəkildə nümayiş etdirsəydilər, çətin ki, bu filmin Yurinin əsəri olduğunu tapa bilərdim. Çünki film onun bu tipdə olan əsərlərindən çox fərqlidir, baxmayaraq ki, bu film kommersiya deyil, Yurinin müəllif əsəridir. Doğrudur, ağıla haqlı olaraq “Mayor” filmindəki sonluq da gələ bilər. Amma bu iki filmi sonluq olaraq bir-biri ilə müqayisə etmək olmaz. Əvvəla ona görə ki, “Mayor” filminin sonluğu transformasiya deyil, hadisələrin təbii axarı zamanı ortaya
çıxa biləcək iki variantdan birinin seçilməsidir. Çünki “Mayor” əsərində baş qəhrəman vicdanı ilə mübarizəyə çıxır. Vicdan hər anlayışa (pul, vəzifə, ad-san, azadlıq) qalib gəlsə də, ən sonda ailə amilinə məğlub olur. İnsan öz vicdanı ilə davrananda elə bir nöqtəyə gəlib çıxır ki, bu zaman ya ailəni, ya da vicdanı seçməlidir. Mayor obrazı ailəsini seçir və fikrimcə, bu təbii haldır. Üstəlik Bıkovun digər filmi “Yaşamaq” əsərində də Ovçu obrazı bu təbii seçim arasında qalarkən (onun seçimi vicdan və yaşamaq arasında idi) yamaşağı seçir, baxmayaraq ki, onun tərəf müqabili (Andrey obrazı) eyni seçim qarşısında qalanda vicdana üstünlük verir və Ovçunu xilas edir. Ona görə də fikrimcə, “Mayor” və “Yaşamaq” filmlərində müvafiq olaraq, Mayor və Ovçu obrazlarının sonluqda etdikləri seçim təbiidir, amma itirməyə heç bir şeyi olmayan Sedoyun sondakı seçimi qeyri-təbii və məntiqsizdir. Beləliklə, Sedoy müəmmalı transformasiyaya məruz qalır. Cəfər Cabbarlının Oqtay Eloğlu personajı kimi vicdan və idealı ailədən və digər məfhumlardan üstün tutmaq nə real həyatda, nə də incəsənətdə asan olur. Sonda belə qənaətə gəlmək olar ki, “Zavod”un baş qəhrəmanı olan Sedoy Bıkovun personajları arasında məntiq ilə uyğunlaşmayan transformasiyaya məruz qalan ilk obrazdır. Bu zaman orataya başqa bir haqlı sual çıxa bilər – Bəs Bıkov özü transformasiyaya məruz qaldımı? Məğlubiyyət ilə barışmağı yaradıcı insan olaraq qəbul etdimi? Yurinin növbəti sənət filmində ehtimal var ki, bu suala cavab tapa biləcəyik. Biz sadəcə Bıkovun növbəti filmini gözləməliyik.
film fiction
Baş tutmayan inqilab Müəllif: Şahin Xəlil
ZAVOD FİLMİ
film fiction
Uğursuz serial layihəsindən sonra, rejissor Yuri Bıkov “Zavod” filmi ilə, özünü suda balıq kimi hiss etdiyi sosial dram janrına qayıtdı. Müsahibələrinə, çıxışlarına əsasən deyə bilərəm ki, Bıkov şəxsiyyətinin konstruksiyası göründüyü qədər sadə deyil. Kapitalizmə qarşı aşkar nifrət üzərindən yaratdığı dünyasında bəzən Leninçilik ideyaları, bəzən isə əxlaq prinsipləri daxili konflikləri ilə nəticələnir. “Zavod” da eyni konfliktlərin nəticəsidir. “Zavod” qul olmaqdan bezmiş işçi sinifin etiraz tablosudur. “Qul, qul olduğunu dərk eləmək iqtidarında olmayan kəsdir” – deyir Lenin. Bıkovun qəhrəmanları “Biz qul deyilik” cavabı verir və Lenini bir daha yada salırıq – “Qul, qul olduğunu dərk edən, buna qarşı mübarizə aparan inqilabçıdır”. Bu tabloda qırmızı bayraq “Sedoy” ləqəbli keçmiş döyüşçünün əlindədir. Bıkov Sedoy obrazını filmin ilk kadrlardan etibarən əsl inqilabçı kimi təqdim edir. Mübarizəsinə görə, “silahdaş”ını belə “gözünü” qırpmadan öldürə biləcək bir inqilabçı kimi. Filmin yarıdan çoxu arxada qalıb və tamaşaçı filmin qəhrəmanı olan Sedoya görə narahatdır. İnqilabın klişe də olsa, möhtəşəm finalını gözləyir. Amma Bıkov romantik deyil. Ustadı Balabanovdan fərqli olaraq, filmlərində klassik “qəhrəman” (oxu: Cozef Kempbell “Min üzlü qəhrəman” (A hero with a thousand faces)) obrazını sevmir. Rejissorun filmlərində ikinci dərəcəli obrazlar yoxdur. Yaxşı-pis, doğru-yalnış yoxdur. Ənənəsinə sadiq rejissor “Zavod”da da bunu qorumağa çalışıb. Bacarıbmı? Bu sualın cavabını iki cür izah etmək olar. Sosial konfliktlərə əxlaq prinsipləri ilə yanaşmaq mümkündür, amma doğrudurmu? Film xronometrajı Bıkovun bu filmində izah etməyə çalışdığı, inadla vurmaq istədiyi hədəfdən qat-qat kiçikdir. Filmin sonlarına doğru dramaturgiyanın axsaması məhz buna görədir. Bıkov qəhrəmanlarını film boyunca bir-birinə qurban vermək istəmir. Əksinə, hər 3 (inqilabçı – oliqarx – cangüdən) tərəfə bərabər doğrular verib. Üstəlik filmin kuliminasiyasını məhz bu doğrularla (!?) göstərib. Hadisələrin sınma nöqtəsi inqilabçı və oliqarx arasındakı dialoqdur. Zvyagintsev “Leviafan”da bu dramaturji “səhv”dən qaçmaq üçün qəhrəmanlarını başdan antiqəhrəman kimi təqdim etmişdi (qurban vermişdi). Tamaşaçı filmdəki heç bir obraza görə narahatlıq keçirmirdi. Bıkov isə sosial konfliktə əxlaq çərçivəsindən yanaşmaq istəyib və bunun nəticəsində, dramaturji “ənənə”ni kobudluqla pozub, qəhrəmanını isə öldürməyə məcbur olub. Müsahibələrini, digər filmlərini izləyən tamaşaçılar bu “kobud”luğun dərinliklərini görə bilərlər. Amma kinoya belə yanaşmaq səhvdir. Suya ümid varsa, quyu qazmaqdan yorulmaq olmaz (bax: Nuri Bilge Ceylan “Ahlat ağacı”). Cangüdən və inqilabçı arasındakı “anlayış”, “hörmət” isə senaridə olan axsamaları aydın şəkildə büruzə verir. Bu konfliktin həlli ümumiyyətlə açılmadan film sona çatır. Bıkovun təqdim etdiyi “Zavod” reallıqdır, utopiya deyil. Bu baxımdan sonluq anlaşılandır. Rejissorun “həqiqət axtarışları” nə qədər anlaşılandırsa, bir o qədər kobuddur. Bu baxımdan filmin kulimasiyasının inqilabçı ilə oliqarx dialoqunda olması başa düşüləndir. İnqilabçının istəyi bəllidir. Bir inqilabçının comərdliyi onun inqilab aktındakı fəaliyyəti deyil, aktdan sonrakı fəaliyyətidir. Oliqarxın dediklərindən sonra Sedoy məhz bunu dərk edir. Əxlaq məsələsi bu anda daxil olur filmə. Bunu mərhəmətlə qətiyyən qarışdırmaq olmaz. İnqilabçı əxlaqı ilə seçim edir. Seçimlər isə heç vaxt obyektiv olmur. Digər tərəfdən cangüdən ilə inqilabçı arasıdakı konfliktin həlli də əxlaq üzərindən təqdim edilir. Filmin ilk kadrında avtobusa minməkdən imtina edərək, piyada Zavoda gələn “inqilabçı”, filmin sonunda Zavoddan çıxan, avtomobilə minməkdən imtina edib, piyada evinə dönən cangüdən ilə əvəz olunur.
