8 minute read
> Müharibədən sonra zirehli nəqliyyat vasitələrinin istehsalına baxış ÜZBƏÜZ
Müharibədən sonra zirehli nəqliyyat vasitələrinin istehsalına baxış
?Əhəd Əzizov
Advertisement
Azərbaycanın işğal olunmuş ərazilərin azad edilməsi uğrunda apardığı 44 günlük Vətən müharibəsindən sonra bir çox xarici mütəxəssislər nəinki inkişaf etməkdə olan, həm də ən güclü ölkələrin ordularının taktikasını, əməliyyat sənətini və hətta strategiyasını dəyişdirmək üzrə olan hərbi işlərdə inqilabın baş verməsi barədə danışmağa başlamışlar.
Hər şeydən əvvəl, söhbət döyüş əməliy yatlarında qardaş Türkiyənin texniki və strateji inkişafına əsaslanan Azərbaycan Ordusu tərəfindən pilotsuz uçuş aparatlarının (PUA) kütləvi istifadəsindən gedir. Eyni zamanda dronların müharibə sənətini kökündən dəyişdirəcəyi nə zəriy yəsinin əleyhdarları var. Onların nöqteyinəzərindən Qarabağdakı dronlar yeni bir şey göstərməyib, sadəcə olaraq Türkiyə və Azərbaycan hərbçiləri Ermənistanın hava hücumundan müdafiə (HHM) sisteminin zəifliyindən istifadə edərək dünyaya zəifləri məğlub etməyin inandırıcı mənzərəsini göstərib. Şübhə edənlərin sözlərinə görə, PUA-ların kütləvi istifadəsi güclü düşmənə qarşı nəticə verməyəcək. Bu materialda gələcəkdə baş verə biləcək “dron müharibələri”ndən qorx ma ğın və orduları zirehli nəqliyyat vasi tələri ilə təchiz etməyin məq sədə uy ğun luğuna bir baxış açıqlanmışdır. Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində yeni yüksək texnoloji hərbi PUAların tətbiqi, tanklar, eləcə də piyadaların döyüş maşınları, zirehli transportyorlar, zirehli avtomobillər kimi yerüstü zirehli texnikaları çox
həssas vəziyyətə gətirmiş və onların quru hərbi əməliyyatlarda istifadəsinin effektivliyini şübhə altına almışdır. Azərbaycanın erməni işğalçılarına qarşı apardığı müharibəni təhlil edən bir çox hərbi analitiklər klassik zirehli texnikaların və artilleriya sistemlərinin yeni yüksək texnoloji PUA-lar sayəsində sıxışdırılması məsələsini gündəmə gətirmişlər. Dronların yerüstü texnikaları cərrahi dəqiqliklə vurma qabiliyyəti, onların hərbi əməliyyatlarda istifadəsinin adekvatlığına dair müvafiq düşüncələrə səbəb olmuşdur. Bəzi hərbi analitiklərin fikirlərinə görə, tezliklə bütün ölkələr döyüş PUAlarına sahib olacaq. Artıq dronlar o qədər ucuzlaşmış və istifadəsi o qədər asan laşmışdır ki, yoxsul ölkələr belə bu cür silahlara sahib ola bilirlər. Bu yerdə qeyd etmək lazımdır ki, belə demək olarsa, “tankların lazımsızlığı” haqqında danışıqlar artıq on illərdir davam edir. Bununla birlikdə, zirehli texnika yaşamağa, inkişaf etməyə və planetin bütün əsas ordularının quru qoşunlarının təməli olaraq qalmağa davam edir. Şübhəsiz ki, zərbə PUA-larının meydana çıxması döyüş sahəsindəki zirehli texnikalar üçün təhdidlər siyahısına ciddi əlavədir. Qeyd etmək olar ki, təhdidlər siyahısı onsuz da çox təsiredicidir. Bu siyahıda düşmən tanklarının müxtəlif növ mərmiləri, həm düşmən piyadaları tərəfindən daşınan, həm də digər zirehli texnikalar və aviasiya vasitələrində quraşdırılmış tank əleyhinə idarə olunan raketlər, artilleriya sistemlərindən tətbiq olunan adi və idarə olunan döyüş sursatları, adi və idarə olunan aviasiya bombaları, yaylım atəşli reaktiv sistemlərin raket lərinin xüsusi kaset döyüş başlıqları və müxtəlif növ tank əleyhinə minalar əhəmiyyətli yer tutur. Zirehli texnikalar üçün mövcud olan təhdidlər siyahısını uzatmaq olar, lakin sadalananlara nəzər salmaqla kifayətlənmək olar. Bu təhdidlərə PUAları əlavə etdikdə isə zirehli texnikalara qarşı mübarizənin daha da güclənməsini sezmək olur. Təhdidlər siyahısını baxdıqda hava dan müdafiə olunmayan zirehli texnika ların qısa müddətdə sadəcə məhv oldu ğunu görmək mümkündür. Ancaq hər hansı bir döyüş qarşı tərəflər üçün möv cud güc və vasitələrin kompleks istifa dəsini nəzərdə tutur. Bu səbəbdən, yuxarı dakıların hamısının “tənha tank”a qarşı tətbiq ediləcəyi vəziyyət ya ekzotikadır, ya da tank heyətinin və ona əmr verənlərin aşağı taktiki hazırlığının nəticəsidir. Normal şərtlərdə tank öz piyada bölmələri və digər zirehli texnikalar tərəfindən himayə ediləcək, özlərinin artilleriyası düşmənə qarşı işləyəcək və havadan isə zirehli texnikaları qoşun sistemləşdirilmiş HHM vasitələri örtəcək. Üstəlik, getdikcə inkişaf etdirilən müasir HHM sistemləri və dron əleyhinə
Azərbaycan Ordusunun silahlanmasında yer alan BMP2 piyadanın döyüş maşını.
