4 minute read

“Bayraktar Akıncı” PUA seriyalı istehsalda XƏBƏR

“BAYRAKTAR AKINCI” PUA seriyalı istehsalda

? Zaur Akifoğlu

Advertisement

Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) rəhbərliyi ilə həyata keçirilən layihə çərçivəsində “Baykar” şirkəti tərəfindən yerli və milli imkanlarla hazırlanmış “Bayraktar Akıncı” hücum pilotsuz uçuş aparatının (PUA) seriyalı istehsal mərhələsinə başlanmışdır. Seriyalı istehsal olunan “Bayraktar Akıncı” PUAlarının sifarişçiyə ilk çatdırılmasının 2021ci il ərzində həyata keçirilməsi planlaşdırılır.

Artıq seriyalı istehsal modelinin ilk PUA-ları olan “Bayraktar Akıncı S-1” və “Bayraktar Akıncı S-2” Türkiyənin Çorlu Hava Meydan Komandanlığında yer alan Akıncı Uçuş Təlim ve Test Mərkəzinə çatdırılmışdı. Hazırda sözügedən PUA-ların sınaqları keçirilir. Digər seriyalı istehsal modellərinin inteqrasiya işləri isə Baykar Milli S/PUA Ar-Ge və İstehsal Mərkəzində davam etdirilir.

“Baykar” mütəxəssislərinin sözlərinə görə, şirkət tərəfindən milli və orijinal dizayn, proqram təminatı, avionika və mexanika ilə hazırlanan “Bayraktar Akıncı” pilotsuz uçuş aparatının idarəetmə stansiyasında təxminən 100-ə yaxın kompüter sistemi fəaliyyət göstərir. Havayaqalxma çəkisi 6 tondan çox olan (6,049 kq) “Bayraktar Akıncı” 400 kq daxili və 950 kq xarici olmaqla ümumi 1350 kiloqram faydalı yüşkdaşıma qabiliyyətinə malikdir.

Bükülü qanad quruluşu ilə 20 metr qanad genişliyinə sahib olan aviasiya platforması, eyni zamanda tam avtomatik uçuş nəzarəti və 3 ehtiyat avtopilot sistemi sayə sində yüksək uçuş təhlükəsizliyi təmin edilir. Faydalı yük tutumu sayəsində daşıyacağı milli sursatlarla əməliyyatları icra edə biləcək “Bayraktar Akıncı” qanadlı raketlər atmaq qabiliyyətinə də malikdir. “Baykar” şirkətinin mütəxəssislərinin söz lərinə görə, “Bayraktar Akıncı” hücum PUA-sı TÜBİTAK SAGE və “Roketsan” tərəfindən isteh sal olunan milli sursatlardan MAM-T, MAM-L və MAM-C idarə olunan sursatlar, “Cirit”, L-UMTAS, “Bozok”, SOM, “Gökdoğan” və “Bozdoğan” raket lərindən, MK81, MK-82, MK-83, KGK qanadlı tuşlama dəs tli ilə təchiz edilmiş MK-82 və NEB aviasiya bombalarından istifadə edə biləcək. Bundan başqa, F-16 döyüş təyya rələrinin icra etdiyi bəzi tapşırıqları da yerinə yetirəcək “Bayraktar Akıncı” burun hissəsində yerləşən ASLESAN şirkəti tərəfindən milli olaraq istehsal edilən AESA radarı sayəsində yüksəksezmə bacarığına sahib olacaqdır. ASELSAN-ın AESA radarı, EO / IR kamera, “Beyond Line Sight” peyk əlaqəsi və elektron dəstək sistemləri ki mi kritik yükləri daşıyacaq “Bayraktar Akıncı” inkişaf etmiş süni zəka xü susiy yətlərinə də sahib olacaq. Bundan əlavə, “Bayraktar Akıncı” süni intellekt kompü terləri vasitəsi ilə sensor və üzərindəki kameralardan aldığı məlumatları qeyd edərək, informasiya toplaya biləcək. İnkişaf etmiş süni zəka sistemi topladığı məlumatları emal edərək qərar vermək qabiliyyətinə sahib olacaq. İnsan gözü ilə aşkarlanmayan yer hədəflərini tapa bilən süni zəka sistemi “Bayraktar Akıncı” PUA-nın daha təsirli şəkildə istifadə edilməsini təmin edəcək. Habelə, AESA radarından istifadə edən

“Bayraktar Akıncı” SAR (Sentetik Açıklıklı Radar) vasitəsi ilə pis hava şə ra itində belə şəkillər çəkərək istifadəçiyə ötürə biləcək.

