15 minute read

> General-mayor Məhərrəm Həsənov: Müharibə bitsə də, bizim müharibəmiz həmişə davam edir SƏRHƏD

Generalmayor Məhərrəm Həsənov: Müharibə bitsə də, bizim müharibəmiz həmişə davam edir

?Zaur Babaşov, Rizvan Fikrətoğlu

Advertisement

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) fövqəladə hallara çevik reaksiya verilməsini, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəzaxilasetmə əməliyyatlarını, zərərçəkmişlərə ilkin yardım göstərilməsini, təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin öz səlahiyyətləri daxilində mühafizəsini, humanitar yardımların müşayiət və mühafizə olunmasını təşkil edir, öz səlahiyyətləri daxilində strateji obyektlərin, qurğuların mühafizəsini və digər təxirəsalınmaz tədbirləri həyata keçir.

Fövqəladə Hallar Nazirliyinin Xü susi Riskli Xilasetmə Xidmətinin rəisinin 1ci müavini – qərargah rəisi, generalmayor Məhərrəm Həsənovla müsahibəmizdə XRXXnin fəaliyyəti barədə məlumat almağa çalışdıq.

POLİQON: Cənab generalmayor, əvvəlcə Xüsusi Riskli Xilasetmə Xid mətinin strukturu və fəaliyyət isti qamətləri haqqında məlumat ver məyinizi istərdik.

General Məhərrəm Həsənov:

Qloballaşmış və müasir dün yada texnogen qəzaların artaması, təbii fəlakətlərin baş verməsi və bütün bunların hamısının bir arada idarə olunması üçün Azərbaycanda Fövqə ladə Hallar Nazirliyinin (FHN) yara dılması zərurətini ortaya çıxardı. Azər baycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fərmanı ilə 2005ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyi yaradılmışdı. FHN yara dıl dıqdan sonra onun tərkibində üç quru mu – Təcili Xilasetmə Xidməti, Hərbi ləşdirilmiş Xüsusi Mühafızə Xidməti və Kinoloji Xidməti fəaliyyətə başlamışdı. 2008-ci il fevralın 5-də Prezident İlham Əliyevin fərmanı ilə bu üç qurum ləğv olunaraq onların bazasında geniş xilasetmə sahələrini əhatə edən Xüsusi Riskli Xilasetmə Xidməti yaradılmışdır. FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti fövqəladə halların nəticələrinin aradan qal dırıl ması, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahə sin də dövlət siyasətinin və tənzim lənməsinin işlənib hazırlanmasında və həyata keçiril məsində öz səlahiyyətləri daxilində iştirak edir. Daha sonra XRXX-nin tərkibində Çevik Xilasetmə İdarəsi və onun da tərkibində Əlahiddə Kinoloji Tabor yaradıldı. Sahələr üzrə Əlahiddə Paraşüt-Desant Taboru, Əlahiddə Sularda Xilasetmə Taboru olmaqla eyni şəkildə yaradılan iki alayımızdan biri Gəncə şəhəri, digəri isə Bakı şəhəri istiqamətində fəaliyyət göstərir. Bunlar eyni vəzifələri yerinə yetirirlər. Alay ların tərkibində həm Xilasetmə Tabor ları, həm də Mühafizə Taborları olur.

POLİQON: Çevik xilasetmə qrup larının qarşısında duran tapşırıqlar nələrdir. Bu tapşırıqların vaxtında, çevik şəkildə icrası üçün hansı addımlar atılır?