KİNOMANLARIN TÖVSİYƏ ETDİYİ FİLMLƏR film fiction
DAVID / TƏLƏBƏ
“Kapernaum” (rej. Nadin Ləbəki, 2018) Film şübhəsiz ki, insanı duyğulandırır, kədərləndirir və eyni zamanda başa düşürsən ki, Zeyn (baş qəhrəman) kimi uşaqlardan böyüdüyün küçədə onlarla görmüsən və bəlkə də onun yaşadıqlarını başqa dozalarda, başqa aralıqla yaşamısan (sizi bilmirəm). Ləbəki bir çox mövzulara işıq tutur filmdə. Məsələn, uşaqların sadəcə ənənə və ehtiyatsızlıqdan, vecsizlikdən, bəlkə də ucuz "çoxbilmişlikdən" (“yaşlandıqda mənə kim baxacaq?!" dünyaya gətirilib böyük bir pox qazanının içinə atılması, kiçik yaşlı qızların məcbur evləndirilməsi və bunun ağrıdıcı fəsadları. Bundan başqa “Kapernaum”da lövbər salmış müxtəlif ölkələrdən gəlmiş qaçqınlar (bu kontekstdə də Ləbəki uşaqları ön plana çıxarır). Bir neçə dəqiqədən bir iş görürsən, durub pəncərəni açırsan, siqaret yandırırsan, tanıdığın bəzilərinə söyüşlər yağdırırsan və baxmağa davam edirsən. Doğrusu, hadisələrin gedişində düşündüm ki, rejissor filmi problemlərlə çox doldurub, nəfəs almaq olmur (hərfi mənada). Sonra dedim, boğul, əylənmək istəyirdin?!
“Balaca Vera” (Malenkaya Vera, rej. Vasili Piçul, 1988) Film 1988-ci ildə çəkilsə də, onu izləmək mənə, təxminən üç ay əvvəl qismət oldu. “Balaca Vera” baxdığım digər Sovet filmlərindən çox fərqlidir. Və təkcə ona görə yox ki, burda cinsi əlaqə səhnələri aşkaranə çəkilib, ona görə ki, bu filmdə tamaşaçının gözünə kül üfürülmür. Sovet yeniyetmələri qəhrəmanlıq, şücaət nümayiş etdirmir, onların ataları içki düşkünüdür, anaları isə "Ay Allah, mən başıma haranın daşını salım?! Xalxın ərləri elə, uşaqları belə" havasında çıxışlar edir. Film realist üslubdadır və problemli yeniyetmələrin həyatlarına işıq salır. (Ən azından birinin – Veranın həyatına, yəqin ki, heç kim "işıq sala" bilməzdi.) Filmin acı dadını qəbul etməyən bəzi kritiklər o vaxtlar yazıblarmış ki, bu tip ailə bizlər üçün tipik deyil, Vera və onum ailəsi hansısa marginal ailədir ki, sovetlərə dəxli belə yoxdur. Bu cür iyrəncləri niyə çəkirsiz? Bu cür ailələri hardan tapırsız?! Yəqin sual sizə tanış gəldi. Mən şəxsən bu sualın müasir rus rejissorlarından Zvyaqintsevə, Siqarevə verildiyini görmüşəm (təbii ki, internetdən).
“Mağaza oğruları” (Shoplifters, rej. Hirokadzu Koreeda, 2018) Koreeda imzalı film bu yaxınlarda izlədiyim filmlər arasında ən ürəyimə yatanı oldu. Bu ailə şəhərin “ghetto” hissəsində yaşayır və həyatda qala bilmək üçün xırda oğurluqlar edir. Onların həyatı soyuq
bir qış günündə evə balaca bir qız gətirməkləri ilə dəyişir. Filmdə Koreeda ailə, qan qohumluğu kimi məsələləri mühakimə edir və bu planda qurbanlar yenə də uşaqlardır. Film mənə bir hadisəni də xatırlatdı. Bir gün kafede oturmuşdum və yaşları heç ona çatmayan uşaqlar (hardasa 5-6 uşaq) yaxınlaşıb dilənməyə başladılar və mən agressiv bir şəkildə uşaqlara dedim: "hanı sizin valideynləriniz? Gedək göstərin mənə" Bilirdim ki, valideynlər kafenin qarşısında oturub uşaqların gətirəcəyi pul və kafenin müştərilərindən aldıqları yemək qalıqlarını gözləyirlər. Uşaq qaçdı... Kafedən çıxanda gördüm ki, böyüklü-kiçikli bu dilənçilər oturub yemək yeyir, danışıb-gülürlər. Filmə baxandan sonra düşündüm ki, bəlkə də elə onlar ənənəvi ailə sistemində böyüyən 11 il və ya daha çox məktəbə ayaq döyən uşaqlardan daha yaxşı ailəyə sahibdirlər. Təbii filmdə digər sosial yönlü problemlərə də işıq tutur Koreeda və onları əxlaqi baxımdan sorğulayır. Məsələn, oğurluq, qətl və s. Filmdəki fiqurların da bütün bunlara cavabları var. Bir də, əgər maraqlı və əyləncəli sənədli film kimi yemək səhnələrinə baxmaq istəyirsinizsə, filmə mütləq baxın.
MIRBAĞIR / REJISSOR
“24 çərçivə” (24 Frames, rej. Abbas Kiarostami, 2017) Eksperimental görünən film daha çox tamaşaçını təcrübə edir. Uzun illər hərəkət etmiş (kino-kine) Abbas isə sadəcə tamaşa edir, tamaşa etmək, tamaşaya dalmaq həzzini yaşayır – çəkilmiş rəsmlər, çəkdiyi fotolar və çərçivəyə salınmış həyatın özüylə.
“Buludların o tayı” (Beyond the Clouds, rej. Mikelancelo Antonioni, Vim Venders, 1995) Hər iki rejissorun böyük heyranı olsam da, nə yaxşı ki, bu filmlə elə bu yaşımda rastlaşmışam. Vendersin yolları sevən insanlarından birinin həm də durmadan yaşamı sorğulayan Antonioninin qəhrəmanına çevrilişi gözsığallayan vizuallıq və kamera axışı ilə də davam edirsə, bizə də bu yüksək estetik həzdə batıb-boğulmaq düşür.
“Dinməzcə oturmuş fil” (An Elephant Sitting Still, rej. Hu Bo, 2018) Ötənilki filmlər içərisində “Roma”dan (rej. Alfons Kuaron, 2018) sonra ən çox mütəəssir olduğum film məhz "Dinməzcə oturmuş fil" olmuşdu və mənə “Viski” (rej. Xuan Pablo Rebelya, Pablo Stoll, 2004) filmini xatırlatmışdı. Onun qədər tənhalığın dibinə enmiş, ondan daha gözəl vizuallıq və daha eybəcər dünya.
film fiction
HACI SƏFƏROV / “FILM AÇ” YOUTUBE KANALI
“Anima” (rej. Pol Tomas Anderson, 2019)
2019-cu ildә çәkilәn bu qısa film "Radiohead" qrupunun üzvü olan Tom Yorkun eyniadlı albomundan istifadә edilәrәk çәkilib. Baş rolunda elә Tom Yorkun oynadığı filmin janrı müzikldır. 15 dәqiqәlik vizual şouda heç bir dialoq yoxdur, әvәzindә isә üç mahnı var. Bir-birini әvәz edәn mahnılarla qurulan kompozisiya adamı valeh edir, rәqslәr vә xoreoqrafiya vәhdәt tәşkil edir. Tövsiyә sәbәbim budur ki, kinonun vizual gücünü, heç bir dialoq olmasa belә, insanı heyrətləndirən tәrәfini görmәk şansınız var. 15 dәqiqәlik sәyahәt hamının haqqıdır.
“Əzab və qələbə” (Pain and Glory, rej. Pedro Almodovar, 2019) Almodovarın öz şәxsi tәcrübәlәrindәn, uğurlarından vә uğursuzluqlarından yola çıxaraq çәkdiyi avtobioqrafik film yaradıcı insanın yaşadığı çәtinliklәri vә tapdığı ilham mәnbәlәrini göstәrir. Bәzәn avtobioqrafiyadan avtofikşına keçәn, nәyin real, nәyin irreal olduğu barәdә suallar verәn rejissor filmin özülünü postmodernizm üzәrindә qurur. Film içindә film, film içindә pyes, film içindә arzu kimi mәsәlәlәr qaldırılır. Komponentlәr görüntülәrlә, ustalıqla qurulmuş sәhnәlәr vә interyerlәrlә tamamlanır. Tövsiyә sәbәbim budur ki, yaşayan әn böyük rejissorlardan olan Almodovarın bütün karyerasına tamam fәrqli baxış bucağı tәqdim edir bu film. İzlәyin, Almodovar karyerası sizә fәrqli görünәcәk.
"Şəkər adamın axtarışı” (Searching for Sugar man, rej. Malik Bencellul, 2012) 2013-cü ildә "Әn yaxşı sәnәdli film" nominasiyasında Oskar mükafatını qazanan bu film mәşhur olduğundan xәbәrsiz bir musiqiçi axtarışındadır. Amerikada albomları çıxan vә uğur qazanmayan musiqiçinin әsәrlәri Cәnubi Afrika Respublikasında tamamilә tәsadüf nәticәsindә mәşhurlaşır, minlәrlә gәncin qәlbindәki azadlıq alovunu yandırır. Elә bu gәnclәrdәn bәzilәri musiqiçinin real olub-olmadığını araşdırmağa başlayırlar, hadisәlәr dә bu minvalda irәlilәyir. Tövsiyә sәbәbim odur ki, incәsәnәtin insanların düşüncәlәrindә dәyişiklik qüvvәsini görsünlәr vә әgәr incәsәnәt sahәsindәdirlәrsә, etdiklәri işin vacibliyini başa düşsünlәr. Yaxşı şeylәr edirsinizsә, bu gün olmasa belә, nә vaxtsa insanlar sizi minnәtlә xatırlayacaq.
film fiction
AYGÜN ASLANLI / KINOŞÜNAS
“Müharibəsiz iyirmi gün” (Двадцать дней без войны, rej. Aleksey German, 1976) Aleksey Germanın adına əvvəllər tez-tez rast gəlsəm də, filmlərinə təzəlikcə baxmışam. Özü də sondan əvvələ doğru – “Xrustalyov, maşınım” (1998) filmiylə başladım və “Müharibəsiz iyirmi gün” filmilə bitirdim. (“Tanrı olmaq çətindi” (2013) filminə baxmağa hələ cəsarət eləmirəm.) Və German öz üslubu – mizanları, dialoqları, vizual dili ilə mənim üçün əsl kəşf oldu. Germanın yaradıcılığında onun rejissor üslubunun daha təkmil, daha mürəkkəb nümunələri var, məsələn “Xrustalyov, maşınım” filmi kimi. Ancaq mən “Müharibəsiz 20 gün” filmini seçirəm. Məhz, sadəliyinə görə. Həqiqət kimi. Bu filmin dili – minimalist aktyor oyunu, montaj keçidləri, kadrdaxili montaj, dialoqlarda istifadə olunan sözlər, cümlələr həddindən artıq sadədi – amma ilk baxışda. Çünki bu elementlərin hamısı birlikdə son dərəcə sadə bir həqiqətdən danışır: müharibəyə heç nə bəraət qazandıra bilməz, müharibə insanlıq üçün mənfi mənada qırılma nöqtəsidir. Və rejissor bunu ölüm, qan, ya da qorxunc müharibə əhvalatlarının köməyilə yox, adi məişət söhbətləri, detallarıyla göstərir. Bu mövzuda çox gözəl filmlər var, xüsusilə sovet kinosunda. Və məncə, “Müharibəsiz 20 gün”, onların arasında müharibənin əsl mahiyyətini, yaratdığı ziddiyyətləri müharibəsiz, qansız (filmdə cəmi bir dənə belə səhnə var – filmin proloqu) açan ən gözəl filmlərdən biridir.