İlk atış sınaqları

İlk uçuşunu 2019-cu il dekabr ayının 6-da edən “Bayraktar Akıncı” PUA-nın Çorlu Hava Meydan Komandanlığının tər ki bində yer alan Akıncı Uçuş Təlim və Test Mərkəzində həyata keçirilən sınaq fəaliy yətləri 3 ədəd prototip ilə davam etdirilir. 2021-ci il aprel ayının 22-də “Bay raktar Akıncı”hücumpilotsuz uçuş aparatının ilk atış sınaqları keçirilmişdir. “Bayraktar Akıncı”Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan MAM-C, MAM-L və ilk dəfə istifadə edilən MAM-T ağıllı sursatları ilə hədəfləri uğurla vurmuşdur. Atış testi üçün havaya qalxmadan öncə apronda gözləyən “Bayraktar Akıncı”PT3 prototipinin qanadı altında yerləşən və ilk dəfə atılacaq MAM-T sursatı Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir, “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar, “Roketsan” şirkətinin İdarə Heyətinin sədri Faruk Yiğit, “Roketsan”ın baş direktoru Murat İkinci, o cümlədən layihədə iştirak edən “Baykar” və “Roketsan” işçi komandaları tərəfindən imzalanmışdır.

MAM-T ilk dəfə nümayiş etdirildi

“Bayraktar Akıncı”PUA-nın ilk atış testi inkişaf etdirilən sursat sahəsində bir ilkə şahid olmuşdu. “Roketsan” şirkəti tərəfindən milli imkanlar hesabına hazırlanan MAM (Mini Ağıllı Sursat) ailəsinin yeni üzvü MAM-T ilk dəfə nümayiş etdirilmişdi. Sınaqlar zamanı MAM-T hədəfi uzaq məsafədən yüksək dəqiqliklə vurmuşdu. Daha yüksək döyüş başlığı effektivliyi və uzun mənzil ehtiyacını ödəmək məqsədi ilə hazırlanan MAM-T Blok-1 konfiqurasiyası həm hərəkətli, həm də sabit hədəflərə qarşı tədbiq edilə bilər. Yüksək dəqiqlik sərgiləyən yeni ağıllı sursat yarı aktiv lazerarayıcı başlıq ilə təchiz edilmişdi. Fərqli platformalara uyğunlaşdırıla biləcək formada dizayn edilmiş MAM-T, 30 kmdən artıq mənzilə sahibdir. Müxtəlif PUAlardan atıla bilən MAM-T sursatı sayəsində suüstü hədəfləri, zirehli və zirehsiz nəqliy yat vasitələrini məhv etmək mümkündür.

Türkiyə aviasiya tarixində yük səklik rekordunu qırdı

İyul ayının 8-də “Bayraktar Akıncı” hücum pilotsuz uçuş aparatı Türkiyə aviasiya tarixində yüksəklik rekordu qırmışdı. Dizayn doğrulama fəaliyyətləri çərçi vəsində Müdafiə Sənayesi Başqanlığı (SSB) və istifadəçi qüvvələrin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən yüksək hündürlük və uzaq məsafə performans testində “Bayraktar Akıncı” PUA 11594 metr (38.039 fut) hündürlüyə yüksəlib və 25 saat 46 dəqiqə havada qalmışdı. Akıncı Uçuş Təlim ve Test Mərkəzindən idarə olunan PUA uzun uçuş fəaliyyəti çərçivəsində 7507 kilometr məsafəni qət etmişdi. Beləliklə, ilk dəfə milli olaraq hazırlanan aviasiya vasitəsi ilə göyüzündə bu yüksəkliyə qalxılmışdı.

1360 kq faydalı yük ilə 13 saat 26 dəqiqə uçuş etdi

İyul ayının 9-da keçirilmiş növbəti sınaqlar çərçivəsində “Bayraktar Akıncı” hücum pilotsuz uçuş aparatının gövdəsi altına TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanmış dəmir-beton sığınacaqları məhv etmək üçün nəzərdə tutulan nüfuz edici bomba (NEB) inteqrasiya edilmişdir. Kütləsi 1360 (3000 lb) kiloqram olan NEB faydalı yük ilə uçuş edən “Bayraktar Akıncı”13 saat 24 dəqiqə müddətində havada qalmışdı. “Bayraktar Akıncı”PUA sınaqlar zamanı güclü performans göstərərək 9.144 metr (30.000 fut) yüksəkliyə qalxmışdı. “Baykar” şirkətinin açıqlamasına görə, “Bayraktar Akıncı” bu günə qədər test və təlim uçuşlarında 874 uçuş həyata keçirmişdir.

This article is from: