BU SAYDA RAINER WERNER FASS B I N D E R və onun yaradıcılığı Müəllif: David
səh. 4
PYER PAOLO PAZOLINI son müsahibəsi... REDAKSİYA Şef redaktor ŞAHIN XƏLIL
Redaktor NURANƏ AXUNDZADƏ
Dizayn və tərtibat TURAL ƏLISOY
PR menecer FUAD ALQAYEV MƏTLƏB MUXTAROV
Məsul şəxs MIR BAĞIR
Əlaqə: filmfictionmagazine@gmail.com fb.com/filmfictionjurnali twitter.com/filmfiction
2 Film Fiction
Tərcümə: Samirə Əşrəf
səh. 8
ÖZ QƏBILƏSI OLAN YADPLANETLI Tərcümə: Şahin Xəlil
səh. 14
ARZULARIN QADINI Müəllif: Nuranə Axundzadə
səh. 18
RENATA LITVINOVA
ilə qısa müsahibə Tərcümə: Şahin Xəlil
səh. 24
PEDRO ALMODOVAR kino haqqında sadə söhbət Tərcümə: Samirə Əşrəf
DOLAN
Kino ailəsinin sonbeşiyi səh. 32
LEA SEYDOUX ILƏ “JUSTE LA FIN DU MONDE” FILMI HAQDA MÜSAHIBƏ Tərcümə: Şahin Xəlil
Müəllif: Şahin Xəlil
səh. 40
KINEMATOQRAFIYANIN 70 ƏN YAXŞI LGBT MÖVZULU FILMI Film Fiction
səh. 44
səh. 26
XAVIER Müəllif: Zeynəb İsgəndərova
“QUŞ ÖLƏR. SƏN UÇUŞU XATIRLA”
EROTIKA VƏ PORNONUN SƏRHƏDINDƏ SƏNƏT VƏ İNSAN Müəllif: Mir Bağır
səh. 46
THE DREAMERS Müəllif: Mələk Bayramlı
səh. 58
BOYS DON`T CRY Müəllif: Lalə Mahmudova
səh. 64
səh. 36 Film Fiction 3
RAINER WERNER FASS B I N D E R
Müəllif: David
və onun yaradıcılığı
4 Film Fiction
“
“
Şekspir teatrda, Marks siyasətdə, Freyd psixologiyada kimdirsə, mən də kino üçün o olmaq istəyirəm.
R
ainer Werner Fassbinder 1945-ci ildə iyul ayının 13-də Bad Wörishofendə anadan olmuşdur. Atası həkim, anası isə tərcüməçi olan Fassbinder Münxen şəhərində böyüyüb və elə orada da kino sənətində ilk addımlarını atmışdır. R.W.Fassbinderin valideynləri o, altı yaşında olarkən ayrılırlar və beləliklə, Rayner anasının himayəsində qalır. Ailəsində olan problemlər, anasının daim işləməsi həssas təbiətli Raynerə olduqca pis təsir edir. Rejissor özünü “problem uşaq” adlandırırdı, onun sözlərinə görə, ailəsi onunla nə edəcəklərini, necə davranacaqlarını bilmirdilər. Müsahibələrinin birində Rayner deyir: “Mən 12 yaşım olanda bilirdim ki, rejissor olacağam. Kino mənim heç vaxt evdə sahib olmadığım ailə həyatımdır”. 1961-ci ildə Rainer Werner Fassbinder məktəbi vaxtından əvvəl bitirir. Bundan sonra müxtəlif xırda işlərdə işləməyə başlayır. 1967-ci ildə isə Münxendə öz radikallığı ilə seçilən teatra qoşulur. Burada həm aktyorluq sənətini öyrənir, pyeslər yazır, həm də gələcəkdə birlikə filmlər istehsal edəcəyi insanlarla tanış olur; Kurt Raab, Peer Raben, İrm Hermann, Hanna Schygulla və s. Hanna Şiqullanı, ümumiyyətlə, rejissorun muzası hesab etmək olar. O, Fassbinderin 23 filmində rol almışdır. İlk tammetrajlı filmini Fassbinder 1969-cu ildə çəkmişdir. Film “Liebe ist kälter als der Tod” (“Sevgi ölümdən soyuqdur”) adlanır. Elə ilk filmindən rejissor ənənəvi burjua münasibətlərinə qarşı çıxır və seksi bir məhsul, sevgini isə güc aləti kimi göstərir. Film qanqster filmləri tərzində çəkilib. Eyni zamanda filmdə açıq şəkildə olmasa da, homoerotik münasibət xəttini görmək mümkündür. Bu filmdən fərqli olaraq, rejissor gələcəkdə çəkəcəyi filmlərində həmin xətti daha açıq şəkildə təqdim edəcəkdir. “Liebe ist kälter als der Tod” filmi Berlin film festivalında təqdim olunmuşdur. Tammetrajlı filmindən əvvəl bir neçə qısametrajlı film çəkən Fassbinder bu filmləri ilə sevgilisini təəccübləndirmək və gələcəkdəki filmləri üçün maddi dəstək almağa çalışırdı. R.W.Fassbinder həyat və sənət arasında sərhəd qoymadığını deyirdi. Onun filmlərinin qəhrəmanları ətrafındakı insanlar, filmlərinin süjeti müşahidə etdiyi hadisələr idi. Filmlərinin əsas qəhrəmanları miqrantlar, fahişələr, tənha qocalar, qatillər, homoseksual və transseksuallardır. Rejissor bu insanların eşq əzabından doğan individual faciələrini göstərirdi. Məhəbbət və onunla birgə gələn iztirab, isterika, qəzəb, dəlilik hissi Fassbinder qəhrəmanlarının, demək olar, hamısında özünü tapır. Rejissorun bir sitatı onun məsələyə baxışını açıq şəkildə göstərir: “Melodramatik hisslərin gülməli olduğuna inanmıram, onlar ümumiyyətlə, olduqca ciddi qəbul edilməlidirlər. İnsanlar dəhşətlidirlər, onlar hər şeyə dözə bilərlər, hər şeyə! İnsanlar çox çətin və brutaldırlar. Hamı istifadə olunub atıla bilər, tamamilə hamı. Bu dərsdir!” Fassbinderə şöhrət gətirən və kamil material kimi qəbul edilən əsas filmləri “Die bitteren Tränen der Petra von Kant”, 1972 (“Petra von Kantın acı göz yaşları”), “Ali: Angst essen Seele auf”, 1974 (“Ali: Qorxu ruhu yeyir”), “Die Ehe der Maria Braun”, 1979 (“Maria Braunun evliliyi”) filmləridir. “Die bitteren Tränen der Petra von Kant” filmi lesbian mövzuludur. Bütün film ərzində hadisələr bir otaqda cərəyan edir və üç qadının simasında eşq əzabları, qəzəb, çarəsizlik və sarsıntını, bir sözlə Fassbinderin məhəbbət inqridientlərinin hamısını görmək olar. “Ali: Angst essen Seele auf” filmi Fassbinder deyərkən ağıla gələn ilk filmdir. Filmdə gənc miqrant Ali və onun yaşlı və tənha bir alman xanımla olan münasibətləri çərçivəsində həm Alinin daxilində olan çaxnaşma, yaşadığı mədəni şok, həm də yaşFilm Fiction 5
lı qadının çarəsiz tənhalığı göstərilib. Xatırlatmaq istəyirəm ki, filmin adında görülən qrammatik səhv (“Angst essen” yox, “isst” (almanca “iβt” – red.) olmalıdır, “essen” – yemək feilinin məsdər formasıdır) qəsdən edilmişdir. Sanki bu sözlər alman dilinə bələd olmayan Alinin dilindən verilmişdir. Filmdə baş rollardan birini (Ali rolunu) oynayan El Hedi ben Salem bir müddət Fassbinderin sevgilisi olmuşdur. Fassbinder iki dəfə evli olmağına baxmayaraq, açıq şəkildə homoseksual olduğunu bildirirdi. “Die Ehe der Maria Braun” filmi 1979-cu ildə çəkilib. Əsas rolu ifa edən Hanna Şiqullan baş verən hadisələr (müharibə, səfalət, ağır həyat şəraiti) daxilində sevgisi naminə tamamilə hər şeyə qadir olan qadın obrazını yaratmışdır. “Yaxşı həyat” naminə aparılan mübarizə, bütün mədəni və etik sərhədlərin sevgili naminə aşılması sonda Maria Braun obrazında nihilistik ab-hava yaradır. Ona artıq heç nə maraqlı deyil. İllərdir sevdiyi insanı gözləyən, onun və öz həyatının “yaxşı” olması üçün ağla gələ bilən hər şeyi edən Mari həyat yoldaşı nəhayət evə qayıdan gün evi partladır, 6 Film Fiction
özünün və sevgilisinin həyatına son qoyur. İztirab Fassbinder üçün həyat kəlməsinin sinonimi idi. Fassbinder deyir: “İztirabın gözəl olduğunu qəbul etmək asan deyil. Bu, olduqca çətindir. İnsan ancaq öz daxilinin dərinliklərinə nəzər salanda bunu başa düşə bilər”. Rejisso- run əzabkeş q ə h ra manlarından biri də homoseksual mövzulu “Faustrecht
d e r Freiheit” filminin qəhramanı Foxdur. O da Maria Braun kimi yaşadıqlarına dözür, olanlara göz yumur. Lakin artıq ətrafındakılar üçün tamamilə yararsız insana çevrilən Fox bu hala dözməyərək intihar edir. Bundan sonra rejissor daha bir gey mövzulu film çəkmişdir – “Querelle” (1982). Həmin film digər filmlərindən fərqli olaraq, öz qabarıq dekorasiyaları və açıq, brutal səhnələri ilə seçilir. “İn einem Jahr mit 13 Monden” (1978) filmi transseksual qadın Elvira-
nın həyatı dövrünün alman cəmiyyətində yadlaşdırılması, tənha yaşamı uğurlu şəkildə göstərmişdir. Cəmiyyətin fərqli “rəngli” insanın həyatını necə dözülməz etdiyini bu filmdə görmək olar. Amma Elvira buna dözmək niyyətində deyil. Onun tənhalığı və çarəsizliyi özündə belə ikrah doğurur. Elvira Fassbinderin həyatında intiharla son verən qəhrəmanlarından biridir. Vurğulamaq istəyirəm ki, R .W. Fa ss b i n d e rin yaradıcılığında amerikan melodramaları ilə yanaşı, Bertold Brechtin alman teatr səhnəsinə gətirdiyi “Verfremdungseffekt”indən də (yadlaşdırma effekti) istifadə etmişdir. Həmçinin öz “rənglərini” də qataraq alman yeni dalğası çərçivəsində orijinal filmlər lentə almışdır. R.W.Fassbinder təxminən on beş il ərzində 40-a yaxın film çəkmişdir. Alman rejissorlar arasında onun qədər məhsuldar rejissor, demək olar, yoxdur. O, daim çalışırdı. Bir filmin çəkilişləri bitməmiş digərinin ssenarisini yazmağa başlayırdı. Və özünün dediyi kimi: “Mən ancaq öləndə yata bilərəm”. 1982-ci ildə rejissor Münxendəki evində ölü olaraq tapılır. Qəbul etdiyi
yüksək dozada kokain və çoxlu yuxu dərmanları onun ölümünə səbəb olur. Bəziləri onun ölümünü intihar hesab edirlər, lakin indi bu haqda nəsə demək çətin və mənasızdır. Fassbinderin ölümündən bir neçə həftə sonra uzun müddətdir eşq yaşadığı sevgilisi Peter intihar edir. Rainer Werner Fassbinderin cəsədinin yanında yarımçıq qalan “Rosa Lüxemburg” adlı ssenarisi də tapılmışdır. Rejissor ən son anına kimi özünü kinoya həsr etmişdir.
Film Fiction 7
PYER PAOLO PAZOLINI son müsahibəsi...
“ Dünyanın
sonunu göstərmək istədim...
“
8 Film Fiction
Tərcümə: Samirə Əşrəf
Maliyyə uğuru olmadan İtaliyada film çəkməyi davam etdirmək mümkündürmü? – Ola bilər. Filmin uğursuzlugu təkcə maliyyə məsələsi ilə bağlı olsa belə, əgər yaxşı filmdirsə, rejissor yenə də başqa filmlər çəkməyə davam edə bilər. Kino sahəsində təhsiliniz varmı? – Xeyr, heç bir təhsilim yoxdur. Bu sahədə təhsili, əsasən, filmlərə baxaraq əldə etdim. Bir də iki böyük ehtirasım vardı. Bunlardan biri Çarli Çaplin, digəri isə Kenzo Mizoquçi idi. Bu iki şəxs filmlərimdə baş verən hər şeyin iki qütbünü təmsil edirlər. Əslində mənim filmlərim üslubçuların “komediya” və “uca” kimi qiymətləndirdiyi üslub kateqoriyalarının qarışığıdır. Misal üçün, son dərəcə uca və üslubçu dəyərlərə malik olması lazım gələn “Kral Oidipus” filmində belə araya komediya ünsürləri qarışmışdır. Ancaq komediya sözünə çox adi məna yükləməməyə diqqət etməliyik… Siz yazıçı idiniz. Bəs hələ də yazmağa davam edirsiniz? Elə isə film çəkməyə necə qərar verdiniz? – Bu çox uzun hekayədir. On səkkiz yaşım olanda rejissor olmaq istəyirdim. Sonra müharibə başladı. Müharibənin başlanması ilə bütün ümidlər və imkanlar yox oldu. Daha sonralar da üst-üstə xeyli hadisələr baş verdi. İlk romanım “Həyat oğlanları”nı nəşr etdirdim. Roman İtaliyada xeyli uğur qazandı. Və ard-arda xeyli ssenari yazmaq təklifləri aldım. “Akkatone” filmini çəkdiyim zaman əlimə ilk dəfə idi ki, kamera götürürdüm. O zamana qədər bir foto da çəkməmişdim. Əslinə baxsanız, indi də yaxşı foto çəkə bilmirəm. Gələcəkdə özünüzü harada görürsünüz? Ədəbiyyatda, ya kinoda? – İndiki düşüncəmə görə, bir neçə film çəkdikdən sonra özümü tamamilə ədəbiyyata həsr etmək istəyirəm. Bunu səmimi olaraq deyirsiniz? – Bəli, bu an səmimiyəm. Yəni elə olduğumu zənn edirəm. Film çəkmək yorucu işdir. Baxmayaraq ki, bu, İtaliyada daha əyləncəli bir iş kimi görünür. Sizcə, italyanlar daha çox əylənir? – Mən çox əylənirəm. Bu möhtəşəm bir oyundur. Əlbəttə, həm də yorucudur. Çünki filmlərimin kinooperatoru da özüm olduğum üçün özümlə həmişə kamera gəzdirməli oluram. Bu da adamdan güclü əzələ istəyir. Ancaq bütün bunlara baxmayaraq, film çəkmək mənim üçün çox əyləncəlidir. Film Fiction 9
Peşəkar olmayan aktyorlara üstünlük verirsiniz. Necə işləyirsiniz? Əvvəl bir məkan tapıb, sonra oyunçuları seçirsiniz? – Xeyr, tam olaraq belə olmur. Əgər filmim fəhlə sinfi şəraitində keçirsə, adi işlərdə işləyən kişi və qadınları seçirəm. Peşəkar olmayan aktyorlara üstünlük verirəm. Çünki orta sinfə mənsub aktyorun bir kəndlinin və ya fabrik işçisinin obrazını yaradacağına inanmıram. Dözülməz dərəcədə saxta olurlar. Amma
burjua məkanlarında cərəyan edən film çəkirəmsə, bir vəkil və ya mühəndisdən filmimdə iştirak etməsini istəyə bilməyəcəyimə görə, peşəkar aktyorlarla işləyirəm. Təbii ki, İtaliyadan danışıram. İsveçrədə olsaydım, yəqin ki, həmişə peşəkar aktyorlarla işləyərdim. Çünki artıq orada orta siniflə fəhlə sinfi arasında bir fərq yoxdur. Fiziki fərqlərdən bəhs edirəm; İtaliyada orta sinif və fəhlə sinfi arasında, qara və ağ insan arasında olduğu qədər fərq var.