“Roma” (rej. Alfonso Kuaron, 2018) “Roma” filmi məni ilk kadrından cəzb elədi – yerə dağılmış suda səmanın əksi –sona qədər də buraxmadı. Yeri gəmişkən, film boyu bir neçə elə kadr var – hər hansı sözün, cümlənin, ya da vəziyyətin əslini yox, əksini göstərir rejissor. Məncə, filmin adını da elə belə oxumaq lazımdır – “Roma” yox, “Amor”. Filmin ideyası da budur – “Amor”. Yəni ilk kadr həm də filmin ideyasının bir növ vizual şifrəsidir. “Roma” filmi sevginin çoxqatlılığı, az qala, bütün dəyərlərin baş-ayaq olduğu dünyamızda sevgi hissinin astarı haqqındadır. Və Alfonso Kuaron bütün demək istədiklərini təsvirlərdə kodlaşdırıb, sözlərdə yox. Bu filmdə sözlər həm azdır, həm də informativ xarakter daşıyır, əsas vizual dildir. Bu baxımdan, “Roma” insanın beynini uzun müddət məşğul eləyən filmlərdəndir, hətta bir dəfə izləmək kifayət eləmir.
film fiction
“Bir zamanlar Anadoluda” (rej. Nuri Bilge Ceylan, 2011) Əslində, bu filmə ilk dəfə bir neçə il əvvəl – internetə təzə düşdüyü vaxtlarda baxmışdım və çox təsirlənmişdim. Bu yaxınlarda daha böyük ekranda təkrar izlədim. İlk dəfə aldığım təəssürat nəinki dəyişmədi, əksinə, daha da artdı. Rejissor həlli, aktyor oyunu, rakurslar, dramaturji strukturu ilə, məncə, “Bir zamanlar Anadoluda” həm poetik kinonun ən gözəl nümunələrindən biridir, həm qadın-kişi münasibəti mövzusuna həsr olunmuş ən yaxşı filmlərdən biridir, həm də N.B. Ceylanın yaradıcılığının zirvə nöqtəsidir. Ondan sonra çəkdiyi filmlər – “Qış yuxusu” da (2014), “Əhlət ağacı” (2018) da o zirvəyə çatmır.
AYSU İBRAHIMOVA / BLOGGER
“VALL-İ” (WALL-E, rej. Endryu Stenston, 2008) Dünyanı zir-zibil içində qoyub, kosmosda hər şeylə təchiz olunmuş bir gəmidə yaşamağı seçən insanlar və balaca robotun hekayəsi. Yer kürəsinin evimiz olduğunu yada salan və heç olmasa, robot qədər "ürək" sahibi olmağımızı istəyən bir film.
“Mumbay hoteli” (rej. Entoni Maras, 2018) 2008-ci ildə Hindistanda baş vermiş kütləvi terror haqda real hadisələrə əsaslanan film. Filmlərdə gərginlik və intriqa axtaranlar üçün yaxşı seçimdir. Xüsusən də, olmuş hadisələrin bədii versiyasını izləməyi sevənlər bəyənəcək.
“Ələddin” (rej. Qay Riçi, 2019) Təbii ki, uşaqlığı 90-larda keçən və bu cizgi filmini o vaxt izləmiş və sevən yetişkinlər yeni versiyasına da mütləq baxmalıdır. Hər şey bəllidir deməyin. Kostyumlar, dekorasiya, və Vill Smitin rolu "duzlu yumor" izləyənləri ən az 90-lardakı kimi həyəcanlandıracaq. Heç nəyə görə olmasa da, "Арабская ноооочь" sədalarını dinləmək üçün izləməyə dəyər.
ELMIDAR SÜLEYMANSOY / INTELLEKTUAL OYUNLAR
“Ümidin o biri tərəfi” (The Other Side of Hope, rej. Aki Kaurismyaki, 2017)
film fiction
Fin metr bu filmdən sonra rejissor karyerasını bitirəcəyini elan edib. Filmə baxmaq üçün bu addım bir səbəb ola bilər. Filmi daha baxımlı edən Avropada geniş yayılan mühacir probleminə sadə insan reaksiyasının necə olmasını, sistem-insan problemində əzilənlərin vəziyyətinin təvirinin incəliklə verilməsidir. Kaurismyaki filmlərinə bələd olanlar təbii ki, onun qara yumoruna da şahid ola biləcəklər.
“İudanın hekayəsi” (The Story of Judas, rej. Raba Amör-Zaimeş, 2015) Klassik “İncil“ əhvalatını yeni interpretasiyada önə çəkən rejissor satqınlığın mahiyyətini çatdırmaqla, bir növ, İudanı haqlı çıxarmağa çalışır. Film dövrün, insan davranışlarının ciddi böhran yaratdığı İudaya yaxşı tələbədən “əbədi lənətlənmiş“ə çevrilməyi barədədir.
“Slava“ (Rej. Kristina Qrozeva, Petar Valçanov, 2016) Əgər sizə cəmi bir əhvalat üzərində qurulan, “birölçülü insan“ın taleyindən, əzablarından bəhs edən yetərincə minimalistik filmlər maraqlıdırsa, onda bu işi sevəcəksiniz. Müasir dünya düzəninə kifayət qədər allüziya, ironiya bəzən isə kəskin tənqidi hiss etməmək mümkün deyil.
İLAHƏ ALIYEVA / TƏLƏBƏ
“Çılpaq nahar” (Naked Lunch, rej. Devid Kronenberq, 1991) Vilyam Syuard Berrouzun əsəri əsasında çəkilmiş filmidir. Cek Kerouak əsərin adının “Çılpaq ehtiras” (Naked Lust) olmasını təklif etmişdi. Filmdə saksafon səsi hərdən çox xoş gəlir, hərdən çox qıcıqlandırır. Ümumiyyətlə, filmdə bir çox əndrabadi (qəribə yox əndrəbadi!) səhnələr və çılpaq nahar yeməyinin ölümsüz qorxuncluğunu göstərən detallar var. Dediyim kimi, filmi izləyəndə adama hərdən qəribə bir qıcıqlanma gəlir. İnsan da qıcıqlanmaq üçün filmə baxar? Baxar, kino hər şeyin əksi olmalıdır və “Çılpaq nahar”ı kult film edən də bunu bacarmasıdır.