General Məhərrəm Həsənov:

Xidmətin əsas vəzifələrindən biri fövqəladə hallara çevik reaksiya verilməsini təmin etməkdir. Hadisə yerinə tez çatmaq müasir dövrümüzdə yüksək sürət tələb edir. Bunun üçün də nazirlik tərəfindən ilk növbədə Xid mətin Çevik Xilasetmə İdarəsinin yaradılması haqda qərar qəbul edil mişdir. Bu qruplar “Mercedes Sprinter”, “Nissan Patrol” və “BMW” markalı mo to sikletlərin bazasında yığılmış, müa sirtipli, xüsusi təyinatlı xilasetmə alətavadanlıqları ilə təchiz edilmiş föv qəladə hal (hadisə) baş vermiş əraziyə ilk çatan çevik qrupdur. Motosikletlərin keysləri xüsusi müasir xilasetmə alət və avadanlıqlarla komplektləşdirilmişdir. Hazırda Bakı şəhərində Çevik Xilasetmə İdarəsinin 11-ə yaxın postu vardır. Nazirliyin Böhran Vəziyyətlərində İda rəetmə Mərkəzinin “112” xidmətindən və digər mənbələrdən Xidmətin növ bətçi his səsinə məlumat daxil olduqda Çevik Xilasetmə İdarəsinin xilasediciləri məsafədən asılı olaraq 6-8 dəqiqə ərzində hadisə yerinə çatırlar. “112 zəng xidməti”nin operatorları 24 saat ərzində məlumat qəbul edir və operativ tədbirlərin görülməsi üçün müvafiq strukturları xəbərdar edirlər. Kinoloji Taborumuzun bazasında 3 ay müddətində xilasedicilərin və mü hafizəçilərimizin ilkin hazırlıq proq ramı keçirilir. 3 aylıq müddət bitdikdən sonra xilasedicilər və mühafizəçilər öz sahələri üzrə dünyanın başqa-başqa ölkələrində ixtisasları üzrə kurs keçirlər. Xarici ölkələrdən ən çox önəm verdiyimiz qardaş Türkiyə Respubli kasıdır. 2015-ci ildən bəri Türkiyədə partlayıcıların axtarışı və zərərsiz ləşdirilməsi, dağ axtarış-xilasetmə iş ləri, paraşüt-desant sahəsi, sularda xilasetmə işlərinin həyata keçirilməsi kimi sahələr üzrə zabit və gizirlərimiz oxuyaraq ixtisaslaşmış mütəxəssis kimi yetişibdir. Habelə, Türkiyədə KBRN kursları vardır. Bizim zabit və gizirlərimiz bu kursları keçiblər. Daha sonra madditexniki təminat sahəsi üzrə gizir və zabitlərimiz ixtisasları üzrə kurslar keçiblər. Bu gün də həmin kurslar davam edir. Bu, iki dövlət arasında olan münasibətin, qardaşlığın nəticəsidir.

POLİQON: Minatəmizləmə qru punun hansı təchizat imkanları var. Partlayıcı vasitələrin zərər siz ləş dirilməsi necə həyata keçirilir. Vətən mü haribəsi zamanı və sonra Mi na təmizləmə qrupu hansı işləri görüb? General Məhərrəm Həsənov:

44 günlük Vətən mühribəsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri Mü zəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik rəhbərliyi altında böyük bir zəfər qazanmışdır. Bu zəfərin nəticəsində Azərbaycanın əra ziləri düşmən tapdağından təmizlənmiş və azad olunmuş ərazilərimizdə mina lardan təmizlənmə prosesləri baş la nıl mışdı. Hər güc strukturuna tap şırıqlar verildiyi kimi, bizə də tapşırıq lar verilmişdi. Vətən müharibəsindən sonra XRXX-nin hərbi hissələrinin İstehkam və Pirotexnik taqımlarının şəxsi he yətindən ibarət Minalardantə mizləmə Qrupları formalaşdırılmışdır. 2021-ci il yanvar ayından etibarən Minalardan təmizləmə Qrupu Ağdam və Füzuli rayonlarında ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını icra edir. Minalardantəmizləmə qrupu aidiyyatı qurumlarla razılaşdırılmış ərazilərdə minalardan təmizləmə prosesini davam etdirir və partlyış təhlükəli əşyalar zərərsizləşdirir.