sistemlər üçün zərbə PUA-ları olduqca asan bir hədəfə çevrilməkdədir. Bununla belə, zirehli texnikaları ucuz dronların hücumlarından qorumaq getdikcə çətinləşir. Bir çox ekspertlərin fikrincə, dronla zirehli texnika arasında toqquşma baş verdikdə radar və aviasiya sistemləri söndürülsə, yuxarıdan gələn zərbələrdən müdafiə nəzərdə tutulmadığından sonuncu asanlıqla məhv edilə bilər. Belə halda dron sürüləri xüsusilə təhlükəlidir. Bu səbəbdən ekspertlər zirehli texnikalardan yeni istifadə üsullarının öyrənilməsinin və müxtəlif müdafiə vasitələri, o cümlədən aktiv qoruma kompleksləri və avtomatlaşdırılmış radioelektron mübarizə sistemləri tətbiq edilməklə hava hücumlarından daha yaxşı qorunmasının zəruri olduğunu hesab edirlər. PUA-ların döyüşün qaydalarını dəyişdirməsi heç kim tərəfindən mübahisələndirilmir. Ancaq zirehli texnikalardan danışarkən, yenə də həqiqət meyarının praktika olduğuna dair qayda rəhbər tutulmalıdır. Təcrübəyə diqqət yetirək. Pilotsuz aviasiya istehsalı sahəsində lider ölkələrin PUA-ların imkanlarını və perspektivlərini ən yaxşı bildiyini düşünmək məntiqlidir. Bu günə qədər lider ölkələrə yalnız istehsal meyarı deyil, həm də döyüş şəraitində əldə edilmiş istifadə təcrübəsi olan ABŞ-ı, İsraili və Türkiyəni aid etmək olar. ABŞ zirehli texnikaları öz arse nalından çıxarmamaqla yanaşı, həm də mövcud parkı təkmilləşdirmək və ekspedisiya əməliyyatları zamanı hərəkətliliyi təmin etmək üçün yeni avianəql edilə bilən yüngül tanklar yaratmaq məqsədilə bahalı tədqiqat işləri aparır. İsrail mütəxəssislərinin fikrinə görə isə tankların gələcəyi onların mürək kəbləşməsində və avtomatlaşdırıl ma sındadır. Yaradılması nəzərdə tutulan yeni nəsil tankların heyəti iki nəfərdən ibarət olacaq. Maşının avadanlıqlarına aktiv qoruma kompleksləri, avto -
BTR80 Zirehli Personal Daşıyıcı
matlaşdırılmış radioelektron mübarizə və döyüş meydanı kəşfiyyat sistemləri daxil olacaqdır. Maşın qabarit ölçülərinə görə daha yığcam və kütləsinə görə daha yüngül olmalıdır. Əsas diqqət zireh qorunmasına deyil, ilk olaraq düşməni aşkarlama və məhvetmə qabiliyyətinə yetirilir. Döyüş PUA-ları sahəsində lider mövqe tutan Türkiyə, həm mövcud tank parkının təkmilləşdirilməsinə, həm də özünün “Altay” milli tankının ya radılmasına dair geniş bir proqramı həyata keçirir. Tank və PUA arasındakı mübahisəni həll edərkən təcrübəsinə diqqət yetirməli olan digər qrup ölkələr isə əsl müharibə təhlükəsi ilə üzləşən dövlətlərdir. Bu ölkələrə Pakistan və Hindistan, Hindistan və Çin, Şimali və Cənubi Koreya, Rusiya və Ukrayna aiddir ki, bu halların heç birində PUA lehinə tanklardan imtina edilməsi müşahidə edilmir. Bu ölkələr ya yeni tankların seriyalı istehsalını həyata keçirir, ya da müxtəlif dərəcələrdə müvəffəqiyyətə sahib yeni nəsil tanklar inkişaf etdirirlər. Diqqəti çəkən ölkələrin üçüncü qrupu həm tank, həm də PUA-lar yarada bilən texnologiya liderləridir. Bu vəziyyətdə ilk növbədə yeni nəsil MGCS (Main Ground Combat System) tankının ortaq layihəsi üzərində işləyən Fransa və Almaniyanı göstərmək olar. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, istehsalçılar bu tankı kiçik kəşfiyyat dronu ilə təchiz etməyi də planlaşdırırlar. Aparılmış təhlillər nəticəsində belə söyləmək olar ki, zirehli texnikaların, artilleriya və raket sistemlərinin, habelə HHM vasitələrinin yenilikləri və təkmilləşdirmələri taktiki dərinliyə də təsir edəcək, onların tətbiq prinsiplərində və taktikalarında ciddi dəyişikliklər olacaqdır. Tank və mexanikləşdirilmiş birləşmələrin istifadəsində heç bir halda azalma olmayacaq, lakin onları döyüş meydanında qorumaq üçün HHM vasitələrinin texniki və taktiki effektivliyi artırılacaq, yeni antidron vasitələri tətbiq ediləcəkdir. Artıq dünyanın bir neçə müasir ordusunda bunun üçün müvafiq həllər tapılıb. Dünyanın istənilən yerində baş verəcək sonrakı müharibələrdə PUAlar artıq bu cür səmərəliliyə sahib olma yacaqdır. Çünki dronların aşkarlanması, onlara qarşı klassik və xüsusi olaraq yaradılmış yeni silah və avadanlıqların köməyi ilə təsir edilməsi sahəsində yeni həllər mövcuddur. Xarici təcrübəyə əsaslanaraq söyləmək olar ki, tank və PUA arasında seçim etməkdən deyil, müxtəliftəyinatlı dronlar və top silahlanmasına sahib ağır zirehli maşınları özündə birləşdirəcək yeni inteqrasiya sistemi yaratmaqdan danışmaq daha düzgün olar. Texno logiyaların miniatürləşdirilməsi isə dronların özlərinin tankın bir hissəsinə çevrilməsinə səbəb olacaq. Əlbəttə ki, bütün bunlar daha bir texniki mürəkkəbləşməyə səbəb olacaq və zirehli texnikaların bahalaşması ilə nəticələnəcək. Müqayisə üçün qeyd etmək olar ki, dünya silah bazarında yeni quruluşa sahib müasir bir tankın qiyməti artıq bir reaktiv təyyarənin qiymətinə yaxınlaşıb. Hazırda Alma niyanın üç ədəd “Leopard” tankı və ya Yaponiyanın “Type-10” tankının qiymə tinə hücum təyyarəsi rolunu oynaya bilən iki ədəd Rusiya istehsalı Yak-130 və ya Çin istehsalı “Hongdu” L-15 təlimdöyüş təyyarəsi almaq mümkündür. Zirehli texnikaların döyüşdə rolu və yeri nəzərdən keçirilərkən, tankların quru qoşunlarının zərbə qüvvəsi olması və qalmaqda davam etməsi, ərazilərin ələ keçirilməsinin heç bir zaman aviasiya və raket kompleksləri tərəfindən deyil, zirehli texnikalar, əsasən də tanklar tərəfindən dəstəklənən və ordunun digər qolları ilə qarşılıqlı əlaqədə olan quru qoşunları tərəfindən həyata keçirildiyi nəzərə alınmalıdır. Zirehli texnikalar genişmiqyaslı (qlobal), regional və yerli qarşıdurmalarda istifadə edilə bilər. Hər birində zirehli texnikalara olan tələblər və onların rolu bir-birindən tamamilə fərqlidir. Qlobal bir qarşıdurmada, yüksək texnoloji silahlara malik düşmənlərin toqquşması zamanı yüksək hərəkətlilik xüsusiyyətlərinə, uzun məsafələrə effektiv atəş etmək bacarığına, müxtəlif məhvetmə vasitələrindən yaxşı qorunma və vahid idarəetmə sisteminə inteqrasiya edilmə imkanlarına sahib zirehli texnikaların kütləvi istifadəsi tələb olunur. Hazırda dünyanın aparıcı ordu larının zirehli texnika parkında çoxsaylı və müxtəlif təyinatlı müasir, eyni zamanda təkmilləşdirilmiş nümunələr mövcuddur. Onların da sırasında ən geniş yayılmışları müxtəlif modifikasiyalı növbəti müasir əsas döyüş tanklarıdır: T-72 və T-90 (SSRİ/Rusiya), “Leopard” (Almaniya), M1 “Abrams” (ABŞ), K2 “Black Panther” (Cənubi Koreya), “Challenger 2” (Böyük Britaniya), AMX-56 “Leclerc” (Fransa), Type 99A2 (Çin), “Ajax” (Böyük Britaniya) və “Arjun Mk.II” (Hindistan). Digər zirehli döyüş maşınları sırasında isə BMP-1/BMP-2/BMP-3 (Rusiya), M2A2/M2A4/M3A3 “Bradley” (ABŞ), “ASCOD” (İspaniya/Avstriya), “Stridsfordon 90” (İsveç), VBCI (Fransa), “Schützenpanzer Puma”/“Marder 1A3”/“Lynx KF41” (Almaniya), “Rosomak” (Polşa) və başqa piyadaların döyüş maşınları özünəməxsus yerini tutur. Zirehli transportyorlardan BTR70/BTR-80/BTR-82A/BTR-90 (Rusiya),
Azərbaycan Ordusunun BMP3 piyada döyüş maşını
“Patria AMV” (Finlandiya), “KTO Rosomak” (Polşa), “SKOV Svarun” (Sloveniya), “Badger” (CAR), “Pansarterrängbil 360” (İsveç), TPz 1 Fuchs/SpPz 2 Luchs (Almaniya), “Boxer” (Almaniya/Niderland), VAB (Fransa), “Azharit” (İsrail), AT105 “Saxon” (Böyük Britaniya) M113/Stryker/EFV (ABŞ) və digər zirehli transportyorlar bir çox ordularda geniş istifadə edilir. Bütün söylənənlərdən irəli gələrək hazırda dünyanın bir çox aparıcı ölkələrində yeni tırtıllı və təkərli zirehli texnika nümunələrinin yaradılması, eləcə də bir çox orduların silahlanmasında yer tutan mövcud zirehli texnikaların döyüş imkanlarının və yeni təhdidlərə qarşı dayanıqlığının yüksəldilməsindən ötrü təkmilləşdirilməsi işləri yerinə yetirilir. Dünyada baş vermiş, o cümlədən 44 günlük Vətən müharibəsindəki son qarşıdurmalarda tanklardan istifadə təcrübəsi göstərir ki, münaqişələrin heç biri tankların ciddi istifadəsi olmadan tamamlanmır. Müasir döyüşlərdə tank lara ehtiyac var və ya yoxdur? Bu sual mütəxəssislər tərəfindən birmənalı şəkildə cavablandırılır: ehtiyac var. Hansı tanklara ehtiyac var? Bu məsələ isə potensial düşmənin təhdidlərinin, texniki təchizatının və müvafiq texniki xü susiyyətlərə malik lazımi sayda tankla ona qarşı durma qabiliyyətinin təhlilini tələb edir. Ümumiyyətlə isə, Qərb analitiklərinə görə, irimiqyaslı tank döyüşləri artıq keçmişdə qalmışdır və indi diqqət yüksək texnoloji müharibələr üçün hazırlanmış daha yüngül zirehli texnika növlərinin inkişafına yönəldilməlidir. Eyni zamanda unudulmamalıdır ki, pilotsuz uçuş aparatları müasir orduların arsenalında qalacaq, lakin onlar müharibələrdə o qədər də əhəmiyyətli bir rol oyna mayacaqlar. Çünki günü-gündən onları təsirsiz hala gətiriləcək yeni vasitələr və avadanlıqlar inkişaf etdirilir. Artıq dronlar zirehli texnikaları, nəqliyyat vasitələrini, artilleriya və raket sistem lərini asanlıqla sıradan çıxara bilməyəcək, lakin bu, müasir döyüşlərdə PUA-ların istifadəsinin azalacağını, həmçinin zirehli texnikaların silahlanmadan çıxarılacağı anlamına gəlməyəcək. Eləcə də müxtəlif ölkələrin aparıcı mütəxəssisləri döyüş meydanında, təkmilləşdirilmiş model lərdən istifadə edərək, müasir çağırışların diktə etdiyi yeni, əvvəllər xarakterik olmayan hərəkət metodlarına yiyə lənməyə davam etməyi planlaşdırırlar. Artıq bir çox ordularda zirehli texnika ların heyətləri blok-postlarda aktiv işləməyi, basqın əməliyyatlarında iştirak etməyi, təxribat qrupları və terror çularla mübarizə aparmağı öyrə nirlər. PQ
Azərbaycan Ordusunun silahlanmasında yer alan T72 və T90 döyüş tankları