– Bu gün heç zaman olmadığı qədər siyasi savaşın içərisindəyəm. Bu vaxta qədər heç bir partiyaya üzv olmamışam. Mən müstəqil marksistəm. Döyüşməyə yenə də davam edirəm. Siz həm şair, həm də rejissorsunuz. Bu iki rol arasında bir əlaqə var?
– Mənə belə gəlir ki, hər ikisi arasında dərin bağlılıq var. Sanki bir yox, iki ana Burjua və burjuaziyaya dili olan yazıçı kimiyəm. qarşı hələ də kinlisiniz? İsveç kinosu haqqında – Bu, kin deyil, daha nə bilirsiniz? çox həm artan, həm də azalan bir şeydir. Təəssüf – Bütün italyan intellekki, bu nöqtədə kinə qar- tualları kimi İnqmar Berqşı çıxıram. Çünki İtaliyada manı tanıyıram. Başqa heç hər kəs burjua oldu. kimi tanımıram. Bir çox isveçli kinematoqrafların Bəs burjualar sizin adlarını bilirəm. Ancaq filmlərinizdən birinin uğu- filmlərini izləməmişəm. runu ötüb keçərsə, bu sizi incidər? Heç baxmamısınız? – Burjualar heç vaxt belə bir şeyi edə bilməzlər. – Heç. Roma bərbad Bunu etsə, etsə, elit burju- şəhərdir. Müstəqil filmlər alar edər ki, mən özüm on- var. Lakin onları seyr etların içərisindəyəm. mək fürsətini çox az hallarda tapmaq olur. Nə üçün vuruşmursuSon filminiz Sodom nuz? haqqındadır… – Hansı mənada?
10 Film Fiction
Artıq bir siyasi döyüşçü deyilsiniz.
– İlk dəfədir ki, başlanğıcda ideyası mənə aid ol-
mayan film çəkmişəm. Bu film əslində Sergio Cittiye təklif edilmişdi və mən də hər zamankı kimi ssenariyə kömək edirdim. Zamanla Sergio filmə qarşı olan marağını itirdi. Mən isə əksinə, ssenarini daha çox sevməyə başladım. Sergio başqa bir ssenari üzərində işlədi və filmin çəkilişindən tamamilə uzaqlaşdı. Bu səbəbdən də həmin filmi mən tamamlamalı oldum. Markiz de Sadın əsəri əsasında çəkilən bu film, əsasən, eyş-işrətin təmsili ətrafında inkişaf edir. Nə üçün filmdəki hadisələrin 1945-ci ilə təsadüf etməsini istədiniz?
bitəcəyini bilmək tamaşaçıya bir yüngüllük hissi verir. Bu film böyük ölçüdə “həqiqi anarxiya”, yəni hakimiyyətin anarxiyası üzərinə hesablanıb. “Salo və ya Sodomun 120 günü” filminizdə yüzlərlə gənc kişi və qadın aktyorların dəhşətli və amansız rəftara məruz qaldığını, təhqirlərə və işgəncələrə tabe olduğunu bilirik. Bu gəncləri bir yerə necə topladınız? – Bunu edərkən Markiz de Sadın sehrli rəqəmlərini izlədim. Qurbanlar bütövlükdə iyirmiyə qədərdir, yüz deyildi. Onları seçərkən digər filmlərimdəki kimi hərəkət etdim. Yüzlərlə insanla tanış oldum və sadəcə uyğun olanları seçdim.
– Dünyanın sonunu göstərmək istədim. Məncə, 45-ci il şairanə bir seçim idi. 37, 38, 39-cu illər də ola bilərdi. Amma o zaman film mən istədiyim Bunlar mazoxist aktkimi şairanə məna daşıma- yorlardı? yacaqdı. – Seçdiyimə görə, hamı O dövrü nə üçün şai- mazoxistdi. ranə hesab edirsiniz? Son filmlərinizdə dini – Dekadentlik və ünsürlər yoxdur. hərc-mərclik baxımından şairanədir. Ssenaridəki ha– Son filmlərimdə dini disələr nasizmin təmtə- ünsürlərin olmadığına o raqlı günlərində cərəyan qədər də əmin deyiləm. etsəydi, film çox dözülməz Misal üçün, “Min bir gecə olardı. Bütün olanların ar- çiçəyi” filmində bütün filtıq son günlərdə baş ver- mə yayılmış dini ton mövdiyini və tezliklə hər şeyin cuddur. Təşkilati bir din-
Film Fiction 11
darlıq yoxdur, ya da birbaşa dini mövzudan bəhs edilmir. Amma mistik və məntiqdən kənar bir vəziyyətin olduğu yəqindir. Xüsusilə də, filmin mərkəzində yer alan “Ninetto” hissəsində. Neo-faşist hərəkat haqda nə deyərsiniz? Faşizm öldü. Çünki faşizm artıq heç bir məna ifadə etməyən tanrı, ailə, vətən və ordu kimi sözlərə söykənirdi. Artıq bayraq görəndə həyəcanlanan italyanlar qalmayıb. Bu gün italyan cəmiyyətində ümumi olaraq özündən qopma, uzaqlaşma halı müşahidə olunur. Sizcə də, belə deyilmi? İstehlakçılığı klassik faşizmdən daha təhlükəli hesab edirəm. Çünki həmin ruhani faşizm italyanları dəyişdirmədi. Onların daxilinə sirayət edə bilmədi. Totalitar idi. Amma total olaraq yayılmadı. Bir misal verim sizə: faşizm 20 il ərzində dialektləri yox etməyə çalışdı, amma müvəffəqiyyət əldə edə bilmədi. İstehlakçılıq isə əksinə, qoruyucu kimi görünərək dialektləri yox edir. Sizcə bu qüvvələr arasında bir tarazlıq varmı? – Xaotik tarazlıq var. Bu xaos nədən qaynaqlanır? – Bu, italyanların “böyümə” böhranıdır. İtaliya inkişaf etməmiş bir ölkədən inkişaf etmiş bir ölkə mövqeyinə çox sürətli keçid etdi. Və hər şey beş, altı, yeddi ildə baş verdi. Bu, kasıb bir ailəni birdən-birə milyarder etməyə bənzəyir. Şəxsiyyətlərini itirirlər. İtalyanlar şəxsiyyətlərinin itdiyi bir prosesdən keçir. Halbuki başqa ölkələr bu inkişaf və şəxsiyyətlərini mərhələ-mərhələ itirmə halını son 200 ildə yaşayıblar.
12 Film Fiction
Film Fiction 13
Tərcümə: Şahin Xəlil
ÖZ QƏBILƏSI OLAN YADPLANETLI
“Etdiyim hər şey dostluq üzərində qurulub.
“
14 Film Fiction
Kökənləri haqqında Mənim nənəmin nənəsi şotlanddır. Amma o, Sankt-Peterburqda doğulub, böyüyüb. Ona görə evimizdə həmişə rus kitabları və rəsmləri olub. Rusiyaya ilk dəfə “Orlando” filminin çəkilişi zamanı gəldim. Və bu ölkəni həmin dəqiqə sevdim.
İncəsənət dünyasından kinoya olan yolu haqqında Bu günə qədər adımın Hollivudla, karyera ilə yanaşı çəkilməsi məni çox təəccübləndirir. Çünki, heç vaxt Hollivuda can atıb, karyera arzusunda olmamışam. Dostlarımın əhatəsində özümü diletant olaraq hiss etməyim mənə daha xoşdur. Mən icma ideyası ilə qidalanan incəsənət dünyasından başlamışam. Mənim üçün əsas olan həmfikir kollektividir. Ona görə böyük büdcəli layihələrdə işləmək mənim üçün böyük bir macəradır. Hollivudda sanki qonağam. Əlbəttə, bəxtim gətirib, çünki, məni əla qonaqlıqlara dəvət edirdilər. Mən isə özümü həftə sonları əlində kiçik çemodan gələn qonaq kimi hiss edirdim. Demək olar, etdiyim hər şey dostluq üzərində qurulub. Təkcə dostluq məni hansısa layihəyə darta bilir. Hər dəfə hər şey uzun danışıq üzərindən başlayır. Sonra isə danışıq çəkiliş meydançasında davam edir. Mən aktyorlarla dostluq etmirəm. Çünki, heç vaxt aktrisa olmaq planım olmayıb və bu gün də özümü
aktrisa olaraq hiss etmirəm. Mənim ortamımdan olan rejissorlardan Isaac Julien, John Maybury son zamanlar ümumiyyətlə rejissorluqdan uzaqlaşıb, art installyasiya ilə məşğuldurlar. Bax, bu mənim ətrafım, mənim bandamdır. Amma bu proses transformasiyadır, ani dəyişiklik deyil. Belə rejissorların kino ilə məşğul olmaq imkanı azalır və onlar müasir incəsənətə meyillənirlər. Məsələn, mənim gözəl dostum Derek Jarmanı misal çəkim. Əminəm ki, o sağ olsaydı, müasir incəsənətlə məşğul olardı, film çəkməzdi.
“Maybe” performansı Jim Jarmusch haqqında
və
“Maybe” performansını mən bir neçə il düşündüm və ilk dəfə 1995-ci ildə Londonda, bir il sonra isə Romada göstərdim. O zamanlar heç kimin Twitter hesabı və mobil telefonu yox idi. Orijinal təcrübə konsepsiyası bir insanın sərgiyə gəlib, orada digər insanla qarşılaşması idi. Londonda və Romada məni izləməyə minə yaxın insan gəlmişdi. Amma MoMA (Nyu-York müasir incəsənət muzeyi – red.) bunu təkrarlamağı məndən istəyən zaman söhbət artıq tamam başqa səviyyədə auditoriyadan gedirdi. İlk gün məni izləməyə min insan gəldi. Ümumilikdə isə milyona yaxın insan məni izlədi. Və hər biri də çəkdiyi fotonu sosial şəbəkələrdə paylaşdı. Keçən zaman ərzində nə performansın özü, nə onun ideyası
Film Fiction 15
dəyişikliyə uğramadı. Amma auditoriya çox dəyişmişdi. Bu gün izləyici olmaq yeni təcrübədir. Bu gün əlimdə MoMA təklifi var. Nə zaman istəsəm, performansı təkrar edə bilərəm. Bu, həyatın özü kimi təkrarolunmazdır. Jim Jarmusch filmindəki vampirlər, təbii ki, alleqoriyadır. Biz axı sənədli film çəkməmişik. Bu film sənət haqqındadır. Rəssam olmaq və eyni zamanda insan olmaq haqqındadır. Və ölümsüzlük haqqında olan hər incəsənət nümunəsi kimi, bu film də ölüm və ölümün necə əzablı olması haqqındadır. Amma eyni zamanda film, həm də sevgi hekayəsidir. Çox uzun həyat və çox uzun sevgi haqqındadır. Səbrin və dözümün depressiya zamanı köməyi haqqındadır ki, bu, həm də tam humanist yanaşmadır: vampir deyil, insan olmaq. Jim Jarmusch çox “cool”dur. Bir çox dillərdə bu sözün tam anlamı ilə tərcüməsi yoxdur. Özünü “cool” hesab edən adam üçün sözün mənasının elə də əhəmiyəti yoxdur. Bəli, “cool” olmaq xüsusi məhdudiyyətlər tələb edir, rəssamların gücü də onların bu sərhədlər çərçivəsində işləmələrini anlamalarıdır. Mən məsələn, “cool” deyiləm. Belə olmaq üçün tənbəl biriyəm. Məncə, bu xüsusiyyət insana görə dəyişir. Heyf ki, Jim indi burada deyil. Ondan gələn istiliyi hiss edərdiniz. Buna görə o, yaşayan ən “cool” insanlardan biridir. O da vampirdir.
Öz imici haqqında Mənim androqin stilim düşünülmüş, qurama bir şey deyil. Mən məhz belə görünüm deyə, bir imic yaratmamışam. Sadəcə belə geyinmişəm. Heç vaxt gəlincik olmamışam və özümü dərk edəndən hər zaman indiki görünüşümə oxşar görünüşdə olmuşam. Mən üç qardaşımla çox bənzər olmuşam. Onlar yetkinləşdikcə görünüşləri də dəyişib. Mən isə olduğum kimi, belə desək, öz qəbiləmdə böyümüşəm. İnsanlara görə görünüşümün xüsusi olması mənim üçün gözlənilməz olub. Oğlum da mənim oxşarımdır. Deyəsən, mən hansısa planetdənəm. Orada hamı mənim kimi görünür. Çox vaxt əksəriyyət məni yadplanetli adlandırır, amma işin sirri odur ki, mən sadəcə göz tuşundan istifadə etmirəm. Vəssalam!
16 Film Fiction
Film Fiction 17
Müəllif: Nuranə Axundzadə
ARZULARIN QADINI
18 Film Fiction
Belə bir qadın qarşısında mən də lezbi olardım...
Film Fiction 19
Mən onu biz uşaq olanda ORT-dən gedən serialdan tanıyıram. Sonralar Zemfiranın mahnılarına çəkdiyi kliplərdən sonra onun bütün filmlərinə baxdım. İlk dəfə canlı səhnədə onu izləyən gün həyəcandan ürəyim ağzımdan çıxacaqdı. 2014-cü il teatr mövsümünün açılışı Moskva teatrının bizim Musiqili Komediya Teatrında Aqata Kristinin “Cinayət günah” (“Свидетель обвинения”) pyesi əsasında hazırlanmış qastrol tamaşası ilə oldu. Psixoloji triller janrında, ingilis yumoru ilə bol olan tamaşanın baş rollarından birini Renata Litvinova oynayırdı. Varlı yaşlı qadının ölümündə onun varidatını miras qoyduğu gənc dostu günahlandırılırdı. Renata həmin gəncin arvadı rolunu oynayırdı. Obraz o qədər geniş idi ki, (cümlənin əvvəlinə “mənim bəxtimdən” əlavə edərdim) Renatanın filmlərindən izlədiyimiz valehedici, ehtiraslı, narahat, hiyləgər, özünəəmin qadın obrazları hamısı bir rolda cəmlənmişdi və hissə-hissə tanıdığımız insan tamamlanmış pazl kimi qarşımızda idi. Yerim qabaq cərgədə – 3-cü sırada idi. Nəfəsini üzümdə hiss edirdim. Səsi bütün zalı məftun eləmişdi. Tamaşadan çıxanda öz-özümə: “Belə bir qadın 20 Film Fiction
qarşısında mən də lezbi olardım” deyirdim. (gülür) Bir neçə gün öncə 50 illiyini qeyd edən aktrisa, rejissor, prodüser, gözəllik ilahəsi Renata Litvinova üçün “heç o yaşı verməzsən” ifadəsi çox az səslənir. Renata həkim ailəsində doğulub, kinoya həvəsi anasından ona keçib. Sənətlə heç bir əlaqəsi olmayan qadın sadəcə gözəl filmlərin heyranı imiş. Atasını çox tez itirib, heç yadına da gəlmir. Müsahibələrinin birində: “Rəfiqələrim bizə gələndə qapının ağzındakı asqıya kişi paltosu, papağı asırdım ki, elə bilsinlər, atam var” – deyən Renata həmişə atasızlıq kompleksi yaşayıb. Bəlkə də elə bu uşaqlıq travması gələcəkdə iki dəfə ailə qurmasına baxmayaraq, heç birinin uğurlu alınmamasına, kişilərin arzuladığı qadın olmasına baxmayaraq, qadınları seçməsinə səbəb olub. Məktəb illərinə nifrət edən aktrisa tənha uşaqlıq və yeniyetməlik keçirib, buna görə də özünə ən yaxın yoldaş kitabları seçib. Qoqolun bütün əsərlərini və böyük tibbi ensiklopediyanı təkrar-təkrar oxumaqdan əzbərləyibmiş. Məktəb illərindən ssenarilər yazan Renatanın Ümumrusiya Dövlət İnstitutunun ssenaristlik fakültəsinə sənəd
verərkən niyyəti heç də gələcəkdə rejissor olmaq deyildi, sadəcə institut evlərinə yaxın idi. Tələbəlik illərində üzləşdiyi maliyyə problemlərini reklamlara çəkilməklə və manekenlik etməklə qazandığı pullar hesabına həll etməyə çalışırdı. O, institutu birtəhər bitirdi, diplom işi də asanlıqla qəbul olunmadı. O, hələ heç nəyə nail olmamışdı, amma sənət aləmində artıq onu tanıyırdılar və jurnalistlər ondan yazmağa başlamışdılar. Aktrisanı Marlen Ditrixin maskası da adlandırırlar. Bu, onun individuallığının özünəməxsus müdafiəsidir. Başlanğıcda yazdığı bir neçə ssenarinin, oynadığı rolların heç biri uğur qazanmadı. 80-ci illərin sonunda rejissor Kira Muratova kinofestivalların birində Litvinova ilə tanış oldu və ona kinoya gəlməyi təklif etdi. Buna qədər özünü fotogenik hesab etməyən Renata onda aktyorluq istedadının olmamasını bəhanə edərək çəkilməkdən imtina edirdi. Beləliklə, Renata 1994cü ildə “Məşğuliyyət” (“Увлеченья”) filmi ilə aktrisa kimi debüt etdi. Aktrisa ardıcıl olaraq Kira Muratovanın 6 filmində çəkildi, onların arasında Venesiya kinofestivalının müsabiqə-
dən kənar proqramında nümayiş etdirilən “Kökləyici” (“Настройщик”) filmi də vardı. Bu uğurdan sonra Renata televiziya ekranlarında tez-tez görünməyə başladı. Çünki televiziya əməkdaşları bilirdilər ki, Litvinova ekranda göründüsə, tamaşaçı həmin kanalı çevirməyəcəkdi. O, reklamlara da çəkilirdi. Ayaqlarının gözəlliyi “kalqotki” şirkətlərinin gözündən qaçmadı (Çəkildiyi ilk reklamda o, 10-cu sinif yeniyetmə qızı canlandırırdı və buna görə 20 rubl qonorar almışdı). Litvinova xalqın sevgisini 2000-ci ilin sonunda ORT kanalında yayımlanan “Граница. Таежный роман” teleserialı ilə qazandı (Azərbaycan tamaşaçısı da Renatanı bu serialdan tanıdı). 2002-ci ildə bu roluna görə Renata Litvinova dövlət mükafatına layiq görüldü. Böyük uğurların sırasını çəkdiyi “Mənə ölüm yoxdur” (“Нет смерти для меня”) sənədli filmi, çəkildiyi “Qara otaq” (Чёрная комната”), “Aprel”, ssenaristi olduğu “Səma. Təyyarə. Qız” (“Небо. Самолёт. Девушка”) bədii filmləri ilə davam etdirdi. Renata Litvinovanın mənim ən sevdiyim filmi böyük rejissor Aleksey Balabanovun “Məni ağrıtmır” Film Fiction 21
(“Мне не больно”) filmidir. Müsahibələrinin birində Renata rejissor haqqında: “İndiki dövrdə balabanovlar yoxdur, indi hamı kinodan pul qazanmaq istəyir, amma Lyoşa “Peterburqa mənə qonaq gəlin, mənim orada o qədər otağım var ki!” deyirdi.” Kino tənqidçiləri deyir ki, Litvinova rus kinosuna nəinki stil və ekssentrizm bəxş etdi, həm də bədii kino dili gətirdi. Şəxsi həyatı haqqında heç danışmayan Renata özündən 3 yaş kiçik kinoprodüser Aleksey Antipovla cəmi bir il evli olub. İkinci dəfə kino ilə əlaqəsi olmayan biznesmenlə ailə quran aktrisa jurnalistlərin “O kimdir?” sualına “O istəyir ki, onu mühəndis olaraq təqdim edim” deyə cavab verib. Bu nikahdan onların bir qızı dünyaya gəlib. Çox keçmədən ondan da ayrılan Renatanın anası açıqlama verərək “əri qızıma bıçaqla hücum edib və onu öldürmək istəyirdi” deyib. “Ailədə hər şey normal idi, jurnalistlər Renata və Zemfiranın gizli dostluqlarından yazmağa başlayana q ə d ə r. Aktrisa və müğənninin arasındakı münasibətlər haqqında dedi-qodular ərini quduzluq həddinə gətirib çıxarmışdı. Buna görə də Renata boşanmaq qərarı verdi.” Zemfira ilə yaxın münasibətləri, hər yerdə birlikdə görünmələri, işbirlikləri, bir-biri haqqında ehtirasla danışmaqları hər kəsi onların sevgili olduğu fikrinə gətirdi. Renatanın homofobiya əleyhinə çıxışları və layihələrdə iştirakı isə heç kimdə şübhə yeri qoymadı. 2013-cü ildə “The New Times” jurnalına müsahibəsində homoseksuallığı dəstəkləyərək demişdir: “Onda ki sən təksən və hamı sənə qarşıdır – daxilindəki gücü hiss etməlisən və bilməlisən ki, vaxt gələcək hamının əksinə gedib şəxsiyyətini qoruduğun üçün sən haqlı olacaqsan.” Bu vaxta qədər ümumilikdə 34 filmə çəkilən, 14 filmin ssenaristi, 6 filmin rejissoru olan Renata 22 Film Fiction
Litvinova Zemfiranın da 8 klipini çəkib, Rusiyanın mədəniyyət kanalı, STS, NTV-də verilişlər aparıb, moda jurnalı nəşr etdirir, dizaynerlik edir, müxtəlif brendlərin siması və dəb ikonasıdır. Rəsm çəkməyi, moda eskizləri yaratmağı çox sevən Renata qadınlığı təbliğ edir. O, sevgi haqda master klaslar keçir. Sosial şəbəkələri və mətbuatla sıx ünsiyyətdə olmağı sevmir. Üstəlik dövlətin mədəniyyət siyasətini də bəyənmir, dövlət dəstəyilə film çəkməyi dövlətin istədiyini çəkmək kimi qəbul edir. Renata Litvinova hazırda Çexov adına Moskva Bədii Teatrında premyerası olacaq “Şimal küləyi” (“Северный ветер”) tamaşası üzərində işləyir, tamaşanın musiqisini müğənni Zemfira Ramazanova yazır (Rus incəsənət aləmi bu tamaşanı çoxdan gözləyir, çünki rus kinosunun və teatrının bir çox tanınmış aktyorları burada çalışır). P.S. Mən sizə (rusca bilməsəniz belə) onun səsləndirdiyi “Alisa möcüzələr diyarında” (“Алиса в cтране чудес”) audiokitabını və ya ifasında hər hansı bir Brodski şeirini dinləməyi tövsiyə edirəm. Səs deyirəm sizə Film Fiction 23
RENATA LITVINOVA
ilə qısa müsahibə
24 Film Fiction
Tərcümə: Şahin Xəlil
Rejissor, aktrisa və ya ssenarist – Renata, bunlardan hansını özünüzə daha uyğun bilirsiniz? – Hərdən mənə elə gəlir ki, sənət seçimində səhv etmişəm, çünki daha çox rəsm çəkməyi sevirəm. Mən hər zaman rəsm çəkmişəm. Hətta VQİK-də (S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu – red.) oxuyarkən belə. Mənim rəssamlıq fakültəsindən tanıdığım bir oğlan var idi. O, eskizləri təhvil vermək üçün son ana qədər uzadırdı. Mən isə əksinə, səhərdən-axşama qədər çəkir, dayanmaq bilmirdim. Yenə də çəkirsiniz? – Hə, fürsət düşən kimi çəkirəm. Bu mənə həzz verir. Sizin sualınıza qayıtsaq, özümü daha çox rejissor hiss edirəm. Hər şeyi birləşdirmək xoşuma gəlir. Rejissorluqda əsas iradəli, dözümlü, üzlü, tərs olmalısan. Və bir də yaxşı zövqün olmalıdır. Zövq məsələsi bir çoxlarının karyerasını sarsıdır. Mən bəzən konsepsiya, vulqar aktyor seçimləri, ssenari və s. ilə razılaşmıram. Bu axı zövq məsələsidir, çünki rejissorluq sənətdir. Çəkilməyi necə, sevirsiniz? – Yaxşı rollarda, hə. Demək, kadrda özünüzü rahat hiss edirsiniz. – Nə bilim. Yeri gəlmişkən, mən öz xarici görünüşümdən razı deyiləm. Düşünürəm ki, artıq yaşlı rollara keçmək vaxtı gəlib. Belə olanda isə, artıq operatorun hansı rakursdan çəkməsinə görə narahat olmamaq olar. Dayanın, axı siz bu yaxında Anna Melikyanın filmində lüt çəkilməyə razılıq vermisiniz. – Amma təkcə kürəkdən. Mən artıq o vəziyyətdə deyiləm (gülür). Film Fiction 25
PEDRO ALMODOVAR: kino haqqında sadə söhbət
Tərcümə: Samirə Əşrəf 26 Film Fiction
İspaniya kinosunun əsas simalarından biri olan Pedro Almodovarın film haqqında bölüşdüyü fikirləri təqdim edirik.
La-Mançın kino yaradıcılığına təsiri... Mənim doğulduğum La-Mança şəhəri İspaniyanın bəlkə də ən quraqlıq olan bölgəsidir. Orada torpaq tünd qırmızı rəngə çalır və üst-üstə təbəqələrdən ibarətdir. Uzaqlara baxdığınız zaman dümdüz üfüqi xətt, tək-tük ağac nəzərə çarpır. Torpağın üzərində isə ağır buludlu asiman sonsuza qədər davam edir. Bununla yanaşı, çox maraqlıdır ki, la-mançalı yazıçı və rəssamların çox parlaq və barokko tərzləri vardır. Hesab edirəm ki, o qədər də bər-bəzəkli olmayan belə bir mənzərə insana öz fantaziyasını yaratmaqda kömək edir. Uşaq vaxtı insan özünü sadəcə uşaq kimi görər. Bunun üçün başqa bir şans da olmur. Səkkiz yaşıma qədər La-Mançada yaşamışam. Ancaq filmlərimdə istifadə etdiyim rənglər toplusunu orada tapa bilməzsiniz. Qəribədir ki, həmin rənglərlə çox sonralar Santo-Dominqada, Kubada, Meksikada rastlaşdım. Oralara ilk dəfə getdiyim zaman artıq karyeramın ortalarında idim. Və həmin rənglərlə elə bütünləşmişdim ki, məni o torpaqlara bağlayan genlərə sahib olub-olmadığım haqda maraqlanırdım. İlk kitablar və filmlər... Uşaq vaxtı o qədər də danışqan biri deyildim. Səkkiz yaşımdan sonra daha çox ünsiyyət yaratmağa çalışdım. Əsasən insanlar və başqa dünyalar haqqında danışmağı xoşlayırdım. Daha sonra bu təsiredici kənar aləmi kitablarda və filmlərdə tapdım. Doqquz yaşım olanda poçtla kitablar sifariş etdiyimi xatırlayıram. Bacılarım özləri üçün mətbəx qabları və şəxsi əşyalar sifariş edirdilər. Mən isə dövrün ən çox satılan kitablarını gətizdirirdim. Elə həmin dövrdən etibarən də çoxlu filmlər izləməyə başladım. Kaş ki, ilk izlədiyim filmin hansı olduğunu xatırladığımı, yalandan da olsa, deyə biləydim. Ancaq təəssüf ki yadıma gəlmir. Bizim evə televizor ilk dəfə 1963-cü ildə alındı. Ona qədər kəndimizdə bircə televizor vardı. Bütün kənd camaatı verilişləri həmin televizordan izləyirdilər. Mən ən çox pop musiqi proqramlarına baxırdım. Bezənə qədər musiqi dinləyirdim. Həqiqətən də indi artıq keçmişdə qalan həmin ağ-qara proqramları çox sevirdim. 1968-ci ildə Madridə gəldiyim zaman artıq müasir kino axınına daxil olan filmlərə və əvvəllər baxa bilmədiyim müxtəlif dövrlərə aid kinoların çoxuna baxdım. Müasir və həqiqi filmlər, səssiz alman kinosu, otuzuncu, əllinci illərə aid olan bütün filmlərin çoxunu izləmək fürsəti tapmışdım. Misal üçün, o vaxtlar Antonioninin “Məcəra” (“L’avventura”), “Tutulma” (“L’eclisse”) və “Gecə” (“La notte”) filmlərinə baxdıqdan sonra çox təsirləndiyim yadıma gəlir. Hətta filmlərdəki qəhrəmanların hərəkətlərini izləyərkən “Aman Allah! Necə də onlara bənzəyirəm!” deyə düşünürdüm. O vaxtlar on üç-on dörd yaşım vardı... Film Fiction 27
İlk film və onun qazandırdıqları Madridə gəldiyim zaman müxtəlif sahələrdə işlədim. Qapı-qapı düşüb kitab satmaqdan tutmuş, barda dijey, poçt idarəsində köməkçi vəzifələrinə qədər. Poçtda işləyərkən pul yığmağa başladım. Sonra həmin pula 8 mm kamera aldım. Həmin kamera ilə ilk dəfə 1980-ci ildə ilk tammetrajlı “Pepi, Lyüsi, Bom və başqa qızlar” (“Pepi, Luci, Bom y otras chicas del montón”) filmini çəkdim. Filmdə iştirak edən aktyorlar müəyyən olunduqca onlarla məşqlər edirdim. Əslinə qalsa, həmin filmi çəkərkən sadəcə film vasitəsi ilə hekayə danışmaq istəyirdim. Və o zamanlar da gücüm çatan, bahalı olmayan vasitələrlə lentə köçürməyə çalışırdım. İlk filmi çəkmək istəyim artıq məcburiyyət halına çevrilmişdi. Nə olur, olsun mən bu filmi çəkməliyəm deyirdim. Bu hissdən heç cür yaxa qutara bilmirdim. Texniki cəhətdən o qədər cahil və savadsız idim ki, nəticənin necə olacağı belə məni narahat etmirdi. İlk filmim ekranlara çıxanda 80-ci illərin əvvəli idi. İspaniya yenicə diktatorlardan xilas olmuşdu. Hesab edirəm ki, “Pepi, Lyüsi, Bom və başqa 28 Film Fiction
qızlar” filmi tamaşaçının İspaniyanın nə qədər dəyişməsinə şahid olduğu ilk film idi. Bir adamın çıxıb belə bir film çəkməsi ölkənin yaşadığı dəyişikliyin sübutu idi. Əlbəttə, çoxluq filmin ədəbsiz və bayağı olduğu fikrini irəli sürdü. Ancaq gənclər, gecə klublarında əylənən yeni fikirli insanlar tərəfindən film çox xoş qarşılandı. Və demək olar ki, kult film kimi dörd il ölkənin müxtəlif kinoteatrlarında nümayiş olundu. Geniş tamaşaçı kütləsini hədəf götürdüyümə görə bu mənim üçün çox böyük uğur idi. Bir möcüzəyə canlı-canlı şahidlik etmişdim. Və təbii ki, rejissor olaraq mükəmməl bir çıxış etmişdim. Kinonun dili... Filmlərimin hamısı hekayə yarada bilmək ehtiyacından yaranırdı. Çünki təzə-təzə başlayanda kino texnikasından tamamilə xəbərsiz idim. Düzdür, o dövrlərdə mən teatrda işləyirdim. Amma bunun kino texnikasına aidiyyatı yox idi. Sadəcə olaraq daxilimdəki yarada bilmək, danışmaq ehtiyacı o qədər böyük idi ki, sonda kinonun dilini öyrənməyi bacardım. O vaxt da, elə indi də yaxın planda çəkmək çox
çətindir. Çünki burada xətaya yer olmamalıdır. Yaxın plan aktyorun şəxsiyyətini, ruhunun dərinliklərini açıb göstərir. Filmin ritminin hər hansısa formada ləngiməsinə imkan vermir. Eyni məsələ ssenariyə də aiddir. Ssenarinin içərisində artıq söz olmamalıdır. Yəni yaxın planı lentə köçürmək çox təhlükəli və çətin işdir. Lakin hər şeyi yerli-yerində edib, uğurlu çəkiliş etməyi bacarmaq mümkün olsa, ortaya möhtəşəm bir sənət əsəri çıxacağından şübhəniz olmasın. Müxtəlif vaxtlarda “Harry Cane” təxəllüsü ilə fəaliyyət göstərdim. Mənə elə gəlirdi ki, güclü təxəyyülə və ehtirasa malik olsam da, özümü tanımağım, mənliyimin fərqində olmağım mənim üçün yük olmağa başlamışdı. Yəni özümə, nəql etmək istədiyim hekayəyə, onu ən yaxşı formada izah edəcəyim tərzə, bu məsələdə nə qədər həddi aşacağıma və görə biləcəyim hər işin mükəmməlliyinə dair şüurlu olmağı nəzərdə tuturam. Film çəkdiyim zaman yükləndiyim bu yük, eynilə aşiq olmaq kimi duyğuydu. Gənc vaxtı hər kəslə əylənib günümüzü keçiririk. Düşünüb, daşınmadan hərəkət edirik. Bir müddət keçdikdən sonra isə aşiq oluruq. İçimizdəki ehtirası hiss edir və həmin ehtiras olmadan yaşaya bilmirik. Qorxub, əzab çəkirik. Həm də axı insan yeni eşqə, sevgiyə düşdüyü zaman böyük azadlığa malik olur. Beləcə, mən də başqa ad altında işləsəm, film çəkməyə başladığım ilk zamanlardakı məsumluğu, azadlığı yenidən əldə edə biləcəyimi güman edirdim. Ancaq indi bu fikrin yalandan ibarət olduğunu düşünürəm. Çünki başqa ad altında fəaliyyət göstərsəm də, dəyişən ancaq adım olurdu. Düşüncələrim və xatirələrim olduğu kimi qalırdı. Əslində o qədər də yaxşı aktyor deyiləm. Ancaq filmlərim haqqında danışarkən, onları izah edərkən aktyora çevrilirəm. Çünki o zaman mən də aktyorlarla birlikdə çəkilişdən ləzzət alır, onların film haqqında mənə söylədikləri fikirlərlə əylənirəm, filmdəki obrazların davranışlarını şərh edirəm. Bir də son vaxtlar çəkiliş meydançasında olarkən bütün rolları özüm ifa edirəm, aktyora göstərirəm. Lakin aktyorluğa görə rejissorluqdan əl çəksəydim, elə də müvəffəqiyyət qazanacağımı zənn etmirəm. Bir çox məşhur rejissorlardan filmlərində çəkilmək üçün təkliflər aldım. Ancaq aktyorluğa qarşı əsl aktyorların hiss etdiyi ehtirası öz qəlbimdə duymadım. Bu səbəbdən də hesab edirəm ki, yaxşı aktyor deyiləm. Film Fiction 29
30 Film Fiction
Filmlərimdə daha çox kiçik yerlərdən böyük şəhərlərə gələn qızlardan və onların həyatla mübarizəsindən bəhs edirəm. Bir də mənə ən səmimi gələn mövzu ev qadınları haqqında olanlardır. İndi daha sadə filmlər çəkmək istəyirəm. Ola bilər ki, son filmlərim o qədər də təəccübləndirici deyil. Ancaq onsuz da kimisə heyrətləndirmək və ya skandal yaratmaq kimi istəyim yoxdur. Sadəcə olaraq öhdəsindən gələ biləcəyim və əlimdəki imkanlardan istifadə edərək film çəkməyə çalışıram. Lazımi qədər qərarlı birisinizsə, filminizi istədiyiniz kimi yarada bilərsiniz. Lakin nə istədiyinizi bilməyiniz birinci şərtdir. Bu günün rejissorları mənim nəslimlə müqayisədə texniki məsələlərdə daha çox biliyə sahibdirlər. Onlardan kiminsə ilk filminə baxdığım zaman filmin texniki şərtlərin hamısına cavab verdiyini görürəm. Lakin heyran olunacaq bir film yaratmaq üçün texniki bilik azlıq edir. Əgər otuz film çəkmək istəyirlərsə, o zaman filmin dilini öyrənmələri vacibdir. Mütləq həmin dili öyrənmək və hədəflərin istiqaməti üzrə hərəkət etmək lazımdır. Mən bunu üçüncü filmi çəkəndə anladım.