Yuxarıda: XRXXnin minatəmizləmə üzrə çevik qrupu və təchizatında olan texniki vasitələr. Aşağıda:XRXXnin çevik xilasetmə qrupunun avtoqəza nəticəsində maşında sıxışıb qalan sərnişinin çıxarılması əməliyyatı

Çevik minatəmizləmə qrupu. Qrup partlayıcı vasitələrin təhlükəsiz şəkildə götürülməsi daşınması və zərərsizləşdirilməsi, o cümlədən ərazilərin minalardan təmizlənməsi fəaliyyətlərini yerinə yetirir.

Qrup xüsusi metal detektorlarla o cümlədən alət və avadanlıqlarla təchiz edilmişdir. Minalardantəmizləmə qrupu fərdi axtarış vasitəsilə, əl üsülu ilə ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını icra etməkdədir. Mina təmizlənmə prosesi bu günə qədər davam etdirilir. Fəaliyyətimizi həyata keçirərkən istifadə etdiyimiz alət və avadanlıqlar müasir texnologiyaya uyğundur: mina axtaran detektorlar, xüsusi geyimlər və s. Bu da qarşımıza qoyulan tapşırıqların yerinə yetirilməsində texnika baxımdan heç bir maneəçilik törətmir.

POLİQON: Cənab generalmayor, qeyd etdiniz ki, İstehkam və Piro texnik taqımlarının şəxsi heyətindən ibarət Minalardan Təmizləmə Qrup ları formalaşdırılmışdır. XRXXnin Pirotexnik Qrupunun gördüyü işlər barədə məlumat verə bilər sinizmi? Qrup hansı texnika və avadanlıqlarla təchiz edilib?

General Məhərrəm Həsənov:

XRXX-nin hərbi hissələrinin İstehkam və Pirotexnik taqımlarının şəxsi heyətindən formalaşdırılmış Piro texnik Qrupu əsasən Bakı şəhəri olmaq üzrə ərazi və obyektlərdə partlayış təhlükəli əşyaların zərərsizləşdirilməsi, məhv edilməsi o cümlədən ərazidən gö tü rülməsi tapşırıqlarını icra etmək dədir. Qrup aşkar edilmiş partlayış təh lükəli əşyaların məhv edilməsi üçün partlayış materialları ilə, ərazidə kəş fiyyat aparılması üçün o cümlədən aşkar olunmuş partlayış təhlükəli əşyaların təxliyə edilməsi üçün xüsusi alət və avadanlıqlarla təchiz edilmişdir. Ərazidə aşkar edilmiş partlayış təh lükəli əşyaların təhlükəsiz daşınması və təxliyə edilməsi üçün xüsusi 10 kq ekvivalentinə qədər partlayışın təsirinə tab gətirə bilən xüsusi konteyner ilə təchiz edilmişir. Qrup fasiləsiz olaraq 24 saatlıq iş rejimində xidmət aparır.

FHN XRXXnin KBRN qrupu təlim prosesində

POLİQON: XRXXnin fəaliyyət istiqamətlərindən biri də kimyəvi, bioloji, radioaktiv və nüvə hadisələri (KBRN) zamanı xilasetmə əməliy yatlarının icrasıdır. Kimyəvi qəzalar zamanı işləyən qrupların, KBRN əməliyyatları necə təşkil olunur?

General Məhərrəm Həsənov:

Kimyəvi qəzalar zamanı daxil olan ilkin məlumata əsasən, Xidmətin Radiasiya və Kimyadan Mühafizə bölmələri hadisə yerinə cəlb olunurlar. Hadisə yerinə cəlb olunan şəxsi heyət kəşfiy yat çılardan, lokallaş dırma, xilas etmə (təxliyə) və mütəxəssis-deqa zator çulardan ibarət 4 qrupa bölü nür. Radi asiya və kimyadan mühafizə bölmə koman diri tərəfindən qəbul edilən qərara əsasən, kəşfiyyat qrupu ətrafa yayılmış kimyəvi maddənin müəyyən edilməsinə uyğun olaraq fərdi mühafizə vasitələri və səyyar kəşfiyyat cihazları ilə təmin edilir. Kəşfiyyat qrupunun əsas fəaliyyət istiqaməti bütün kəş fiy yat məlumat larının qərar gaha ötü rül məsi, çirklənmə zonasında ətrafa dağıl mış kimyəvi (radioloji, bioloji) mad də nin mənbəyinin, adının, miqdarının, qatılığının, ərazinin miq yasının və hadisə yerində zərərçək mişlərin sayı nın dəqiqləşdirilməsindən ibarət dir.