“Qış yuxusu” (rej. Nuri Bilge Ceylan, 2014) Nuri Bilge Ceylanın filmində İlya Qlazunovun rəsmlərini xatırladan səhnələr çoxdur. Eyni zamanda, filmin afişasında, Aydının evinin divarında İ.Qlazunova məxsus əsərlərdən istifadə edilib. Bu kinonu digər NBC filmlərindən fərqləndirən
əsas məsələ yüngül boşluq, NBC və rus ədəbiyyatı üçlüsünün daha güclü olmasıdır.
“Modilyani” (Modigliani, rej. Mik Devis, 2004) Əksərən hansısa rəssamı tanıdıqdan sonra onlar haqqında bioqrafik filmlər tapıb baxsam da, “Modilyani” filmində əksi olmuşdu. Film sayəsində insanın ruhunu biləndən sonra, portretlərində gözləri tamamlayan rəssamı – Modilyanini tanımışdım. Modilyani deyir ki, gözlərimizdən biri öz dünyamıza, digəri ətrafa baxmaq üçündür. Bu filmdə də daxili və kənar dünya birləşməsi var və filmdə Modilyaninin Balzak heykəli ətrafında fırlanan səhnə film bitəndən sonra da metroda oturub divara baxanda ən azı bir həftə insanın gözünün qabağına gəlir. Filmin musiqilərini də Qay Farli möhtəşəm yaradıb.
film fiction
TÜRKEL ƏFƏNDIYEV / “KINOMANSAN?” SƏHIFƏSI
“Oğlanlar ağlamaz” (Boys don’t Cry, rej. Kimberli Pirs, 1999)
“Ağladığını heç kəsə demə. Oğlanlar ağlamır.” Brendon Tina yalançı və oğrudur. Lakin, onun başına gələn bədbəxtçiliklərin səbəbi bu əməlləri yox, əslində, adının Tina Brendon olmasıdır. Bioloji olaraq Brendon qadındır, lakin bununla razılaşmaq istəmir. Kantri musiqisinin öz ağuşuna aldığı ABŞın cənub əyalətlərində Brendonun keçmişindən qaçdığı cığır isə onu çətin ki, işıqlı gələcəyə aparsın. Rejissor Kimberli Pirsin ilk filmi və Hilari Suenkin ilk Oskarı.
“Qurbanı canlandırmaq” (Изображая Жертву, rej: Kirill Serebrennikov, 2006) Gənc Valya az məsuliyyət tələb edən iş tapır. O, az məsuliyyət tələb edən münasibət qurur. Valya qərarlar vermək və yön dəyişmək istəmir. Nəsillər arasında anlaşılmazlıq uçurum həddindədir və Valya bu uçurumun kənarında durub yoluxucu biganəliklə dərinliyə baxır. "Found footage" tərzində çəkilmiş film 2006-cı ildə ən çox mükafat qazanmış rus filmlərdəndir və birnəfəsə baxılır.
“Glengarry Glen Ross” (rej. Ceyms Fouli, 1992) Filmin aktyor heyəti kişilərdən ibarətdir. Çünki cazda yalnız qızlar olduğu kimi, satış sahəsində, adətən, kişilər olur. Glengarry Glen Ross ailəsini dolandırmaq istəyən
film fiction
məzlum və fırıldaqçı arasında olan şəxslərin gündəlik işi və həyatını canlandırır. Lemmon, Paçino, Harris, Speysi, Bolduin... Deyilənə görə, bəzən aktyorlar səhnə yoldaşlarının ifasına baxmaq üçün öz səhnələrinin çəkilmədiyi günlər belə çəkiliş meydançasına gəliblər. Film çox mükafat və gəlir əldə etməsə də, tənqidçi və kinosevərlər arasında kult film və klassika hesab olunur.
ELÇIN HÜSEYNOV / BALTA / MARKETINQ MENECERI
“Cənab Heç kim” (Mr. Nobody, rej. Jaco Van Dormael)
Deməli, hələ də baxmayan varsa, hər kəsə “Cənab Heç kim”ə (Mr. Nobody) baxmağı təkfil edirəm. Çünki bu mövzuda çəkilmiş filmlər arasında korifeydir.
"Qardaş" (Брат, rej. Aleksey Balabanov) Bundan əlavə, ruslardan "Qardaş" (Brat) filmini sevirəm. Baxılmağı məsləhətdir.
“Basketbol gündəlikləri” (The Basketbol diaries, rej. Scott Kalvert) Bir də “Basketbol gündəlikləri” ən son izlədiklərimdən təsirli filmdir. Aktyorluq oyunu və mövzu yaxşı işlənib. Bu arada mən kinoman biri deyiləm. Ola bilər bir kinomana bu tövsiyələr mənasız gələr. Nəzərə alın (gülür)
RƏVAN MURADOV / BALTA / SSENARIST / PRODUCER
“Mələk-A” (Angel-A, rej. Luk Besson, 2005)
Film həyatı boyunca uğursuz olmuş, zəif bir adamın bir mələklə tanış olmasından bəhs edir. Aktyor oyunu çox mükəmməldir. Xüsusilə, "Angela"nın baş qəhrəmanımızla tanış olduğu səhnədə öz adını necə tələffüz etdiyini eşidə bilmək üçün bu filmə mütləq öz dilində baxmalısınız.
“Trans” (rej. Denni Boyl, 2013) Beyin qarışdıran filmləri, o cümlədən, “Başlanğıc” (Inception, 2010) filmini bəyənirsinizsə, “Trans” filmini də bəyənəcəksiniz. Filmdə Saymon adlı baş qəhrəman bir qanqsterlə birgə çox bahalı bir rəsm əsərini öz işlədiyi muzeydən oğurlayır. Ancaq başından aldığı zərbəylə, tablonu gizlətdiyi yeri unudur. Xatırlamaq üçün psixoloq dəstəyi almağa başlayır. Bu andan etibarən, triller dozasının necə yüksəldiyini hiss edəcəksiniz.
“İyulda” (Im Juli, rej. Fatih Akın, 2000) Fatih Akının digər filmləri kimi bundan da səmimiyyət axır. Filmdə mövzu baş qəhrəman Danielin bir türk qızına vurulması və onun arxasınca Türkiyəyə yola düşməsilə yolda başına gələn hadisələrdən bəhs edir.
ZAUR QURBANLI / BLOGGER
“Tanrı Amerikanı qorusun” (God bless America, rej. Bobket Qoldtueyt, 2011) Bu, adi komediya-triller filminə bənzəsə də, mənim üçün mənası daha böyükdür. Post-modernizmin diktə etdiyi dağıdıcılıq, dəyərsizləşmə əleyhinə mövqe qoyan film kimi mənim üçün qiymətlidir. Təbii ki, zorakılığı həll yolu kimi göstərmələrini qəbul etmirəm, amma zorakılıqla süjetə yumor qataraq, əla material qoyublar ortaya.
“Yaz, Yay, Payız, Qış... və Yaz” (Spring, Summer, Fall, Winter… And Spring, rej. Kim Ki Duk, 2003) Kim Ki Dukdan izlədiyim ilk filmdir. Məncə bu film haqqında kitab-kitab danışmaq olar. Qısaca onu deyə bilərəm ki, bu film həyat haqqında essedir. Filmə baxarkən, oradakı kimi yaşamağı qarşına məqsəd qoymadan öz həyatına qıraqdan baxa bilirsən, sanki indiyə kimi fərqinə varmadığın həqiqətlərə çatmış kimi hiss edirsən özünü. Təbii ki, aldadıcı da ola bilər.
“Satıcı” (Forushande, rej. Əsgər Fərhadi, 2016) Əsgər Fərhadinin bu filmi müasir İran kinosunun tipik nümayəndələrindən olmaqla, İran kinosunun müsbət xüsusiyyətlərini özündə cəmləyir. Mənim bu filmi sevməyimin səbəbi oradakı əsas səhnədir – adam xəcalətdən ölür. Düzdür, ölüb-ölmədiyini dəqiq bilmirik, amma məncə rejissor tamaşaçıya seçim şansı verib. Mən hesab edirəm, adam orada xəcalətdən ölür və bu, möhtəşəm səhnədir.
film fiction
SAM SAPH / MUSIQIÇI
“Dahi” (Genius, rej. Maykl Qrandaj, 2016) Əvvəlcədən birdirim ki, seçdiyim bütün filmlər yaşanmış hadisələrə əsasən çəkilmiş filmlərdir. Birinci film “Dahi”. Amerikan yazar Tomas Vulfun həyatından bəhs edir. Bu filmi seçməyimə səbəb ilk növbədə ədəbiyyata olan marağıma görədir. İkinci səbəb isə, Tomas rolunu canlandıranın Cud Lou olmasıdır ki, mənə görə, Cuddan daha yaxşı heç kim bu rolu bacarmazdı. Vulfun kitabını oxuyun və sonra filmə baxın, nə demək istədiyimi anlayacaqsınız. Film başlayan kimi (ki, ən azı 4 dəfə baxmışam), elə açılış səhnəsindən etibarən, məni filmə cəlb etməyi bacardı. Bu necə də möhtəşəm açılış idi! Süjet film boyu drammatik, amma bir o qədər də sakit gedir. Həyəcan axtarırsınızsa, bu, sizin filminiz deyil. Mənə görə dünyanın ən həzin filmlərindən biridir və bu filmə baxanda bir an belə sıxılmamışam. Dəfələrlə baxmışam və yenə də davam, davam, davam... Ardıcıllıqlar mükəmməl şəkildə göstərilir. Filmdən doymaq olmur. Hətta filmin 104 dəqiqə olması məni kədərləndirən şeylərdən biri idi. Və son səhnədə Tomasın, əslində, çox sadə həyatının olduğunu görmək olur. Filmə baxıb ağlamamaq üçün çox çalışacaqsınız. Sizi əmin edə bilərəm ki, filmdə hamınız Tomas olmaq istəyəcəksiniz.
“Başqalarının həyatı” (The Lives of Others, rej. Florian Henkel fon Donnesmark, 2006) Film İkinci Dünya müharibəsində baş verən real hadisələrə əsasən lentə alınıb. Yaxşı, bəs nəyə görə bu film? İnsanların, əslində, necə möhtəşəm ola biləcəklərini göstərən filmdir. Necə yəni, yaxşı insan qalmayıb? Bir film sizi bir insana nifrət etməyə, amma həm də həmin insanı sevməyə vadar edirsə, demək ki bu, mükəmməllikdir. – Hədiyyəlik edim? – Xeyr, bu mənim özümədir.
“Professor və dəli” (The Professor and The Madman, rej. Fərhad Safiniya, 2019) Yenə bir bioqrafiya. Dəlilər haqqında bir deyim var: onlar dəlidir, yoxsa biz ağılsızıq. Elə ən çox bu söhbətə görə sevmişəm bu filmi. İnsanın nə dərəcədə ağıla və dərrakəyə sahib olduğunu dəqiqliyinə kimi göstərir. Filmi mükəmməl edən ikinci səbəb isə aktyor heyətidir ki, Şon Penn, bəlkə də, kariyerasındakı ən möhtəşəm xarakteri canlandırıb. Mel Gibson bəy isə həmişəki ampluasındadır. "Oxuduğum zaman özümü dünyanın ən uc nöqtəsində hiss edirəm."
film fiction
“Xəzan” (Листопад, rej. Otar İoseliani, 1966) Otar İoseliani 1960-ların Gürcüstanına gəlmiş ilıq kino baharının yetişdirdiyi dissidentdir. Onun filmləri çəkilən kimi qadağan edilirdi. 1966-cı ildə çəkdiyi ilk tammetrajlı film olan “Xəzan” iki il sonra Kann festivalında FİPRESSİ mükafatını qazanır. Niyə baxmaq lazımdır? Planlı sovet iqtisadiyyatının istehsal olunan məhsulun keyfiyyətinə təsirindən bəhs edən bu film gürcü şərabı pərəstişkarları üçün əla tapıntıdır. “Xəzan” şərab zavodunda keyfiyyətsiz “Saperavi” istehsalının qarşısını almağa çalışan bir gəncin sistemlə təkbaşına mübarizəsindən bəhs edir. Film əfsanəvi 1 saylı şərab zavodunda çəkilib. Filmin sehrli musiqi müşayiəti var. Muğamsevərlər təəccüblənəcək.
“Darısqallıq” (Теснота, rej. Kantemir Balaqov, 2017)
FUAD EMINOF / HÜQUQŞÜNAS
“Svanetiya duzu” (Соль Сванетии, rej. Mixail Kalatozov, 1930) “Durnalar uçur” (Летят журавли, 1957) filmi ilə 1958-ci ildə Kann festivalında “Qızıl palma budağı”nı qazanmış Mixail Kalatozovun (Kalatozişvili) çəkdiyi ilk bədii-sənədli filmdir. Niyə baxmaq lazımdır? Əsrlərlə Gürcüstanın ən əlçatmaz regionu sayılan Svanetiyada Uşgul kəndinin sakinlərinin sadə təsərrüfat həyatından və inanclarından bəhs edən film, həm də 1930-cu il üçün çox qabaqcıl operator işidir. Yeni cəmiyyəti quran fövqəlinsanların atletik bədənlərinin vurğulanması bizi Leni Rifenştalın 6 il sonra çəkəcəyi “Olimpiya”ya göndərir. Ehtiyatlı olun, möhtəşəm musiqi adrenalin ifrazına səbəb ola bilər.