Film Fiction 31
Müəllif: Zeynəb İsgəndərova
XAVIER Kino ailəsinin
DOLAN sonbeşiyi
32 Film Fiction
X
avier Dolan 20 Mart 1989-cu ildə doğulmuş, əslən kanadalı aktyor və rejissordur. Müəllim, aktyor və musiqiçi olan Genevieve Dolan ilə Manuel Tadrosun oğludur. 19 yaşında yazıb, çəkdiyi ilk tammetrajlı filmi “Anamı öldürdüm” (“J’ai tué ma mère”) ilə rejissor olaraq məşhurlaşmazdan əvvəl Xavierin həyatı aktyorluq üzərinə qurulmuşdu. Ailəsinin dəstəyi ilə hələ uşaq yaşlarında bəzi rollarla ekranda görünməyə başladı. İlk dəfə 4 yaşında kamera qarşısına çıxan balaca Xavierin ilk işlərindən biri 1997-ci ildə Kanadanın Jean Coutu mağazalar şəbəkəsi üçün çəkilən reklam filmidir. Xavier Dolanın 1994-cü ildən bəri 20yə yaxın reklam filmində rol aldığı məlumdur. Öz rejissorluq kariyerasına başlamazdan əvvəl gördüyü işlərin siyahısına aktyorluqdan başqa dublyajorluq da əlavə etmək olar. Belə ki, 100-dən çox xarakterə səs vermiş və 150-dən artıq proyektdə səsləndirmə işini həyata keçirmişdir. Dolanın səsləndirdiyi xarakterlər arasında Harry Potter filmlərində Rupert Grimtin canlandırdığı Ron Walsey və “Alatoran” (“Twilight”) filmləri seriyasında Taylor Lautnerin canlandırdığı Jacob Black kimi məşhur xarakterlər də yer alır. Xavier Dolan 2013-cü ildə Fransadakı musiqi qrupu olan “Indochine”nin “College Boy” adlı mahnısının klipini çəkmişdir və klip bəzi ölkələrdə senzuraya uğramışdır. 2009-cu ildə çəkdiyi və baş rolunu öhdəsinə götürdüyü “Anamı öldürdüm” filmi ilə kinorejissorluq karyerasına başladı və bu başlanğıc gözləniləndən daha da uğurlu oldu. Film beynəlxalq miqyasda böyük maraqla qarşılandı və Kann kinofestivalında 3 mükafat qazandı. O ərəfədə hələ 19 yaşında olan bu gənc rejissor filmin nümayişindən sonra 8 dəqiqə ərzində ayaq üstə alqışlandı. Rejissorun ikinci filmi olan “Xəyali sevgi”nin (“Les amours imaginaires”) premyerası 2010-cu il Kann kinofestivalında, bu dəfə Un Certain Regard proqramında baş tutdu. Lakin bu kateqoriyada namizəd olduğu “Ən yaxşı film” mükafatını ala bilmədi. 2012-ci ildə çəkdiyi “Yenə də Lourens” (“Laurence Anyways”) filmi də Un Certain Regard kateqoriyasında filmsevərlərə təqdim olundu və film “Queer Palm”, Suzanne Clementin isə baş roldakı performansı ilə Ən yaxşı aktrisa mükafatını qazandı. Dolanın 2013-cü ildə çəkdiyi dödüncü filmi “Tom fermada” (“Tom à la ferme”) isə Kannda mükafat ala bilməsə də, premyerasının baş tutduğu Venesiya Film Festivalında “Qızıl Şir” mükafatına namizədlik qazandı və “FİPRESCİ” mükafatına sahib oldu. Xavier Dolanın 2014-cü ildə çəkdiyi “Anacan” (“Mommy”) filmi rejissorun ən uğurlu filmi hesab olunur. 2014-cü il Kann kinofestivalında yer alan film “Qızıl Palma” mükafatına namizəd göstərildi və əfsanə rejissor Jean-Luc Godardın “Goodbye to language” filmi ilə paylaşdığı jüri mükafatı ilə geri döndü. Bundan sonra müsahibələrinin birində ona bununla bağlı verilən “Mükafatı Godardla paylaşmaq necə bir hiss idi?” sualına belə cavab vermişdir: “Çox şey hiss Film Fiction 33
etdirmədi. Qazandığım üçün son dərəcə xoşbəxt idim, Jane Campion ilə ünsiyyətdə olduğum və onun işləri haqqında düşüncələrimi deyə bildiyim üçün həyəcanlı idim. Bu, həqiqətən mənim üçün qürurverici idi. Lakin çox Godard filmi izləməmişəm və baxdıqlarım da məndə böyük izlər buraxmayıb. “Pierrot Le Fou”nu izlədim və sadəcə 2 saat ərzində bəyəndim sonra isə unutdum. Bu mənim ən çox bəyəndiyim Godard filmidir. Mən filmlərdən bir o qədər də təsirlənmirəm, fərqli bir düşüncədəyəm. Məndən o dövrləri soruşsanız, Claude Santet haqqında danışaram. Karyerası ərzində çox da məşhurlaşmamış ola bilər, lakin təxminən on, ya da on bir filmi var və hər biri ayrılıqda bir sənət əsəridir. Godardın o vaxtlar üçün nə qədər inqilabçı ola bildiyini anlayıram, amma mənə inqilab kimi gələn şey Sautetin kinematoqrafiyasının günümüzdə belə nə qədər modern hiss etdirə bilməsi və Godard filmlərinin nə qədər köhnə gəlməsidir. Onu dəyərsizləşdirməyə çalışmıram, tarixə nəzər salsaq, Godard bir qəhrəmandır, bunu başa düşürəm. Sadəcə mənim qəhrəmanım deyil. Aktyorları sevirəm, çox klassik şəkildə olan hekayə anlatmasını sevirəm, duyğularını sevirəm, onun filmləri çox düşündürücüdür, lakin mənə xitab etmir. Bunların ardınca 2016-cı ildə “Bu sadəcə dünyanın sonudur” (“Juste la fin du monde”) filmini çəkmiş gənc rejissor Xavier Dolanın bu qədər məşhurlaşmasına başlıca səbəblərdən biri də əksər rejissorların toxunmaqdan çəkindiyi, cəmiyyət tərəfindən gözardı edilən
mövzuları bütün çılpaqlığı ilə pərdəyə köçürməsidir. “Mommy” filmi istisna olmaqla, çəkdiyi bütün tammetrajlı filmlərində LGBT motivlərinə rast gəlmək mümkündür. Öz həyatından izlərə rast gəldiyimiz “Anamı öldürdüm” və ikinci filmi “Xəyali sevgi”-də Dolanı baş rolda, homoseksual bir gənc olaraq görürük. Üçüncü filmi “Laurance Anyways” transseksual olduğunu başa düşən Lourensin öz şəxsiyyətini tapması mövzusuna həsr olunmuşdur. Rejissorun dördüncü filmi “Tom fermada” isə Tomun ölən sevgilisinin (həmcinsi) ailəsi ilə qarşılaşmasından bəhs edir. Lakin Xavier Dolanın filmlərində diqqət çəkdiyi nöqtə LGBT deyil. “Gay icon” olaraq göstərilməkdən narahat olduğunu dilə gətirən rejissor verdiyi müsahibədə filmlərinə xas olan LGBT mövzusu barədə bunları demişdir: “Bu mövzuda çarəsiz hiss etməyimlə bağlı olaraq bu vəziyyətdəki gənclər üçün etməyə çalışdığım şey; homoseksuallığı filmin əsas mövzusu və mərkəz nöqtəsi etmədən tamaşaçıya çatdırmaq və bu məsələyə dar baxış bucağından baxanlara bunun normallığını qəbul etdirməkdir. Bunu ikinci plana atmaq. Etdiyim şey bu məsələnin vacibliyini gözardı etmək deyil, bu mövzunun gərginliyini azaltmaqdır. Lakin bütün bu yazılanlar və vurğulananlar mənim etməyə çalışdığımın əksini etməyi bacarır. Mən insanlara bunun normal bir şey olduğunu və xüsusilə vurğulanmasına ehtiyac olmadığını qəbul etdirməyə çalışıram.”
Tərcümə: Şahin Xəlil
LEA SEYDOUX
ILƏ “JUSTE LA FIN DU MONDE” FILMI HAQDA MÜSAHIBƏ
36 Film Fiction
2016-cı ilin Kann Film Festivalında rejissor, vunderkind Xavier Dolanın “Juste la fin du monde” (“Bu, sadəcə dünyanın sonudur”) filmi baş mükafatlardan birini (“Juri Qran-Prisi”) qazandı. Film uğurlu yazar Luidən bəhs edir. Lui ölümcül xəstəliyə yoluxduğunu öyrəndikdən sonra 12 il görmədiyi ailəsinə bu xəbəri demək üçün geri dönür. Filmdə “dream team” adlandıra biləcəyimiz Fransa kinosunun ən məşhur aktyor-aktrisaları çəkilib. Onlardan biri də Lea Seydoux’dur. Aktrisanın film barədə verdiyi müsahibəni təqdim edirik.
Film Fiction 37
Yaratdığınız obrazı çəkilişlər başlamadan öncə nə dərəcədə yaxşı anlayırdınız? Mən əvvəllər bu filmdəki qəhrəmanıma bənzər bir obraz yaratmamışam. Monrealda, həmin evdə, qəhrəmanımın geyimində olandan sonra, obraza necəsə hazırlaşmağa ehtiyac olmadı. Ssenarini oxuyarkən mən öz qəhrəmanımı çox sevdim. Hər şey sadə və aydın şəkildə idi. Ssenarini niyə bəyəndiniz? Çünki bu film mənim üçün hər şeyin təzahürüdür. Filmdə görmədiyimiz, dilə gətirmədiyimiz hər şey təsvir olunub. Məyusluqlar, qorxular, ümidlər, özünə və digərlərinə yanaşma tərzi – bu filmdə hər şey var. Və bütün bunlar bu filmdə ailə vasitəsi ilə özünü ifadə edir. Çəkilişlərdən öncə çox məşq etdiniz? Xeyr, ümumiyyətlə məşq etmədik. Çəkilişlərdən əvvəl biz sadəcə birlikdə ssenarini oxuduq. Bir yerdə cəmi bir həftə vaxt keçirdik. Yəni hər səhnə çəkilişindən öncə məşq etmək şansımız var idi. Ssenarini oxuyarkən hamımız çox utanırdıq. Dolan da məyus idi. Təsəvvür etdiyimiz kimi alınmırdı. O təkid edirdi ki, biz bütün diqqətimizi prosesə cəlb edək. Dərhal obraza uyğunlaşmaq çox çətindir. Səhnədən-səhnəyə nə tərzdə oynayacağınızı necə qərarlaşdırırdınız? Çünki filmdə yüksək tonda mübahisə səhnələri çoxdur. Siz bunu çəkilişdən əvvəl birlikdə qərarlaşdırmışdınız? Bəli, bir yerdə qərarlaşdırmışdıq. Bir neçə intonasiyada sınayırdıq. Kamera isə hər şeyi çəkirdi. Dolanla işləmək necə idi? Onunla işləməyin əsas xüsusiyyətləri nədir? Düşünürəm ki, hər şeydən öncə onun görmə qabiliyyəti, intellekti və emosionallığı. O öz dilini yaradıb. Amma hələ çox cavandır. Sizinlə yaşıd deyə bilərik. Bu çəkiliş zamanı sizə necəsə kömək olurdu? 38 Film Fiction
O özünü uşaq kimi aparır, digər tərəfdən də yetkin şəxsiyyətdir. Bəzi anlarda o, uşaqlıq edə bilir. Amma bu çox gözəldir. Çəkiliş zamanı o bizi çox yaxşı başa düşürdü, çünki rejissorluqdan əlavə, həm də aktyordur. Və bizimlə bərabər oynamaq, ağlamaq-gülmək energetikası da bundan qaynaqlanırdı ki, bu bizə çox kömək oldu. Dolan xarici görünüş məsələsində prinsipialdır? O sizə obrazınız üçün konkret göstərişlər vermişdi? Xeyr, o bizə istədiyimiz kimi olmağa icazə vermişdi. Təkcə obrazımın tatusu olacağını demişdi. Mən isə ona çirkli saçla çəkilməyi təklif etdim. Filmin müzakirəsində həm aktyorlar, həm rejissor bir neçə dəfə filmdə əsas olan şeyin söylənməyən sözlər olmasını qeyd etdilər. Qəhrəmanınızın imkanı olsaydı, hiss etdiyi hansı sözləri dilə gətirərdi? Düşünürəm ki, bu “Səni sevirəm” olardı. Siz bir çox fərqli rejissorlarla, müxtəlif janrlı, büdcəli filmlərdə işləmisiniz. Ürəyinizə yaxın olan hansılardır? Bilirsiniz, fərqli layihələrdə işləmək və bu yolla zamana səyahət etmək olduqca əyləncəlidir. Fərqli obrazlar yaratmaq və tanınmaz olmağı xoşlayıram. Ceyms Bond filmində çəkildikdən sonra həyatınızda nələr dəyişdi? Necə də olmasa, bu, böyük büdcəli Hollivud filmidir. Nə təcrübə qazandırdı sizə? Mənim üçün təbii bir şeydir. Çünki bu, sadəcə başlanğıcdır. Təbii ki, bu filmdən sonra mənə çoxlu təkliflər gəldi. Amma ondan əvvəl də işlərim yetərli qədər idi. Məsələn, elə Bonda paralel Dolanın filminə çəkilirdim. Bu sadəcə dəlilik idi. Çünki daim ABŞ-dan Monreala uçmalı idim. Təkcə gediş 8 saatdır. Amma bu filmdə çəkilməyi çox istədiyimdən bunlar mənim üçün önəmli deyildi. Film Fiction 39
Müəllif: Şahin Xəlil
“QUŞ ÖLƏR. SƏN UÇUŞU XATIRLA”
40 Film Fiction
Bu məqalədə “spoiler” var.
“İnsan öləcəyini bilə-bilə necə yaşaya bilər? Ya dəli olar, ya da öləcəyini unudar” Nazim Hikmət
X
avier Dolanın “Mommy” filmindən sonra, yeni, “Juste la fin du monde” (“Bu sadəcə dünyanın sonudur”) filminin çəkilişləri haqqında məlumat oxudum. Məlumatda filmin sinopsisi də qeyd olunmuşdu: “Ölümcül xəstəliyə yoluxan uğurlu yazıçı 12 il sonra evinə, öləcəyi haqda xəbəri ailəsinə verməyə qayıdır”. Sinopsis həyəcanverici, eyni anda təəccübləndirici idi. Beynimdə yaranan ilk sual Dolanın mürəkkəb psixoloji filmə hazır olub-olmaması ilə bağlı idi. Rejissorun filmoqrafiyasını ardıcıllıqla izləyənlər bilirlər ki, Dolanın hər yeni filmi digərindən bir pillə üstün olur. Amma “Juste la fin du monde”nin sinopsisi bir pillə sayıla bilməz. Birdənbirə 3-4 pillə demək olar. Anlaşılan o idi ki, vunderkindin iddiası özünü doğrultmamaq riski ilə üz-üzədir. Bir məkanda cərəyan edən, mürəkkəb psixoloji dram filmlərin taleyi adətən ya fiasko olur, ya da ciddi uğur. Nə qədər təəccüblü (mənim üçün gözlənilən) də olsa, film ikincilər arasına daxil oldu. Və Cannes festivalında ekumenik juri mükafatı ilə bərabər, ardıcıl olaraq ikinci dəfə Juri Qran-Prisi mükafatına layiq görüldü.
Gözəllik Bunu əminliklə, altından xətt çəkərək deyə bilərəm ki, Dolan artıq nəinki müasir kinonun, ümumiyyətlə kino tarixinin ən estet rejissorlarından biri sayıla bilər. Sanki filmlərinin spesifik qoxusu var və o, bu qoxunu, bu ətiri tamaşaçıya ötürmək istedadına malikdir. Təsadüfi deyil ki, rejissorun xahişi ilə, film festivalda DSP vasitəsi ilə deyil, lent vasitəsi ilə nümayiş etdirildi. Tənqidçilərin bir çoxu Dolan filmlərini uzun kliplərə bənzədirlər. Və rejissora bu estetikadan uzaqlaşmağı məsləhət görürlər. Dolan isə əksinə düşünür. Hətta kinodakı imzasını belə qoymaq niyyətindədir. Yaxın planlar, “slow motion”lar, yumşaq keçidlər, zövqlü musiqilər və əsrarəngiz detallar. Bütün bunlar gözəllik yaradır. Gözəllik isə hər kəsin görmək istədiyi bir şeydir. Ümid Bunu bir dəfə qeyd etmişdim. Dolan filmlərindəki ümid hissi başqa rejissorların filmlərindəki qədər günəşli deyil. Onun aşıladığı ümid ümidsizliyin sonsuzluğu qədər çarəsizdir. Düşünün, 12 il öncə evdən ayrılıb, böyük işlər ümidi ilə yola çıxmısınız. Uğurlu Film Fiction 41
yazıçı olmusunuz. Gözəl günlərin birində isə öyrənmisiniz ki, ölümcül xəstəlik qurbanısınız. Gələcək üçün planlar, uğurlu həyat, xəyallar – hər şeyin üzərindən xətt çəkməlisiniz. Bunlar qorxulu deyil. Çünki gələcək nə qədər cəlbedici olsa da, bir o qədər anlaşılmazdır. Çünki reallıq təsəvvürləri hər zaman üstələyir. Bəlkə də elə buna görə ən 42 Film Fiction
ümidsiz insan belə, gecə yatarkən sabah haqqında planlar qurur. Qorxulu olan insanın keçmişidir. Geridə qalanlardır. Qorxulu olan arxanca bağladığın qapını yenidən açmaqdır. Qorxulu olan qayıdışdır... Qayıdışlar hər zaman faciədir. Qayıdışlar ümidsizliyin qələbəsidir.
Amma ölüm həqiqətin abzasıdır. Anlaşılmazdır. Yaxın günlərdə öləcəyinizi düşünün. Nə edərsiniz?
“İnsan öləcəyini biləbilə necə yaşaya bilər? Ya dəli olar, ya da öləcəyini unudar” (Nazim Hikmət)
Qayıdış hər zaman vidalaşmaq üçün deyil, “Quş ölər. Sən uçuşu bəzən elə ölməyi unutmaq xatırla”... kimidir. Filmin qəhrəmanı Louis (Gaspard Ulliel)
12 il sonra anası Martine (Nathalie Baye), böyük qardaşı Antoine (Vincent Cassel), qardaşı arvadı Catherine (Marion Cotillard) və bacısı Suzanne (Lea Seydoux) ilə vidalaşmaq üçün qayıdıb. Nahar yeməyi və ya nahardan sonra kofe içərkən onlara tezliklə öləcəyini deməsini planlaşdırıb. Amma illər öz sözünü deyib. Onun ailəsi artıq onun üçün yad insanlara çevriliblər. O bunu qapıdan içəri girən kimi anlamağa başlayır. Bir-birləri üçün tamam yad insanlar nə haqda danışa bilər ki? Duyğular burulğanı mürəkkəb (vacib) bir etirafı qəlizləşdirir. Louis dostu ilə telefonda danışır... “Mən onları tanımıram. Necə deyəcəyimi bilmirəm. Mən qorxuram.” Bu mürəkkəb vəziyyətin katarsisi tamaşaçının beyninə yumruqlar vurduqca, daxili dialoqlar əksinə, gözlər vasitəsi ilə ürəyə axır. Luis öləcəyini deyir. Heç kim eşitmir. Saatın əqrəbləri hərəkət etdikcə, ölümün addımları daha aydın eşidilir. Kiçik bir quş uçub otağa girir, çırpınıb çıxmaq istəyir. Divarlara dəyir. Saatın səsi eşidilir. Vaxtın tamam olmasına işarə edir. Luis gedir. Quş yerdə can verib, ölür. Luisin 12 il öncə öldüyü kimi... Film Fiction 43
KINEMATOQRAFIYANIN 70 ƏN YAXŞI LGBT MÖVZULU FILMI 1. Orlando | Sally Potter 2. Beautiful Thing | Hettie MacDonald 3. Milk | Gus Van Sant 4. Ma Vie en Rose | Alain Berliner 5. The Killing of Sister George | Robert Aldrich 6. All About My Mother | Pedro Almodovar 7. My Own Private Idaho | Gus Van Sant 8. Happy Together | Wong Kar-wai 9. Boys Don’t Cry | Kimberly Peirce 10. Brokeback Mountain | Ang Lee 11. Pride | Matthew Warchus 12. The Boys in the Band | William Friedkin 13. Heavenly Creatures | Peter Jackson 14. The Hours | Stephen Daldry 15. Fox and His Friends | Rainer Werner Fassbinder 16. Un Chant d’Amour | Jean Genet 17. Weekend | Andrew Haigh 18. The Adventures of Priscilla Queen of the Desert | Stephan Elliott 19. Hedwig and the Angry Inch | John Cameron Mitchell 20. My Beautiful Laundrette | Stephen Frears 21. The Terence Davies Trilogy | Terence Davies 22. The Bitter Tears of Petra von Kant | Rainer Werner Fassbinder 23. Philadelphia | Jonathan Demme 24. Death in Venice | Luchino Visconti 25. Bound | Andy Wachowski, Lana Wachowski 26. But I’m a Cheerleader | Jamie Babbit 44 Film Fiction
27. Transamerica | Duncan Tucker 28. Scorpio Rising | Kenneth Anger 29. Maurice | James Ivory 30. The Kids Are All Right | Lisa Cholodenko 31. Parting Glances | Bill Sherwood 32. By Hook or By Crook | Harry Dodge, Silas Howard 33. Longtime Companion | Norman Rene 34. My Brother the Devil | Sally El Hosaini 35. Pink Narcissus | James Bilgood 36. Dog Day Afternoon | Sidney Lumet 37. Satyricon | Federico Fellini 38. Edward II | Derek Jarman 39. Pink Flamingos | John Waters 40. The Children’s Hour | William Wyler 41. Bad Education | Pedro Almodovar 42. Show Me Love | Lukas Moodysson 43. Blue is the Warmest Color | Abdellatif Kechiche 44. Pariah | Dee Rees 45. Theorem | Pier Paolo Pasolini 46. Stranger Inside | Cheryl Dunye 47. Paris Is Burning | Jennie Livingstone 48. Midnight Cowboy | John Schlesinger 49. High Art | Lisa Cholodenko 50. Mine Vaganti | Ferzan Özpetek 51. Carol | Todd Haynes 52. Prayers for Bobby | Russell Mulcahy 53. A Single Man | Tom Ford 54. Laurence Anyway | Xavier Dolan 55. The Danish Girl | Todd Haynes 56. Monster | Patty Jenkins 57. Hamam | Ferzan Özpetek 58. Güneşi Gördüm | Mahsun Kırmızıgül 59. Dallas Buyers Club | Jean Marc Vallee 60. Hoje eu quero valtar sorinho | Daniel Ribeiro 61. J’ai tue ma mere | Xavier Dolan 62. Before Night Falls | Julian Schnabel 63. In einem Jahr mit 13 Monden | Rainer Werner Fassbinder 64. Caravaggio | Derek Jarman 65. Salome | Charles Bryant 66. Kinsey | Bill Condon 67. Becoming Colette | Danny Huston 68. Des parents pas comme les autres | Laurence Katrian 69. Sud Pralad | Apichatpong Weerasethakul 70. Je, tu, il, elle | Chantal Akerman Film Fiction 45
EROTIKA VƏ PORNONUN SƏRHƏDINDƏ SƏNƏT VƏ İNSAN
Müəllif: Mir Bağır 46 Film Fiction
Rüstəm Ayaks Mətləb Muxtarov
ilə müsahibə
Dünya incəsənətində erotikanın yeri o qədər danılmazdır ki, onun yoxluğu ilə bizim insan haqqında təsəvvürümüz primitivləşər, axtalanar və biz onu bütünlüklə anlamağa çətinlik çəkərdik. Tarix boyu erotik incəsənət insan hisslərinin plastikasının dəyişməsini, onun davranışlarındakı mürəkkəb psixoloji motivasiyanı anlamağa xidmət edib bir növ. Zamanla erotik mövzunun incəsənətdə möhkəmlənməsi, özünü müstəqil bir incəsənət sahəsi kimi təqdim etməsi isə erotikapornoqrafiya konfliktini yaratdı və bu günə kimi də davam edən mübahisələrin başlancığını qoydu. Mövzunu müzakirə etmək üçün düşünmədən ilk olaraq ağlıma Rüstəm Ayaks gəldi. Çünki dərindən olmasa da, ara-sıra bu mövzu ətrafında onunla söhbətlərimiz olmuşdu və üstəgəl Rüstəmin çəkinmədən yazdığı fikirlər, dünyaya, insana daha yüksəkdən olan baxışı həmişə marağımı çəkirdi. İkinci söhbətləşmək istədiyim şəxs isə Mətləb Muxtarov idi. Açıq şəkildə olmasa da, yazılarında, fikirlərində bu mövzu hər hansı bir şəkildə özünü göstərirdi. İncəsənətdə erotika deyib çıxdığımız yol kinoda LGBT mövzsuna qədər uzandı və çox da aydın və işıqlı oldu. Beləliklə, bir bilim adamı və bir sənət adamı ilə bu mövzunu çözməyə çalışırıq.
İlk olaraq Rüstəm:
Psixologiya və fəlsəfədə, ədəbiyyatda cinsəllik mövzusuna yanaşma necədir, bu haqda kimlər nə deyir və əsas da sən nə düşünürsən? Bu sualı verəndə yadıma bir məqam düşdü. Flober Madam Bovarini yazanda həm cəmiyyət, həm də idarəedici orqanlar, siyasi və mədəni mərkəzlərdən ona qarşı tənqidi fikirlər ortaya çıxır ki, sən əxlaqsız kitab yazmısan. Bu mədəniyyət tarixində baş verən yüzlərlə hadisədən yalnız biridir. Madam Bovari gündəlik məişət boşluğundan can qurtarmaqdan ötrü
romantikaya, şəhvətə qapılan qadın olur. Evli ola-ola bir neçə məşuqu olur. Zamanzaman da dəyişir bu məşuqlar. Və əsərdə çox da qabarıq olmayan şəhvani səhnələr var.
Sən Modam Bovari deyirsən, bu bir az uzaq keçmişdə baş vermiş münasibətdir, Lars fon Trierin bir neçə il öncə çəkdiyi və haradasa Madam Bovarinin bugünki prototipi “Nimfoman” filminə olan parçalanmış münasibətlər bu günün özündə də durmaqdadır sanki. Məsələ burasındadır ki, Madam Bovaridə qabarıq deyil bu səhnələr, ancaq yenə də qıcıq doğurub. Floberi müdafiə edənlərdən biri də Mopassan olub. Ayrı bir şəhvətpərəst yazıçı. Və o, belə bir söz
Film Fiction 47
deyir: “Bütün bəşəri, bizim hamımızın varlığını əmələ gətirən təbii bir prosesə, canlı aləmin həyat dolu təzahürünə bu qədər saxtakarcasına münasibət görəsən haradan doğur?”
Əslində mən bu insanlara daha çox səmimi və cəsarətli insanlar deyərdim, nəinki şəhvətpərəst. O hissləri hamı keçirib, keçirir, amma səmimi olaraq bunu dilə gətirən, qələmə alanlar çox az olur. Çox razıyam səninlə. Əslində bu məsələ çox 48 Film Fiction
geniş söhbət və analiz tələb edir, ciddi araşdırmalar var bu mövzuda – həm psixoloji, həm də fəlsəfi. Çox sevdiyim Şopenhauer və Nitşedən bir neçə örnək verim, əgər etiraz etmirsənsə. Deməli, bu qoca subay Şopenhauerin təbiət elmlərindən təsirlənmiş fəlsəfəsində insan haqqında belə deyilir: insan bəlkə də bütöv halında insani görünüşü almış seksual instinktdir, seksual meyldir. Bəlkə də bir az şişirdir. Amma yenə də həqiqət payı tapmaq mümkündür bu düşüncədə. O baxımdan
ki, arayıb axtaranda görürük ki, (təkamülə əsasən də) bizim özümüzə, gigiyenamızdan tutmuş g ey i m - ke ç i m i m i z ə d ə k , həmişə cavan və gümrah qalmaq meylimizədək hər şeyin əsasında qarşı cinsin xoş nəzərini, sevgisini qazanmaq durur. Məsələn, inanmıram ki, tənha adada bir xanım hündürdaban geyib makiyajlı, manikürlüpedikürlü halda mini ətəkdə gəzib fors atmaq istər. Ola bilər, qaba qənaətdir. Ancaq nəsə təməl mahiyyət olaraq bu yanaşmaya inanıram. Və bu təbii ifadə əslində
heç bir halda ikraholunası, sıxışdırılıb uzaqlaşdırılası meyl sayılmamalıdır. Çünki təbiidir, üstəlik təbii olduğu qədər də pislikdən uzaq, hansısa mənfilik yaratmaqdan kənar meyildir. Biz bizə xoş gələn əks cinslə qarşılaşırıqsa və ondan xoşlanırıqsa, bu qeyri-ixtiyarı olur. Təbii ki, təkamülün gedişatında yaranan şüurla hansısa etik kodekslər yaratmışıq. Nizamı qorumaq üçün. Bu meylləri daha insani, daha zərif hala gətirmişik. Ancaq təməl meyllər eyni cürdür. Bu mənada seksual canatmanı xor görmək, pisləmək, və ya aydın şəkildə qəbul etməkdən üz çevirmək sağlam düşüncəli davranış sayıla bilməz. İntibahdan, Mişel Montendən, Şekspirdən tutmuş Nitşeyə qədər, ondan sonrakı modernizm dövründə də Freyddən Fukoya qədər bir çox mütəfəkkirlər bu mövzunu işləyib rasional şəkildə izah ediblər. Hələ antik yunanlardakı Dionisos şənliklərindən danışmıram. Hansı ki, Nitşe incəsənəti yaradan psixoloji ruh halını dionistik ruh halı adlandırırdı. Dionisos da antik yunanlarda şərab və şəhvət allahı sayılıb.
Yuxarda qeyd etdin ki, bu hisslər, onların ifadə forması müəyyən etaplardan keçərək təkmilləşib, bir etik kodekslər yaratmışıq. Haradasa sərhədləri müəyyən edə bilirik. Amma sənətə gəldikdə isə bu belə deyil. Yəni bəlli bir sərhəd yoxdur ki, deyə bilək ki, bu erotikadır, bu isə porno. Bir incəsənət nümunəsinin hər iki aspektə qiymətləndirilməsini bu gün də müşahidə etmək olar. Bəzən kinoşünaslar kino üçün əgər cinsi akt hər hansı bir halın ifadə formasıdırsa, məsəlçün, zorakılığı, etirazı ifadə edirsə, bu zaman o sənətdir deyə bir sərhədləmə edirlər. Bununla razılaşa bilmirəm mən. Yəni olmazmı, bu sadəcə elə gözəlliyi, sevgini ifadə etsin? Məncə, bu subyektiv yanaşmaya çox bağlıdır. Bir neçə nəfərdən “Lolita” barəsində soruşmuşam, əksəriyyəti ikrahla danışıb. Ən çox da xanımlar. Bilirsən ki, o roman da modernizm dövrünün klassik erotikalarından sayıla bilər. Ancaq mən o əsəri dünya ədəbiyyatının ən şedevr əsərlərindən biri hesab edirəm. Səncə, reallıqda Lolita kimi bir qızcığaz ola bilməzmi? Yaxud Humbert kimi yeniyetmə bir qıza əzabkeş şəkildə aşıq olmuş kişi? Əlbəttə ola bilər. Çox qəlizləşdirmədən də deyək, sənət əslində nədir? O həyatın ən müxtəlif, ən ziddiyətli, sənətkarın gözündə ən dəyərli, diqqətəlayiq, bəlkə də ən faciəvi, dəhşətdoğurucu, eyni zamanda da insanın psixikasına qıcıqlandırıcı təsir göstərən anların, yaşantıların əksi deyilmi? Demək ki, həyəta sənətkar baxışı real baxışdır. Burada gündəlik məişət səviyyəsində olan əxlaq, cinsəlliklə bağlı etik kodekslər, ən nəhayət, bu uydurmalar aradan qalxmış halda olur. Bu mənada, məsələn, insanı bütün meyilləri ilə qəbul etməyə və obyektiv şəkildə təsvir etməyə, əxlaqi moizəni kənara qoyub illüziyasız reallığı göstərməyə çalışan Nabokov əxlaq müəllimliyinə meyilli Tolstoydan daha sənətkarənədir bu məqamda yəni. Qaldı porno və erotikanın fərqinə, bu yenə də subyektiv yanaşma olacaq. Elə “Lolita”dan deyək. Onu porno da hesab edən ortaya çıxa bilər. Ancaq bir oxucu və tamaşaçı kimi mənimçün porno birbaşa cinsəl instiktimə təsir edən və məndə sırf cinsəl baxımdan qıcıqlanma yaradan pop mədəniyyət Film Fiction 49
50 Film Fiction
istehsalıdır. Ancaq erotika isə məndə cinsi ehtiras deyil, qəribə görünsə də, estetik həzz, bəyənmə, bəlkə bir az da təəssüf, yaxud empatiya, acıma. Nəhayət, bütün bu duyğu və yaşantıların məcmusu kimi desəm, gözəllik yaşantısı yaradan bir yaradıcılıqdır. Yəni mən erotik bir sənət əsərində insanlıq hallarının, onun mübarizəsinin, sevincinin, ağrı-acısının, qalibiyyət və məğlubiyyətinin əksini, yenidən işlənməsini görürəm. Varlığın tamaşasına dalıram. Burada cinsəl instinkt deyil, bəlkə də onun sublimasionu sayılacaq incəsənətin təsirindən danışıram. Məsələ burasındadır ki, sənin söylədiyin o həzz söhbəti özü-özlüyündə hansısa bir mənəvi mahiyyət daşımış olur. Çünki insan duyğularının incəlməsi şəhvaniliklə çox bağlı məqamdır. Bəlkə qəribə görünsə də, sən bir diqqət et. Gör bütün tarix boyunca qadın əndamına qarşı bəlli dönəmlərdə nə qədər nifrət, aşağılayıcı münasibət olub. Mənə elə gəlir ki, o insanlar arasında sənətsevərlər az olub. Əgər onlar heç olmasa Rubensin və digər intibah rəssamlarının yaratdığı qadın bədəni, qadınlıq ideyasıyla bağlı rəsmlərdən zövq alsaydılar, seksuallığa, qadın gözəlliyinə, qadın bədəninə bu qədər ikrah edərdilərmi? Məncə, yox. Deməli, sadəcə gözəllik, həzz, bəyənmə yaratmaq üçün çəkilən rəsmlərin belə mənəvi təsiri olmamış deyil. Bizim duyğularımız intellektə çox bağlıdır. Bir nəsnə və yaşantı hisslərlə intellektə ötürülür, zənnimcə. Sonra isə onun analizləri başlayır düşünən beyində. Biz burada sadəcə rəsmdən danışdıq. Ancaq bunun incəsənətin istənilən növünə aid etmək olar.
Jurnalın bu sayı LGBT mövzusundadır. Erotika və pornoya münasibət cəmiyyətdə müəyyən müzakirə predmetinə çevrilsə də, bundan imtina, itələmə deyə bir şey yoxdur. Amma LGBT mövzusuna münasibət tam fərqlidir. Qınaq, diskriminasiya, təhqir, etiraz bu günün özündə də bu insanları rahat buraxmır, belə desək. Hətta müşahidələrimdən deyə bilərəm ki, kinoda bu mövzuya müraciət edən sənətçilər adətən özləri də LGBT nümayəndələri olur, yəni bu cəsarəti onlar göstərir. Elmin bu gün gəldiyi nöqtəyə baxsaq, bütün sualların çox gözəl şəkildə öz cavablarını tapdığı bir zamanda bu münasibətlərin hələ də çox iyrənc şəkil aldığını düşünmürsənmi? Ümumiyyətlə, elm, psixologiya nə deyir? Özün də bilirsən ki, dünyaya elmi baxış obyektiv baxışdır və orada pis və ya yaxşı deyə bir şey yoxdur. Bir hərəkətin, insanın, meylin yaxşı və ya pis olmağına insan özü qərar verib. Sosium yaranandan, etik normaları yaratdıqdan sonra. Qeyr-ənənəvi seksual orientasiyaya gəldikdə isə, təbiətdə bu, təkcə insanlar arasında deyil, hətta heyvanlar arasında da müşahidə olunur. Bu müşahidələri isə hələ 19-cu əsrdə bu mövzularda çoxlu monoqrafiyaları olan Hevlok Ellis dərc edib. Deməli, bu əslində normaldır, var olandır və həmişə də olub. Sadəcə gizli olub. Hətta Mirzə Ələkbər Sabirin şeirlərinin birində, “Neylərdin” şeirində deyəsən kişilər cavan oğlanlara meyl salacaq deyə bir misra da var. Bu, Avropanın, qərbin təsiri kimi mifik və primitiv iddianın boş olduğunu göstərir. Çünki bu, təbiətin bir yaradılışıdır. Buna pis baxıramsa, gərək homoseksual canavara da, göyərçinə də pis baxım. Absurd bir yanaşma olar bu. Amma mənfi yanaşanların, hansı ki, Film Fiction 51
övladlarının homoseksual olub nəsil artırmayacağı üçün narahat olan valideyni də haradasa anlamağa çalışa bilərəm. Sənətə gəldikdə isə, böyük sənətin həmişə həyatla bağlılığı var. İndi durub sənətdə LGBT mövzusuna qarşı çıxmaq anlamsızlıqdan başqa bir şey olmaz. Heç bir sənətkara durub demək olmaz: bunu belə et, onu belə et. Sənətkar heç əxlaq müəllimi də deyil axı. Sənətkarın işi insana insanı, həyatı göstərməkdir. Əxlaq niyə var? Bir cəmiyyət, bir toplum rifah halnda yaşasın. Bu baxımdan biz öz eqoizmimizdən çıxış edib necə deyə bilərik, məsəlçün, homoseksual olmasın, özünü ifadə etməsin, incidilsin. Belə deməkmi daha əxlaqlıdır, yoxsa “bu təbiidir, normaldır” demək? Bəzən qıcıq doğuran məqam bir sənət adamının bunu tez-tez mövzu predmeti etməsi olur. Yəni təsəvvür et ki, birinin kişiliyini və ya qadınlığını tez-tez gözə soxması, bunun əla bir şey olduğunu deməsi bir az bayağı davranış olmazmı? Yəni zatən bu normal bir şeydir. Bir LGBT nümayəndəsi də belə etdikdə, insanların qıcıqlanma ehtimalı çoxdur.
Sən deyirsən gözə soxma, təbliğat bir az bayağı görünə bilər. Amma səncə, bu daha çox özünü ifadə etmə, biz də varıq mesajı deyilmi daha çox? Axı uzun əsrlər bu insanlar basqı altında olub, qanunla o günlərə kimi bir çox ölkələrdə, hətta bu gün də bir çox ölkələrdə cinayət sayılır homoseksuallıq. Məncə, hər bir LGBT nümayəndəsini görməzdən gəlib, adi heteroseksuala yanaşıldığı kimi yanaşılsaydı, onlar da sənin dediyin kimi, bayağı şəkildə özlərini ifadə etməyə lüzum görməzdilər. Sənin dediklərin də var. Amma istəyim budur ki, bütün insanlar anlaşıqlı şəkildə yaşasınlar. Seksual orientasiyasından asılı olmayaraq.
Belə bir müşahidəm var, yəni qeyr-analitik yanaşma olsa da, cəmiyyətin təsəvvüründə LGBT nümayəndələrinin əksəri sənət insanları arasındadır. Təbii, bunun məntiqi izahı ola bilər ki, bu insanlar göz önündədirlər, həyatları haqqında informasiyalar əlçatandır çoxuna və onların içərisində də ənənəvi olmayan seksual orientasiyaya məxsus insanları tanımaq mümkündür. Yoxsa, doğurdanmı incəsənətlə seksuallıq arasında bir bağlılıq var və müşahidə heç də təsadüfi deyil? Əslində seksuallıqla sənətin, məncə, çox əlaqəsi var. Bu, mənim gəldiyim qənaətdir. Bu mənada Freydə çox inanıram. Yaradıcılıq əslində seksual enerjinin sublimasiyasıdır. Yəni yaradıcı insan seksual enerjisinin bir hissəsini sənətlə üzə çıxarır. Belə deyək, bizim gördüyümüz film və kitabların 70-80 faizində sevgi, kişiqadın münasibəti var. Bu elə seksual instinktdir də. Bunun sənətlə böyük bağlılığı var, yəni təməl mövzulardan biridir. Kunderanın bir sözü var, deyir əsl ədəbiyyatçı biseksualdır. Bunu kinoya da aid edə bilərik. Burada söhbət fiziki olaraq biseksuallıqdan getməyə də bilər. Ruhani, psixi baxımdan da ola bilər. Hətta olmağa məhkumdur. Belə olmadıqda, sənətkar həm kişi, həm də qadın qəhrəmanlarını mükəmməl təsvir edə bilməz. Söhbət, təbii ki, xalis sənətdən gedir. Burada artıq qadın-kişi ayırımı yox, insandan söhbət gedir. 52 Film Fiction
Söhbəti Mətləblə davam etdiririk…
İncəsənətdə cinsəllik mövzusunun işlənməsi nəyə görə həmişə müzakirə predmetinə çevrilir? Yəqin ki, bu, dinlərin gətirdiyi əxlaq anlayışından irəli gəlir. Səmavi dinlərdə ilk insan olaraq bilinən Adəmlə Həvvanın hekayəsini götürək, almanı yeyəndən sonra bir-birilərinin lüt bədənlərindən utandılar. Bu, elə cinsəllik mövzusunun ilk senzurasıdır. Şüuraltı ilk senzura məhz buradan başlayıb və get-gedə daha da böyüyüyb. Erotizmin ilk düşməni senzuradır.
Yəqin senzura nəticəsində erotizm əxlaqsızlıq olaraq bilinib ki, bu da sonradan erotizmi müzakirə obyektinə çevirib. Qəribəsi budur ki, ilk ədəbiyyat nümunələrindən tutmuş orta əsrlər ədəbi əsərlərində erotik səhnələr var. Odiseyyadan tutmuş “Min bir gecə” nağıllarına qədər. Orta əsr İtaliyasında yazılan “Dekameron” əsəri məsələn erotik səhnələrlə boldur. Yuxarıda saydığım əsərlər incəsənətin digər sahələrinə ciddi təsir edib. İşin absurd tərəfi budur. Müzakirə isə qaçınılmazdır, ənənəvi əxlaqın doqmalarını dağıdan hər şey müzakirə olunacaq. Ənənəvi əxlaq deyəndə dinlərin bizlərə aşıladığı əxlaq biçimini nəzərdə tuturam.