Əməliyyat qərargahına ötü rülən məlumatlara əsasən, lokallaş dırma və xilasetmə qrupları hazırlıq vəziyyətinə gətirilir. Kəşfiyyat qrupu məlumatları ötürdükdən sonra zərər çəkmişlərin qaynar zonadan isti zonaya təxliyəsinə başlayır. Lokallaşdırma qru pu qaynar zonaya çatdıqda isə aşkar edil miş maddənin mənbəyinə müdaxilə edərək zərərsizləşdirmə işlərini təşkil edirlər. Eyni zamanda xilasetmə qrupu zərərçəkmişlərin sayına uyğun olaraq isti zonaya doğru hərəkət edərək çeşidlənmə işlərinə başlayır və təxliyə prosesini isti zonadan soyuq zonaya tərəfyəni zərərsizləşdirmə mey dan çasının qurulduğu əraziyə gətirir. Kəşfiyyat qrupu eyni zamanda lokal laşdırma qrupuna kömək edir və işlərini yekunlaşdıraraq zərərs izləş dir mə mey dançasına gəlir. Zə rər siz ləş dir mə mey dançasında mütə xəssis-deqa za tor çular və mütəxəssis-dezin fektor çular tərəfin dən aidiyyəti üzrə mad də nin neytral laşdırması üçün lazımı məhlul lardan istifadə olunaraq istər zərər çəkmişlərin, istərsə də hadisə yerinə cəlb olunmuş qrupların de qazasiya prosesi heyata keçirilir. Bölmə koman dirinin əməliyyat qərargahına məruzəsi və əməliyyatın prosesinin təhlili ilə əməliyyat ye kunlaşır.

POLİQON: Cənab general, Kino loji Taborun xidmətinə də toxun dunuz, növbəti sualımız bun dan ibarətdir ki, Kinoloji Taborun xidmət hazırlığı necə təşkil olunur və hansı imkanlara malikdir?

General Məhərrəm Həsənov:

Kinoloji Taborumuz Kinoloji Mərkəzdə yerləşdirilmişdir. Kinoloji Tabor itlərin təlimi və tətbiqini əsas dörd isti qamətdə həyata keçirir. Canlı insanların axtarışı: bura əsasən tektonik və təbii fəlakətlər nəticəsində ucqun və dağıntıların altında qalmış yaralı və zərərçəkmiş insanların xüsusi təlim keçmiş itlər vasitəsilə xilas edilməsi, habelə dağ və meşə şəraitində itkin düşmüş insanların axtarışı daxildir. Partlayıcı maddələrin axtarışı: əsasən əllə kustar üsulla hazırlanmış partlayıcı tərkibli əl bombaları və təhlükəli silahsursatların xüsusi təlim keçmiş itlər vasitəsilə axtarışı. Cəsədlərin axtarışı: bu zaman itlər vasitəsilə uçqun və dağıntı altında qalmış cəsədlərin axtarışı təbii fəlakətlər (qar, torpaq altında qalmış) nəticəsində həyatını itirmiş insanların axtarışı həyata keçi rilir. Və nəhayət qoruyucu itlərin hazır lan ması: bu itlərdən əsasən su höv zələrinin qorunmasında mühafizə itləri kimi istifadə olunur. Son zamanlarda Xidmətimiz qar şısın da yeni bir sahə – ərazilərin minalardan təmizlənməsi sahəsi mey dana çıxıb. Burada da minaların axtarışı sahəsi üzrə itlərin yetiş diril məsi artıq başlanmışdır. Biz, həmçinin o sahələr üzrə də kurs keçmək üçün 10 nəfər kinoloqu Türkiyəyə göndər mişik. Hazırda kurs keçmək üçün bizim 2 iti miz və 3 kinoloqumuz Türkiyədədir. Onlar orada 5 aylıq kurs keçib beynəl xalq sertifikat la təmin olun duqdan sonra öz fəaliy yətlərini davam etdirmək üçün ölkəyə qayıdacaqlar. Bu gün də işlərimizin çoxunu bu sahədə aparırıq. Ümumilikdə hər 4 sahədə gündəlik təlimlər keçirilir. Onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, Türkiyə tərəfi bizə 10 ədəd minaaxtaran it hədiyyə etmişdir.