Məşhur rejissor Sokurov 2010-cu ildə Kabarda-Balkariya Respublikasının paytaxtı Nalçik şəhərinə gəldi və öz emalatxanasını açdı. 2015-ci ildə 12 gənc rejissor bu emalatxananı uğurla bitirib Sokurovun “kino təriqəti”ni yaymağa başladı. Bu 12 nəfərdən ən uğurlusu Kantemir Balaqovdur. Debüt filmi olan “Darısqallıq” 2017-ci ildə Kann festivalında FİPRESSİ Mükafatını qazanır. Niyə baxmaq lazımdır? Film 1990-cı illərdə yerli yəhudi icmasında baş verən bir hadisədən bəhs edir. Qafqaz mentallığı iliklərinə qədər işləmiş bu icmada “atalar və övladlar” problemi və mühafizəkar mentallıq çox sərt şəkildə insanların həyatına təsir edir, onları sıxır. Filmə baxarkən siz də sıxılacaqsınız, sizə elə gələcək ki, 4 kv. metrlik otaqda oturub baxırsız. Arada pauza verib həyətə çıxa bilərsiniz.
film fiction
GÜNEL PAŞAYEVA / 166 YÜKDAŞIMA VƏ LOGISTIKANIN MARKETINQ MENECERI
“Qırılma nöqtəsi” (Point Break, rej. Ketrin Biqelou, 1991)
Son zamanlarda baxdığım deyil, əslində, çoxdan baxmışam və ən sevdiyimdir. Səhv salmıramsa, 1995-ci ildə də çəkilib, 2015-ci ildə isə remeyki. Mən ilk filmi, mənasına görə daha çox sevirəm, amma filmdəki maraqlı ekstrim idman səhnələrinə görə 2015-i sevirəm. Filmdə əsas ekstrim idman növünü sevən gənclər onların həyatı və çox sevdikləri bu idmana görə, hətta həyatlarını qurban verə biləcəkləri göstərilir. Ordan ən sevdiyim cümlə: “Sevdiyin şeyi edərkən ölməyin faciə deyil.” Bu filmdə dostluğa, insani dəyərlərə aid də maraqlı səhnələr var.
“Vəhşi təbiətə doğru” və “Vəhşi təbiət” (Into the wild və Wild, rej. Şon Penn / Jan Mark Valle, 2007 və 2014) Birində hər şeydən bezmiş, təbiəti sevən gənc oğlan yaxşı bir universitetə qəbul olunsa da, hər şeyi atır və təbiətə gedir. Orada yaşamağa başlayır. Bu filmdə, əsasən, həmin şəxsin həyata baxışı və təbiətə sevgisi məni cəlb etmişdi. “Vəhşi təbiət”də isə həyatında çox çətinlik yaşamış, çox böyük travmalar almış və psixologiyası artıq darmadağın olmuş qadın özünü kamp həyatına verir. Səhv etmirəmsə, kanyon yürüşünə başlayır. Neçəsə həftə davam edir. Bu yürüş zamanı həmin qadın həyatında baş verənləri və etdiklərini düşünür. Özünü dəyərləndirir və s. Bir növ, kanyon boyunca arınır və yürüyüş bitəndə artıq yeni həyata başlamış olur.
film fiction
“Uzaqlıq” (Detachment, rej. Toni Key, 2011) Bu filmdə məktəbə qısa müddətli gələn müəllimin uşaqlarlarla yaratdığı münasibət, onlarla olan əlaqəsi, evinə aldığı gənc qıza olan münasibəti və dərs boyunca danışdığı sözlər, həyata yanaşması çox gözəldir. Ona görə sevirəm.
MIRMEHDI AĞAOĞLU / JURNALIST / YAZAR
“Cekin tikdiyi ev” (The House that Jack Built, rej. Lars fon Trier, 2018)
Özümü kinoman hesab etməsəm də, düşünürəm ki, seçdiyim filmlər bu sahənin biliciləri tərəfindən də yüksək qiymtələndirilməyə layiqdirlər. Siyahımın ilk filmi Danimarka rejissoru Lars fon Trierin axırıncı çəkdiyi “Cekin tikdiyi ev” ekran əsəridir. Mənə görə, ədəbiyyatda Dostoyevski kimdirsə, kinoda da Trier odur. Adətən, onun filmlərinə baxandan sonra bir müddət özümə gələ bilmirəm. Bu səbəbdən də çalışıram ki, Trierin filmlərinə dalbadal baxmayım. Deyirəm, Trierin iki filminə dalbadal baxsam, ürəyim tutar, ölərəm. “Cekin tikdiyi ev”ə isə bu yaxında yenidən baxmağa hazırlaşıram. Özümdə o filmə yenidən baxmaq ehtiyacı hiss edirəm. Mənə görə, bu ekran işi filmdən çox fəlsəfi traktatdır. Əvvəlki filmlərində insana amansız yanaşan, ona qarşı çıxan Trier, bu filmində sanki ona acıyır. Elə bil ki, Trierin insanlığa qarşı nifrəti qəfil mərhəmətə çevrilib. Halbuki, “Cekin tikdiyi ev” əvvəlkilərə nisbətən daha qəddardır. Trier bu filmi ilə insanlığı bir neçə sualla qarşı-qarşıya qoyur, ona özü haqqında düşünməyə vadar edir. Məsələ burasındadır ki, filmin fəlsəfi yükü ağır olduğu kimi bədii siqləti də yüksək dərəcədə həll olunub. Elə bu bədiilik də filmdəki amansızlıqları “ört-basdır” edir.
“Roma” (Rej. Alfonso Kuaron, 2018) İkinci film bu il “Ən yaxşı film” nominasiyasında Oskara sahib olan Alfonso Kuaronun “Roma” əsəridir. Roma iki fərqli sinifdən olan qadınların həyatından bəhs edir. Baxmayaraq ki, ayrı-ayrı zümrədən çıxmış insanlardır, kişiləri tərəfindən atılmış bu qadınlar tərkedilmişliyi eyni cür yaşayır, eyni ağrını bölüşürlər. Bütün bu məişət hadisələri, üstəgəl 1971-ci ilin Mexikosunda baş verən siyasi proseslər sakit təhkiyə və ağ-qara rənglə verilir. “Roma” təkcə ideya cəhətdən deyil, estetik cəhətdən də olduqca zövqlü ekran işidir.
