Film Fiction Magazine №29

Page 1


2

Film Fiction Magazine

Şef redaktor

ŞAHIN XƏLIL

Redaktor

NURANƏ AXUNDZADƏ MIR BAĞIR

Dizayn və tərtibat TURAL ƏLISOY

PR menecer

TÜRKIYƏ KINOSU

FUAD ALQAYEV MƏTLƏB MUXTAROV

Əlaqə: filmfictionmagazine@gmail.com fb.com/filmfictionjurnali twitter.com/filmfiction


Film Fiction Magazine

Çirkin Kral YILMAZ GÜNEY Tərcümə: Saleh Hacıyev

ONUR ÜNLÜ mühazirəsi Tərcümə: Hacı Səfərov

ERDAL BEŞIKÇIOĞLU ilə müsahibə Tərcümə: Aygün Vəlizadə

Günəşin oğlu HALUK BILGINER Tərcümə: Aygün Vəlizadə

“Kiçik aşiq adam” İLYAS SALMAN Tərcümə: Şahin Xəlil

Bu sadəcə filmlərdə olar Tərcümə: Aygün Vəlizadə

Həyatın ata rolunda TURGAY TANÜLKÜ

Müəllif: Şahin Xəlil

Möhtəşəm üçlü Tərcümə: Aygün Vəlizadə

Hər dövrün adamı ŞENER ŞEN Tərcümə: Şahin Xəlil

ERCAN KESAL ilə müsahibə Tərcümə: Aygün Vəlizadə

RUTKAY AZIZ ilə müsahibə Müəllif: Şahin Xəlil

REHA ERDEMIN Koca Dünyası Tərcümə: Aygün Vəlizadə

Ramiz dayı deyil, TUNCEL KURTIZ! LM sorğusu ÖZ SƏHRASINDA ITMIŞLƏR

TÜRKIYƏ KINOSU

Tərcümə: Aygün Vəlizadə

3


TÜRKIYƏ KINOSU

4

Film Fiction Magazine

çirkin kral YILMAZ GÜNEY

Tərcümə: Aygün Vəlizadə


Film Fiction Magazine

5

O da herkes gibi geldi dünyaya Kapkara bir üçgenden kapkara bir kare Ne yazıldı üstüne o kazılacak Kandan davalar, davadan kanlar Mahpuslar azatlar azaplar Voltalar votkalar simitvetsonlar Curalar bakaralar aşklar Çocuklar çocuklar halklar...

TÜRKIYƏ KINOSU

(“Yılmaz Güney Doğu`ya” Can Yücel)


6

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

H

ərbi çevrilişin dördüncü ili. Çevrilişi reallaşdıran “Paşa”, Çankaya Köşkündə reallaşan çevrilişi qəhvəsini qurtumlayaraq qeyd etməkdədir. Bir adam da özündən çox əmin bir şəkildə təbəssüm edərək, Paşaya yaxınlaşar və qulağına pıçıldayar. Paşanın qəhvədən aldığı ləzzət daha da artar: “Əla, əla... Yaxşı. Bir xaindən də qurtulduq. Tez televiziya və qəzetlərə bildir ki, heç kimin xəbəri olmasın hələ bundan...” Başlıqda həsr edilən sətirlərin adamı, Paşanın “xain” dediyi və xəbərin eşidilməsini istəmədiyi insan Yılmaz Güneydir. Tarix 9 sentyabr 1984-ü göstərir. Yılmaz Güney sürgündə minlərlə insanın dərin səssizliyi və sevgi göz yaşları içində Parisdəki “Pere Lachaise” qəbiristanlığına yola salınırdı. Sözlər, şeirlər, məqalələr, mahnılar... Yılmaz Güneydən söhbət açdıqda hər biri sıraya düzülür. O qədər çox şey var ki... Onu düzgün şəkildə oxucuya, izləyiciyə çatdırmaq, onu xatırlamaq, onu yad etmək Aslı Erdoğanın sözünə istinad etsək, bir ibadətdir. Onun hekayəsini izah etmək qədər, dinləmək də çətindir. Onun hekayəsinin də içində hüznlər vardır, yoxsullar vardır, həbslər vardır, qadınlar, eşq məktubları, fəlsəfi sözlər vardır... Əzm, güc, hirs... İnsani xüsusiyyətlərdən sadalana biləcək bir çox xüsusiyyət bu hekayədə toplanmışdır. Bu hekayədə tamam ayrı bir hissə var hələ; sevdiyi kino sənətinin çətinlikləri, sevincləri, uğurları. Və sonda sürgündə ölmək də var...


Film Fiction Magazine

7

“UŞAQLIĞIMA DAİR İKİ

Güney 1 aprel 1937-ci ildə “sarı sıcaklar”ın yaşandığı, bərəkətli torpaqların bərəkəti içində, Adananın Yüreğir Ovasının Yenice kəndində “Vartolu Güle” ilə “Siverekli Hamo”nun uşağı olaraq dünyaya gəlir. Güney yoxsul bir ailənin uşağıdır. Bu səbəbdən uşaq yaşlarında işləməyə başlayır. Bir çıxışında söylədiyi kimi: “Uşaqlığıma dair iki şey xatırlayıram: kürd olmaq və kasıblıq...” Uşaqlığından bəhs edərkən yada saldığı bu iki şey həm həyatında, həm də kinosunda layiqli yerin tapacaqdır. Güney 13 yaşındaykən Adanadakı kino salonlarına “Kemal” və “And Film” üçün velosipediylə, içində film lentlərinin olduğu valları daşımağa başlayır. O, film vallarını daşıdığı Adananın yoxsul kino salonlarının ən arxa sıralarında oturar və bir tərəfdən filmləri, bir tərəfdən də sabah öz tamaşaçısı olacaq insanların, filmləri izlərkən keçirdiyi duyğusunu, davranışlarını, reaksiyasını böyük bir diqqətlə izləyərdi. 1957-ci ildə Ankaraya gəlir. Hüquq fakültəsində qeydiyyata alınır. Ancaq onun ağlı kinodadır. Adanada lisey illərində “Pazar Postası” ilə başladığı hekayə yazmağı burada da davam etdirir. “Yeni Ufuklar” və “On Üç” kimi jurnallara yazı yazar, o dövrün ədəbiyyatçılarıyla birlikdə olmaq fürsətinə çatar. Belə ki, o illərdə Özdemir İnce və Nihat Ziyalan ilə Adanada bir çay bağçasında danışarkən, “10 il sonra bütün Türkiyə, 20 il sonra da bütün dünya məni tanıyacaq” deyə söhbət edərdi. 1958-ci ildə uşaqlıqdan bəri velosipediylə izini tutduğu kinonun içinə girir. “Yeşilçam” qəliblərinə uyğun gəlməyən baxış bucağı olmasına və onun haqqında “olsa-olsa bir arabaçı hambal kürd olar” – deyə bəhs edilməsinə baxmayaraq, kino aləminə addım atır. 1959-cu ildə ssenarisini Yaşar Kemal ilə birlikdə yazdığı “Bu vatanın çocukları” adlı filmdə ustası olan Atif Yılmazın assistentliyini icra edir və kiçik də olsa, rol alır. Bu onun ilk filmidir. Eyni il Yaşar Kemal ilə “Alageyik”-i yazır və Atif Yılmazın lentə aldığı bu filmdə ilk dəfə baş rolda çəkilir. Əslində onun diqqətləri üzərinə çəkdiyi filmi “On korkusuz adam” filmidir. On adam arasında heç danışmadan, əlindəki içkisini içib, ara-sıra papağını yuxarı yüngülcə qaldırıb, “hiss etdirmədən” gözucu bizlərə baxır. Bu “hiss etdirmədən” baxışı diqqətləri cəlb edir. Bir-birinin ardınca macəra filmləri çəkir. Filmlərində əzilən və təklənən bir insanın baş qaldırmasını əks etdirir. Bu filmlər onun tanınmasına, kino tənqidçiləri tərəfindən qəbul edilməsinə və sevilməsinə təkan verir. Filmlərinin nümayiş olunduğu kino salonları dolub-daşır.

TÜRKIYƏ KINOSU

ŞEY XATIRLAYIRAM: KÜRD OLMAQ VƏ KASIBLIQ...”


8

Film Fiction Magazine

Pütün soyadını tərk edir, “Güney” adını götürür. Öz dediyinə “Pütün”dən görə, “Pütün” sözü, “çətinliklə qırılan meyvə dənəsi” mənasına gəlir. “Güney” adını götürməsinin səbəblərindən biri də “Üç “Güney”ə, bilinmeyenli eşitsizlik sistemi” adlı hekayəsində keçən cümlələr “Güney”dən səbəbilə “kommunizm təbliğatı” adıyla mühakimə olunmasıdır. “Çirkin Kral”a... Qərara əsasən azadlıqdan məhrum olunur. Aldığı cəzanın bir hissəsini sürgündə “Konya günləri” olaraq keçirir. Güney sürgündən sonra bir çox filmdə rol alır. Artıq o, Ayhan Işık, Cüneyt Arkın, Fikret Hakan, Ediz Hun kimi “parlaq ulduzlar” arasında “Çirkin Kral” olaraq tanınır.

“ODUR, TÜRKİYƏ

TÜRKIYƏ KINOSU

KİNOSUNDA İLK İCTİMAİ HƏQİQƏTİ ƏKS ETDİRƏN FİLM” Güney bu arada “Yeşilçam” filmlərinin öyrəşilmiş hekayələrinin xaricində filmlər lentə alır. Poetik, bir o qədər də şablondan uzaq mükəmməl adlandırılacaq aktyorluq qabiliyyətini sərgilədiyi “Hudutların Kanunu”, “Seyyit Han”, “Aç Kurtlar”, “Kızılırmak– Karakoyun” kimi əsas filmlərdə həm rol alır, həm də rejissorluğunu icra edir. 1970-ci illərin başlanğıcından “ictimai realizm” axını ən yaxşı Güneyin kinosunda əks olunur. 1970ci ildə “Umut” filmini çəkir. Bu filmdə uşaqlığında yaşadığı iki şeydən birini ekranlara daşıyır: kasıblıq. “Faytonçu Cabbar”ın “ümidi” hamımızın ümidi olur. Film böyük səs-sədaya səbəb olur. O, “Sinematek”də nümayiş etdiriləndə o dövrün məşhur rejissorlarından biri ayağa qalxıb “Budur, Türkiyə kinosunda ilk ictimai həqiqəti əks etdirən film!” deyərək həyəcanını sevinclə dilə gətirir. Bu film xalq üçün də sürpriz olur. Çünki, illərdir özü üçün mübarizə aparan “Çirkin Kral”ın filmlərindən sonra tamaşaçının həyatında heç nə dəyişməsə belə, salondan rahatlayaraq çıxır. Xalq bu film vasitəsi ilə pərdədə özünü görmək fürsətinə çatmışdı. Güney, 1971-ci ildə “Acı”, “Ağıt”, “Vurguncular” və yorğun mavi dəniz, qağayılar içində, həmişə

səssiz və isti baxışlarıyla, üzündə minlərlə kədərin izlərini daşıyan “Fırat”ın “Çiğdem”ə olan saf, utancaq və məğrur eşqini lentə alır. “Umutsuzlar” kimi filmlər çəkir və rollar oynayır. 1971ci ildə “Nevşehir” həbsxanasındaykən yazdığı “Boynu bükük öldüler” romanı nəşr edilir və bir il sonra “Orhan Kemal Roman” mükafatı ilə təltif olunur.

“GÜNEY KİNO

TARİXİNDƏ HƏBSXANADA SSENARİLƏR YAZIB, ÜSTƏLİK DƏ ‘REJİSSOR’LUĞUNU İCRA EDƏN BƏLKƏ DƏ TƏK SƏNƏT ADAMIDIR.” 1972-ci ildə Mahir Çayan və dostlarına kömək etməsi səbəbiylə yolu yenidən həbsxanaya düşür. “Güney” jurnalının nəşrinə bu illərdə başlayır. İki il sonra azadlığa çıxır və “Arkadaş”ı çəkir. Film iki köhnə dostun, xüsusilə də “Azem”in gözündən cılızlaşan ictimai əlaqələri izah edir. 1974-cü ildə “Endişe”nin çəkilişləri əsnasında “Yumurtalık” hakimini


öldürməsi səbəbiylə (Bu hadisə “Hakim Sefa Mutlu”nun təhriki ilə baş verən bir oyun idi və o dövrü nəzərə alsaq, onsuz da dövlət Güneyi yenidən içəri atmaq üçün fürsət axtarırdı) bir daha ittiham olunur. Bu dəfə 19 il! Bu hökm dünya kinosunda hələm-hələm rastlanmayan bir inkişafa yol açır. Onu susdurmağa çalışırdılar, o isə həbsxananı bir məktəb halına gətirmişdi. Güney kino tarixində həbsxanada filmlər yazıb, üstəlik də “rejissor”luğunu edən, bəlkə də tək sənətçidir. 1978-ci ildə rejissorluğunu Zeki Öktenin etdiyi “Sürü” filminin ssenarisini həbsxanada yazır. “Sürü” tam bir kürd dastanı və o vaxtkı Türkiyənin panoramasıdır. Şərqdə yaşayan kürd qaçqınlarının qoyun sürülərini Ankaraya gətirmələri vasitəsilə, Türkiyədəki siyasi, sosial-iqtisadi hadisələri əks etdirir. 1981-ci ildə rejissorluğunu Şerif Görenin etdiyi “Yol”u da həbsxanada yazır. Film “İmralı” həbsxanasından icazə kağızıyla ayrı-ayrı problemləri, gözləntiləri, xəyalları, ümidləri olan beş məhkumun əhvalatını çatdırır. Beş məhkumun timsalında gerçək dramla yaxından tanış edir, ən əsası isə ölkədəki həqiqətləri ayrı-ayrı pəncərələrdən göstərməyi bacarır. “Yol” filmi 1982-ci ildə “Cannes” Film Festivalında Costa Gavrasın “Missing” (“İtkin”) filmi ilə ortaq şəkildə baş mükafatı “Qızıl Palma”nı almağa haqq qazanır. Türkiyə kinosu tarixində ölkə xaricində alınan ən böyük mükafat! Baxmayaraq ki, film uzun illər qadağan edilir, lakin Güney əməyinə sahib çıxır, onu Fransada belə nümayiş etdirir, mükafat alır. Son filmi “Duvar”ı 1983-cü ildə Parisdə, sürgündə lentə alır. Film 12 sentyabr hərbi faşist çevrilişiylə birlikdə böyük bir həbsxanaya dönən Türkiyəni uşaq məhkumların gözüylə təsvir edir. “Duvar” filmi həyatı boyunca ətrafını qucaqlayan divarların simvolu olaraq da görülə bilər. Bu film Yılmaz Güneyin dünya kinosuna son hədiyyəsidir.

SEVDİYİ QADINLARLA “JOAQUIN RODRIGO” DİNLƏRKƏN AĞLAYAN ROMANTİK EŞQ ADAMI...

Kənddən çıxmış saf, yaxşı niyyətlərlə dolu bir Anadolu gənci idi o zamanlar Yılmaz. Amma adətənənələrinə bağlılığı onu bu yolda tez-tez sınağa çəkərdi. Xoşbəxtlikdən çox kədər, birlikdə olmaqdan çox ayrılıq və çox zaman da həsrət var bu yolda.. Şöhrəti günlər keçdikcə artır, ətrafında cazibəsinə qapılmadan keçilməsi mümkün olmayan qadınlar, gecəsi-gündüzü olmayan iş rejimi həyatının ayrılmaz parçasına çevrilir. Hələ 23 yaşındaykən Birten Ünalla ilk münasibəti səs-küyə səbəb olur. Birten “həyat qadını” olaraq tanınırdı, Yılmaz ona “Can” adı verir, sevirlər bir-birlərini. Heç çəkinmədən “arvadım” deyə tanış edir hər kəslə. Lakin demək olar ki, işlədiyi bir çox qadınla (Devlet Devrim, Sevda Ferdağ, Gülsüm Kamu, Nebahat Çehre) eşq dediqodularında adı keçən Yılmazın Canla münasibəti kəskin pisləşir. Yenə film üçün bir araya gəldikləri günün sonunda təşkil olunan ziyafətdə yan-yana oturan Güneylə Çehre bir anda diqqəti öz üzərində toplamağı bacarır. Belə ki, Canın

9

TÜRKIYƏ KINOSU

Film Fiction Magazine


TÜRKIYƏ KINOSU

10

Film Fiction Magazine

zəngi xəbəriylə masadan ayrılmalı olan Güney, döndüyü zaman son model avtomobil hədiyyə etdiyi və “sevgili” dedi-qodularında adı hallanan Çehreni başqa masada kişilərlə söhbət edərkən görür. Yılmaz həmin gecə Nebahata bir şillə çəkir. Bir müddət keçdikdən sonra, ikinci xəbərlə gündəmdə pay sahibi Güneyin həyat yoldaşı Can olur; Nebahat və Yılmazın Ruhi Sunu dinləməyə getdiyi məkanda, oturduqları masaya yaxınlaşıb, hər ikisinin üzünə tüpürür. Bundan sonra qarşıda onu gözləyən çətinliklərdən xəbərsiz olan Güney Candan boşanmaq istəyini dilə gətirir. Özünün də xəbəri olmadan, “şiddətə baş vuran kişi” adına getdikcə yaxınlaşdıracaq olan bu münasibətlər hələ uzun müddət ona zərər gətirir. Dörd aylıq hamilə olması səbəbi ilə geri döndüyü Can yenə böyük bir səhvə yol verir. Övladı dünyaya gəldikdən sonra belə dəyişməyən Can, Güneyi müxbirlərin qarşısında şərləyərək, ”bizə baxmır” deyə pisləməyə başlayır. Bu arada Nebahatla evlilik sözünü tutan Güneyin bu münasibəti də Can səbəbindən çox yox, cəmi bir il çəkir. Bundan əlavə, Sena Özcanla münasibətdə olduğu xəbərinin də bu ayrılıqda payı var. Yılmazın vətən borcunu ödəməyə başladığı günlərdəsə onun Nebahat və Cana səmimiyyətdən doğan məktubları çatır. Lakin bu vaxt ərzində bir tərəfdə Cüneyt Arkınla sevgi münasibətinə başı qarışan Çehre, digər tərəfdəsə Güney soyadını istifadə edərək gecə klublarında müğənnilik etməyə başlayan Can, həyatına davam etməkdədir. Yılmaz qayıtdıqdan sonra da bu qadınlarla normal münasibətini qoruyub saxlamağa çalışır.

Yılmaz Güneyin Nebahat Çehreyə yazdığı məktublardan: «Bu yer üzündə üç milyarddan çox insan yaşayır, əzizim, üç milyarddan çox ürək döyünür. Bu üç milyarddan çox insanın bir qismi ac, bir qismi xəstə, bir qismi yaşlı, bir qismi aşiqdir. Dünyanın harasında olursa olsun, sevgi üçün yanan minlərlə insan var. Və biz, bu üç milyarddan sadəcə iki adamıq. Hər şeyin bir qanunu var. Amma sevdanın qanunu, yolu, qaydası yoxdur. Axıb gedən, axdıqca da böyüyən bir sudur sevgi. Çaylar sonlarını dənizdə itmiş görər. O dənizin içində kimsənin bilmədiyi çaylar, dərələr vardır. Mən o dənizlərin içində itən, nə olduğunu xatırlamayan çaylardan biri olmaq istəmirəm. Mən, öz dənizimi özüm yaratmaq, öz torpağımı özüm suvarmaq və axmaq, həmişə axına buraxmaq istəyirəm. Amma hara, necə? Bütün bir həyatın sonu, əlləri soyuq bir ölümə gedib çıxır. O dənizlərə qaçan çaylar kimi. Qarşımızda o qədər az vaxt var ki... İnsan bunu sevdiyi insanla dəyərləndirməlidir deyə düşünürəm. Həyatımı sevmirəm, davranışlarımı sevmirəm. Zaman-zaman başıma batan pis düşüncələrimi və bu düşüncələri yaradan insanları sevmirəm. Amma əzmliyəm, bütün qaraları siləcəyəm həyatımdan. İşıqlılığı, ilığı və gözəl olanları tapacağam. İnsan həyatı müxtəlif səhvlərlə doludur. Bunun üçün heç kimin kimisə cəzalandırmağa haqqı yoxdur. Mən özümü, yaşadığım həyatı, gəldiyim yeri yaxşı bilirəm. Yaxşı şeylərin yanında çox pis hərəkətlər etdiyimi, sadə qurğular içində pay sahibi olduğumu, narahat edən səbəblərin qaynağını... hamısını bilirəm. Bunları qısa bir zaman müddətində düzəltmək mümkündürmü? Hər kəsdən çox özümə ziyan edirəm, yuxularıma, sinir sistemimə pislik edirəm, narahat oluram. Ara verirəm bütün bu pisliklərə, bəsdir artıq. Mənə ən böyük dəstək sən olacaqsan, qızım. Keçmişdəki bütün günah və savablarımla özümü sənə həvalə edirəm, əzizim. Nə edirsənsə, et artıq, sənə qalmışam mən.


Film Fiction Magazine

Yılmaz Güney ...Fəqət yolun sonunadək ona yoldaşlıq edəcək cəmi bir qadın olacaqdır.

16 İLLİK EVLİLİYİN 10 İLİ HƏBSDƏ KEÇDİ Belə bir söz vardır: “dilə asan gəlir”. Həqiqətən də, elədir... 10 il! Əsgərlikdə icazəli olduğu günlərdən birində təsadüfən bir qızla tanış olur. O, xəyalındakı gənc bir xanımdır, o “Fatoş”dur. O, böyük mavi gözləriylə Yılmazın qarşısında dayanır. Ona möhkəmcə sarılır, Güney də içindəki boşluğu gənc xanımda tapır. Fatoş onunla evlənə bilmək üçün həyatın ona vəd etdiyi nemətləri rədd edir. Bu cütlüyün bir oğlu dünyaya gəlir, ona da Yılmaz adını qoyurlar. Amma təəssüf ki, atası oğlunun ilk addımlarını “Selimiye” hərbi həbsxanasının pəncərəsindən izləyir. “Oğlum sənə nə izah edəcəyəm, bir dinlə... Bu anana qalsa, sənin işin çətinə düşər, oğlum. Çünki sənin anan eynilə mənim anama bənzəyir. Mənim anam da belə idi, məni çox sevirdi, əsirdi üstümdə. Ailənin tək uşağıydım. “Ağaca çıxma oğlum, yıxılarsan”, “suya girmə oğlum, boğularsan”, “kimsəylə güləşmə, bir yanını əzərsən” deyə-deyə məni hər şeyə yalnız tamaşa

TÜRKIYƏ KINOSU

Bu gün havada bir şirinlik var. Urfanın ağ damlarında paltarlar uçuşur. Sonra üç ağ göyərçin göyün mavisində dolanıb bir yerdə dayanır. Nə qədər rahat və sevinclidirlər... Həsəd aparıram. Özümü beləcə səmayay ata bilsəm kaş. Ürəyim istədiyi qədər uçsam, getsəm. Bəlkə sənin yanına gələrdim, yorğun qanadlarımın altına alardım səni. Yorğun ürəyim tez-tez döyünərdi bəlkə, amma başqa cür döyünər, çox yaxşı döyünərdi. Divarları və qatı şeyləri sevmirəm. Ürəyim eləcə boş bir dəniz istəyir. Göyərti, portağal bağları, torpaq, bu gözəlliyin içində ağ boyalı, qırmızı kirəmit damlı, odun sobalı, dümağ daşlarla bəzəkli həyəti olan bir ev istəyir... Dünən danışdıq bir az. Evdəki vəziyyətdən bəhs etdilər. Mənə uzaq qalan şeyləri düşündüm. Təkliyi sevirəm mən... İnsan özünə bəs etdikcə yalqız olmalıdır. Saxtalığı sevmirəm. Gəl qaçaq səninlə, qızım. Hər şeyi buraxıb gedək, dünyanın başqa bir yerində yaşayaq. İnsan yeni bir yerdə özünə yeni bir həyat qurar. Amma orada da pis insanlar var. Hara gedirsən get, orada bir pislik vardır. Bu qaçma duyğusu bütün insanlarda var. Məsələn, sənin durub Amerikaya getmək istədiyin kimi... Ən yaxşısı, ən pislərin içində ən qüvvətlisi olub, qorxmadan, yıxılmadan yaşamaqdır. Bizim qaçacağımız yer – o uzaqlıq, içimizdə olacaq, istədiyimiz an özümüzə sığına biləcəyik. Bütün günahın və savablarınla mənimsən artıq...»

11


12

Film Fiction Magazine

edən bir insan halına gətirdi. Həyatda tamaşaçı olmaq pisdir, oğlum. Həyatın yaxşı, sakit bir tamaşaçısı olmaqdansa, həyatın içində müvəffəqiyyətsiz bir adam olmaq min dəfə daha yaxşıdır. Unutma yaxşı bir boks tamaşaçısı olmaqdansa, pis bir boksçu olmağı gözə almaq daha yaxşıdır, oğlum.”

TÜRKIYƏ KINOSU

Yılmaz Güney 16 illik evliliyin 10 ili həbsxanada keçir, barmaqlıqlar da onları ayıra bilmir. Bir eşq, sevgi, sədaqət, vəfa borcunun ən yaxşı ödəyiciləri; hekayələrdəki iki insanın ürəklə bağlılığına ən böyük qəhrəmanlardan biri olur “Güney”lər. “Xanımıma yazdığım bir məktubda...” – deyir Yılmaz Güney, – “eynilə belə üç nöqtə qoyaraq, sonra aşağıdakı bəndləri əlavə edib demişəm...” deyərək bitirir yenə üç nöqtə ilə. Məktub ehtimal edilir ki, 1972-74-cü illər arasında yazılıb Fatoş Güneyə: “Hər səhər yenidən başlayıram yaşamağa. Rəngləri, maviləri yenidən sevirəm. Ağacı, divarları, barmaqlığı, məhbusluğu yenidən öyrənirəm. Və sabahın, yəni bir gün sonranın Yılmaz Güneyi olmağa, onun toxumasını toxumağa başlayıram. Hər gün vəsvəsəliklə atılmış bir ilməkdir çünki; yenilənən hüceyrələrimizin bir qatıdır. Hər gün özümüzlə, keçmişimizlə, gələcəyimizlə, etdiklərimizlə, edəcəklərimizlə bir hesablaşmadır. Bu gün cümə axşamı, sevgili. Cümə axşamını keçsəm, cümə var qarşıda... Cüməni keçsəm, şənbə... İmtahan yəni... Dayanmaq bilməyən, bitməyən. Düşün ki, cüməni tamamlamadan qalmışam. Necə olar? Şənbəyə çata bilmərik heç bir vəchlə. Çatsaq belə, cümənin yeri boş qalar, borclu keçərik o gündən... Deyilmi?(...)” Və elə onun qollarında da can verir. Yəqin bilirsiniz, necə bitirsə, o cür də xatırlanır...

“Yılmazı itirdik artıq onun yerini sən alacaqsan” – dedilər. “Dedim ki, belə axmaqlamaq olmaz! Hər insan bir ulduzdur. Kimsə Yılmazın yerini ala, və ya doldura bilməz! Yılmaz, Yılmaz Güneydir! Özüdür!”

İki gənc insan. O, Bebekdə yaşayırdı. İki filmdə çəkilmişdi hələ ki o zamanlar. Mən də universitetdə “Talebe Birliği”yində tamaşa səhnəyə qoyurdum. Bundan əlavə hekayələr yazırdım. Özdemir Hanla bir gün evinə getdik, tanış olduq. O arada sözümüzün tutduğunun fərqinə vardım. Çünki ikimiz də haqsızlığın olduğunu görürdük, həssas idik. Bir çeşid “Don Kixot” idik, yəni solçuyduq. İnsanların azad yaşaya biləcəyi, sərbəst düşünə biləcəyi bir həyatın ümidindəydik. Məsələn, hər kəsin çörək yemə haqqı, ayaqqabı geymə haqqı, məktəbə getmə azadlığına sahib olması kimi fikirlərdən özümüzü ala bilməzdik. Beləliklə də, iki yaxşı dosta çevrildik. Onun yolu kino idi. Sonra 1958-ci ildə nəşr olunan “13” adında bir jurnalda hekayəsi dərc olundu. “Üç Bilinmeyenli Eşitsizlik” adını daşıyan bu jurnal tələbələrin, gənc yazıçıların marağına səbəb oldu. Cəmi 300 tirajla dərc olunardı. Bir prokuror bu yazıda kommunizm təbliğatının olduğunu görür və Yılmaza yeddi il yarım cəza tələb edir. O, 1963cü ildə “Niğde” həbsxanasına yollandı. Yenə onla bacara bilən olmadı, düşüncələrinə işləriylə sahib çıxdı. Tuncel Kurtiz və Yılmaz Güney olaraq, hələ də bir “Don Kixot” idik. Hekayələrdən danışar, birbirimizə kitablar hədiyyə edərdik. O zamanlar ancaq Çaykovski, Korsakov kimi klassikləri dinləyə bilirdik. Hələ Baxla aramız yox idi. Amma Yılmaz onu da dinləyirdi. Bu dostluq bizdə universitet illərindən sonra da davam etdi.


Film Fiction Magazine

13

“Səni düşünürəm,

Yılmaz bir xalq qəhrəmanına çevrilmişdi. Bütün Anadolu Yılmazın arxasınca qaçmağa başladı, amma onun istəyi bu deyildi əslində. Yılmaz Urfada, Antepdə kitabını imzalamaq istədiyi zaman heç kim gəlib kitab almaq istəmirdi. Onların xəyallarında o həmişə vuran, qıran, haqsızlığa qarşı çıxan, haqlı olanlar üçün vuruşan çirkin kral idi, o, çirkin Anadolu uşağı idi onlar üçün. Amma düşüncə səhv idi, pərəstiş səhv yöndə irəliləmişdi. Yılmaz bir sənət adamı idi! Yılmaz bir yazıçı idi. Yılmaz daha böyük işlərdən çəkinməyən cəsur insan idi. Onunla dostluğumuz bunlara şahid olmaqla, kütlənin fikriylə yaxından tanış olmaqla keçərdi. Sonuncu dəfə “Duvar”-da rol alarkən, mənə gələcək il üçün çox gözəl bir rol təklif etdi. Çox vacib bir rol idi. “Səni düşünürəm, qoca,” – dedi. Mənə “qoca” deyərdi. Yılmazın dövrləri vardı. Mənim tanıdığım dövrün Yılmazı, dünya ədəbiyyatı ilə həşirnəşir olmuş, Maksim Qorkini, Tolstoyu, Dostoyevskini oxumuş, Orhan Kemalı yaxşı bilən və yazıçı olmağa doğru gedən biri idi. Digər bir Yılmaz, aktyor olan, kino üçün dünyaya gəlmiş bir Yılmaz Güneydir. Aktyor olaraq, təbii ki, bir dünyagörüşü, ədəbi vardı. Aktyor olmaq üçün gedib mütləq bir məktəb oxumaq lazım deyil. Aktyor olmaq təbiətin içində yaşamaq deməkdir. İnsanı tanımaq, sevmək və habelə onunla əlaqə qura bilmək deməkdir. Yılmazda bunların hamısı var idi. Bir də təbiətə baxışı vardı; çiçəyə,

yeni doğulmuş bir sərçəyə adi olmayan, fərqli baxışı vardı. Demək ki, aktyorluq və yazıçılıq, hər şey bir bütündür əslində. Siyasi mövqeyi də bunun içində. Yılmaz solçu idi. Amma dəstəklədiyi bir partiya yox idi. Məsələn, məni də “anarxist” adlandırardılar, “yox, mən kommunistəm” deyərdim... Bəlkə də anarxist idim, bilmirəm... Çünki, biz duyğularımızla hərəkət edən insanlardıq. Xüsusi olaraq bunu vurğulamaq istəyirəm: Yılmaz Güney çox təvazökar bir insan idi. Məsələn, Parisdə, “Le Monde” qəzeti müsahibə alırdı. Yılmaz dedi ki, “Bu filmi biz Tuncel Kurtizlə birlikdə ərsəyə gətirdik.” Dərhal etiraz etdim. “Yılmaz, – dedim, – bunu sən çəkdin, bu sənin filmindir. Mən sənin yanındaydım, dostunam, birlikdə çalışmaq fürsətimiz yaranmışdı. Mən sənə təşəkkür edirəm belə bir film üçün”. “Duvar” filmində yanında olmağımı istəmişdi. “Öhdənə düşən rol kiçikdir, amma sən həmişə yanımda ol” – dedi. Belə bir adam idi, sevgi dolu idi. Uşaqlara qarşı da. Bunu belə səhv anladılar. Nə bilim, guya çəkilişlər zamanı uşaqlar döyülüb, işgəncə görüb, bunları da Yılmaz edib... Döymək-filan yox idi. Viktor Sigatar da uşağa sillə çəkərmiş, ağlada bilmək üçün. Arxasından şokoladlarla, tortlarla gəlirdik uşaqların yanına, könülləri alınırdı. Çəkiliş meydançası olduğunu bilirdilər. Sonra gülərdi hamı. O uşaqlar çox çətin şərtlər altında yaşamış, xarici ölkələrdən tapıb gətirilmiş işçi uşaqları idi. Tunisli, əlcəzairli, türkiyəli...

TÜRKIYƏ KINOSU

qoca, – dedi. Mənə ‘qoca’ deyərdi.”


14

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

Bir zəng gəldi, Yılmaz idi. “Başqasından eşitmə,” – dedi, – “mən bir əməliyyat keçirdim, mədəmin yarısını kəsdilər. Bundan sonra filmlərə daha iqtisadi yöndən yanaşıb, daha az pul xərcləyib, daha çox film ərsəyə gətirəcəyik,” – dedi. Ondan sonra təəssüf ki, kədərli ölüm xəbəri gəldi. Bu gün dünya kinosundan danışırıqsa, sizə bir örnək verim: Yaponiyaya getsəniz, görə bilərsiniz, “Umut” və “Sürü” kitab olaraq nəşr edilib. Bizim şəklimiz var kitabın üz qapağında. Qəribə gəlmişdi ilk dəfə görəndə. “Umut” filmi dünyanın ən yaxşı yüz filmi içində dolaşmaqdadır, bu, belə işin keyfiyyətinin hansı həddə olmasından xəbər verir. Dünya kinosunda Yılmaz Güneyin artıq bir yeri var. Bu bir gerçəkdir. Yılmazımızı sevgiylə, hörmətlə xatırlayıram, anıram. Çox gənc yaşda itirdik onu. 47-48 yaşlarında idi. Daha neçə-neçə film ərsəyə gətirə bilərdik... Yılmaz çəkərdi, mən də o işin içində olmaq sevincini dadardım. Bunu təkbaşına bacara bilmərəm, onun qədər istedadlı deyiləm...

“MƏN BU MÜKAFATI

YILMAZ GÜNEY ÜÇÜN ALIRAM. YAXŞI ANLAYIRAM, BİR MÜKAFATI YURDUNA APARA BİLMƏMƏYİN AĞRISININ NƏ DEMƏK OLDUĞUNU...” 61-ci Kann Film Festivalında “Üç Maymun” adlı filmlə “Ən Yaxşı Rejissor” mükafatını qazanan Nuri Bilge Ceylan aldığı mükafatdan sonra: “Bu mükafatı birinə ithaf etmək istəyirəm, yalnız və gözəl ölkəm Türkiyəyə...” – dedi. Ceylan 56-cı Kann Film Festivalında “Uzak” filminə görə “Böyük Jüri” mükafatını alarkən “Bu mükafatı 21 il əvvəl burada, “Qızıl Palma Budağı” alan və Fransada həyatını itirən Yılmaz Güneyə ithaf edirəm” demişdi. Və 2014-cü ildə özü “Qızıl Palma Budağı” mükafatına sahib çıxarkən, Yılmaz Güney kimi sağ yumruğunu havaya qaldıran N.B.Ceylan açıqlamasıyla fikirlərdəki suala cavab verir: “Mən mükafatı alarkən bunu planlı şəkildə etmədim. Qarşınızda foto çəkilişi var, çevrənizdə yüzlərlə fotoqraf, müxbir... Orada davamlı qışqırıqlar halında sizdən fərqli hərəkətlər etmənizi, əlinizi qaldırmanızı, eynəyinizi çıxarmanızı, yumruğunuzu sıxmanızı, əlinizi cibinizə qoymanızı istəyən, qışqıran müxbirlərlə dolu bir əhatəyə alınırsan o an. Bir şey etməlisən. Amma təbii ki, Yılmaz Güneyə bir salam olaraq da qəbul edilə bilər bu hərəkət. Bir saniyə üçün yumruğumu havada sıxdım. Bundan öncə aldığım mükafatda da vurğulamışam, Yılmaz Güneyi çox sevirəm. Kino həyatını çox sevirəm, “Yol” filmini çox sevirəm. Həyatını maraqlı hesab edirəm. Çox oxumuşam haqqında. Yəni o andakı hərəkətimin bu yöndə bənzədilməsi və ya belə desək, yozulması məni narahat etməz.” Nuri Bilge Ceylan və Yılmaz Güney arasında film festivallarında mükafatlarla reallaşmağa başlayan bu simvolik görüşmənin diqqətəlayiq sözlərini Ceylan illər öncə vurğulamışdır: “Yalnız və gözəl ölkəm Türkiyəyə...” Hər ikisinin sənətini və həyatını həsr etdiyi Türkiyə, yalnızlığını da hər iki sənətçiyə bulaşdırmışdı.


Film Fiction Magazine

15

“Hüznün saysız

...içinə düşmüş olduğu vəziyyəti bu cümlələrlə izah edirdi. Və nə böyük bir hüzn... ya da haqsızlıq da deyə bilərsiniz buna; heç bir qarşılıq gözləmədən sevdiyi kino, Yılmaz Güneyə o qədər də comərd davranmadı. Filmləri senzuralandı, qadağan edildi, kürd dilində olan bəzi filmlər, demək olar ki, diqqətə belə alınıb ekrana qovuşmadı. Çətinliklə lentə alınan filmlər tamaşaçıya tam mənasıyla çatdırıla bilmədi. Yılmaz Güneyin unudulmaz filmlərindən olan “Yol”, “Ağıt”, “Sürü”, “Seyit Han”, “Aç Kurtlar”, “Arkadaş” və “Zavallılar” filmləri ABŞ və Kanadanın müxtəlif yerlərində nümayiş etdirilsə belə, öz ölkəsində layiqli dəyər verilməmiş, “12 sentyabr” hadisələrində neçəsi məhv edilmişdir.

“Bütün aktyorlar mənə heyran idi, mən isə Yılmaz Güneyə... Gözlərinə baxa bilməzdim, aşiq olacağımdan qorxardım...”

“Peşmançılıqlarımdan biri də o... Yılmaz Güney. Nə olur olsun, o çətin şərtləri dəf edib eyni filmdə onunla işləyə bilərdim. O zaman ki, tələblərə uyduq. İki əsas aktyoru bir araya gətirmək çətin idi o vaxtlar. Mən T.Şoray idim, o isə Y.Güney. Əlbəttə, ikimizi bir film üçün birlikdə görmək istəyən, buna çalışanlar olurdu. Amma olmadı, təəssüf ki... Ən son həbsxanada ziyarətinə getmişdim. Cəmi bir saatlıq vaxt var idi və uzun-uzun söhbət etmişdik. Hiss etmişdim bəlkə də. Ordan çıxıb avtomobilimə minəndə pəncərədən baxdım, mənə əl elədi, kövrəlib ağladım.” İllər öncə bu açıqlamalara münasibət bildirən, o zamanlar belə bir şeyin mümkün olmayacağını, Güneyin Şoraydan daha fərqli şəkildə kinoya yanaşdığını bildirən Fatoş Güneyin dediyi kimi: “...Yılmazı tanıyan hər qadın ona çılğıncasına aşiq ola bilərdi!”

TÜRKIYƏ KINOSU

tonu, bir çox üzü vardır; çiçəklər, quşlar, küləklər kimi. Mən bəzi yaxın dostlarım vasitəsilə hüznü, sevgi və kədəri izah etməyə çalışdım; hər nə qədər bəziləri tərəfindən anlaşılmaz və inanılmaz olsa da.”


16

Film Fiction Magazine

“O mükafat

TÜRKIYƏ KINOSU

Yılmazın haqqı idi. İndi Yılmaz bunu bilərkən, ağlı başında olan hər kəs bunu bilərkən, o mükafata yiyə durmaq mənə yaraşardı? Yaraşmazdı.” Cüneyt Arkın, 1972-ci ildə Yılmaz Güneyə siyasi səbəblərlə verilməyən “Altın Koza” mükafatını, özünə təklif edildiyində niyə rədd etdiyini müsahibələrdən birində açıqlayarkən Yılmaz Güney kimliyinə də toxunmuşdur: “O mükafat Yılmazın haqqı idi. İndi Yılmaz bunu bilərkən, ağlı başında olan hər kəs bunu bilərkən, o mükafata yiyə durmaq mənə yaraşardı? Yaraşmazdı. Mən bütün filmlərimdə qəhrəmanları canlandırdım. Haqsızlığa qarşı gəldim. Özümə həmişə bunu təlqin etdim. Həyatda da belə biriyəm, görən? Filmlərdə qəhrəman olmaq, ədalətli olmaq, pisin qarşısında yaxşı olmaq çox asandır, amma realda ola bilərsən? Mən həmişə bunu düşünərək hərəkət etmişəm. Mükafat, rəsmi olaraq Yılmazın haqqıydı. Yılmaz Güney çox dəyərli bir insandır. Çox vacib bir kino adamı idi. Layiq olduğu etibarı ona xalq verdi zamanla...”

Yılmaz Güney gözündən “Yılmaz Güney” olmaq! “Düşündüklərim və etdiklərim arasında böyük ziddiyyətlər yaranırdı. Yoxsul xalqımızdan danışır, onun xoşbəxtliyi üçün əlimdən gələn hər şeyi edəcəyimə inanardım. Lakin pis bir burjua kimi yaşayırdım və ətrafımı bürüyən pisliyi dəf edəcək gücə sahib deyildim. Bataqlığın ortasındaydım; tərpəndikcə batırdım. Gecəgündüz içki içirdim, qumar oynayırdım. Və İstanbulun saysız qumarbazlarından sadəcə biriydim, həmişə də uduzurdum... İnsanın özüylə, öz gerçəkliyi ilə baş-başa qalması əskiklərini, zəifliyini, saxtalıqlarını gözdən keçirməsi, ilk vaxtlar böyük sarsıntılarla nəticələnirdi.


Film Fiction Magazine

17

Gerçəyin amansız ağırlığı altında əzilmək vardı. Qızdırma zamanı bədəni ağuşuna alan saatlar ələ keçirmişdi məni. O anlar ən gücsüz, ən dözümsüz vaxtlarım idi. Düşündükcə, bir gün digər gündən hamilə qaldıqca, köhnə şüurumun təslim olduğunu hiss etdikcə, bütlərin tək-tək sarsıldığını, böyük gurultularla yıxıldığını görürdüm. Yeni bir insanın, yeni bir şüurun doğuşunu xəbərləyən sancılar idi bunlar. Sarsıntı ilk addımdır. Sağlam bir insana, düşüncəyə, məntiqə, təcrübələr vasitəsilə keçib, addım-addım, hər addımı hesaba alaraq, suverən güclərin ideoloji, siyasi, mədəni, elmi işğalı altında olan şüurunu dəyişdirərək keçiləcəkdir. Bir səhər “Hazır ol, gedirsən!” dedilər. Hazırlaşdım. Qırx gün qalmışdım hücrədə; dadına doyulmaz qırx uzun gün. Ürəyimdə bir az narahatlıq, bir az qorxu, azca sevinc və hüzn vardı. Hara aparıldığımı bilmirdim. Saçlarım bir-bir yarım santimetr qədər uzanmışdı. Bir “cip”ə mindirdilər məni. “Selimiye”nin o biri tərəfinə, Ankara yoluna baxan üzünə apardılar. Bir kürsüyə oturdub, saçlarımı tamam kəsdilər...” Bazen bir yumrukta yıkacak kadar güçlü, Bazen bir serçe kadar güçsüzsem, bir nedeni vardır... Hangi zorluğu yenmemiş insanoğlu. Hele taşıyorsa içinde bu insanca sevgiyi. Güzel günler zorlu duraklardan geçer sevdiğim. Yazdığı şeirdə dediklərindən fərqsizdir yaşadığımız həyat. O, tək Türkiyə üçün deyil, dünya üçün nə qədər vacib bir şəxsiyyət olduğunu sübuta yetirmiş bir insandır. Əldən gəldiyi qədər bunu çatdırmağa çalışdıq. Sözlərə sığmayan qısa ömrünü nəql edərkən, unutmadan:

Sabah bizimdir çünki. Biz öləcəyik, amma uşaqlarımız buraxacağımız mirası ürəklərində daşıyacaqlar. Və onların ürəkləri bizim altında əzildiyimiz qorxuları daşımayacaq...”

TÜRKIYƏ KINOSU

“Hər şeyə rəğmən, düşmənə inad yaşayacağıq.


TÜRKIYƏ KINOSU

18

Film Fiction Magazine

Tərcümə: Saleh Hacıyev

ONUR ÜNLÜ mühazirəsi


Film Fiction Magazine

Türkcə çox gözəl bir qarşılığı var, amma ədəbsiz olar. Mərdanə olmayan bir vəziyyətdir. Siyasi olmaq, içindən gəldiyi kimi davranmamaqdır. Mənfi şeylər gəlir ağlıma demaqoqluq dəyəndə.

Demaqoqluq etmək pis bir şeydirmi? Məncə, pisdir. Bir sözün varsa, de, yoxsa, demə, məşğul etmə bizi. Heç kəsin vaxtı yoxdur.

“Tamaşaçı başa düşmədi. İstifadə etdiyimiz Sən işlərində demaqoqluq dil anlaşılmadı. Gündəm etdiyini düşünürsənmi? başqa idi. Sənətçi bitərəf qaldı” kimi bir çox fərqli Xeyr, etmirəm. Arada-bir ifadə var hal-hazırda. Sənin ritorika sərhədlərini qırıram, gördüyün işlər də, adətən, amma demaqoqluq etmərəm. günümüzün müvəffəqiyyət Bəzən mövzunu, dadını meyarına əksdir. Bunları çıxarmaq üçün bir az daha gözə alaraq davam etmək uzadaraq izah edirəm. Elə də bir növ demaqoqluq ola deyilmiş kimi edərək, bunun bilərmi? içinə mütləq ironiya qatıb izah etdiyim də olur. Amma sonXeyr. Demaqoq nəticə da mütləq nə deyəcəyəmsə, ilə maraqlanar, məni nəticə deyirəm mən. Demaqogiyada maraqlandırmır ki. Onsuz təhrifetmə vardır. Mən təhda əgər mən nəticəyə görə rif etmərəm. Mütləq demək hərəkət etsəydim, yaşadığım istədiyimi deyərəm, amma bu şeylərdən dərs çıxarardım və arada bir az topu gəzdirirəm bir sonrakında fərqli şeylər deyə bilərik. Ritorikanı da edərdim. Daha çox pul qazanburada istifadə edirsiniz. Bir dıracaq, ya da daha çox tamamövzu üzərinə zaman-zaman şaçıya çatacaq şeylər. Halbuki mövzunu da aşacaq şəkildə mən o nəticəyə baxmıram. məlumat çıxarıram. Mən bir şey edirəm, insanlar sonunda izləyir, ya izləmir, Ritorika və demaqogiya sevir, ya sevmir. İnsanların arasında nə fərq var? sevməsi, təbii ki, xoşuma gəlir, əhəmiyyətlidir, amma əsl olan Ritorikanın içində hər əsərdir. Əhəmiyyətli olan o zaman ironiya var. Ən əhəəsərin hazırlanma müddətidir. miyyətlisi, bunu etdikdən Mən müddətlə maraqlanıram, sonra nəticədə mütləq qəbul izləyən insanlar nəticə ilə. edərsən: sən də gülərsən, hər kəs gülər. Demaqoqluqda bu Sən nədənsə imtina yoxdur. Hər kəs son dərəcə etmədiyin, nəticələrə görə ciddidir. Demaqoqluq edən dəyişmədiyin üçün insanlar adam, sonuna qədər tövrünü da səni izləməyi buraxmırpozmaz. Çünki yalan deyir. mı?

Bəli, bəlkə də. Əslində bir tərəfdən sürprizimi də itirmiş oluram. Yenə bir qəribəlik etməli oluram və o qəribəlik də olur. Amma bunu qəsdən etmirəm mən. Bir cümləm var onu deyirəm, o da qəribə olur. Cümləm olduğu müddətcə, sıxılana qədər də söyləməyə davam edəcəyəm. Artıq sıxılmağa da başlamışam. Müvəffəqiyyət nədir? Mənim tərəfimdən başımdakı şeylə ortaya çıxan şey arasındakı fərqin az olmasıdır. Müvəffəqiyyətə köklənmiş biri deyiləm, inanmıram. Bir şey planlaşdırırsan, onu edirsən. Sonra arada fərq olur. Bax müvəffəqiyyət, o fərqin dözüləbilmə ölçüsüdür mənim üçün. Nə qədər dözürsənsə, o qədər müvəffəqiyyətlisən. İnsanların nə düşündüyünü bilə bilmərəm, heç maraqlanmaram da. Əgər maraqlansaydım, “Polis” filmindən sonra dayanmağım lazım idi. Orada aldığım tənqidlərlə istiqamətimi dəyişdirə bilərdim, fərqli bir tərzə keçə bilərdim. Amma etmədim, üzərinə getdim. Sənin etdiyin bir sıra müvəffəqiyyət meyarlarına uyğun gəlməməyinə baxmayaraq (kassa, mükafat, reytinq, tamaşaçı və s.), davam etməkdir. Yaxşı, müvəffəqiyyət bunun harasındadır? Müvəffəqiyyətli olub olmadığımla əlaqədar problem mənim problemim deyil. Bu

TÜRKIYƏ KINOSU

Demaqogiya nədir?

19


20

Film Fiction Magazine

səbəbdən də onu mən düşünə bilmərəm. Onunla maraqlanmıram. Mən öz bucağımdan baxıram səhnəyə. Yazdığım səhnəni nə qədər yaxşı çəkirəm, necə sonlandırıram ona baxıram. Digər şeylərlə maraqlanmıram. Amma öz kiçik ətrafımda, etdiyim işlərin müsbət olduğuna dair bir təəssürat var. İnsanlar məni bəyənirlər, izləyirlər. Ya da yalnız bəyənənlər gəlib mənə söyləyirlər, bunu bilmirəm. Əhəmiyyətli olan mükafatlar, təltiflər deyil. Onlar sonradan gələnlərdir. Bax, insanlar filmi bir dəfə seyr edər, bitər. Bəyənər, bəyənməz, sonra yadından çıxar. Amma mənim həyatımda həmişə var o film. Mən həyatımın sonuna qədər onunla olacağam. Ona görə mənim filmlə olan əlaqəm daha mühümdür. Sən filmi sevsən də, sadəcə sevmiş olursan, amma o, ən çox mənim filmimdir. Birə-bir əlaqəmdir. Qalib gəlmək, ya da uduzmaq nə deməkdir? Kirayə pulumu ödəyə bilirəmsə, işlər yolunda gedir deməkdir. Ümumi olaraq belə baxıram mövzuya. Amma bizim işlərdə çox böyük kommersiya vəziyyətləri var, və burda sabitlik, müvəffəqiyyət başqa bir mövzudur. O mövzu da mənim mövzum deyil. Sabit bir şəkildə böyümək, bir şirkəti böyük hala gətirmək filan mənə görə deyil. Nə olacağam, “Paramount Pictures” olacağam bəyəm? Mən edə bilmirəm. Bununla maraqlanmıram da. Buna görə, bizim işimiz həmişə dik gedir. Hərdən çox qazanırıq, hərdən çox itiririk.

TÜRKIYƏ KINOSU

Yaxşı, bəs həyatın içində qalib olmaq və ya uduzmaq? Ürək rahatlığı ilə ölə bilirsən, ya ölə bilmirsən, bununla əlaqədardır. Həyatda müvəffəqiyyətli olub-olmadığımızı anladığımızda artıq çox gec olmuş olacaq, çünki ölmüş olacağıq. Standart bir ölüm yaşayacağıqsa, buna son nəfəsimizdə qərar verə biləcəyik. Ona görə, bu mövzularda diqqətli danışmaq lazımdır. Böyük danışmamaq lazımdır. Bu səbəbdən də prinsip filan kimi sözlər məni həmişə güldürür. Nə olacağını bilə bilməzsən. Buna görə, bir-iki özül doğru üzərindən getmək insanı elastik edər, rahatlaşdırar. O biri halda sərtləşirsən. Sərt bir şey də tez qırılar. Ürək kimi. Məsələn, daşürəklilər tez qırılar, amma yumşaq ürəklilər daha anlayışlıdır. İnsan həyatda niyə “bəsdir daha” demir? Deyir. Deyənləri görürük. Mən demədim. Heç elə bir variant düşünmədim. Çünki həmişə bir sonrasında etmək istədiyim bir şey var idi. Onu etməyə çalışarkən keçən zamana da həyat deyirik onsuz da. Bir şeylə digər şey arasında keçən


Film Fiction Magazine

Əksəriyyətlə ayaqlaşmamaq üçün mübarizə aparılır, yoxsa özbaşına olur? Bunu düşünmürsən, özbaşına olur. Daniel Defo deyir: “Bir insanın, məndən başqa hər kəs yanılır deməsi doğru deyil, şübhəsiz. Amma həqiqətən hər kəs yanılırsa, o nə etsin”. Sevirəm bu sözü. Bu, eqoistcəsinə deyilmir. Bu, “mən vəziyyətimi bilirəm, amma siz mənim vəziyyətimi bilmirsiniz” deməkdir. Bir şey var, mənim bunu davam etdirməyim lazımdır. Oradan necə göründüyü ilə maraqlana bilmərəm. Bax, mən iki cür kino olduğunu düşünürəm: biri şərikli kino, digəri isə fərdi kino. Şərikli kinonu, tamaşaçının o haqda nə düşünəcəyini əvvəldən hazırlayaraq, ya da tamaşaçını istiqamətləndirərək hazırlayırsan. Bu filmlər, əsasən, pul qazandırır. Bir də özün nə istəyirsənsə, onu etdiyin fərdi kino vardır. İstəyən gələr baxar,

istəməyən baxmaz. Mən heç kəsə “gəl, gəl, film çox gözəldir” deyə bilmərəm. Ayıbdır, məncə. Qeyri-etikdir. Sən hazırlayarsan, bəyənən bəyənər, bəyənməyən bəyənməz. İnsan özünü necə kütləyə təslim etməyə bilər? Bir çox xəbərdarlıqlar olur. Bunlara necə dözsün? Artıq bir növ eqoizm deyə biləcəyimiz vəziyyət dövrəyə girir. Mənfi olaraq başa düşülsə də, belə vəziyyətlərdə eqoizm işə yarayan bir şeydir. Mənim ən xoşbəxt olduğum zamanlar öz-özümlə qaldığım vaxtlardır, məsələn. Bir şey edəcəyim vaxt mütləq yoldaşlarımla edirəm. Bu günə qədər onlar olmasa, heç bir şey edə bilməzdim. Amma həmişə “heç kim olmasa da, etməliyəm”ə hazırlamışam özümü və ona görə düşünürəm. Dünyada tanıdığım bir adam belə qalmasa, mən yenə davam edə bilərəm. Elə hazırlayıram özümü. Pis kimi səslənir, amma bu mənim üçün bir növ motivasiyadır. Tənbəlsən, ya çalışqan? Yalnız bunun üçün özümə söz götürmərəm. Qıcıqlandırıcı şəkildə çalışqanam. Yaxşı, bu gün üçün “sənətlə məşğul olmaq”, yoxsa “mənə nə, mən edərəm, illər sonra xatırlansa, nə əla”? O, əsərin gücü ilə əlaqədar bir şeydir. Bununla da maraqlana bilməzsən. O, tamamilə sənin və zamanın ruhu ilə olan əlaqəndir. O ruhu nə qədər hiss etdiyinə

TÜRKIYƏ KINOSU

zamana yəni. Ancaq bu arada mümkün olduğu qədər ürək sındırmamaq lazımdır. Əgər mütləq prinsip deyilən şeydən danışırıqsa, mənimki budur. Əlimdən gəldiyi qədər ürək sındırmamağa çalışıram. Bir də qarşıya baxıram həmişə. Orada isə “bəsdir daha” deyə bir vəziyyət yoxdur. Həm də bir insan işləri pis gedərsə, “bəsdir daha” deyər. Mənim üçün işlər pis getmir. Yalnız maliyyə cəhətdən həddindən artıq çətinlik çəkdiyimiz vaxtlar oldu, amma orada da bir yolla açıq davranaraq vəziyyəti düzəltməyə çalışıram. Qaçmıram. “Bəsdir daha” demək, qaçmaq deməkdir, onu etmirəm. O ayıbdır. “Bəsdir daha” bir rahatlıqdır mənim üçün.

21


22

Film Fiction Magazine

bağlıdır. Zamanın ruhunu nə qədər daşısan, o ruh da səni mütləq irəli aparar. Amma dediyim kimi, bununla da maraqlana bilməzsən. Bilə bilməzsən. Sonra görəcəyik. Hər rejissorun əfsanə bir xatirəsi vardır. Sən necə xatırlanmaq istəyərsən?

TÜRKIYƏ KINOSU

Bunu mən təyin edə bilmərəm. Amma axmaq kimi xatırlanmaq istəyirəm. Beckett tərzi, nihilist bir axmaq kimi. Vicdan nədir? Mədəniyyətin xam maddəsi. İstehsal prosesində sənə nə təsir edir? İlham. Performans. İstedad. Öyrənilmiş istedad. Xəyalındakı ən böyük layihə? Var, amma deyə bilmərəm. Ürəyin qırılanda çıxış yolun? Nə vaxtsa öləcəyim. Sonda öləcək olmağımız. Oyunçu seçərkən meyar? Zəka. Qalib və məğlub sözləri sənin üçün nə ifadə edir? Məğlubun üzüntüsünü qalibin qürurundan üstün tuturam. Ruhunu nə gülümsədir? Yeni bir şey öyrənmək. Oxumaq. Ruhunu nə ağrıdır? Haqsızlıq. İzdihamda yalqız olmaq var, yoxsa yox? Hamımız yalqızıq. Aktyorlara sözün? Oxuyun. Rejissorlara sözün? Oxuyun. Getməli olsan, hara gedərsən? İşim var. Burdayam mən, hara gedəcəyəm. Sənin üçün ümid? Bu anda burada olmaq. Varolma halı.


Film Fiction Magazine

23

Resulullahla Benim Aramdaki Farklar

Resulullah Azrail’i yolda görse tanırdı; ben Azrail’i annemin yanında görseydim ona bir çift lafım olurdu, derdim ki şimdi yani af edersin ama o sıktığın annemin gırtlağı. Resulullah olsa ona bunları söylesem o bana gülümserdi; o bana gülümserdi ben ona derdim ki, anam babam yoluna feda olsun ey Allah’ın Resulü; fakat şu koca melek, annemin gırtlağını sıkıyor, bir şeyler yapamaz mıyız? Resulullah orada olsaydı annemin elini tutardı derdi ki ‘kızım ha gayret!’; ben orada olsaydım annemin elini tutardım ve derdim ki ‘anneciğim ölmesen…’ ben oradaydım annemin elini tuttum ve dedim ki ‘anneciğim seni ben…’; annem döndü bana bir baktı o bakışı görmeliydiniz Resulullah o bakışı görseydi merhametten ağlardı; ben o bakışı gördüm haşyetten bayılacaktım ama annem elimden tuttu.

KİNODAN ŞEİRƏ, ŞEİRDƏN KİNOYA

Resulullah süper bir insandı, ben o kadar değilim, Resulullah yolda Ebu Bekir’i görse ‘es selamu aleyküm ya Sıddık’ derdi, ben yolda Ebu Bekir’i görsem tanımam. Resulullah asla yalan söylemezdi; ben annem ölürken hiç ağlamadım. ben annem ölürken çok ağladım çünkü annem gırtlağından hırıltılar çıkarırken nasıl terliyordu, görmeliydiniz.

ne tuhaf, anneler ölürken bile çocuklarının

Resulullah çok şanslı bir insan annesi öldüğünde o küçücüktü; benim annem öldüğünde ben küçücük değildim, zaten şanslı birisi de değilimdir, filmlerim iş yapmaz. annem daha yeni öldü fazla uzaklaşmış olamaz! olamaz dedim annem son nefesini alıp da vermeyince verse de ben alsam onu, içim ferahlasa, siz de görseniz Resulullah tutsa annemin elinden birlikte geçseler çölü nasıl olsa Resulullah da ölü annem de ölü.

TÜRKIYƏ KINOSU

anneler ölürken bile çocuklarının ellerini bırakmıyor ne tuhaf…


TÜRKIYƏ KINOSU

24

Film Fiction Magazine

ERDAL BEŞIKÇIOĞLU

ilə müsahibə

Tərcümə: Hacı Səfərov


Film Fiction Magazine

25

TÜRKIYƏ KINOSU

Aranızdan biri suyun üstündə yeriməyə çalışarkən boğulursa, bunun üçün müqəddəs kitabı günahlandıracağıq?


TÜRKIYƏ KINOSU

26

Film Fiction Magazine


Film Fiction Magazine

27

Yeni tamaşan xeyirli olsun. Belə bir ərəfədə “Quills – Lələk qələmlər” kimi bir pyesi səhnələşdirmək dəlilikdir, yoxsa cəsarət? Markiz De Sadın yüzillərin ən provakativ şəxsi olduğu məlumdur. Markiz sadə bir şey deyir: sən necə anlamaq istəyirsənsə, xəyalı da elə qurursan. Əgər sən bunun başqa bir şeyə eyham olduğunu düşünürsənsə, o, mənim yazdığımdan yox, yazdığımı sənin şərh etmə formandan qaynaqlanır. “Məxmərin içinə iynə girir-çıxır, girir-çıxır” deyə nəql edir amma... Bax, necə anlayırsansa, xəyalı da elə qurursan. Nə etsin, kişinin peşəsi dərzilikdir! Markizin sənin nəql elədiyin ruhi dispanserdə keçən son çağları məcburiyyət qarşısında qalaraq etdikləri haqqındadır. Əvvəlki çağlarda isə pornoqrafiyanı belə aşan mətnlər var. İstər-istəməz olur. Hər yaşın öz daxilində yetkinlikləri var. Sənin 16 yaşında etdiyin eşqbazlıqla 20 yaşında etdiyin eşqbazlıq bir deyil ki. İndi, 40 yaşında etdiyinlə bəlkə 60 yaşında edəcəyin də bir olmayacaq. Buna görə də sənətçiləri çağ-çağ, yetkinliklərinə görə dəyərləndirməkdə fayda var. Yenə də bu tamaşa səhv anlaşılmalara yol verəcək. Məsələn, “Yeni Akit” (İqtidaryönümlü, siyasi islamı təmsil edən qəzet – red.) belə bir əyləncəni əldən verməz, səni manşet edərlər. “Akit” necə anlamaq istəyirsə, elə də anlayacaq və istər-istəməz manşet olacağam. Amma mən necə anladığınıza baxaram. “O, əslində elə deyil, belədir” deyərək anti-tezis yarada bilərəm. Daha əvvəlki tamaşalarında da bu cür çətinliklərlə üzləşmisən? Mədəniyyət Nazirliyindən maliyyələşən teatr olmadığım və buradakı zala gələn insanlar da seçib gəldikləri üçün mənə heç kim heç bir vəchlə müdaxilə etmədi. Onsuz istəsələr də, müdaxilə edə bilməzlər. Mən burada müəyyən bir məbləğ müqabilində tamaşaçıya iş təqdim edirəm. Bunu izləməyə bilərsən. İzləməmək azadlığın var. Amma izləmək azadlığına da müdaxilə edə bilməzsən. Tənqid etmək azadlığın da var, əlbəttə. Amma məni yox. Əgər Markizi bəyənmədinsə, onu tənqid edə bilərsən. “Ay, əzizim, sən bunu necə səhnələşdirdin” deyə bilməzsən.

Üçü də bir-birindən fərqlidir. Ankara tamaşaçısı mətni bilir, səhnədə necə improvizə edildiyinə görə gəlir. İstanbul tamaşaçısı mətnlə çox da maraqlanmır. “Əgər bu adam aktyor olaraq rol alıbsa, maraqlı bir iş ortaya qoyacaq” deyərək gəlir. İzmirin tamaşaçısı isə bambaşqadır. Daha çox zövqlüdür. Heç vaxt səni tək buraxmır. Yaxşı bir şey varsa, o dəqiqə gəlir. Tamaşada bir çox səhnədə yarıçılpaqsan. Heç bədənim necə görsənir deyə, çəkdirib özünü izləmisən?

TÜRKIYƏ KINOSU

Hansı şəhərin tamaşaçısı daha yaxşıdır; İstanbul, Ankara, yoxsa İzmir?


28

Film Fiction Magazine

Özünü elə görmək cəsarət məsələsidir. O cəsarəti göstərə bilmirəm. Buna görə də özümü səhnədə çəkdirib izləmirəm. Düzgün olmur çünki. Səhnə başqa forması olan bir yerdir. Siz onu rəqəmsal bir məcraya köçürdüyünüzdə zaldakı təsirini heç vermir. Çılpaq bədəninin görüntüsü baxımından soruşdum. İnsana maraqlı gələr də. Çox pis görsənirəm? Belə bir başlıq yazacaqsan? Yazacaqsansa, hazır olum. Televiziyada və səhnədə bəyəndiyin və əməkdaşlıq etmək istədiyin aktrisa kimdir?

TÜRKIYƏ KINOSU

Çətin sual verdin. Rola görə danışmaq lazımdır, təbii. Məsələn, Canan Ergüderlə “Behzat Ç.”də çox zövqlü vaxt keçirdik. Mine Tugayla da çox zövqlü zaman keçirdik. Seda Bakan lap əvvəldən bizimlə idi. Ən axırıncı dəfə “46”-da da əməkdaşlıq etdiyim dostlar var idi. Yasemin Allen çox maraqlı oldu, məsələn. Heç elə bir şey gözləmirdim. Keçən səfərki açıqlamanda da “”46”-nı sektor istəmədi” dedin. Düz deyirəm də, yalandır? Bir saata nə qədər reklam yerləşdirə bilər ki? İşin gəliri yoxdur. Bəlkə də bu işlər “Blu Tv”, “Netflix” kimi rəqəmsal platformalarda olmalıdır. İndiki reytinq alətlərinin bütünlükdə dəyişməsi lazımdır onsuz. Bunun da öz vaxtı gələcək deyə düşünürəm.


Film Fiction Magazine

“Tatbikat” təkcə İstanbulda deyil, İzmir, Antalya və Mersində də var. Bizim razılaşdığımız bir neçə səhnə var. Amma əsas mərkəzi Ankaradadır. Çörək orada bişir və digər tərəflərə servis olunur. Amma bu sezon səni İstanbulda daha çox görəcəyik, deyəsən. Bu sezon bir neçə televiziya proqramı və layihələri var. Əgər onlar reallaşacaqsa, bəli, görəcəksiniz. Biz “Uniq”lə həftənin iki günü barəsində razılaşdıq. Biri “Bir dəlinin xatirə dəftəri”, digəri “Quills – Lələk qələmlər”. Bir də Ankarada “Woyzeck nağılı”-mız gələcək. Onu bura üçün yenidən uyğunlaşdıracağıq və buradakı səhnəmizdə simfonik rok halına salacağıq. Daha sonra Civan Canovanın yazdığı “Kişilər tualeti” tamaşamız var, onu gətirəcəyik. Sam Shepardın yazdığı “Eşq axmağı” pyesini yenə də səhnələşdirəcəyik. Bu gərgin iş qrafikində televiziyaya vaxt ayıra biləcəksən?

versiyası “Əfsanə” serialında rolun olduğu deyildi. Bəli, o layihəni gerçəkləşdirəcəyik kimi görünür. Danışırıq hələ. Hələlik konkretləşməyib, amma irəliləyiş olacaq yəqin.

detalları çox olan bir personajdır. O səbəbdən, həmin ənginliklərdə üzmək valehediciydi. Seriallara görə teatr aktyoru tapmaq çətindir?

Serial sektoru heç vaxta teatra güzəştə getmir. ApaHekayəyə isti münasibət rıcı qüvvəsi ssenari olan bir peşədə səhnənin serial üçün göstərdin? də daha vacib olması lazımdır. Yoxsa bu aktyorları bir serialHekayə gözəldir, rejissoru da yaxşıdır. Mən isti münasibət da istifadə edirsiniz, daha sonra zibilliyə atırsınız. Aktyorların göstərdiyimi dedim. öz bədənlərini, səslərini, ya da harmoniyalarını inkişaf etdir“Bir oksimoronun hemək üçün bu səhnəyə ehtiyackayəsi” nə oldu? ları var. Cahil serial prodüserlərindən bu sektorun tezliklə Çox yaxşı bir hekayəyxilas olması gərəkdir. dir, amma gələn ilə qaldı. Bu sezon mən özümü üçüncü bir Yeni “Behzat Ç.”-nin personaja bürünərək səhnə“Mollaların qisası” adıyla də görməyə dözə bilmərəm, 17-25 dekabrdan başlayıb tamaşaçı heç dözməz. “Behzat Ç.”-ni də yanvar 15 iyula ( 17-25 Dekabr – Türkiyədə nazirlərə və ayında təkrar çəkəcəsiniz, məmurlara qarşı korrupsiya deyilmi? əməliyyatı, 15 iyul – FETÖ adlı təşkilatın etməyə çaNiyyətimiz var. “Kanal D”nin rəqəmsal platforması olan lışdığı hərbi çevriliş – Red.) “Blu Tv” ilə bu mövzuda danı- qədər davam edən bir hekayəsi olacaq? şırıq. Onlar da çox həyəcanlıdır, biz də çox həyəcanlıyıq, Bir-iki seriyanın ssenarisini tamaşaçı da. Ümid edirəm, müəllif haqları ilə əlaqədar bir oxudum. “Təqribən belə şeylər olacaq” deyib bizə bir neçə problem olmaz. Mən rolu ifa seriya göndərdilər. etməkdən zövq alaram. “Behzat Ç.”-ni hər kəs kimi sən də sevdin, elə deyil?

Vallah, mən televiziyaya vaxt ayıraram, amma televiziya Sevilməyəcək obraz deyil mənə vaxt ayırarmı, bax onu ki. Əntiqə və çox da qəşəng bilmirəm. yazılmış bir obrazdır. Bir roman adaptasiyası olduğu üçün “Bəyaz kölgə”-nin yerli

Azca danışa bilərsinizmi? Danışa bilmərəm. 17-25 dekabrdan 15 iyula qədər çatacaqmı, onu de barı.

TÜRKIYƏ KINOSU

“Tatbikat Sahnesi”-nin İstanbula köçmə səbəbi nə idi? “Uniq”də (İstanbulda yerləşən teatr səhnəsi – red.) də olacaqsınız.

29


30

Film Fiction Magazine

Var elə şeylər. Amma indi konyuktura o qədər tez dəyişir ki, bilmirik. Yanvara ayına qədər, yanvardan iyuna qədər gündəmin nə olacağını bilmirik. 15 iyulda Ankaradaydın? Çeşmedəydim. Yaxşı ki, uşaqlarla birgə Çeşmedəydim. Ankara fəlakət idi. Ölkənin cənub-şərqində əsgərlik etdiyim üçün mən bunların hamısını bilirəm. O yağan bombaların təsiri, təzyiqi. Hamısını yaşadım. Neçənci ildə əsgər idin? 1998 ilində Hakkaridə; Yüksekova və Çukurcada əsgərlik etmişəm. Silahlı insidentlərin ən intensiv yaşandığı illər. Atışmaya girmisən? Orada atışma olmadığı gün çox darıxdırıcı idi onsuz. İstər-istəməz girirdim, təbii. Bəs birbaşa atışmada heç hansısa dostunu itirdiyin olub? Bəli, olub. Müharibə belə, televiziyadan izlədiyiniz kimi deyil. O, asan bir şey deyil yəni. Müharibə heç vaxt yaxşı bir şey deyil. Bəlkə sərhədlərimizə qarşı bir qəsd olduğunda ilk mən gedərəm, amma müharibə heç vaxt yaxşı deyil.

TÜRKIYƏ KINOSU

Müxalif kimliyin dövlət sənətçisi olaraq başını ağrıtmır? Pensiyam məndə qalmaq şərtiylə Dövlət Teatrından istefa elədim, buna görə daha rahatam. Təkcə iş stajımı tamamladım, yaşımı tamamlamadım. Yaşım çatana qədər dövlətdən pensiya ala bilməyəcəyəm. Amma istefa etməsəm, Levent Üzümcünün başına gələn mənim də başıma gələrdi, təbii. Ona görə də başıma gəlmədən, həmin işi daha “təmiz” həll elədik. “Tatbikat”da ciddi bir maliyyə dövranı var. Dekorasiyalar, kostyumlar çox yaxşıdır. Deməli, teatrdan pul qazanan nadir teatrçılardansan sən. Yox.


Film Fiction Magazine

Amma içində işləyən bir xeyli insan var. Mən indi bəlkə bu dekorasiyanın xərcini çıxardacağam satdığım biletlə, ancaq buranın kirayəsi var, uşaqların günəmuzdları var, Tatbikatda işləyən maaşlı sənətçilər var. Yəni təxminən 15 nəfər maaş alır ordan. Min şükür, təbii ki, hamımızı yola verəcək pulu qazanırıq. Sağ olsun tamaşaçı, bizi boş buraxmır. Boş buraxmadıqlarında da daha çox nə verə bilərik deyə düşünürük. Hazırda maliyyələşən bir teatr deyilik, lakin heyətində 20 nəfər olan bir tamaşa üzərində işləyirik. Mədəniyyət Nazirliyindən hər hansı bir dəstək alırsınız? Yox, verməzlər. Bəs bu işin iqtisadi yönünü bilirsən? İnvestisiyalar, mədaxil, məxaric sənin əlinin altından keçir, yoxsa başqa biri nəzarət edir?

Yox, başabaş qurtarırıq. Serial üçün tamaşanı qoyub gedən aktyorlardan incimisən heç? Heç bir aktyorla küsə bilməzsən. Onlar hər zaman haqlıdırlar yəni. “Reaksiyon”-da oynadığın Dayı obrazının Hakan Fidanla (Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri – Red.) görüşməsi var idi. 15 iyuldan sonra ciddi şəkildə populyar oldu o video. Ssenaristlər ekstrasensdilər? Bizə gələrkən bir bünövrəsi olan hekayənin təqribən hara doğru istiqamətlənəcəyinin o ssenaridə fərziyyəsi olur. Dolayısıyla bu fərziyyəni də dəyərləndiririk. “Reaksiyon”-da Dayı obrazını oynayacağım zaman, həm tamaşaçı, həm də prodüser şirkət “pis bir personajı” ifa edəcəksən dedi. Mən də “ideologiyanın pisi olmaz” dedim. Pis olan o ideologiyanın reallaşdırılma formasıdır. Yəni insan düşündüyü üçün günahkar ola bilməz. Amma düşündüyünü akta çevirirsə və əgər qanunsuzluq ehtiva edirsə, bu bir cinayətdir. Dövlətinə sadiq bir obrazı oynayırsınızsa, dövləti üçün hər şeyi edirsə, o personaj pis ola bilməz. Amma bəzi dostlar hökumətyönlü bir məhsulda mənim nə işim olduğunu soruşurdular. 13 seriyadan sonra da yayımı dayandı onsuz. Ona görə də, nə qədər hökumət dəstəkçisiyəm, onu müəyyən edə bilmədim. Düşüncə akta çevrilmədiyində cinayət olmaz deyirsən. Jurnalistlərin həbs edilməsi, qəzetlərə edilən basqınlar barədə nə düşünürsən?

Bir yazıçı oxuyucularına görə cavabdeh sayıla bilməz. O yazır, xəbərdar edir, oxucu da buna reaksiya verir. Bu bir qanunsuzluq deyil. Əgər aktın forması bir qanunsuzluq ehtiva edirsə, bu bir Var əlbəttə, amma onları da cinayətdir. Yəni 15 nəfəri, ya da 1 milyon nəfəri siz təşkilatlanözümə oxşatdım. Bizdə səhnə dırdınız deyə, o yazıçını içəriyə göndərə bilməzsən. Tamaşadan üzərində olan hər hansı bir şey bir sözlə cavab verim: Aranızdan biri suyun üstündə yeriməyə neçəyədir deyə soruşulmur. çalışarkən boğulursa, bunun üçün müqəddəs kitabı günahlanPulu nədirsə alınır, edilir. Budıracağıq? Onun kimi bir şeydir bu da. Nə cür və nə yazırsa nun bazarlığı olmur yəni. Əgər yazsın, düşüncədə bu, cinayət təşkil etməz. Sözün olduğu yerdə lazımdırsa, mütləq alınır. Ona cinayət olmaz. Sözün bitdiyi yerdə cinayət başlayır. görə də çox gəlirli bir iş deyil, Getdikcə sözün də cinayətə çevrildiyi bir zamanda o mövzuda məndən zəhlələri yaşayırıq… gedir. “Şirkəti daim zərərə məruz qoyursan” deyirlər?

TÜRKIYƏ KINOSU

O qədər tamaşa… İstanbulda, Ankarada, Mersində bu qədər səhnə.

31


TÜRKIYƏ KINOSU

32

Film Fiction Magazine


Film Fiction Magazine

33

Yanlış. Mən hər dəfəsində “Yanlış” deyən tərəfin daxilindəyəm. O vaxtlar, bu gün mübarizə aparılan təşkilata (Burada FETÖ-yə işarə vurur – Red.) qarşı göstərdiyim tövr, yenə mənim marjinal şəxsiyyətimlə əlaqələndirildi. Bu gün yenə mən elə deyirəm, amma yenə eyni düşüncə ilə tənqid edilirəm. Hansı idarə heyəti gəlirsə gəlsin, qıraqdan baxıb səhv gedən bir şeyi söyləmək haqqım var. Söz demək haqqım var çünki. Mən vergimi ödəyən bir vətəndaşam bu ölkədə. Vergisini ödəyən bir vətəndaş olaraq ölkənin gedişatını necə görürsən? Narahatedici. Hamımız narahatıq. Deyəcəyimiz kəlmədən, söyləcəyimiz sözdən, atacağımız addımdan, alacağımız nəfəsdən hamımız narahatıq. Bir səhər evdəkilərə “Hələlik, görüşərik” deyib işimizə gedərkən başımıza nə gələcəyini heç birimiz bilmirik. Bu narahatlıq içərisində heç nə yoxmuş kimi yaşamağa çalışan bir cəmiyyət var. Şirin bir şizofreniyaya doğru gedirik. Ümid edirəm, axırımız yaxşı olar. Bu şizofreniyadan necə çıxacağıq? Təəssüf ki, bilmirəm. Çünki mənə öyrətdikləri tarixdən qopuq, çox fərqli bir tarixlə iç-içəyik hazırda. Bizim nəslin ora ilə heç bir əlaqəsi yox idi. Bizə öyrədilən tarixdə Türkiyənin Şərq və Cənub-Şərqi Asiya, Avrasiya, Yaxın Şərq heç diqqət cəlb etmirdi. İndi bambaşqa bir tarix var və bu tarixdən sən də məsulsan. O səbəbdən, şirin bir səndələməmiz var. Ümid edirəm, o tarix haqqında dürüst fikrə malik insanların əllərindəyik. Bundan 10 il əvvəl səhnələşdirdiyin tamaşaları bu gün səhnələşdirə biləcəyini düşünürsənmi? Səhnələşdirmək istəyirəm. Bunu etmək məcburiyyətindəyəm yəni. Mütləq bir tərəfə, ya da bir təşkilata aid bir insan deyilsən. Sən səhnə içərisində sadəcə cəmiyyəti incələyirsən. İndi buna sən senzura uyğulaya bilməzsən ki… Mədəniyyət Nazirliyi mənə maliyyə ayırsaydı, “o tamaşanı qoyma” deyə bilərdi, amma mən öz imkanlarımla bir mətni arzu edən tamaşaçıya təqdim edirəm. Əgər Mədəniyyət Nazirliyindən də dəstək alacağıqsa, onda ona uyğun bir şey edərik. Bəlkə “Qilqamış”-ı səhnələyərik yəni. Niyə heç elə bir tamaşa qoymursan? Bilmirəm. Mədəniyyət Nazirliyi istədiyimiz qiyməti versin, edək. Biz “bu pyesləri səhnələşdirmək istəyirik” deyə yazdıq. Hələ də xəbər-ətər yoxdur. Sənə pul versələr, mühafizəkar bir tamaşada oynayarsan?

Oynayarsan? Yəni, niyə olmasın? Mən bəlkə oynamaram, oynayacaq dostlarım mütləq tapılar. Sənin müxalif bir kimliyin var. Bəs niyə belə bir tamaşada oynayasan? Mühafizəkar bir yazıçı müxalif ola bilməz ki? Orada başqa bir şeyi əldə edərik bəlkə.

TÜRKIYƏ KINOSU

Niyə olmasın?


34

Film Fiction Magazine

Teatr cəmiyyəti də serial ictimaiyyəti kimidir, evlilikləri çox da uzunmüddətli olmur. Siz Elvinlə həm Tatbikatda eyni damın altındasınız, həm də gözəl davam edən bir evliliyiniz var. Bunu necə bacardınız? Birlikdə böyüdük, bəs deyil? Bilə bilmirsən ki… Həyatdır da, bizi hara sovuracağını bilmirəm. Yaratdığımız dünya mənə çox məhrəmdir və bu məhrəmliyin içərisində də xoşbəxtəm. Şəxsi həyatında da jurnalistlərə qarşı məsafəli, ya da sərt bir tövrün var. Şou-biznes jurnalistlərinə o qədər də sərt bir davranışım yoxdur, lakin həddən artıq ailəmin deşifrə olmağını istəmirəm. Qızım, oğlumun deşifrə olmağını istəmirəm, çünki onlar çox gəncdirlər. Gündəmdə olduqlarında çox çətin bir həyat qabaqlarına çıxır. Hərdənbir bu işin öhdəsindən gələ bilməyən insanlar da olur. Ona görə mənim narahatlığım bir az o barədədir. Uşaqlarınla münasibətin necədir, yaxşı vaxt keçirə bilirsiniz? Olduqca. Bax, əlləri laklı bir atayam mən (tamaşada çəkdiyi qara lakı göstərir). Derin 16 yaşındadır, çox qəşəng vaxt keçiririk. Ömer hələ 4 yaşındadır, “Arkadaş” deyə xitab edirəm. Qız atası olmaq çətindir, yoxsa oğlan atası? Bilmirəm... İndi 16 yaşındakı bir qızın çətinlikləri başıma gəlməyə başladı, amma 16 yaşındakı bir oğlanın nə çətinlikləri olacaq, bilmirəm. Çünki mən çox çətin bir uşaq idim. Yeniyetməliyə keçid dövrüm çox ağrılı oldu. Evi tərk elədim filan... Xeyli üsyankar imişsən. Çox deyildim əslində... Evi tərk eləmisən, daha nə olsun? Üsyankarlıqdır o? Bəs nədir? Yolumu tapmaq istəyirdim. Öz yolumda getmək istəyirdim. Başqalarının, atamın ya da anamın mənə tapdığı yolda gedəydim? Yaxşı, bəs qızın Derin 16 yaşında evi tərk eləsə?

TÜRKIYƏ KINOSU

Niyə tərk elədiyini soruşaram. Əgər mənim köməkçi olacağım bir şey varsa, kömək edərəm. 12 il fasilədən sonra yenidən ata olmaq necə bir hissdir? Zövqlü imiş. Əvvəlcə “Görəsən?” deyə soruşdum, amma Elvin özünə möhtəşəm bir sevgili və mənə də bir dost verdi.


Salam dostlar. Necə yazım, başlayım heç bilmirəm. Bu mənim üçün çox çətindir. Amma sağlığım üçün gələcəyim üçün arzularım, məqsədlərim üçün bunu etməliyəm.. məcburam. 14 ildir ağır dərəcəli (120 dərəcə) Skaliozdan əziyyət çəkirəm. 2007-ci ildə Türkiyənin Ankara şəhərində Başkent Universitesi Hastanesinde 25000 ABŞ dollar dəyərində əməliyyat keçirmiş və onurğama mil qoyulmuşdur. Əməliyyat uğurlu olmadığı üçün onurğamda əyilmə hələ də davam edir və iflic riski daşıyıram. Hal-hazırda DTX Hərbi Tibb İdarəsi Xəstəxanasında müayinələr davam edir, Aprel ayında əməliyyat olunmalıyam. Bunun üçün lazım olan məbləğ 27000 ABŞ dollarıdır. Əməliyyat olduqca ağır əməliyyatdır və Amerikadan gətiriləcək olan donor sümüklər və implantlarda bu məbləğə daxildir. İlk gündən mənə maddi mənəvi dəstək olan hər kəsdən Allah razı olsun. Çox sağolun hər şey üçün.. dama-dama göl olar. Sizlərə çox inanıram. inşallah sizlərin dəstəyi ilə paylaşımlarınız ilə görüb kömək edənlər çox olacaq. Əməliyyatım sentyabr ayında olacaq. Mən artıq çox gəzə, ayaq üstə çox dayana bilmirəm. Milin bir hissəsi boynumu çox narahat edir. Yanvar ayının 21-i ilkin ödəniş etdik. Sizdən çox rica edirəm dostlarnızla paylaşın. Hər kəsin görməsi üçün paylaşım etməynizi xahiş edirəm. Mənim sağlığım öncə Allahın sonra həkim və sizlərin əlindədir. Məni aranızda sağlam görmək istəyirsinizsə köməyinizi əsirgəməyin.

1-ci rentgen nəticəsi (2007-ci il)

Dəstəklərinizi aşağıda qeyd olunan hesab nömrələrinə köçürə bilərsiniz: Hesab.az* MilliÖn və ya eManatdan ianə etmək üçün məlumat Bank Respublika ASC-ni seçin: Hesab nömrəsi AZN: 380194404053897001 Seriya nömrəsi AZE 06743291 Bankla ödənişlər üçün: Bank Respublika Hesab nömrəsi AZN: İlaha Mammadova İBAN: AZ80BRES00380194404053897001 Seriya nömrəsi AZE 06743291 Hesab nömrəsi ABŞ Dolları Ilaha Mammadova İBAN: AZ74BRES00381184004053897002 Seriya nömrəsi AZE 06743291 Paypal vasitəsilə yardım etmək istəyənlər, ilahe256@gmail.com adresindən istifadə edə bilərlər

2-ci rentgen neticələrində (2016-ci il) də göründüyü kimi əməliyyat zamanı qoyulan mil artıq yerini dəyişib hər an qırılma təhlükəsi daşıyır.

* Hesab.az vasitəsilə hər gün 2 dəfə pul köçürülməsi limiti var. Əgər göndərdiyiniz zaman pul getmirsə deməli limit dolub. Bu zaman ya sabah bir daha yoxlayın ya da eManat və MilliÖn vasitəsilə və ya bura daxil olaraq, hesaba 3 dəfə pul yatırtmaq olar. http://bit.ly/ilaha


TÜRKIYƏ KINOSU

36

Film Fiction Magazine

Günəşin oğlu HALUK BILGINER

Tərcümə: Aygün Vəlizadə


Film Fiction Magazine

37

TÜRKIYƏ KINOSU

Aktyorun ər meydanı teatr səhnəsidir. Səhnədə arada başqaları olmadan tamaşaçıylabaş-başa qaldığı zaman aktyor “mudur” deyil, “midir” anlaşılır. Kinoda, televiziyada çox anlaşılmaz və televiziya ekranlarından da aktyorluq öyrənilməz. Seriallarda rol ala bilərsən, amma əsl sənətçi ola bilməzsən.


38

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

H

ALUK BILGINER xarizmatik səs tonu, sonuncu dəfə “Kış Uykusu”ndakı rolu ilə uzun müddət müzakirə olunan, onu tanıyanlar üçünsə verilən hər rolu öz timsalında yaşadan və tamaşaçıya hiss etdirməyi bacaran, teatra könül verən, siyasi söhbətləri, açıq sözlülüyü ilə medianın diqqətindən yayınmayan adlardan biridir. Bilginer kino və teatr aktyorudur. Bir çox mükafatı soyadının yanına əlavə etməyi bacaran usta aktyor, eyni zamanda televiziya üçün bir çox filmləri türkcə səsləndirmişdir. 1954-cü il 5 iyun tarixində Türkiyənin İzmir şəhərində dünyaya gəldi. Tam adı Nihat Haluk Bilginerdir. Liseyin son sinfində oxuduğu zaman məktəbin teatr bölümündə münsiflər tərəfindən seçilir. Daha sonra Ankara Dövlət Konservatoriyasının Teatr fakültəsini seçməsinə əsas səbəb də məktəb vaxtından gələn teatr sevgisi olur. 1977-ci ildə məzun olur və İngiltərədə London Musiqi və Dram Sənəti akademiyasında (LAMDA) teatr üzrə oxumağa yollanır. 1980-1993-cü illər arası İngiltərədə yaşayan və eyni zamanda ingilis vətəndaşlığı olan Bilginer, bu illər ərzində boş oturmur. Teatr, televiziya seriallarında rol alır: “Pal Joly”, “Macbeht”, “Glory Boys”, “The Bill” və sair. “Eastenders” serialında 250 seriya canlandırdığı Kıbrıslı Mehmet Osman rolu ilə şöhrət qazanır. İngiltərə karyerasından sonra Türkiyəyə geri dönür. 1987-ci ildə ilk dəfə “Gecenin Öteki Yüzü” adlı film çəkilişləri üçün İstanbula gəlir və burada 1992-ci ildə evlənəcəyi, sinif yoldaşı Zuhal Olcayla qarşılaşır. Cütlük “Hollywood”da “İndianajones” serialında, Türkiyədə isə “İki kadın” filmində birlikdə rol alır. Bir teatr salonunun olmasını xəyal edirdi. Reallaşdırdı da, lakin ilk cəhdində – 1966-cı ildə tikinti işləri başa çatmaq üzrə olarkən qəfil yanğın səbəbilə bütün zəhməti kül olaraq havaya sovrulur. “İstanbul kanatlarımın altında”, “Usta beni Öldürsene”, “Masumiyet” kimi mükafata layiq olan


Film Fiction Magazine

39

bir çox filmdə yaddaqalan rollara imza atır. Aktyorun Türkiyədəki film kariyerasına nəzər salsaq, “Kara sevdalı bulut”la (1987) məşhurlaşmağa başladı. On yeddinci əsrdə, uçmağa təşəbbüs edən ilk insan olaraq dünya tarixinə adını yazdıran Hezarfen Ahmet Çelebinin həyatından bəhs edən “İstanbul kanatlarımın altında” (1995) adlı uğurlu filmdə Evliya Çelebini canlandırdı. “Masumiyet” (1997) adlı filmdəki performansıyla uğurlarına birini də əlavə edən aktyor, eyni ildə “Filler ve çimen” filmində rol alır. “Neredesin Firuze” (2003) filmində bir çox məşhurla tərəf müqabili olan aktyor yenidən müsbət rəylər almağı bacardı. Ardınca “Hırsız var” (2004), “Hacivat karagözü neden öldürdü?” (2005) filmlərində aktyorluğuyla tamaşaçıların qəlbini fəth etməyi bacardı. 2010-cu ildə Mahsun Kırmızıgülün rejissorluq etdiyi “NewYork`da beş minare” adlı filmdə baş rollardan birini canlandırır. 2017-ci ildə izləyicilərin ixtiyarına veriləcək “The Ottoman Lieutenant” (“Osmanlı Subayı”) filmində Khalil Bey rolunda tamaşaçıyla yenidən görüşəcək. “Sadri Alışık Ödülleri: Ən yaxşı kişi aktyor”, “En iyi çevirmen: Aldatma”, “Afife” Teatr mükafatları, Antalya Film Festivalında “ən yaxşı kişi aktyor”, ”Angers” (Fransa) Film Festivalında “ən yaxşı kişi aktyor” kimi bir çox mükafata layiq görülmüşdür. Bundan əlavə, uğurlu filmlərin baş rollarında çəkilərək film adına qazanılan mükafatlarda da pay sahiblərindən olmuşdur. Məsələn, “Qızıl Palma” mükafatına layiq görülən baş rolunu canlandırdığı “Kış Uykusu” (2014) filmi.

Türkiyədə teatr tamaşaçısı vardırmı, görəsən? Sizə belə bir nümunə verim: İngiltərəylə nüfusumuz haradasa eynidir. Orada teatr tamaşaçısı futbol tamaşaçısından çoxdur. Diqqət edin, “futbolun beşiyi” deyə biləcəyimiz bir ölkədən söhbət gedir. Lakin İngiltərədə teatr həyatın bir parçasına çevrilib. Türkiyədə isə “teatr” sözü əhalinin səksən faizi üçün bir şey ifadə etmir. Eşidirlər, amma gözlərinin qarşısına nə isə gəlmir, anlayırsınız? Bu rəqəmi mən özümdən demirəm, Türkiyə statistika komitəsinin məlumatı budur. On dörd faiz! Uzaqbaşı bu cavabı ala bilərsiniz soruşduqda: “Bəli, televiziyaya bənzər bir şey, amma canlı...’’ Yalnız altı faizi həyatında ən az bir dəfə olsun, teatra getmiş

TÜRKIYƏ KINOSU

“Aktyorun ər meydanı teatr səhnəsidir. Səhnədə arada başqaları olmadan tamaşaçıyla baş-başa qaldığı zaman aktyor “mudur” deyil, “midir” anlaşılır. Kinoda, televiziyada çox anlaşılmaz və televiziya ekranlarından da aktyorluq öyrənilməz. Seriallarda rol ala bilərsən, amma əsl sənətçi ola bilməzsən.“


40

Film Fiction Magazine

adamlardır. İndi Türkiyədə ildə 2 milyon bilet satılırsa, bizim 2 milyon tamaşaçımız var demək deyil bu. Maksimum 500 min tamaşaçımız var və onlar da o il dörd tamaşa izləyib deməkdir. Onun üçün də Türkiyədə teatırın dırnağımız qədər dəyəri yoxdur. Bax, bunu tələb etmək üçün istək, təhsil, mədəniyyət və pul lazımdır. Kiçik əmək haqqıyla dolanan birinə “Niyə teatra getmirsən?’’ deyilsə, o adam bu sualı soruşan adamı döyər. Belə bir sualın elə bir adama soruşulması artıq ayıbdır. Təbii ki, getməyəcək, ancaq qarnının doyması üçün çalışır. Haçan ki, bütün bu insani ehtiyaclar aradan qaldırılar, sonra siz “Bu gecə özümüzə bir yaxşılıq edək və teatra, kinoya, konsertə və ya sərgiyə gedək’’ deyə bilərsiniz. Kimsənin belə bir istəyi yoxdur. Hər kəs betonlar içində “yaşaya bilməyi” seçir. Bilginerin teatra olan bağlılığı yuxarıda qeyd edilən cümlələrdən də hiss olunur. Aktyor müsahibələrində teatrın yetişdirdiyi insanla, günümüzdəki şöhrət pillələrini sürətlə addımlayanlar arasında yaranan böyük fərqi hər zaman qeyd edir. 1999-cu ildə Zuhal Olcayla birlikdə “Oyun Atölyesi”ni qurmağı bacardı. Cütlüyün böyük büdcəylə ərsəyə gətirdiyi teatr səhnəsində “Ayrılış” (Tom Kempinsky, 2000), “Ermişler ya da günahkarlar” (Anthony Horowtz, 2002), “Cimri” (Moliere, 2004) və s. kimi tamaşalar səhnələşdirildi. 2004-cü ildə şəxsi həyatındakı səs-küylə gündəmə gələn aktyor, Zuhal Olcaydan ayrıldı. 2006-cı ildə Aşkın Nur Yengiylə ailə həyatı quran Bilginerin bu evlilikdən Nazlı adında bir qızı dünyaya gəlir. Lakin bu evlilik də boşanmayla nəticələnir. Nur Yengi mediaya xəyanət dedi-qodularını təsdiqləmiş, boşanmaq istədiyini dilə gətirmişdi. 2012-ci ildə Bilginerin ikinci ailə həyatı da sona çatır.

TÜRKIYƏ KINOSU

Biz gücü çox sevirik. Özünü güclü göstərən hər kəsə ibadət edirik. Çünki bizdən öncə babalarımız da belə idi. Evdən bir güc istəyirik həmişə. Bax, o, ata sindromudur. Bir söz var çox xoşlayıram: “kişilər, ataları öldükdən sonra böyüyər”. Bu artıq bir cür qavrayış şəkli və yaşam tərzi... Həyata yapışma halıdır. Başqa cür yapışa bilmirik, bizə həmişə bir ata lazımdır. Atasız olmur. Biz atalarımızı öldürə bilmədik. Haluk Bilginer qeyd etdiyimiz açıqlamasıyla mediada çox müzakirə olunmuşdu. Bir çoxları onun kimə işarə edərək bu cümlələri dediyini anlayır, digər tərəf isə inkişaf üçün deyilən tənqid hesab edərək, dərk etməyə çalışırdı. Aktyor kütlənin anlayışına tamam zidd çıxışlar etməklə, “aqressiv” biri olaraq yadda qalıb. Bilginer toxunduğu mövzularla insani duyğuların qarşısına keçən, daha əsas tutulan kütlə düşüncələrini belə izah edir: Biz əzbərçi bir millətik, əzbərimizi pozmaq bizim işimizə yaramaz, darmadağın olarıq. Bu günədək əzbər bildiyin şeylərin xaricinə çıxmış olacağın hər hansı bir şey sabah səni alt-üst edər. Yerinizi yadırğamaqla kifayətlənməz, adaptasiya olmanızı çətinləşdirər. “Padşah”lıqdan “respublika”ya


keçidin çətinliyində adaptasiya olmağın çətinliyi kimi. 91 ildir adaptasiya ola bilməmişik. 91 ildir gücə ibadət edirik. Biz gücü çox sevirik. Bundan sonra da bu axınla özünü güclü göstərən hər kəsə ibadət edə bilərik. Çünki, bizdən öncə babalarımız da belə idi. Evdən bir güc istəyərik həmişə. Bax o ata sindromudur. Bir söz var çox xoşlayıram; “kişilər, ataları öldükdən sonra böyüyər”. Bu artıq bir çeşid qavrayış şəkli və yaşam tərzi... Həyata yapışma halıdır. Başqa cür yapışa bilmirik, bizə həmişə bir ata lazımdır. Atasız olmur. Biz atalarımızı öldürə bilmədik... Bu zaman ən çox istifadə olunanlardan biri də milliyyətçilikdir... Nə qədər də təhlükəli bir şeydir, elə deyil? Öz qatqınız olmadan çatdığınız, ya da əldə etdiyiniz hər hansı bir şeylə qürur duymaqdan nə fərqi var bunun? Siz onsuz da burada doğulmusunuz, bunda qürur duyulacaq nə var? Yunanıstanda doğulmuş olsaydınız, “xoşbəxtəm ki, yunanam!” deyəcəkdiniz. Nə etdin bəs, bəli, bəli, “yunan” olmaq üçün nə etmisən? Sadəcə olaraq yunan ana və atadan doğuldun, daha sonra kilsədə xaç suyuna saldılar səni. Somali və ya Səudiyyə Ərəbistanında doğulsaydın da eyni şəkildə qürur duyacaqdın. Bəs yaxşı, “sən bu işin içindən necə çıxırsan, qardaşım?” deyə soruşsalar, necə olacaq?

41

TÜRKIYƏ KINOSU

Film Fiction Magazine


TÜRKIYƏ KINOSU

42

Film Fiction Magazine

Demokratiya olmaması ən əsas məsələdir belə zamanlarda. Böyük bərabərsizliklər. Qorxu! Demokratiya yoxdur, qorxu var. Qorxudan yaranan hər şey təhlükəlidir. Bu, senzuraların ən təhlükəlisidir. Biri sizə bir şeyi qadağan edir və siz onunla mübarizə aparırsınız. Amma siz özünüz özünüzü qadağalara öyrəşdirsəniz, bax, bu fəlakətdir. Korrupsiya, rüşvət heç kimin vecinə deyil. Təbii ki, idarə edənlər də bunu bilərək hərəkət edir. Çünki Türkiyədə hər kəs kiçik bir müəssisədən fərqsizdir. Adam 2000 TL maaşıyla bir dənə “Doblo” alıb. Arvadı işləyib 1500 TL alır, oğlu da işləyib 1500 TL alarsa, təxminən 5000 TL daxil olur ailə büdcəsinə. “Doblo”nun krediti ödənirmi? Ödənir. Amandır! Bu quruluş çökməsin. Bu insanları sarsıtmaq, ətrafında baş verənlərə gözün açıb, “Üsyan edin!” demək çox çətindir. “Qardaş, “Doblo”-nun krediti” deyə söhbət açar sizə. Qorxuları da belə qəribədir yəni. Bu bütün dünyada idarə edənlərin həmişə köməyinə çatan üsuldur. Məsələn, ailədən çox söz danışarlar və hər kəsin ailə sahibi olmasını istəyərlər. Çünki, ailə təhlükəsizdir onlar üçün. İşin içində ailə olduqda məsuliyyət başlayır. Bunlar dünyanın bütün idarə edənləri üçün son dərəcə faydalı şeylərdir. Buna din də daxildir. Üsyan etməkdən ayırır bunlar sizi.

Biz mızıldamağı çox sevirik, amma heç bir zaman üsyan etmirik. Üsyan etməyi öyrətmək 90-ların gəncliyinin öhdəsinə düşdü...


Film Fiction Magazine

Üsyan etmək həmişə vacibdir, amma bacara bilmirik. 90-ların gəncliyinin “Gezi” dirənişi bir ümiddir bu mövzuda. Türkiyədə “Gezi”ni yox sayaraq, siyasətdən danışa bilməz heç kim. Bizim kimi insanları niyə təəccübləndirdi deyə soruşsanız, bağlı qapılar arxasında, çayxanalarda, ya da dost-tanışla dərdləşər, həyatımıza davam edər, daha sonra da unudarıq. Biz mızıldamağı çox sevirik, amma heç bir zaman üsyan etmərik. Üsyan etməyi öyrətmək 90-ların gəncliyinin öhdəsinə düşdü. Mən 25 ildir Türkiyədə tamaşa səhnələşdirirəm. İlk dəfə “Oyun Atölyesi” Mədəniyyət Nazirliyindən köməyini almadı. Vermədilər. Səbəb də bəllidir: “Gezi”ni dəstəklədiyimiz üçün. Bu qədər sadə və dəqiq. Onlar da bilir belə olduğunu, mən də bilirəm. Bizim mədəniyyətlə olan əlaqəmiz cisim əlaqəsidir. Bu axmaqlıqlardan sovuşmuş, azadlığa çıxmış və demokratiya yaşayan ölkələrdə isə bu əlaqə ehtiyacdır. Sənətlə və mədəniyyətlə olan münasibət özünü daha yaxşı hiss etmək üçündür. Bəs bizdə? Birbaşa cismani əlaqə. Bir nümunə verim: “Tanıdın? O əmiyə bir bax” deyir uşağına. Əmi orada yerindədir, sən əvvəl bir özün “salam” ver. Amma yox, hələ uşağıyla sizin haqqınızda danışacaq masada. “Bir şəkil çəkdirə bilərikmi?” deyə yaxınlaşacaq sonra. Çəkdirdikdən sonra da üzünüzə belə baxmadan çıxıb gedir. Bir cisim var artıq əlində: Bir məşhurla şəkil. Nə olacaq o fotoşəkil? Sabah zibilə atılacaq, ondan əminəm. Əlaqə bu. Əyləncə. Bizim mədəniyyət, sənət deyə təsvir etdiyimiz şeylərin doxsan doqquz faizi əyləncə sənayesinin məhsuludur. Hələ də yeniyetməyik biz. Səbəb? Daha öncə dediyim kimi, bizim atamız ölmədi hələ, bax buna görə. Hələ də yaşayır. İçimizdə!

Məşhur olduqdan beş dəqiqə sonra “anonim” olmağı istəyirsiniz, əmin olun. Televiziya və kinoda ərsəyə gətirdiyiniz işi minlərlə insan seyr edir. Amma teatr elə deyil. Şəxsən ora qədər gedib görmək məcburiyyətindəsiniz. Teatra hər gecə neçə adam gəlir? 500 nəfərlik salonda rol alan, çalışan birisiniz; həftədə sizi izləməyə maksimum min adam gəlir. Amma televiziyada bir gecədə 20 milyon insan sizi seyr edər. Ona görə şöhrət deyilən şey, bu peşənin əks təsiridir. Bəzi gənc yoldaşlar məşhur olmağı böyük bir şey zənn edirlər. Aktyorluq sevgisindən, sənətçi olmaqdan daha çox, populyar olub pul qazanmağı düşünürlər. Pul onsuz da siz aktyor olmağa çalışarkən başınıza gələnlərdən biridir. Hətta çalışmayın deyə də sizə pul verirlər, əmin olun. Mən otuz ildir işləmirəm. Amma işlədim, işin nə olduğunu da çox yaxşı bilirəm. 20 funt qazana bilmək üçün yer silib süpürdüm, satıcı oldum, tualet təmizlədim. Hədəfin nə olduğunu mən sizə deyirəm: ölüm. Aktyorsuz kino çəkə bilərsiniz, mümkündür. Hər kəslə də film çəkilə bilər. Nuri Bilge Ceylan ən yaxşı nümunələrdən biridir, anasıyla, atasıyla, həyat yoldaşıyla film çəkdi. 20 yaşlarında film həvəskarı olan bir gənc onun həyatına baxacaq, “Koza” adında kiçik bir filmlə bu günlərə gəldiyini görəcək. Aktyorluq velosipedə minmək, fit çalmaq kimidir. Sizə bunları kimsə öyrədə bilməz. Velosiped idarə edərkən kimsə sizi tuta bilər, amma özünüz nizamlayırsınız o tarazlığı. Aktyorluq da belə bir şeydir. Bir şeyi sınayırsınız, “yox, bu olmadı deyəsən, indi başqa bir şey yoxlayım, daha sonra da başqa bir şey yoxlayım” deyərkən qırx il keçib gedir. Daha çoxunu öyrənə bilməzsiniz, nə alınıbsa odur. Öyrənə bilmədən də ölüb gedirsiniz bir gün. Amma bu öyrənmək müddəti çox gözəldir, həqiqətən.Bu cür səfərləri sevirəm. Çünki

TÜRKIYƏ KINOSU

Biz mızıldamağı çox sevirik, amma heç bir zaman üsyan etmirik. Üsyan etməyi öyrətmək 90-ların gəncliyinin öhdəsinə düşdü...

43


44

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

hədəf deyə bir şey yoxdur. Hədəfin nə olduğunu mən sizə deyirəm: ölüm. Öləcəyik bir gün hamımız. Onun üçün hədəfi unudub, bir az da vaxtla maraqlansaq, yaxşıdır. Mən aktyorluğun o vaxtlarını çox sevirəm. Məsələn, mənim teatrda ən sevdiyim şey sınaq müddətidir. Tamaşa başladıqdan sonrakı müddəti də həmçinin belə sevirəm. Birinci tamaşayla yüzüncü tamaşa arasında fərq yoxdursa, etdiyiniz iş qənaətbəxş deyildir, deməli. Tamaşaçı sizə çox şey öyrədir, həqiqətən; harada reaksiya verir, harada susur. Ona görə də şəxsən tamaşaçının qarşısında öyrəndiyiniz bir şeydir aktyorluq. Yəni kamera qarşısında aktyorluq öyrənə bilməzsiniz. Mən 45 ildir bu işdəyəm, amma texnikasının nə olduğunu bilmirəm. Aktyorluq bir bacarıqdır və bunu da öz-özümüzə zəhmət çəkərək qazanırıq. Sənəti bu yolla özümüzə öyrədə bilirik. Aktyor deyilən varlıq, insanı maraqlandıran hər şeylə maraqlanmaq məcburiyyətindədir. Belə bir şeyin texnikası necə ola bilər? Buradan hər kəsə bildirirəm: o bacılar, böyük qardaşlar və ya gənc yoldaşlar gəlib texnika deyə mırıldandığı şeyi mənə də öyrətsinlər. Mən cahiləm bu mövzuda, bilmirəm.

HITLERIN HAQLI OLDUĞUNU DÜŞÜNƏRƏK OYNAYACAQSINIZ KI, SEYR EDƏN Aktyorluq nə üçün müqəddəsdir, amma tikinti işçiliyi yox?! DƏHŞƏTƏ “Atam öldü, amma hələ də səhnəyə çıxa bilərəm,” – boşGƏLSIN boğazlığına əsla inanmıram. Ən əvvəl insandır əhəmiyyətli olan, səhnə, tamaşa deyil. Mənim atam ölsə, səhnəyə filan çıxmaram, rədd olsun hər kəs. Bir peşəni müqəddəsləşdirmək ehtiyacı nədən qaynaqlanır, görən? Peşəsini vicdanla, düzgün şəkildə icra etmək yerinə, onu


müqəddəsləşdirib, göz boyamaq istəyənlərə güzgü tutulmuş kimi olur? Xüsusi izlədiyim bir ölkə, rejissor və ya aktyor yoxdur bu sahədə. Lakin Türkiyədə Onur Ünlünün filmlərinə olan marağım böyükdür. Məsələn, “Sen aydınlatırsın geceyi” adlı filmini çox sevirəm. Möhtəşəm! Məncə, 50 il sonra da izləniləcək filmlərdən biridir. Ya da “Masumiyet”. Zeki ilə işləməkdən də çox məmnun olmuşdum. O film 14, ya da 15 günə çəkildi. “Kış Uykusu”-nun çəkilişləri üç ay davam etdi. Nuri Bilge Ceylanın çəkdiyi ilk filmlərdə uzun-uzun lentə alınmış, lakin tək planlar vardı. Niyə? “Mən tək planla film çəkməyi çox sevirəm” dediyi üçün, elə bir təkidi olduğundan deyil. Pulu yoxuydu sadəcə. Sonra hamı “deməli, sənət filmi belə çəkilirmiş, biz də belə çəkək” dedi və tək plan filmlər çəkməyə başladı. Sıxıntıdan öldürdülər bizi. İndi gəl “Kış Uykusu”-nu izlə; hər yerdə, hər an plan dəyişir. Köhnə “Yeşilçam” filmlərini seyr edərkən diqqətlə baxın, hətta sizə tövsiyəm: çox əyləncəlidir, televiziyanın səsini alaraq izləyin, ya da azaldın. Yalnız ekrandakı görüntüyə fokuslanın. Belə bir şey görəcəksiniz, sanki hər kəs bir yerə tələsir. Bilge son filmi “Kış Uykusu”nu çəkərkən 45 dəqiqə “stop” demədən lentə ala bilirdik səhnəni. Böyük bir zövqlə çalışdım. Çox yaxşı bir təcrübə idi mənim üçün. “Kış Uykusu”nun ssenarisini oxuduqda belə çox bəyənmişdim. Bu film Türkiyə kinosu üçün çox əhəmiyyətli bir yer tutur. Aldığı mükafat da, rejissoru da. Əvvəllər olimpiadalara qatılan idmançılar “Eh, qurğular yoxdur bizdə” deyə bəhanə edərdilər.

45

TÜRKIYƏ KINOSU

Film Fiction Magazine


46

Film Fiction Magazine

Guya lazım olan avadanlıqlar vardı, sadəcə Nuri Bilge Ceylan “May sıkıntısı”nı kefindən tək kamerayla çəkdi. Qrupda beş adam var idi cəmi. “Demək ki, ola bilərmiş”in isbatıdır bu. Siz də edin, siz də edə bilərsiniz. Cəhd edin, inandığınız şeyi etməyə davam edin. Bu yalnız kino üçün deyil, hər hansı bir şey etmək arzusuyla yaşayan gənclər üçün də çox gözəl bir nümunədir. Canlandırdığım rollara gəldikdəsə... “Hamısı mənim övladım kimidir, ayıra bilmərəm” axmaqlığına baş vurmayacağam, içində seçilənlər mütləq var, amma hər birini sevərək canlandırdım, bu öz yerində. Bu işlər belədir; Hitleri belə sevib, sonra rola girmək məcburiyyətindəsiniz. Hitlerin haqlı olduğunu düşünərək oynamalısınız ki, seyr edən də dəhşətə

gəlsin. Başqa cür, “Mən Hitlerə bir az filan cür yanaşıram” deyib gözucu baxacaqsansa, get evindən bax. Alman olduğun üçün hər kəsdən üstün irq olduğuna inan və yəhudilərin ölməsi lazım olduğunu düşün, elə canlandır o rolu. Bax, o zaman mən sənə nifrət edəcəyəm. Adam bir “Nazi” düşərgəsində 1500 yəhudini öldürdükdən sonra axşam evinə gedərək Bethoven dinləyib ağlayır. Bax, bunu göstərə bilmək həqiqətə yaxın və bir o qədər də qorxuncdur.

TÜRKIYƏ KINOSU

Bir çoxumuzun bəyəndiyi “Kış Uykusu”ndan bəhs edərkən həm canlandırdığı xarakteri, həm də filmdən öncə və sonra yaşadıqlarından danışarkən bildirir ki, filmi izləyən insanlar saatlarla “Kinoda kim haqlı idi, sizcə?” söhbətinə aydınlıq gətirməyimi tələb ediblər: İş mübahisəyə qədər uzanırdı. “Kim haqlıydı, sizcə?” ilk verilən sualdır mənə. Niyə kimsə haqlı olsun ki? Ya da belə deyim, filmdəki dərdimiz budurmu? Kim haqlı çıxacaq?! Biz ki yaxşı bilirik, filmin dərdi, heç məqsədi də bu suala aydınlıq gətirmək deyil. Türkiyədə hər şey ya ağdır, ya da qara! Bu səbəbdən, onların gözündə bu sualın cavabı konkretləşməlidir. Həmişə kim haqlıdır, kim haqsız, onu ayırmağa çalışırıq. İkisi də haqsız ola bilər, ikisi də haqlı ola bilər. Amma buralarda vəziyyət budur. Mütləq haqlı olanı tapacağıq! Çünki o zaman anlamağımız asanlaşır, biz də asana qaçırıq. Kim haqlıdır deyək, amma dəqiq olsun, oh xilas olduq! Öncə bu rolu qəbul etmədiyim, ya da dodaq büzdüyüm xəbərləri çıxdı, lakin belə deyildi. Əksinə, Nuri Bilgeylə çalışmaq istəyən biriyəm, özü də illərdir. Amma o, son dövrlərə qədər aktyordan istifadə etməzdi. Onunla çalışmağa can atırdım, amma tam qışın ortasında – “Gəl, Nevşehirdə


Film Fiction Magazine

47

film çəkirik” – dedi. “Mümkün deyil, gələ bilmərəm, burada işlər var. Necə edəcəyik?” “Yox mən başqa biriylə çəkmək istəmirəm, sənin proqramına uyğunlaşarıq” – dedi. Daha sonra ssenarini oxudum, bəyəndiyimi qeyd etmişəm, lakin bundan əlavə, türk ziyalısının bu günə qədər hələ belə dürüstcəsinə ekrana əks olunmasını görməmişdim. Düzgün, həqiqətsevər və tənqid oxlarını özünə yönəltməkdən heç qorxmayan, dürüst bir ssenari durmuşdu qarşımda.

Filmdə Aydın xalqdan qopmuş bir insandır, “Dayan, mən indi bunları alçaldım” deyərək yanaşmır insanlara. İstər-istəməz fərqli bir müstəviyə keçib orada yaşamağa başlayırsınız və o müstəvi sizə başqa bir planetmiş kimi gəlir. Burada pis niyyət yoxdur. Sırf insanlara görə planlı bir rəftar deyil bu. Son dərəcə günahsız bir şeydir əslində. Filmdəki Aydın da günahsızdır. Davamlı olaraq bir şeylər etmək istəyi içində qıvrılır, amma ona mane olan o qədər çox şey var ki. Geridə qalmış ölkənin ziyalısı niyə irəli getmiş olsun ki? Aydının da qabiliyyəti o qədərdir filmdə. Aydın pis bir aktyordur. “Mən 25 ildə fərqli tamaşalar səhnəyə qoydum” deyir, amma yalandır bunlar. Bunun yalan olduğunu özü də yaxşı bilir. Aydının aktyorluğu da kifayət qədər deyil, mədəniyyəti, təcrübəsi də bəs etmir bəzi şeyləri etməyə. Arvadıyla əlaqəsinə diqqət edirik: gözünün qarşısında darıxan, depressiyaya düşən gənc bir qadın var. Aydının xanımına kömək əlini uzatma istəyi məktublardan sonra baş verir. Daha əvvəl ağlın haralardaydı, ay adam? Amma Aydının da çəkisi bu qədərdir. O qədər dərindən düşünməsini, 360 dərəcəlik bir perspektivdən görməsini gözləyə bilmərik. Aydın

TÜRKIYƏ KINOSU

İstər-istəməz fərqli bir müstəviyə keçib orada yaşamağa başlayırsınız və o müstəvi sizə başqa bir planetmiş kimi gəlir.


48

Film Fiction Magazine

da 45 dərəcəlik bir bucaqla baxır dünyaya. Güclünü sevmək fərzi var bir də filmdə – Aydın-İmam münasibətində. İmam daxilən Aydına çox hirslənməsinə baxmayaraq, üz-üzə gəldikləri anda “Siz güclüsünüz” təslimiyyəti içində bir rəftara bürünür. Orada adam pərişan, küçədə qalacaq, daha nə etsin? “Allah rizası üçün bizə pul ver” demir, “Borcu həll edəcəyik, bir az səbir edin” deyir. Beş nəfər bir imam maaşıyla dolanır. Nə etsin bu adam? Bu adam gücə əyilməyə məcburdur. O, gücü qəbul edərək davranmağa məcburdur. Aydının arvadı bu səbəbdən fərqli tərzdə yanaşır onlara. Amma nəticə bəlli. Real düşünsək, kişilərin çox ciddi çətinlikləri var. Bizim çiynimizə yüklənən, daşınması böyük bir yük var. Bizim bətnimiz yoxdur, dünyaya gətirə bilmirik. “Bətnin qədər danış!” deyərlər adama. Qadın içindən başqa bir insan çıxara bilir, sən çıxara bilərsən? Ona görə sən qadındakı bu qabiliyyətə heyranlıq, qısqanclıq və hirslə baxırsan. Bu səbəbdən qadını döyürsən, alçaldırsan. Ona görə asan öldürə bilirsən, əsgər ola bilirsən. Qadın ordusu qura bilərsən? Qura bilməzsən. Türk olsun, kürd olsun – fərq etmir; 20 yaşındakı cavanlar yaşamadan ölür və bir ana çıxıb: “Vətən sağ olsun, daha bir oğlum olarsa, onu da göndərərəm,” – dediyi zaman başımı divara vurmaq istəyirəm. Bir ana bu cümləni qura bilməz, ya da biz yalnız elə deyənləri izləyirik, sırf onlar göstərilir bizə. Ötən illərdə bir ananın övladları ölmüşdü Güneydoğuda. Ana dedi ki: “Mənim oğlum şəhid filan deyil! Naməlum bir cinayətə qurban getdi”. O qadının sözlərini kəsdilər. Qadın dünyaya gətirəndir, insanın nə olduğunu bilir. Qadın yalnız övladı təhlükədə ikən öldürür və o zaman onu heç kim tuta bilməz. Həmin qadın qəhrəmanlıq olsun deyə kimsəni öldürməz.

TÜRKIYƏ KINOSU

“Bətnin qədər danış!” deyərlər adama.

“Qalatasaray” tərəfdarı, rok sevən, Mozart pərəstişkarı, Türkiyənin “arabesk” dedikləri mahnı janrında ifalar etməyi sevən, əlindən ssenari kağızlarını buraxa bildiyi zaman isə sadə Bilginer... Xəyal edərdim... mənim həyatım xəyal edərək keçdi. Bir gün xəyala daldığım an öləcəyəm. Xəyal etmədən olar heç? Hər arzumun başlanğıcı xəyal etməkdən keçirdi. Xatırlayıram, yaz kino zalları vardı bizim uşaqlığımızda. İndilərdə yenidən tamaşaçıya qovuşmağa başlayır deyəsən. O vaxtlar hansı film gəlsə, gedib izləyərdim. Ən yadımda qalan Kubrickin “Spartacus”-u (1960) olub.


Film Fiction Magazine

49

Bu günlə yaşayıram. Bir həftə sonra nə edəcəyimi düşünmürəm. Bunu düşünsəm, heç bir şey edə bilmərəm. Alkoqoliklər də belə edirmiş, deyilənə görə. 30 ildir içməsə belə, “Bu gün içməyəcəyəm” deyə günə başlarlar. Mən də eləyəm (gülür). Təbiəti çox sevirəm. Eyvanda və ya bağım varsa, orada çiçəklərim, böcəklərim, itlərim, quşlarımla vaxt keçirirəm. Şəhəri çox sevmirəm. Torpağı və ona bağlı yaşayanları sevirəm. Onlar səmimidir, digərləri yox. Testləri çox xoşlayıram. Fəlsəfi olan, bizim yaşadığımız və bildiyimiz, amma tam da anlaya bilmədiyimiz şeyləri ələk-vələk edən kitabları, yazıları oxumaqdan həzz alıram. Çox-çox ssenari və pyes oxuyuram. Bu səbəbdən bəzən “Kaş ki, vaxtım olsa, roman da oxusam” deyirəm. Çünki vaxt məsələsi var. Bəzən sənətçilər “məşğulam” deyirlər, amma nə ilə məşğuldurlar? “Bunlar heç məşğul filan da deyillər əslində” deyə fikirləşir adam. “Axşam çıxır səhnəyə, bəs yaxşı, gündüz işləri nədən ibarətdir?” İngiltərədə aktyorlar “aktyoram” deyəndə, “Gündüz işiniz varmı?” – deyə soruşurlar. Hər növ musiqi xoşlayıram, amma söz musiqidən düşdükdə, cazdan çox, klassika deyə bilərəm. Gözəl bəstələnmiş və ruhumu dilə gətirən hər musiqi mənim zövqümə xitab etmiş qədər vardır. Türk musiqisi və “arabesk”i çox sevirəm. Klassikanı sevdiyimi söylədim, amma sevmədiklərim də

TÜRKIYƏ KINOSU

O zamandan etibarən, Bilgineri teatr və kino adına böyük xəyallar və arzular izləyəcəkdi...


TÜRKIYƏ KINOSU

50

Film Fiction Magazine


Film Fiction Magazine

51

Kimisi üçün aqressiv, kimisi üçün olduqca açıq sözlü olan bu adam haqqında bir ortaq düşüncə öz mahiyyətini itirməyəcək: o, teatrın yetişdirdiyi bir aktyordur. Tamaşaçı onu səhnədən, o isə öz tamaşaçısını ağlından keçən fikirlərə görə tanıyır. Fəqət acı bir həqiqətin də fərqindəyəm. Ən yaxşı rolumu canlandırmadan öləcəyəm bir gün. Heç biri “ən yaxşısı” olmayacaq ki! Ömür çatmaz buna... Adəm 350 il yaşayıbmış yalanlarını düşünməyin. Kainat haqqında düşündükdə görürük ki, 100 il belə azdır, qısa bir zaman limitidir insan ömründə. Fəqət acı bir həqiqətin də fərqindəyəm. Ən yaxşı rolumu canlandırmadan öləcəyəm bir gün. Heç biri “ən yaxşısı” olmayacaq ki! Ömür çatmaz buna... Özümüzü tanımadan öləcəyik. Sizi tanımaq çox asandır. Daha doğrusu, tanıdığımı zənn edəcəyəm, o da ki, haqqınızda bir az danışsanız. Tanıyıram nə deməkdir? – Cismən gördüm və bir daha üzünü görsəm, tanıyaram. Mən özümü tanımıram, sizi necə tanıyacağam? Dərd də budur axı, özümüzü tanımadan öləcəyik.

TÜRKIYƏ KINOSU

var. Mozart pərəstişkarıyam, o, böyük bir dahidir mənim üçün. Rok çox xoşlayıram: Queen və Pink Floyd dinləyirəm zamanzaman...


52

Film Fiction Magazine

Tərcümə: Aygün Vəlizadə

“Kiçik aşiq adam” İLYAS SALMAN

TÜRKIYƏ KINOSU

E

şq. Şeir. Mübarizə. İlyas Salman bu üç sözlə ifadə edir özünü. 14 yanvar 1949-cu ildə, Malatyanın Arquvan vilayətinin Asar kəndində dünyaya gəlmişdir. Bu tarixi qeyd edirik, çünki bildirilən budur. İlyas Salman özü ad gününün dəqiq tarixini belə bilməyən, doğum gününü qeyd etməyən bir insandır. Türkmən ələvisidir. Uzun illər kürd kimi tanınan aktyor, mənsubiyyətindən əlavə, siyasi çıxışları, inancları və kitabları ilə bir çoxları tərəfindən hər zaman tənqid atəşinə tutulmuşdur. Bəlkə elə bu səbəbdən “usta aktyor” deyə biləcəyimiz bu şəxs ikinci plana atılmışdır. “Malatya Turan Emeksiz” liseyindən məzun olan Salman, Ankara Dövlət Konservatoriyasına daxil olur. Lakin yarımçıq bitirdiyi, bəzi mənbələrdə isə konservatoriyadan qovulduğu bildirilir. Uzun illər kino üçün çalışdı. 1977-ci ildə Atıf Yılmazın rejissorluq etdiyi “Baskın” filmində rol aldı. 1978-ci ildə “Üsküdar Şehir Tiyatrosu”nda gələcəkdə minnətdar olacağı, hər söhbətində onun dəstəyini vurğulayacağı adamla – Şener Şenlə birlikdə “Aslan Asker Şvayk İtlere Karşı” tamaşasında rol alır. Ssenarisini İhsan Yücenin yazdığı, rejissorluğunu Atıf Yılmazın etdiyi “Kibar Feyzo” filmində bir çox məşhur aktyorla birlikdə çalışmaq şansı olur. Bu adlara Kemal Sunal, Müjde Ar, Adile Naşit, Şener Şen, İhsan Yüce kimi adlar daxildir. Film, günümüzdə də İlyas Salman və Kemal Sunalı yada salmaqla, kəndli-feodal münasibətlərini xatırlatmaqdadır. 1978-ci ildə Rıfat Ilgazın eyniadlı əsərindən ssenariyə uyğunlaşdırılmış, musiqilərini Melih Kibarın yazdığı, rejissorluğunu Kartal Tibetin etdiyi və bu seriyada beşinci film olan “Hababam sınıfı dokuz doğuruyor” filmində rol alan aktyor burada da peşəkar sənətkarlarla (Münir Özkul, Adile Naşit, Perran Kutman və s.) birgə çalışmaq fürsətini yaxalamaqla bərabər, ekranların sevilən siması olmağı bacarır. Yeri gəlmişkən, sevilən film haqqında: bu film “İnek Şaban” xarakterini canlandıran Kemal Sunalın olmadığı ilk “Hababam” seriyası idi. 1980-ci ildə ssenaristləri Yavuz Turgul və Sadık Şendilin olduğu, rejissorluğunu Ertem Eğilmezin


Film Fiction Magazine

53

etdiyi “Banker Bilo” filmində Şener Şenlə daha böyük uğura imza atır, hər ikisi baş rolu paylaşır. Daha öncə qeyd etdiyimiz adlar bu filmdə də rol almışdılar. Yenidən “Hababam” seriyasına geri dönürük. Belə ki, filmin 2000-ci illərdə yeni nəsil davam edəcək seriyasından öncəki son filmi olan: “Hababam sınıfı Güle Güle”nin də rejissorluğunu 1981-ci ildə Ertem Eğilmez etdi. Bu film seriyanın altıncı filmi olmaqla bərabər, həm də “İnek Şaban”, “Güdük Necmi”, “Damat Ferit” xarakterlərinə həyat verən Kemal Sunal, Halit Akçatepe və Tarık Akan üçlüsünün olmadığı ikinci film oldu. “Kel Mahmut” xarakterini canlandıran usta sənətçi Münir Özkulun yer almadığı tək “Hababam Sınıfı”. Filmin baş rollarını İlyas Salman, Adile Naşit, Şevket Altuğ, Mehmet Ali Erbil, Hüseyin Kurtman, Fulya Özcan paylaşmışdır. “Ankara Birlik Tiyatrosu”nda 1997-ci ildən 2000-ci illərədək tamaşalarda rol almışdır. Gülser Salman ilə ailə həyatı quran aktyorun Devrim adında qızı və Temmuz Ali adında oğlu var.

“Hasretim sansürlüdür” adlı şeir kitabı, “Türksolu” jurnalında yazdığı məqalələrinin toplandığı “Kırmızı beyaz” adlı kitabları mövcuddur. Bundan başqa, kitablarda da öz siyasi fikirlərini bir araya toplayan Salman, filmlərdə rol almaqla kifayətlənmir, bəzi ssenarilərdə də pay sahibi olurdu. Ahmet Ümitin romanından istifadə edərək, 2006-cı ildə ssenariyə çevrilən, Selma Ergeç və Uğur Polatın rol aldığı “Sis ve gece” filmində “Cuma” xarakterini canlandırmışdır. Bu filmlə mükafata sahib olan aktyor, daha sonra 2015ci ildə “Ve Panayır Köyden Gider” filmində rol almışdır. 8 yaşına qədər üç kənd gəzir, hər birində də kərpicdən tikilmiş birotaqlı evlərdə yaşayır. ”Kərpicdən tikilən evlər çox tez isinir,” – deyə xatırlayır o illəri. Orta məktəbi çətinliklə bitirir, çünki məktəbə getmək üçün çəkməli olduğu yol əzabı vardı. Yaşadığı kənddə isə heç məktəb yox idi.

TÜRKIYƏ KINOSU

“Anamdan gələcəkdə polis şöbələrində görəcəyim işgəncələrin ağrısını öyrəndim…”


54

Film Fiction Magazine

Bugün açız yine evlatlarım, diyordu peder, Bugün açız yine; lakin yarın, ümid ederim, Sular biraz daha sakinleşir... Ne çare, kader! “Anamdan gələcəkdə polis şöbələrində görəcəyim işgəncələrin ağrısını öyrəndim…” Anası haqda danışdıqda “yaratmağı və yaradılışı öyrəndim” – deyir. O hər kəsin inancından ayrılmış bir şəkildə yaşayır həyatı. Aktyor əvvəlcə atasını, ardından 20-30 gün keçməmiş anasını itirir, ən çox atasının ölümüylə sarsılır. Anasının ölümünə üzülməyə fürsətinin yaranmadığını isə onun son iyirmi ildə xəstə yatmasıyla, heç kəsi tanımamasıyla əlaqələndirir. Hər ikisini eyni dərəcədə sevsə belə, anasının ölümlə ağrılardan qurtulduğunu, yaşam əzabına son verildiyini düşünür. Haqqını verərək üzülə bilmədiyini deyərkən, ondan çox şey öyrəndiyini bildirir: “Anamdan gələcəkdə polis şöbələrində görəcəyim işgəncələrin ağrısını öyrəndim” – deyir.

TÜRKIYƏ KINOSU

“Qadınların kişilərdən nə qədər qorxduqlarını o zaman anladım…” Anası xəstəlik səbəbiylə artıq onu tanımamaqdadır. Bir gün anası İlyas Salmanın həyat yoldaşıyla söhbət edir. Hər ikisinə uzun-uzun baxdıqdan sonra, onu (İlyas Salmanı) işarə edərək Gülser xanımın qulağına pıçıldamış ki: “Bu kişiyə diqqət et… Gecə yatağına filan girər, sənə baxır bayaqdan”. “Xəstəlikdən irəli gəlirdi, bəli. Lakin ilk dəfə o zaman anladım, kişilərdən nə qədər qorxduqlarını qadınlarımızın” – deyə münasibət bildirən aktyor, sözlərinə davam edərkən, qadın haqlarından tutmuş, kişi-qadın münasibətlərində kütlənin fikrinin hansı səviyyədə olduğunu bildirməkdən çəkinmir. Hər şey “mənimsəmə” yoluyla həyata keçdiyindən, qadına da “mal”, “mənim malım!” gözündə baxan kişilərin, qadınlar üzərində təsirindən tez-tez söhbət açır və qadınlara dəstək olurdu. Çiyinlərində yük daşıyıb “bu gün də çörək gətirə bildim” – deyərmiş atası. Onun haqqında danışarkən bir şeiri yada salır: “Bugün açız yine evlatlarım, diyordu peder… açız yine; lakin yarın, ümid ederim”… “Atamdan öyrəndiyim şey; biz sarı dimdiyini yuxarı tutmuş sərçə balaları idik və o dimdiklərdən içəriyə yemək atacaq birini… onu gözləməyi öyrəndik” – deyən aktyor,

“Qadınların kişilərdən nə qədər qorxduqlarını o zaman anladım…”


Film Fiction Magazine

“OĞLUM, SARAYA YALTAQ OLMAQDANSA, SƏN DƏ XALQA TƏLXƏK OL!”

TÜRKIYƏ KINOSU

münasibətlərinin demokratik olduğunu bildirir. Heç ata şilləsi dadmayıb, ondan əməyin dəyərini öyrənib. Bir dəfə böyük küskünlük yaşayan ata-oğul arasında inciklik günlərlə davam edib. Bu günlərdə “əməksiz çörək” yeyildiyini bildirən və bunu lənətləyən İlyas Salman, zəhmətsiz insanı dəyərsiz hesab edir. Ailəsi onu yetişdirərkən şərtlər nə olur-olsun bir şəxsiyyət kimi yanaşmış, evin dəcəl oğlu deyil, tam əksinə anlayışlı fərdi kimi baxırmışlar. Xanımından danışarkən, ona qarşı olan məsuliyyətlərdən heç zaman qaçmadığını, lakin ömründə ən çox utandığı hadisənin də xanımının adıyla bağlı olduğunu bildirir. Bir zamanlar digər tanınmışlar kimi, onun da adı bir kino aktrisası ilə dedi-qodularda hallanır. Çəkilişdən sonra birlikdə oturduqları stol arxasında jurnalistlər tərəfindən hədəfə alınır. Səhv başlıqlarla qəzetlərdə xəbərə çevrildiyi günləri xatırlayan aktyor, səhv anlaşılmaqla çıxdığı yolda çox utandığın bildirir. Bundan başqa dedi-qodularda heç zaman adı hallanmadığını vurğulayaraq, xanımına vəziyyəti izah edərkən onun məyus olan üz ifadəsi qarşısında da bir xeyli utandığını yada salır. “Həyat mənə sevməyi öyrətdi, eşqi öyrətdi. Eşq, şeir və mübarizəni bilməyən insandan xeyir gəlməz. Dünyada aşiq olunacaq çox gözəl, uğruna şeir yazılacaq çox gözəllik və mübarizə aparılacaq çox şey var…” Üzərində bir xeyli düşünülmüş, sərt, təsirli cümlələr qurmağı sevir. Belə cümlələr tapdığında təkrar-təkrar istifadə etmək adətidir. Dünyagörüşü müəyyəndir, qətidir. Soldan baxır hər şeyə. Bir sənətçinin belə olmasını lazım bilir. Güldürməyi seçib illər öncə, amma əsla gülmək tərəfində deyil. Ağlayanı çox olan bir ölkədə gülməyi özünə qadağan edən, ayıb sayan birinə çevrilib illər keçdikcə. O kinonun “çirkin aktyoru” olaraq başladığı bu yolda ən çox dediklərindən, düşündüklərindən vuruldu. Yoxsa sənətiylə, dik duruşuyla öz-özünə bir məktəbdir İlyas Salman. Bir dəfə oğlu qarşısına keçib: “Ata, mən sənin kimi təlxək olmayacağam, rejissor olacağam” – deyib, kino sahəsində oxumağa başlayıb. Aktyor bu cümləyə görə heç pis olmayıb, cavabında: “Oğlum,

55


56

Film Fiction Magazine

saraya yaltaq olmaqdansa, sən də xalqa təlxək ol!” – deyib. Aktyorun Şener Şen və Kemal Sunal sevgisi böyükdür. Şenerə olan sevgisi bir az da vəfa borcuna gəlib çıxır. “Heç paxıl biri deyildir Şener,” – deyir və əlavə edir – “məni kino ilə o tanış etdi, vasitəçi oldu”. Bu üçlük bir araya gəldiyi zaman, Türkiyənin əsas filmlərində komediya janrının haqqını verməklə tanınır. İnancı, danışdığı söhbətləri hər zaman diqqət çəkmişdir. Lətifə kimidir... Qonşusu vəfat edir, həyat yoldaşı təkidlə onu cənazədə iştirak etməyə çağırır. “Yox, dirisini sevmirdim, ölüsünü necə sevim?” – deyib. Xanımı əl çəkmədiyindən, dəfnə gediblər. Cənazə namazında molla soruşub: “Mərhumu necə tanıyırdınız?” Hamı adət üzrə: “Yaxşı” deyərkən, Salman qışqırmış: “Pis bilirdik!” Molla yenidən soruşur: “Haqqınızı halal edirsinizmi?!” Salman yenə, üstəlik bu dəfə daha yüksəs səslə: “Etmirəm!” – deyir, “Sağlığında oğrunun biriydi, öldü deyə təmizəmi çıxdı bu insan?” İlyas Salman sözünün arxasında duran, bunu gizlətməyən, açıq fikirli bir insandır. Buna görə də çox zaman polis şöbələrində səhəri açır, başqaları tərəfindən təhqirlər eşidir, sırf inancı yoxdur, müxalifdir deyə sənətçi olaraq qəbul edilmir kütlə tərəfindən.

“Kaş ki, dünyanın yeddi milyard yarım insanı da mənim kimi orta səviyyəli bir həyat sürməyi seçəydi…” 1981-ci ildə kreditlə bir ev alan, bu günədək də o evdə yaşayan Salman sadəliyini hər yerdə büruzə verir. Heç varlı olmaq xəyallarına dalmayıb, istəyi bir sənətçi olmaq idi. Şöhrətin gətirəcəyi pulları hesaba qatmayan, dünənini unutmayan azsaylı insanlardan biridir. Əzən deyil, əzənin tərəfində də deyil. Onun payına əzilən tərəf olmaq düşüb. “Mən həyatımda heç varlı olmağı istəmədim. Kaş dünyanın yeddi milyard yarım insanı da mənim kimi orta səviyyəli bir həyat yaşamağı seçəydi,” – deyir, – “quyunun dibində kimsə qalmazdı”. “Azlığın acgöz arzuları, çoxluğun səfaləti olur”. – bunu düşünən insanlardan biridir İlyas. Otağına “məbədim” deyən adam… külqabısı boş olmaz, bir qutu bitməmiş digərinin paketi açılmış siqaret, masasından “Sol Qazetesi”nin məqalələri yerə səpələnmiş vəziyyətdə, başqasını çağırıb kömək istəməz, özü yığışdıracaq… İçəri keçsən, “buyur əyləş” deyəcəyi oturacaqları vardır, lakin özü yerdə oturmağı seçər.

TÜRKIYƏ KINOSU

“Hər kəsin yaxşı olmadığı bir yerdə bir insan tək başına yaxşı ola bilməz.” Necə olduğunu soruşanlara, “Türkiyə kimiyəm” cavabını verir çox zaman. “Bir insanın xoşbəxtliyi küçədə gördüyü xoşbəxt insanların çoxluğuyla düz mütənasibdir. Küçədə gülən insan görmürsünüzsə və siz gülürsünüzsə, sizdə bir qəribəlik var deməkdir. Mən küçədəki insan qədər xoşbəxtəm. Hər kəsin yaxşı olmadığı bir yerdə bir insan tək başına yaxşı ola bilməz” – deyir. Yarıqadın, yarıkişi geyimi geyinərək küçələrə çıxdı, qadınlara dəstək oldu, qadına


Film Fiction Magazine

57

yönəlmiş şiddət, uşaq istismarına qarşı özünəməxsus səsini ucaltdı. Çox müzakirə olundu, hər addımıyla iqtidara qarşı çıxdı. İqtidara boyun əyən kütlədən olmamaq ona baha başa gəldi. Bir konfrans zalında, təxminən 1500 insanın toplaşdığı məkanda çıxış edir. Deyir ki: “Müasir gənclik Özalın izi ilə gedib, oğurluğu öyrəndi”. Zaldan biri Salmana: “İlyas qardaş, Özal da sənin bir yerlindir, niyə tənqid edirsən?” – deyir. Usta aktyor deyək, ya söz ustası deyək. bilmirəm… cavabında: “Ən yaxın yerlim atamdır. Əsas kim olması yox, adam

olmasıdır”

Adam bu cavabla da təkidinə davam edir, hər insanın bacarığının olduğunu, bacarıqdan kimin, necə istifadə edə biləcəyinə qarışmamaq lazım olduğunu müdafiə etməkdə davam edən gənc, Salmanı tənqid edir. Salmanın sözlərində həqiqət vardır, bu kütlə, cəmiyyət pulla ucalan insana toxunulmazlıq haqqını öz əlləriylə verir. Zəhmətsiz insan Salman üçün heç kim idi. Doğulduğumuz yer eyni ola bilər, eyni havanı da uda bilərik, lakin mütləq düşüncə fərqi bunları əhəmiyyətsiz edir.

“ H a m b a l Vahapın oğlu İlyas Salmanam mən…”

“Davamlı olaraq “bəli” deyən bir adam sənət icra edə bilərmi? Sənətçi “xeyr” deyə bilməlidir, “dayanın!” deyə bilməlidir.” Ən çox “sənətçidirsə, işini görsün, siyasətdən ona nə?” deyilərək tənqid edilir. Çünki sol təfəkkürünün yetişdirdiyi adlardan biridir. Atatürk sevgisi daşıyır “sol tərəf ”ində. Birtərəfli, üsyansız sənət olmaz deyir aktyor: “İncəsənət insanın təbiətlə vəhdət şəklində yaşamasıyla başlayır. Həyata toxunmayan şeyin adı

TÜRKIYƏ KINOSU

Ən çox bəhs etdiyi, müsahibələrində yorulmadan dilə gətirdiyi bir sözdür. Çoxları “filankəsin oğluyam, qohumuyam, dayısıyam” – deyə qürurlandığında ağlımıza yüksək vəzifəli şəxs gəlir. Salman üçün atası ən dəyərli şəxsiyyətdir. Onun istəyi İlyasın müəllim, ya da polis olması idi. “Böyük adam olacaqsan” deyədeyə böyüdür atası onu. İmtahan verdikdə qəbul olacağını bilirmiş, təxmini də, biliyi də onu yanıltmır. Lakin o, kinonu, teatrı seçir. Əməyinə görə qibtə etdiyi, “Hambal” kimi tanınan kişini, ailəsinə baxan, uşaqlarını oxudan, bəs etmədiyini görüb simit satan adamı səhnələr vasitəsilə tanınmaqdan keçən yolda, “Hambal Vahapın oğlu” olduğunu dilə gətirməklə arzusuna çatdırmağı seçir…


58

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

sənət ola bilməz. İncəsənət həyatla qohum olmaq məcburiyyətindədir. Həyatla qohum oldunsa, siyasətlə də qohum olmalısan. Hamımız həyatdan belə, ya da elə şikayət edirik. Dəyişdirmənin yolu elm və sənətdən keçir. İncəsənət qurulmuş nizama müxalif olmalıdır, çərçivəni sevməməlidir. Başqa cür dəyişdirə bilməz ki. Hər zaman “bəli” deyən bir adam sənət icra edə bilərmi? Sənətçi “xeyr” deyə bilməlidir, “dayanın!” deyə bilməlidir.” Onun gözündə ideal bir sistem yoxdur. Sosializm belə, ona görə, ideal ola bilməz. Amma “betərin betəri var” misalıyla, günümüzü müqayisə etdiyində, sırf pulla idarəçiliyi ələ alanların yerinə, özü kimi düşüncəyə və bərabərliyə səsləyən sənətçilərin idarə etdiyi dünyanı daha yaxşı hesab edir. “Bilən insan təhlükəli insandır” Mahir Çayanı xatırlayır müsahibələrindən birində. Siyasi görüşündən danışarkən onun adını çəkir, ardınca da uzun bir susqunluq. Və davam edir: “Kaş ki, xəyalları gerçək olaydı. Ümid edirəm ki, heç olmasa Türkiyədəki gözüaçıq insanlar onun yazılarını oxuma fürsətini tapar. Təəssüf ki, biz yaşadığımz dünyanı tanımaqdan məhrumuq. Bilən, görə bilən adamlar da öldürüldülər. 1960-cı ildən bu yana ən çox oxumuş adamlar vuruldular, asıldılar və ya sürgün edildilər. Ən çox onlar həbsdə yatdılar. Bilən insan təhlükəli insandır” Çox təhlükəli zənglər alır, təhqirləri qulağıyla eşidir. Amma bunlar aktyoru yolundan döndərmir. Ən məşhur filmlərdən olan “Kibar Feyzo”nu təhlil edərkən, günümüzün Türkiyəsində iqtidarmüxalifət münasibətlərini təhlil edir: “Xalq – “Kibar Feyzo”dur. Bu iqtidarın dəyişməsi üçün ilk növbədə oxuyub yaza bilən insan nisbətini deyil, oxuduğunu anlayan insanın nisbətini dəyişdirmək lazımdır. Rol aldığım bütün filmlər günə uyğunlaşır, eyni sancıları yaşayırıq. Mən artıq “necəsən?” suallarına, “Türkiyə kimiyəm” yox, “Türkiyədən daha yaxşıyam” deyirəm, yeri gəlsə. Son seçimlər “demokratiya”nın “d”sinə olan ümidimi də öldürdü deyə, artıq belə deməyi uyğun görürəm, belə hiss edirəm. Ən böyük dərdim, istəyim insanların heç olmasa rahatlıqla ev


“QARANLIQ BIR PARTIYANIN ÖZÜNƏ AĞ DEMƏSI BIZI ALDATMIR. BIR INSAN HƏM SAĞÇI, HƏM DƏ ŞƏRƏFLI OLA BILMƏZ. İKISI YAN-YANA GƏLMƏZ. AZ QALA ALLAHIN CIBINDƏN PEYĞƏMBƏRI O Ğ U R L AYAC AQ LAR.”

ehtiyaclarını ödəyə bilməsidir.” “Banker Bilo”, “Çiçek Abbas”, “Kibar Feyzo” kimi yaddaşlarda qalan filmlər İlyas Salmanın həmişə xatırlanmasına səbəb olacaq. Onlar qədər məşhur olmayan, amma sənətçinin ən əhəmiyyətli performanslarından birini ekran vasitəsilə ortaya çıxardığı mükafatlı film “Fikrimin İnce Gülü (Sarı Mersedes)”lə Salmana bəslənən sevginin yanında, hörməti də özüylə gətirir. Serialların zaman keçdikcə, real həyatdan daha çox uzaqlaşdığını, hətta indilərdə kənar olduğunu düşünür: “Uşaq istismarı, “töre” dediyimiz cinayətlər Türkiyənin şərqində ən çox beş milyon insanı maraqlandırır. Bu cür hekayələr Türkiyəni izah etməyə yetmir. Amma işin qəribə tərəfi belə marjinal əhvalatlar çox maraqla izlənir”. İlyas Salmanın həyatında maraqlı ziddiyyətlər və qəribə təsadüflər var. Salmanın ən sevdiyi şəxsiyyət Mahir Çayanın silahlı mübarizədən çəkinməyən biri olmasına baxmayaraq, onun əksinə, Salman silahlara qarşı çıxan bir insandır. Dediyinə görə, əsgərlikdə belə əlinə silah almayıb. Haqqını, canını qorumaq üçün belə olsa, kimsəyə silah çevirə bilməyəcəyini söyləyir. Hazırda yaşadığı mənzilinin adı “AK.”-dir. Mövzu İlyas Salman olduqda, belə şeylərə diqqət etməli olursan. Həqiqətən zarafat kimidir... Çünki Salmanın indiki iqtidardakı partiyaya olan müxalifliyini mənim sözlərimlə izah etmək mümkün deyil. Onun üçün öz sözləriylə ifadə etmək daha uyğundur: “Qaranlıq bir partiyanın özünə ağ deməsi bizi aldatmır. Bir insan həm sağçı, həm də şərəfli ola bilməz. İkisi yan-yana gəlməz. Az qala Allahın cibindən peyğəmbəri oğurlayacaqlar.” Türkiyənin tarixindən danışarkən, Osmanlıdan söhbət açır aktyor: “Azadlıq tərəfdarı olanlara ziddir. Yalnız müharibələrlə və xəraclarla pul qazanmışdır. İstanbul xaricində xalqına heç bir xeyir gətirməmişdir. Geriyə nə buraxmışdır: xilafət. Bu gün onun həsrəti ilə yaşayan bir çox fırıldaqçı var”. “Türkiyədə yetmiş milyon insan yaşayır, su içib, amma sərxoş gəzirlər, mən onlardan daha ayığam”. Kimliyini gizləmir, lakin çoxu onu “kürd” deyə bilir. Anadolu ələvisi olan aktyor onlardan çox şey öyrənib. Alkoqoldan qədərində istifadə edir, lakin polis şöbəsinə bu yalanla aparılmasını yada saldıqda: “Türkiyədə yetmiş milyon insan yaşayır, su içib sərxoş gəzirlər, mən onlardan daha ayığam” deyir. Atatürkçülüyü, Kemalizmi, müstəqil Türkiyə anlayışını həmişə onlardan, yaşadığı coğrafiyadan öyrəndiyin bildirir:

59

TÜRKIYƏ KINOSU

Film Fiction Magazine


60

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

“Aktyor, həyatdan aldığını sənətə təqdim edən adama deyilir”

“Açığı məni məscidə də çağırsalar, gedərəm. Amma düşündüyümü söyləyərəm. Demokratiya adına gözəl bir şey söyləyən hər kəs dostumdur, qardaşımdır”. “Aktyor, həyatdan aldığını sənətə təqdim edən adama deyilir” Türk kinosu tərəfindən sədlər hörülür ətrafına. O onsuz da hər rastına çıxan rejissorla çalışmır. Küçədəki insanın, millətə xas təbəqənin ona dəyər verdiyindən heç zaman şübhəsi olmadığı, dövlətinsə onu “döyməkdən” usanmadığı bir sənət həyatına öyrəşib. “Film, həyatın pərdədəki əksidir… Aktyor, həyatdan aldığını sənətə təqdim edən adama deyilir. Aktyorluq yalnız qabiliyyətlə olan şey deyil. Məsələn, altı aylıq bir uşağı suya atsanız, çırpına-çırpına suyun üstündə qalmağı öyrənər, aktyorluq da küçədə, həyatda, ağ pərdədə qulac ata-ata öyrənilir. Onsuz da xalqı tanımayan haqqı tanımaz, xalqını bilməyən xalqın kinosunu çəkə bilməz”, – deyir. “Sevgili dostum, ümidin bitmədən ömrün bitməsin. Çünki ömür ümiddən əvvəl bitməlidir”. Qeyd etdiyimiz kimi, kitablar yazır və imzalayarkən “Sizin İlyas...” yazmağı da unutmur. Çünki o, xalqın sənətçisidir. Bəzən də əlavə edər o sözünün yanına: “Sizin İlyas eşqi, şeiri və mübarizəni bilərək yaşayan bir insandır. Dünyada aşiq olunacaq çox gözəl, uğruna şeirlər yazılacaq çox gözəllik var, mübarizə aparılacaq çox şey var. Gözəllikləri, çirkinlikləri göstərərək yaşayır, sizin


Film Fiction Magazine

61

İlyas. Sizin İlyas, kristal bir adam. İndi kimsə mənə “təvazökar ol” deməsin. Ölkəmizdə onsuz da alçaqlıqla “alçaq könüllü”lüyü bir-birinə qarışdıran yetərincə insan var. Dünyanı nə qədər bilirsənsə, bir o qədər dərd çəkərsən, o qədər sevinc hiss edərsən”. Yəqin ki, indi daha aydın başa düşülür niyə ona “xalqın sənətçisi” deyildiyi… Niyə bu ada özünü layiq bildiyi. Daha yüksək yerlərə gələ biləcəyini, daha yaxşı filmlərə, rollara imza atmaq istəyi varsa belə, bu sözləri açıqca demək cürətini qazandığı kimi, arzusunun tam gerçəkləşməyəcəyini də bilirdi. İqtidara qarşı çıxmış bir insan olaraq tanıtmışdı artıq özünü, media tərəfindən yozulan sözləri vardı. Onun üçün də fərq etmir; kürd, ya türk uşağı olması, kim iqtidarın oyunlarına qurban gedirsə, eyni dərəcədə heyfsiləndiyini, daim bu oyunlara qarşı çıxacağını bildirir, ta ki millətin gözü açılanadək. Özünün diliylə desək: “Biz, varlıların güllələri ilə ölürük. Onlar isə bunu ağ saraylardan teatr kimi seyr edirlər”. Sinan Çetinin ona verdiyi adla xatırlanmağı istərmiş: “Küçük aşık adam”

TÜRKIYƏ KINOSU

“BİZ, VARLILARIN GÜLLƏLƏRİ İLƏ ÖLÜRÜK. ONLAR İSƏ BUNU AĞ SARAYLARDAN TEATR KİMİ SEYR EDİRLƏR”.


62

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

BU SADƏCƏ FILMLƏRDƏ OLAR

Tərcümə: Şahin Xəlil


H

Film Fiction Magazine

əyatda heç nəyə güzəştə getmə. Güzəşt etdiyin hər şey xəyalından bir parçanı götürüb, özü ilə aparar. Sonda bəlkə də hədəfinə çatarsan. Amma xəyalından heç bir şey qalmayacaq. Bax, məhz elə bu cür də oldu. Xəyalını qurduğum, gerçəkləşdirmək istədiyim nə var idisə, içinə siçdilər. Artıq xəyal qurmaqdan yoruldum. Hər kəs çox danışır, hamısı da özündən çox əmin. İnandıqları həqiqətləri isbatlamaq belə istəmirlər. Hər kəs hər şeyi bilir. “Bir az sakit olun. Bilmirəm, hansınıza inanım” – deyə bağırmaq istəyirəm. Amma bağırmıram. Əvəzində daha bir siqaret yandırıram. Çünki, birini dinləyərkən gözlərinə baxa bilmirəm. Hamımızın gözündə bir məzar daşı gizlənib. Mənimkinin üstündə yazılanları oxumalarını istəmirəm. Qaranlıqda yata bilmədiyim üçün gecələr işləyirəm. Səssizlikdən qorxduğum üçün insanlara qarışıram. Başqa cür beynimdəki səsləri susdura bilmirəm. Ömür boyu onlara oxşamamağa çalışdım. Ən pisi onların kim olduğunu da bilmirəm. Əvvəlcə başımın içində çevrə çəkirəm. Sonra onun ətrafında dövrə vururam. Qocalmaq: gələcək arzuları buraxaraq, keçmişi düşünməklə başlayır... Qocalıram. İşlər pisləşməyə başlayanda qarşısını almaq olmur. Çıxış yolu axtarmağa çalışdıqca, itir, düşdüyün quyudan yuxarı dırmaşmağa çalışdıqca, daha dərinə düşürsən. Bir səs, bir əl, bir ümid işığı gözləyirsən. Amma gözləməyin mənasızdır. Bax, məhz bu anda arzulayırsan: “Kaş ki, həyat filmlərdəki kimi olardı”. Gözləmədiyin anda biri ilə tanış olarsan. Sən ona adını deyərsən, o da sənə. Əl sıxmaq və məmnuniyyət hissələrini bir göz qırpımında keçərsiniz. Sanki çoxdan birbirinizi tanıyırmışsınız. Sanki eyni mahnıları dinləyib, eyni filmləri izləmişsiniz. Söhbət uzandıqca uzanar. Susmasını istəməzsən. Bu sadəcə filmlərdə olmaz. Həyat bəzən insana kiçik sürprizlər edər. Hər şey çox gözəl davam edər. O anlatmağı sevər. Sən isə dinləməyi. Dinlərkən

63

TÜRKIYƏ KINOSU

Həyat insana əsla mərhəmət göstərməz.


64

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

çox vaxt gözlərində itərsən. Orada qalmaq istəyərsən. Heç kim səni tapmasın istəyərsən. Nə yorğunluğunu xatırlayarsan, nə də gözlərindəki məzar daşında yazılanları düşünərsən. Amma ən dərinə düşdüyün zaman, ürküdücü bir səs səni özünə qaytarar. “Gedirəm” – deyər uzatmadan. Birdəfəlik gedəcəyindən qorxarsan. Bir ay sonda dönəcəyini deyəndə, üzün gülər, anlamsızca hırıldayarsan. Bu sadəcə filmlərdə olmaz. Həyat bəzən insana pis zarafatlar edər. Yaz axşamı, lənətli istidə qapısının önündə gözləyərsən onu. Taksi yaxınlaşar qapıya. Neçə vaxtdır görmürsən, nə edəcəyini bilməzsən. Maşından düşər. Göz-gözə gəldiyiniz an, stəkandan süzülürmüşcəsinə yağış başlar və təkcə siz islanarsınız. Bu sadəcə filmlərdə olmaz. Həyat insana bəzən bir şans verər. Eyni evdəsiniz. Heç cürə rahat otura bilməzsən. Yastıqlar belini, düşüncələr beynini parçalar. Uyğun bir zaman tapıb, ona, onu necə çox sevdiyini söyləyəcəksən. Ağzına tikanlı məftillər çəkilib sanki. İki kəlmə heç cürə ağızdan çıxa bilməz. Bir fincan qəhvə ilə gələr mətbəxdən. Başını çiyninə söykəyər. Həyəcandan udquna da bilməzsən. Sən əsl zamanıdır düşündüyün an, başını qaldırar və gözlərinin içinə baxar. Sən heç nə demədən ağlamağa başlar. Nə deyəcəyini bilməzsən. Başını yenidən aşağı salar. Baxa bilməz gözlərinə. Sənin danışmağına fürsət vermədən, ötən gecə yatdığı adamdan danışar. Nə susacağını düşünərsən. Hönkür-hönkür ağlamaq keçər içindən. Amma o rahat ağlasın deyə, çiynini tərpətməzsən. Bu sadəcə filmlərdə olmaz. Həyat bəzən insanı incidər. Uzun zaman görüşməzsiniz. Çox sonralar adı önəmli olmayan bir küçədə rastlaşarsınız. Göz-gözə gəlincə üzün gülər. Əllərini hara qoyacağını bilməzsən. Bədəninə artıq kimi gələrlər. Gülümsəyərək, bütün gözəlliyi ilə sənə yaxınlaşar. Çirkinliyindən utanarsan. Üzündəki yara izləri sızlar. Varlıqlarını xatırladarlar sənə. Qucaqlayar... Yara izlərinə toxunar. Susqun dodaqlarından öpər, içindən göyqurşağı keçən gözlərini zilləyər gözlərinə. Birdən birə, “səni sevirəm” – deyər. Bax, məhz bu təkcə filmlərdə olar. Çünki, həyat insana əsla mərhəmət göstərməz.


65

TÜRKIYƏ KINOSU

Film Fiction Magazine


66

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

Tərcümə: Aygün Vəlizadə

Həyatın ata rolunda TURGAY TANÜLKÜ

“Uzun zaman işgəncə gördüm, uşağım ola bilməyəcək qədər ağır işgəncələrdən söhbət gedir... Bizim həyatımıza haradan baxsan, bir dramdır. Çox xoşbəxt olan seqmentdən biri deyiləm. Müsahibə zamanı kövrəlsəm, əfv edin. Həbs olunduqdan sonra “Ulucanlar” həbsxanasına göndərildim. Özümü və hücrədəki qardaşları əyləndirmək adına rollara girərdim orada... Teatrı kiçik-kiçik səhnələrlə hücrəyə daxil etməyi bacarmışdım. Oradakı vaxtımın çoxu belə də keçdi”.


A

Film Fiction Magazine

67

18 iyul 1953-cü ildə Uşakda dünyaya göz açan aktyor, “Kurtlar Vadisi” serialındakı “Şahin ağa” rolu ilə tanındı. Lakin uzun illər teatr səhnəsində zəhmət çəkən aktyorun saysızhesabsız rolları mövcuddur. Bundan əlavə, “Dokuz Eylül Üniversitesi”ndə (1987-1989-cu illər) aktyorluq və səhnə dərsləri verib, bir çox əlil, uşaq islah evlərində insanlar üçün teatr qruplarına rəhbərlik edib. 63 yaşındakı aktyor, 18 yaşında girdiyi həbsxanadan 26 yaşında başqa biri olaraq çıxır. Azadlığa ilk addımı atarkən “Mən bura geri dönəcəyəm!” – deyə özünə söz veribmiş. Döndü də... amma məhkum olaraq deyil. Bəzi insanların yaşadıqları üz cizgilərində əks olunur. Turgay Tanülkünün üzündəki hər qırış, iz həyatına toxunan insanlardan qalmış xatirə kimidir. Bəlkə bu səbəbdən də onun üzündə bolluca hüzn var. Çünki həyatına toxunduğu insanlar da həyat məhkumları idi... 63 yaşına çatan ömrünün çox hissəsini həbsxanalarda, islah evlərində məhkumları teatrla görüşdürməyə həsr edən, illərlə yatdığı həbsxanadan çıxdığında ora bir daha dönməmək üzrə deyil, “qəti şəkildə təkrar qayıdacağam” deyərək söz verən bir aktyordan daha çox, əzmli bir insandan söhbət gedir. Qayıdır və məhkumlara teatrdan hücrələrə qədər daşınmış rollarla, hekayələrlə, səhnələrlə “ümid” olmaq adına ömrünü bu işə həsr edir. 1981-ci ildən bu yana baş çəkmədiyi, addım atmadığı həbsxana qalmayıb. Üstəlik sadəcə məhkumların deyil, onların uşaqlarının da həyatına ümid işığı olur. 23 övladı var. Bunlardan 14-ü həbsxanadan çıxan uşaqlardır. Bu uşaqlar aktyorun var-dövlətinin timsalıdır. Hər biri ən yaxşı məktəbləri, universitetləri oxuyaraq peşələrə yiyələniblər. Hətta onlardan biri hüquq oxuyub, prokuror belə olub. Yaşananları aktyorun verdiyi müsahibə vasitəsilə öz dilindən ərz edirik: Həbsdəykən konservatoriyaya gözətçilərin bələdçiliyi ilə gedib gəlir. Bizim kimilərin həyatında həmişə bir dram var. 1970-ci illərdə “Ulucanlar” həbsxanasında siyasi səbəblərlə həbsdə yatdım, 18 yaşındaydım. Uzun zaman işgəncə gördüm,

TÜRKIYƏ KINOSU

ktyorluğu ilə Türkiyənin sərhədlərini aşan, bir çox insanın sevgisini qazanan Turgay Tanülkü belə deyir həyatının əsas günləri barədə. “Sabah” qəzetinə verdiyi müsahibəylə bilinməyən tərəflərini işıq üzünə çıxaran Tanülkünün şəxsi həyatı bir çoxları tərəfindən: “Yer kürəsi belə insanlara görə hələ də fırlanır” – şərhini topladı ətrafında. Həyatına dair ən böyük izləri bir-bir izah etdiyi müsahibə də daxil olmaqla, illərdir ekrandan tanıdığımız aktyorun bilinməyən keçmişiylə tanış olaq:


68

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

uşağım ola bilməyəcək qədər ağır işgəncələr… Ankarada liseyi bitirib, hüquq fakültəsində oxumağa fürsət qazanmışdım. Eyni zamanda da konservatoriya imtahanlarından da müsbət nəticəylə keçmişdim. Dediyim kimi, “Ulucanlar” həbsxanasında cəza çəkməyə göndərildim, o vaxtlar “Ulucanlar” indiki statusundan çox fərqli idi. Həbsxanaya girəndə siyasi mövqeyim vardı. Bu mövqe, haradan olursa olsun, insanlarla birlikdə hörməti də özüylə gətirirdi. Özümü və hücrədəki qardaşları əyləndirmək üçün müxtəlif rollara girirdim, dillərdə gəzən lətifələri canlandırırdım. Həbsxanadaykən məktəbə gedib-gələ bilirdim, lakin gözətçilərin yoldaşlığı ilə. Konservatoriyayla həbsxana arasında iki prospekt var idi. Gözətçi məktəbə qədər gətirib buraxırdı məni, axşama yaxın gəlib götürürdü. Məktəbdə şübhələnənlər olurdu bu vəziyyətdən, çünki cəza çəkdiyimi bilən yox idi. Hər kəs bir-birindən qorxurdu, işverənlər, agentlər vardı o zamanlar... Çox düzgün prokurorlar da vardı; onlara zaman-zaman çətin vəziyyətdə qaldığımı söylədikdə məktəbdə qalmağıma icazə verirdilər. Mənə güvənirdilər, doğrusu. Bizim vaxtımızda baş nəzarətçi belə oxumaqyazmaq bilməzdi. Onların məktublarını yazırdım, ailələrini tanıyırdım. Mənə övladları kimi davranırdılar. Dərslərində köməklik edib, tapşırıqlarını hazırladığım prokuror uşaqları vardı. Bu səbəbdən məni sevirdilər, tolerant yanaşırdılar. Ailəm bilmirdi, təbii olaraq da ziyarətçim gəlmirdi… O dövrdə indiki kimi gündə 3 dəfə yemək verən bir həbsxana deyildi “Ulucanlar”... Hücrənin “ağa”sı, ya da pulu olan bir nəfər nə alsa, paylaşardıq. Mən teatr sayəsində natamam professional idim. Onları güldürür və yeməyə haqq qazanırdım. O vaxt çox çətin bir dövr idi. Elektrik kəsilirdi həbsxanada, su onsuz da yox idi. Anamsa məni Almaniyada bilirdi. Çünki o zamanlar radioda axtarışda olanların siyahısı açıqlanırdı, tutulmusansa, artıq o siyahıda adın qalmazdı. Qısası, mənim adım o siyahıda yox idi. Onlara Almaniyada olduğumu demişdilər. Təbii olaraq da, heç ziyarətçim gəlmirdi. Bir gün həbsxanada birinin ziyarətçisi gəldi. Birlikdə onu hazırladıq, saçlarına limon suyu çəkdik, birindən təmiz köynək aldıq, onu ziyarətçisinin qarşısına elə göndərdik. O an ürəyimdə dedim ki: “Bir aktyor səhnəyə hazırlanır” (gözləri dolur)... O zaman teatrın

MƏN DƏ IŞGƏNCƏ GÖRDÜM, AMMA O UŞAQLARIN QIŞQIRIQLARI ƏN BÖYÜK IŞGƏNCƏ IDI. fərqini içimdə hiss etdim. Gülər üzlə görüşə gedirsən, səni görməyə gələnlər üçün bir rola girirsən. İndi də işimiz o deyilmi? Bəlkə içdən-içə qan ağlayırıq, amma üzümüz gülür. Xüsusilə uşaqların ana və ya atalarını həbsxanada ziyarət etməsi mənə dərindən təsir edirdi. Fəryadlarını heç unuda bilmirəm. Mən də işgəncə gördüm, amma o uşaqların qışqırıqları ən böyük işgəncə idi. Uşağımın olmayacağını artıq o zamanlar bilirdim. Beynimdə yalnız bir fikir vardı: uşaqları xilas etmək. Onlar üçün nəsə etmək lazım idi. İllər sonra günahsız olduğum sübuta yetirildi. 26 yaşımda həbsxanadan çıxdım. Səkkiz gözəl ilim getmişdi... Teatr – bir insan qoxusudur. Həyata 26 yaşımdan sonra öyrəşməyə çalışdım. Amma çıxdığım gün özümə söz verdim: həbsxanaya yenidən qayıdacağam! 1981-ci ildən məhkumlarla könüllü olaraq teatr səhnəciklərini hücrələrə daşımağa başladım. Könüllü olduqda idarənin də razılığı olurdu. Dərs hazırlayıb, hər gün həbsxanaya gedirdim.


Film Fiction Magazine

69

Məhkumlardan bir qrup yaratdım, ilk hekayəmizi o zaman səhnəyə qoyduq. Məhkumların rolunu bölüşdürüb, “Qala” tədbiri keçirərdim. Onların ailələri də izləməyə gələrdi. Uşaqlar atasını, anasını seyr etməkçün gələr, tamaşa sona çatar, qonaqlar gedər, o böyük-böyük adamlar səhnədən düşər, ailəsinin oturduğu kresloları qoxlardı (ağlayır). Teatr bir insan qoxusudur. Uşağım olmadığını və olmayacağını bilirdilər. Həyat yoldaşım, sağ olsun, “qismət” deyib, qəbul etmişdi. 27 ildir evliyəm. Bu “Qala”lar və səhnələr vasitəsilə məhkumların uşaqlarıyla tanış olmağa başladım. Bazarda, küçədə məni görəndə yollarını çevirib atalarını soruşurdular. “Oooo... səni görməyim yaxşı oldu, atan pul vermişdi, gəl sənin bir ehtiyacını ödəyək” deyə-deyə başladım onların həyatına təmas etməyə. Halbuki atasını necə xatırlayım? Məmləkətimin insanı çox şərəfli və qürurludur. Uşaqların

Neylon torba satdım, “Ankara OSTİM”də bir çay ocağı açdım. Oradan gələn pullarla uşaqlara dəstək olmağa çalışdım. O zamanlar TRT-də “Ferhunde Hanımlar” serialında rol alırdım. O da bir yerə qədər bəs edirdi. Amma o pul çox gücləndirmişdi məni. Yoldaşımla danışdım və uşaqları nəzarətimizə götürməyə qərar verdik. Ana-ata çarəsiz qaldıqda uşaq küçəyə və cinayətə yönəlir.

TÜRKIYƏ KINOSU

ANA-ATA ÇARƏSIZ QALDIQDA UŞAQ KÜÇƏYƏ VƏ CINAYƏTƏ YÖNƏLIR.

xoşbəxtliklərini gördüyümdə az-az pul verməkdən daha çoxunu etməyə meyl etdim. Ailələrlə danışmağa başladım, oxuda bilib-bilməyəcəklərini öyrənirdim. Vəziyyətlərini izah edirdilər. Əvvəl öz evlərində dərs verməyə başladım. Ərzaqlarını alıb, xərclərini ödəyirdim. Bütün bunları təmin etmək üçün teatrdan əlavə də çalışmalıydım...


TÜRKIYƏ KINOSU

70

Film Fiction Magazine


Film Fiction Magazine

71

ƏSLİNDƏ İÇƏRİ GİRƏNDƏN ÇOXDUR, ÇÖLDƏ QALAN HƏYAT MƏHKUMLARI. Böyük övladımın 45 yaşı var artıq. 45 yaşında oğlum var indi (gözləri gülür). İlk götürdüyüm, böyük övladımdır. Ali, soyadını demək istəmirəm, çünki bir yerdə idarəçi vəzifəsini icra edir. Alini oxudurdum, amma öz evində qalırdı. Fikrim ondaydı, çünki atası həbsxanadaydı. Amma belə bir şey var, atalar içəridə olduqda, analar işləmirsə, uşaq nə edəcək? Ya atasının günahının iziylə gedəcək, ya da başqa yollara... Məsələn, narkotik səbəbiylə həbsə girmiş ata üçün vəkil elə bir pul istəyir ki, qadın ərini qurtara bilmək üçün o işi etmək məcburiyyətində qalır. Bir zəncirin halqasına gedib çıxır bu iş.

Ailələrin bəziləri uşaqları peşəyə yiyələndikdən sonra axtarmağa başladı. Çox çalışıram. Beş dənə evimiz var: Bursada, iki dənə İstanbulda, iki dənə Ankarada. Raci Şaşmaz da sağ olsun. Məndən soruşsan ki, “Evin var?” Yoxdur. Avtomobilim var bir dənə. Hal-hazırda 23 uşağım var. 11-i universitetdə oxuyur, balacalarım var, orta məktəb, lisey yaşında... “Uşak Eşme”də “Düz” kəndində daha balacalar var, onlar da çoban uşaqlarıyla birlikdə torpağı öyrənərək böyüyür. Mən ibtidai məktəbdə kənd institutu müəllimlərindən dərs aldım. Onlar mənə nə öyrədibsə, uşaqlarıma da onu öyrədirəm. Bu səbəblə uşaqlarımın hamısı tarlanı, ağacı, torpağı öyrənir. Onlara bir dilim çörək ver, bağa burax, nə yeyəcəklərini taparlar. Balacalarıma bir dostumun həyat yoldaşı baxır. Onun da uşaqları və nəvələri var. Böyüklər özlərinə əmanətdir. İşin gözəl tərəfi isə böyüklər artıq kiçiklərə sahib çıxır, kömək olur. Zəncirvari davam edir bu vəziyyət. Düşüncələrində də azadlıqları var. Mən “Qalatasaray” tərəfdarıyam deyə, onlar da eyni klubun azarkeşi olmaq məcburiyyətində deyil yəni. Qızlarımdan biri hicablı olmaq istədi və qapandı. Heç bir ayrı-seçkilikdən

TÜRKIYƏ KINOSU

Qız uşaqlarını nəzarətimizə götürdükdən sonra işin rəngi dəyişdi. Hər biriylə qürur duyuram, bir qızım Merve Sultan Elgün indi prokuror kimi çalışır. İki uşağım qurduğum səhnəciklərdə rol alır. Biri kino, biri də teatr məzunudur. Mən çox uşaqlıq yaşaya bilmədim, bəlkə bunun da təsiri var. Həbsxanada, barmaqlıqların o tərəfindəki uşaqların atalarına toxuna bilməmək üsyanı, atanın bunu görüb ayağına çimdik atıb, dik dayanıb, ağlamamağa çalışması. Sonra hücrədə üsyan edib başını divarlara vurması... Çox böyük dram var həbsxanada. Bunlar mənə çox təsir edib. Bəzi insanlar cəza alır, sonra küçəyə zərərçəkmiş olaraq buraxdıqları insanlar da var. Əslində içəri girəndən çoxdur, çöldə qalan həyat məhkumları.


72

Film Fiction Magazine

söhbət gedə bilməz. Fəlsəfi olaraq ayrı-ayrı qablarda yemək yedirdərək böyütmədik onları. Tək qab, amma hər kəsin ağız dadı ortaq. Biz elə böyüdük. O zaman ayrı-seçkilik də olmur arada. Mənim “Facebook”um, mənim siqaretim söhbəti yoxdu bizdə. Ortaq bir hesabımız var, ora mənim çalışıb qazandığım pul, çalışmağa başlayan uşaqlarımın qatqıları və kənardan çox güvəndiyimiz adamların dəstəyi toplanır. Ehtiyacı olan götürür. Uşaqlardan bəzilərinin ailələri, çox təəssüf ki, onlar peşəyə yiyələndikdən sonra onları axtarmağa başladı. Bu çox ağırdır.

TÜRKIYƏ KINOSU

“Analar günü”ndə həyat yoldaşıma 23 dəstə gül gəlir. Xüsusilə qız uşaqlarının ailələri “Nə ilə məşğulsan?” – deyə soruşmalı idilər. Soruşanlar da var, çox az. İşə girəndən, əlləri pul tutandan sonra axtarmaq olmaz, vicdana işləmək olmaz. Kişilər daha fərdidir... Küçədən götürdüyüm uşaq da oldu, pis vərdişləri olanlar da. Onlar çox davakar və sərt olur. Uşaqlarımdan biri davamlı olaraq polis idarələrinə düşür. “Beyoğlu”nun arxa küçələrində yaşadım bir müddət. O vaxtlar onları da özümlə aparmışdım. Arvadım da özünü bu işə həsr etdi. Analar günündə 23 dənə gül dəstəsi gəlir (gülür). Bu uşaqların heç bir gözləntisi yoxdur… Hər biri “Ata” deyir… Ağır bir söz! (Gözləri dolur)

ATA SƏNİN GÜCÜN BİZƏ KEÇDİ, ÇOX GÜCLÜYÜK

Yılmaz Güneyin onlarla dostluqları vardı, onu çox sevərdilər... Sağ olsun Raci Şaşmaz, Bahadır Özdener, Oktay Kaynarca... Yaxşı insanlardır onlar. Hər biri yaxşı bir qələmdir, onların yazdıqlarını yaşamış kimi hiss edirəm. Mən keçmişin qaranlıq tərəflərindən çıxan sərt adamlarla birgə həbsxanada yatdım, çıxdıqdan sonra da əlaqə saxladım onlarla. Fərqli, özünəməxsus mövqeləri var idi o adamların. Yılmaz Güneyin dostları vardı “Ankara” həbsxanasında: Yusuf Koç, “Kürt Ahmet” ləqəbli Ahmet Turgut, Cesi Cemal, İskender Çolak, Dündar Kılıç... Bunların oturub-durma ədəbləri vardı. “Kabadayılık” dediyimiz əxlaqı vardı, mafiya deyil! Yılmaz Güneyin onlarla dostluqları vardı, onu çox sevərdilər... Onları tanımaq və eyni hücrəni paylaşmaq böyük təcrübə olub mənim üçün. Cesi Cemal serialda məni izlədikcə “eyni adamsan, oğlum” deyir. Bu sərt adamların işi kasıbın cibi olmurdu. Kasıbdan istifadə etməzdi qaranlıq işlərində. Mafiya isə fağırları istifadə edir pis işlərində, bəs deyilmiş kimi əziyyət də verir.


Film Fiction Magazine

73

Bu adlardan başqa misallar gətirsəm, Mehmet Ali Ağcaya rol verdik “Kartal Cezaevi”ndə olarkən. „Milliyyət“ qəzeti, “Abdi İpekçini öldürən qatil, baş rolda!” deyə başlıq yazdı. Bu tənqidlər çox ağır gəlirdi mənə. Halbuki mənim dərdim filankəslərdən çox, həbsxana idi. Həbsxanada üç dəqiqə belə, başqa dünyaya keçid haqqı verə bilir. Məhkumlara bunu deyirəm hər zaman: teatr qaranlığın içindəki bir işıq qaynağıdır. Qabiliyyətin olsun, olmasın gəl. Burada teatr, ədəbiyyat, şeirdən söhbət açacağıq. Bunlarla məşğul olarkən, bir yandan da günləri ələkdən keçirirsən. İnsanı ələ almaqdır əhəmiyyətli olan.

… hücrədə qaldım, sıfır nöqtəsini yaşadım, çayı belə üç ay sonra içdim. Ziyarətçim yox idi, amma ümidim var idi, bir gün çıxacağam və həyatın nəbzini yenidən tutacağam deyə... Bu ümid! Türkiyə daxilində 60-dan çox həbsxanada səhnəyə çıxdıq. 68 minə yaxın məhkum izlədi bizi. Mən hücrədə qaldım, sıfır nöqtəsini yaşadım, çayı belə üç ay sonra içdim. Ziyarətçim yox idi, amma ümidim var idi, bir gün çıxacağam və həyatın nəbzini yenidən tutacağam deyə… Sait Faik Abasıyanıkın yazdığı Firdevs Aylin Tezin səhnələşdirdiyi “Son Kuşlar”a ümid deyirik. Bir xatirə dəftərimiz var, pərdələr bağlandıqdan sonra rol alan məhkumlar düşüncələrini yazırlar. Anadoludan bir qadın məhkum belə yazıb: “Bundan sonra hələ 20 il

TÜRKIYƏ KINOSU

Çox tərs uşaq olaraq böyüdüm mən, çünki atasız qalmışdım və anamı qorumaq məcburiyyətindəydim, tez özündən çıxan bir tipdim. Həbsxanaya girməsəydim, fərqli bir adam ola bilərdim. Amma orada özüm xaricində başqa insanları da düşünməyi öyrəndim. Evdə bir şeyin olmamasına üsyan etdiyimizdə atam deyərdi ki: “Çölə baxın, insanlar küçələrdə...” Atam şəkər fabrikində çalışırdı, qürur duyduğum bir ailəm var. Ayda-ildə bir mandarin görürdük, o da iki dənə, ya üç dənə. O pəncərədən çölə baxanda görürdük ki, həqiqətən bizdən də pisləri vardı. Adam olmasaydım, bu müsahibədə qeydə alınanlar da yaşanmazdı... Şükr etməyi bacarmalıyıq. Prokuror qızımla sağollaşırdım bir dəfə, çevrilib dedi ki: “Ata, sənin gücün bizə keçdi, çox güclüyük”, göz yaşlarımı saxlaya bilmədim. Mənə prokurorluq xatirələrini danışır: “İfadə alanda özümü xatırlayıram və məhkum uşaqlıdırsa, hakimlə danışıram, qanunun bu maddəsinin yüngülləşdirici olub-olmadığını dəqiqləşdirirəm...“


74

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

Mənim uşaqlarım keçmişlərinə görə həyata bir-sıfır məğlub başlayır

daha cəza çəkəcəyim üçün uşaqlarımın ziyarətini qadağan etmişdim, unutsunlar məni deyə. Bu rol məni təkrar həyata bağladı, uşaqlarımla təkrar görüşəcəyəm. Sağ olasan, müəllim”. Bu xatirə dəftərləri artıq beş cildə çatıb. Həmin beş cild məhkumların yazdıqları və gün üzünə çıxacağına möhürü olmayan yazıların toplaşdığı kitablardır. Fikrimdə bu da var, şəkilləri ilə birlikdə kitab halına gətirim. Bu kitabın gəliri isə “Darüşşafaka”ya kimsəsiz uşaqlara gedəcək. Məhkumun yazdığı bir xatirə başqa bir uşağın təhsilində pay sahibliyi edəcək. Bunu ölmədən öncə etmək istəyirəm! Bu, ürəkdən gələn bir istəkdir... Bu səhnədə kimsə pul güdmür. Məhkumların övladları belə rol alır. Merve Sultan Elgür var məsələn, bu səhnədə rol alırdı, aylar əvvəl prokuror olacağı qərarı çıxdı, rolundan imtina etməli oldu. Resul kino fakültəsini bitirmişdir, Volkan teatr bölməsindən məzundur. “Son Kuşlar”ı iki ildir səhnəyə daşıyırıq. Ondan əvvəl məhkumlar özləri rol alırdı. Bu da artıq mənim əlvidam... 63 yaşındayam.

“Tunceli”də rol aldıq. Bir hakim xanım var idi. Məhkumlarla birgə səhnəni seyr edirdi və finalda çox ağladı. Prokuror qızım Sultanı qucaqladı və dedi: “Bundan sonra mühakimə edərkən bu səhnəciyi xatırlayacağam”. 180 min məhkum var, istəyirəm, hamısı paylanan rolları görsün. Əsas alın yazısından məhkum olanlar, çöldə qalan uşaqlar, qadınlardır. Ölkəmin qadını çox çətin vəziyyətdədir. Əri həbsə girdiyində, başlıca olaraq, özünü hər kəsdən qorumaq məcburiyyətindədir. Bu qisməti onlar və onların uşaqları yaşayır. Çox fərqli şeylər yaşadım. Adam özü içəridədir, qardaşı gəlinlərinə meyl edir. Bu çirkinliklər də var. Ona görə də bu uşaqlara sahib çıxmaq vacibdir. Atası “Buca” həbsxanasında qalan məhkumlardan, rol verdiklərimdəndir. “Qala” təyin etdik, ailələr də gəlmişdi. Merve Sultan Elgün də, qardaşı və anası da orada idi. “Malta”ya, yəni həbsxananın böyük dəhlizinə girdim. Gedərkən iki qız uşağı gəldi əlimdən tutdu, biri: “Turgay Ata dedikləri sənsən?” – deyə sözə


MƏN YALNIZ SƏNİN DÜNYAYA GƏLMƏNDƏ PAY SAHİBİ OLDUM, QIZIM, TURQAY ATAN İSƏ SƏNƏ SAHİB ÇIXDI.

başladı. “Biz oxumaq istəyirik,” – dedilər. “Tamam, sən kimin qızısan?” – dedim. “Yoginin” – dedi. Yoginin ürəyi çox gözəldir. Şeir yazar, aktyorluğu vardır. “Nə olacaqsan, qızım?” – dedim. “Prokuror” – dedi. Bu seçiminin səbəbi vardı. Ziyarətçi qismində içəri keçdikdə, üst-başın axtarışı əsnasında o dövrün həbsxana prokuroru saçlarını oxşayıbmış onların. Xoşlarına gəlib. O gün qərar vermişdi, bunu dediyində hələ 12 yaşında idi. Atasından icazə aldıq, Sultanı və bacısı Sareyi götürdüm. “Heç bir şeyinə qarışmayacaqsınız” – dedim. Sare də baş tibb bacısı olmağa haqq qazandı. Çox çalışdılar amma. Gəzintiyə gedirdik, qucaqlarında test kitabçaları olardı. Məqsəd, tutunmaq məcburiyyətində idilər. Biri hüquq fakültəsində oxumağa başladı. Məktəbi bitirib prokurorluq imtahanlarına hazırlaşmağa başladıqda isə, onun yerinə az qala mən depressiyaya girirdim… Mənim uşaqlarım keçmişlərinə görə həyata bir-sıfır məğlub başlayır. Kimiləri idarəçi vəzifəsində olur, kimi başqa mövqelərdə vəzifə alır. Uşaqların keçmişləri bilindiyi zaman onlarla fərqli davranmağa başlanır. Sultan imtahanlara hazırlaşarkən saçları ağardı, sarılıq keçirdi. Çox çətinliklər yaşadı. O dövrdə həmişə ağlımdan bu keçirdi: “Məndən qaynaqlanan, ya da öz atasına görə çətinlik yaşayırmı görəsən?” Prokuror olacaq deyə hər şeyini araşdırırlar. Öz-özümü yeyirdim. Ona da bəlli etmək istəmirəm. İmtahan bitdi, Kenan İpek gəlib qızıma: “Səninlə qürur duyuruq,” – dedi. O gün sanki dünya mənim oldu. Bu uşaqlar sıfırdan gəlmədir. Bütün uşaqlarım ailələrinə getsin istəyirəm. Öz atası da həbsxanadan çıxdı. Qürur duyur, amma onun qızına dediyi bir sözü həmişə mənə ağır gəlmişdir: “Mən yalnız sənin dünyaya gəlməndə pay sahibi oldum, qızım, Turqay atan isə sənə sahib çıxdı.”

75

TÜRKIYƏ KINOSU

Film Fiction Magazine


TÜRKIYƏ KINOSU

76

Film Fiction Magazine


Film Fiction Magazine

77

Müəllif: Şahin Xəlil

“Biz reallığı da göstərməliyik. Yılmaz Güney kimi...”

TÜRKIYƏ KINOSU

MÖHTƏŞƏM ÜÇLÜ


78

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

1972 ERTEM EĞİLMEZ MƏKTƏBİ

-ci ildə Türkiyədə dövrünün ən məşhur rejissorlarından olan Ertem Eğilmez “Tatlı Dilim” filminin çəkilişlərinə başlayır. Baş rolda da modellikdən kinoya qədəm qoyan gənc və yaraşıqlı Tarık Akandır. Rollar bölüşdürülərkən Ertem heç kimin tanımadığı, “Yeşilçam”ın yaraşıq meyarlarına uyğun olmayan Kemal Sunala da qısa rol verir. Bu Kemalın kino karyerasının başlanğıc filmi idi. Digər rollarda isə səhnələrdə və çəkiliş meydançalarında böyüyən Halit Akçetepe, xarizmatik görünüşü ilə Münir Özkul və dövrünün ən yaxşı ikilisi, Zeki Alasya və Metin Akpınar çəkilirdi. “Tatlı Dilim” bu qızıl altılığın bərabər yaratdıqları ilk film olur. Film tamaşaçılar tərəfindən sevgi ilə qarşılanır. Xüsusən də Kemal Sunal obrazına qarşı maraq gözləniləndən də yüksəkdə idi. Ertem Eğilmez bir il sonra, 1973cü ildə “Oh, olsun” filmində, yenə eyni komandanı yığır. Bu film də sələfi qədər rəğbətlə qarşılanır və beləliklə istər rejissorın, istərsə də aktyorların


Film Fiction Magazine

GÖZLƏNİL(MƏZ)ƏN ADDIM.

Tarık: Biz reallığı da göstərməliyik. Yılmaz Güney kimi... Ertem: Bu mənim də arzumdur, amma tamaşaçı istəyirmi? Tarık: Bunu bilməyin isə bircə yolu var idi. Risk etmək. Risk edib, dram çəkmək. Həm də komediya aktyorları ilə. Bu vicdan məsələsidir. Ertem: Haqlısan, amma film izlənməsə mən iflas edəcəyəm.

TÜRKIYƏ KINOSU

gələcəkdə yaradacaqları böyük işlərə təkan verir. Ertem Eğilmez çəkdiyi komediyaların uğurunu xərcləməklə məşğul olan rejissorlardan deyildi. Hər dəfəsində daha yaxşısını etmək iddiasında idi. Təbii ki, komediya janrında. O, aktyorlarının səviyyəsinə də bələd idi. Yaxşı bilirdi ki, bu aktyorlar Türkiyə kinosunun tarixini yazacaq potensiala malikdirlər. Bu potensialın reallaşması üçün isə maksimum əmək tələb olunurdu. Türkiyənin iqtisadi vəziyyətinin bərbad olduğu zamanlarda insanların üzünü təkcə belə filmlər güldürürdü. Tamaşaçı belə filmlərlə 1-2 saatlıq da olsa xoşbəxt olurdu. Olmasa da, xoşbəxtlik izləyirdi. Nəyi pis idi bunun? Bəli, pis heç nə yox idi. Amma kino təkcə komediya deyil axı. 1973-cü ildə Tarık Akanın Ertem Eğilmezlə söhbəti zamanı məhz bu mövzuda müzakirə gedir. “Biz reallığı da göstərməliyik. Yılmaz Güney kimi...” – deyir Tarık. Ertem isə deyir ki,“Bu mənim də arzumdur, amma tamaşaçı istəyirmi?” Bunu bilməyin isə

79


80

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

bircə yolu var idi. Risk etmək. Risk edib, dram çəkmək. Həm də komediya aktyorları ilə. “Bu vicdan məsələsidir” – deyir Tarık. “Haqlısan, amma film izlənməsə mən iflas edəcəyəm” – deyir Ertem və yazı masasında qalaqlanmış vərəqləri, dəftərçələr arasından ssenariləri seçir, birbir sinopsislərə göz atır. “Bu yox”, “Bu heç”, “Bu sonra”... – deyərkən, üzərində “Canım Kardeşim” yazılan ssenarini götürür. Sinopsisi oxuyub, gülümsəyir. Gözlərində qəribə kədər, heç bir kəlmə demədən ssenarini Tarıka uzadır. Tarık sinopsisi oxuyur. “Çəkməliyik”! – deyir. Beləliklə elə həmin il baş rollarını Tarık Akan və Halit Akçetepenin canlandırdığı “Canım Kardeşim” dramı çəkilir. Film gözlənildiyi kimi böyük marağa səbəb olmur. “Bu filmin uğuru illər sonra gələcək” – deyir Halit. Elə də olur. Film bu gün Türkiyə kinosunun bütün zamanlar üçün ən yaxşıları siyahısında öndə gedənlərdən hesab olunur.

BU FİLMİN UĞURU İLLƏR SONRA GƏLƏCƏK


Film Fiction Magazine

81

“Canım Kardeşim”dən sonra bir neçə şirkətə borclanmış Ertem Eğilmez borclarını qaytarmaq üçün yenidən komediyaya qayıdır. Ardarda “Salak milyoner”, “Köyden indim şehire”, “Mavi Boncuk” kimi filmlər çəkir. 1975-ci ildə isə Rıfat İlgazın “Hababam sinifi” əsəri əsasında eyni adlı filmi təqdim edir. Film milyonlar tərəfindən izlənilir. Filmin sitatları dillər əzbəri olur. Obrazların müxtəlifliyi və çoxluğuna baxmayaraq hər obrazın fərqliliyi kinematoqrafiya baxımından da dəyərli hesab olunur. Ertemin sevimli aktyor truppasına Şener Şen, Ayşe Gruda da qoşulur. Tamaşaçı isə Tarık Akan, Halit Akçetepe və Kemal Sunalı digərləri ilə müqayisədə daha çox sevir. Ertem bu sevgini gözəl anladığından üçlüyün bərabər səhnələrinə, dialoqlarına daha çox yer verir.

TÜRKIYƏ KINOSU

KASIB İLLƏR, BÖYÜK FİLMLƏR, GÜLƏN GÖZLƏR.


82

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

MÖHTƏŞƏM ÜÇLÜ

Aparıcı: Deyirlər ki, Recep İvedik, yeni Kemal Sunaldır, siz nə deyə bilərsiz? Halit Akçetepe: Axmaq, axmaq danışma, kəs səsini

Kemal Sunal kinoya teatrdan gəlmişdi. Ertem filmləri sayəsində sevilmişdi. Amma onu digər komediya ustalarından fərqləndirən səbəb dövrünün ədalətsizliklərinə, problemlərinə qarşı aşkar şəkildə etiraz etdiyi obrazları idi. Əzilənin yanında olmaqdan qorxmurdu. Bunu elə möhtəşəm bacarırdı ki, heç bir filmi qadağaya məruz qalmırdı. Xalq arxasında idi. Kemal Sunal transvistit obrazı yaradaraq, həmin obrazı hər kəsə sevdirən aktyor idi. Qalatasaray tərəfdarı olsa da, Beşiktaş papağı qoyaraq, “Beşiktaş xalqın komandasıdır” – deyərək, “Çarşı” sevgisi qazanan insan idi. “Yüz numaralı adam” filmi ilə insanlığını pula,


şöhrətə satan onlarla məşhura güzgü tutan sənətkar idi. “Bekçiler”, “Çöpçüler”-in kralı idi. Təkcə gülüşü ilə milyonları güldürən komediya ustası idi. Ən yaxın dostları isə Halit Akçetepe və Tarık Akan idi. Halit Akçetepe atası, məşhur aktyor Sıtkı Akçetepe sayəsində tamaşalarda və çəkiliş meydançalarında böyümüşdü. O, da Kemal kimi Ertem sayəsində məşhurlaşmışdı. Ertemin ən təcrübəli aktyoru sayılırdı. Kemalla yaratdığı tandem sonradan bir çox filmlər sayəsində onları unudulmaz ikiliyə çevirmişdi. Amma öz dediyi kimi Kemal qədər möhtəşəm ola bilməzdi. Ona görə ikinciliyi ilə barışmış, bundan məmnun idi. Rejissorlar sosial komediyalarda onu görmürdülər. Məhz buna görə Halit Kemal qədər potensialını ortaya qoya bilmədi. Sırf komediya ustası olaraq qaldı. Bütün yadda

qalan filmlərdə Kemalla bərabər oynadı. Buna bəxtsizlik deyə bilərik. Arzusunda olduğu dram filmlərdə ona rol tapılmadı. Həmkarlarının dediyinə görə isə, Halit qədər öz üzərində çalışan ikinci aktyor yox idi. Kemalla həm kinoda, həm həyatda çox yaxşı dost idilər. Kemalın ölümü onu ruhdan saldı. Və Halit demək olar ki, böyük kinodan getdi. Arada axmaq serial və komediya filmlərində epizodik rollarda görünsə də, əvvəlki Halitdən əsər əlamət yox idi. Kemalın adına heç vaxt toz qondurmadı. Qonağı olduğu bir televiziya proqramında jurnalistin “Deyirlər ki, Recep İvedik, yeni Kemal Sunaldır, siz nə deyə bilərsiz” – sualına, əsəbləşib, jurnalistə “Axmaq, axmaq danışma, kəs səsini” – deməkdən çəkinmədi. Dostları Kemal və Tarıkın uğurlarını heç vaxt qısqanmadı. Əksinə öz uğuru bilib, hər zaman fəxr etdi.

83

TÜRKIYƏ KINOSU

Film Fiction Magazine


84

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

kaş ki küsülü getməzdin, Kemal

Tarık Akan komediyadan başlamışdı. Yılmaz Güneylə tanışlıq onun istər həyatını, istər filmoqrafiyasını dəyişdi. Yılmazla çıxdığı “Yol”dan, Yılmazdan sonra da dönmədi. Komediyalardan gələn şöhrəti xərcləməklə məşğul olmaq varkən, kimliyini, iradəsini, şəxsiyyətini ortaya qoyaraq siyasi filmlərə çəkildi. Həbs olundu,təqib edildi, idealogiyasına görə təhqir olundu. Amma tutduğu yoldan dönmədi. Cəsarətli filmlərinə görə həm sevildi, həm də vətən xaini elan edildi. 90-larda şəxsi əşyalarını, hətta avtomobilini sataraq film çəkdiyini çoxu bilmirdi. Ciddi filmoqrafiyasına baxmayaraq çəkildiyi komediya filmlərindən heç vaxt utanmadı. Əksinə, hər zaman ağız dolusu danışdı. Halitlə hər zaman dostluq etsə də, təəssüf ki, Kemal Sunal ölən zaman onunla küsülü idi. Bu incikliyin də səbəbi Tarıkın idealogiyası, başqa cür isə desək, Kemalın sadəlövhlüyü idi. Kemalın simasından pul qazanmaq asan olduğundan bəzi işbaz rejissorlar ondan istifadə edirdilər. Bu isə Tarıkın xoşuna gəlmirdi. Hər dəfəsində Kemala, “Hər filmə çəkilmə, hər təklifi qəbul etmə” – deyərək, onu ayıltmağa çalışırdı. Kemal isə həyatda çox ciddi insan idi. Xoşuna gəlmirdi kiminsə tənqidi. Və Tarıkın növbəti belə sözlərindən əsəbləşərək, dostu ilə mübahisəyə başladı. Birbirlərinə ağır sözlər dedilər. Nəticədə isə dostluqları qırıldı. Kemal Tarıkla müqayisədə kinli biri idi. Tarık isə dostu ilə barışmaq üçün məqam gözləyirdi. Kemalın öldüyü gün Tarık dostunun cənazəsi önündə baş əyərək, göz yaşları içində, “kaş ki küsülü getməzdin, Kemal” – deyərək, pıçıldadı...


85

TÜRKIYƏ KINOSU

Film Fiction Magazine


TÜRKIYƏ KINOSU

86

Film Fiction Magazine

HƏR DÖVRÜN ADAMI ŞENER ŞEN Tərcümə: Aygün Vəlizadə


Film Fiction Magazine

87

Ö

TÜRKIYƏ KINOSU

zü kimi aktyor olan bir atanın oğlu olaraq 26 dekabr 1941-ci ildə dünyaya gəldi. Atası bir çox Yeşilçam filmlərində görməyə vərdiş etdiyimiz Ali Şendir. Hər dövrün adamıdır; əgər üç cümləylə ifadə etməli olsaq, bunlar yetərli olardı. Lakin türk kinosunda məktəbə çevrilmiş simalardan birinin həyatı və düşüncələri hər zaman maraq dairəsində olub. O qədər də isdedadlı bir şagird olmur. O, liseydə oxuduğu zaman atası artıq tanınmış bir aktyor idi. Atasıyla arzusu kəsişirdi. Lakin atasının istəyini yerə salmır və kənd məktəblərindən birində müəllimlik edir. Ən ucqar kəndlərdə və tək başına üç ilin sonuna çatır. 16 yaşında ilk dəfə udduğu səhnənin tozu onu yenidən çağırır. Atası razı olmur, onu müəllim kimi görməkdə qərarlıydı. Lakin kino tarixinə bir yaxşılıq edərək adından söz etdirməyi qətiləşdirən qərarlar qəbul edir. Bir yandan pul qazanmalı, bir yandansa teatra daxil olmağın yolunu tapmalıydı... Şener Şen möhtəşəm aktyorluğu ilə təxminən yarım əsrdən çoxdur ki bizimlə olan, hətta bizdən biri olan türk kinosunun ən tanış üzüdür. Atasının izi ilə gedərək, peşəsini davam etdirir və onun qədər səhnəyə əmək verir. Ali Şen Yeşilçam dövrü türk film tamaşaçılarının çox yaxşı tanıdığı obrazlara can verməklə yadda


88

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

qalıb. Bəzən acgöz biznesmen, qəddar bir ağa, fırıldaqçı bəzən də düşüncəli ailə başçısı, dəli bir elm adamı, mühafizəkar və ya anlayışlı bir ata... Şener Şenin xarakter zənginliyində atasının izlərini tapmaq mümkündür. Bəyənilən, yaddaşda qalmağı bacaran bir aktyor istər “köməkçi” istər “ulduz” olsun, tamaşaçının mənimsədiyi və ya belə desək, üstünə biçdiyi xarakteri layiqincə sərgilədiyi müddətcə qəbul edilir və izlənilir. Davamlı olaraq, illərlə...Hər dəyişmə öz qabiliyyətlərinin sərhədlərinə yeni təhlükələr yaradır: yaxşı adam yolun azdıqda tamaşaçıdan reaksiya alır, pis adam bir az yumşasa da, eyni- seyr edənlərin gözündə inandırıcı olmaqdan çıxar. Bir xarakterdən digərinə, müsbətdən mənfiyə, ya da mənfidən müsbətə keçid və əsas məsələ, bunun qəbulunu həyata keçirməkdir bu işin təməli. Bax, budur bacarıq! Bu sahədə sənətçinin müvəffəqiyyətinin təsiriylə həyata keçirilir hər şey. Atasıyla müqayisədə Şener Şen, köməkçi aktyorluqdan ‘ulduz’ aktyorluğa keçiddə sərgilədiyi bu bacarığı daha uzun müddətli qalıb. Şener Şen`in kino macərasını üç mərhələyə bölmək olar: Arzu filmlərin əvvəli, Arzu film dövrü və Arzu film sonrası. Şen`in ilk filmlərindəki rollarına baxdığımızda, asan yola üz tutub daha çox qısa və bol hərəkətli karikaturalar çəkdiyini görərik. Aktyor olaraq ilk filmlərinin ərsəyə gəlməsində daha çox kiçik şirkətlər üçün çalışır, epizodik rollarda rol alır, kiçik rollarda görünür. İlk əvəzedici aktyorluq təcrübəsi İlhan Enginin “Üç Öfkeli Genç”indədir (1963) və fasilələrlə ardı gəlir. Beş illik bir müddətdə kiçik rolların aktyoru olaraq Şener Şen, teatra daha çox zaman ayırmağa başlayır. Lakin daha sonra həyatını tamamilə dəyişdirəcək olan “Arzu film” qrupu tərəfindən kəşf edilərək, bu qrupa daxil olur. Onun sənət gücünü ortaya çıxaran ilk rejissorla qarşılaşır - Ertem Eğilmez. Arzu Film qrupu, qurucu Ertem Eğilmez, ssenari yazarı Yavuz Turgul, rejissor Kartal Tibet və dövrün az qala dəyişməz aktyor heyəti Münir Özkul, Adile Naşit, Ayşen Gruda, Kemal Sunal, İlyas Salman, Halit Akçatepe`dən ərsəyə gəlir. Şener Şen bu qrupdaykən filmlərində hərəkətlidir, şəndir, hələ ki, dramatik olmaq üçün nə səbəbi, nə də fürsəti var. Bəzən davranışları, reaksiyaları sürprizlərlə doludur, eyni anda həm sevimli həm də fürsətcil biridir. Amma hər zaman özünü xilas etməsini də bilir, məsələn nitqi və ardınca gələn gülümsəməyi ilə.


Əvvəllər köməkçi bir aktyor olur, daha sonra əzmi, çalışqanlığı ilə baş rol, bir “ulduz” mərtəbəsinə qədər yüksəlir. Şener Şen qrup üçün lazım olan aktyor olduğunu zamanla sübut edir. Qarşısındakı aktyorlarla (Kemal Sunal, İlyas Salman, Şevket Altuğ və s.) uyğunlaşma təmin edə bildiyi kimi, öz düşüncələriylə meydana gətirdiyi şəxsiyyəti də qoruyur, qarşı tərəfi basdırmır. Tam əksinə onun obrazına güc qazandırar. Qarşılıqlı rollarda Şen təhlükəli bir ustadır; qətiliklə rol oğurluğu etmir, amma varlığını elə ifadə edir ki, partnyoru olan istənilən aktyor hər an diqqətli olmaq məcburiyyətində qalır.

Vaxtından gec, amma qalıcı olaraq qovuşduğu şöhrət Şen 1976-ci ildə “Arzu Film”ə qoşulur və 1981-ci ilə qədər yalnız bu şirkətlərin məhsulu olan filmlərdə rol alır. İlk olaraq Kemal Sunal`la birgə çəkilir və Kartal Tibet tərəfindən idarə olunur. Əvvəl sevimli, saf xüsusiyyəti ilə könlümüzü qazanır. Daha sonra isə Kemal Sunal və İlyas Salman’la zidd bir ikilinin mənfi tərəfini yaradır, aldadıcı, riyakardır. Sunal və Salman’ın canlandırdıqları təməldə saf, dürüst xasiyyətinin yanında öz sevimli amma mənfi xasiyyəti ilə yaddaşlarda tələ qurur, sui-qəsdlər hazırlayaraq mübarizə aparması ilə yer tapır. Sevildiyindən istifadə edərək pisliyin parodiyasını əyninə rol adıyla biçir, bu mənfi obrazların qəbulunda çətinlik çəkmir, sadəcə qabiliyyətini göz önünə sərir. Şen`in mənfi xarakterlərinə baxdığımızda pislik deyilən şeyin əslində çox nisbi olduğunu anlayırıq. Pislik harada başlayır, harada qurtarır; öz xeyrinə bir şey istəməkdirmi, ya bunu əldə etməyə çalışmaqmı? Pislik etmək üçün səbəbləri var. Şen`in xarakterləri bu sualların tam ortasında durur. Bu əsla pisi, pis olmağı müdafiə etmək deyil. Pisliyin mizaha söykənən bir tənqidi, daşlanmasıdır. Bizə hər an bizim də pis ola biləcəyimizi xatırladır, pis insanın da bizim kimi bir insan olduğunu vurğulayır. Şener

89

TÜRKIYƏ KINOSU

Film Fiction Magazine


TÜRKIYƏ KINOSU

90

Film Fiction Magazine

Şen`in canlandırdığı rollara baxsaq, qarşımıza çox müxtəlif və bir o qədər də rəngli xarakterlərin çıxdığını görərik: “Yaşasın Hayat (1964) “, “Hizmetçi Dediğin Böyle Olur (1964), “Çıldırtan Arzu (1967) “, “Alicengiz oyunu (1971)” , “Kadın Satılmaz (1970)” , “Görünce Kurşunlayın (1971)” ,”Arap Abdo (1973) “, “Katerina (1972)” və s. Şener Şen, Arzu film`də Yavuz Turqul’la tanış olur, onu baş rolların ardınca ulduz aktyorlar arasına aparacaq olan, Turqulun ssenarilərini yazdığı bir dizi filmində rol almağa başlayır. Şener Şen, çox qabiliyyətli, şöhrətli aktyorlardan ibarət olan bir qrupun hissəsinə çevrilmişdir artıq: “Bizim Aile (1975) “, “Hababam Sınıfı Sınıfta Kaldı (1975) “, “Hababam Sınıfı Uyanıyor (1975)”. Şen`in ikili filmlərində isə vəziyyət tamamilə fərqlidir. Müsbət qəhrəmanın, sadəlövh amma hər zaman yaxşı niyyətli adamın (Kemal Sunal ya da İlyas Salman) qarşısına çıxan, aldadan, istismar edən, yox etməyə çalışan Şener Şen, bu ikilinin bir parçası olmaqdan çıxır və təzad yaradır: “Süt Kardeşler (1976)”, “Tosun Paşa (1976)”, “Çöpçüler Kralı (1977)” , “Neşeli Günler (1978)”, “Çiçek Abbas (1982) və s. Bir müddət sonra ağalıq Şener Şen üçün artıq adi bir vəziyyət halına gəlir. Yenə də təkrara yol verməməyə çalışır. Hər dəfə fərqli bir ağanı canlandıraraq, ona ayrı xüsusiyyətlər yükləmək üçün səy göstərir. Nəticədə zirvəsini “Züğürt ağa”da tapacaq olan ağa xarakteri türk kinosunda xüsusi bir ada çevrilir: “Şalvar Davası ( 1983) “, “Şekerpare (1983)” , “Namuslu (1984)”. Ssenarisini Başar Sabuncu’nun yazdığı və Ertem Eğilmez’in rejissoru olduğu Namuslu’da Şener Şen ilk dəfə yanında bir başqa baş rol aktyoru olmadan tək başına filmin mərkəzindədir. Namuslu’da Şener Şen, bir əvvəlki xarakterlərinin və daha öncəki üslubunun izlərini qaçılmaz bir şəkildə üzərində daşıyır, üstündən atmaq lazım gəldiyində böyük bir coşqu içində ortalığı aydınladır, amma eyni zamanda tragik olan vəziyyət və əlaqələri filmin xəttinə uyğun olaraq yumşaldaraq, ya da şişirdərək irəlidə sərgiləyəcəyi dramatik şkalası üzərində hərəkət edir. Namuslu hər hansı bir ümid element daşımayan, həmin dövrün qalıntılarını güclü bir şəkildə tənqid edən, tək bir müsbət adam belə təqdim etməyən (namuslu qəhrəman da sonda namussuzluğu tək çıxış yolu bilib, varlığın gərəyi olaraq seçəcək) filmdir. Şen bütün keçmiş təcrübələrini və müşahidələrini istifadə edərək kiçik məmurun qarışıqlığını, çarəsizliyini, müqavimətini, partlayışını, dəyişməsini, ətrafındakı insanlarla əlaqələrini canlandırdığı obrazla şərh edir. “Namuslu” namussuzluğu seçərək xilas olur, nizama ayaq uyduraraq vəziyyətin dəyişir, bu dəyişmənin bir yansıması olur. “Çıplak Vatandaş”dakı İbrahim nə edirsə etsin, nə sürətli dəyişimə, nə də


önünə sərilən təklif lərə ayaq uydura bilir. Ağlını qaçırmış bir dünyaya tabe olmaq, ya da ən azından ondan xilas ola bilmək üçün tək çarəsi ağlını qaçırmaq, gerçək bir dəliliyə sığınmaqdır. Baş rollarını artıran Şener Şen, bu müddət ərzində sıravi vətəndaş, məmur, kiçik burjua olur və hamısının ardından yeni bir dövrün başlanğıcı mənasına gələn, unudulmayan o rol gəlir, Şen yenidən bir “Ağa”nı canlandırır, amma bu ağa vərdiş edilən ağalardan olduqca fərqlidir və bəlkə də bu fərqlilik onu Şener Şen edən filmlər daxil olmaqla, bir çox türk filminə bənzəri olmayan, adını həkk etdirməyə köməkçi olur: Züğürt Ağa ... Şener Şen`in həqiqətən böyük aktyor olması yalnız texnikasından, obrazlardakı müvəffəqiyyətli xəttindən qaynaqlanmır. Bunun əsaslarından biri də bəhs edilən xarakterlərin tamaşaçıya hər zaman yaxın olması, bunlara qatdığı insanlıq və beləcə qazandıqları inandırıcılıq payıdır. Sonrakı illərdə Şen tempini salacaq, az amma təsirli filmlərdə rol alan bir “ulduz” mövqesinə gəlir, təklifləri diqqətlə qiymətləndirir və xüsusilə bir rejissora, Yavuz Turgul’a bağlanır, ən yaxşı rollarını onun sayəsində canlandırır. Şener Şen`in aktyorluq karyerasında “Züğürt Ağa” hər baxımdan bir ilk zirvə olaraq qəbul edilirsə, ikinci zirvə “Muhsin Bey”dir. Muhsin bəy təməldə bir nostalji filmidir, keçmiş və geri dönməyəcək günlərin və dəyərlərin xatirəsinə həsr edilmiş bir hörmət duruşudur. Eyni zamanda bu günün süni, şişirdilmiş, dəyəri olmayan dəyərlərinə səmimi və açıq tənqididir. Muhsin bəy başlı başına bir dünyadır, bir nağıla bənzər, amma sanki varlığının mənasından bir şeylər itirmiş kimidir. Muhsin bəy də bir “itirən”dir, bir başqa “namuslu”dur. Namuslu’da Ali Rza eskizini gördüyümüz, Züğürt ağa`da isə çəkilən rəsm Muhsin Bəy`də zərafətlə rəngləndirilir. Muhsin bəy hər şeyi qəbul edirsə, hər şeyi və hər kəsi anladığı üçündür, `insanın çarəsizliyi qarşısında belə anlayışlı olmaq, insan olmanın təməl prinsipidir. “Aşk Filmlerinin Unutulmaz Yönetmeni”ni təqdim etdiyi illərdə bir çox filmdə rol almış bir Şener vardır. Yeşilçam böhran içində çökmüş zamanlarını yaşayır, artıq nə edəcəklərini bilməyən rejissorları, çarəsiz prodüserləri, işsiz aktyorları...Film bir tərəfdən ənənəvi Yeşilçamın ardından oxunan son dərəcə həssas bir ağı, bir yandan da Yeşilçamın keçirməkdə olduğu “yeni quruluş”un zarafat qarığı bir tənqididir. Yeşilçamın hər istiqamətini çox yaxşı bilən bir sənətçiyə bu filmdə rol vermək də əbəs yerə deyildi bu səbəbdən. Yeşilçamın içində yetişmiş iki kino sənətçisi, rejissor Yavuz Turgul və aktyor Şener Şen yenidən əl-ələ verib bizlərə bir Yeşilçam əhvalatı izah edir, vəziyyəti və mühitin o dövrdəki problemlərini - ki bir qismi bu gün belə eyni qalır- açıq bir şəkildə ortaya qoyurlar. Yavuz Turgul - Şener Şen

91

TÜRKIYƏ KINOSU

Film Fiction Magazine


TÜRKIYƏ KINOSU

92

Film Fiction Magazine

ikilisinin qəhrəmanlarına baxdığımızda diqqəti çəkən başqa bir şey daha var - Ümumiyyətlə yalnız olmaları, yalnız qalmaları, yalnızlıqla yadda qalan dövrlərdən keçmələri, ya da keçmiş olmaları. Teatrdan kinoya uzanan uğur hekayəsi: İstanbul Şəhər Teatrlarında aktyorluğa başlayan, ancaq 1970-ci illərdə komediya filmləri ilə kinoya addım atan Şener Şen`in teatr karyerası geniş kütlə tərəfindən çox bilinməsə də, şəhər teatrlarında Othello’dan “Cyrano de Bergerac” kimi klassiklərə, “Keşanlı Ali Destanı”, “Sersem Kocanın Kurnaz Karısı”, “Zengin Mutfağı” kimi Türk teatrının əhəmiyyətli əsərlərində rol aldı. Sonrasında bəhs etdiyimiz kimi, kino sahəsinə yönələn və “Hababam Sınıfı”nın bir neçə hissəsində “Badi Ekrem” obrazı ilə tamaşaçının rəğbətini qazanan Şen, uzun illər Türk kinosunun ən çox axtarılan komediya aktyorlarından biri oldu. Türkiyənin ən əhəmiyyətli film festivallarından olan Antalya Qızıl Portağal Film Festivalında, 1978-ci ildə Çöpçüler Kralı ilə “Ən Yaxşı Köməkçi Kişi Aktyor”, 1987-ci ildə Muhsin bey filmi ilə “Ən Yaxşı Kişi Aktyor”, 2004-ci ildə “Həyat Boyu Qürur Mükafatı” və 2005-ci ildə Gönül Yarası ilə “Ən Yaxşı Kişi Aktyor” mükafatlarına layiq görüldü. Usta aktyor 1997-ci ildə “Eşkiya” ilə Valensiya Film Festivalında da “Ən Yaxşı Kişi Aktyor” mükafatının sahibi oldu.

Türk kinosunda bir inqilab“Eşkiya” (1996)! Eşkiya Baran Şener Şen`in bu günə qədər canlandırdığı xarakterlər arasında ilk baxışda tək bir xəttdə irəliləyən kimi görünsə belə, bəlkə də ən mürəkkəb olanıdır. 1996-cı il istehsalı olan bu film, türk kinosunda bir inqilab olaraq qiymətləndirilir. Yüz ildən artıq bir kino tarixinə sahib olan Türkiyədə ağ pərdədə silinməz izlər buraxan bir çox rejissor oldu. Ən unudulmaz olanları isə içindən çıxdığı cəmiyyətin dəyərləri, həyatı, mədəniyyəti və ədəbiyyatına təmas edərək film çəkən və şəxsiyyətlərlə kino adına məhsullar ortaya qoyanlardır. “Metin Erksan”, “Lütfi Akad”, “Halit Refiğ”, “Atıf Yılmaz”, “Yücel Çakmaklı” kimi ustaların ölümsüz əsərlər buraxdığı Türk kinosu, digər adıyla “Yeşilçam” 1970-ci illərdən sonra həm sektorda atılan səhv addımlar, həm də ölkədə yaşanan siyasi qarışıqlığa görə ciddi bir geriləmə yaşadı. Tamaşaçı salonlardan uzaqlaşdıqca film sayı da gedərək azaldı. 1980ci illərdən söhbət gedir; ölkənin kinoteatrlarında “Hollywood” filmləri çoxluq qazanmağa başladı. Yerli film sayı yox deyiləcək qədər azalmışdı.


Yavuz Turgul’un çəkdiyi Eşkiya, bu gedişi tərsinə çevirən bir film olaraq kino tarixindəki yerini aldı. Ertem Eğilmez məktəbindən gəldiyi üçün Yeşilçamın kodlarını yaxşı bilən Turgul, yaşanan ictimai dəyişimləri çox yaxşı müşahidə edərək ağ pərdəyə daşımağı bacarır. İkilinin yaratdığı yalnız adamlar qalereyası içində ad salan quldur Baran, ən yalnız və güclü nümunədir... Az qala müasir bir Mitos qəhrəmanıdır.Əslində bu qəhrəmanların hər biri axtarış içindədir: Züğürt Ağa, böyük şəhərdə ağalığını başqa şərtlər daxilində davam etdirmək, davam etdirə bilmək axtarışı içində, Muhsin bəy alışdığı bir nizamın artıq etibarlı olmayan qaydalarını yenidən etibarlı etmək axtarışında, Nazım Müəllim həmişə qucaq dolusu təqdim etdiyi amma özü üçün heç ifadə edə bilmədiyi sevginin axtarışında, Baran isə öz dünyasındakı, öz köhnə mühitindəki qürurun axtarışındadır. Təməlində çox kövrək və nadir yaşanan bir eşq hekayəsi olan Eşkiya, bir növ itirənlər və əskik qalanların filmidir əslində. 1997-ci ildə Almaniyadan “Bogey” mükafatın alan film, 1998-ci ildə Portuqaliyada baş tutan “Troia” Beynəlxalq Film Festivalından da əliboş qayıtmır. Filmlərin 19-cu SİYAD Türk kinosu mükafatlarında da “Ən Yaxşı Film”, “Ən Yaxşı Ssenari”, “Ən Yaxşı Köməkçi Kişi Aktyor” və “Ən Yaxşı Musiqi” mükafatlarını alaraq dəyərini mükafatlarla bəzədi. Yavuz Turgul’un kino macərası Eşkiya’dan sonra “Gönül Yarası”, “Kabadayı” və “Av Mevsimi” ilə davam etdi. Turgul filmlərinin böyük əksəriyyətində rol alan Şener Şen, sanki usta rejissorun imtina edə bilmədiyi aktyorlardan biridir demək olar. Bir reportajında filmlərində özünü hərəkətə keçməyə vadar edən şeyin yaxşı hekayə olduğundan bəhs edərkən: “Heç bir zaman bir fəlsəfə və ya düşüncə üzərində durub bir şey inşa etmədim. O öz-özünə gəlib yer tapdı mənim gördüyüm işlərdə. Mən oturub bunu necə tənqid edə bilərəm? deyə heç düşünmədim. Mənim hər zaman nostaljiyə yaxın, keçmiş dəyərləri müdafiə edən bir insan olaraq ortaya atılmış olmam düşüncəsi, ya da buna bənzər söz-söhbətlər doğru bir şey deyil. Mən bunlardan çox, qarşıdurmaları və ziddiyyətləri tapmağa çalışan bir insanam. Bunun səbəbi qəhrəmanımın çox zaman Şener Şen olması və onun qazandığı simpatik görünüş və doğru sözlər söyləyən biri olaraq yadda qalmasıdır. Bəli, bəzən mənim doğrularımı söylədi. Xüsusilə əxlaq, vicdan, ədalət və buna bənzər duyğularla əlaqədar düşündüyüm şeyləri dilə gətirən obrazın səbəbkarı Şener oldu. Şener o sözləri söylədiyinə görə, var olduğu nöqtənin doğru bir nöqtə olduğu düşüncəsi meydana gəldi. “ deyərək Şener Şen`in filmlərində hansı təsir gücünə sahib olduğunu ifadə edir.

93

TÜRKIYƏ KINOSU

Film Fiction Magazine


94

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

Şener Şen`sə onun: “Dahi kimi bir şey; dahilik sərhədlərində gəzən bir yaradıcı ... yaradıcılığın üst sərhədlərində ... Yavuz Turgul’un Tanrısal bir imtiyazı var” deyir . Eşkiya barədə söhbət açarkən tək bu sözlərlə kifayətlənmir usta aktyor: “Yavuz Turgul ilə əlaqəmiz 1970-ci ildən başlayır. O zamandan bu zamana bir-birimizi tanıyırıq və tərəfsiz olub, gördüyü işlərə kənardan baxsaq “Yavuz Turqul” adını dahilik sərhədlərində gəzən bir

yaradıcı olaraq anmaq olar... Amma Yavuz utancaqdır, təvazökardır. Əlbəttə bunun altında iddialı bir şəxsiyyətin olduğuna inanıram. Böyük əzmin olduğuna inandığım kimi... Təbii ki, bunun ilk çıxış nöqtəsi; yəni müvəffəqiyyətin əsas qaynağı ssenaridir. Kinoda mənim inandığım tək şey layihədir. Bir də hekayə. Yavuz Turqul da bu mövzuya xüsusi yanaşan biridir. Yalnız Türkiyədə deyil, dünyada da xüsusi biri olduğuna inanıram. Bizdə ön hazırlıq çox zəhmətlidir. Yəni film başlamadan bitər. Xüsusilə Yavuz Turqul’un layihələrində elədir. Yəni, Yavuz Turqul’un bir filmə “bəli” deməsi üçün ən az beş-altı aylıq bir keçmişi vardır o layihənin. Bunun içində 10-15 illiklərin də yeri var. Fövqəladə bir diqqət göstəririk. Ona görə hər şey ölçüb-biçilir. Hər söz, hər şey, hər detal” “Biz bu torpaqlara aid sənətçilərik. Mənim üçün “Hollywood” mümkün deyil. Dil, davranış forması, bədən dili bizə aiddir. Bir “Züğürt Ağa” nı Robert De Niro canlandırsa, bizimki kimi olmaz, amma adam dünya ulduzu. Mən New Yorklu bir taksi sürücüsünü necə canlandırım?” Şener Şen belə düşünür. Əslində usta aktyor qabiliyyətinin sərhədini müəyyən etmir bu sözlərlə, tamaşaçısının sərhədini müəyyən edir desək, daha doğru olar bəlkə də: “Züğürt Ağa” filminə baxdığınız zaman hesab edirəm kino tarixində ilk dəfə bir ağa müsbət xarakter olaraq ələ alındı. Hətta mən bu fikri Ertem Eğilmez’ə söylədiyimdə çaş-baş qaldı. “Necə olacaq belə bir şey?” deyə reaksiya verdi. “Belə bir şey düşünürəm” dedim ... Ertem: “Bu baş tutmaz!” dedi. Özünə “İstəsəniz, bir sınayaq” dedim. Bunun üstünə daha inkar yox, təsdiq gəldi: “Yaxşı sınayaq”. Cənub-şərq mədəniyyətinə çox yaxın biri deyiləm. “Züğürt Ağa” nın maraqlı yanı, o zamana qədər müəyyən bir şəkildə istifadə edilmiş olan bir təbəqənin fərqli şəkildə ələ alınması idi. “Karikatura Ağa” olaraq xarakterizə edilən və Şener Şen`in keçmişdəki ağa modelləriylə zidd bir xarakterdən söhbət gedir.”


Film Fiction Magazine

95

“Biz bu torpaqlara aid sənətçilərik. Mənim üçün “Hollywood” mümkün deyil. Dil, davranış forması, bədən dili bizə aiddir. Bir “Züğürt Ağa” nı Robert De Niro canlandırsa, bizimki kimi olmaz, amma adam dünya ulduzu. Mən New Yorklu bir taksi sürücüsünü necə canlandırım?” Gerçək Şener Şen kimdir?

Şener Şen əslində içimizdən biri olub hər zaman, onun bu qədər sevilməsinin də ən böyük səbəbi elə budur. Hansı rolu oynasa, hansı obraza bürünsə ustalığından söz etdirir, həm də bir-birinə zidd xarakterləri canlandırarkən...Türk Kinosunun bu günə qədər yetişdirdiyi ən istedadlı aktyorlardan biridir. Qısacası, “Şener Şen”dir o .

TÜRKIYƏ KINOSU

Öz dilindən: “Filmlərimdə çox müxtəlif xarakterləri canlandırdığım üçün hansı mənəm bilmirəm. Bilmirəm, amma təbii ki, hamısından bir parça daşıdığım olub. Şəxsiyyət olaraq da özümü yaxşı hiss etdiyim mühitlərdə daha gümrah hiss etdiyim qədər, tam tərsi olduğu zaman özünə qapalı bir şəxsiyyətə çevrilirəm. Mənim üçün “O bir dənədir” deyənlər də var, “Çox məsafəlisən” deyənlər də. Amma bunu da söyləməliyəm: 77 milyonla təbii ki, səmimi ola bilmərəm. Ümidlərimizin var olduğunu düşünərək ümidlənmək istəyirəm Məndə fərqinə varmadığım müşahidə qabiliyyəti var. Bəzi insanların necə qulağı yaxşıdır, gözü yaxşıdır mənim də müşahidə qabiliyyətim yaxşıdır. Adanada doğuldum amma 1950-ci ildə İstanbula köçdük. Orta səviyyəli bir ailənin övladıyam. “Zeytinburnu”nda gecəqondularda böyüdüm. Ora hər təbəqədən insanların görüşdüyü kosmopolit bir yer idi. Bəlkə də fərqində olmadan orda bəzi şeyləri toplamışam müşahidələrimin arasına.. Bütün bunlar daha sonra ortalığa çıxdı.”


96

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

Tərcümə: Şahİn Xəlİl

ERCAN KESAL ILƏ MÜSAHIBƏ


Film Fiction Magazine

97

Y

azıçı, həkİm, aktyor, ssenarİst... Hər bİrİnİ ustalıqla bacarır Ercan Kesal. Yenİ çıxan kİtabı “Cİn aynası” və yaşamış olduqlarını Nurİ Bİlge Ceylanın “Bİr Zamanlar Anadoluda” layİhəsİ İlə fİlmə çevİrməsİ haqqında müsahİbəsİnİ təqdİm edİrİk. Yeni kitabınızdakı esselər, xatirələriniz keçmişdəki “qiymətlilərimiz” ilə yenilərini qarşılaşdırır. Bu dövran, bu kapitalist münasibətlər qiymət verdiyimiz şeyləri alt-üst etdi. Əvvəllər çox kitab oxuyan, çox muzey gəzən, pula önəm verməyən, kariyera üçün başqalarını əzməyi ağlına gətirməyən insan tipi baş tacı hesab edilərdi. İndi bunları edən insanlara “axmaq” sözü yaraşdırılır. Bəs gedənləri nə ilə əvəzlədik?

İndi nə dərdləndirir? Dərdimiz bizdən sonrakı nəsilə yaşamağı mümkün olan Türkiyə vermək deyil? Amma bura yaşadıqlarından yola çıxaraq özlərinə yeni yurd axtaran bəyaz yaxalıqların ölkəsinə dönüb. Hər kəs başqa pasport, ikili vətəndaşlıq dərdindədir. “Bir ayağımızı necə bayıra ataq” – düşüncəsindədir hər kəs. Bu ölkə buna layiq deyil axı.

TÜRKIYƏ KINOSU

Türkiyə AVM (ticarət mərkəzi) sayı ilə, adam başına düşən milli gəliri ilə, yol uzunluğu ilə öyünən bir ölkəyə çevrildi. Bunlar bizim həyatımızı ən yaxşı halda asanlaşdırır. Lakin həyatımızı gözəlləşdirmir. Çünki, əbədi qalmayacaqlar. Amma Ayasofiya qalacaq. Hamlet qalacaq. Yaşar Kamal qalacaq. Sinanın (Memar Sinan) məscidləri qalacaq. Qiymət verdiyimiz və vermədiyimiz şeylər haqqında qarışıq fikirlər var. İnsanlar niyə gedib Üçüncü Körpüdə selfie çəkdirir ya da ona təriflər yağdırır, bundan bir məna çıxarır? Bu məni kədərləndirir. Hər birimizin içindəki intellektuallıq itir. Çünki, dərdimiz dəyişir.


98

Film Fiction Magazine

Bİrİ mənə “Sən elə ölkədə yaşayacaqsan kİ, bİr canlı bomba gələcək, Ankara, Dəmİr Yol Vağzalında bomba partladacaq, 100-dən çox İnsan öləcək, səhərİ İsə həyat davam edəcək” – desəydİ İnanmazdım. Bəs siz? Ölkədən qaçıb getməyi düşünmüsüz? Yox, amma oğlumun təhsillə bağlı sıxıntılarını görəndə, kaş ki, ona başqa bir təhsil modeli verə bilərdik, deyə düşündüm. Çünki TEOG (Türkiyənin təhsil sistemi modeli) kimi sistemlərdən yaxşı bir şey çıxmaz. Düşünün, oğlum bir ton pul tökdüyümüz öncəki məktəbinin qabağından keçəndə, gözlərini bağlayır. “Keçdik, ata?” – deyə soruşur.

TÜRKIYƏ KINOSU

Ən çox üzərində dayandığınız mövzulardan biri unutmamaqdır. “Xatirələr həm qəlbimizi təmizləyər, həm də yaddaşımızı saxlayar” – deyirsiz. Amma “unutmayacaq” o qədər çox şey toplanıb ki. Ağır olmayacaqmı? Unutmağın belə bir təhlükəsi var. Başına gələn hadisələri unutduğun zaman, daha sonrakı hadisələri yüksək dozada olsa belə qəbul edirsən . Adiləşdirib, yox hesab etdiyin zaman normal gəlməyə başlayır. Biri mənə “Sən elə ölkədə yaşayacaqsan ki, bir canlı bomba gələcək, Ankara, Dəmir Yol Vağzalında bomba partladacaq, 100-dən çox insan


Film Fiction Magazine

Jurnalistlər, yazıçılar, sənətçilər haqqında istintaq işləri açılır. Aslı Erdoğan, Necmiye Alpay kimi insanlar həbs olunublar. Bu haqda nə düşünürsüz? Yazıçı, sənətçi və ya jurnalist yaradıcılığını, istedadını və biliyini cəmiyyətə xidmətə xərcləməlidir. Buna görə onlar cəmiyyətin vicdanı və səsidir. Heç bir sənətçi, yazıçı və jurnalistə “bunlarla məşğuldur” – deyib, zorakılıq etməməlisiniz. Əngəl ola bilməzsiniz, əziyyət verə bilməzsiniz. Demokratiyanın təməl vəzifəsi yazarlarının, sənətçilərinin yaratma və ifadə azadlığına şərait yaratmaqdır Çevriliş cəhdi və sonrası baş verənləri necə qiymətləndirirsiniz?

HƏLƏ DƏ YAŞADIĞIMIZ BİR ÇOX SIXINTI VƏ MÜMKÜNSÜZLÜYÜN YEGANƏ SƏBƏBİ 1980-CI İLƏ ÇEVRİLİŞİ OLDUĞUNU DA ÇOX GÖZƏL BİLİRƏM.

ləndiyinizi, hətta bir neçə gün evdən çıxmadığınızı yazmısız. Bəs bu gün necə? Belə təsiredici film varmı?

Var. “Saulun oğlu” (“Saul fia”). Oskar alan Macarıstan filmi. Qəribədir ki, filmə ilk mükafatlardan birini də biz vermişik. Makedoniya festivalının münsifi idim. Orada bu filmi izləyəndə mütəəssir oldum. Amma jurinin digər üzvləri “Makbet” (“Mackbeth”) iradəsini heçə sayan, hər cür meyilli idi. İsrarla “Salun oğlu” şiddəti özünə həqiqət bilən, filminin daha layiq olduğunu insanların sadəcə canını deyil, dedim. Heç vaxt belə şey ağlını da alan lənətə gəlmiş hərəkətlərdir. Ordu çevrilişinin etmərəm. Amma necə danışson anda qarşısı alınıb, ölkəmiz dımsa, onları razı sala bildim. bu təhlükənin öhdəsindən gəl- Yaxşı ki razı sala bilmişəm. miş kimi görünsə də , amma Bir də sizin əsərinizdən hər kəsdə “bundan sonra nə olacaq” qorxusu var. İndi artıq təsirlənənlər var. Başınıza gecikmədən yarımçıq işlərimizi gələnləri nəql edən, ssenatamamlamalı, demokratik azad rist, aktyor kimi də qatqıhəyatı cəsarətlə təhkim etmə- nız olduğu “Bir Zamanlar Anadoluda” filmi BBC-nin liyik. seçdiyi “21-ci əsrin 100 ən yaxşı filmi” sorğusunda 53Necə təhkim edəcəyik? cü sırada yer aldı. Belə bir Bir nümunə göstərim. Fran- uğur gözləyirdinizmi? sanın “Saint Simon” tələbələri insanların bir-birlərinə möhtac olduqlarını göstərmək üçün düymələri arxada olan pencəklər geyirmişlər. Biz də düymələri arxada olan pencəklər geyinək və içində yalnız ağıl, vicdan və ədalət keçən cümlələr quraq.

12 sentyabr faşist ordu çevrilişinin bütün acı nəticələrini ən dərindən yaşamış biriyəm. Hələ də yaşadığımız bir çox sıxıntı və mümkünsüzlüyün yeganə səbəbi 1980-cı ilə çevrilişi olduğunu da çox gözəl bilirəm. 1987-də Ankarada, kinoBütün çevrilişlər, cəmiyyətin teatrda Tarkovskinin “Solyaris”ni izləyib, çox təsir-

Təəcübləndirmədi desəm? Ən sevdiyim filmlərdəndir. Əlavə olaraq Nuri Bilge Ceylanın ən sevdiyim filmidir. “Bir Zamanlar Anadoluda” bir səmimiyyət əks olundu. Bu da fərq yaratdı. Nədi o fərq? Dünyavilik və subsidiarlıq çox tez-tez qarşılaşdırılır.

TÜRKIYƏ KINOSU

öləcək, səhəri isə həyat davam edəcək” – desəydi inanmazdım. Ola bilməz. Bunu qəbul etmək də mümkün deyil. Pisliklə münasibətimizdə unutmağa meyilli tendensiyamız var. Başımıza gələnlər də məhz bundan qaynaqlanır.

99


TÜRKIYƏ KINOSU

100

Film Fiction Magazine

Hətta dünyavilik bir balaca qələbə çalır. “Subsidiarlıqdan uzaqlaşmaq”kimi dəyərləndirir bunu bəziləri. Mən güclü subsidiarlığın dünyavilik olduğunu düşünürəm. Biz nə danışdıq ki “Bir Zamanlar Anadoluda” filmində? Kırıkkale-də həkimin, bir qrup bürokratla cəsəd axtarma səyahəti... Bəs dünyanın bir çox kino tənqidçisi bu hekayəyə niyə bu qədər qiymət verir? Şoferin tibb texniki ilə didişməsi, kəndxudanın kənddə qəbirstanlıq divarı tikdirməsi bir ingilisə, bir amerikalıya, bir yapona nə qədər maraqlı gələ bilər?

Mənə xarici tamaşaçıların tam olaraq anlayıb, anlamadığı hər zaman maraqlı gəlib.

Məhz bunu soruşuram.

Sizcə yaxşı film insanı belə deməyə vadar edən filmdir?

Düşünürəm ki, film insanın qaranlıq tərəfinə sızmağı, bütün insanlığın ortaq sıxıntılarına girə bilməyi bacardı. Başqa şeylər sadəcə vəsilə: cəsəd axtarma, qatil, cinayət, Kırıkkale...Dediyim kimi bütün bunlar sadəcə vəsilə. İnsan dəyişmir. Hər yerdə eynidir. Sıxıntısı, içindəki dərin qaranlıq... Bitmək tükənmək bilməyən iqtidar duyğusu, hökm etmə istəyi hər zaman eynidir. Yenə Dostoyevskiyə istinad etsək, “Ən müqəddəslə, ən bayağı olan arasında sürətlə gedib-gələbilmə məharəti və qəribəliyi” hər yerdə eynidir... Bunların hamısı olmasa da, bir çoxu filmdəki həmin o bir gecəlik səyahətin içində verildi.

Düşünürəm ki, insanlığın ortaq bir vicdanı var. Bu ölkə ilə, millət ilə tərifini dəyişəcək bir şey deyil. Məsələn, Ingmar Bergman bir dostu ilə bir studiyada ətrafa baxarkən, qutuların birinin içində, üstündə “A.Rublev” yazılmış lent qabını görür. Mexanikdən xəbər alır. “Pox bir filmdir. Tarkovskidir, nədir, onun filmi”... Bergman mexanikdən xahiş edir. Mexanik filmi təkcə Bergman və dostu üçün pərdədə nümayiş etdirir. “Döyülmüş kimi çıxdıq” – deyirdi sonradan Bergman. “Üstəlik film də rusca idi. Altyazı da yox idi”... Bergman düşünür ki,“Dilini bilmədiyimiz bir film necə bu qədər təsir edə bilər?”. Bax bayaq haqqında danışdığımız “Solyaris” filmi də mənim üçün bu cür idi. Hətta mən bu filmdən sonra “dünya artıq mənim üçün başqa bir yerdir” – demişdim.

Film mənim duyğularımı hərəkətə gətirməli və mən o filmi izlədikdən sonra başqa biri olmalıyam. Ancaq o zaman bu dünyaya müdaxilə edə biləcəyimə, etiraz edə biləcəyimə dəyişdirə biləcəyimə inanıram. Həm həkim, həm kinematoqraf olduğunuz üçün soruşuram. Ingmar Bergmanın “Yabanı çiyələklər” (“Smultronstället”) filmində “bir həkimin əsas vəzifəsi bağışlanmasını istəməkdir” – kimi bir ifadə var. Mən buna bir məna verə bilmədim. Siz nə deyə bilərsiniz? Sistem insan vücudunu ona aid deyil, həkimin azad, öz bildiyi kimi at oynatdığı bir obyektə çevirdi. Ona görə razıyam. Ya sonradan bağışlanmağımız üçün yalvarmalıyıq, ya da əvvəlcədən icazə almalıyıq. Stolun arxasına keçib, “sən nə qanırsan ki? İç bu dərmanları” – deyə iqtidar qurmaqdan imtina etmək lazımdır. Tibb sistemi yenə kapitalist amillərlə bazara çevrilmiş vəziyyətdədir. Məncə bunun bir yolu var ki,həkim öz xəstəsi ilə səyahətə çıxsın. Beləcə həkimlik vəzifəlikdən çıxıb, sənət halını alır.


101

TÜRKIYƏ KINOSU

Film Fiction Magazine


102

Film Fiction Magazine

RUTKAY AZİZ İLƏ MÜSAHİBƏ

TÜRKIYƏ KINOSU

Tərcümə: Aygün Vəlizadə


Rutkay Aziz, bu yaxınlarda itirdiyimiz Tarık Akanın 50 illik ən yaxın dostlarından biri idi. Həmçinin Tarık Akan Rutkay Azizin başçılıq etdiyi “Nazım Hikmet Vakfı”nın məsul şəxslərindəndi. Xüsusilə 12 Sentyabrdan sonra həm dostluqları, həm də siyasi xətləri getdikcə dərinləşmişdi. Akanın ölümündən bir həftə sonra baş tutan Rutkay Azizin müsahibəsini təqdim edirik.

103

TÜRKIYƏ KINOSU

Film Fiction Magazine


104

Film Fiction Magazine

İCTİMAİYYƏTDƏN GİZLƏTDİK, AMMA BU FİNALI BİLİRDİK. Tarık Akanın xəstəliyi ictimaiyyətdə son həftələrə qədər çox bilinmirdi. Sizcə, düşünülmüş bir seçim idi? Gizlətdik… amma bizə əzablar yaşatmağa başlayan bu sonu yalnız ikimiz bilirdik. Mən və bir də digər ortaq dostumuz. Belə bir final yaşanacağı məlum idi. Mən həkimə “Tarık deyəsən başa düşür...” dedim. O isə “Başa düşür nədir, hər şeyi bilir”, – dedi. Tarık ağıllı bir adam idi, əlbəttə bilməməsi mümkün deyildi. Sonuncu dəfə xəstəxanada ziyarətinə getdiyim zaman artıq danışa da bilmirdi. “Necəsən?” – dedim. Baş barmağını aşağı tutaraq vəziyyətini təsvir etdi. Mən də hirsləndim. “Qaldır bu barmağı yuxarı” dedim. Amma o, son günləri çıxmaqla, xəstəliyə qarşı müqavimətini, dözümünü itirmədi. “Ölkə hara gedir?..” – deyə sorğuladığı o dik duruşunu heç itirmədi. Cənazə mərasimi bütün Türkiyənin çox sevdiyi bir sənətkarla vidalaşmasının hüdudlarını aşdı. Keçmiş prezident, müxalifət partiyası lideri, müxtəlif peşə sahibləri orada idi. Sizcə, Tarık Akanın cənazə mərasimi nəyin görüşüydü? Mən o gün cənazədə hörmətli prezident Ahmet Necdet Sezerə və Genel Başkan Kılıçdaroğluna “Siz bura Tarıkı anmağa gəlmədiniz, Türkiyənin sabahlarına bir ümidə gəldiniz” dedim. VƏTƏNPƏRVƏRLƏRİN, DEMOKRATLARIN, ATATÜRKÇÜLƏRİN BİR KƏDƏR SELİ İDİ Çox iddialı bir cümlədir. Nə mənaya gəlir bu? Anım mərasimi və onun Teşvikiyedən Bakırköyə yola salınması əsnasında gördüyümüz sevgi seli bir cənazəni ötürməkdən başqa, Tarıkın mənliyi və şəxsiyyətində birləşmiş vətənpərvərlərin, demokratların, kommunistlərin, Atatürkçülərin cəsarət seli idi. Elə bir yola salınma... Sıradan bir cənazə mərasimi olaraq baxa bilmərik. Sabaha ümidi mən o gün cənazədə və anım mərasimində gördüm. Buna bənzər bir mərasim 12 sentyabrdan sonra, Ruhi Sunun ölümündən sonar olmuşdur. Türkülərlə apardıq Zincirlikuyuya.

TÜRKIYƏ KINOSU

50 illik yaxın dostluğunuzun təməli nə idi? Can yoldaşımdır Tarık mənim. Bizdən də bir parça sanki onunla birlikdə “Zuhurat Baba”ya getdi. Biz Bakırköydən, liseydən bəri yoldaşıq, amma siyasi olaraq da, dostluq olaraq da yaxınlığımız 12 sentyabrdan sonra olmuşdur. 1984-cü ildə “Aydınlar Dilekçesi”nde bərabər idik. İstanbul 2 nömrəli “Sıkıyönetim” məhkəməsində Barış Dərnəyi iddiasına görə birlikdə mühakimə edildik. Mən İstanbula köçdükdən sonra çox tez-tez görüşməyə başladıq. Bizim yoldaşlığımız Nazım Hikmet Vakfında daha da böyüdü. Vəqfin qurucularından, öndə gələn idarəçilərindən biri oldu. Sənədli filmlər çəkdi, bilirsiniz, 5-6 film və həm də öz hesabına, ən kiçik məbləğ belə maddi kömək tələb etmədən. Tarık üç adama qibtə edərdi: Mustafa Kamal, Nazım Hikmet və İlhan Selçuk. Kinoda da, təbii ki, Yılmaz Güney.


Film Fiction Magazine

105

“HABABAM” İLLƏRİ MƏNİM GERÇƏYİMDİR DEYƏR, HEÇ KİMƏ ARTIQ SÖZ DEMƏYƏ İZN VERMƏZDİ. Siyasi və ictimai məsələlərdəki mövqeyindən bəhs edirsiniz. Amma ölümündən sonra “Hababam Sınıfı”ndakı Ferit rolunun xalq tərəfindən nə qədər sevildiyini gördük, məsələn. Heç bu imicindən şikayətləndiyi zamanlar olub? Xeyr, heç vaxt. O mənim gerçəyimdir deyər və heç kimə o filmlər üçün artıq söz deməyə imkan verməzdi. Özü ilə barışmışdı. İctimai məzmunlu səfərlərə çıxışında Vasif Öngörenin çox köməyi olurdu. Çox dəyərli teatr adamımız… onu da çox tez itirdik. Ondan da çox təsirlənmişdi. Dostluğunuzdan danışarkən sənət sahəsindən çox, ortaq siyasi mövqeyinizdən və ideoloji yoldaşlığınızdan bəhs edirsiniz. İqtidar tərəfdarları Tarık Akanın cənazəsinin məhz bu siyasi ittifaqdan qaynaqlanan simvol halına gəlməsindən narahat olurdu. Tarık Akanın vidasında siyasi mövqeyi sənətçi şəxsiyyətinin önünə keçdi? Yox, yox, elə deməyək. Nazım Hikmeti də belə günahlandırmadılar? Amma Nazımı dünya şairi edən onun sosialist ideologiyasıdır. Ondan ayıraraq Nazımı şərh edə bilməzsiniz. Tarıkın da o sənətçi gücü sahib olduğu dünyagörüşündən qaynaqlanır. Kemalist olmasaydı, tanıdığımız, bildiyimiz Tarık Akan olmazdı?

Sizi onunla ortaq nöqtəyə gətirən siyasi meyarları öz sözlərinizlə bizə çatdıra bilərsinizmi? Türkiyə daxili və xarici siyasətində demokratik, hüquqi, dünyəvi, qanunun aliliyinə inanan, müasir xətdən qopduğu müddətcə bugünkü çətinlikləri yaşayacaqdır. Bizim fəlsəfəmiz və dünyagörüşümüz bu təməl üzərində idi. Dünyəvilik hər gün daha çox əriyir ölkədə, başda təhsil olmaqla. Dünyəviliyə bu qədər böyük zərbələr vurulduğu müddətcə Türkiyə azadlıq, demokratiya və sülh baxımından zərbə almağa davam edəcək. Qəribə bir ölkə olduq. Oxu-

TÜRKIYƏ KINOSU

Kemalist deməyək. Sosialist bir dünyagörüşü vardı, amma təbii ki, Mustafa Kamal xəttinə daha çox yaxın idi.


106

Film Fiction Magazine

cu-yazar, 100 yaşına gəlmiş insanlar bu gün “aldanmışıq” deyirlər. Gəlib müəyyən bir yaşa çatmısız, ondan sonra da “yanılmışıq” deyirsiniz. 75 yaşındasan, yanılma artıq! 2010-cu il konstitusiya referendumunda “Yetməz, amma bəli” deyən sənətçi yoldaşlarınızı nəzərdə tutursunuz? Bəli, hamısını nəzərdə tuturam. Ölkədə aldananlardan, təəccüblənənlərdən, dönüklərdən keçilmir. Dönüklüyün adı da çox vacib bir nöqtəyə gəldi, bilirsiniz. Onlar da bizə qarşı özlərini müdafiə edir: “Siz də yeniliyə, dəyişməyə, əzbər pozmağa hazır deyilsiniz”. İkiüzlü olmalarını belə kamuflyaj etməyə çalışırlar. “Dönük” ifadəsiylə AK Partiya dövründə “liberallar” deyə kodlaşdırılan seqmentimi nəzərdə tutursunuz? Onlar özlərinə çatacaq payı başa düşər. Gerçək mənada liberal olanlara bir sözüm yoxdur. Kimdir həqiqi mənada liberal? Bilmirəm, vallah, heç başımı da yormadım. Sezen Aksu, məsələn... Xoşlayıram.

TÜRKIYƏ KINOSU

“Yetməz, amma bəli” məsələsi səbəbiylə hədəfə alınan sənətçilərdən biri də o oldu. Sezeni də linç etməyə çalışdılar. Mən çox sevirəm, bir dəyərdir həqiqətən Sezen. O da yanıldığını anladı. Sezenin bunu mənfəəti üçün etdiyinə filan inanmıram. Elə bir insan deyil Sezen. Nəticədə Sezen Aksu iqtidarın bir layihəsinin içində şəxsən iştirak etmədi. Amma bunu “Akil İnsanlar” çərçivəsində edən adlar da oldu; Kadir İnanır, Hülya Koçyiğit, Yılmaz Erdoğan, Lale Mansur, Orhan Gencebay.


Film Fiction Magazine

107

40 İLLİK DOSTLARLA SALAMI KƏSMİŞDİK, TARIK AKANIN CƏNAZƏSİ BİR BARIŞMA OLDU

Bu onların problemidir. Mən çox söz demərəm. O layihənin içində yer aldılar, amma nəticəsini də gördülər məlum.

AKP iqtidarının ağ olduğunu zənn etdilər və buna inandılar. Amma bunun belə olmadığını anladılar. Təhsildə, sağlamlıqda, daxili siyasətdə görmədikmi? Hələ də buna inanan yoldaşlarımız oldu, bu səbəbdən də küsdük, incidik, söhbətlər bitdi aramızda. Elə bir dövr gəldi ki, 40 illik dostumuza salam verə bilmədik. Küskünlük yaşadığınızı təxmin etdiyim bəzi adları Tarık Akanın cənazəsində gördük. Təbii ki, gələcəklər. O bir barışmaydı və çox doğru addım idi. Haqqımız yoxdur. Həyat pambıq

TÜRKIYƏ KINOSU

Tam olaraq nəyi nəzərdə tutursunuz?


108

Film Fiction Magazine

ipliyinə bağlıymış… Həqiqətən də elədir. Gəldik, gedirik. Bir ingilis gəlib bir ay Türkiyədə gəzdikdən sonra deyib ki: “Biz İngiltərədə təsadüfən ölürük, siz burada təsadüfən yaşayırsınız”. Bir xülasə bu qədər gözəl ola bilərdi. 17 oktyabr 2011-ci ildə Ekrem Dumanlının “Zaman” qəzetindəki “Bumudur sənət?” başlıqlı yazısının hədəfində Tarık Akan və sizin də arasında olduğunuz bir qrup sənətçi idi. “12 Sentyabrda əziyyət çəkən bu sənətçilər bu gün zərbəyə və çevriliş zehniyyətinə qarşı rəftarlarını büruzə vermirlər” mövzulu bir yazı idi. Yazıda Tarık Akanın əvvəlki bir müsahibəsindən “27 Maya çevriliş deyə bilmərik, bizim yolumuzu açdı” sözlərinə də istinad var. Çevriliş cəhdlərində iştirakçı olduq, faşist olduq... Mustafa Kamalı sevdiyimiz üçün, o xəttə inandığımız üçün. Ekrem Dumanlı dediyiniz şəxs haradadır indi? Hər halda xaricdə. Bunları ciddi qəbul edə bilmirəm. Biz necə hərbi çevriliş cəhdinə dəstəkçi ola bilərdik? Hərbi çevrilişə qarşı çıxdığımız kimi vətəndaş çevrilişinə də qarşı olduğumuzu Tarık da, mən də, digər yoldaşlarımız da hər zaman söylədik. O ki qaldı 12 Marta, onu biz yaşadıq. Gül kimi insanları asdılar, onlar asılmasın deyə əlindən gələni edənlər də bizdik. 12 Martda Ankara İncəsənət Teatrında iki dəfə qadağan edilən ad oldum. 12 Sentyabr zərbəsi gəldi, yenə zərərçəkmiş biz olduq. Sorğulardan keçdik. Gencoya, Tarıka xaricə çıxış qadağası gəldi. Necə çevriliş cəhdinə dəstəkçi ola bilərdik? BU GÜN İNSANLAR ÖZ ÇİYİNLƏRİNDƏKİ ŞEYTANLA BAZARLIQ EDİR

TÜRKIYƏ KINOSU

12 Mart, 12 Sentyabr dövrləriylə bu günün OHAL-nı sənət baxımından müqayisə etsəniz... 12 Martda biz faşizmi çox ciddi şəkildə yaşadıq, 12 Sentyabrda da yaşadıq. Mən sıx şəkildə teatr üçün əmək sərf edirdim. İstədiyimiz tamaşanı oynamaq şansımız yox idi. 12 Martda mətnləri təhlükəsizlik xidmətinə verirdik, onların teatr sahəsində əməkdaşları vardı. “Bu səhnə təhlükəlidir” – deyirdilər. Janna d’Arkı qadağan etdilər, Güngör Dilmenin “Canlı maymun lokantası”nı qadağan etdilər. Sonda “403-cü Kilometre”yə icazə çıxdı, amma “seyr edilib təkrar qiymətləndirmək”


Film Fiction Magazine

109

şərti ilə. Yəni “Mən bu səhnəcikdə səhv bir şey görmədim, amma sən bir şey etsən bağlayaram” mənasında. 12 Sentyabrda faşizm senzuranı daha şüurlu şəkilə gətirdi. Mətn istəmir, siz tamaşanı zala daşıyırsınız, sonra gəlib qadağan edir. İndi bunların dövründə ikisi də yoxdu. Ehtiyac qalmadı (gülür). Teatrçılar öz özlərinə qadağalar qoyur. Şəhər Teatrında qiyam başlanıb, İzmirdə bir balerina uşağı FETÖ-çudur deyə kənarlaşdırılır. Belə nümunələr varkən senzuraya ehtiyac qalmadı. İnsanlar öz çiyinlərindəki şeytanla bazarlıq edir. Özlüyündə də hər halda mənfəət yatır. TÜRK SOLU OLARAQ SƏMİMİ DİNDARLARA HƏMİŞƏ SEVGİYLƏ YANAŞDIQ Tarık Akanın vida mərasimində etdiyiniz çıxışda ‘Biz çörək döyüşünün içindəydik’ dediniz. 2016-cı il Türkiyəsinin kinematoqrafları arasında bu damar hələ də qüvvətlidir? “Gezi direnişi” bizi çox ümidləndirmişdi, amma o da bir yerdən sonra öz içində basdırıldı kimi bir hiss var. Çox qabiliyyətli aktyor yoldaşlarımız var, həm kino və televiziyada, həm də teatrda. Amma fərqli şəraitlərdə yetişdilər. Onlara qarşı hirsli olmaq haqqını özümdə görmürəm. Çox başqa bir Türkiyədə böyüdülər. Çoxu 12 Sentyabrı tanımadı. Bu gün 15 yaşına çatan qardaşım AKP-dən başqa bir iqtidar görmədi. Amma içlərində hər an müsbət mənada dəyişməyə hazır olan gənc yoldaşlarımın da olduğuna inanıram. Gərək yoxdu ad verməyə. Amma mən heç bir zaman ümidimi kəsməmişəm ölkəmdən. Bəzən xalqımıza hirslənirik, təbii ki, o ayrı.

Türk solu olaraq biz hər zaman səmimi dindarlarımıza qarşı sevgi və hörmətlə yanaşdıq. Elmi solçuları nəzərdə tuturam. Həccə gedişinə, oruc tutmasına qarşı həmişə diqqət göstərdik. Mən siqaret çəkən bir adam idim və həmişə taksinin ön oturacağına oturdum 40 il. Oturan kimi dostluq quraram sürücüylə. Orucdursa, Ramazanda siqaret yandırmıram. Bu ən sadə nümunədir.

TÜRKIYƏ KINOSU

Niyə əsəbiləşirsiniz? AK Partiyaya səs verirlər ona görə?


110

Film Fiction Magazine

15 İyuldan sonra iqtidar nümayəndələri dedi ki, “Bu çevriliş cəhdi uğurlu olsaydı, Fetullah Gülən Xomeyni kimi dönəcəkdi Türkiyəyə”. Bu sizə inandırıcı gəlir? Belə bir qorxunuz oldumu? Heç elə bir qorxum olmadı, inanın. Xomeyni başqa bir təşkilatlanmanın üzüdür. Mən Türkiyədə elə bir nöqtəyə gələcəyimizə inanmıram, çünki onlara xeyir verməz. Türk solunun cəmiyyətin mühafizəkar seqmentinə hər zaman hörmətli olduğunu söylədiniz. Balyozdan haqsız, hüquqsuz bir şəkildə mühakimə olunub bəraət alan bəzi komandirlər bu gün əsgərlərin içindədir Kemalist ideologiya üzərindən ələ alınan qatı dünyəvilik şərhinin, daxildə “Gülen” tipi təqiyyəci cərəyanların güclənməsinə səbəb olduğu söylənilir. Bu fikirlərlə razısınız? Təbii ki, kemalizm əsla bu deyil. Mustafa Kamalın öz düşüncəsinə, maarifləndirmə prinsiplərinə baxdığınızda, dünyəviliyə dialektik baxış bucağının hakim olmasını lazım bildiyini görərsiniz. Mustafa Kemalın özü son dərəcə həqiqətçi, yenilənmədən, dəyişmədən elmə söykənən bir dünyagörüşünü gətirir. Bunun içinə edən Kenan Evren və 12 Sentyabr oldu. Mustafa Kemalın düşüncəsinə tərs bir Mustafa Kemal sevgisizliyi yaydılar. Yanlış izah etdilər. Dediyiniz doğrudur. ARTHUR MİLLERİN “İFRİTƏ QAZANI”NI YAŞAYIRIQ 15 İyul gecəsi Tarık Akan haradaydı? O, təbii ki, Yeşilköydə idi. Oradan da keçdi “F-16”lar. Vallah, mənə başdan-ayağa qəribə çevriliş cəhdi kimi gəldi. Bir cümə axşamı körpünün üstündən dövlətə zərbə planı! Amma böyük bir təhlükə sovuşdurdu ölkəmiz. Müvəffəqiyyətli olsaydı, hara gedirdik, sonunu təxmin etmək müşküldür. Hər halda heç yaxşı sonluq olmazdı. Onunla bu yaşananlara dair danışma fürsətiniz oldu? Çox danışıldı, təbii ki, danışmamaq olarmı? Oxşar düşüncələri paylaşırdıq. Bu gün bütün bunları danışmağımız və bu müsahibənin alınması bir yerə qədər hələ də bir azadlıq sahəsi var demək deyilmi? Mən 12 Martda, 12 Sentyabrda radioya gedərkən özümü deyil, müsahibə verdiyim insanı düşünərək danışdım. Onun başına bir iş gəlməsin deyə o diqqəti göstərdim.

TÜRKIYƏ KINOSU

15 İyuldan sonra bir neçə həftə ümid bəslənən “Yenikapı” ruhu həqiqi mənada bir birləşdirici güc olmadı cəmiyyətdə. Amma bu əhəmiyyətlidir ki, 15 İyul gecəsi ağ türklər bəlkə də küçəyə çıxmadı, amma çevriliş cəhdinə atılanların düşündüyü kimi, Erdoğan hədəf alınır deyə dəstək vermədilər. Bəli, çevriliş edənlərin belə bir ümidi var idi yəqin. Yenikapıdakı o birləşməni isə müvəqqəti olaraq gördüm mən, süni bir vəziyyətə şahid oldum. İqtidara inanma mövzusunda böyük sual işarələri daşıyıram və bunu belə yaşayan böyük bir seqment var. Daxili və xarici siyasətdə həmişə bir təqiyyə var. Nəticəsində biz də hamımız bir yerlərə sovruluruq. Çevriliş cəhdini planlayanlarla dövlətin hesablaşmasına münasibətiniz necədir?


Film Fiction Magazine

111

Arthur Millerin “İfritə qazanı”nı yaşayırıq. Xəbərlərin, müxbirlərin əlindən şərhsiz keçilmir. Bir çox insan zərərçəkmiş vəziyyətdədir, həyatın hər sahəsində insanlar işsizlər ordusuna qatılır. Bu böyük bir təhlükədir. Bir şey bilənin də şəxsiyyəti, ünvanı olacaqmış, səhvlərin qarşısı alınacaqmış filan... Nə qədər inandırıcıdır, bilmirəm. Sokratın məşhur müdafiəsindəki sözü ağılıma gəlir: “Tarix boyunca insanlar böhtandan əziyyət çəkiblər. Mən də böhtanın nə ilk, nə də son qurbanı olacağam”. Siz də sərt dilli bir xarakterə sahibsiniz. “Bəlkə bu aralar danışmayım?” kimi bir tərəddüdünüz olur? Bu cür iqtidarlar, təzyiqçi rəhbərliklər cəmiyyətdə 3 meymunu oynatmağa başlayar: danışmayacaqsan, düşünməyəcəksən, görməyəcəksən. Xeyr! Ən faşist dövrlərdə belə ədəbiyyatdan, teatrdan igid insanlar çıxmış və susmamışdır. Biz də gördüyümüzü söyləməklə hökmlüyük. “Yeni Türkiyə”, “azadlıq”, “demokratiya” deyirdilər. Biz dünyada düşüncə və mətbuat azadlıqlarına görə son sıralardayıq. Birinci olduğumuz tək nöqtə tıxaclardır. TÜRKİYƏ ÜÇÜN ÇIXIŞ YOLU KÜRDLƏRLƏ BARIŞIQDIR

Əvvəlcə kürd siyasəti. Türkiyə sülh və azadlıq istəyirsə, kürd siyasətini başdan və çox ciddi şəkildə nəzərdən keçirməlidir. HDP rəhbərliyi də öz siyasətinə bir də nəzər salmalıdır. O həll edilmədən Türkiyəyə sülh gəlməz. İnanmıram. Siz 2015-ci ildə HDP-yə kredit ayırmışdınız? Məclisə girmələrini çox istədim, amma mənim səsim CHP-yə idi. Mən də içdən dəstəklədim, amma üstünlük vermədim.

ƏN FAŞİST REJİMDƏ BELƏ ƏDƏBİYYATDAN, TEATRDAN İGİDLƏR ÇIXAR

TÜRKIYƏ KINOSU

Türkiyə üçün ümidi, çıxış yolunu harada görürsünüz?


112

Film Fiction Magazine

Amma bu gün kürd məsələsini bir şəkildə həll etmək lazımdır. CHP, məncə, HDP ilə dialoq qurmğa gecikib. Mənim həddimi aşır bəlkə də bunu söyləmək, amma gördüyüm budur. Biz illər əvvəl Afyonda “Cümhuriyyət”i çəkərkən orada mayor rütbəsində cənub-şərqdən gələn bəzi insanlarla birlikdə olduq. “Bu iş döyüşərək bitməz, siyasi yollarla həll ediləcək” demişdilər. Dünya insanlıq tarixi bunu yaşadı. İngiltərədə IRA, İspaniyada ETA, Kolumbiyada FARC, bu da son. Kemalistlər bərk əsəbiləşəcək indi, belə danışırsınız, terrorçularla əl sıxmaqdan bəhs edirsiniz deyə. Dünyada bunun üsulları var. Sırf özünüz oturmazsınız o masaya, vasitəçilər vasitəsilə edərsiniz. Kolumbiyada da elə oldu, hər yerdə elə olur. Hər yerdə belə olur dediyiniz nədir? Dialoq qurmaq. Amma o verdiyiniz nümunələrin hamısında nəticə etibarilə əlində silah tutanla bir masaya oturuldu. Onun başqa düsturları da var. Onsuz da o yoldaşlar da bir bütün deyillər, gördüyüm qədərilə. Avropa ayağı var, İmralı ayağı var, Şam ayağı var...

TÜRKIYƏ KINOSU

Bunları danışmağı belə Türkiyə Cümhuriyyətinin quruluş fəlsəfəsindən kənara çıxmaq olaraq görə bilər bəziləri. Mən elə baxmıram. Bu torpaqlarda, tariximizdə kürdlərin rolu heçmi yoxdur?! Bu adamların bir dili var, mədəniyyəti var. Yox edə bilməzsiniz. 1978-79-cu il hesabatında CHP bu hadisəyə çox gözəl yanaşmışdı. Keçmişdə İşçi Partiyası, TKP, TSİP bu hadisələrə çox doğru yanaşdılar. Biz kürdlə, erməni ilə, yəhudi ilə qardaş kimi böyüdük. Bir kürd düşmənliyi ola bilməz. Amma təbii olaraq, onlarda da türk düşmənliyi olmamalıdır.


113

TÜRKIYƏ KINOSU

Film Fiction Magazine


114

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

Reha Erdemin KOCA DÜNYASI

Müəllİf: Şahİn Xəlİl


Film Fiction Magazine

115

REJISSOR Reha Erdem PRODÜSSER Ömer Atay SSENARI Reha Erdem OPERATOR Florent Herry MONTAJ Reha Erdem AKTYORLAR Ecem Uzun, Berke Karaer, Hakan Çimenser, Melisa Akman, Saygın Soysal, Ayta Sözeri İSTEHSAL 2016 Türkiyə MÜDDƏT 101 dəqiqə

TÜRKIYƏ KINOSU

73

-cü Venesiya Film Festivalı mükafatçılarından biri də “Koca Dünya” (“Böyük Dünya”) filmi oldu. Film rejissor Reha Erdemin sayca 10-cu filmidir. Filmlərində bolluca simvolikadan istifadə edən və bir çox nəsnələri fəlsəfəsi üzərindən təqdim etməyi sevən rejissorun “Koca Dünya”sı da bu baxımdan digər filmlərindən fərqlənmir. Film çeynənmiş mövzu üzərindən girişlə başlayır. Əvvəlcə motosiklet təmirçisi işləyən Ali adlı yeniyetməni görürük. Kimsəsiz olduğunu anlayırıq. Məlum olur ki, bir də onun kimi kimsəsiz olan Zuhal var. Zuhal övladlığa götürülsə də, atalığı tərəfindən cinsi istismara məruz qalmaqdadır. Ali Zuhalı bu çirkabdan xilas etmək üçün hər gün üzünə bağlanan qapı önündə gözləməkdədir. Qapılar arxasında mərhəmətin olmadığını, ümidinin can verdiyi görüb, son çıxış yolu kimi cinayətə əl atır. Ailədə hər kəsi öldürərək Zuhalı xilas edir. Qanunların idarə etdiyi ədalət prizmasına görə onlar cinayətkardılar. Demək təkcə bir yol qalır. Qaçmaq... Qanunlarla idarə olunan insanların dünyasından qaçıb, meşəyə sığınırlar. Təbiət isə gözəl olduğu qədər mərhəmətsizdir. Reha Erdem filmləri sakit, axıcı atmosferi ilə tamaşaçısını hər zaman ovsunlaya bilir. Qəhrəmanlarının çəkdiyi əzab, gördüyü işgəncə, yaşadığı dəhşətləri tamaşaçıya yükləmir. Əksinə, tamaşaçını şahid olaraq görür. Nəticədə filmləri çarəsizlik və narahatçılıq hissləri ilə izlənir. “Koca Dünya” rejissorun digər filmləri ilə müqayisədə daha dinamik başlayır. Amma getdikcə bu dinamika zəifləyir. Filmin reallıqdan şeiriyyata transformasiya etməsi möhtəşəmdir. Ata-ana sevgisindən məhrum iki uşağın bacı-qardaş olması da məlum deyil. Məlum olan bir-birlərinə olan sevgiləri sayəsində yaşamalarıdır. Alinin transvistit qucağında, Zuhalın meşədə ölmüş qadının əlini tutaraq yatması da əslində valideyn sevgisi axtarışıdır. Müsbətləri: Görüntüsü və musiqiləri filmi yadda qalan edir. Mənfiləri: Metaforalar bəzi məqamlarda ifrat dərəcəyə çatıb.


116

Film Fiction Magazine

TÜRKIYƏ KINOSU

Tərcümə: Aygün Vəlizadə

RAMIZ DAYI DEYIL, TUNCEL KURTIZ!


Film Fiction Magazine

117

Bu sevilən obrazlar çox tez unudular, bel sümüyü yoxdur çünki. Yeni bir serial gəlir, o itir, o biri başlayır. Amma kino, kitab qalır. “Umut” filminin Hasanı, “Sürü”nün Hamo Ağası, “Duvar”ın Alisi, “Ezel”in Ramiz Dayısı və ya Yılmaz Güneyin yol yoldaşı...

TÜRKIYƏ KINOSU

B

əzi insanlar var, danışar, həm də eyni zamanda ürəyini titrədər, ona “buradayam, sadəcə hiss et” dedirdər. Bəzi insanlar vardır, rol oynamaz, obraza bürünər. Bəzi aktyorlar var, yaddaşında “ekranda necə varsa, həyatda da odur” kimi qalar. Bir çoxumuzun yaddaşında “Ramiz Dayı” olaraq qalan Tuncel Kurtiz kimi... Tuncel Tayanç Kurtiz 1 fevral 1936-cı ildə İzmitin Bahçecik kəndində dünyaya gəlmişdir. Anası (Müfide Kurtiz) boşnak əsilli bir müəllimə, atası isə (Vala Kurtiz) Selanik doğumlu bir türk məmur idi. Universitetdə qısa bir müddət hüquq fakültəsində, daha sonra filologiya, fəlsəfə, psixologiya və sənət tarixi bölmələrində oxumuş, ancaq heç birindən məzun olmamışdır. Tuncel Kurtizin uşaqlığı atasının vəzifələri səbəbiylə durmadan köçlərdə keçir. Kırıkkale, Reşadiye, Kandıra, Posof, Ayvalık, Miçiqan, Detroit, Nyu-York, Silifke, Tarsus və İstanbuldan əvvəlki son dayanacaq 14 yaşında ayaq basdığı Edremit. Son zamanların da belə, bir ayağının orada olmasının səbəbini Edremitdə keçən gözəl illər, gözəl xatirələr və gözəl insanlarla əlaqələndirir. Kitablara, sənətə marağı çox erkən yaşlarda başlayır. Kitablarla dolu bir evdə böyüyür. Çünki Tevfik Fikret, Füzuli, Şair Eşrefin kitablarını əlindən yerə qoymayan bir atası vardı. 14 yaşında Dostoyevski, Emil Zolya oxuyan bir uşaq olmuşdu. İstanbula gəldikdən sonra teatr, opera, konsertlərlə tanış olur Tuncel. Küçədə rahatca gəzə bilməyəcək qədər şöhrət sahibi, qabiliyyəti, ustalığı isə bu şöhrətdən daha yüksəkdə duran azsaylı insanlardan biridir Kurtiz. Tuncel Kurtizin “Ramiz Dayı” ilə unudulmuş olduğu gerçəyi bir çox reportajının başında ortaya çıxır. Sosial şəbəkələrdə və digər yerlərdə Bilecik doğulması və filologiya məzunu olduğu yazılır. Halbuki bunlar tamamilə səhvdir. “Kommunizmdən başqa yol varmı?” – deyən Kurtizin siyasi fikirləri universitet illərindən etibarən tutduğu yolu dəqiqləşdirdi.


TÜRKIYƏ KINOSU

118

Film Fiction Magazine

1959-cu ildə “Dormen” Teatrında çalışmağa başlayan sənətçi, kinoya universitet illərində tanış olduğu Yılmaz Güneyin təşviqiylə daxil olur. “Yeşilçam”ın qızıl dövrünü yaşadığı 60-cı illərdə ard-arda onlarla filmdə rol alan Kurtiz, 70ci illərdə, ictimai-siyasi məzmunlu filmlərdə çəkilməyə başladı. Adını hər andıqda, gözlərinin dolmasına səbəb olan yaxın dostu Yılmaz Güney ilə paylaşdığı ortaq düşüncələr onları bir yolun yolçusu edir . Ssenarisi Orhan Kemalın əsəri əsasında yazılan və prodüseri olduğu “Bereketli topraklar üzerinde” filmi qadağa səbəbiylə qaçırıldığı xaricdən 28 il sonra gətirilib nümayiş etdirildi. 1981-ci ildə Antalya Qızıl Portağal Film Festivalında ən yaxşı ssenari mükafatını Nurettin Sezer ilə birlikdə qələmə aldığı “Gül Hasan” filminin ssenarisiylə qazanmışdır. 12 sentyabr 1980-ci il, ölkədə baş verən siyasi çevrilişlər zamanı Yılmaz Güneyin də ölümüylə məmləkətindən ayrılmağa qərar verərək, xaricdə yaşamağa başladı. İsveç, ABŞ və Almaniyada teatr karyerasını müvəffəqiyyətlə davam etdirən, xarici teatr və kino layihələrində iştirak edərək qabiliyyətini isbat edən sənətçi 90-cı illərdə yenidən Türkiyəyə qayıtdı. “Yeşilçam”ın keçmiş solçusu olaraq tanınan prodüser, rejissor və aktyorlarla əlaqələrini davam etdirdi. Həm Türkiyədə, həm də dünyada bir çox teatrlarda səhnəyə çıxmış, rol aldığı filmlərlə tamaşaçının rəğbətini qazanmışdır. İlk kino təcrübəsi 1964-cü ildə rol aldığı Orhan Günşirayın rejissorluq etdiyi “Şeytanın uşakları’’dır. Təbiətlə təmas-


Film Fiction Magazine

119

da, sakit bir həyat yaşamağı seçən Tuncel Kurtiz, bir müddət Edremitin Çamlıbel qəsəbəsində həyat yoldaşı və qaynı ilə birlikdə “Zeytinbağı” adlı butik otelində çalışmışdır. Gənc nəsil tərəfindən məşhurluğunu artıran ən böyük vasitə rol aldığı televiziya seriallarıdır. 2003-cü ildə “Alacakaranlık”, 2006-cı ildə “Hacı” və 2007-ci ildə “Asi” adlı seriallarda çəkilmişdir. 2009-cu ildə “Ezel” adlı serialda “Ramiz Karaeski” xarakterini canlandırmışdır. Gənclər arasında daha çox tanınmasını və sevilməsini təmin edən bu rol ilə bir çoxlarının yaddaşında sözləri, səsləndirdiyi şeirləri ilə qalır. Kurtiz 2010-cu ilin yaz aylarında “Zeytinbağı” adlı butik otelinə məşhur dostlarını qonaq edərək, NTV-də “Tuncel Kurtiz və dostları” adlı proqramda aparıcılıq etmişdir. Həmin ildə BBC-nin “Həyat” (“Life”) sənədli filmlərini səsləndirmişdir. Bir çox milli və beynəlxalq mükafatın ardınca, 2011-ci ilin oktyabrında 48-ci Qızıl Portağal Film Festivalında “Yaşam boyu onur” mükafatına sahib oldu. Miqyas kiçildikcə mənalar da kiçilər, yox olar. “Ramiz Dayı öldü” dedilər. Çoxumuzun yaddaşında belə qalıb, bunu qəbul etsək belə, bilməliyik ki, Tuncel Kurtizə edilə biləcək ən böyük haqsızlıq ona “Ramiz Dayı” deməkdir. Özünün dediyi kimi: “Bu sevilən obrazlar çox tez unudular, bel sümüyü yoxdur çünki. Yeni bir serial gəlir, o itir, o biri başlayır. Amma kino, kitab qalır.”

“Sabah unudulacaq televiziya şöhrəti. Yeni seriallar gəlib aparacaqdır onu. Mənə ən kiçik şəkildə belə təsir etmir alqışlar, səs-küy, şəkil çəkdirmək istəyən kütlə. Sabah unudulacağını çox yaxşı bilirəm. Mən haradan gəldiyimi bilirəm. Anadolu yollarının tozunu uddum, kürəyimdə yaba daşıdım, dəzgahlar daşıdım. Qubernatorlar, bələdiyyə başçıları məni yeməyə gözləyərdi getməzdim, əvvəlcə son məhsulu kamaza qoyardıq. Qısacası, bu şöhrətin mənə qazandırdığı, artıq hiss etdirdiyi bir şey yoxdur.” – belə deyirdi usta sənətçi. Uzun müddət etiraz etməsinə və bəyənməməsinə rəğmən, “Ezel” serialındakı məlum Ramiz Dayı rolunu qəbul edir. Bu serialdan yola çıxaraq, onun filmləriylə yetişməmiş nəsil arasında qazandığı populyarlıq heç də arzu etdiyi bir vəziyyət deyildi. “Bu kütlə “Beyoğlu”nda yalnız “Ezel”də tanıdıqları “Dayı” olduğum üçün mənimlə şəkil çəkdirmək istəyir, çoxu adımı belə bilmir. Qarşısından keçib gedirlər, teatr, kitab evləri

TÜRKIYƏ KINOSU

“Ramiz Dayı”, yoxsa “Tuncel Kurtiz”?


120

Film Fiction Magazine

bomboşdur. Təbii ki, təhsil sistemi nəticəsində...” – deyərək sistemi və gənc nəsli tənqid edir. Kurtiz Türkiyədə serial sektorunun vəziyyəti və serialların cəmiyyətdəki məşhurluğu haqda belə deyirdi: “Serialları indi dayandıra bilməzsən, dayandırmağa çalışsan, daha pis partlayar. Daha betər gələr üstünə. Bundan necə xilas olacağıq? Addım-addım irəliləyəcəyik. Heç birimiz yıxılmayacağıq. Əlimizdən gəldiyi qədər öz inancımızın işığında işləməyə və irəli getməyə çalışacağıq.”

TÜRKIYƏ KINOSU

Yılmaz Güney kinosunun son anti-qəhrəmanı: Tuncel Kurtiz “Yılmaz yuxularını da özü ilə apardı. Yılmaz bir dəfə mənə zəng etdi. “Qoca,” – dedi, – “birinci sənə deyirəm, başqalarından eşidib kədərlənmə, mədəmin yarısını götürdülər”. Və hər zamankı təbəssümü hiss olundu telefondakı səsində... “Qoca, sağlamlığına diqqət et, yaxında görüşəcəyik” – demişdi. “Bu yaxında görüşəcəyik”, tezliklə yenə bir iş üzərində çalışacağıq demək idi əslində. Təəssüf ki, o da ola bilmədi...” 1964-cü ildə “Şeytanın uşakları” ilə ilk dəfə həyatına girən kino


Film Fiction Magazine

121

onu çox irəli apardı. 1965, 1966 və 1967-ci illərdə 30-a yaxın filmdə çəkildi. Bu qədər çox filmdə çəkilməsinin əsas səbəblərindən biri universitet illərində tanış olduğu Yılmaz Güneydir. “Bebekdə bir mənzilin Bodrum mərtəbəsində yaşayırdı. Bir çarpayı, bir masa, bir də yazı yazmaq üçün çap maşını vardı. Tərs biriydi. İkimiz də kommunist idik. Hekayələr yazardım. “Hər evdə bir fotoşəkilimiz olacaq, bizi sevəcəklər,” – deyirdi. Çox yaxşı yazıçı idi. Bəzi hekayələri it-bat olub. “Pazar Postası”nda nəşr olunan “Neron” adlı bir hekayəsi var idi məsələn, itib. Heç kim tapa bilmədi. Dahi səviyyəsində bir adam idi. Onun yanında ikinci adam olmaqdan heç narahatlıq hiss etmədim. Sidik yarışdırmağa da çalışmadım onunla. O da həmişə yanında məni saxlamağı üstün tutdu.” Yılmaz Güneydən söhbət açıldıqda ağızdolusu danışan və bundan sıxılmayan, qürur duyan bir insan idi. Ya da sadəcə vəfalı bir dost! Sadəcə bir cümlə ilə Yılmazı izah et deyə üz tutsalardı ona:

Müsahibələrindən birində dözə bilməyib köhnə bir hadisəni xatırlayır. Yılmaz Güneyin üç adamı bıçaqla yaraladığı hadisə. O vaxt “Çirkin Kral”ın yanında Tuncel Kurtiz varmış. Açıq şəkildə izah edir: “”Klub 12”yə getdik Yılmazla. Bizim teatrdan Gülsüm Kamu da orada idi, mahnı oxuyurdu. O, mahnı oxuyarkən kimsə qışqıra-qışqıra lağ edir. “Susun,” – dedim, “burada bir sənətçi ifa edir”. Və mübahisə başladı. Mənim üstümə üç-dörd adam birdən hücum etdi. Yılmaz da məni qurtarmaq üçün bir anda araya girdi. Əlindəki bıçağı tuşlayıb – ölümə səbəb olacaq dərin yara açmamaq üçün bıçağı ucundan tutub – yalnız yaralamaq məqsədiylə “tak tak tak!” deyə üstlərinə atdı və üç nəfər yaralandı. Yılmazı göndərdik, mən qaldım. Mən getdim polisə. Mənim üçün etmişdi bunu. Kədərli bir hadisədir, başımızda cavanlıq havaları əsdiyindən bu kimi şeylər yaşanırdı, qaçılmaz idi. Hamımızda bir “maço” rəftarı vardı. Mən də çox davakar idim. Halit Çapın “Səni bir gün götürəcəklər!” – deyərdi. Tez əsəbiləşirdim,

TÜRKIYƏ KINOSU

“Dost. Cahit Irgatın Orhan Veli üçün söylədiyi kimi “bu torpaqdan biri” idi”.


TÜRKIYƏ KINOSU

122

Film Fiction Magazine

tez vururdum. İçki içirdim, bir növ ərköyünlük olmuşdu. Spirtli içkilərin dozasını qaçırırdım. Ən qorxduğum şeydir, məsələn. İllərdir sərxoş ola bilmirəm. Ona görə Məsələn, biz Bakırköyə də düşdüm. AKM-nin divarına işəyərkən bir gözətçi gəldi, çəkdi məni yanına. Mən də onu vurdum. Bu “Umut” filmini vaxt oradan keçən altı polis məni avtomobilə saldı, vuicazə vermədikra-vura, ağzımı-burnumu qıraraq polis bölməsinə apardıləri üçün Kann lar. Oradan ilk tibbi yardıma, oradan da Bakırköy. Bunları yaşadım mən, yalan danışmayacağam ki? Allahdan, baş Film festivalına həkim tanış çıxdı, çox saxlamadılar məni. Amma dərsimi gizli qaçırdıq, Reis veriblər, o ki var, parça-parça etmişdilər məni. O gün də Çelik “Işıklar sön- çəkilişim vardı. Yəni bir aktyorun etməməli olduğu hər şeyi etdim vaxtında. Bütün qəzetlər “Bir aktyor dəli oldu” mesin”i bitirdiyi deyə başlıq yazmışdı o illərdə.” Yılmaz Güney bir sentyabr günü köçmüşdü. Nə pis zaman Deniz Geztəsadüfdür ki, Tuncel Kurtiz də bir sentyabr gününü mişin həyatından bir seçdi. Hər ölüm erkən ölümdür. Hələ yeni işlərini, gələbəhs edən hissəni cəyə dair atacağı addımları planlaşdırırdı qoca. İsraildən kəsdilər, qopardı- Almaniyaya, Yaponiyadan ABŞ-a, oradan da Meksikaya – dünyanın dörd tərəfini gəzən aktyorluq həyatı hələ yeni lar, göstərməmək başlamışdı onun üçün. “Məsələn, biz “Umut” filmini icazə vermədikləri üçün üçün əllərindən Kann Film festivalına gizli qaçırdıq, Reis Çelik “Işıklar sönmegələni etdilər. sin”i bitirdiyi zaman Deniz Gezmişin həyatından bəhs edən Amma kimsə hissəni kəsdilər, qopardılar, göstərməmək üçün əllərindən gələni etdilər. Amma kimsə qorxmadı, bu ölkənin bugünkü qorxmadı, bu şərtlərini pozmaq lazımdır. – Kurtiz belə düşünürdü. ölkənin bugünkü Seriallara qarşı deyildi, onun dərdi də, üsyanı da bu şərtlərini pozmaq mövzuda başqa idi: “Yılmaz, nə vaxt ki “Ben öldükçe yaşarım”ı bitirdi, lazımdır. bax, onda ilk dəfə bir şeylər sınamağa başladı. O bu gün yaşasaydı, əminəm ki, serial çəkərdi. Amma bir mesaj verərək. İndi, məsələn, mən “Ezel” adlı bir serialda rol aldım, çox bəyənirəm formatını, çəkilişi və ssenarisi serial sənayesində bir inqilabdır, mənə görə. İnsanlar onu da izləyərək bir şey öyrənəcək. Addım-addım irəliyə doğru gedəcəyik. Bir gündə dəyişdirə bilmərik hər şeyi”. Nə vaxt Tuncel Kurtizin adı gəlsə, Yılmaz Güneyin sakit bir yerdə ssenari yazdığı səhnə canlanır gözümün önündə. O belə danışdı, belə tanıtdı Yılmaz Güneyi bizə. Kinoda Yılmaz Güneyin mirasına sahib çıxmaq çox qarışıq bir məsələdir. Çünki Yılmaz Güneydən sonra heç bir şey əvvəlki kimi deyil. Onu yox sayaraq, onun kinosundan söz aça bilməzsiniz. Tuncel Kurtiz Yılmaz Güneyin yadigarı idi. Yılmaz Güneyin “vurub- yıxan” filmlərindən, siyasi kinoya keçidinə qədər hər addımında yanında duran bir adam idi. Şərtləri nəzərə alsaq, böyük cəsarətlə söyləyə bilirdi: “Kommunist idik, amma kommunizmin nə olduğunu bilmirdik”. Hər kəsin həddi deyil, özünü Coys, Spinoza, Kafka zənn etdiyini, danışmaqda olduğu əhvalatları yazdıqlarıyla izah edərkən, türk filminin Maksim Qorkisi dediyi Yılmaz Güneylə dostluğunu, aralarında-


Film Fiction Magazine

123

kı təbəqələrin oxucusuna necə əks olunduğunu etiraf edərək izah etmək. Tuncel Kurtiz haqqında yazılan və izah edilən hər şeyin Yılmazda düyünləndiyini və bunun tam əksinin də mümkün olduğunu söyləmək lazımdır. Həm çətin, həm də yaxşı bir vəziyyət... Türkiyə kinosunun dünya kinosunda qırılma nöqtəsi hesab edilən, “Sürü” və “Umut” olmasaydı, Avropa kinosu haradan tanıya bilərdi Tuncel Kurtizi? Həm də o dövrün şərtləriylə. Bunu özü söyləyir. “Umut” filmini dövlət senzurasının əlindən qaçaq yollarla “Kann”a aparmasa və sürgün başlamasa, həyatı başqa bir istiqamətə yönələcəkdi. Bir-birlərinin həyatlarına o qədər gözəl təsir etdilər ki, onların yoldaşlığı dostluq anlayışını izah etməyə bəs edər. Yılmaz Güneydən bizə qalan son anti-qəhrəmandır Tuncel Kurtiz. Yılmaz Güney kinosunun inqilabçı siyasətini və poetikasını ömrünün sonuna qədər daşıya bilən bir “Qoca” qalmışdı. Bir daha soruşdu gedərkən: “Kommunizmdən başqa yol varmı?”

“Özünü Sait Faik zənn edən bir uşaq idim. Çox oxuyan, yazmağa çalışan. Yeniyetmə yaşlarımda teatra, operaya gedərdim. “Saray Sineması”nda konsertlər verilirdi. Dostum Ünal Arpacını zorla özümlə aparardım. “Dur gedək, kim bilir, nə qədər gözəl qızlar var orada indi!” deyə aldadırdım onu həmişə. Ünal gülərdi. Hə, bir də “Şan Sineması”nda alaturka və alafranga konsertlərinə gedirdik birlikdə”. Sonra teatr başladı. Haldun Taner və Özdemir Asafla yaxınlıq da həmçinin. Belə danışır o günlər barədə: “O vaxtlar Mollafenaridə kiçik bir mətbəəsi vardı Özdemir Asafın. Mən ilk rolumu səhnələşdirərkən proqram jurnalını Özdemir qardaşa həvalə etmişdim. Onu da dəvət etdik. “R” hərfini tələffüz edə bilmirdi. “Mən şeir oxumuram, hekayə oxuyum” – dedi. “R”ləri “y” kimi tələffüz edərkən, salondakıların qəhqəhələrini heç unutmaram.” İşsiz qaldıqları bir dövrdə 6 yoldaş öz teatrlarını qurub Anadolu qastrollarına çıxmağı qərara alırlar. İlk səhnə İzmitdə, dayısı Nazmi Oğuzun kino zalında “Yağmurcu”nu səhnələşdirərlər. 1000 nəfərlik kino zalına 12 adam gəldikdə müflis olarlar, amma yenə də tutduqları yoldan dönmürlər. Nurettin Sezer məmləkəti Kandırada bəxtlərini bir daha sınamağı təklif edir. Kandırada evlərdə qonaq qalaraq, siqaret çəkilən salonlarda sənətlərini nümayiş etdirirlər. Gənc idilər, idealist və xoşbəxt idilər. Kandıradan kirayəyə götürdükləri avtomobilə doluşub, qastrolu 5-6 ay daha davam etdirərlər.

TÜRKIYƏ KINOSU

Tam bir ədəbiyyat adamı, şairlərin dostu olan Kurtiz.


124

Film Fiction Magazine

Bir də Can Yüceldən söz düşdükdə: “Lüzumsuz bir şəkildə erkəndən öldü Can ata. Olacaq iş deyildi,” – deyərdi gözəl dostu üçün. “Ən sevdiyim şeiri “Sevgi divarı”dır” – deyər və hər zaman etdiyi kimi ardınca əzbərdən oxumağa başlardı o uzun şeiri: “Sen miydin, o yalnızlığım mıydı yoksa? kör karanlıkta açardık paslı gözlerimizi...”

Tuncel Kurtiz ədəbiyyat adamı idi, təsirli səs tonuyla əzbərlədərdi kəlmələri. Dostunun bir şeiri vardı: “Həyatda mən ən çox atamı sevdim” – deyə başlayan... Bir dəfə bu şeir yadına salınır, fikrə gedir və deyir: “Ən çox anam üçün darıxıram.” – Ekrandakı sərt görünüşlü adam sözünün ardını gözləri dolaraq tamamlayır: – “...evi tərk etmişdim. Yaşlı gözlərlə pəncərədən baxan anam hələ də gözlərimin qarşısından getmir. Bir dəfə bacım zəng etdi, “anamız ölür” dedi. Sürgündəydim. O da darıxırmış oğlu üçün. Təyyarəylə keçərdim İstanbulun üstündən, amma enə bilməzdim.”

TÜRKIYƏ KINOSU

“Mən bir az da zər atmağa inanıram. Qismət atmış göy qübbəsindən zərimizi, üstə nə gəldisə o olacaq” Həyata qarşı oynadığı, belə desək, atdığı zərlərdən məmnun idi aktyor: “Elə şeylər oldu ki... İsraildə “Sürü”nü seyr edən iki rejissor “Ərəbcə bir obrazı canlandırarsan?” dedilər. “Razıyam,” – ərəbcə bilmədiyim halda dedim. Bu da zər atmaq idi. Nəyə güvənirsən axı? Amma çox çalışdım. O rolla “Gümüş Ayı” qazandım. Məşhur ingilis teatr və kino rejissoru Peter Bruk, yaxın yoldaşım Miriam Goldşmidtlə “Sürü”nü izləyib, “Bu adam kəndlidir, aktyor deyil” dedikdə, Goldşmidt: “Dostum, ingiliscəsi də yaxşıdır” – deyir. Ardımca düşürlər.


Film Fiction Magazine

125

...məzarıma iki şüşə şərab, sevdiyim filmləri və bitirə bilmədiyim kitablarımı qoysunlar

Necə xatırlanmaq istəyərdi, görən? Hansı sözlə, hansı şeirlə, hansı roluyla? Müsahibələrindən birində cavablayır: “Heç vecimə deyil, nə deyirlərsə desinlər arxamca. Baxın, ən tez Türkiyədə basdırırlar ölünü. Mən ölümə inanmıram. Bəlkə bir bahar ölkəsinə açılan qapıdır ölüm. Hamımız bu qapıdan keçəcəyik. Nədir ki, bu dünya? Heç bunu cavablaya bilmirik axı, ölümün “yox olmaq” olduğunu haradan biləcəyik? Şamanların etdiyi kimi, öldükdə məzarıma iki şüşə şərab, sevdiyim filmləri və bitirə bilmədiyim kitablarımı qoysunlar. Çıxdığım o səfərdə onları bitirim...”

TÜRKIYƏ KINOSU

Mən o vaxtlar cibimdə 100 dollar və borc pulla alınmış bir dəst geyimlə Nyu-Yorkdaydım. Rejissor Menahem Golanla görüşdüm. O 100 dollarla Berlinə qayıdıram. Nə edəcəyik deyə düşünərkən, Brukla 2,5 il dünyanı gəzirəm. Böyük təcrübədir. Yaxşı da qazanıram, Yaponiyada sürət qatarına minib Fujiyə gedirəm, ən yaxşı restoranlarda yeyirəm, Meksikanı gedib gəzirəm, Nyu-Yorkda 2500 dollara ev tuturam. Qayıdanda yenə pulum yox idi. Berlində tualeti bayırda olan bir ev kirayə tuturam. Bunlara baxanda əslində gözəl zər atmışam. Oskar Uayldın dediyi kimi: “Bir dəfə və ya iki dəfə zər atmaq, alicənablıqla oynanılan bir oyundur. Amma utancın gizli evində günahla oynayan qazana bilməz!”


126

Film Fiction Magazine

ÖZ SƏHRASINDA İTMİŞLƏRİN HEKAYƏSİ

TÜRKIYƏ KINOSU

2011

-ci ilin 9 fevralı. Türkiyənin TRT telekanalında “Leyla ile Mecnun” serialı ilk dəfə efirə getdi. Cəmi 4-5 bölüm bəs elədi ki, serial geniş auditoriya tərəfindən sevilməyə başlandı. İlk mövsümdən sonra isə artıq Türkiyənin ən sevimli serialı idi. Və digər seriallardan fərqli olaraq “Leyla ile Mecnun” yüksələn şkala üzrə davam edirdi. Sanki heç bitməyəcəkdi. Serialdakı bütün obrazlar sevilirdi. Mecnunundan tutmuş, Erdalına qədər. Əttökən romantikalar, bitib tükənmək bilməyən “Kurtlar vadisi” kimi seriallardan fərqli olaraq “Leyla ile Mecnun” tamaşaçısı ilə səmimiyyət üzərindən münasibət qurmuşdu. Tamaşaçı absurd xarakterlərin varlığına inanmışdı. İsmail abi ilə bərabər heç gəlməyəcək gəmini gözləməkdə idi. Gəmi gəlmədi... Çəkiliş heyətinin məlum Gezi parkı hadisələrində iştirakına görə serialın yayımlanmasına qadağa qoyuldu. Türkiyənin çətin günlərində insanları güldürə bilən, ümid verən, onlara öz absurd dünyalarında qucaq açan, zibil qutusuna çevrilmiş televizorlarda izlənməli yeganə şey idi - “Leyla ile Mecnun”. Təbii ki hər gözəl şey kimi o, da bitəcəkdi. Amma bu qədər ədalətsizcə, bu qədər absurdca deyil. Onlara yaraşan şəkildə. Təəssüf ki, haqq bu dəfə də ədalətin deyil, iqtidarın tərəfində oldu. Serialın son seriyasının yayımlanmasından dörd il ötür. Dörd il ərzində dəyişən çox şey olub. Amma bir həqiqət var ki, “Leyla ile Mecnun” bu gün də Türkiyənin gəlmiş-keçmiş ən yaxşı serialı sayılır. Bu həqiqət isə dəyişməyəcək. Çünki, onlarla eyni “ağıl”da olan minlərlə insan var... Bizlər varıq.


Film Fiction Magazine

127

“LEYLA İLE MECNUN” SƏNİN ÜÇÜN NƏDİR? NƏYİ İFADƏ EDİR?

Cavid Şirinbəyli: Güldürən, ağladan, düşündürən səhnələri və indiyə qədər heç bir filmdə, serailda görmədiyim qədər doğma olan obrazları ilə Türkiyə serial tarixinin şah əsəridir deyə bilərik. İki dəfə izləməyimə baxmayaraq, hələ də indiyə kimi başa düşmədiyim “göndərmələr” görəndə, “çox cahiləm, kaş ki ölsəm” deyirəm. Azərbaycanlıların və ya türklərin ortalama zəka səviyyəsindən yuxarıda bir zəka tələb edən serialdır. Türklərin özləri demiş “iki bədən ölçüsü böyük”-dür. Əfsanə Əhmədova: “Leyla və Mecnun” serial deyil, televiziya əfsanəsidir və mənimçün “LM” unutmayacağım, hər dəfə darıxacağım bir gərçəkdir. Fərhad Vəliağa: LM-i nəyə bənzədirəm soruşulsaydı, ekvatorial qurşaq deyərdim. Məlum qurşaqda ilin əksər gün-

ləri, hava şəraiti dəyişkən olur. Sutka ərzində gündüzlər aydın, günəşli olduğu halda axşamtərəfi hava tutulur və leysan yağmağa başlayır. LM-in də əksər seriyalarında emosiyalar bu qədər dəyişə bilir. Bəzən kövrəltdiyi bir səhnədə anidən adamın üzünü güldürə və qəhqəhəyə boğa bilir.

Türkan Gil: “Leyla ilə Mecnun” məndə elə bir iz buraxıb ki, hələ də təsirindəyəm. Hər zaman keyfiyyətli zarafatların gələ bildiyi son nöqtədə dayanıblar və deyə bilərəm ki, mənim üçün keyfiyyətli zarafat həyatımın əvəzolunmaz tərkibidir. Bəzən düşünürəm ki, kaş bizim dünyamızda da bu cür absurdlıq olardı, Ülkər Qaçay: azca da olsa, yaşamı zaBu sualı ən sonda ca- rafata salmağı bacarardıq. vabladım, çünki o qədər Çətin ki... şey ifadə edir ki, ümuRüfət Bədəlov: miləşdirmək çətin oldu. Seriallar adətən elə olur ki, Həyatda hamımızı xüsusi müəyyən bir zaman çərçi- edən şeylər var. Baxdığıvəsində olur və bitir. “Leyla mız filmlərdə, seriallarda, ilə Mecnun” isə mənimçün oxuduğumuz kitablarda eyni anda yaşadığım ikinci özümüzə nəsə pay tapıbir həyat kimidir. Nələrisə rıq, özümüzünküləşdiriyaşadıqca ordan nələrisə rik. Hər bir şəxs fərqli olxatırlayıram və paralel ola- duğuna görə zövqlər də raq bu mənimlə davam fərqlidir. Mən film, serial edir. seçəndə həyatdan götürülmə, real dram filmlərini Mahmud Göyüşlü: seçirəm. Yaxşı dram filmi Mənim üçün Türkiyənin mənim üçün bütün digər ən yaxşı serialıdır. Belə bir növ filmlərdən üstündür. serial olmamışdı heç vaxt. Əlavə olaraq pessimist və Olmaq istədiyim yeri ifadə duyğusal adam olduğuedir. Məncə mən o məhəl- ma görə tez də kədərlələdə yaşasam heç vaxt nirəm. Bir də həyatda mədarıxmaram. İfadə şəkli nim üçün əsas üç anlayış çox böyükdür. Kəlimələrə xüsusi rol oynayır, sevgi, çevirmək mənim üçün çə- sadiqlik və səmimiyyət. tindi. Belə deyək, “mən İs- Bir də yaxşı insan olmaq. mailəm, Leyla ilə Mecnun “Leyla ile Mecnun” seriaisə Gemi”. Hərdən geri qa- lı da mənim üçün bütün yıdacaqlarını gözləyirəm. bunları ifadə edir. “Leyla ile Mecnun” mənim üçün

TÜRKIYƏ KINOSU

Aysu İbrahimli: “Leyla ile Mecnun” mənim üçün dostdur. Nə qədər klişe olsa da, dost bizə nə üçün lazımdır, həm xoş gündə, həm də naxoş gündə yanımızda olsun. Hər iki əhvalda izlənə biləcək bir serial olmaqdan daha artıqdır.


128

Film Fiction Magazine

sevgidir, səmimiyyətdir, sadiqlikdir. “Leyla ile Mecnun” kədərin özüdür. “Leyla ile Mecnun” bizdən biridir, içimizdəki serialdır. Həyata tutunma səbəbidir. Gözləməkdir. “Leyla ile Mecnun” yaxşı insan olmağa səbəb olandır. Bir serialdan üstün bir şeydir “Leyla ile Mecnun”. “Leyla ile Mecnun” bizik.

TÜRKIYƏ KINOSU

Sevil Süleymanova: “Leyla ile Mecnun” mənim üçün şeiri, səmimiyyəti, dostluğu, hər şeyi anlayıb heç nəyi dəyişə bilməyən insanlar deməkdir. Saleh Hacıyev: Serialdır, amma bu qədər doğma bir şey heç olmayıb. Hər halda “gülə bilmək lazımdır”ı ifadə edir. Gülarə Əliyeva: “Leyla ile Mecnun”a ilk seriyalarından baxanlardan deyiləm. Ancaq hardasa axırıcı Ömer-in qızı Leyla-

dan etibarən baxmağa başladım. Ancaq sonra LMçi olaraq əvvəlki seriyalara da baxdım. “LM” mənə görə əsl komediya, absurd komediyanın anasıdı. Absurd komediya anlayışını onlarla öyrəndim. Bir də bunu demək istərdim ki, həyatda olan kiçik, ancaq özlüyündə böyük olan məsələləri elə göstərirdi ki, düşüncə tərzini dəyişirdi. Məsələn, İsmail abinin “sığortası olan hiç ölür mü” - deyəndə görürsən ki, həqiqətən sığorta insanlar üçün necə böyük bir şeydir. Ülvi Əli: “Leyla ile Mecnun” hər şeydən əvvəl türk film-serial sənayesinin ən orijinal və baxımlı seriallarından biridir. “LM” izlədiyim dövrlər 2014-2015 illərini əhatə edir. Universitetdən sonrakı boşluq, ümidsizlik, işsizliyin ən üst səviyyədə olduğu vaxtlarda, “LM” serialının obrazlarının öz hekayələri altında yatan kədər bir növ tutunmağa yardım etmişdi. Leyla Bağırzadə: “Leyla ile Mecnun” ümid yeridir, gözlədiyim “Ağ gemidir”. Turab Məmmədov: Absurd komediya janrında ən yadda qalan serial. Röya Yusifova: Serial mənə dostluğun, birliyin vacibliyini, sevginin önəmini ifadə edir.


Film Fiction Magazine

129

Rüstəm Əliyev: “Leyla ile Mecnun” dedikdə, çoxu sırf sevgi filmi kimi baxır (filmə baxmayanlar yəni), amma LM başqadı. Güldürəndə gözləmədiyin anda ağladan, və ya əksinə bir serialdır. Özümdə hər bir personajın bir əksi var - Sevilməyən Yavuz, gəmi gözləyən İsmail abi, Leylasını tapa bilməyib, çöllərə düşən Mecnun. Zərnişan Məmmədova: Fikrimcə, serialın uğurlu olması, izləyicilərin rəğbətini qazanması üçün ən mühüm səbəb tamaşaçıya ötürə bildiyi doğmalıq və səmimiyyətdir. Serial mənə, həyatıma kənardan baxıb mühakimə etməyi, hər bir insanın səhv etmə şansının olduğunu, əsas məsələ səhvləri necə düzəldə biləcəyini öyrətdi. Ötürdüyü həyat tərzinin mənim də həyat tərzimlə eyni olmağı serialı daha təsirli edir. Bu səbəbləri göz önünə alsaq, əminliklə deyə bilərəm ki, serial mənə görə ən yuxarı rəfdə öz yerini alıb. Murad Hezarfen: Öz həyatıma bənzəyir, nişanlımı beyin xərçəngindən itirmişəm və mənim üçün nəyi ifadə etdiyini sözlə başa sala bilmərəm sizə.

Rüstəm Nağıyev: “Leyla ile Mecnun” həyat stilidi. Mənimçün səmimiyyəti ifadə edir. Çünki öz mühitim də bu “kafa”da olan insanlardır. Türk litseylərindən məzun olan insanlar demək istədiyimi daha yaxşı anlayar. Öz ətrafını, dost söhbətlərini, zarafatlarını, “geyiklerini” gördüm o serialda.

TÜRKIYƏ KINOSU

Səadət Seyidova: “LM” mənim üçün həyat tərzinə çevrilib. Sosial həyatımın bir hissəsidir və çox doğmadı. Hər gün ən azı 2-3 seriyasını izləməliyəm.


130

Film Fiction Magazine

Ülkər Qaçay: Həmişə içindən gəldiyi kimi hərəkət edən,uşaq kimi saf qəlbi olan İsmail abi, təbii ki. Mahmud Göyüşlü: Bu suala böyük ehtimal hərkəs İsmail deyər məncə. Xarakter olaraq hər bir obrazı bəyənirəm. Çiçəkçi teyzənin oğlundan, pis sarı bıyık və kaleci saçlı adama kimi. Amma sualda “ən” varsa, bu İsmaildir.

“LEYLA İLE MECNUN”DA ƏN SEVDİYİN XARAKTER (OBRAZ)? Aysu İbrahimli: Düşünürəm ki, demək olar ki, bütün “LM” sevərlərin ən sevimli obrazıdır o - İsmail abim!

TÜRKIYƏ KINOSU

Cavid Şirinbəyli: Bu həqiqətən çətin sualdır. Aralarında seçim etmək olmur. Çox güldüyüm zarafatlar adətən Qotik Leylanın “danışığı” zamanı olub. Ona görə Qotik Leyla deyərdim. Əfsanə Əhmədova: Bəlkə də yeganə serialdır ki hər obraz sevilir. İsmail abi isə özəldi mənə görə. İskender-i də unutmayaq. Fərhad Vəliağa: İsmail abi.

Türkan Gil: İsmail abi- Səbrin, gözləməyin, səmimiliyin zirvəsini yaşayan insan. Dostları üçün böyrəyini belə sata biləcək qədər fədakar biri. İsmail abinin ürəyindəki kədəri öz rəngli dünyası ilə ört basdır etməyə çalışması bir çoxlarımızın hekayəsi ilə üst-üstə düşür. Məncə İsmail abi hər kəsin duyğularını rahat ifadə edə bildiyi bir ikondur. Rüfət Bədəlov: Hər bir obrazı ayrıca xüsusi olan bir serialdır. Mənfi personajı belə sevilən serial. Hər bir obrazı xüsusi olan serialda hansı obraz ən sevdiyindi sualına cavab vermək qəlizləşir. Amma mənə görə, serialın ən yaxşı obrazı İskender-dir. Təkbaşına ailənin bütün yükünü üzərinə götürən, tərk edilmiş, əsl yalnız və kədərli, böyük və saf ürəyə sahib kişi obrazı. Həyata dair o seiralda bizə ən çox şey öyrədən obrazdır İskender baba. Dərdin, qəm-qüssənin simvoludur. Sevil Süleymanova: “Leyla ile Mecnun”da hər obraz xüsusidir. Amma mənim üçün bir


Film Fiction Magazine

131

az xüsusi obraz Yavuz obrazıdır. Sevgisini başa salmağa kəlimələr gücsüzdür. “Hiçbir zaman da öyle insan olmadı O”. Saleh Hacıyev: Yavuz H. Gülarə Əliyeva: Hamısını sevirəm. İskender, Erdal Bakkal , İsmail abi, Mecnun, Çankırılı, Nurtenin yeğeni. Ülvi Əli: İstənilən serialda, filmdə, hekayədə obraz yaratmaq çox çətindir. “LM”-i fərqli edən güclü obrazların eyni işdə ortaya çıxması idi. Erdal Bakkal, İsmail abi, İskender, Nurtenin yeğeni Leyla, Arda, Benjamin güclü obrazlar idi. Lakin favoritim Mecnundur. Qəhrəmanı seçmək asandır. Lakin “LM” sadəcə sevgi hekayəsi olmadığından Mecnun yalnız qəhrəman deyil. Çoxlu digər qəhrəmanlar var. Xüsusiyyətləri əsas götürərək mənə Mecnun obrazı daha doğmadır. Leyla Bağırzadə: İsmail Abi, bir də Sarı Bıyık. Turab Məmmədov: Hidayet obrazı (Mehmet Cihan Ercan)

Rüstəm Əliyev: Ən sevdiyim obraz Erdal Bakkaldır. Onsuz duzsuz olardı bəlkə də. Dizinin gözüdür, gözü. Zərnişan Məmmədova: Ən sevdiyim xarakter Mecnundur və əksər izləyəci kütləsinin mənlə eyni fikri paylaşacağına inanıram. Mənə görə ideal obraz olmasının əsas səbəbləri, ilk növbədə kifayət qədər təbii olması, həyatında bir çox səhvə yol verməsinə baxmayaraq, bunlardan necə dərs çıxarmalı olduğunu öyrədə bilməsidir.

TÜRKIYƏ KINOSU

Röya Yusifova: Mecnun Ç.


132

Film Fiction Magazine

Rüstəm Nağıyev: Mecnun. Çünki serialda digər xarakterlər hər biri ayrı-ayrı fenomen olsa da, hər şey Mecnunda başlayıb onda bitir. Bizi serialda kədərləndirən, güldürən hadisələrin mərkəzində Mecnun var. Bir seriyada Mecnun evlilik proqramına qatılır və orda ona sual verilir ki, nə işin var nə peşən, sənin “olayın” nədir? Məcnun cavab verir ki –Mənim vəd edə biləcəyim heç nə yoxdur, amma mən çox sevərəm məsələn, mənim “olayım” bu. Serialdakı hər kəs bir ülvi xüsusiyyətə sahibdir. İskəndər kimi ata, Yavuz və İsmail kimi dostlar, amma hər kəs yaxşı ata və ya möhkəm dost ola bilməz, lakin hər kəs Mecnun kimi çox sevə bilər. Yəni Məcnun xarakteri daha çox insanı təmsil edir.

TÜRKIYƏ KINOSU

Murad Hezarfen: İsmail abi. Səadət Seyidova: Bütün obrazların özünəməxsus yeri var, amma mən ən çox İsmail obrazını sevirəm. O rolun timsalında bizə dürüstlük, duyğusallıq, əsl dostluq, hətta uşaq məsumluğu belə göstərilir.


Film Fiction Magazine

133

“LEYA İLE MECNUN”DAKI LEYLALARDAN ƏN BƏYƏNDİYİN? Aysu İbrahimli: Nurten ablanın yeğeni. Ümumiyyətlə, serialın ən kədərli obrazıdır, məncə. Cavid Şirinbəyli: Melis Birkanın oynadığı Leyla obrazı daha sempatikdir amma ən sevdiyim Mecnunun Leylasıdır. Vahə olmayan Leyla. Əfsanə Əhmədova: İlklər unudulmur klişesinə dayaranaq birinci Leylanı bəyənmişəm hər zaman. Bir də Erdalın yeğeni Leyla. Səssiz olduğu qədər də gülməlidir. Fərhad Vəliağa: Mecnunun orijinal Leylası olmasa da, Sedef. Bir az dəymədüşər xarakterli olsa da, digərlərinə nisbətən daha istiqanlıdır. Ülkər Qaçay: Ən bəyəndiyim Leyla Sədəf obrazında olandır. Çünki sanki o, daha səmimi, daha təbii oynayır. Bir də həmin xarakterdə özümü görürəm deyə, hərəkətlərində, danışığında, qışqırıb-bağırmağında ona görə daha xüsusidir mənimçün.

Türkan Gil: Melis Birkan. Çünki Mecnunla daha yaxşı anlaşırdılar. Həmin seriala da çox yaraşırdı. Rüfət Bədəlov: Serialda ən çox fikir parçalanmasına səbəb olan hissə Leylalar məsələsindədi. Seriala oturmaq, rolunu oynamaq baxımından ən bəyəndiyim sonuncu Leyladır.

TÜRKIYƏ KINOSU

Mahmud Göyüşlü: Birinci Leyla. Ezgi Asaroğlu. Digər Leylaları heç sevmədim. Hələ son iki Leyla (Müge Boz, Melis Birkan) bunları heç sevə bilmədim. Amma birinci Leyla tam başqaydı. Düzdü, aktrisalıq cəhətdən yaxşı deyildi, ancaq ən çox Mecnuna o yaraşırdı. Və Mecnunun əsl Leylası o idi.


134

Film Fiction Magazine

Amma bir şeyi Burak Aksak da həmişə deyir ki, mənim üçün əsas Ezgi idi, yəni birinci Leyla. Mecnun da serial boyu həmişə hansısa yerdə, hansısa formada ilk Leylasına doğru gedir, onun boşluğunu doldura bilmir. Zatən, aksakallı Dede də məhz həmin Leyla ile birləşdirir Mecnunu, o da ona doğru aparır. Həmin Leyla qalsa amma, serial bu qədər davam edə biləcəkmi, bu qədər tutuzduracaqmı, orası məncə, bir az qarışıq məsələdir. Qarışıq məsələ olsa belə. Burak Aksak oradan da əjdaha bir serial çıxarardı, necə ki, hər şey plandan qırağa çıxıb setdə dava nəticəsində ilk Leylanı dəyişdirib beynindəki ssenarini də ona uyğunlaşdırdı. “Leyla ile Mecnun” elə bir serial idi ki, səni bu dəqiqə güldürüb, bir dəqiqə sonra ağlada bilərdi. Sevil Süleymanova: Həyəcan baxımından ilk Leylanı sevirəm. Çünki ilk sevgiydi. Olğun sevgi baxımından son Leyla. Çoxları sevməsə də, məncə bir-birilərin tamamlayırdılar. Saleh Hacıyev: Ezgi Asaroğlu

TÜRKIYƏ KINOSU

Gülarə Əliyeva: Sonuncu Leyla mənim üçün daha çox Mecnunun Leylası olacaq Leyla idi. Ülvi Əli: İlk olaraq heç xoşlamadığımı Sedef olaraq işarələməliyəm. Sonuncu Leyla ilə nə mənfi, nə müsbət fikir var. Birinci Leyla serialın ruhuna ən uyğun olan idi. Vaxt keçib praktika qazandıqca zəif aktrisalıq bacarığı ört-basdır olurdu. Mənim serialdakı Leyla idealım bütün kütləvi səs vermələrdə geri olan Müge Boz – yəni Şirindir. Şirinin sakitliyi, gözəlliyi, intellektuallığı, rasional yanaşması. Bəlkə də çox bezdiricidir bunlar. Lakin onlar Mecnun kimi avara, absurd insanları həqiqətən sevirlər. Bütün serial


ərzində mənə ən doğma və cazibədar gələn Şirinin Mecnunu qısqanması olub. Diger heç bir Leylada bunu hiss etməmişəm. Leyla Bağırzadə: Ezgi Asaroğlu Turab Məmmədov: Melis Birkan Röya Yusifova: Ezgi Asaroğlu Rüstəm Əliyev: Əlbəttə ki, Ezgi Asaroğlu serialda əvəzolunmaz Leyla oldu. O, öldükdən sonra Mecnun hər Leylada onu axtarırdı. Amma ən bəyəndiyim Leyla olaraq Zeynep Çamcı (Sedef) oldu. Zərnişan Məmmədova: Ən bəyəndiyim Leyla-Sedefdir. Onu Leyla Mecnunun tam “kafa dengi” adlandıra bilərəm. Bunun səbəbi, digər Leylalardan daha səmimi olması, daha ağıllı sevməsidir. Murad Hezarfen: Ezgi Asaroğlu Səadət Seyidova: Ezgi Asaroğlu Rüstəm Nağıyev: İstisnasız birinci Leyla. Ezgi Asaroğlunun canlandırdığı xarakter. Leylanı onunla sevdik. Ona ən yaxın isə Məcnun üçün kimliyini belə dəyişən Şirin xarakteridir. Şirin həm də serialdakı ən “cool” qızdır mənə görə.


136

Film Fiction Magazine

“LEYLA İLE MECNUN”DAN ƏN YADDA QALAN SƏHNƏ? Aysu İbrahimli: Bütün mövsümlər və ən maraqlı epizodlar, demək olar ki, yadımdadır, amma, hər ay birini xüsusi xatırlayıram. Maaş alanda. Erdal Bakkal-ın “100-200, 100-200” “bara”lar saymağı. Cavid Şirinbəyli: Yadda qalan səhnə çoxdur. Məsələn, İsmail abinin “dedeleri”nin demək olar hamısı yadımdadır. Amma yenə romantik çərçivədən baxsaq, iki əsas səhnədən təsirləndiyim üçün adlarını çəkmək istəyirəm. Birincisi İsmail abi məhəlləni tərk edən zaman avtobusda bir uşağa öz yediyindən verdiyi səhnədir. Digərində də İskender İsmail abidən soruşur ki, heç o gəmi birdən gəlməz deyə düşdüyün olub mu? O da deyir, yox, niyə elə düşünüm ki? Məsələn daha əvvəl biri mənə gəlməyəcəm dedi, onu heç gözləmədim. Atam gələcəm deyib... Əfsanə Əhmədova: Bütün səhnələri unudulmazdır, bu da çətin oldu. Məsələn: Yavuzun Eylül-ə vidası, Mecnunun Şirinlə “Pardon, bir dakika bakarmısınız” səhnəsi. Fərhad Vəliağa: Əksər səhnələri var ki, seçim etməkdə çətinlik yaradır, amma Mecnunun “kafasına sıktığı” səhnə deyərdim. Həmin səhnədə “İsmail abi, sensin zaten ya, sen benim en kral arkadaşımsın” və İskenderin “Erdal, o düşen benim oğlummuydu Erdal?!” replikaları. Ülkər Qaçay: Mənimçün ən yadda qalan səhnə Leylanın ölümündən sonra İsmail abiylə Mecnunun hündür bir yerdə söhbət etdikləri səhnədir. Hər insanın yanında o sözləri deyəcək İsmail abi kimi dost olmalıdır, məncə.

TÜRKIYƏ KINOSU

Mahmud Göyüşlü: Bu suala cavab vermək çox çətindir. Bir deyil, iki deyil. Ancaq ən yadda qalan səhnə, birinci mövsümün finalıdakı son səhnə, bir də 88-ci seriyada (səhv etmirəmsə) Yavuzla İsmailin mimika və əl hərəkətləri ilə danışaraq vidalaşmaqları səhnəsini misal çəkə bilərəm. Ancaq belə ümumilikdə çoxdur yadda qalan səhnə. Türkan Gil: Ölümün gəldiyi səhnə. Hamısı bir yataqda yatır, ölümlə bərabər. Daha doğrusu yatmağa çalışırlar. Ölüm bunlarla zarafat edir. Bunlar da durub qaçır və birisi deyir Allah ölümün də xeyirlisini versin. Ən çox güldüyüm və bəyəndiyim səhnə idi. Rüfət Bədəlov: Bilmirsən güldürən, yoxsa ağladanı seçəsən, bilmirsən düşündürəni, yoxsa göndərmələri seçəsən, ya da sadəcə ən absurd olanını. Ən güldürənini seçəsi olsam, “Metonya” kralı Metinin arvadı ilk Leylanın anası Sevimin dəfn mərasimini seçərdim


Film Fiction Magazine

137

“acımız büyük ama tabutumuz küçük”. Həmin səhnə, xüsusilə, yas mərasimləri daxil ciddi olmalı olduğumuz yerdə gülmək tutan mühitlərin ən gözəl təsviridir. Ağladan səhnə isə Leylanın təyyarə qəzasını İskenderin Mecnuna dediyi səhnə və İskenderin İsmail abi-yə “o gemi gelmiyecek diye düşündün mü hiç?” soruşub İsmail abinin sözünü sona çatdıra bilmədən ağlaması səhnəsidir. O səhnələrdə ağlamayan adamın insani hisslərdən məhrum olduğunu düşünürəm. Bir də 104-cü seriyada, Mecnunun ilk Leyla öləndə arada bir il danışmadığı hissədə olan Tulumba səhnəsi əfsanələrdəndi. Belə yazıb doldura bilərəm, dediyim kimi, əfsanə səhnələri o qədər çoxdur ki, seçim etmək doğrudan mümkünsüz kimi bir şeydir. Sevil Süleymanova: Səhnələr çoxdu. Amma hər kəsə pislik edən Mecnunun İsmail-ə atasının gəlməyəcəyini deməməsi ən xüsusi səhnələrdəndir. Saleh Hacıyev: 101-ci seriyada Yavuz “Lüle ev yemekleri” restoranını İsmail abiyə tapşırıb gedir, amma İsmail abi də İsmail abi olduğundan işi qoyub, gedir iş görüşməsinə. Geri qayıdanda isə Yavuz Eylüllə birlikdə İsmail abini gözləyir və əlində “güc” olan bütün axmaq insanlar kimi pul mövzusunda öz dostunu danlayır, məsuliyyətsiz olduğunu deyir, buna görə işsizsən deyir. Cibində olan son pulu verən İsmail abi qalanını da ödəcəyini deyir və gedir. Növbəti səhnədə Yavuz dediyi sözlərə görə peşman olur. Mənim üçün bu peşmanlıq səhnəsidir. Serialın rejissoru Onur Ünlünün ən sevdiyi türk filmi olan “Tabutta Rövaşata” filmində də deyildiyi kimi “ama arkadaşlar iyidir” ifadəsini bu səhnədə göstərirlər, məncə. Gülarə Əliyeva: O qədər var. “Tualet terliği”, “Yalnızlık”, “Pesküvit” , göndərmələr olanlar, Mecnun “anastasiya” aldığı, yataq səhnələri və s. Ülvi Əli: Ən çətin seçimlərdəndir. Əslində yaxın dövrlərdə baxmış olsam, çoxlu xırda detallar var idi ki, indi xatırlamadığım bəlkə də adi görünəcəkdi, lakin o detallar serialın kədərini içində toplayanlardır. Amma indi xatırladığım Mecnun artıq qayıdışın olmadığını anlayıb, Leylanın qəbiri üzərində “hadi, dede eve dönelim” (səhv etmirəmsə bele bir şey) deməsi. Yaxın dövrlərdə baxmış olsam, daha fərqli səhnələr ola bilərdi. Gülüş baxımından isə səhnələr kifayət qədər boldur.

Turab Məmmədov: İsmailin dənizə atlaması (Final bölümü) Röya Yusifova: Çoxdu əslində. Əsas olanlar: Mecnunun Leylaya (ilk Leylaya) eşqini etiraf etməsi, “seviyorum seni be, köpek gibi seviyorum”. Mecnun başını Şirinin ürəyinə söykəyib, Leylaya qulaq asması.

TÜRKIYƏ KINOSU

Leyla Bağırzadə: Yavuzun vidası və İskenderin “yalnızlık nedir” səhnələri.


138

Film Fiction Magazine

Rüstəm Əliyev: Çoxdur. Amma ən əsas iki səhnəni deyəcəm: 1. Mecnunun Leylanı itirməsi və İskender onun öldüyünü başa salması. 2. Erdalın Nurteni və övladını itirdiyi xəstəxana səhnəsi. Zərnişan Məmmədova: 39-cü seriya, “abi geyiği bırakın” səhnəsi. Murad Hezarfen: İskenderin Mecnuna Leylanın öldüyünü deməsi səhnəsi və Mecnunun “Baba beni buraya göm” deməsi. İsmail abinin Şekerpareye aşiq olma səhnəsi.

TÜRKIYƏ KINOSU

Səadət Seyidova: İlk mövsümdə bir hissə var idi. Mecnun ilə İsmail sahildə. Mecnun İsmail-ə deyir, “O gemi mutlaka gelecek, İsmail abi” və həmin hissədə İsmailin gözlərində ümid işığı parlayır. Və daha da inamlı olur. Bu səhnəni çox sevirəm. Rüstəm Nağıyev: Dizinin rəsmi olmasa da bitdiyi səhnə, 103-cü seriya, final səhnəsi, Mecnunun Leylanın qəbri üstündə - “Ben Mecnun değilim artık” - deyərkən arxada Ak sakallı dedenin, “Mecnun olmak senin tercihin değil, kaderindir” - deməsi Mecnunun əllərindən qum tökülməsi. Nə yalan deyim, ağlatmışdı o səhnə. Arxa fonda deyildiyi kimi, “Uzun uzun ağlarken terk edilenler, birer birer yalnızlığa yürüdüler”. Hər birimizini istisnasız dadacağı son. Bircə-bircə yalnızlığa doğru gedəcəyik.

“LEYLA İLE MECNUN”DAN ƏN SEVDİYİN İFADƏ (SİTAT, SÖZ)? Aysu İbrahimli: Oooo. O qədərdir ki... İlk ağlıma gələni yazacam: “Oğlum, bak, bir kızı bin kişi ister dokuz yüz doksan dokuz kişi alamaz. Sen o dokuz yüz doksan dokuz kişinin parçasısın. Yalnız değilsin. Kocaman bir gürubun parçasısın.” Cavid Şirinbəyli: “Adamlar bana çay verdi çay. Çay veren adam hiç kötü olur mu? Aklın mantığın kesiyor mu senin?” Əfsanə Əhmədova: “Gene bütün dünyanın yükü İsmailin sırtında”. Fərhad Vəliağa: “Bu kadar çok üzmeyin kendinizi, ölürsünüz vallah”.


Film Fiction Magazine

139

Ülkər Qaçay: Dede: - İnsanın yaşadığı acılar onu güçlü edir. İsmail abi: Ben güçlü olmak istemiyorum... Mahmud Göyüşlü: “Ben öyle bir insanmıyım?” Türkan Gil: “İnsanlar mutluluktan bulutların üstünü çıkıyor. Biz çıka çıka dama mı çıktık acaba?” Rüfət Bədəlov: Ən sevilən ifadəni seçmək ən az ən sevilən səhnəni seçmək qədər qəlizdir. Ən yadda qalanlardan biri İskenderin dediyi “Bir gün kalkarsın, çekip gitmiş, öylece gitmiş, dımdızlak kalmışsın ortada. Sen sanıyorsun ki, ikiden bir gidince bir kalıcak, amma ikiden bir çıkınca yarım kalıyorsun” və “Seviyorsan üzme, sevmiyorsan oynama” ifadəsi, Mecnunun “Zaten sensin İsmail abi, sen benim en kral arkadaşımsın”, İsmail abinin “Renkli hayatımız olsa, gitmezdi mi” sualına cavabda sonra həmişə rəngli geyinməyi, Yavuzun “Kibirinizde boğulacaksınız” və Şimbilli Erdalın Nurtenin “sen benden önce ölme olur mu” sualına evet deyəndən sonra son bölümdə “ben Nurtensiz ne yaparım” deməyini seçərdim. Sevil Süleymanova: “Her giden biraz değişir”. Nə qədər eqomuza sığışdıra bilməsək də, istər biz getsək, istərsə də seçdiyimiz kimsə geri dönərkən heç kim eyni olmur, amma nəyin dəyişdiyini özümüz də bilmirik.

Gülarə Əliyeva: Bəzi ifadələr artıq mən də qəlibləşib. Yəni günlük həyatımda işlədirəm. LM-çi dost-tanışlarla artıq bu ifadələri işlədir, bir birimizi çağırırıq. “Kafamın içinde fadimenin düğünü var”- mən bu ifadəni işlədəndə artıq bilirlər ki, başım ağrıyır, “nəəmiş?”, “olaylar olaylar” – təzə yaxşı “olaylar” var? “İsmail abi; - Hop – naber abi?”. Uzaqdan görəndə bir-birimizə əl yelləyirik. “Gece uyurken üstün açılsın emi Erdal”, “yalnızlık ah yalnızlıq”, “benim genlerimde...” Ülvi Əli: “Gidenler bizden hep bir parça götürürler. O parçanın yerinde de derin izler kalır. Herkesin bir yara izi vardır insanlardan gizlemeye çalıştığı. Saklamak için çok uğraştığı

TÜRKIYƏ KINOSU

Saleh Hacıyev: “Şimbilli”


Müəllif: Bahadır Mermut


Film Fiction Magazine

141

bir yara izi. Herkesin bir yara izi vardır, kimseye dokundurtmayacak kadar güzel olan. Baktıkça nefes alabiliyor olmanın kıymetini anlamanı sağlayacak bir yara izi. Bu izlerle yaşamaya alışırsın. Bir sabah belki gün doğarken baktığında dışarı yaşamayı yeniden sevebilirsin ve bir gün elbet birileri o yara izlerine dokunur. Acın da biraz olsun hafiflemeye başlar”. Leyla Bağırzadə: “Ben öyle bir insanmıyım?” Turab Məmmədov: Bir cütlüyün Leyla və Mecnuna: “Nişanlısızsa, niyə üzük taxmırsınız”, sualına Mecnunun: “Biz vegeterianıq” - deməsi. Röya Yusifova: “Sana inat buraya oturuyom, buradan da başka hiç bi yere gitmiyom, hadi bakayim”, İsmail abinin Benjaminlə ilk söhbəti. “Mecnun, ben geldim, sana geldim, terliklerimle geldim”, “Erdal abi çay banaa!”. Rüstəm Əliyev: “Abi 3000 (məbləğ dəyişir tez tez) lira versem” və “Çay erdal Bakkal da içilir”. Zərnişan Məmmədova: “Sevdiğin birini kaybetmemenin ne demek olduğunu bilirim. Yüzünde hep bir hüzün olur insanın, gülerken bile gözlerinde saklar onu, mutlu olurken bile gizliden gizliden pişmanlık duyar “ - bu replika yaşanmadan təsvir ediləcək bir cümlə deyil. Çox dərin, çox da kədərlidir.

Səadət Seyidova: Çox sevdiyin bir neçə ifadə var: “Neemiş?”, “Senin ağzından çıkanla kulağının duyduğunun tutması”, “İnsanlar bir birlerine çay söylediler. Çay içen insanlar hiç kötü olur mu?”. Rüstəm Nağıyev: Yavuzun oğurluq üstündə tutularkən belə işlətməkdən çəkinmədiyi ifadə, “ben öyle bir insanmıyım”. İsmail abinin “Hoop”nu və ya Mecnunun “Neemiş”ni bir çoxumuz o dizidən öyrəndik. Amma Yavuzun “ben öyle bir insanmıyım” ifadəsini Leyla ilə Mecnun olmadan da hər birimizin həyatında olub. Ən təsirli özünü müdafiə refleksi. “Ben öyle bir insanmıyım?”

TÜRKIYƏ KINOSU

Murad Hezarfen: “O gemi bir gün gelecek İsmail abi”. “Ben bu oyunu bozarım”. “Erdal biyiklarin Sarkozi”.


142

Film Fiction Magazine

“LEYLA İLE MECNUN” FİNALINI SƏN NECƏ YAZARDIN? Aysu İbrahimli: Yazmazdım.

TÜRKIYƏ KINOSU

Cavid Şirinbəyli: Bu sual haqqında heç fikirləşməmişdim. Ona görə indi uyduracağam. Mən xoşbəxt sonluqları sevən birisiyəm. Ona görə də, yəqin ki, əsl Leylanı dirildərdim. Düşünün, Aksakallının dəyənəyi bir ölünü dirildə bilir. Amma əvəzində bir can verilməlidir. O can da Erdal Bakkalın yumurtasını qurban verirlər və Leyla qayıdır. O biri Leylaların hamısı köçüb getsin şəhərdən. Erdal Bakkalın qızı olsun. Eylül ölməsin. Pakize qayıtsın və s. İllər sonra Mecnun öz uşaqlarına danışsın olanları, onlar da “hadi len” desinlər. Əfsanə Əhmədova: Burak Aksak inanılmaz bir ssenari yazdığı kimi sonunu da mükəmməl yazıb. Amma mən o cür təsvir etmirdim. İki dəfə izləmişəm, amma düşünə biləcəyim bir final yaza bilməzdim. Fərhad Vəliağa:

İsmail abinin gəmisi gəlməyəcəkdi, Mecnunun əsl Leylası dönməyəcəkdi, Erdal Nurtensiz tənha qalacaqdı. Ona görə bu seriala Onur Ünlü və Ali Atayın (bildiyim qədərilə məlum finalı senarist Burak Aksak yazmamışdı) düşündüyü final ən idealı idi, nə qədər də kədərli olsa da. Ülkər Qaçay: Əslində serialın bitməsini istəmədiyimçün əlimdə olsaydı heç sonlandırmazdım. Günümüzdəki yaşama uyğun obrazlarla canlandırıb aktyorların var olduğu müddətə qədər davam etdirərdim. Mahmud Göyüşlü: Bu haqda heç düşünməmişəm. Məncə bunun üçün adama Burak Aksak beyni lazımdı. Və o finalı ancaq və ancaq o, yaza bilər. Türkan Gil: Mən olsam, zirvədə saxlayardım. Elə bu cür. Finalı necə ola bilər ki ümumiyyətlə? Gəmi gələr. Leyla ilə Məcnun evlənər. Erdal abi çox pul yığıb market açar. Yavuz oğruluqdan əl çəkər. Onda bütün bu serialın mənası nə olur? Elə ən yaxşısı istəmədən də olsa, zirvələrdə qalmağı olub. Rüfət Bədəlov: Nəzərə alsaq ki, hələ “Ben de özledim” serialında təqdim olunan final Ali Atayın fikridir, Burak Aksakın yox, ona görə də, Burak Aksakın finalı necə olardı düşünə bilmir adam. Amma mən ol-


Film Fiction Magazine

Sevil Süleymanova: Nə “Leyla ile Mecnun”a final yazmaq, nə də başqasının final yazıb bitirməsini istərdim. Bir serialın başına gələn ən gözəl şeylərdən biri gəlib “LM”in başına. Sonunun olmaması ona xüsusilik qatır. Sonu olsa, o da adiləşər bəlkə, sonu yoxdu deyə əlçatmazdı, eynən həmişə gözlənilən o gəmi kimi. Saleh Hacıyev: Mən heç vaxt final barəsində düşünmürdüm. O qədər maraqlı davam edirdi ki hadisələr, heç nəyi ehtimal etmək və bunların arasına final yerləşdirmək ehtiyacı yaranmırdı. Bitəcəyini heç vaxt düşünmürdüm. Əsgərlikdən məzuniyyətə gəldim və yox idi, bitibmiş həm də finalsız. “Klişeden ölen var” amma məncə hələ də bitməyib. “Keçməyən bir keçmiş” kimi bir şeydir. Əvvəl həftədə bir dəfə baxılan serial indi hər darıxanda həftədə bir dəfədən daha çox baxılan bir serialdır. Gülarə Əliyeva: Ali Atayın verdiyi sonluğu istəməzdim, çox ağır olardı. Mənim üçün bitməməliydi əslində, ya da elə bəlkə də sonu tamaşaçının öhdəliyinə verilən sonluqlardan olmalıydı. Ülvi Əli: “Ben de özledim”de göstərilən final adı verdikləri səhnə əslində serialın sadəcə skeleti ola bilərdi. Onun final olmadığı aydın idi. Final kimi təqdim olundu geniş kütlənin ürəyinə su səpmək üçün. Final sonluqdur. Göstərilənlər lap əvvəldən planlanmışdısa belə, bütün bunları bizim necə öyrənməyimiz final ola bilərdi. Olmadı. Leyla Bağırzadə: Yaxşı olsun istəyərdim. Leylaların içindən biri ilə xoşbəxt sonluq. Gəmi gəlsin içində də Şekerpare. Klassik, amma yaxşı olan. Turab Məmmədov:

Final haqda düşünməzdim. Röya Yusifova: Leyla ölməmiş, son iki mövsümdə baş verənlər əslində Mecnunun yuxusu imiş. Rüstəm Əliyev: “Ben de Özledim”də ən gözəl final yazılıb. Başqa cür final mən yaza bilməzdim. Bəlkə də İsmail abinin gəmisi gələrdi, Mecnun Leyla xoşbəxt olardılar, Yavuz evlənəndə o silahlı hücumdan sağ çıxardı sevdiyi... Amma onda da çox mənasız olardı. Zərnişan Məmmədova: Baş rol elə bir xarakterli insan idi ki, düzü, serialda xoşbəxt ya bədbəxt sonluq olacağını təxmin edə bilmirdim, gözlənilməz sonluqlu filmlər daha yadda qalan olur. Finalı mən yazsaydım, edəcəyim yeganə dəyişiklik, sonuncu Leylanın Sedef olması olardı. Düşünürəm ki, o obraz dadı damaqda qalan obraz idi. Sonuncu Leylada elə hey Sedefə oxşarlıq axtarırdım. Murad Hezarfen: Burak Aksak necə yazıbsa, elə də gözəldi. Səadət Seyidova: Sonu barədə heç nə deyə bilməyəcəyəm, çünki sonunda ilk Leyla olsun istərdim. O da olmadığına görə bu suala heç bir fikrim yoxdur. Rüstəm Nağıyev: Heç düşünməmişəm bu barədə, final məni çox qane edib hər halda.

TÜRKIYƏ KINOSU

sam, dramatik final yazardım. Mecnun ilk Leylasının yanına, gəmi İsmail abiyə gəlmirsə, İsmail abini gəmiyə, Pakize İskender-ə gəlmirsə, İskender-i Pakizeye aparardım. Sənə doğru gəlmək alınmırsa, sən getməlisən.

143


144

Film Fiction Magazine

O GƏMİ GƏLƏCƏKMİ? Aysu İbrahimli: Gələcək və hamımızı aparacaq. Cavid Şirinbəyli: Bu gəmi söhbəti çox fərqli formalar alıb artıq. İstədiyin kimi yanaşmaq olar suala. Məsələn, söhbət mənim gəmimdən gedirsə, onun gəlməyəcəyinə əminəm. Batdığını gözlərimlə görmüşəm. Amma həyat davam edir. Ümumi cəmiyyət olaraq bizim gəmimizdən söhbət gedirsə, mütləq gələcək. Daha doğrusu biz gedib gətirəcəyik. P.s. “Şimdi, gemi var, gemicik var...” Əfsanə Əhmədova: Gəmi gəlsə də, hər şey başqa cür olacaq. O gəmi gələcək, amma gözlədiyimiz ümid məhv olacaq. Aksakallı dede-nin dediyi kimi, “Hayallerin ne kadar büyük olursa, hayal kırıklığı da o kadar gürültülü olur”. Fərhad Vəliağa: Onur Ünlü demişkən “mesele gemi değil, biz beklemeyi seviyoruz”. Məncə də ölənə qədər o gəminin gəlməsini gözləyəcəyik. Əgər o gəmi gəlib bizi göyərtəsinə alsa, “o gəmi” artıq “o gəmi” olmayacaq.

TÜRKIYƏ KINOSU

Ülkər Qaçay: O gəmi gələcək, amma gəminin içindəkilər gələcəkmi? Məncə, onlar gəlməyəcək. Mahmud Göyüşlü: Bəlkə... Türkan Gil: Gəlməyəcək. Gəlməsini də istəməzdim. Çünki gəmi ümiddir. Ümidsizlik sondur. Rüfət Bədəlov: O gəmi gələcək hafız, mütləq gələcək. Hamımızın gözlədiyi bir gəmi var, o gəminin gələcəyi ümididir bizi bu mənasız həyata bağlayan. Hər kəsin gəmisi fərqlidir, xüsu-


Film Fiction Magazine

145

sidir, hər kəs öz gəmisini gözləyir bu həyatda. Hamımızı yaşadan o ümiddir. Gəlməsə, yuxarıda yazdığım kimi biz gedəcəyik gəmiyə doğru, o gəmiyə qovuşacağıq mütləq. Sevil Süleymanova: Onur Ünlü bir dəfə yazmışdı: “Mesele gemide değil, biz beklemeyi seviyoruz”. Məncə də gəminin gəlib gəlməməyinin əhəmiyyəti yoxdu. Həm biz gəlib gəlməməyini bilmirik. Bəlkə də kimlər üçünsə çoxdan gəlib, amma xəbərləri yoxdur. Saleh Hacıyev: “Gelmez olur mu? Beraber el sallıyalım mı?” Gülarə Əliyeva: İsmail abi var olduqca həmişə gəlmə ehtimalı var. Ülvi Əli: O gəmi bizim nağıllarımızdır, inanmaq və inandırmaq istədiklərimizdir. Onlar isə hətta Leyla ilə Mecnun kimi absurdlar dünyasında belə heç vaxt real deyil. Ona görə gəlməyəcək. Leyla Bağırzadə: “O gemi mutlaka bir gün gelecek!” Turab Məmmədov: Yox. Röya Yusifova: İsmail abi, o gemi bir gün gelecek! Rüstəm Əliyev: İllərdir İsmail abi ilə o gəmini gözləyirəm. Gedən geri gəlmir qardaş. O gəmi gəlməyəcək. Zərnişan Məmmədova: O gəminin varlığı belə xoşbəxt edirsə, gəlib gəlməməsi o qədər də əhəmiyyət daşımır.

Səadət Seyidova: Burda isə düşünürəm ki, əsas o gəmini gözləyən birinin olmasıdır və o gözlədikcə, daha da inamlı olursa, bu inam o gəmini gözləməyə stimul verirsə, əsas isə gələcəyinə inanırsa, mütləq gələcək. Rüstəm Nağıyev: O gəmi gəlməyəcək. Sadəcə bunu deyərək ümid etmişik. Zəif anlarımızda güclü hiss etmişik. Lakin Onur Ünlünün də dediyi kimi, mövzu gəmi deyil, “biz beklemeyi seviyoruz”.

TÜRKIYƏ KINOSU

Murad Hezarfen: Gəlməsə belə, biz gözləyəcəyik.


146

Film Fiction Magazine

“LEYLA İLE MECNUN”DAN HANSI OBRAZA NƏ DEMƏK İSTƏRDİNSƏ, YAZ. ƏLAVƏ QEYD ETMƏK İSTƏDİYİN XATİRƏN VARSA, YAZ. Aysu İbrahimli: Bilmirəm, Azərbaycandan olan neçə LM sevər orda olub, amma, mən Kireçburnunda gəmiyə əl yelləmişəm. Çox qəşəng hissdir. Hamıya qismət olsun! Cavid Şirinbəyli: Serial elə yerdə qurtarıb ki, cəsarət edib heç birinə bir söz deyə bilmərəm. Dərdləri özlərinə bəsdir onların. Kişi ağlamaz, siz də yaxşı bilirsiz. Bəzi səhnələr elə belə duyğulandırıb o qədər. Həyatda “Leyla ile Mecnun”a aid çox misal çəkirəm, elə indi də bu davam edir. Zarafatları, misalları başa düşməyən olanda həmin adamlardan soyuyuram. Leyla ile Mecnun izləməmiş biri ilə mənimki tutmaz ümumi olaraq. Heç olmasa 4-5 seriya izləyib bəyənməlidir və vaxtım olanda baxacam deməlidir.

TÜRKIYƏ KINOSU

Əfsanə Əhmədova: İsmail abi, gemi hikaye, biz senle beklemeyi sevdik. TRT1-də reklamı gedərkən qərəzli davranmışdım adına görə, bu nə serialdır deyib, izləmək istəmədim. Yaxşı ki, qırdım qərəzimi, izlədim. Peşman olmayacağım tək şeydi LM. Və çox darıxdım, sayənizdə üçüncü dəfə izləmək istədim. Fərhad Vəliağa: Obrazlar bir-birilərinə serial ərzində deyəcəkləri ən yaxşıları deyiblər məncə, əgər bir gün o obrazlarla qarşılaşsaydım, “hadi, manava gidelim mi? eriye, incire, üzüme düşelim mi? Alemlere akalım mı?” - deyərdim. Yuxarıdakı suallardan ən-lərə yaxın bir xeyli səhnə və replikalar var, ona görə seçmək çətin oldu. Hər filmdə obrazların özünəməxsus xüsusiyyətləri var, amma bu serialda senarist və rejissorun nə qədər güclü fantaziyaya və dünyagörüşünə sahib olması seçilir. Filmdəki “göndərmələr”, metaforalar, gündəmdəki mövzulara toxunmalar və məzələnmələr, ən əsası demək olar ki hər səhnəsində sezilən səmimilik və s. yüzlərlə faktorlar var ki, bu serialı xüsu-


Film Fiction Magazine

147

si edir. Təəssüf ki bitdi, və ümidvaram Burak Aksak və Onur Ünlü nə vaxtsa yenidən birgə yeni işlər təqdim edərlər. Ülkər Qaçay: İskəndər-ə demək istərdim ki, qızıl kimi ATAsan. Bu seriala baxmağım bir dostumun “Leyla ilə Mecnun” serialından çoxlu paylaşımlar etməsi nəticəsində olmuşdu ki, diqqətimi çəkmişdi. Həmişə “O gemi bir gün gələcək” deyə yazırdı. Nə yaxşı ki də yazırdı... Mahmud Göyüşlü: Pakizeyə deyərdim ki, nahaq İskenderi tərk elədin. Ayıb olsun. Ak sakallı Dedeyə deyərdim ki, “niyə mənim yuxularıma girmirsən?”. Nə bilim hər kəsə bir söz deyərdim yəqin. Xatirəm odur ki, ilk dəfə birinci seriyasına tv-dən baxanda dedim ki, ”bu necə bir serialdı ilahi?” Elə o vaxtdan baxdım, bir daha da əl çəkə bilmədim. Hər həftə birinci günü gözləyərdim və bazar ertələrini mənalı edən tək səbəb olurdu çox vaxt. O dövrlərdə bu seriala baxan bizim ölkədən çox az adam var idi. Bu serial vasitəsi ilə bir neçə insan tanıdım və özümə doğma olan bir dost qazandım. Ən maraqlı cəhədlərdən biri odur ki, LM tamaşacıları (əsl izləyicidən gedir söhbət) aralarında sanki doğma və gözə görünməz bir gizli bağlantı var. Tanımasan belə o insanı sənə doğma biri hissini verə bilər. Bu hisslərə başqa hansısa serialda çətin rast gəlinə. Türkan Gil: Əlbəttə istərdim. İstəyərdim ki deyim, məni də yanınıza alın. Əgər bu yazını oxuyursuzsa və sözü gedən serialı izləməmisinizsə elə bu gün izləməyə başlayın. Xoş seyirlər. Rüfət Bədəlov: Son olaraq İsmail abiyə səslənirəm ki, “Hoşçakal” demədiyinə görə, bütün LM sevərlər sizi “həmişə gözləyəcək, bir saat da gözləyəcək, bir ömür boyu da”.

Saleh Hacıyev: Hə, Yavuz abi çoxlu pulu olanlara hörmətli adam deyirlər. Düzdür Yavuz abi, burdan da çox aciz görünürlər, ümidvaram hər yerdən elə görünərlər. Tək dərdi öz mənfəəti olanlar, Yavuz abi, inşallah öz qürurlarında boğularlar. Qardaşımı, ailəmi, dostlarımı, insanları, kitabları, teatr tamaşalarını, türk filmlərini daha çox sevdirdiyi üçün Onur Ünlü-yə, Burak Aksak-a, Serkan Keskin-ə, Ali Atay-a, Osman Sonant-a, Ahmet Mümtaz Taylan-a, Cengiz Bozkurt-a, Oğuz Atay-a, Turgut Uyar-a, Edip Cansever-ə, Metin Üstündağ-a, William Sheakespeare-ə və əməyi keçən hər kəsə daima çox dərin minnətdaram. İlk dəfədir belə bir şey edirəm. Çox sağ olsunlar.

TÜRKIYƏ KINOSU

Sevil Süleymanova: Nə qədər ağır olsa da, İsmail abiyə deyərdim ki, dünya bizim içimizdədir. Əgər birinin daxili qaradırsa, onu dəyişdirmək olmaz. Gedəni də saxlamaq olmur, getmək istəyən bir yol tapıb, gedir sonda.


148

Film Fiction Magazine

Gülarə Əliyeva: LM-çilərlə rastlaşanda, ya da yeni tanışlar arasında LM-dən nəsə zarafat edəndə, kiminsə cavab verməsi xoş olur. Arada Nurtenin yeğeni kimi danışıram. Ya da nəsə bir şey edəndə “benim genlerimde...” - deyirik inandırmaq üçün. Ülvi Əli: Arda və Mecnunla birlikdə “geyik muhhabbetleri”nə qoşulmaq istərdim. Əslində suallara daha dolu cavablar vermək istərdim. Çox heyf, iki ildə çox az izləmişəm. Hisslər, fikirlər, xatirələr təzə deyil. Leyla Bağırzadə: Erdal bakkala demək istəyərdim ki: “Bıyıkların çeksin, Şimbilli!” Əlavə olaraq demək istəyərdim ki, peşmanam ki “Leyla ile Mecnun”u gec izləmişəm.

TÜRKIYƏ KINOSU

Röya Yusifova: Obrazlara deyəcək bir şey yoxdu, hər şeyin yaxşısını bacarırlar. Amma serialın davamı sırf “Leyla ile Mecnun” olaraq gəlməsini istəyərdim. Burak Aksak bunu bacarar.

Rüstəm Əliyev: “Leyla ile Mecnun”un Mecnunu, İsmaili, Yavuzu, İskenderi, Erdalı ilə oturub bir çay içərdim o daimi çay evlərində. Orda xoş söhbət bəs edərdi. Bəlkə həmin zaman suallar ağlıma gələrdi. “Leyla ile Mecnun”u bizdən alanların allah cəzalarını versin. Zərnişan Məmmədova: “Tuttuğun takım küme düşsün, Erdal”. Murad Hezarfen: Obraza yox, “Leyla The Band” qrupu ilə birgə konsertdə ifa etmək istərdim elektro gitarist olaraq. Yenidən bərabər iş görsələr, dəhşət olar. Rüstəm Nağıyev: İstanbulda olarkən Kireçburnuna gedib dənizə əl yelləmişdim. Önümdə balaca qayıqda iki nəfər var idi. Onlar da mənə əl yelləmişdi. Adamlar öyrəşmişdi hər halda bu vəziyyətə. Gülmüşdüm.


149

TÜRKIYƏ KINOSU

Film Fiction Magazine


Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər. Jurnalda yayımlanan məqalələrdən müəlliflərin icazəsi olmadan istifadə etmək qadağandır. © Bütün hüquqlar qorunur.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.