POLİQON: Müsahibənin gedişin də su hövzələrinə toxundunuz, istər dim ki, bu mövzunu bir qədər geniş ləndirək. Su Hövzələrinin Xüsusi Riskli Xilasetmə Taborunun şəxsi

Gən cə şəhərinin Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində dağıntılara məruz qalmış ərazilərində axtarış və xilasetmə işləri həyata keçirilir.

Su Hövzələrin Xüsusi Riskli Xilasetmə Taborunun müasir dalğıc geyimləri və balonları ilə təchiz olunmuş xüsusi xilasetmə qayığı

heyətinin döyüş hazırlığı və istifa dəsində olan avdanlıqlar barə də məlumat verməyinizi istərdik.

General Məhərrəm Həsənov:

XRXX-nin strukturuna daxil olan hərbi hissələrdən biri də Su Hövzələrinin Xüsusi Riskli Xilasetmə Taborudur. Taborun dalğıc vəzifəsində xidmət edən hərbi qulluqçular yuxarıda qeyd et diyim kimi, ölkədaxili və beynəlxalq kurslarda, xüsusilə Türkiyə Respub likasında təlim-tədris proseslərində iştirak etmiş, müvafiq sertifikatlara yiyələnmişlər. Xüsusi su hövzələrindəki mühafizə və xilasetmə işlərini həyata keçirən Əlahiddə Taborumuzda şəxsi heyətlə hovuz məşqləri keçirilir. Ən son müasir dalğıc geyimləri və balonları ilə təchiz olunmuş 7-yə yaxın xüsusi xilasetmə qayığımız vardır. Dalğıclarımız iki hissəyə ayrılır: 20 metrə qədər enən dalğıclarımız, bir də 20 metrdən 60 metrə qədər enən dalğıclarımız. 60 metrə qədər enən dalğıclarımız xüsusi hazırlıq keçdikdən sonra buraxılışı olur. Həftədə 2 dəfədən az olmayaraq barokamera istifadə edir, təzyiq altında məşqlər keçir, hovuzda enmə məşqləri edirlər. Eyni şəkildə Xəzər dənizində xüsusi təyin olunmuş nöqtələrimiz vardır ki, o nöqtələrdə də enmələrimizi həyata keçiririk. FHN-in Xüsusi Riskli Xilasetmə Xid mətinin əsasnaməsi ilə müəyyən edil miş vəzifə səlahiyyətlərinin biri də, öz səlahiyyətləridaxilində strateji ob yektlərin, qurğuların mühafizəsini və bu sahədə digər təxirəsalınmaz təd birlərin həyata keçirilməsidir. Azərbaycan Respublikasının Nazir lər Kabinetinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən, Su Elektrik Stansiyaları və onların suqəbuledici qurğuları istisna olmaqla, Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Xanabad su anbarlarının hidrotexniki qurğularının və eləcə də sutənzimləyici qurğularının mühafizəsi; həmçinin Ceyranbatan su anbarlarının bütövlükdə mühafizəsi Fövqəladə Hallar Nazirliyinin balansına verilmişdir. Sərəncam Prezident İlham Əliyevin tapşırığına əsasən qəbul edilib və məqsəd ölkə ərazisində dövlət əhəmiy yətli su anbarlarının etibarlı müha fizəsinin təmin edilməsi və texniki vəziyyətinə müntəzəm nəzarətin həya ta keçirilməsi, həmçinin onların səmə rəli istismar edilməsi və ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsidir. Fövqəladə Hallar Nazirliyinin stra teji əhəmiyyətli “İzotop” xüsusi kom binatı vardır ki, onun da mühafizəsini bizim N saylı hərbi hissəmizin müha fizəçiləri həyata keçirir. Eyni qaydada Ceyranbatan, Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Xanabad su anbar larının mühafizəsini Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları həyata keçirir. Hazırda işğaldan azad olunmuş Suqovuşan su anbarı da bizim mühafizəmizdədir.

POLİQON: XRXX bu günə qədər çox sayda və önəmli xilasetmə əmə liyyatlarında iştirak etmişdir. O cümlədən Azərbaycanın Tovuz, Gən cə, Bərdə, Tərtər, Mingəçevir şəhər lərini Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində dağın tı la ra məruz qalmış ərazilərdə axtarış və xilasetmə işlərini həyata keçir mişdir.

General Məhərrəm Həsənov:

Onu qeyd edim ki, 44 günlük Vətən müharibəsində Gəncə şəhəri ən çox zərərçəkən şəhərlərin içərisində idi. 2020-ci il oktyabr ayının 11-də və 17də Gəncə şəhərində erməni silahlı qüvvəri tərəfindən atılan raketlər nəticəsində dağıntılar altında qalan vətəndaşaların xilas edilməsi və cəsədlərin çıxarılması əməliyyatlarında Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyətinə rəhbərliyi Xidmətin rəisi, general-mayor Şahmar Paşayev icra edirdi.FHN-in Dövlət Yanğından

POLİQON: XRXX strateji əhəmiy yətli müəssisələrin, qurğu ların və digər obyektlərin müha fizəsinin təşkil edilməsində iştirak edir. O cümlədən Xidmətin Mühafizə Tabo ru respublika ərazisindəki Ceyran batan, Mingəçevr, Şəmkir, Yenikənd, Varvara su anbarlarının müha fi zəsini həyata keçirir. Müm künsə bu haqda danışardınız.

General Məhərrəm Həsənov:

Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Gəncə Regional Mər kəzinin xilasetmə qüvvələri ilə birlikdə XRXX-nin 110 nəfər şəxsi heyəti və 3 ədəd texnikası da bura cəlb olun muşdur. Ümumilikdə adıçəkilən əra zilərdə baş vermiş partlayış nəticə sində Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən 12 nəfər yaralı (4 kişi, 5 qadın və 3 uşaq) və 22 nəfər sakinin cəsədinin (10 kişi və 12 qadın) uçqunlar altından çıxarılaraq aidiyyəti üzrə verilməsi təmin edilmişdir.

POLİQON: Cənab generalmayor, XRXXnin iştirak etdiyi beynəlxalq xilasetmə əməliyyatları barədə də