Bəs kinoda erotika və pornoqrafiyanın sərhədi haradadır? Ümumiyyətlə bunu müəyyən etmək mümkündürmü? Bunu mən Roland Bartın fotoqrafiyaya aid etdiyi misalla deyə bilərəm. Bart deyir ki, pornoqrafiya cinsi orqanları təmsil edir. Pornoqrafik fotoda cinsi orqanlar bir büt kimi, heykəl kimi təsvir olunur ki, bu da tamaşaçının gözünə girmək üçündür. Yəni cinsi orqana fokuslanma əsasdır. Erotik fotoda isə tamam fərqlidir. Cinsi orqanı göstərmədən də insanda ehtiras hissi oyada bilər erotik foto. Bu elə erotikaya da aiddir. Məncə, bunlar kinoda da keçərlidir. Erotika daha estetikdir, pornoqrafiya isə açıqsaçıq. Açıq-saçıq olan şey Film Fiction 53
isə bir müddətdən sonra marağını itirir. Məhz buna görə pornoqrafiya mənim və bir çoxlarının beynində sanki bioloji tələbatı ödəmə kimi assosiasiya olunub. Erotika isə yox, erotika estetikadır. Erotik səhnələri olan film mənə zövq verir, amma açıqsaçıq pornoqrafiyaya qədər gedən səhnəyə baxanda o qədər də zövq
Orqazm anını tam vermir. Sanki onun üçün orqazm önəmli deyil, önəmli olan iki insanın birləşmədən öncəki sevgi oyunlarıdır. “Fotoböyütmə”də fotoqrafın yanına gələn iki gənc qızla olan səhnə. Sevgi oyunları ilə başlayır, “işə” keçəndə isə səhnə bitir və digər səhnədə hamısı yatıb. Eyni şey “Eros” filmində də
bioloji tələbatı ödəmək üçün, tezbazar seks. “Dekameron”, “Min bir gecə nağılları”, “Kenterberi hekayələri” filmləri buna misaldır. Pazolini bunları “Həyat üçləməsi” adlandırmışdı. İronik yanaşmadır. Hər üç filmdəki çılpaq səhnələrdə, erotik demək istəmirəm, sekslə məşğul olan personajlar çox kobud,
almıram. Məsələn, bunu mən həmişə AntonioniPazolini müqayisəsi ilə çözürəm. Mənə görə, Antonioninin erotik səhnələri mükəmməldir, önsevişmələri, sevgi oyunlarını çox estetik göstərir. Demək olar ki, çox vaxt elə sevişmə səhnələrini yarıda kəsir.
keçərlidir. Filmdəki bütün sevişmə səhnələri əslində önsevişmədir. Toxunmalar, öpüşlər və s. Pazolinidə isə tam fərqlidir. Pazolini üçün seks sevgi oyunundan çox, bioloji tələbatı ödəməkdir. Həddindən çox çılpaqlıq var, iki nəfərin birləşməsi sanki kustar yolla olur,
qeyri-estetikdirlər. Və ən qəribəsi odur ki, cinsəl səhnəni belə göstərən adam özü homoseksualdır, məsələyə tamamilə başqa cür yanaşıb. Məhz buna görə Pazolinini sevirəm. Bir də əlavə edim ki, Antonioninin filmlərində erotik abu-hava var. Bilmirəm, bəlkə də bunu
54 Film Fiction
tək mən hiss edirəm, amma onun filmlərində hər an nəsə insanı başdan çıxaracaq bir şey olacağını gözləyirəm. Filmdəki personajların hərəkəti sanki bir sonrakı səhnədə “sevişəcəklər” fikrini yaradır insanda. Pornoqrafiya və erotizm sərhədini məhz belə ayırmaq olar. Erotizm iki insanın birləşmədən öncəki və ya birləşmə anındakı hərəkətlərinə fokuslanır, nəyi
necə edəcəklər deyə insanda maraq oyadır (Antonioninin filmlərindəki sevişmə səhnələrindəki kimi). Pornoqrafiya isə çılpaq, insanı şüurlu və mənəvi varlıqdan çox, bir heyvan kimi və ya ümumiyyətlə
deyək, bioloji tələbatı ödəyən varlıq kimi göstərir və o səhnəyə baxanda sən birləşən iki insanın hərəkətlərindən çox, nəticəni gözləyirsən, orqazm anındakı
heyvaniliyi.
LGBT mövzusunun incəsənətdə işlənməsi nədənsə cəmiyyət(lər) də (hətta normal cəmiyyətlərdə də bəzən)
qıcıq doğurur. Nədən? Birinci sualda deyilənləri bura da aid etmək olar. Ortaya qoyulan sənət cəmiyyətdəki əsas əxlaqi anlayışlara tərsdirsə, deməli, qəbul olunmayacaq. Qəbul olunmamasını faciə kimi qiymətləndirmək də, məncə, düzgün deyil. Neçə min ildir g ə l ə n mental
dəyərləri bir anda dəyişmək olmur, yavaş-yavaş bu mümkündür. Homoseksuallıq və homoseksuallar tarix boyu sıxışdırılıb, iyiriminci əsrin ikinci yarısından başlayaraq homoseksualların müdafiəsi üçün siyasi partiyalar, təşkilatlar yarandı, yəni təşkilatlanma bir az genişləndi və işlər Film Fiction 55
görməyə başladılar. Ona görə homoseksuallığın özünün və ya homoseksual münasibətlərdən bəhs edən hər hansı sənət nümunəsinin qəbul olunması hələ ki çətin olur. Gələcəkdə yəqin ki, bu problem aradan qalxacaq.
Qeyri-ənənəvi orientasiya malik sənətçilərin də tarix boyu təqib olunması, gah cəmiyyət, gah da yaxınları tərəfindən itələnməsini görürük. Olub olmağına, amma məsələn Qədim Yunanıstanda “oğlançılıq” deyilən bir anlayış olub. Yeniyetmə yaşında olan oğlanların onlardan yaşca böyük kişi sevgilisi olurmuş. Sofokl, Platon, Aristotelin oğlan sevgilisi olub. Deyilənə görə, Yunanıstana Spartadan gəlib. Spartada homoseksual münasibətlər məhz orduda yaranıb, çünki uşaqları altı-yeddi yaşlarından ailəsindən alıb orduda tərbiyə edirdilər, onları bir döyüşçü kimi böyüdürdülər. Yəqin elə bu dönəmdə oğlan uşaqlarında homoseksuallıq yaranmağa başlayır. Bu da sonradan oğlançılıq anlayışına gətirib. Qısaca bəşəriyyət üçün dəyərli insanlardan olan Platon, Aristotelin belə homoseksual istəkləri, sevgililəri olub. Yəni işin qəribə tərəfləridir bunlar. Qeyri-ənənəvi orientasiyası olan sənətçilərin təqibi, yenə də deyirəm, minilliklər boyu bizə aşılanan əxlaq dəyərlərinə görə çox normaldır. Kinoda bunun ən əsas misalı Pazolini idi. Onun öldürülməsi hələ də qaranlıqdır.
Bir rejissor olaraq LGBT mövzulu və ya hər hansı bir obrazı qeyri-ənənəvi orientasiyalı olan bir film çəkərsənmi? Ümumiyyətlə, bu mövzu sənət adamı olaraq sənin üçün nə qədər əhəmiyyətlidir? Narahat edirmi səni? Çəkərəm, əgər mənimçün maraqlı olan bir hekayə, ideya varsa və bunu LGBT və ya qeyri-ənənəvi orientasiyalı obrazın gözündən göstərməliyəmsə, göstərərəm.
56 Film Fiction
5 fb.com/isiqlacekirem Film Fiction 57
Müəllif: Mələk Bayramlı
58 Film Fiction
F
ilmin ilkin ssenarisində homoseksual sevişmə səhnələri var idi, amma mənə elə gəldi ki, bu artıqdır. İfrat görünürdü. Bu zaman mən Gilbertə dedim: “Xahiş edirəm, bunu sənətə xəyanət kimi qəbul etmə, amma kitab kinoya çevriləndə o tamamilə yeni bir konsept olur”. O isə cavabında: “Tamamilə insafsız olun” yazdı. Ona görə də mən düşünürəm ki, kitabın ruhunu saxlaya bildim və tamamilə insaflı davrandım. Mən onu özümünkiləşdirməli idim. (Bernardo Bertoluccinin The Guardian dərgisinə müsahibəsindən) 1968-ci ilin baharı, Fransada tələbə hərəkatını ekrana əks etdirən, gənclərin inqilabi ruhunun həm sosial, həm də məişət həyatında xüsusi qüvvə kimi rol oynadığını improvizə edən film – The Dreamers. Film 2003-cü il istehsalı olsa da, 1968-ci ilin may hadisələrindən canlı bağlantı təəssüratı yaradır. İnqilabçı tələbələrin əsas şuarları: • Hər hakimiyyət pozur. Mütləq hakmiyyət mütləq pozur. • Qurumların xalqa xidmət etməyini istəyirik, xalqın qurumlara xidmət etməyini yox. • İnqilab komitələrə yox, sizə aiddir. • İnqilabsız keçən bir həftəsonu, inqilabla keçən bir aydan daha qanlıdır. • Get işlə, gəl yat. • Qadağan etmək qadağandır. • Realist olun. Mümkün olmayanı istəyin. • Xoşbəxtliyini əlindən alırlar. Onu yenidən oğurla. • Səki daşlarının altında bir çimərlik var. • Kapitalizmi qoruyan itlər və ya onun xidmətçiləri olmaq istəmirik. • Xəyal qurmayanlar nələrdən məhrum olduqlarını bilməzlər. Yetərincə iddialı gənclərin ümumiləşdirilmiş obrazı kimi rejissor Bernardo Bertolucci, aktyorlar Eva Green (İsabelle), Michael Pitt (Matthew), Louis Garrel-i (Teo) yaradacaqları tipə uyğun görmüşdür. Mettyu Amerikadan Fransaya fransız dilini öyrənmək üçün gələn gəncdir, tələbədir. İsabella və onun qardaşı Teo inqilabın fəal üzvlərindəndir, valideynləri tətilə getdiyindən dostları Mettyunu evlərinə qonaq dəvət edirlər. 3 tələbənin qarşılıqlı şəkildə həyatlarını və cinsəlliklərini, heç bir qadağa və sərhədləri nəzərə almadan (“Qadağa etmək qadağandır”) incələmələri, cəsarətlərinin onları hara kimi aparacağını kəşf etmə istəyi ssenarinin özəyidir. “Yeni Dalğa” film cərəyanının hökmranlıq etdiyi Fransada gənclərin filmlərə etinasız yanaşması absurd olardı. Buna görə də hər 3 gəncin ortaq nöqtələrindən biri filmlərə sənət gözü ilə baxmalarıdır.
“– Mən ən acgözlülərdən idim, hansı ki, ekranın dibində otururlar, ilk Film Fiction 59
sıralarda. – Niyə bu qədər yaxın? – Bəlkə də görüntülər ilk bizə çatsın deyə. Arxa sıralara çatmadan əvvəl təmiz olarkən” Film qəhrəmanlarının ilk görüş yeri inqilabi çağırışlar səslənən aksiyadır. Teonun Mettyuya yaxınlaşaraq o dövr üçün kino şedevrləri sayılan rejissorların adlarını sadalaması ilə (Trüffo, Jan Luk Godar, Jan Renoir, Jan Ruj, Jan Mareve, Amersel Karne… ) ilk dialoqları başlayır. Nikolas Reyin bütün filmlərində Mettyunu gördüyünü deyən Teo bu rejissor haqqında Godarın ifadəsini səsləndirir: “Nikolas Rey – sinemadır.” “Azadlıq verilmir, alınır” ən çox bu şüar altında baş tutan aksiyada mübarizənin kəskinləşməsi ilə qəhrəmanlar əvvəlki məkanlarını izdihamlı kütləyə qarışaraq tərk edirlər. Filmdə Godarın bütün yaradıcılığını bir sendviç kimi dadırıq. İlk dişlədiyimiz parçada rejissor, İsabellanın dilindən doğumundan sonra ilk söylədiyi sözün, Godarın 1960-cı ildə çəkdiyi, “A bout de Souffle” (“Son nəfəsdə”) filmində qəhrəmanın satdığı jurnalın adını deməsini, “NewYork Herald Tribune” məşhur ifadəni səsləndirərək xaos yaradır. Filmdə davamlı kadrlara yer verilməmişdir. Səhnələrdə kəsik kadrlar yer almaqdadır. Eləcə də Mettyunun İsabella və Teonun valideynlərinə şam yeməyində kosmik uyumlar haqda fikirlərini söylədiyi səhnədə bunu görə bilərik. Şam işığında söhbətlərini davam etdirən tələbələrdən, İsabella yatmaq üçün Mettyu ilə sağollaşarkən saçının yandığı səhnə əvvəlcədən planlanmış kadr deyildi. Tamamilə təsadüfi kadrdır və rejissor tərəfindən səhnədən çıxarılmamışdır. Növbəti səhnədə Mettyunu yuxudan oyandıran İsabella elə otaqda “Kraliça Kristina”ya məxsus rolu oynayarkən Mettyu ilə dialoqlarının üst-üstə düşməsi də təsadüfi deyil, çünki hər ikisinə film yad deyil. Hər səhnədə xüsusi xaosu ilə fərqlənən aktyor oyunu sərhədsizdir. Lazım olunan, bəlkə 60 Film Fiction
də arzuolunmayandır. Çünki hadisələr, cinsəllik bacı-qardaş, çərçivəsində, dost çərçivəsində inkişaf etmir. İnqilabi ruh daşıyıcısı olan gənclər bunu yalnız sosial mühitdə tətbiq etmirlər, inqilabları cinsəllik münasibətlərindən də yan ötmür. Valideynlərinin 1 ay evdə olmayacağından istifadə edən ev sahibləri tələbə dostlarını 1 ay qonaq dəvət edirlər. Daşınma prossesində Mettyu və Teo komediya ustaları Charlie Caplin və Buster Keatonun hansının daha çox komik obraz yaratdığını mübahisə edirlər. Çünki Mettyunun evində ,Teonun oxuduğu dərgidə “Charlie və Keaton arasında fərq hekayə ilə şeir, aristokratla avara, estetika ilə mistika, maşınla insan, mələklə adam arasındakı fərq kimidir” yazısı yer almaqdadır. Kitonu Godara bənzədən Mettyu onun daha istedadlı sənətkar olmasını, Çaplinin isə sadəcə eqo sahibkarı olduğunu israrla təkrarlayır. Arxa fonda Janes Joplindən ifa olunan musiqilər bizi həmin stiuasiyaya salmağa meyillidir. Filmin 9.45 adlanan səhnəsinə gəlirik. Sendviçimizdən yenə dişləməliyik, çünki yediyimiz parçanın – səhnənin qəhrəmanı yenə Jan Luk Godardır. Yenilikçi tələbələr “Bande à part” (1964) filmində, bütün Luvr muzeyni qaçaraq 9 dəqiqə 45 saniyəlik rekord qıran film qəhrəmanlarının rekordunu qırmağa həvəslidirlər. Bütün Luvru qaçan qəhrəmanlarımız rekordu 17 saniyə qabaqlamaqla qırırlar. Filmdə elə bir səhnə tapılmaz ki, orada sənət ruhu duyulmasın, xüsusən də film ruhu. Tapmaca və cəza. Xüsusi işarələr və aktyor oyunu ilə göstərilən tamaşanın hansı filmə məxsus olduğunu qəhrəmanlar tapmalıdır. Tapılmadıqda isə qarşılığında bir növ cinsəl məcburiyyətlə əks tərəf cəzalandırılmalıdır. Bu, filmin digər xaos yaradan səhnələrindən biridir. Teonun cəzalandığı, həmçinin İsabell və Mettyunun
birlikdə cəzalandığı səhnələrdə seks və cinsəllik sadəcə oyundur, bu ölkədə əsas olan azadlıqdır. Azadlıq bakirəlikdən daha dəyərlidir. Və əsas mübarizə, inqilabi ruh küçədə etirazçıların qaçışı ilə arxa fonda bizə mesaj verməkdədir. Dəfələrlə qəhrəmanlar arasındakı münasibətə görə tənqid olunan filmdə, əslində sərhədlərin götrülməsi ilə azadlıq anlayışının qavranılması, həmçinin etiraz, inqilab, vəhdət təşkil edir. Zaman, tanrı və soyuq. Geyimdən yalnız üşüməmək üçün istifadə edən qəhrəmanların dilindən söylənilən monoloqda zamanın dəyərli, amma vacib olmadığı söylənilir, həmçinin tanrını sevmək üçün qaradərli olmağın vacibliyi. Növbəti mübahisə musiqi, müharibə, savaş, nə üçün vuruşduğunu dərk etmə mövzusundadır, eləcə də Fransa və Amerika. Müzakirə yenə filmdən yan keçmir: “–Kamera obyektivi – valideynlərinin yataq otağının açar dəliyidir, onları izləyirsən, bu filmləri günah, rejissorlarları günahkar 62 Film Fiction
edir” monoloqu vanna otağında Mettyunun dilindən səslənir. Teo və İsabell, bacı və qardaş, əkizlər. Doğumdan öncə 9 ay öyrəşdikləri yataq bütün yaşamları boyu eynilə davam edir. Lakin bu bu vərdişi Mettyu tərgitməyə cəhd göstərir. Sevgi münasibətlərinin və inqilabi kadrların vəhdət təşkil etdiyi səhnələrdə filmin ideyası bizə təqdim olunmaqdadır. Növbəti tapmaca və sual filmdən deyil. Daşdan qadın heykəli canlandıran İsabell heykəlin kimə məxsus olmasını Mettyudan soruşur. Mettyu cəzalanmayacaq, çünki suala özünəməxsus tərzdə cavab verir: “Venus de Milo” Ziyarət və intihar. Valideynlərinin evə, övladlarına baş çəkməsi və xəbərsiz tərk edilişdən sonra İsabella mavi qaz vasitəsi ilə intihar etməyə çalışır. Süni ölüm prosesi zamanı, öz ölümü ilə baxdığı filmləri sintez və yaxud sinxronlaşdırmağa çalışır. Ümumiyyətlə, film boyu bu sintezə rast gəlmədiyimiz səhnələr çox azdır. Və yenə də inqilab. Pəncərədən atılan daş qəhrəmanı ölüm yuxusundan ayırır. “Küçələrə! Küçələrə!” səsləyən izdihama qoşulan 3 tələbə, şiddət və ona qarşı çıxan Mettyu, həmçinin gənclərin yollarının ayrılması. “Şiddət inqilab deyil, faşizmdir” fikrini əsas gətirən Mettyu müvəqqəti dostları ilə yollarını ayırır. Teo isə inqilabın keşiyindədir, spirt dolu qabı yandıraraq polislərin üzərinə atmaqla etiraz dolu xislətini gizlətmir, alovlandırır. Filmin final səhnəsi polislərin kameranın üzərinə qaçması ilə yekunlaşır. Obyektiv bizik, kamera tələbələrdir. Polis bizim üzərimizə qaçır. Düşmən elə düşməndir. Fərqli olan etiraz və inqilabdır. Yerlərimiz dəyişir – biz ekran önündə, onlar isə kamera arxasında inqılabı yaşamış oldular. Edith Piafdan “Non, je ne regrette rien” – “Heç nədən peşman deyiləm” musiqi parçası ilə film yekunlaşır.