“Kvadrat” (The Square, rej. Ruben Estlund, 2017) Digər film isə İsveç rejissoru Ruben Estlundun “Kvadrat” əsəridir. Film Kann festivalında “Qızıl Palma budağı” alıb. “Kvadrat” son illər çəkilmiş ən yaxşı ekran işlərindən biridir. “Sənət adamı və reallıq” mövzusunda çəkilən filmdə Avropadakı qaçqın probleminə də üstüörtülü toxunulur, küçədə dilənən asiyalı dilənçilərin timsalında onların da qayğını haqq etdikləri vurğulanır. Uğurlu kurator olan Kristian daim yüksək sənətdən, ali hislərdən dəm vursa da, portmanatı və telefonunun itməsi ilə qəfildən reallıqla üzləşəsi olur. Yalnız o zaman başa düşür ki, insanlıq onun sənət haqqında pafoslu nitqlərində bəhs etdiyi kimi həqiqətən elə bir kvadratın içindədir. Bu boğazdan yuxarı nitqlər sonradan onun həyatı anlamağına kömək edir. Rejissor iki seçim
verir. Bəşəriyyət bu kvadratda (oxu: Yer kürəsi) asudə yaşamaq üçün (filmin sonunda) bir-birinin dəstəyindən yararlanıb mürəkkəb fiqur yaradan gimnastlar kimi həmrəy olmalıdır. Əks təqdirdə isə (filmin əvvəlində) salona girib varlı adamların yığışdığı məclisi dağıdan vəhşi instalyasiyasında olduğu kimi, hislərinə hakim ola bilməyən insan dünyanı xaosa sürükləyəcək.
FIDAN HƏSƏNZADƏ / RƏQƏMSAL MARKETINQ MÜTƏXƏSSISI
“Xəyallar tanrısı” (The Quills, rej. Filip Kaufman, 2000) Markiz de Sad haqqında bioqrafik filmdir. Ümumiyyətlə, bioqrafik filmləri çox sevirəm. Bu filmdə də sadizmin adını götürdüyü Sad – fransız yazıçısının həyatının son dönəmləri göstərilir. Onun dəli, yoxsa dahi olduğu mövzusu sual altına qoyulur. Aktyor və rejissor işi çox yüksək səviyyədədir.
“Danimarkalı qız” (The Danish Girl, rej. Tom Huper, 2015) Bu film də bioqrafiyadır. Hazırda bizim cəmiyyət üçün baxılması vacib filmlərdəndir. İnsanların seçimləri, bu seçimlərə cəmiyyətin, ələlxüsus da, sevdiklərinin fikirləri mövzusu işlənilib.
film fiction
“Bizans Oyunları” (Rej. Qani Müjde, 2016) Son dövrlər Türkiyə komediyaları arasında ən çox bəyəndiyim filmdir. Qani Müjde senari müəllifidir. Bizans, Maya, müasir dünya və s. kimi mövzular, qadınların cəmiyyətdə rolu və sairə. Maraqlı zaman keçirmək üçün izləməyə dəyər.
ARIZ TARVERDIYEV / TV JURNALIST
“Anons” (rej. Mahmut Fazıl Coşkun, 2017) Bu il izlədiyim və bəyəndiyim 3 filmi kinosevərlərə tövsiyyə edərdim. Filmləri izlədiyim ardıcıllıqla sıralasam, birinci yerdə Mahmut Fazıl Coşkunun "Anons" filmini məsləhət görürəm. Türkiyə tarixi ilə, ümumiyyətlə, siyasətlə maraqlanan filmsevərlər üçün hesab edirəm
film fiction
ki, fərqli və maraqlı bir filmdir. Film 1963cü ildə Türkiyədə hərbçilərin planlaşdırdığı dövlət çevrilişi ilə bağlıdı. Ordudan tərxis edilmiş dörd hərbçiyə İstanbulda mühüm bir vəzifə tapşırılıb: İstanbul Dövlət Radiosunu zəbt edib, çevrilişin baş tutduğu ilə bağlı məlumatı oxumaq, türk deyimi ilə desək, "anons etmək". Gecə saatlarında radio binası tutulur, amma, hərbçilər radio qurğusunu heç cürə işə sala bilmir. Bir neçə saat əvvəl işdən çıxıb, evinə gedən yeganə radio texnikinin axtarılması ilə gün ərzində davam edən macəra başlayır.
“Üç üz” (3 Faces, rej. Cəfər Pənahi, 2017) Cəfər Pənahinin sonuncu filmi “Üç üz” bəyəndiklərim və tövsiyyə etdiyim filmlər sırasındadır. Keçən il Kann film festivalında “Ən yaxşı ssenari” nominasiyasında mükafata sahib olan filmdə 3 insanın həyat yolları bir nöqtədə kəsişir. Film İranın ucqar bir yerdə, azərbaycanlıların yaxşadığı bir kənddə cərəyan edir. Ən böyük arzusu aktrisa olmaq istəyən Mərziyənin mühafizəkar ailəsi və cəmiyyətlə mübarizəsi filmin ana xəttini təşkil edir. Ailəsinin və kənd camaatının şiddətli təzyiqlərinə məruz qalan baş qəhrəman Mərziyə çıxış yolunu Cəfər Pənahinin instagram səhifəsinə öz intiharının müəmmalı videosunu göndərməkdə görür. Hər şey məhz bu videodan başlayır.
“Kapernaum” (rej. Nadin Ləbəki, 2018) 3-cü film isə yenicə izlədiyim “Kapernaum” filmidir. Filmin rejissoru livanlı Nadin Ləbəkidir. Filmə verilən “Kapernaum” adı fransız mənşəlidir. Mənası xaos deməkdir. 12 yaşlı Zeyn Əl Hac valideynlərini onu dünyaya gətirdikləri üçün məhkəməyə verir. Ailəsinə üsyan edib evdən qaçır və küçələrdə adına “həyat” deyilən keşməkeşli bir mübarizəyə başlayır. “Flashback” metodu ilə çəkilmiş filmləri sevən dostların bəyənəcəyinə əminəm.
film fiction
© HENRI CARTIER-BRESSON
GARE SAINT LAZARE. PARIS, 1932
ISIQLACEKIREM
İŞIQLA ÇƏKİRƏM
İŞIQLA ÇƏKİRƏM
İŞIQLA ÇƏKİRƏM
İŞIQLA ÇƏKİRƏM
İŞIQLA ÇƏKİRƏM
Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər. Jurnalda yayımlanan məqalələrdən müəlliflərin icazəsi olmadan istifadə etmək qadağandır. © Bütün hüquqlar qorunur.