oxucularımıza məlumat verməyinizi xahiş edirik. General Məhərrəm Həsənov: Bir çox Beynəlxalq xilasetmə əməliy yat larında uğurla iştirak etmişik.Misal olaraq, 2011-ci il 24 oktyabrdan 31 oktyabr tarixinədək, hardasa, 120 nəfərlik heyətlə Türkiyə Respub likasının Van vilayətinin Erciş şəhəri əra zisində baş vermiş zəlzələnin nəticə lərinin aradan qaldırılması əməliy yatlarında iştirak etmişik. Düz 104 saat sonra Kinoloji Taborumuzun yetiş dirdiyi it canlı insanı axtarıb tapmışdı. Ondan 4 saat, yəni zəlzələnin baş verməsindən 108 saat sonra bizim xilasedicilərimizin professionallığı nəticəsinda başqa bir insan tapıb çıxarılmışdı. Bütün bunlar xilas edici lərimizin şücaəti sayəsində idi. Fövqəladə Hallar Nazirliyinin 56 ədəd humanitar yardım maşını Azərbaycan tərəfindən İran üzəri ilə Türkiyə Respublikasına, zəlzələ olan nöqtəyə aparılmışdı. Həmin humanitar yardıma şəxsən özüm rəhbərlik etmişdim. 56 ədəd maşın kalonunun uzunluğu 5 kilometrə yaxın idi. İkinci dəfə isə 30-a yaxın humanitar yardım maşını göndərildi. Biz humanitar yardımımızı 3 gün ərzində Türkiyəyə çatdırdıq. Stresli hallar yaşadıq, çox çətin idi. Həyatımda qarşıma qoyulan tapşırıq lardan ən məsuliyyətlisi idi. Oradakı xilasedicilərimizin, sürü cülərimizin də üzərində böyük məsuliyyət var idi. Hər iki humanitar yardımın aparılmasında, müşahidəsində, mühafizəsində bizim xidmətimiz böyük rol oynamışdı.

POLİQON: Gürcüstanda baş ver miş yanğında da Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti yaxından iştirak etmişdi...

General Məhərrəm Həsənov:

Bəli, Gürcüstandakı qoruq yanğını idi. Gürcüstsan Respublikası hökümətinin 22 avqust 2017-ci il tarixli müraciətinə və Azərbaycan Respub likasının Prezi denticənab İlham Əliyevin tapşırı ğına əsasən, Gürcüstanın Boryomi-Xara qulsk qoruğunda baş vermiş meşə yanğınlarının sön dürülməsində kömək məqsədi ilə FHN-nin xilasetmə qru punun tərkibində XRXX-nin 26 nəfər dən ibarət şəxsi heyəti komplekt ləşdirilmiş xüsusi xilasetmə alət və avadanlıqları, yan ğınsöndürmə vasitə ləri ilə təbii fəlakət zonasına ezam olunmuşdur. Orada xilasedicilərimiz yanğının söndü rülməsində böyük kö mək lik gös tərmişdi. Hətta bir xilas edicimiz orada ağır zədə almışdı və həmin zədə səbəbilə sıralarımızdan tər xis olun muşdu.

POLİQON: Cənab generalmayor, “Günəşli” neft yatağındakı yanğın zamanı zərərçəkmişlərin xilasetmə əməliyyatına da siz rəhbərlik et misiniz.

General Məhərrəm Həsənov:

2015-ci ilin dekabr ayının əvvəlində “Günəşli” neft yatağında baş vermiş partlayış nəticəsində eyni qayıqda olan 30 nəfər suya düşmüşdü. Onlardan 27 nəfəri qayığın içərisində sıxışaraq platformanın altında qalmışdı. Həmin şəxslərin xilas olunması üçün bizə göstəriş gəldi. Mənim qarşıma tap şı rıqlar qoyuldu. 12 xilasedicini seçib xü susi hazırlanmış helikopter ilə partlayış olan yerə endik, qayığın platforma altın da sıxışıb qaldığını görüb məruzə etdim. Qayıq laxlayırdı. Ani bir hərəkət lazım idi ki, qayıq aşağı düşsün. 8-10 metr dalğanın hündürlüyü idi. Platformanın üstündə 4-5 ədəd maye qazla dolu çən də var idi və yanğın o çənləri isidirdi. Orda genişləmə olub partlaya da bilərdi. Bir çən partlasaydı, kimsənin sağ qalmaq ehtimalı yox idi. Biz qərar qəbul elədik ki, qayığın üstündə yuxarıdan deşiklər açaq –böyük kvadrat deşiklər açdıq. Düşdük qayığın üstündəki lüka, lükun qapağını açmaq lazım idi. Xilasedicimiz yuxa rıdan 1, 2 və 3-cü mərtəbəni keçərək ora endi, enəndən sonra da qayığa toxunmadan yavaş-yavaş əyildi, qa pağını açdı, açandan sonra da qayığa toxunmadan qayığın içərisinə girərərək 27 nəfəri xilas etdik. 3 nəfər də platformanın üstündə idi, cəmi 30 nəfər. Onları götürüb gəmiyə minəndən sonra mənəvi rahatlıq tapdım. Ordan hər bir nəfəri çıxardanda belə deyirdik: “xoş gəlmisən”, yəni ki, o biri dünyadan bu dünyaya xoş gəlmisən məsələsi.