Film Fiction 63
Bu məqalədə “spoiler” var.
Müəllif: Lalə Mahmudova
64 Film Fiction
B
oys Don`t Cry - Oğlanlar ağlamaz filmi Tina Brendon kimi bioloji qadın olaraq doğulmuş, Brendon Tina adlı zorlanmış və qətlə yetirilmiş transgender kişinin (qadından kişiyə keçid edən) həyatından götürülmüş 1999-cu ilin istehsalı olan Birləşmiş Ştatlar filmidir. Film gerçək hadisəni əks etdirərək Brendon Tinanın transgender kimliyini və romantik münasibətlərini əks etdirir. Film özü Texas ştatında çəkilsə də, Amerikanın Orta - Qərb regionlarını özündə əks etdirən musiqi və həyat şəraitini sərgiləyir. Belə ki, həyati faktlara əsasən Brendon Tina Nebraskanın Falls Siti şəhərində doğulmuş, yaşamış və orada da qətlə yetirilmişdi. Filmin rejissoru Kimberli Piers filmdə Brendonun sevgili olduğu Lana Tizdel ilə romantik münasibətləri üzərində fokuslanmağı əsas götürüb. Bu həmin dövr üçün daha ekskluziv yanaşma tərzi kimi götürülür, çünki həmin dövrlər Amerikada nifrət cinayəti qurbanı olmuş gey, lezbian və ya transgender şəxslərin yalnız qətli və bunu kimin törətdiyi barədə bir-iki informasiya yazılırdı. Transgender birinin münasibətlərini, duyğularını və arzularını əsas götürərərk kinoda işləmək geniş vüsət almamışdı. Buna görə də rejissor Piersin bu hadisəyə Brendonun duyğuları tərəfindən baxmağı və işıqlandırması özü diqqətəlayiq bir seçimdir. Belə ki, filmi nəzərdən keçirən bir çox tədqiqatçı və film tənqidçiləri filmin romantik, platonik sevgi, LGBT insanlara qarşı törədilmiş zorakılıq və nifrət cinayətləri, transgender, ikili gender, sinfi münasibətlər və s. kimi mövzuları əhatə etdiyini vurğulamışlar.
Filmdə kişi kimliyinə keçid edən və Nebraskada özünü və sevgisini axtaran Brendon Tina rolunda sonradan bu roluna görə özünün ilk ən yaxşı aktrisa Oskarına layiq görülən Hilari Svenk çəkilmişdir. Film ilk dəfə 1999-cü il oktyabrın 8-də Nyu York Film festivalında nümayiş etdirilmiş və Fox Searchlight Pictures tərəfindən yayımlanmışdır. Elə də geniş büdcəyə malik olmayan bu film bir çox tənqidçilər tərəfindən baş rolları ifa edən aktrisaların məharəti və filmin mövzusu baxımından ilin ən yaxşı filmi kimi qiymətləndirilmişdir. Çünki filmin həmin dövr üçün aktuallığı və transgender məsələlərinə bu cür şəffaf baxış sərgiləməsi dövrün izləyiciləri tərəfindən yüksək rəylərə səbəb olmuşdu. Film həmçinin LGBT icması tərəfindən də yaxşı qarşılana bilmişdi. Filmin ərsəyə gəlməsinin homoseksual gənc Metyu Şepardın qətlə yetirilməsindən bir il sonraya təsadüf etməsi Amerika qanunvericiliyində LGBT insanlara qarşı törədilmiş nifrət cinayətlərinə və Brendon Tinanın qətlinə ictimai diqqəti daha da artırmışdı. Filmdə hadisələr aşağıdakı ardıcıllıqla bir-birini əvəz edir. Trans oğlan Brendonun transgender olduğunu ilk dəfə dostunun qardaşı aşkarlayır və onu hər dəfə hədə qorxularla müşayət edir. Daha sonra isə Brendonu barda bir dava ilə üzləşdiyini görürük. Bundan sonra isə o Nebraskada yerləşən Falls Sitiyə köçür və orada əvvəllər məhkum olunmuş Con Lotter, Tom Nissen və onların dostları Kendeys və sonradan aşiq olacağı Lana Tizdel ilə dostlaşır. Münasibətlərinin başlanğıcında Lana Brendonun bioloji cinsiyyəti və bəlalı Film Fiction 65
keçmişi barəsində məlumatsız olur. Onlar birlikdə Lananın karaoke kariyerasının davam etdirə biləcəyi Menfisə köçməyi planlaşdırırlar. Bir gün romantik görüş zamanı Lana Brendonun bioloji olaraq qadın olduğunu aşkarlayır, lakin hələ də yaxınlığına davam edir. Sonradan polis Brendonu Falls Sitiyə köçməzdən əvvəl baş vermiş işi ilə əlaqədar həbs edir və onlar onu qadın həbsxanasında yerləşdirirlər. Lana Brendonu zaminliyə götürür və o həbsdən çıxarkən ondan niyə qadın həbsxanasında saxlanıldığını soruşur. Brendon ona yanlış olaraq hermafrodit olduğunu və tezliklə cərrahi əməliyyat olunacağını bildirirərkən Lana onu saxlayır və onu cinsinin nə olmasından asılı olmayaraq sevdiyini bəyan edir. Buna baxmayaraq Brendon həbsdə olarkən Kendeys onun doğum sənədlərini tapır və onun əslində Tina Brendon olduğunu öyrənir. Digər dostları da bu xəbərə iyrənc və şok effekti ilə reaksiya göstərirlər. Bunu öyrənəndən sonra Con və Tom vəhşicəsinə Brendonu döyür və cinsiyyətini müəyyən etmək üçün şalvarını çıxarmasına vadar edirlər. Onlar Lananı bunu görməyə məcbur edir, lakin o əlləri ilə üzünü tutur və bunu görməkdən imtina edir. Daha sonra onlar Brendonu Conun maşınına sürükləyir, heç kimin olmadığı bir yerə aparırlar, onu orda döyür və zorlayırlar. Bundan sonra onlar Brendonu Tomun evinə aparır, aldığı zədələrə baxmayaraq Brendon hamamın pəncərəsindən qaçmağa nail olur. Ona təcavüz edənlər onu hədələyərək polisə xəbər verməməsi haqqda xəbərdar edirlər, lakin Lana Brendonu polisə xəbər verməyə inandırır. Belə olduğu təqdirdə Con və Tom içkili vəziyyətdə Brendonu öldürməyə qərar verirlər.
66 Film Fiction
Lana onları dayandırmağa çalışır, lakin onlarla birgə maşında Kendeysin evinə Brendonun bura yaxın daldalanacaqda gizləndiyi yerə gəlib çıxırlar. Con Brendonu çənəsinin altından güllələyir. Lana onlarla mübarizə aparıb dayanmaqlarını yalvararkən Tom Kendeysi də güllələyir. Tom Brendonun cansiz bədənini təpikləyib Lananı da öldürmək istəyərkən Con ona icazə vermir. Lana Brendonun meyidi üzərində ağlayarkən Tom və Con oranı tərk edirlər. Ertəsi gün Lana Brendonun meyidi yanında oyanır və anasının onu aparmağa gəldiyini görür. Lana Falls Sitini tərk edərkən Brendonun ona yazdığı məktubun sözlərini Brendonun səsi ilə xatırlayır... Filmdə həqiqi hadisələrin baş verdiyi Birləşmiş Ştatların Orta-Qərb regionunun vizuallaşdırılması uğurlu alınıb, belə ki bəzi tənqidçilərə görə Orta-Qərb regionunun düzənlik və geniş əraziləri, bir-birinə elə də yaxın yaşamayan və bir-biri ilə elə də mehriban olmayan, amma yola getməyi bacaran şəhərətrafı əhali filmdə dərin tonların istifadə edilməsi ilə uğurlu təsvir edilib. Filmin kinematoqrafiyasında bu mənzərəni yaratmaq üçün əsasən gecə çəkilişlərindən istifadə edilib. Şablon tərzdə qadının evin daxilində qadın işləri ilə məşğul olması, kişinin isə çöl şəraitinə aid olması filmdə nəzərə çarpan bir amildir və belə bir şəraitdə Brendon Tinanın bu sərhədi pozaraq hər iki tərəfdə ola bilməsi faktı da gözdən qaçmır və belə olduğu təqdirdə Brendon alternativ kişilik sərgiləyir. Onun sərgilədiyi kişi obrazı qadınlara qarşı daha anlayışlı davranan, daha səmimi, mehriban və
Film Fiction 67
dostcul xüsusiyyətlərə malikdir ki, bu da ətrafda mövcud olan sərt, qəddar və patriarxal kişi xarakterlərini inkar edir. Brendonun ölümündə dolayısı ilə Conun Lanaya olan marağı və buna görə də onu Brendona qısqandığı faktı da rol oynayır. Con belə mehribanlıqda və anlayışlı olmaqda Brendon ola bilmir və buna görə də ona olan nifrəti daha da artıqdır. Üstəlik, onun trans kişi olduğunu öyrənəndən sonra hələ də Lananın Brendonu sevməyə davam etdiyini görmək isə onun üçün qəbul edilməz bir faktdı. Eləcə də burada bir kişilik nümunəsinin digəri ilə yarışdığının şahidi oluruq. Buna görə də məşhur gender üzrə tədqiqatçı Judit Halberstam transgender fiqurların cəmiyyətdə gender, cinsəllik, sinfi məsələlər, müəyyən ərazidə (şəhər, kənd) yaşayan kəslərin münasibətləri haqqında müasir müzakirələri təhlil etmək üçün ən uyğun obekt olduğunu göstərir. Brendonun məxsus olduğu qadın bədəni daşıyan fərqli və insanlar üçün saxta sayılacaq trans kişiliyi onun cəmiyyətdə qəbul edilməməsinin əsas səbəbidir. Biz Brendon və digər trans şəxslərin başına gələn nifrət cinayətlərindən bəhs edərkən məhz bu nüansa daha çox diqqət yetirməliyik. Buradan da məlum olur ki, kişilik anlayışı üçün fallosentrik cəmiyyət mütləq mənada fallosu əsas götürür və sorğulayır. Brendona təcavüz edən kəslər də məhz onların əsas saydığı kişiliyi - fallosun yoxluğunu təsdiqləmək üçün onun iradəsinə əks olaraq şalvarını çıxarmağa məcbur etmələri buna bariz nümunədir. Filmdə Brendonun stereotipik kişi məşğuliyyətləri - sürətlə hərəkət edən maşının kuzovunda ayaqüstə dayanmaq kimi oyunlar, saatda 90 mil sürətlə mübahisə etdikləri maşının arxasınca sürmək və daha sonra həmin sürətlə də polisdən qaçmaq, oturduğu yerdə səbəbi bilinməyən qəzəb və bu qəzəbi nədənsə çıxmaq isterikaları kimi xüsusiyyətlərlə qarşılaşır. Filmin müəllifi bu xusiyyətlərlə qarşılaşdığı zaman Brendonun duyğularını onun seçimsizlik anı yaşadığı vaxt keçirdiyi hisslər və mimik hərəkətləri ilə daha da gözəl üzə çıxara bilmişdir. Cəmiyyətin formalaşdırdığı həmin stereotipik kişilik “test”lərindən Brendon “alnıaçıq” çıxa
68 Film Fiction
bilir və bəzi bu kimi hallarda da Lana onun “bacarıqlı” olmasından razı qalır. Bu da ona eyhamdır ki, stereotipik kişi hərəkətləri və ya məşğuliyyətləri sayılan əlamətlər, elə yanlış da olaraq qadın və kişi cinsinə ayrılır. Yəni, heç bir kişi bu stereotiplərlə doğulmur, onları cəmiyyət içərisində yaşayaraq öyrənir. Qadınlar da bəzən stereotipik olaraq bərabərlərində cəmiyyətin diktə etdiyi kişi xaraketrlərini nümayiş etdirməyə qadir olan kişi görmək istəyirlər. Filmin məhz Boys Don`t Cry Oğlanlar ağlamaz məsəli ilə adlandırılmasının sətiraltı mənası da budur. LGBT şəxslərə qarşı olan nifrəti, diskriminasiyanı, qəbul edilməzliyi aradan qaldırmaq üçün gələcək nəsilləri bu məsəllər və stereotiplərlə böyütməməyimiz lazımdı. Digərlərinin yaratdığı və özündən fərqli davrananlara nifrət ilə nəticələndiyi məlum olan həmin stereotipləri inkar etmək və onlara əməl etməməyimiz ən doğru çıxış yolu olmazdımı? Buna görə də Hilari Svenksin Brendon rolunu canlandırdığına görə Oskarın ən yaxşı aktrisa nominasiyasına layiq görülərkən dediyi sözlər əvəzolunmazdır: “Brendon Tinanın irsi bizim filmlə yaşayacaq və həmişə bizə özümüz olmağı, ürəyimizin səsinə qulaq asmağı, digərləri tərəfindən yaradılmış qaydalara boyun əyməməyi xatırladacaq. Arzu edirəm ki, gün gələcək biz yalnız fərqli olduğumuzu qəbul etməyəcək, həm də bu müxtəlifliyi bayram edəcəyik!”
“Brendon Tinanın irsi bizim filmlə yaşayacaq və həmişə bizə özümüz olmağı, ürəyimizin səsinə qulaq asmağı, digərləri tərəfindən yaradılmış qaydalara boyun əyməməyi xatırladacaq. Arzu edirəm ki, gün gələcək biz yalnız fərqli olduğumuzu qəbul etməyəcək, həm də bu müxtəlifliyi bayram edəcəyik!”
Film Fiction 69
Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər. Jurnalda yayımlanan məqalələrdən müəlliflərin icazəsi olmadan istifadə etmək qadağandır. © Bütün hüquqlar qorunur. 70 Film Fiction