Film Fiction Magazine N34

Page 1


2018-CI ILIN ƏN YAXŞI FACEBOOK SƏHIFƏSI

 filmfictionmagazine


ŞAHIN XƏLIL Redaktor NURLAN BABAZADƏ Art Direktor TURAL ƏLISOY PR menecer FUAD ALQAYEV MƏTLƏB MUXTAROV Kreativ Direktor ELVIN CƏBIZADƏ

ƏLAQƏ:  filmfictionmagazine@gmail.com    filmfictionmagazine  filmfiction

Şef redaktor


06 Müəllif: Şahin Xəlil

8 MADDƏDƏ DEVID LINÇ

Tərcümə: Məlahət Qurbanəliyeva

DEVID LINÇ: SURREALIST FILOSOF

08 Tərcümə: Məlahət Qurbanəliyeva

10 Tərcümə: Məlahət Qurbanəliyeva

TERRENS MALİK: SONUNCU MOQİKAN

film fiction

12

FRENSİS F. KOPPOLA: 6 OSKARLI KLASSİK


18

Tərcümə: Məlahət Qurbanəliyeva

FEDERİKO FELLİNİ: DAHİ MAESTRO

Tərcümə: Saleh Hacıyev

ALEXANDRO XODOROVSKİ: SURREALİST ŞAİR

22 Tərcümə: Məlahət Qurbanəliyeva

26 Tərcümə: Saleh Hacıyev

ONUR ÜNLÜ: BİR YIĞIN TƏLAŞ

MƏHŞƏRİN 4 ATLISI: S. EYZENŞTEYN, A. KUROSAVA, A. TARKOVSKİ VƏ K. KESLYOVSKİ

36 film fiction


Devid Linç

Tərcümə: Məlahət Qurbanəliyeva

surrealist filosof

Devid Linç 20 yanvar 1946-cı ildə ABŞ-ın Massaçusets ştatının Missula şəhərində anadan olub. Üçqat ali təhsil (Vaşınqtondakı Korkoran İncəsənət Məktəbi və Los Ancelesdəki Filadelfiya Təsviri İncəsənət Akademiyası, həmçinin Mütərəqqi Kino Tədrisi Mərkəzi) sahibi olan Devid 70-ci illərdə kino aləminə gözlənilməz tufan kimi daxil olub və öz yaradıcılığı ilə ildən-ilə milyonlarla insanın təsəvvürünü həyəcanlandırıb. Linçi sürrealizm çalarlarına malik bədbin fantaziyalar ustası hesab edirlər. Onun filmlərinin seyrək obrazları öz fiziologiyaları ilə ikrah doğururlar. Kino sahəsində artıq 40 ildən çox çalışan Linç, şübhəsiz ki, mətnaltı ismarıc ustasına çevrilib. Linçin dünyanın heç də ilk baxışda göründüyü kimi olmadığı fikrini çatdırmaq cəhdləri heç də boş keçməyib. Onun bu axtarışları, xüsusilə, Avropa və Yaponiya üçün yaxın idi. Linçin hələ heç bir filmi dünya prokatında kommersiya baxımından uğursuz olmayıb. Devid Linçin filmlərinin nə üçün belə qəribə təəssürat doğurduğu sualına cavab olaraq, rejissorun saytında yazılır: “Bu filmlər yalnız o sualı verən kəslərə qəribə gəlir”. Həqiqətən də, insanlığın kütləvi “normal yaşam tərzi” haqqında doqmalarını bir kənara qoyduqda, hər kəs agent Kuperin (“Tvin Piks”) və Seylorun (“Dəli ürəklər”) davranışında özünə yaxın şeylər aşkar edə bilər. Linç özü kifayət qədər ekssentrik xarakterə malik və qəribəliklərlə dolu olan bir insandır. Məlumdur ki, “qida” sözü Linçdə müqəddəs dəhşət oyadır: o, heç bir zaman evdə yemək yemir. Odur ki, ən azından rejissorun özünün nümunəsində belə qəribəliklərə heyran olmaq, hətta onları filmlərdən ibarət kolleksiyasını toplamağa dəyər. “Çeynənə bilən materialları çox sevirəm” – deyə rejissor qeyd edir. “O, heyrətləndirici büküşlərlə doludur və beyni xatırladır”. Rejissorun, demək olar ki, bütün filmləri insan təhtəlşüurunun bitməz-tükənməz labirintlərini xatırladır. Linçin ilk tam metrajlı filmi 1977-ci ildə işıq üzü görmüş “Pozanbaş” onilliyin ən valehedici və bədbin filmlərindən biri hesab olunur. Ekranda göstərilənlər insanı, sözün əsl mənasında, depressiyaya salmaq qüvvəsinə malikdir. Saçları Sergey Eyzenşteynin saç düzümünü xatırladan gənc bütün film ərzində “bəbəş” adlandırdığı daha çox kəpənək baramasını xatırladan cisim və selik yığını ilə nə edəcəyi qərarına gəlməyə çalışır. Hekayənin sonu kədərli olsa da, bu qanunauyğun hesab oluna bilər. Saxta ata öz saxta övladını qurban gətirir. Kino bir neçə Amerika kinofestivalları tərəfindən rədd olunsa da, “underground” kino aləmində hitə çevrildi. Linç Mel Bruksun diqqətini cəlb edir. Bruks XIX əsrdə yaşamış bədheybət Con Merrikin hekayəsini ekranlaşdırmağı təklif edir. Beləliklə, 1980-cı ildə “Fil adam” filmi işıq üzü görür. Film kinoprokatda kifayət qədər uğurlu olur və “Oskar” mükafatına nominasiya ilə yanaşı, “Ən yaxşı xarici film” kateqoriyasında “Sezar” mükafatı qazanır. Bunun nəticəsində, Linç kinomaqnat Dino De Laurentis ilə tanış olur. Bu ikilinin həmkarlığı rejissorun ən

film fiction


mübahisəli lentlərindən biri, “Qum təpəsi” (1984) meydana gəlir. Filmi, demək olar ki, heç kəs bəyənmədi: Linçin pərəstişkarları, prodüser və elə rejissorun özü. Bundan sonra rejissor bir daha üzücü Hollivud mexanizmi ilə çalışmayacağına söz verir. 1986-cı ildə Linç öz müəlliflik üslubunu tamamilə aşkar etməyə nail olduğu “Mavi məxmər” filmini təqdim edir. Əvvəlki filmlərində müəlliflik imzasını yaradan Linç “Mavi məxmər”də artıq öz oyun qaydalarını diqtə edir. Film bütün qəribəlik və sirli dünya sevərlərin sevgisini qazanır. “Mavi məxmər”də biz sonradan kütləvi izləyicinin “Tvin Piks”də sevəcəyi hər bir şeyi tapa bilərik. Lakin televiziya triumfundan əvvəl Linç festival triumfu yaşayır. 1990-cu ildə “Dəli ürəklər” filmi ilə Kann kinofestivalından “Qızıl Palma Budağı”nı aparır. Dənizçi (Nikolas Keyc) ilə Lulanın (Lora Dern) parodiyasayağı süjet üzrə inkişaf edən sevgi macərası öz dəlisov və rok-n-roll atmosferi ilə insanı heyran qoyur. Sözün müəyyən mənasında, məhz onlar Stounun “Anadangəlmə qatillər” və Tarantinonun “Azğın köpəklər” və “Kriminal qiraət” filmlərindəki qəhrəmanların sələfləri olublar. Elə həmin ildə ekranlara əfsanəvi “Tvin Piks” filmi çıxır. Bu film dərin süjet və güclü rejissura olan zaman televiziya ekranlarında nümayişin nəyə qadir olduğunu sübut etmiş oldu. Film nəinki ABŞ-da, həmçinin, Avropa və Rusiyada da uğur qazandı. 1992-ci ildə Linç hekayənin başlanğıc hadisələrindən bəhs edən serialı “Tvin Piks: alov, ardımca gəl”i təqdim etdi. Dörd il sonra “Heç yerə aparmayan şosse” (1996) işıq üzü görür. Bu film ilə rejissor təyin olunmamış, qəribə, sirli və gizlin olanlarla işləmək ustadlığını bir daha təsdiqləmiş oldu. Süjet xətləri öz aralarında kəsişməyən filmin qəhrəmanları zaman və məkan daxilində azad şəkildə hərəkət edirlər. Linç 1999-cu ildə Kann kinofestivalında “Sadə hekayə” filmini təqdim edəndə bütün dünya təəccüb içində qaldı. Film rejissor üçün sözün hər mənasında yenilik idi. Cırtdan, paralel dünyalar, seyrək obrazlar və bütün gözlə-

nilməz elementlərlə özünü dünyaya sevdirmiş Linç hara qeyb olub? İnsan münasibətlərindən bəhs edən hekayə, həqiqətən də, sadə alınmışdı. Növbəti il Linç “ABC” televiziya kanalı üçün “Malholland drayv” serialı üzərində işləməyə başlayır. Rejissora təqdim olunmuş tam yaradıcılıq azadlığı ona gətirib çıxardı ki, serialın pilot epizodları efirə buraxılmadı. Linç isə artıq hazır olan materialları montaj edərək, bir neçə əlavə çəkilişlər aparır və lenti Kann kinofestivalına gətirir. Nəticədə Linç “Ən yaxşı rejissor” mükafatını qazanır. 2006-cı ildə Venesiya kinofestivalında Linçin üç saatlıq “Daxili imperiya” lenti təqdim olunur. Film sadə model rəqəmsal kinokamera ilə çəkilib. Bu ekran əsəri üzərində iş senari olmadan aparılırdı. Festivalda Linç kino sənətinə verdiyi tövhələr üçün “Qızıl Şir” ilə mükafatlandırıldı. 90-cı və 2000-cı illərdə Linç bir neçə musiqi və reklam çarxlarına müəlliflik edib. Devid Linç Kaliforniyada yaşayır. Boş vaxtını foto çəkilişlərinə və rəssamlığa həsr edir. Onun fotolarından birini 2008-ci ildə keçirilən Kann kinofestivalının afişası üçün istifadə ediblər. Linç, həmçinin, musiqi ilə məşğul olur. Rejissorun ilk albomu 1989-cu ildə Ancelo Badalamentinın köməkliyi ilə işıq üzü görüb. 2000-ci illərdə Linç elektron musiqi ilə məşğul olmağa başlayır və “BlueBob” albomunu buraxır. 2011-ci ildə onun ilk solo albomu “Crazy Clown Time”, 2013-cü ildə isə “The Big Dream” albomu satışa çıxarılır. Devid Linç uzun illər ərzində özünü Maharişi Maheş Yoqa sistemi üzrə meditasiyaya həsr edib. O, hətta şüurun dərinliklərinə baş vurmağa imkan verən texnikanı təsvir edən audio-kitab yayımlayıb. Devid Linç üç dəfə evlənib. 1967-ci ildə Peqqi Lents ilə baş tutmuş ilk izdivaclarından Cenier Çember Linç adlı qızları dünyaya gəlib. Lakin 1974-cü ildə ayrılıblar. Üç il sonra Devid, Meri Fisk ilə ailə qurub. 1982-ci ildə onların oğlu Ostin Cek Linç dünyaya gəlib. Linç daim məşhur və gözəl qadınları sevib. Onun məşhur aktrisalarla çoxsaylı sevgi macəraları olub. Belə münasibətlərdən yorulan Linç 2009-cu ildə aktrisa Emili Stoulf ilə ailə qurur. 2012ci ildə onların qız övladları dünyaya gəlir və Linç onu “Dəli ürəklər” filminin baş qəhrəmanının şərəfinə Lula Bogina qoyur.

ÇEYNƏNƏ BILƏN MATERIALLARI ÇOX SEVIRƏM

film fiction


8 Devid Linç Müəllif: Şahin Xəlil

MADDƏDƏ

film fiction


Müstəqil kino – Əgər belə bir siyahı olsaydı, sözsüz ki, Linç “müstəqil kinematoqrafiya”nın ən məşhur rejissorları arasında ilk üçlükdə olardı. Söhbət təkcə onun müstəqil kinoya bəxş etdiyi sənət əsərlərindən getmir. Linç prinsipial insandır və bu prinsiplərinə heç vaxt qarşı çıxmır. Sifarişlə çəkdiyi filmlərə adını belə yazdırmır. Rəssam – Rəssamlıq təhsili alan rejissor kinoda da rəssamlığı ön planda saxlayır. Linç filmlərində forma hər zaman məzmunu üstələyir. Simvolizm və mistika – Linç filmləri simvolizmlə zəngindir. Rejissorun, demək olar ki, bütün filmləri mistik və simvolikdir; sonluğu isə anlaşılmazdır. O, qəti şəkildə ekran əsərlərinin şifrələri haqqında danışmır. Linç qəhrəmanları bəzən eyni cümləni və ya hərəkəti 2-3 dəfə təkrarlaya bilirlər. Amma Linç tam olaraq abstraksionizm və ya formalizmə

daxil olmur. Məzmun və qəhrəmanlar var və o qəhrəmanları izləmək tamaşaçıya maraqlıdır. Reallıq və sürreallıq – Linç filmlərinin mövzusu bəzən bir-biri ilə əlaqəsiz olan iki məzmun üzərində cərəyan edir, bəzən isə məzmunun böyük bir hissəsi yuxu və ya fantastika ola bilir. Rejissorun bu tərzini sevən tamaşaçılar onun filmlərində xüsusi şifrə axtarmadan, sadəcə seyr edirlər. Kino tənqidçiləri isə onun filmləri üzərində saatlarla baş sındırırlar. Spontanlıq və təbiilik – Rejissor təbiiliyi hədsiz çox sevir. Bəzən “Doqma 95” cərəyanında olduğu kimi hadisələr kamera qarşısında “burada və indi” baş verir. “Malholland Drayv” filminin çəkilişləri zamanı aktyor Castin Teru təyyarədən birbaşa çəkilişə yollanıb. Linç aktyora dincəlməyə imkan verməyərək, yol yorğunu olan aktyoru olduğu kimi filmə çəkib.

Aktyorlar – Əsasən 3-4 dəyişməz aktyorla işləyən Linçin filmlərində əsas qəhrəmanlardan başqa, digərləri təsadüfi insanlardır. Bu təsadüfi insanlar isə Linç filmlərində işləyən koordinator, bəstəkar və ya sürücülərdir. Musiqi – Linç filmlərində bəstəkar əsasən Ancelo Badalamentidir. Amma rejissor onunla kifətlənlənməyib, filmlərində müxtəlif qrupların çıxışlarından və musiqilərindən istifadə edir. Musiqi barəsində rejissor həssasdır, çünki özü də bəstələyir. Bununla yanaşı, Linç tanınmayan və maddi sıxıntısı olan istedadlı bəstəkarlar tapıb, onlara kömək edir. Meditasiya – Rejissor mütəmadi meditasiya ilə məşğul olur və səyahət etməyi sevir. Meditasiya haqqında “Böyük balıq tutmaq” adlı kitab da yazıb.

film fiction


Tərcümə: Məlahət Qurbanəliyeva

Frensis Ford Koppola 6 oskarlı klassik

F

rensis Ford Koppola 7 aprel 1939-cu ildə ABŞ-ın Detroyt şəhərində, Arturo Toskaninin orkestrində bəstəkar və fleyta ifaçısı olmuş Karmayn Koppolanın ailəsində anadan olub. Atasının peşəsi ilə əlaqədar olaraq, ailə tez-tez bir şəhərdən digərinə köçməli olurdu. Kollecə qəbul olmadan öncə Frensis 25 dəfə məktəbini dəyişib. Eyzenşteynin yaradıcılığı Frensis üçün əsl tapıntı idi: “Bu, səssiz film idi, lakin hərdən elə bir təəssürat yaranır, sanki ekranda tüfəngdən açılan yayılım atəşinin səsi gəlir. Həmin gün mən nə ilə məşğul olmaq istədiyimi anladım. Kino işində ən maraqlı olan montaj etməkdir. Ən qeyri-adi, ən həyəcanlı kadrları müəyyən sıralama ilə düzəndə özünü əlkimyaçı kimi hiss edirsən.” Frensis əvvəlcə Hofstrada teatr sənətinə yiyələnir, daha sonra Los-Ancelesdə Kaliforniya kino məktəbinə qəbul olur. 1962-ci ildə Koppola qorxu filmlərinin kralı hesab olunan Rocer Kormanın yanında səs rejissoru, senarist və icraçı prodüser kimi çalışmağa başlayır. 1965-ci ildə o, “Dəlilik” filmini çəkir. Koppola senarini cəmi bir gecəyə yazmış, İrlandiyada baş tutmuş çəkilişlər isə cəmi doqquz gün çəkmişdi. Qorxu filmləri həvəskarları lenti çox bəyənmişdi. Koppola İrlandiyada olarkən kostyumlar üzrə rəssam Eleanor Neil ilə tanış olur. Tezliklə onlar ailə qururlar. 1965-ci ildə Eleanor onların Can-Karlo adlı övladlarını dünyaya gətirir. Koppola həmişə ata olmağı arzulamışdı: “Axı mən yarı italyanam (ana tərəfdən), odur ki, genetik olaraq, övladpərəst biriyəm. Bundan əlavə, öz uşaqlığım haqqında ağrılı xatirələr qaldığından, öz övladlarımı çox xoşbəxt etmək mənim arzum olub”. 30 yaşında ikən Koppola hərbi-bioqrafik “Patton” (1970) filminə yazdığı senari üçün öz ilk “Oskar”ını qazanır. Film İkinci Dünya Müharibəsi zamanı nüfuzlu hərbi başçılardan biri olmuş Corc Patton haqqındadır. Koppolaya dünyaca məşhurluğu qazandıran film Mario Püzonun məşhur “Xaç atası” kitabı əsasında çəkilmiş eyniadlı filmi (1972) olub. Koppola Püzo tərəfindən yazılmış senarini yaradıcı şəkildə yenidən işləyib. O, filmin ümumi əhvalını, həmçinin, romanın əsas süjet xəttini olduqca dəqiq şəkildə inikas etdirib. “Kitabda mən əsas ideya kimi sülalə və hakimiyyət problemlərini görürdüm” – deyə Koppola qeyd edir. Koppolanın filmində növbə ilə qanlı savaş, toy, xaç suyuna çəkilmə və ailə qalmaqalları səhnələri bir-birini əvəz edir. O, özünü məişət detallarının təsviri, başqa sözlə desək, atmosfer yaratmaq ustası kimi təsdiqlədi. Məlumdur ki, düzgün aktyor seçimi uğurun yarısıdır. Bu planda Koppolanın işini qüsursuz hesab etmək olar. Don Karleone roluna Lorens Olivye, Corc Skotti hətta prodüser Karlo Ponti kimi bir çox məşhurlar təklif olunurdu. Rol uğrunda sərt mübarizə gedirdi. Koppola Marlon Brandonun namizədliyinin təsdiqlənməsi üçün uzun zaman mübarizə apardı. Aktyor hətta özü üçün təhqiramiz hesab etdiyi sınaqlara belə qatılmışdı. Marlon Brando xaç atasının rolunu çox ustalıqla canlandırıb. Onun qəhrəmanı ailəcanlı insan, uğurlu iş adamı, lakin eyni zamanda, mafiya başçısıdır. Qətl onun üçün sadəcə işin bir hissəsidir. Filmdə Brandonun tərəf müqabilləri gənc Ceyms Klan və Al Paçino idi.

film fiction


Lakin bu proses mənim xoşuma gəlmirdi. Daima ürəyim bulanırdı və mən anladım ki, yeganə çıxış yolum fikir gücü ilə daxili tarazlıq tapmaqdır. Çəkilmiş material “Paramount” sahiblərinin xoşuna gəlmədi. Pərişan Koppola yeni senari yazmaq üçün Parisə yollanır. Filmin təqdimatı onsuz baş tutmuşdu: “Nə qədər gülməli olsa da, 32 yaşında, həyatımın ən böyük uğurunu yaşadığım zaman mən Parisdə, gecə-gündüz bu lənətə gəlmiş senarini yazmaqla məşğul olduğum üçün heç ürəkdən sevinməyə belə macal tapmırdım”. Kino klassikaya çevrilmiş “Xaç atası” Koppolaya ən yaxşı senari üçün “Oskar” qazandırdı. Bundan əlavə, artıq varlanmış Koppola film çəkərkən kassa yığımları barədə narahat olmaya bilərdi. 1973-cü ildə Cin Hekmenin gizli söhbətləri dinləmək üzrə mütəxəssisi canlandırdığı “Danışıq” filmi ekranlara çıxdı. Həmin vaxtda baş vermiş “Uotergeyt əhvəlatı” filmin aktuallığını qat-qat artırmışdı. “Sight and sound” jurnalının resenziyaçı müxbiri Koppolanın filmini “Amerika biznesinin dəyərlər sisteminə amansız hücum” adlandırmışdı. “Danışıq” Kann kinofestivalının baş mükafatına layiq görülsə də, kassa yığımları kiçik idi. Maliyyə çətinlikləri Koppolanı mafiya mövzusuna qayıdaraq, “Xaç atası” filminin ikinci hissəsini (1974) çəkməyə vadar etdi. Film üçün böyük büdcə ayırmış “Paramount” şirkəti rejissoru tələsdirərək senarinin yazılması və filmi istehsala buraxmaq üçün cəmi üç ay müəyyən etmişdi. Birinci hissədəki rolu üçün aldığı qonorardan narazı qalmış Brando, ikinci hissədə çəkilməkdən imtina edir. Vitto Karleonenin cavanlığını o zamanlar çox da məşhur olmayan Robert De Niro canlandırır. “Xaç atası, ikinci hissə” izləyicilərin çox ürəyincə oldu və altı nominasiyada (həmçinin, ən yaxşı film, rejissor və senari) “Oskar” mükafatına layiq görüldü. “Oskarlardan” birini Frensisin atası, filmin musiqisini Nino Rota ilə birgə bəstələmiş Karmayn Koppola qazanmışdı. “Xaç atası”nın iki hissəsi aparıcı Amerika tənqidçilərinin təşkil etdiyi 1970-ci illərin ən yaxşı filmləri siyahısında birinci yeri tutur. Bundan əlavə, bu filmlər çox vaxt bütün zamanların ən yaxşı filmləri siyahısına daxil edilir. 1979-cu ildə Koppola senarisini Cozef Konradın “Qaranlığın qəlbi” romanı əsasında yazdığı “Apokalipsis bu gün” filmi üzərində dörd il davam edən işini bitirir. Filmin qəhrəmanı rəhbərliyin tabeçiliyindən çıxmış və Kambocanın cəngəlliklərində öz krallığını qurmuş amerikalı polkovnikdir. “Apokalipsis bu gün” Filippin adalarında çəkilmişdi. Filmin əsas ulduzu Marlon Brando o qədər kökəlmişdi ki, kadrda onun üzü yalnız alaqaranlıqda təqdim olunurdu. Bundan əlavə, Brando həmişə olduğu kimi çoxlu improvizasiyalar edirdi. Dennis Hopper daimi olaraq narkotik qəbul edir, Martin Şin isə infarkt keçirmişdi. Kurtsun imperiyasının dekorasiyalarını 1976-cı ilin mayında arxipelaq üzərindən keçmiş tayfun dağıtmışdı. Bu səbəbdən filmin çəkilişlərini bir neçə ay ərzində dayandırmaq lazım gəldi. Bu arada filmin büdcəsi durmadan artırdı. Koppola öz kino şirkətini girov qoymalı olmuşdu. Elə orada, Filippində olarkən Koppola ilə Eleanorun münasibətləri korlanır. O, hədsiz əsəbi gərginlikdən Eleanora

qışqırır, onu təhqir edir, çəkiliş meydanından qovurdu. Bütün olanlar az imiş kimi, Koppola intihar haqqında düşünməyə başlayır. Belə ki, Koppola depressiyaya meyilli biridir. Bir neçə il ərzində Frensis maniakal-depressiv psixozdan müalicə almışdı. “Lakin bu proses mənim xoşuma gəlmirdi. Daima ürəyim bulanırdı və mən anladım ki, yeganə çıxış yolum fikir gücü ilə daxili tarazlıq tapmaqdır” – deyə Koppola xatırlayır. Həkimlər ona depressiya tutmaları olacağı barədə xəbərdarlıq etmişdilər. “Apokalipsis bu gün” “Qızıl palma budağı” və üç “Oskar” mükafatı qazanır. 1986-cı ildə “Daş bağlar” filminin çəkilişləri zamanı Koppola dəhşətli xəbər alır: onun 22 yaşlı oğlu Can-Karlo katerdə gəzinti zamanı həlak olub. “Bu, baş verəndə mən işlərimin nə cür getməsindən asılı olmayaraq, artıq məğlub olmuş biri olduğumu anladım. Nə olur olsun, mən bir daha heç vaxt tam məmnunluq hissi keçirə bilməyəcəm” – deyə Koppola xatırlayırdı. Frensis və Eleanor üçün Can-Karlonun vəfatından altı ay sonra dünyaya gəlmiş qızı Cia ümid yeri oldu. Koppola “Taker – İnsan və onun arzusu” (1988), Allen və Skorseze ilə birgə hazırlanmış “Nyu York əhvalatları” (1989) filmində 12 yaşlı qızın macəraları haqqında novella “Zoisiz həyat” hissəsini çəkmişdi. “Paramount”un rəhbəri Frenk Mankuzo ona “Xaç atası”nın üçüncü hissəsinin senarisi üçün bir milyon, rejissurası üçün üç milyon dollar və gələcək qazanclardan 15% təklif etdi. Senarini Koppola Mario Püzo ilə birgə yazdı. İkinci hissənin finalı ideal şəkildə düşünülmüşdü: Maykl Korleone ölkənin ən nüfuzlu şəxslərindən birinə çevrilir. Lakin ruhən o, ölü biri idi. Rejissorun ideyası 60 yaşlı Mayk Korleonenin faciəvi fiqur olmasından ibarət idi. Ölümün yaxınlaşdığını hiss edərək, bu insan yaşadığı həyatını gözdən keçirir və etdiyi günahlardan təmizlənməyə çalışır. O, qardaşı oğlu Vinsent Korleonenin də özü kimi mafiya başçısı olmasını istəmir. Əksinə, onun qanuni biznes çərçivəsində iş aparan iri şirkətin rəhbəri olmasını istəyir. Vinsent Korleone roluna Endi Qarsiya təsdiq olunmuşdu. 1990-cı illərdə Koppola, əsasən, prodüserlik və öz kino şirkətinin işləri ilə məşğul olurdu. Vaxtı ilə o, Kurosava, Venders, Şröder kimi nəhənglərin layihələrini maliyyələşdirirdi. Koppola yeni müəlliflərin kəşf olunmasına şərait yaradan “Zoetrope All Story” jurnalını təsis edir. Dostu Püzo ilə birgə o, “Xaç atası”nın dördüncü hissəsinin senarisini hazırlayırdı, lakin Püzonun ölümündən sonra Frensis layihəni bağladı. Koppola ailəsi, əsasən, San-Fransisko altında yerləşən Napa vadisindəki Nibaum malikanəsində yaşayırlar. Malikanə bütün Kaliforniya ərazisində ən yaxşı üzümlüklərdən birinə sahib olması ilə məşhurdur. Koppola çox məşhur şərab növü olan “Rubikon”u yaradıb. Bundan əlavə, o, Robert De Niro və Robin Uilyamsla birgə “Rubikon” restoranına sahiblik edir.

film fiction


Tərcümə: Məlahət Qurbanəliyeva

T

Terrens Malik sonuncu moqikan

film fiction

errens Frederik Malik 30 noyabr 1943-cü ildə xristian təriqətli emiqrant assurların ailəsində anadan olub. Atası Emil Malik neft şirkəti rəhbəri vəzifəsində çalışırdı. Ailədə Malikdən başqa daha iki oğlan övladı olsa da, onların hər ikisi çox erkən vəfat ediblər. Atasının peşəsi Texas və Oklahomada neft çıxarma müəssisələrində iştirakı tələb etdiyindən Terrensin uşaqlığı bir şəhərdən digərinə köç etməklə keçib. Məktəbdə oxuyarkən Terrens atasının şirkətində özü üçün cib xərcliyi qazanırdı. Məktəbi bitirdikdən sonra isə o, Harvard Universitetində fəlsəfə üzrə təhsil almağa başlayır. 1965-ci ildə Harvardı fərqlənmə ilə bitirən Terrens təhsilini Oksfordda davam etdirmək qərarına gəlir. Lakin elmi rəhbəri ilə yaranmış fikir ayrılıqları səbəbindən elmi dərəcə almadan universiteti tərk edir. 1969-cu ildə Terrens ABŞ-a qayıdaraq, Massaçusets Texnoloji Universitetində fəlsəfə müəllimi kimi işləməyə başlayır. Eyni zamanda, o, özünü yeni sənətdə, jurnalistika işində yoxlamağa cəhd edir. Terrens “Life”, “Newsweek” və “The New Yorker” kimi nəşrlərdə məqalələr çap elətdirirdi. Elə həmin ildə Terrens Amerika Kino Sənəti İnstitutunda təhsil almağa başlayır. Debüt işi olaraq, Malik qısametrajlı “Lanton Mills” filmini çəkir. 1960-cı illərin sonu – 1970-ci illərin əvvəllərində Malik Cek Nikolsonun ilk rejissor təcrübəsi olan “Dedhead Miles” filminə, “O dedi: Sür getdik!”, “Kirli Harri”, “Böyük alov topları”, “Xərclik pul” filmləri üçün senari üzərində işləyib. Yeni başlamış senari müəllifinin adı heç də hər zaman titrlərdə qeyd olunmurdu. Bundan əlavə, Malikin “Deadhead Miles” filmi üçün yazdığı senari sifarişçi studiya tərəfindən yararsız hesab olunmuşdu. Bütün bunların nəticəsi olaraq, Malik öz senarilərinə müstəqil şəkildə rejissorluq etmək qərarına gəlir. Malikin ilk tammetrajlı filmi “Xarabalıq” oldu. Baş rollarda Martin Şin və Sissi Speysekin çəkildiyi bu film 1973-cü ildə ekranlara çıxıb. Süjetin əsasına real hadisə, serial qatil və quldur cütlüyü Çarlz Starkvezer və Keril Fyuqeytin hekayəsi dururdu. Filmdə Malik əsas qəhrəmanlar Kit və Hollinin hekayələrini romantikləşdirmir, tam əksinə, onların yeni Bonni və Klayd olmaq cəhdlərini amansız satira atəşinə tutaraq, onların qəddarlığının mənasızlığını və ruhi boşluqlarını təsvir edir. Film 1974-cü ildə San-Sebastyanda keçirilmiş Moskva Kinofestivalında “Qızıl çanaq” və Müqəddəs Sebstyan mükafatına (Martin Şin) layiq görülür. Bundan əlavə, film “Ən yaxşı dübtant aktrisa” nominasiyasında Britaniya Kinoakademiyası (BAFTA) mükafatına namizəd olur. ABŞ Milli Şurasının qərarı ilə 1993-cü ildə “Xarabalıq” filmi Konqress Kitabxanasının Milli film reyestrinə daxil edildi. Terrensin “Yığım günləri” adlı ikinci filminin təqdimatı beş il sonra, 1978-ci ildə baş verdi. Bu film də kriminal melodrama janrında çəkilmişdi. Məhz bu film gələcək-


də əsl ulduz olacaq Riçard Girin kinoda ilk rolu idi. Filmin hadisələri XX əsrin əvvəllərində yaşamış və bir neçə qətl hadisəsi törətmiş fermer Bildən bəhs edir. Film üzərində iş uzun müddət və çətin gedirdi. Əvvəlcə Malik senarini bəyənmədiyi üçün aktyorlar bir il ərzində birbaşa səhnədə improvizasiya etməli oldular. Bundan əlavə, filmə xüsusi kolorit qatmaq üçün Malik yalnız gün doğumu və gün batımı zamanı olan alatoranlıqda çəkilişlər aparmaq qərarına gəlir. Bu isə gün ərzində çox qısa vaxt demək idi. Çəkiliş prosesində Malik, demək olar ki, hər kəslə Riçard Gir, maliyyəçilər, prodüserlər, kinoqrup üzvlərilə münasibətləri korlamışdı. Montaja isə tam iki il vaxt sərf edən Malik, bir neçə epizodun əlavə edilməsi üçün vaxtaşırı Sem Şepardı Los Ancelesə çəkilişlərə dəvət edirdi. Bununla belə, filmə qoyulan əziyyət boşa çıxmadı. Sözün əsl mənasında, şah əsər adlandırılmağa layiq bu film tənqidçilər tərəfindən də çox yüksək qiymətləndirildi. Film üç nominasiyada “Oskar” namizədi və ən yaxşı operator işi nominasiyasında “Oskar” qalibi, ən yaxşı film musiqisi kimi Britaniya Kinoakademiyasının Entoni Eskvit adına mükafat qalibi, iki nominasiyada “Qızıl qlobus” və daha iki nominasiyada “David di Donatella” qalibi oldu. Ən nəhayət, “Yığım günü” Kann festivalında ən yaxşı rejissor işi nominasiyasında “Qızıl palma budağı” qazandı. 2007-ci ildə “Yığım günü” də, həmçinin, “mədəni, tarixi və estetik mahiyyət daşıdığı üçün” Konqress Kitabxanasının Milli film reyestrinə daxil edildi. İkinci lentinin bu cür məşhurluq qazanmasından sonra Malik növbəti filmini “Paramount Pictures” studiyasında çəkmək təklifi alır. Rejissora əlavə olaraq, bir milyon dollar məbləğində bonus da vəd edirdilər. Bu təklifdən yararlanmaq qərarına gələn Malik Birinci Dünya müharibəsinin Yaxın Şərqdə baş verən hadisələrinə həsr olunmuş epik film çəkilişlərinə başlayır. Zamanla ilkin layihə planları dəyişərək, Yer üzərində həyatın yaranışından bəhs edən “Q” layihəsinin yaranmasına gətirib çıxardı. Bu film natamam

qalsa da, onun eskizlərinin əksəriyyəti sonradan rejissor tərəfindən istifadə olunub. 1980-cı illərdə Malik Parisə köçür və orada media və kinematoqrafik proseslərdən uzaq, qapalı həyat yaşamağa başlayır. Rejissorun pərəstişkarları Malikin növbəti filmini nə az, nə çox, düz iyirmi il gözləməli oldular. Müharibədən bəhs edən iri miqyaslı “Nazik qırmızı xətt” (1998) filmi Ceyms Consun eyniadlı romanı əsasında çəkilmişdi. Cəmi iki filmi ilə canlı klassik statusunu qazanmış Malikin nüfuzu o qədər güclü idi ki, Corc Kluni, Şon Pen, Nik Nolt, Con Kyusak, Vudi Harrelson, Con Travolta kimi dünyaca məşhur aktyorlar məhz filmin bir parçası olmaq üçün hətta rəmzi qonorar müqabilində filmdə iştirak etməyə hazır olduqlarını bildirdilər. “Nazik qırmızı xətt” filmi ekranlara çıxmış və bununla yanaşı, bir çox mükafatlara layiq görülmüşdü. Film yeddi “Oskar”, “Qızıl ayı” və “Sezar” nominasiyası, “Berliner Morgenpost”-da üçüncü jüri mükafatı, Berlinaredə Şöhrətli qeyd və bir çox digər mükafatlar qazanmışdı. Malikin dördüncü filmi, macəra-bioqrafik melodram “Yeni torpaq” lenti hələ 1970-cı illərin sonunda yazılmış senari üzrə artıq yeni minillikdə, 2005-ci ildə çəkilmişdi. Amerikanın yerli əhalisi ilə okeanın o tayından gələn işğalçılar arasında gedən qanlı müharibə fonunda ingilis tədqiqatçısı Con Smit (Kolin Farel) və hindu tayfasından olan Pakahontas (K`orianka Kiçler) arasında baş verən məhəbbət macərası Malikə məxsus “qəribə” üslubda təqdim olunmuşdu. Hər bir detalda reallıq və bütövlük əldə etməyə can atan ustad çəkilişləri, demək olar ki, yalnız təbii gün işığında aparmış, baş rol ifaçılarını arıqlamağa məcbur etmiş, hinduları oynayan aktyorları isə alqonkin dilini öyrənməyə məcbur etmişdi. Bundan əlavə, ilk sakinlərin məskənlərini eynilə xatırladan və eyni materiallardan olan dekorasiyalar qurulmuş, hətta geyimlər də indiyə kimi gəlib çıxmış portretlər əsasında tikilmişdi.

film fiction


“Yeni torpaq” tənqidçilər tərəfindən bir o qədər də sevinclə qarşılanmasa da, nisbətən az mükafat (“Oskar” nominasiyası və ABŞ kinotənqidçilərinin milli şurası mükafatı. Mükafatların əksəriyyəti operator Lyubetski və gənc aktrisa Kiçlerə təqdim olunmuşdu) qazansa da, kassa yığımları uğurlu olmuş və filmin bütün xərclərini ödəmişdi. 16 may 2011-ci ildə Kannda keçirilən Moskva kinofestivalında Malikin yeni bir şah əsəri, “Həyat ağacı” filminin təqdimatı keçirildi. Fəlsəfi ibrətamiz hekayədə baş rolları Bred Pitt, Şon Pen və Cessika Çesteyn ifa edirdi. Rejissorun sənətinin tədqiq olunması ilə məşğul olan tənqidçilərin bir hissəsi filmin süjetinin Malikin öz bioqrafiyasına əsaslandığını güman edir. Belə ki, filmin baş qəhrəmanı Cek O`Brayen kimi Malik də uşaq yaşlarında qardaşını itirib. Filmin çəkilişlərində “Q” layihəsi üçün hazırlanmış materiallardan istifadə olunub. Film çox təzadlı şəkildə qarşılanıb. Belə ki, Kannda təqdimatı zamanı zalın bir hissəsi filmi fitə tutduğu halda, digər yarısı onu ayaq üstə alqışlayaraq qarşılamışdı. Buna baxmayaraq, “Həyat ağacı” triumfla “Qızıl palma budağını” qazanıb. Malikin altıncı tammetrajlı filmi Ben Aflek və Olqa Kurlenkonun baş rollarda çəkildiyi “Möcüzəyə doğru” (2012) filminin təqdimatı 69-cu Venesiya kinofestivalında keçirilmişdi. “Həyat ağacı” kimi bu film də son dərəcədə təzadlı şəkildə qarşılandı. Hətta “Möcüzəyə doğru” lentində “Həyat ağacı”ndakı motivlərin əlaqəsiz şəkildə təkrarlandığını söyləyirdilər. Bununla belə, “Möcüzəyə doğru”nu Malikin növbəti şah əsəri hesab edənlər də tapıldı. Xüsusən də, məşhur kinotənqidçi Rocer Ebert filmi yüksək qiymətləndirmiş və onu dörd ulduzlu qiymətləndirmə sistemində dörd ulduzla qiymətləndirmişdi. Qeyd etmək lazımdır ki, Ebertin “Möcüzəyə doğru” filminə yazdığı resenziya müəllifin sonuncu resenziyası olub. Film Ümumdünya Katolik Assosiasiyasının kommunikasiyalar üzrə mükafatını qazanmış və sonra Toronto kinofestivalında iştirak edib. Terrens Malik qapalı həyat tərzi sürərək, media ilə ünsiyyət saxlamaqdan imtina edib. Filmlərinin istehsal olunmasına dair müqavilələrində isə o, filmlərin reklam kampaniyasında onu iştiraka dəvət etməyi qadağan edən maddə əlavə edib. Rejissorun bu cür davranışı çox zaman məzəli kazusların yaranmasına gətirib çıxarır: filmlərin təqdimatı zamanı jurnalistlər aktyorlardan filmdəki rolları haqqında deyil, Malikin çəkiliş səhnəsində görünüşü və iş üslubu haqqında, eləcə də onun ünsiyyətdə necə biri olduğu haqda istənilən xırda detalları öyrənməyə çalışırlar. 1985-ci ildən 1998-ci ilə kimi Malik Mişel Morett ilə evli olub. Onlar boşandıqdan sonra isə Malik Aleksandra Uolles ilə ailə həyatı qurub.

film fiction


film fiction


Pavel Pavlikovskinin

sevimli filmləri

film fiction


Some Like It Hot Billy Wilder La Dolce Vita Federico Fellini Lasky jedne plavovlasky Milos Forman Zerkalo Andrey Tarkovsky Taxi Driver Martin Scorsese Popiół i diament Andrzej Wajda 8½ Federico Fellini Vivre Sa Vie Jean-Luc Godard Les quatre cents coups François Truffaut Sjećaš li se Doli Bel? Emir Kusturica L’effrontée Claude Miller La grande bellezza Paolo Sorrentino Bir Zamanlar Anadoluda Nuri Bilge Ceylan Leviathan Andrei Zvyagintsev Plemya Myroslav Slaboshpytskyi

film fiction


Tərcümə: Məlahət Qurbanəliyeva

Federiko Fellini dahi maestro

F

ederiko Fellini 20 yanvar 1920-ci ildə İtaliyanın Rimini şəhərində ticarət agenti ailəsində anadan olub. Federiko zəif uşaq idi, tez-tez başı hərlənir, özündən gedirdi. Həkim bu əlamətlərin balaca Federikoda ürək çatışmazlığı olduğuna dəlalət etdiyini güman edirdi. Onun çox yaşamayacağını düşünürdülər. Xoşbəxtlikdən, həkimin gümanı səhv çıxdı.

film fiction


“Mən uşaqlıqdan tamaşalar təşkil etməyi, zarafatlarla hər kəsi əyləndirməyi sevirdim. Maskalar düzəldir, kostyumlar tikir, parça kuklalar hazırlayır, öz dostlarımı qrimləyirdim” – deyə Fellini xatırlayır. Monastır kolleci Faoda təhsilini bitirdikdən sonra Federiko Florensiyaya gedir və orada bir neçə aya reportyor sənətinə yiyələnir. 1938-ci ildə Federiko Romaya gəlir. Çox arıq olduğu üçün, dostları ona “Qandi” deyirdilər. O, bir neçə qəzet və jurnal üçün məqalələr yazır, varyetelər üçün şeir bəstələyir, reklam mətnləri və kiçik radio-pyeslər üçün senarilər yazırdı. Vağzal yaxınlığında kirayə evdə yaşayırdı. 1939-cu ildən 1942-ci ilə kimi anti-faşist istiqamətilə məşhur “Mark Avreli” yumoristik nəşrində onun 700-ə yaxın məqaləsi çap olunur. Məhz bu nəşrlərlə Fellini özünə ad qazanır. Müharibə vaxtı Fellini, Mussolini ordusundan yayınmaq üçün həkimlərə rüşvət verərək, saxta xəstəlik kağızları alırdı. 1943-cü ildə o, Roma radiosu üçün iki sevgili Çiko və Polina haqqında məzəli radioverlişlər seriyası yazmışdı. Kinoprodüserlərdən biri qəhrəmanları ekranda göstərməyi təklif etdi. İşi öz üzərinə götürən Fellini icraçılara zəng edir. Beləliklə, Fellini ilk və yeganə həyat yoldaşı Cülyetta Mazina ilə tanış olur. Federiko onu əsas ilham mənbəyi adlandırırdı. Lakin onların evlilik həyatı faciəvi şəkildə başladı. Toydan bir neçə həftə sonra Cülyetta pilləkəndən yıxılır və nəticədə bətnindəki körpəsini itirir. 1945-ci ilin martında onların oğlan övladı dünyaya gəlir. Ancaq balaca Federiko iki həftədən sonra ölür və onların bir daha övladı olmur. “Mənim filmlərim elə bizim övladlarımızdır” – deyə Fellini hər dəfə bu faciəvi mövzu barədə söz düşəndə cavab verirdi. Müttəfiqlərin qoşunları Romaya daxil olandan Fellini özü üçün başqa bir gəlir mənbəyi tapır: o, qaliblərin yumoristik portretlərini çəkirdi. Günlərin bir günü Federiko ilə tanışı əsgərlər üçün suvenir hazırladıqları balaca mağazaya Roberto Rosselini baş çəkir. O, almanlar tərəfindən güllələnmiş romalı keşiş, don Morosini haqqında qısa film çəkmək fikrində idi. Fellini mövzunu genişləndirməyi təklif etdi və Sercio Amidei və Rosselini ilə birgə “Roma – açıq şəhər”in senarisini hazırlayır. 1945-ci ildə ekranlara çıxan film neorealizmin əsasını qoyur. Filmin uğuru inanılmaz idi və Fellini həmin andaca məşhurlaşır. Cülyetta Mazina da kino ilə maraqlanırdı. Lakin prodüserlər onun kifayət qədər cazibədar olmadığını düşünürdülər, odur ki, Fellininin digərləri üçün senari yazmasına baxmayaraq, onun yoldaşı çox uzun zaman rol ala bilmirdi. “Yol” filminin senarisini Fellini artıq 1949-cu ildə yazsa da, film üçün prodüser tapa bilmirdi.

Mənim filmlərim elə bizim övladlarımızdır.

Belə ki, filmin baş rollarını o vaxtlar məşhur olmayan Entoni Kuin və Cülyetta Mazina ifa edəcəkdi. Nəhayət, prodüser tapılır. Çəkilişlər 1953-cü ilin qışından növbəti ilin yazına kimi davam etdi. Çəkilişlər, demək olar ki, bütövlükdə açıq mühitdə, soyuq hava şəraitində aparılırdı. Lakin, çəkilişlər bitdiyi anda Fellini gözlənilmədən qanıqara, yorğun və həyatdan bezmiş birinə çevrilir. O, özünə qapanır, otel otağında özgələrindən gizlənir. O, yuxusuzluq və təhtəlşüurdan çıxmış uşaqlıq qorxularından əziyyət çəkməyə başlayır. Sonra da özünün “Ruhun Çernobılı” adlandırdığı bu halını Fellini Cülyettadan gizlətməyə çalışsa da, Cülyetta hər şeyi başa düşür və yoldaşını müalicə almağa göndərir. Və budur, bütün əziyyətlərin müqabilində “Yol” şəksiz triumfla “Oskar” da daxil olmaqla 60-dan çox (!) beynəlxalq mükafata sahib olur. İstedadlı rejissorun bu filmi realizmdən ibrətli hekayəyə keçidi müəyyən etdi. Film kommersiya baxımından uğur qazanır və bu, Fellini ilə Mazinaya Romanın çox gözəl rayonu Parolidə şəxsi ev almağa imkan yaradır. Uğursuz “Dələduzluq” (1955) filmindən sonra daha bir şah əsər – öz həyatını dəyişmək istəsə də, hər dəfə daha böyük xəyal qırıqlığına uğrayan fahişənin faciəvi taleyindən bəhs edən “Karibiyanın gecələri” (1957) filmini çəkir.

film fiction


F

ellini yaradıcılığının pik nöqtəsini Marçello Mastroyaninin səmimiyyət və dərinliklə yaratdığı hiyləgər jurnalist obrazı ilə bağlı 50-ci illərin Roma həyatından götürülmüş novellalardan ibarət “Şirin həyat” (1959) təşkil edir. Onlar arasında qarşılıqlı anlama o qədər böyük idi ki, Fellini “Marçello ilə mən bir bütövün iki yarısıyıq” deyirdi. “Şirin həyat”ı bir neçə il davam etmiş aclıqdan sonra “iqtisadi möcüzə” yaşayan İtaliya cəmiyyəti haqqında bəhs edən fəlsəfi-ibrətli hekayə kimi dəyərləndirmək lazımdır. Fellini ilk növbədə yalnızlıq, rabitəsizlik və qəribliyin hökm sürdüyü həyatın nə dərəcədə qayğısız, boş və mənasız olduğunu göstərmək istəyirdi. Film Kann kinofestivalında “Qızıl palma budağı” qazanıb və dünya kinematoqrafiyasına nəzərə çarpacaq dərəcədə təsir göstərib. “Xarici sadəlik və aydınlığa baxmayaraq, rejissor nəzərinin genişliyi, kompozisiyanın mürəkkəbliyi, dünya kino tarixinin ən zərif lirik səhnələrindən biri olmuş proloq və poetik finalın rəmziliyi ilə insanı valeh edir” – deyə kinoşünas S.Kudravtsev qeyd edir. “Şirin həyat”ın verdiyi töhfələrdən biri neologizm – paparazzi sözüdür. Filmdə bu, ictimai insanları ən uyğun olmayan anda və yerdə fotoaparatla izləyən fotoqrafın familiyası olur. Fellininin növbəti işi, mərkəzi fiquru kinorejissor Qvido Anselmi (Mastroyani) olan “8½” (1963) filmi, əsasən, avtobioqrafik lentdir. Təsvir obyekti olaraq şəxsi yaradıcılıq prosesi, yuxuları, xatirələri və fantaziyaları real dünya ilə qarışaraq, qəhrəmanın “azad düşüncə axını” kimi təsvir olunan müəllifin daxili aləmi təqdim olunur. Filmdəki möhtəşəm rolu ilə yadda qalan Mastroyani Fellininin özünü, onun sıxıntı və narahatlığını, daimi həqiqət axtarışı və bayağılığın dəhşətini, “onun həyat böhranı hissini, yalançı bayram sevinci və yaradıcı şəkildəyişmələrin magiyasını” canlandırırdı. “8½” filmi Beynəlxalq Moskva kinofestivalında Əsas mükafatı, Amerikada isə ən yaxşı xarici film kimi “Oskar” mükafatını qazandı. “Cülyetta və ruhlar” (1965) filmi Cülyetta haqqında və Cülyetta üçün düşünülmüşdü. Fellini bu filmi çoxdan, hələ “Yol” çəkiləndən bəri düşünürdü. O, qısqanclığın zülm etdiyi, şəxsi həyatda baş verən nifaqlardan əziyyət çəkən, yaşlanan qadının dramasını tədqiq edirdi. Baş rolların ifaçıları Mastroyani və Mazina, rollarını zərif, inandırıcı, ustalıqla ifa etmələrinə baxmayaraq, filmi nə tənqidçilər, nə də tamaşaçılar bir o qədər bəyənmədi. Fellininin özünə isə kifayət qədər problemlər yaşatdı: vergi orqanları onu vergi pozuntularında ittiham etdilər. Məhkəmə onun dövlət kassasına 200 min dollar ödəməli olduğunu müəyyən etdi. Məhkəmənin aşkar şəkildə ədalətsiz olmasına baxmayaraq, Fellini və Mazina dəbdəbəli evlərindən kiçik bir mənzilə köçməli oldular. 1967-ci ildə Fellini xəstəxanaya düşür. Ürək ağrıları o qədər güclü idi ki, öləcəyini düşünürdü. Lakin, hər şey yaxşılıqla bitdi. Fellini həyatın indi onun üçün daha qiymətli və vacib olduğunu yazırdı: “Ölümlə görüş mənim həyata nə qədər bağlı olduğumu göstərdi”. Fellini ona tez-tez Roma haqqında verilən suallara cavab olaraq, 1972-ci ildə “Felininin Roması” filmini çəkir.

Marçello ilə mən bir bütövün iki yarısıyıq.

film fiction


ÖLÜMLƏ GÖRÜŞ MƏNİM HƏYATA NƏ QƏDƏR BAĞLI OLDUĞUMU GÖSTƏRDİ Növbəti filmi “Amarkord” (1973, Oskar mükafatı) da şəhər haqqında, lakin bu dəfə rejissorun uşaqlıq şəhəri Rimini haqqında danışırdı. Filmin senarisini o, məşhur şair Tonino Querra ilə birgə yazır. Romanya ləhcəsində “amarkord”, təxmini olaraq, “mən xatırlayıram” deməkdir. Onun 1976-ci ildə işıq üzü görmüş “Kazanova Federiko Fellini” filmi bir sıra tənqidçi və izləyiciləri məyus etdi. Fellini Kazanova obrazına qarşı ikrah hissi duyurdu və filmi də həvəssiz çəkmişdi. İşinə fasilələr verməyi sevməyən Fellini 1979-cu ildə “Orkestrin məşqi” filmini çəkir. Film cəmi 16 günə çəkilir. Növbəti altı həftə ərzində montaj və səsləndirmə işləri tamamlanır. Lent süjet təşkili baxımından inanılmaz dərəcədə sadədir: o, bir orkestrin qədim kapellada həyata keçirilən məşq prosesi haqqında telereportaj üzərində qurulub. Lakin dirijor ilə orkestrin vahid musiqidə birləşməsi möcüzəsi baş vermir. Kiçik deyişmə ilə başlayan narazılıq musiqiçilərin təkəbbürlü maestroya qarşı zalın dağılması ilə nəticələnən şiddətli qiyama çevrilir. Lakin sonra maestro orkestrini ələ almağı bacarır. İbrətli hekayə olan bu film mətbuatda resenziya və rəylər dalğası ilə qarşılandı, hər kəs filmi öz nəzərindən anlayırdı. 1980-cı illərdə Fellini cəmi 3 film çəkir: ibrətli hekayə-film “Və gəmi üzür” (1983), məşhur rəqqas Aster (Mastroyani) və Rocers (Mazina) haqqında “Cincer və Fred” (1985) və Mastroyani ilə Anita Ekberqin “Şirin həyat”a qayıtdıqları etiraf xarakterli “Müsahibə” (1986) filmləri. Son işi “Ayın səsi” (1990) filmində rejissor ruhi xəstəxanadan yenicə çıxmış dinc təbiətli dəlinin gözündən dünyanın təsvirini verir. 1993-cü ilin martında rejissor kino sənətinə verdiyi töhfələr üçün fəxri “Oskara” layiq görülür. Oktyabrın 30-u Federiko və Cülyetta dostları ilə birgə evliliklərinin 50 illiyini qeyd etməyi planlaşdırırdılar. Lakin oktyabrın 15-i Fellini insult keçirir. Həmin ayın 31-i, Cülyetta ilə 50 il və bir gün evlilikdən sonra Fellini dünyasını dəyişir. İtaliya dahi rejissoru dəfn edən zaman Romada bütün nəqliyyat hərəkəti dondurulmuşdu. Minlərcə insan matəm alayını Romadan yaxınlıqdakı kiçik Rimini şəhərciyinədək alqışlarla yola salırdı. Fellini doğma şəhəri Riminidə ailəvi sərdabədə dəfn olunur. Beş ay sonra ağ ciyər xərçəngindən əziyyət çəkən Cülyetta da vəfat edir. Ölümündən əvvəl o, əlində Federikonun fotoşəkili ilə dəfn olunmaq istədiyini bildirmişdi.

film fiction


Tərcümə: Saleh Hacıyev

Alexandro Xodorovski

“Rabarba Dergisi” (Avqust, 2018) Müəllif: Evrim Nacar

surrealist şair

film fiction


A

ktyor, roman yazarı, senarist, psixoterapist, mistik şair ve rejissor Alexandro Xodorovskinin film baxımından effektiv bir həyat yaşayıb. “Fando və Lis” (Fando y Lis, 1967), “Köstəbək” (El Topo, 1970), “Müqəddəs Dağ” (The Holy Mountain, 1973) və “Müqəddəs Qan” (Sante Sangre, 1989) ilə birlikdə Xodorovski tərzi sürreal literaturadaki yerini alıb. Xodorovski filmlərində zaman anlayışı dağılıb, bir insana və cismə qarşı yaranan duyğular transformasiyaya məruz qalıb, cisimlərin içində ola biləcək fəlakət hissi eyni anda görüləbiləcək hala gəlib. Filmlərində ibtidai və mistik fikirlər bəzən müasir dünya həyatı ilə əhatə olunur, bu da xroniki kabusdan fərqlənə bilməz. Tətbiq olunan bütün doktrinalara qarşı “Sürreal hannibalizm” Xodorovski kinosunun əvəzolunmazları arasındadır. Çilili rejissor, hər şeydən çox çılğına dönmüş dünyanın divanəliklərinə öz paradoks, lovğa və mistik axtarışıyla qarşı çıxır. Xodorovskinin avtobioqrafik filmlərindən ilki olan, Tarapaka şəhərindəki uşaqlıq illərini nəql edən, “Gerçəkliyin rəqsi” (La Danza de la Realidad, 2013) və Santiaqoda keçən gəncliyinə dair davam filmi olan “Sonsuz Şeir” (Poesia Sin Fin, 2016) 89 yaşındakı rejissorun təzyiq altına düşməyən enerjisini təsdiqləyib. Rejissor gerçək dünyanı qeyri-adi bir ehtirasla kəndin aydın sadəliyi ilə tanış edib, insanın təməl problemlərini əfsanəvi və simvolik formada aşkara çıxarıb. “Gerçəkliyin rəqsi” və “Sonsuz Şeir”də müasir quruluşdan öncə var olan ikon yaradılmasından istifadə olunub. Xodorovskinin ezoterik səfəri üzərindən nağıl edilən avtobioqrafik filmləri fərdə və qəlibləşmiş düşüncələrə qarşı tənqidi və yıxıcıdır. Uşaqlığın qorxuları ilə dolu olan “Gerçəkliyin rəqsi”ndə sirk insanları və əcaib bədənlərdən ibarət Fellini tərzi və Freydvarı arsızlıq faktı birləşir. “Sonsuz şeir”də də bu tərzə davam edilir. Burada 1940-cı illərin sonlarında şairliyini kəşf edən Alexandro məzəli və bəzən də qrotesk obrazların arasına qarışır. Rejissor kuklaçılığı, teatr işıqlandırması və set dizaynını, 1940-cı illərdəki gənclik qarabasmalarını canlandırmaq üçün xəyali şəkli şəhvətli bir cəhd kimi istifadə edir. Cırtdanlar, yaralı, boyalı dərilər, qatillər, rəngli saçlar, ehtiraslı azğınlar filmin obrazlarının öncülləridir. Alexandro filmdə bədahətən şeirlər oxuyur, dərd çəkir, barda pivə içərkən Stellanın çəhrayı saçlarını yandırır, bir cırtdanla sevişərək qrotesk cərəyana qapılır, ancaq gerçək zamandakı gedişatdan əsla uzaqlaşmır. Xodorovskiyə görə gerçək zamandakı gedişat, sürrealıqda olduğu kimi, zehnin səthində deyil, yuxularda hiss oluna bilər. Yuxularda cisimlər və cisimlərarası əlaqələr xəyali olmaqdan çıxır, psixoloji atmosfer yaddaş tərəfindən yaradılsa da, zaman xəyal ilə yöndərilir. “Sonsuz şeir”dəki ezoterik səfərinə “Gerçəkliyin rəqs”ində də olduğu kimi Xodorovski özü rəhbərlik edir. Çili küçələrində dağınıq və bağlanan mağazaların önündə, o küçələrdə yaşadığı dönəmlərdə mağazaların və məkanların nəyə bənzədiyinə dair canlı, çap edilmiş və bir film setini xatırladırmış kimi yenidən hazırlanmış imiclər yaradılır. Xodorovski gəncliyində bir müddət sirkdə işləyib. Filmdə də eyni şəkildə Alexandro böyük bir sirkin səhnəsində hakimiyyətə qarşı çıxan klounu canlandırarkən “həyat bir oyundur, hər şeyə gülməliyik, ən pislərinə belə (...) dərd çəkmək axmaqlıqdır” deyir.

film fiction


Xodorovski özünə aid edilən maskalı üzü sirk səhnəsində dağıdaraq, keyfiyyətsizləşdirir, özünü kimliksizləşdirir, geyimlərindən azad olur və özünü çılpaq halda izləyicilərin qollarına atır. Xodorovskinin həyatı “Sonsuz şeir”də bəzən sirk, bəzən teatr, bəzən də “Müqəddəs dağ”da olduğu kimi, bütünlüklə bir film pərdəsinə yansıdılmanın şüuru ilə yenidən inşa edilir. Film setini xatırladan məkan istifadələri ən aşkar şəkildə “Sonsuz şeir”də qarşımıza çıxır. Film məkanları Xodorovskinin gəncliyində işlədiyi sirk, teatr səhnəsi və ya film seti ola bilər. Qatarların, evlərin və insanların fiziki gerçəkliyi ilə birlikdə simulyasiya görüntüləri kartonla yenidən yaradılır. Bu səbəblə izləyici nə olarsa olsun, yenidən yaradılmış bir gerçəkliklə qarşı-qarşıya olduğunun fərqinə varır. Təmizlənmə, arınma şəklində tərif edilə biləcək obrazlarla dolu olan filmdə maskalar və şişirdilmiş makiyajları gənc sənətçilərin dövrün siyasi çıxmazında öz mənliklərini maskalamaları kimi görmək mümkündür. “Sonsuz şeir” rejissorun ezoterik həqiqət axtarışının göstəricisidir. Filmdə deyildiyi kimi “heç bir şey Xodorovskinin yaddaşını uda bilməyib, kəlmələr və vicdana aid olan hər şey unutmağın mümkün olmadığı qara bir qutuda toplanıb.” Filmdə həm özünü sadəcə opera sənətçisi olaraq ifadə edə bilən anası Sara, həm də Xodorovskinin əli yerinə cinsi orqanını tutaraq ictimai yerdə gəzməyi seçən sevgilisi Stella, Pamela Flores tərəfindən canlandırılıb. Xodorovski ilə non-penetrativ cinsi əlaqəyə razılaşan Stella arzunun davamlılığını əldə etmək üçün bədəndən çox baxışı doyuran cinsi təcrübəni seçib. Filmdə Xodorovskinin gəncliyini balaca oğlu Adan Xodorovski (Adanovski), atasını da böyük oğlu Brantis Xodorovski canlandırıb. Bu ikiyə qatlanan insest vəziyyət rejissorun filmçəkmə motivasiyasını şüursuz və axıcı hərəkətə sövq etməklə birlikdə rejissoru Freydvarı çıxılmazlığa da düşürdüb. “Gerçəkliyin rəqsi”ndə cəmiyyət içində fərdə verilmiş praktik gərəkliliyə aid ruhən bədəndən diqqətin başqa yerə yönləndirilməsinin bir nəticəsi kimi xəyal gücü Xodorovskini uşaqlıq qorxuları ilə tək buraxır. “Sonsuz şeir”də Freydvarı xədim edilmə narahatlığı və reqressiya qorxusuyla yaradılan “ibtidai” səhnələr ata ilə hesablaşma sferblatını aktivləşdirir. Ata ilə hesablaşma sferblatı rejissoru həm azadlaşdırıb, həm də müalicə edib. Atasının sevgisizliyi və despotluğu onun bədənini həm cinayət, həm də cəza yeri halına gətirməklə qalmayıb, eyni zamanda, onu azadlaşdırıb. Bu səbəblə atası ilə vidalaşarkən “Mənə bir şey verməyərək, hər şeyi verdin. Məni sevməyərək, sevginin nə qədər gərəkli olduğunu öyrətdin” deyir. Filmdə tamlığın, bütünlüyün və gücün təmsili kimi tabuta bənzəyən alət çantası qarşımıza çıxır. Çanta filmdə bizi Xodorovskinin uşaqlıq travmalarına qədər aparır. Öz yaşıdlarının tabut şəklindəki skripka çantası ilə məzələnməsini görən Alexandro çantanı düşün-

film fiction


mədən yandırır. Pablo Neruda və Visente Huidobronun adına təşkil olunan tədbirdə Alexandro Xodorovski və Enrike Lin kürsüyə çağırılır, cütlük kürsüyə əllərində alət çantalarıyla birlikdə çıxırlar, bu çantaların içindən çıxan ət və yumurtanı “ədəbsiz” şeirlər oxuyaraq izləyicilərə atırlar. Beləcə, qidaların əsas rolu dağıdılır, ət və yumurta cinsi həzz vasitəsinə çevrilir. Alət çantaları filmdə itmiş cisimlər kimi fallus əleyhinə və ya onun adına təşhis və təmin edilir. “Sonsuz şeir”in açıqca tənqid altında tutduğu digər bir məsələ isə cinsiyyətdir. Cinsiyyət və cinsi orientasiya filmdə “bəla” kimi qarşımıza çıxır. Xodorovski kövrəkliyi, sadəlövhlüyü və ehtirası pravoslav sürrealizmin əksinə, qadına deyil, özünə, kişiyə istinad edir. Filmdə Stella ilə getdiyi güvənilməz bardakı sərxoşlar tərəfindən təcavüz cəhdinə məruz qalan, kişi istək və arzularını təcrübə etmək məcburiyyətində qalan Xodorovskinin özüdür. “Sonsuz şeir”də gizlənən gerçəyə doğru edilən bənövşəyi gəminin içindəki səfərin Xodorovskini fərqli rituallar istiqamətində geridə qalan bütün insani xüsusiyyətlərindən sıyıraraq, keçmişindən ayıraraq, şair kimi atasının rəhbərliyi altında heteronormativ və praqmatik şəxsiyyətlərə sahib çıxanların buyruğundan qurtararaq, ehtirasın, eşqin görüntülərinin çox olduğu torpaqlara aparması gözlənilir. Rejissorun öz həyatı düşünüləndə Parisə etdiyi səfərin nişanəsi kimi bənövşəyi gəminin onu inşa edilən əxlaqi dəyərlərdən qurtarıb qurtarmadığı avtobioqrafik seriyanın hələ çəkilişlərinə başlanmamış üçüncü və son filmində açıqlığa qovuşdurulması gözlənilir.

film fiction


SERGEY MİXAYLOVİÇ EYZENŞTEYN (1898-1948)

S

Tərcümə: Məlahət Qurbanəliyeva

ergey Mixayloviç Eyzenşteyn 10 yanvar 1898-ci ildə Riqada mülki mühəndis və memar Mixayil Osipoviç və Yuliya İvanovna Eyzenşteynlərin ailəsində dünyaya gəlib. Sergey ənənəvi burjua tərbiyəsi alıb. O, gözəl rəsmlər çəkir, kitab oxumağı çox sevir, teatrla maraqlanırdı. Bundan başqa, Sergey uşaqlıqdan üç xarici dil öyrənirdi. Bununla belə, Sergeyin uşaqlığını qayğısız adlandırmaq olmazdı: valideynlərinin münasibətləri çətin idi və onlar tez-tez mübahisə edirdilər. 1912-ci ildə rəsmi olaraq boşandılar və Sergey atasının himayəsinə keçdi. Riqa realni məktəbini bitirdikdən sonra 1915-ci ildə Sergey ailə ənənəsinə uyğun olaraq, Petroqradda Mülki Mühəndislik İnstitutuna daxil olur. Lakin onun təhsili Fevral inqilabına təsadüf edir. Cəbhəyə yollanan Sergey orada könüllü olaraq Qızıl orduya qoşulur. O, plakatlar və karikaturalar çəkir, hərbi teatrlarda aktyor və rejissor kimi iştirak edirdi. Eyzenşteyn son dərəcə müxtəlif maraqlara malik biri idi. 1920-ci ilin payızında onu Baş Qərargah Akademiyasında yapon dili üzrə təhsil almağa göndərirlər. Lakin Eyzenşteyn öz gələcəyini teatrda görürdü, odur ki, Proletkultun ilk Fəhlə Teatrına daxil olur və orada Cek Lokdonun əsəri əsasında “Meksikalı” tamaşasını səhnələşdirir. Eyzenşteynin ali məktəbdə rejissorluq üzrə müəllimi Vsevolod Meyerxold olub. Eyzenşteynin teatral estetikası və sovet avanqard incəsənət məktəbinə mənsub olması da elə məhz bu amil ilə səciyyələnirdi. Lakin tezliklə Eyzenşteyn özünü yaradıcılıq üçün hazır hiss edir və Meyerxoldun sinfini tərk edir. 1924-cü ildə Birinci Qoskino fabrikinin direktorunun göstərişi ilə Eyzenşteyn tammetrajlı “Tətil” filmini çəkdi. Film iri zavod işçilərinin keçirdiyi tətildən bəhs edir. Elə məhz bu filmlə sovet ekranlarında ilk dəfə olaraq kütlə-qəhrəmanı obrazı yaradılıb. İnqilab ideyalarına həsr olunmasına baxmayaraq, “Tətil” lenti Parisdə keçirilən sərgidə gümüş medala layiq görüldü. “İzləyiciyə aktiv təsir göstərməyə can atan Eyzenşteyn, kəskin, qeyri-adi və təsirli epizodlar çəkirdi. O, bu epizodları attraksion adlandırırdı. Attraksionların izləyicilərə agitator-rejissorun istədiyi kimi təsir etməsi üçün montaj işini son dərəcədə məharətli həll etmək vacibdir. “Attraksion montajı” ifadəsi də elə buradan yaranıb” – deyə sənətşünas Rostislav Yurenev yazırdı. Bu andan etibarən, Eyzenşteynin həyatı kinematoqrafiyaya həsr olunur. Sergey həmin illərin qabaqcıl kinematoqrafçıları ilə dostluq edir və xarici kinematoqrafiyanı yaxından öyrənirdi. Tezliklə Eyzenşteynə Nina Ağacanova-Şutkonun senaristi olduğu nəhəng “1905-ci il” epopeyasını ekranlaşdırmaq tapşırıldı. Lakin layihənin vaxtında hazırlanması mümkün olmayacağından Eyzenşteyn ümumi fikri “Tavridalı Knyaz Potyomkin” sualtı gəmisində baş vermiş inqilaba yönəltməyi qərara aldı.

Məhşərin 4 atlısı S. Eyzenşteyn, A. Kurosava, A. Tarkovski və K. Keslyovski

film fiction


24 dekabr 1925-ci ildə Böyük teatrda 1905-ci il inqilabının 20 illik yubileyi şərəfinə keçirilən qurultayda Eyzenşteyn ““Potyemkin” zirehli gəmisi” filmini təqdim etdi. “Potyemkin” filminin kuliminasiya səhnəsi dinc əhalinin gülləbaran altında qırılması zamanı Odessa pilləkənində güllələnmə səhnəsidir. Bu səhnənin detalları insanı vahiməyə gətirir: güllə qurbanı olmuş gənc ana, pilləkənlərdən aşağı uçan uşaq arabası, əsgərlərin ayağı altında tapdanmış körpə, kazak qamçısı ilə kəsilmiş yaşlı müəllimənin üzü... Bununla belə, film optimistik ruhda bitir. Sonda əl ilə boyanmış qırmızı bayraq gəmi üzərində dalğalanaraq, inqilabın qələbəsini təcəssüm elətdirir. R.Yurenev film haqqında fikirlərini bölüşərkən bunları qeyd edib: “Filmin kompozisiyası heyrətamiz şəkildə düzgün və ahəngdar qurulub. Filmin dili obrazlı və metaforikdir. Kütlə səhnələri dinamik və monumental xarakter daşıyır. Eyzenşteyn rejissorun kinematoqrafiyada yalnız məkan və hərəkət deyil, həmçinin, zamanla da azad şəkildə rəftar edə biləcəyini anlamışdı. Montaj zamanı sürətləndirmək, dolğunlaşdırmaq, cəmləşdirmək, lazım olduqda isə, onu ləngitmək və uzatmaq mümkün idi. (...) Eyzenşteynin bu kəşfindən sovet filminin digər ustaları da yararlanmışdı. Vsevolod Pudovkin bu fenomeni “İri planda zaman” adlandırıb.” Dünya mədəniyyəti üçün ““Potyemkin” zirehli gəmisi” açıqlama oldu. 1952-ci ildə Belçika kinematoqrafiyası Avropa və Amerikanın 58 rejissoruna bütün zamanların 10 ən yaxşı filmini seçməyi təklif etdi. Son siyahıda ““Potyemkin” zirehli gəmisi” beşinci sırada idi. Eyzenşteyn ənənəvi aktyor işindən mümkün qədər uzaqlaşmaq istəyirdi. O, həyat təcrübəsi filmdəki rollarla üst-üstə düşən əsl fəhlə, kəndli və əsgərləri çəkmək istəyirdi. Belə qeyri-peşəkar aktyorları o “tipaj” adlandırırdı. Eyzenşteynin ən böyük arzusu qərb kinematoqrafiya təcrübəsi ilə tanış olmaq idi və 1929-cu ildə belə bir imkan ələ düşdü. Tisse və Aleksandrovla bir yerdə o xaricə ezamiyyətə yola düşür. Bu, sözün əsl mənasında, tirumfal Avropa səfəri idi. Bir neçə dildə sərbəst danışan Eyzenşteyn Berlin radiosunda çıxış edərək, sovet filmləri haqqında danışır, Hamburq və Berlində, Londonda və Kembric Universitetində, Antverpen və Amsterdamda mühazirələr oxuyur, Brüssel Universitetində “İntellektual kino” adlı məruzə təqdim edir.

1930-cu ilin iyun ayından etibarən, Hollivudda olan Eyzenşteyn universitetlərdə çıxış edir və yerli məşhurlarla görüşürdü. “Paramount” şirkəti ilə əldə olunmuş razılığa əsasən, o, Ayvor Monteqyu və Aleksandrovla birlikdə Teodor Drayzerin yaxından iştirakı ilə yazıçının “Amerikan faciəsi” romanına əsaslanan filmin senarisinin hazırlanmasına başladı. Lakin bir ay sonra rejissorla şirkət rəhbərləri arasında yaranmış fikir ayrılıqları səbəbindən müqavilə ləğv olundu. Eyzenşteynin sözlərinə görə, “Paramount” rəhbərlərinə “məhəbbət və qətl haqqında polis əhvalatı lazım idi”. ABŞ Sosialist Partiyasının üzvü Epton Sinklerin maliyyə yardımı ilə Eyzenşteyn “Yaşasın Meksika!” adlı filmin çəkilişlərinə başlayır. Filmi ölkənin müxtəlif ərazilərində çəkirdilər. Artıq 75 min metr lent çəkilmişdi və Stalindən gələn gözlənilməz teleqram Eyzenşteyni SSRİ-yə dönməyə vadar etdi. Razılığa əsasən, filmin neqativi ABŞ-da qaldı. Rejissorun natamam qalmış əsəri dünya kino tarixində unikal bir lent kimi qalıb, belə ki, müasirləri film haqqında çox yüksək fikirlər söyləyirlər. Misal üçün, Çaplin “Yaşasın Meksika!” filmini dünya kinosunun şah əsəri hesab edirdi. Rejissorun ideayası yenilikçi idi: o, Meksikanı tarixi, mədəni, sosial, mühüm hadisələr və zaman nöqteyi-nəzərlərindən göstərməyə çalışırdı. Obrazlı desək, o, Meksikanın ruhunu göstərmək istəyirdi. Sovetlərə qayıtdıqdan sonra Eyzenşteyn elmi və pedaqoji işə başlayır. O, Dövlət universitetində rejissura kafedrasının rəhbəri təyin olunur. Rejissora RSFSR-in əməkdar incəsənət xadimi adı verilir. Sergey Mixayloviç bir çox məqalələr yazır, rejissorluq nəzəriyyəsi və təcrübəsi proqramının layihəsini tərtib edir və institutda oxunmuş mühazirələr əsasında “Rejissura” adlı kitabın tərtibatına başlayır. 1935-ci ilin yazında Eyzenşteyn Aleksandr Rjeşevskinin də senaristi olduğu Pavlik Morozov haqqında “Bejin çəməni” filminin çəkilişlərinə başlayır. Filmin çəkilişləri ərzində kilsə əşyalarının çeşidlənməsi zamanı Sergey Mixayloviç qara yara xəstəliyinə tutulur. Bu, Moskvada xəstəliyin qeydə alındığı yeganə hal idi. Xəstəliyi zamanı Eyzenşteynə çox sonralar onun həyat yoldaşı olacaq Pera Ataşeva qulluq edirdi. 1937-ci ildə ideoloji səbəblərdən “Bejin çəməni” filminin çəkilişləri yarımçıq dayandırılır. Özünün son şah əsəri “İvan Qroznı” filmini Eyzenşteyn altı il (1941-1946) ərzində çəkib. Filmin birinci hissəsinə Stalin mükafatı verilib, ikinci hissəsi qadağan olunub, üçüncü hissəsinin isə çəkilişləri dayandırılıb. 1948ci ilin fevralın 10-dan 11-ə keçən gecə “Rəngli kino” məqaləsi üzərində işləyən zaman Eyzenşteyn ikinci dəfə ürəktutması keçirir. Sonuncu infarktı o, aktrisa Maretski ilə rəqs elədiyi zaman keçirib. Bununla da, sənətkarın ürəyi birdəfəlik dayanır. Son əlyazmasında rejissor Puşkin, Qoqol, rəng və vətən haqqında yazırdı. Eyzenşteyn kremasiya olunduqdan sonra Moskvada, Novodeviçye qəbiristanlığında dəfn olunub.

film fiction


AKİRA KUROSAVA (1910-1998)

A

kira Kurosava 23 mart 1910-cu ildə Tokionun Şinaqava rayonunda samuraylar nəslindən olan zabitin ailəsində anadan olub. Akiranın özündən böyük qardaşı var idi və o, həmin zamanlarda Yaponiyada çox məşhur olan səssiz filmlərin şərh edilməsi işi ilə məşğul idi. Qardaşı Akiranı tez-tez kinoya aparardı. Təəssüf ki, onun həyatı faciəvi bitib; dağlara çəkilib və özünü öldürüb. 17 yaşlı Kurosava rəssamlıq məktəbinə qəbul olur və bir neçə il rəssam kimi çalışır. 1936-ci ildə Kurosava çətin yarışmadan keçərək, “PLC” (sonradan “Toxo”) şirkətinə rejissor köməkçisi vəzifəsinə dəvət olunur. Kurosava həmin günlər haqqında deyirdi: “Məni Kadziro Yamamotonun qrupuna təyin etmişdilər. O, əsl müəllim idi. Məhz onun köməyilə mən kinoda özümü tapa bildim. Yamamoto mənə işin bütün mərhələlərini – ssenari yazılması, montaj və ümumilikdə kinonun bütün əlifbasını öyrətmişdi.” 1943-cü ildə Kurosava çox böyük məharətlə özünün ilk filmi “Cüdo dahisi” filmini ekranlaşdırdı. Film Tsuneo Tomitanın romanı əsasında çəkilib. 1945-ci ildə Akira Kurosava aktrisa Yoko Yaquti ilə ailə həyatı qurub və onların Hisao adlı oğulları dünyaya gəlib. 1948-ci il Kurosavanın həyatında dönüş rolunu oynayıb. Həmin ilin fevralında onun atası vəfat edib. Daha sonra o, çılğın temperamentə malik olan aktyor Toşiro Mifune ilə tanış olur. Onların ilk ortaq işi “Sərxoş mələk” (1948) filmi işıq üzü gördü. Kurosavanın rejissurası çiçəklənir, özünəməxsus cəhətlər qazanırdı. Ənənəvi olaraq, o, tarixi və müasir janrlarda filmlər çəkirdi. Lakin hansı tarixi dövrü təsvir etməsindən asılı olmayaraq, izləyiciləri Kurosava filmlərinin qüvvətli hislər, qeyri-adi kompozisiya və insan xarakterlərinin parlaqlığı valeh edirdi. Özünün ən əhəmiyyətli filmlərindən biri olan “Raşomon” (1950) filmini Kurosava tarixi dram janrda çəkib. Kurosava burada yazıçı Akutaqava Rünoskenin iki psixoloji novellasından istifadə edib. Hadisələr X əsrdə, müharibədən sonrakı qarışıqlıq dövründə cərəyan edir. Film bir quldurun samurayı qətlə yetirməsi və onun xanımına yiyələnməsi barədə bəhs edir. Hadisə ekranda dörd dəfə təkrarlanır: quldurun öz dilindən, samurayın xanımının dilindən, təsadüfən yoldan keçən birinin dilindən və qətlə yetirilmiş samurayın kabusunun dilindən. Dörd hekayənin biri digərini inkar edir. Bununla rejissor həyatın nə qədər mürəkkəb olmasından və həqiqətin tapılmasının qeyri-mümkün olmasından bəhs edir. “Raşomon” müqəddəs Mark şərəfinə verilən “Qızıl şir” mükafatını qazandı və bununla da, bütün dünyada yapon kinosuna maraq oyandı. Film 1952-ci ildə ən yaxşı xarici film kimi “Oskar” mükafatını qazandı. 30 il sonra “Raşomon” daha bir nüfuzlu mükafat, Venesiya kinofestivalında təqdim olunan “Şirlərin şiri”nə layiq görüldü. Bununla belə, vətənində ənənəvilik tərəfdarı olan tənqidçilər Kurosavanı qərbə meyil etməkdə ittiham edirdilər. Lakin Kurosava artıq dünyəvi şəxsiyyət idi və bu cür çıxışlar onu narahat etmirdi. Məhz 1951-ci ildə Kurosava “İdiot” romanını ekranlaşdırdı. O, dəfələrə Knyaz Mışkinə, mərhəmət və bağışlama mövzusuna olan rəğbətindən söz açıb. Filmdə hadisələr Yaponiyanın ən şimali adası Hokkaydoda cərəyan edir. Əsəs qəhrəman Roqojinin (filmdə onun adı Akama olur) rolu bu dəfə də rejissorun sevimli aktyorlarından biri Toşiro Mifuneyə qismət olur. “Mənim düşüncə tərzim və psixologiyam “İdiot”un qəhrəmanının düşüncə tərzi və psixologiyası ilə çox uyğundur. Bəlkə də elə bu səbəbdən mən Dostoyevskini belə sevirəm. İnsan həyatı haqqında yazan ikinci belə yazıçı yoxdur. Yaponlar rus klassikasını oxuyaraq böyüyürlər. Bu ədəbiyyat mənim ruhuma o qədər işləyib ki, öz əksini mənim yaradıcılığımda tapır” – deyə Kurosava qeyd edirdi. 1952-ci ildə Kurosavanın anası dünyasını dəyişir. Elə həmin ildə rejissor özünün

film fiction


ən qəmli filmlərindən biri – “Yaşamaq” lentini çəkir. Film qəsdən sadə, yığcam və prozaik şəkildə hazırlanır. Filmin bütün kadrları rejissor ideyasının çatdırılmasına yönəlmişdi. “Yaşamaq” lenti 1954-cü ildə Berlin kinofestivalında “Gümüş ayı” mükafatı ilə təltif olunur. Həmin il daha bir hadisə, Kurosavanın qızı Kazukonun dünyaya gəlməsi ilə yadda qalır. Elə həmin ildə Kurosava özünün ən məşhur filmlərindən biri olan “Yeddi samuray” filmini ekranlaşdırır. Film Venesiya kinofestivalında “Qızıl şir” mükafatını qazanır və Yaponiyada böyük uğurla nümayiş olunur. Kurosava yenidən dünya ədəbiyyatının şah əsərlərinə müraciət edir. Bu dəfə o, Şekspirin “Makbet”ni ekranlaşdırır. “Qan içində taxt, yaxud Hörümçək sarayı” (1957) filmi şekspirçilər tərəfindən əsərin ruhuna son dərəcədə uyğun olması ilə yüksək qiymətləndirilir. Kiçik olan daimi aktyorlar qrupu ilə işləyən Kurosava onların, sözün əsl mənasında, inanılmaz ifa keyfiyyətinə, priyomların müxtəlifliyinə, psixoloji çalarların rəngarəngliyinə nail olmağı bacarırdı. Onun filmlərində həmişə Toşiro Mifune, Takasi Simura, Mazayoşi Mori və Yaponiya üçün səciyyəvi olan ifa tərzi və dərin psixoloji reallığa malik digər usta aktyorlar rol alırdı. 1959-cu ildə Kurosava özünün “Kurosava Pro” şirkətini açır. Studiyada çəkilmiş filmlər göstərişlərdə o qədər də uğur qazanmırdı. Müflisləşmə təhlükəsi ilə üzləşən şirkət 1966-cı ildə Hollivudda amerikalı aktyorlarla “Qaçaq qatar” filmini və “Tora! Tora! Tora!” filminin yapon epizodlarını çəkmək razılığını verdi. Lakin “XX əsr-Foks” şirkətinin prodüserləri ilə fikir ayrılığı yaranması səbəbindən çəkilişlər yarımçıq saxlanıldı. Son dərəcədə məyus olmuş rejissor dərin psixoloji sarsıntılar keçirir və 1971-ci ilin dekabrında həyatına qəsd edir. Xoşbəxtlikdən onu xilas etmək mümkün olur. Lakin Kurosava hələ uzun müddət sarsılmış vəziyyətə düşür. 1973-cü ilin martında Kurosava sovet yazıçısı Yuri Nagibinlə birlikdə “Dersu Uzala” filminin senarisi üzərində işə başlayır. 1975-ci ildə ekranlara çıxan film Moskva beynəlxalq kinofestivalında “Qızıl mükafat”ı, daha sonra “Oskar” mükafatını qazanır. Yaponiyaya qayıdan Kurosava maliyyə çətinlikləri yaşadığından viski reklamlarının çəkilişləri ilə məşğul olmağa başladı. Çəkilişlər rejissorun şəhərkənarı evində aparılırdı. Reklamların bir neçəsində Kurosava özü çəkilib. Elə həmin illərdə Kurosavanın iki kitabı – “Avtobioqrafiyaya cəhd” (1978) və “Kölgə döyüşçüsü” (1979). Sonuncusu bütöv bir senari və filmin rəsmlərdə təsviri idi. 1980-ci ildə ekranlara çıxmış “Kölgə döyüşçüsü” filminin maliyyə təminatçıları Ford Koppola və Corc Lukas olub. Film müəyyən səbəblərə görə üç il ərzində nüfuzlu Yakudza klanının rəhbəri rolunda çıxış etməli olan xırda oğru haqqında bəhs edir. Film “Qızıl palma budağı” və “Sezar” mükafatı laureatı və “Oskar” mükafatına namizəd olub. 1983-cü ildə “Kurosava-film” şirkəti yaradılır və rejissor bir daha Şekspirə müraciət edir. Bu dəfə o, “Kral Lir” əsərinə əsaslanan “Ran” (1985) filmini çəkir. Bir il sonra film bir neçə kateqoriyada “Oskara” namizəd olur. 1990-cı ilin martında Kurosava kino tarixinə verdiyi töhfələr üçün şərəfli “Oskar” qazanır. Elə həmin ildə Stiven Spilberqin prodüserliyi ilə hazırlanmış “Kurosavanın yuxuları” lenti işıq üzü görür. Səkkiz novella, rejissorun “yuxuları” ölüm və həyat qüvvəsinin mənası, yaradıcılığın mütləqliyi və insan təbiəti haqqında danışır. Ahıl yaşda olmasına baxmayaraq, Kurosava yaradıcılıq gücü ilə dolu idi. 1991-ci ildə onun Kiyoko Muratanın romanı əsasında çəkilən “Avqust rapsodiyası” filmi ekranlara çıxdı. Film Naqasakidə baş vermiş atom bombası partlayışından bəhs edir. “Mən öz filmlərimi uşaqlar və yaşlı insanlar haqqında çəkirəm, belə ki, illər keçdikcə saflıq mənim üçün həyatda ən vacib keyfiyyət kimi qərarlaşdı. O, bizə doğularkən verilir və daha sonra bütün həyatımız boyu sakitcə qısılaraq, bizi izləyir və ahıl yaşlarımızda yenidən güclənir. Biz bu dünyanı yeni doğulmuş körpətək saf tərk edirik” – deyə Kurosava qeyd edib. Ustad özünün sonuncu, yazıçı Hayakken Uçida və onun tələbələri arasındakı dostluqdan bəhs edən “Yox, hələ yox” filmini çəkir. Filmin adı orada yer alan dialoqlardan birindən sitat kimi gətirilib: “Sən o biri dünyaya getməyə hazırsanmı?” – “Yox, hələ yox...” Akira Kurosava 1998-ci il sentyabrın 6-da, 88 yaşında vəfat edib.

film fiction


ANDREY ARSENYEVİÇ TARKOVSKİ (1932-1986)

A

ndrey Tarkovski 4 aprel 1932-ci ildə İvanovski əyalətinin Zavrajye kəndində anadan olub. Onun atası Arseni Aleksandroviç Tarkovski məşhur şair, anası Mariya İvanovna Vişnyakova Ədəbiyyat İnstitutunun məzunu olub. Andrey anası, nənəsi və bacısı ilə birlikdə kənddə yaşayırdı. “Çox çətin vaxtlar idi. Atama ehtiyac duyurdum. Atam ailəmizi tərk edəndə mənim 3 yaşım vardı. Həyatımız hərtərəfli şəkildə çox çətin idi. Buna baxmayaraq, mən həyatdan çox şey qazanmışam. Bu həyatda əldə etdiyim ən yaxşı şeylərə görə, rejissor olmağıma görə mən anama borcluyam” – deyə Tarkovski qeyd edib. Müharibə vaxtı ailə Yuryevetsə köçürülmüşdü. Lakin artıq 1943-cü ildə Tarkovskilər Moskvaya qayıtdılar. Mariya İvanovna Birinci Nümunəvi mətbəədə korrektor kimi çalışırdı. Çətinliklə də olsa, o, kitablara, albomlara, konservatoriya üçün biletlərə pul ayıra bilirdi. Orta məktəbdən başqa Andrey bədii və musiqi məktəbində (royal sinfində) dərs alırdı.

film fiction


1951-1952-ci illərdə Andrey Moskva Şərqşünaslıq İnstitutunda ərəb dili bölməsində təhsil alıb. Lakin kursu bitirmədən Ümumrusiya Elmi-Tədqiqat İnstitutunda qiymətli metallar və qızıl fakültəsinə keçib, sonradan geoloq kimi çalışıb. “Vaxtilə mən çox çətin dövr yaşamışam. Gənc olanda pis mühitə düşmüşdüm. Anam məni qəribə bir şəkildə, geologiya partiyasına işə düzəltməklə xilas etdi. Orada, tayqada mən kollektor, demək olar ki, fəhlə işləyirdim. Və mənim həyatımın ən yaxşı xatirəsi oldu. Onda mənim 20 yaşım var idi...” – deyə Tarkovski xatırlayır. 1954-1960-cı illərdə Tarkovski Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq bölməsində (Mixail Rommun rəhbərliyi altında) təhsil alıb. Tələbəlik illərində Andrey aktrisa İrma Rauşa aşiq idi. Onların münasibətləri çox mürəkkəb idi. Xüsusən də Andrey üçün çox çətin idi. 1957-ci ildə onlar ailə qurdular. Tarkovskinin əsl debütü 1962-ci ildə çəkilmiş “İvanın uşaqlığı” filmi idi. Filmi başqa bir rejissor başlamışdı. Lakin lenti çəkə bilmədiyindən Tarkovskini dəvət etmişdilər. Stalin mükafatı laureatı olmuş Boqomolovun hazırladığı senarini Tarkovski Mixalkov-Konçalovski ilə birgə yenidən işləmişdi. Film qəhrəmanı oğlandır. Müharibə onu uşaqlıqdan, anadan, xoşbəxtlikdən məhrum etmiş və qisasçıya çevirib. Beləliklə, o, kəşfiyyatçı olur. Filmdə biz İvanın iki simasını görürük: yuxular aləmindən olan saf və işıqlı oğlan və arıq, kədərdən düşmüş gözləri olan qaranlıq təbiətli 12 yaşlı kəşfiyyatçı.

Film Venesiya kinofestivalında “Qızıl şir”, eləcə də, Akapulko və San-Fransisko festivallarında çoxsaylı mükafatlar qazanıb. Tarkovski yeni ideyalarla dolu idi. Artıq payızda onlar Mixalkov-Konçalovski ilə birgə “Andreyin təəşşüqləri” (film “Andrey Rublyov” adı ilə işıq üzü görəcək) senarisinin ilkin variantını bitirmişdilər. Senari uzun müddət ərzində, çox detallı şəkildə hazırlanmışdı. Filmdə XV əsrdə yaşamış dahi ikona rəssamı Andrey Rublyov knyaz çəkişmələri və monqol yürüşləri fonunda həyatı müşahidə edir, ölkənin taleyi, rəssamın missiyası və sənətin məqsədi barədə düşünür. 1966-ci ilin ortalarında “Andreyin təəşşüqləri” təhvil verilmək üçün hazır idi. Əvvəl razılıq alsa da, sonradan partiya rəhbərliyi tərəfindən filmin bəyənilmədiyi açıqlandı. Dəfələrlə yenidən işləndikdən sonra film “Andrey Rublyov” adı altında təqdim olundu, lakin yenidən razılıq ala bilmədi. Kann festivalına isə film tamamilə təsadüfən gedib çıxıb. “Soveteksportfilm” lenti digər altı filmlə bir yerdə fransalı iş adamı Aleks Moskoviçə satmışdı. O isə öz növbəsində filmi Kanna aparmışdı. Festivalda film “FİPRESSİ” mükafatını qazanıb. Sovetlərdə film yalnız 1971-ci ildə ilkin xronometrajından üç dəfə qısaldılmış şəkildə göstərilib. Bundan sonra Tarkovskinin yaradıcılıq həyatında çətin dövr başladı. O, çoxlu senarilər hazırlasa da, onların çəkilməsi üçün icazə almaq çox uzun çəkirdi. Digər tərəfdən, Andreyin şəxsi həyatı da çox mürəkkəb idi. Onun

“Mosfilm”dən olan bir işçi ilə birgə yaşadığı haqda şayiələr gəzirdi. Sonradan məlum oldu ki, həmin qadın “Andrey Rublyov”da rejissor köməkçisi olan Larisa Yeqorkina idi. Nəticədə Andrey ailəsini tərk etdi. O, oğlu ilə gec-gec görüşür, qohumlarından və dostlarından gizlənirdi. Onun xasiyyəti dəyişmişdi. Andrey daha sərt, qapalı və xoflu olmuşdu. Tarkovski klassiklərin əsərlərini ekranlaşdırmaq ideyası ilə müxtəlif instansiyalara müraciət edirdi. Nəhayət, Stanislav Lemin elmi-fantastik janrda yazılmış romanı “Solaris”in çəkilməsi üçün razılıq əldə olundu. 1974-cü ildə Tarkovski yeni evə köçür və nəhayət, öz iş otağına malik olmaq arzusu yerinə yetirir. Tarkovskinin yaradıcılığı çox şaxəli idi. O, şeiriyyət, rəsm və musiqi ilə məşğul olurdu. “Rus ziyalısını biz elə məhz bu cür təsəvvür edirdik” – deyə italyan tarixçi Paolo Alatri yazırdı. Tarkovski dindar idi. O, Bibliyanı dəfələrlə oxumuşdu. “Mənim üçün kino professional məşğuliyyət deyil, mənəviyyatla bağlı məşğuliyyətdir” – deyə Tarkovski qeyd edib. Parisdə olarkən Tarkovski “Andrey Rublyov”un ən yaxşı filmlər onluğuna daxil olduğunu öyrənir, halbuki, sovet mətbuatında, yaxud kino haqqında məruzələrdə bu barədə bir kəlmə belə yazılmamışdı. 1974-cü ildə rejissor “Güzgü” filmini tamamlayır. İlkin olaraq, “İşıqlı gün” adlanan senarini o, Aleksandr Mişarinlə birgə yazmışdı. Senari avtobioqrafik əsasa malik idi. O, Tarkovskinin uşaqlığı, ailəsi və həyatının bəzi hadisələri

film fiction


üzərində qurulmuşdu. Bu film, həqiqətən də, Tarkovskilərin ailəvi filmi idi. Kadr arxasında Andreyin atasının şeir oxuması səslənir, qoca ananın rolunu Andreyin öz anası canlandırır, oğlanın ilk məhəbbətini Andreyin ögey qızı Olya canlandırır. Larisanın özü də filmdə Marqarita Terexova ilə birgə ən çətin epizodlardan birində çəkilmişdi. Nəhayət, Tarkovski özü də kadrda peyda olur. Lakin görünən yalnız onun əlləri idi – ölüm ayağında olan insanın əlləri. Tarkovski yeni film üzərində işə başladı. Onun diqqətini Boris və Arkadi Struqatski qardaşlarının “Yol qırağında piknik” əsəri cəlb etdi. Zamanla senarinin ilkin versiyası tamamilə dəyişdi. Arkadi Struqatski senarinin 18 versiyada hazırlandığını söyləyirdi. Film yer üzərində kosmosdan gəlmələr tərəfindən qorunmuş gizli Zona haqqındadır. Ən hünərli insanlar müşayiətçilərin – stalkerlərin köməyilə həmin zonaya daxil olurlar. Uzun yol getdikdən sonra bütün arzuların yerinə yetdiyi həmin otağa çatdıqda “Stalker” filminin qəhrəmanları otağa girməyə cürət etmirlər. Səyahət ərzində baş vermiş hadisələrdən sonra onlar öz niyyətlərinin nə dərəcədə təmiz olmasından şübhələnməyə başlamışdılar. 1980-cı ildə çəkilmiş “Stalker” filmi Tarkovskinin SSRİ-də çəkdiyi son film idi. Elə həmin il ona RSFSR-in milli artisti adını vermişdilər. Tarkovski, həmçinin, “Dünya kinosənətinə verdiyi töhfələr” nominasiyası ilə “David Donatello” (İtaliya) mükafatına layiq görülmüşdü. “Mən indi özümü elə güclü, yaradıcılıq baxımından elə yüksək hiss edirəm ki, işləməyi elə istəyirəm ki. Lakin hanı, hanı bu iş?” – bu qeydi Tarkovski öz gündəliyində yazmışdı. “Stalker”dən sonra Tarkovski müxtəlif bəhanələr altında “Mosfilm”də işləməkdən imtina edirdi. O artıq uzun müddət idi ki, Tonino Querra ilə tanış idi və onunla bir yerdə İtaliyada film çəkmək istəyirdi. “Soveksportfilm” və İtaliya televiziya şirkəti olan RAİ ilə danışıqlar başladı. 1981-ci ilin martında “Nostalgiya” filminin çəkilməsi haqqında italyanlarla müqavilə imzalandı və tezliklə Tarkovski İtaliyaya getdi. Onun oğlu nənəsi ilə Moskvada qaldı. Roma Tarkovskini sevinclə qarşıladı. Tonino Querra rejissorun yaxın dostu və müəllif yoldaşı oldu. Florensiyanın meri isə Tarkovski üçün ev təşkil etdi. İlk olaraq, “Andrey Tarkovski və Tonino Querra – səyahət zamanı” adlı sənədli oçerk çəkildi. “Nostalgiya” filminin qəhrəmanı əvvəlcə İtaliyaya təhsil almağa göndərilmiş təhkimli bəstəkar (prototip – Bortnyanski) olmalı idi. Lakin tezliklə bu fikirdən imtina etdilər və bəstəkar əvəzinə müasir yazıçı Qonçarov (Yankovski) seçildi. Tarkovski film haqqında deyirdi: “Mən vətəndən uzaq olanda biz rusların xüsusi ruh halını, Vətənə olan nostalgiyasını göstərmək istəyirdim”. Hazırlıq müddəti üç il, çəkiliş isə üç ay davam etdi. Tarkovski üçün bu iş mərhələli iş idi. “Yalnız “Nostalgiya”dan sonra mən kinematoqrafiyanın müəllifin daxili aləmini, ruh halını nə dərəcədə əks etdirə bildiyini anladım. Əvvəllər belə bir şeyin mümkün olacağını heç düşünməmişdim” – deyə Tarkovski qeyd etmişdi. 1983-cü ildə İtaliya “Nostalgiya”nı Kann festivalına təqdim etdi. Filmin Qran-pri qazanacağı güman olunurdu. Və bu anda qalmaqal yaşandı. Tarkovski mükafatların bölgüsündən narazı idi və jüri kollegiyasından olan Sergey Bondarçuku əsas mükafatın “Nostalgiya”ya verilməsinə qarşı çıxmaqda ittiham edirdi.

film fiction


Qoskino Tarkovskinin Moskvaya dönməsini tələb edirdi. Ona vizanın yenidən açılacağına dair söz vermişdilər, lakin öncə rejissorun yaradıcılıq planlarını müzakirə etmək təklif olunurdu. Tarkovski isə oğlu və qayınanasının onun yanına gəlməsini və vizanın daha üç il müddətinə uzadılmasını tələb edirdi. Tarkovski çox əsəb keçirirdi. Sovet orqanlarından heç bir rəsmi cavab almadıqdan sonra o, Milanda mətbuat konfransı keçirərək, yoldaşı ilə bir yerdə Qərbdə qaldığı barədə açıqlama verdi. Bu andan etibarən, Tarkovski oğurlanaraq Sovet İttifaqına aparılacağı, yaxud öldürüləcəyindən qorxurdu. Bunda sonra Tarkovskinin həyatında daha bir çətin dövr başlayır. Yeni mənzil almaq imkanı yox idi. Dostlarının köməyilə Berlin incəsənət akademiyası ona bir il ərzində hər ay min dollar miqdarında təqaüd təyin etdi. Rejissor Berlinə köçməli olur və layihələri üçün maliyyə axtarmağa başlayır. Tarkovski böyük həvəslə Londondakı “Kovent-Qarden”də “Boris Qodunov” operasını səhnələşdirməyə razı oldu. Tamaşa uğurla qarşılandı. 1985-ci ilin yayında Tarkovski Şotlandiyanın Qotland adasında “Qurbanvermə” filminin çəkilişlərinə başlayır. Filmin süjeti İncil hekayələrindən birinə əsaslanırdı. Bu kinematoqrafik poemanın son kadrında Tarkovski yazırdı: “Ümid və inamla oğlum Andryuşaya həsr olunur”. 1985-ci ilin dekabrında Tarkovskiyə ağ ciyər xərçəngi diaqnozu qoyulur. Xəstəlik haqqında xəbər çoxlarını sarsıtdı. Fransa prezidenti Fransua Mitteran Mixail Qorbaçova teleqram yazaraq, rejissorun oğlu və qayınanasının Fransaya gəlməyə icazə verilməsini xahiş etdi. Bir neçə gündən sonra onlar Parisə gəldilər. Tibb xəstəlik qarşısında çarəsiz idi və 1986-ci il dekabrın 29-da Andrey Arsenyeviç Tarkovski vəfat etdi. Onun cəsədi pravoslav qəbiristanlıq Sent-Jenvyev-de-Buada özgə qəbirdə dəfn olundu. Daha sonra onu yenidən dəfn etdilər. Baş daşı isə yalnız 1994-cü ildə qoyuldu. İsveçli dahi rejissor Berqman yazırdı: “Mənim üçün Tarkovski dahilərin dahisidir. Belə ki, o, kinoya həyatı yuxulardakı kimi göstərməyi bacaran yeni, xüsusi dil gətirib”.

film fiction


KŞİŞTOF KESLYOVSKİ (1941-1966)

K

şiştof Keslyovski 27 iyun 1941ci ildə Varşavada anadan olub. Onun uşaqlığı bir neçə iri şəhərlər arasında köç etməklə keçib. Belə ki, Kşiştofun atası vərəmdən əziyyət çəkirdi və müalicə almaq üçün müxtəlif mütəxəssislərə müraciət etmək məcburiyyətində qalmışdı. 16 yaşında olarkən Kşiştof yanğınsöndürənlər məktəbinə qəbul olunur, lakin qısa zamanda məktəbdən qovulur. Heç bir müəyyən karyera iddiaları olmayan Kşiştof teatr texnikləri kollecinə qəbul olunur. Belə bir seçimin tamamilə aydın səbəbləri var idi: kollecin direktoru Kşiştofun uzaq qohumu idi. Bir müddət kollecdə təhsil aldıqdan sonra o, teatr rejissoru olmaq arzusuna düşür. Bakalavr dərəcəsi almaq üçün gənc kinematoqrafiya fakültəsinə daxil olur. Kolleci bitirdikdən sonra isə üç dəfə nüfuzlu Lodz Kino Məktəbinə imtahan verir. Qeyd etmək istərdik ki, Roman Polanski və Ancey Vayda da həmin məktəbin tələbələri olub. Qəbul imtahanları arası gənc var gücü ilə hərbi xidmətdən yayınmağa çalışırdı. O, humanitar liseyə daxil olmuş və hərbi xidmətə yararsız olmaq üçün özünə sərt pəhrizlərlə əziyyət verirdi. Nəhayət, üçüncü cəhd ilə Keslyovski Lodz Kino Məktəbinə daxil ola bilir. Kşiştof kino məktəbində 1964-cü ildən 1968-ci ilə kimi təhsil alıb. Məhz həmin illər hökumət tərəfindən yaradıcı insanlara az-çox yaradıcılıq azadlığı verdiyi dövrə təsadüf edirdi. Keslyovski kino ilə dərindən maraqlanmağa başlayır və nəticədə o, teatr sənətinə keçid eləmək fikrindən daşınır. Yeni başlayan rejissorun ilk layihələri, əsasən, sənədli filmlər olub. Həmin dövrə aid ən diqqətəlayiq nümunə kimi “İşçilər 71”, “Avtobioqrafiya” və “Stansiya” filmlərini qeyd etmək lazımdır. Hökm sürən avtoritar rejim şəraitində açıq, səmimi filmlər çəkməyin mümkün olmadığını anlayan rejissor sənədli filmlərdən tədricən uzaqlaşmağa başla-

film fiction

dı. Bundan əlavə, rejissor uydurma süjet xəttilə şəxsi fikir və ideyaların əks etdirilməsi üçün daha böyük imkanların olduğunu anladı. Kşiştofun ilk bədii lenti “Personal” (1974) Manheyf festivalında mükafat qazandı (1975). Lakin rejissorun “İlk məhəbbət” (1974, Moskva kinofestivalında xüsusi mükafat), “Xəstəxana” (1976, Moskva kinofestivalında əsas mükafat), “Gecə keşikçisinin nəzəri ilə” (1977, Moskva kinofestivalında FİPRESSİ mükafatı), “Müxtəlif yaşda olan yeddi qadın” (1978), “Danışan başlar” və “Vağzal”(1980) filmləri hələ də sənədli film xüsusiyyətləri daşıyırdı. 1976-cı ildə rejissor tematika və stilistika baxımından sənədli filmlərilə bir çox aspektlərdə səsləşən ilk tam metrajlı “Çapıq” filmini çəkir. Onun ardınca isə sərt publisistik lent “Sakitlik” (1976) filmini çəkir. “Çapıq” bədii və mənəvi lideri, şübhəsiz ki, Keslyovski olan “mənəvi narahatlıq kinematoqrafının” ilk filmlərindən idi. Rejissorun yaradıcılığında yarısənədli poeziya ilə daha metaforik dramaturgiya sintezinə keçidin daha aydın nəzərə çarpdığı “Kinosevərlər” (Amator, 1979 Moskva kinofestivalında əsas və FİPRESSİ mükafatları) filmilə Keslyovskinin adı Polşadan kənarda da məşhurlaşmağa başladı. “Həmrəylik” dövründə (1978-1981-ci illərdə Keslyovski Polşa kinematoqrafçılar birliyinin sədr müavini olmuş və Şərqi Avropanın ilk azad həmkarlar ittifaqının yaranmasında böyük rol oynayıb) rejissor siyasi çağırışla yanaşı yeni üslub axtarışlarının nəzərə çarpdığı “Təsadüf” (1981) və “Qısa iş günü” (1981) filmlərini çəkir. “Sonsuz” (1984) alleqorik lentinin həsr olunduğu “Həmrəylik” dövründən sonra rejissorun yaradıcılığında üç illik fasilə yaranır. Bu fasilədən sonra fərqli, saysız-hesabsız kinomükafatlar laureatı olmuş Keslyovski qayıdır.


1988-ci ildə ekranlara rejissorun Tövrat ehkamlarını özünəməxsus şəkildə sovet kinematoqrafı dilinə çevirdiyi onhissəli “Dekaloq” filmi çıxır: “Öldürmək haqqında qısa film” (Moskva kinofestivalında FİPRESSİ və jüri mükafatı, ən yaxşı Avropa filmi kimi “Feliks” mükafatı) və “Sevgi haqqında qısa film” (San Sebastyan və Çikaqoda keçirilmiş Moskva kinofestivallarında xüsusi mükafatlar). Bu iki film “Dekaloq”un digər hissələrinin ekrana çıxacağından xəbər verirdi. Dünya kinosunda analoqu olmayan layihə Keslyovskinin yaradıcılığında yeni cəhət, onun çoxhissəliliyə, süjeti, sanki müxtəlif tərəflərdən nəzərdən keçirən dramaturji panoramlara meyili aşkar edir. Xüsusən də, bu meyili biz rejissorun “Veronikanın ikili həyatı” filmində (1991-ci ildə Fransa-Polşa əməkdalığı ilə çəkilib, Kannda keçirilən Moskva kinofestivalında ekumenik jüri mükafatı qazanıb) müşahidə edə bilərik. Lakin bu, hələ son deyildi. Rejissorun son işi, “Üç rəng” trilogiyası yenidən fransız prodüserləri ilə əməkdaşlıqda çəkilib və bir çox beynəlxalq mükafatlara layiq görülüb: “Mavi” (1993) Venesiyada keçirilmiş Moskva kinofestivalında əsas mükafat, “Ağ” (1994) Berlində keçirilmiş Moskva kinofestivalında mükafat və “Qırmızı” (1994) ən yaxşı senari və rejissor işi nominasiyalarında “Oskar”a namizədlik, həmçinin, 1995-ci ildə Fransada Jorj Melyez adına mükafatla qeyd olunublar. Üçlüyü bitirdikdən sonra Keslyovski kinodan getdiyini elan edir, lakin növbəti üçlüyün senarisi üzərində işləməyə davam edirdi. Təəssüf ki, rejissorun bu niyyəti yarımçıq qaldı. 13 mart 1996-cı ildə Kşiştof Keslyovski Varşavada vəfat etdi.

film fiction


bir yığın təlaş

Onur Ünlü

Tərcümə: Saleh Hacıyev

film fiction


ÇƏKDIYIN FILMLƏRDƏKI

TƏLƏB EDIR. BELƏ BIR ŞƏRT

POLISLƏRIN ƏKSƏRIYYƏTININ

QOYULDUĞU ZAMANDA, DEYƏSƏN,

AXMAQ VƏ YA PIS INSAN OLMAĞINI

MÜNASIBƏT QURMAQ ISTƏYƏN BIRI

NƏ ILƏ ƏLAQƏLƏNDIRIRSƏN?

OLARAQ, SƏN DILSIZ OLMAĞI SEÇƏN

Dövlətlə əlaqəli köklü bir problemim olduğu üçün və dövlətin çöldə görünən tərəfi olduğu üçün polisi sevmirəm. Polisin təmsil etdiyi şeyi sevmirəm. Polislə uşaqlığımda da hər hansı bir münasibətim olmayıb. Hansı ki, polis atanı döyər, atan da siyasi biridir, polisdən qaçır və sairə. Elə bir şey də olmayıb. Polislə əlaqəli bir xatirəm və ya travmam yoxdur. Polisi saymıram, əsas məsələm odur. Sevməmək deyil, saymıram. Hörmət etmədiyim şeydən qorxmaram da. Hörmət etmədiyin şeyə qarşı duyğu da bəsləyə bilməzsən. Amma dövlətlə, iqtidarla, iqtidarı təmsil edən hər hansı bir şeylə əlaqəli əsəb pozuntusunu həyatım boyunca həmişə yaşamışam.

TƏRƏF OLURSAN. Bağlanırsan da, danışmaqdan vazkeçirsən. Məsələn, film çəkmək mənasız gəlir. Məsələn, indi borclarım olduğu üçün bazarın içindəyəm, işləyirəm. Bir ay gedib öz-özümə oxuyub, bağlanıb, ələqalənmədiyim vaxtlarda ağlıma gəlmir. Bu dolanışıq dərdini bu qədər şiddətli yaşamasam, minimallaşdıra bilsəm,

“CELAL TAN”DA TƏNQID ETDIYIN IQTIDARLA “ETIRAZIM VAR”DAKI IQTIDAR, ƏSLINDƏ, ÖZÜ ETIBARILƏ EYNIDIR. ÇÜRÜMÜŞ VƏ IYLƏNMIŞ BIR ŞEYLƏR VAR O SAHƏDƏ. Fərqi yoxdur ki. 28 fevraldan öncə onlar var idi, indi bunlar var. Zalım zalımdır, bir şey dəyişmir. Nəticədə əvvəl elə bir film çəkdim, sonrasında belə bir film. İkisinin də arxasında zalımlar var. Nə fərqi var ki? Sağçı, ya solçu, namaz qılır və ya qılmır, nə fərqi var?

“CELAL TAN” SONRASI SƏNƏ YÖNƏLDILƏN TƏNQIDLƏR VƏ DAHA SONRA “ETIRAZIM VAR”LA DIGƏR CINAHDAN YÖNƏLDILƏN TƏNQIDLƏR SƏNDƏN DAVAMLI OLARAQ BU NIZAM-INTIZAM IÇINDƏ BIR TƏRƏF TUTMAĞINI

dönüb kinoya kim baxar?! Onun yerinə düşünərəm, düşünməyə vaxt ayıraram. Mən kinonu o qədər də sevən biri deyiləm. Amma çəkməyi arzulayırsan. Davam etsəm də, öz tərəfimdəyəm hər zaman. Tələbə ikən də belə olub, heç bir vaxt heç bir siyasi, dini, hər hansı bir təşkilatın içində olmamışam mən. Şüurlu şəkildə olmamışam, hər zaman fərdiyyətçi idim mən. İctimai məsələlərlə əlaqəli nələrsə deyərkən də tək-tək fərdlərin haqqını qorumağa çalışdığımı düşünərək edirəm bunu. İqtisadi mənada da tamamilə hər şeyin paylaşılmasının tərəfdarıyam. Mülkiyyət haramdır. Çünki mən insanlığın kitabının belə dediyini düşünürəm. Amma o, belə deyir deyə belə düşünmürəm. Düşündüyüm bir çox şeylə kitabdakılar üst-üstə düşür deyə özümü ora aid hiss edirəm. Bir yığın mövzuda mənə köməkçi olur. Amma o, kitabda elə yazırsa, elədir demirəm. Ora çatmağa çalışıram və çatmadan da ölüb gedəcəm.

film fiction


“CELAL TAN”DA BƏLLI BIR QISMIN DINLƏ QURDUĞU MÜNASIBƏT PROBLEMLI MÜNASIBƏTDIR, EYNI ZAMANDA, CÜMHURIYYƏT TƏNQIDI OLARAQ DA GÖRÜNƏ BILƏR DEYƏ DÜŞÜNÜRƏM. YƏNI, MƏSƏLƏN, TURAN ALTAYLI ÖLƏCƏYINI ÖYRƏNƏNDƏ İSLAMIN VƏ IMANIN ŞƏRTLƏRINI ÖYRƏNMƏYƏ EHTIYAC DUYUR. HƏTTA IMANIN ŞƏRTLƏRI IMAMIN ŞƏRTLƏRI OLACAQ QƏDƏR UZAQDIR BU MÖVZULARA. DIN BALACA BIR AKSESUAR HALINI ALIBMIŞ KIMI. Belə bir görünüş var burda. Amma bu, o qədər incə bir şeydir ki, belə baxdığın zaman dünyəviliyi tənqid kimi görünür və dünyəvliyi tənqid edənlərin xoşuna gəlir. Halbuki, mən qəti olaraq dünyəvi olandan yanayam. Dini hər hansı bir mövzu heç bir şəkildə idarə etməyə qarışmamalıdır, yoxsa nə hala gəldiyini görürük. Din, çox tez zövqlə, iştahla, rahatlıqla mərc halına gətiriləcək bir şeydir. Amma bir tərəfdən də dövlətə də inanmıram ki. Dövlətin insanlığın başından bu vaxta qədərki mərhələlərində məcburi dayanacağını, eynilə demokratiya deyilən axmaqlıq kimi ara dayanacaq, məcburi bir dayanacaq olduğunu düşünürəm və bundan qurtulacağımızı varsayıram. Dövlət özündən qurtulması lazım olan bir fikirdir. Daha əvvəl bir şeirdə də yazmışdım, dövlət şirkdir – dövlətlə Allah eyni tərəfdə ola bilməz. Bir müsəlman, dövlətin tərəfində ola bilməz. Mümkün deyil.

film fiction


BIR MÜSƏLMANIN DÖVLƏTIN YANINDA OLA BILMƏYƏCƏYINI BIR AZ IZAH EDƏ BILƏRSƏN? Bir müsəlman iqtidarın tərəfində ola bilməz, iqtidarla işi olmaz. Müsəlman təbiətən inqilabçıdır. Həyatda problemlər heç vaxt həll olmayacağı üçün harada bir zülm varsa, müsəlman ona işarə edər və o zülmün aradan qalxması üçün çalışar. O zülmlər bitməyəcəyi üçün müsəlmanın davamlı hərəkəti bitməz. Müsəlman status-kvonun yanında olmayacağı üçün status-kvonun özü demək olan dövlətin yanında ola bilməz. Sadəcə paylaşacağıq: əlində iki dənə olan birini verəcək. Bunda başa düşülməyəcək bir şey yoxdur. Bu qədər bəsit bir şeyin nəyinin başa düşülmədiyini başa düşə bilmirəm. Hətta necə deyir İsa, “Verdiyin şey canını yandırmırsa, vermiş sayılmırsan”. İki dənəsində birini deyil ikisini də verməyi məsləhət görür sənə. Yıxılan birinin əlindən tutub qaldırmaq yaxşılıq etmək deyil, onu etməlisən onsuz da. Yaxşılıq bu deyil ki. Yaxşılıq “rəğmən” edilən bir şeydir. Bir çox şeyi gözə alaraq etməkdir. Həqiqətən canın yanmadıqca vermiş sayılmazsan dediyi odur. Həqiqətən canını yandırmalıdır sənin. Çöldən faşist bir formada kainatı, təbiəti formalaşdırmağa çalışmaq bir müsəlmanın edəcəyi iş deyil. Dərdimiz davamlı olaraq nə baş verdiyini anlamağa çalışmaq olmalıdır və elə olan halda bu malla, mülklə əlaqəli köklü mövzuları aradan qaldırmalıyıq. Ayrıca Yunus Əmrə, məsələn, ferma sahibi, əkib-becərən, arvaduşağı olan, heyvanları olan, balaca bir torpaq ağası kimi və bugünkü mənası ilə universitet təhsili almış birisi idi. Əlində bir odun parçasıyla dərə-təpə gəzən, dağ keçisi kimi bir adam deyildi Yunus Əmrə. Bunu da başa düşməliyik. Şeir intellektual bir məşğuliyyətdir və bəlli bir təchizat gərəkdirir. Yunus Əmrə dediklərini bütün bunlara sahib olmağına rəğmən deyib. Gözəl olan da burasıdır. Mədəniyyətin mənşəyi qarşıdurmadır. Dövlətin tərəfində olduğun müddətcə qarşıdurmanın kənarında qalırsan. Çünki dövlət təbiətən hər şeyi bildiyini varsaymaq məcburiyyətində olduğu üçün ontoloji qarşıdurmanın neytrallaşdırıldığı yerdir. Müsəlmanın epistemoloji təkəbbürün mərkəzində nə işi ola bilər? Müsahibə: Alper Kırklar

film fiction


 ENGELOLMAYAQ


 ISIQLACEKIREM


Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər. Jurnalda yayımlanan məqalələrdən müəlliflərin icazəsi olmadan istifadə etmək qadağandır. © Bütün hüquqlar qorunur.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.