POLİQON: Bir insanı xilas etmək bə şəriyyəti xilas etmək hesab olu nur...

General Məhərrəm Həsənov:

Həqiqətən də elədir. Sizə bir xilasetmə əməliyyatını da danışım. 2006-cı ildə Zığda baş vermiş torpaq sürüşməsi nəticəsində 2 nəfər torpağın altında qalmışdı. Birini xilaedicilərimiz tez çıxara bilidilər. İkincisi görünmürdü, amma torpağın altından səsi gəlirdi. Biz qorpağı qazıb onu çıxarmalıyıdıq. Xilasedici ora düşəndə torpaq sürüşdü və xilasedici də sinəsinə qədər qaldı

XRXXnin xilasetmə qrupunun dağıntılar altında qalanları xilasetmə anı

torpağın altında. Mən gəldim çatdım hadisə yerinə və başladıq xilasedicimizi çıxarmağa. Uzun bir müddətdən sonra xilasedicimizi çıxara bilsək də, digər şəxs torpağın altında qalmışdı. Ora düşüb işləmək olmurdu, sağdan və ya soldan torpaqda bir balaca iş görən kimi sürüşürdü. Əməliyyat 4 saat çəkdi. Vəziyyət o qədər mürəkkəb idi ki, göy dən xilasedicimizi başıüstə sallamışdıq aşağı. O, heç yana toxunmadan, xüsusi alət-avadanlıqların köməyi ilətorpağı təmizlədi. Nəticədə uçqun altında qalmış ikinci şəxsi sağ-salamat çıxara bildik. Asan iş deyil bu işlər, çətin işdir, həm də çox şərəfli işdir.

POLİQON: Cənab generalmayor, dəyərli vaxtınızı ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. Sonda əlavə etmək istədiyiniz fikirlər varmı?

General Məhərrəm Həsənov:

44 günlük Vətən müha ribəsində şə hidlər vermişik, onların qarşısında vic da nımız təmiz olsun deyə, işimizi layi qincə yerinə yetirməliyik. Şəhid lərimizə rəhmət diləyir, onların ruhları qar şı sında baş əyirəm. Ali Baş Koman danın atdığı cəsarətli addımların, rəşadətli Silahli Qüvvələrimizin uğurlu əmə liy yat larının nəticəsində tor paq larımız düş mən işğalından azad olundu. Azər baycan Ordusunun, Müzəffər Ali Baş Koman danın sayəsində həqiqətən də millətimiz, xalqımız artıq başı dik gəzir. Bir şeyi istəyirəm biləsiniz, mü haribə bitib, amma bizim müharibəmiz həmişə, hər saat, hər dəqiqə davam edir. Bunun yanğını, sürüşməsi, uçqunu, yol qəzaları və digər hadisələri var. Bu bizim gündəlik müharibəmizdir, biz bununla mübarizə aparırıq. Azərbaycan xalqı bilsin ki, nə qədər Fövqəladə Hallar Nazirliyi var, Xüsusi Riskli Xilasetmə Xidməti var, onlar rahat yata bilərlər. Hər zaman, hər saat, hər dəqiqə harda olursa olsun, biz onların yar dımına gedib xilas edəcəyik. Bizimlə həyat təhlükəsizdir.

Təşəkkür edirik.

- Sağ olun.

This article is from: