20 minute read
MILEX-2021: Sərgidə diqqət çəkən yeniliklər XƏBƏR
MILEX-2021:
Sərgidə diqqət çəkən yeniliklər
Advertisement
?Zaur Babaşov, Rizvan Fikrətoğlu Silah və hərbi texnika istehsalı iqtisadiyyatın ən yüksək texnoloji sahələrindən biridir, eyni zamanda dövlətlərarası münasibətlərin və milli təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Bu baxımdan müasir dünyada diqqət çəkməyi bacaran müdafiə sənayesi sərgiləri yalnız texnoloji çəkiyə malik deyil, həm də dövlətlərarası münasibətlərin qurulmasında böyük əhəmiyyət daşıyır.
23-26 iyun 2021-ci il tarixlərində Belarus Respublikasının Minsk şəhərində keçirilmiş “MILEX-2021” 10-cu Bey nəlxalq Silah və Hərbi Texnika sərgisi bir çox yeniliklərlə müşahidə olundu. Bu, Belarusda koronavirus pan demi yasının yaratdığı məhdudiyyətlərin tətbiqindən sonra ölkədə keçirilən ilk böyük beynə l xalq tədbir oldu.
POLİQON jurnalı “MILEX-2021” sərgisini dərindən izləmiş və bu barədə yenilikləri Azərbaycan ictimaiyyətinə təqdim edir. Ümumiyyətlə, MILEX sərgisi həmişə yüksəksəviyyəli təşkilatçılığı, uğuru və xarici tərəfdaş ölkələrin ona olan marağı ilə seçilmişdi. Şərqi Avropa bölgəsindəki ən böyük ixtisaslaşdırılmış müdafiə sənayesi sərgisi hesab olunan MILEX-də başda Belarus olmaqla müx təlif ölkədən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkət və dövlət müəs sisələri iştirak edərək öz məhsullarını sərgiləmişdir. Sərgidə əsas ağırlıq Bela rusun müdafiə sənayesi şirkətlərinin payı na düşmüşdür.
MSN rəhbərliyi MILEX sərgisinə qatılıb.
Ümumilikdə Belarus, Rusiya, Çin, Türkiyə və Özbəkistandan 150 müdafiə sə nayesi şirkəti öz ekspozisiyalarını “Minsk Arena” Kompleksində nümayiş etdir mişdir. Sərgidə Belarus 119 şirkət, Rusiya 27 şirkət, Çin 2 şirkət, Türkiyə 1 şirkət, Özbəkistan Müdafiə Sənayesi üzrə Dövlət Komitəsi ilə təmsil olunmuşdur.
Müasir silah və hərbi texnika mo dellərinin nümayiş olunduğu sərgidə Azərbaycan da daxil olmaqla 21 ölkədən 31 rəsmi nümayəndə heyəti iştirak etmişdir. Azərbaycanı müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nüma yəndə heyəti təmsil etmişdir. Görüş lər zamanı Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə müvafiq qurumlar arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf
etdirilməsi və yeni birgə layihələrin real laşdırılması istiqamətində müzakirələr aparılmışdır.
Sərginin məqsədi
Sərginin əsas məqsədi dünya icti maiyyətinə Belarus müdafiə səna yesinin məhsullarının daha geniş şəkildə nümayiş etdirmək, Belarus müdafiə səna yesinin son nailiyyətləri ilə tanış etmək, müxtəlif ölkələrdən sərgiyə gələnlərə texnologiya sahəsindəki son inkişafları əyani göstər mək, hərbi mo dernləşdirmə ilə məşğul olan müəs sisələrin imkanlarını sərgilə məkdən ibarət idi.
Sərgidə ənənəvi olaraq hökumət nü mayəndə heyətləri, Belarus hərbi texnika və silah ixracatçıları və idxalçıları olan ölkələrin hərbi və müdafiə sənayesi ida rələrinin rəhbərləri, ekspert və işgüzar dairələrin nümayəndələri iştirak et miş dilər. Ölkənin ən böyük sərgi kompleksi olan “Minsk-Arena” silah sistemlərinin bir sıra inkişaf sahələrində xarici həmkarları ilə rəqabət apara bilən Belarus silah mü təxəssislərinin modern inkişafları da daxil olmaqla geniş eksponatlar nümayiş etdirə bilmişdi. Burada təqdim olunan bir çox silah və hərbi texnika nümunələrinə yüksək keyfiyyəti, eti barlılığı və texniki xüsusiyyətləri sayəsində dünya bazarında tələbat olduğu və bunların Belarus mü da fiə sənayesinin ixrac potensialının artırıl masına kömək etdiyi bildirilmişdir.
PUA-lara maraq böyükdür
Sərgidə Belarus müdafiə sənayesi müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlardan silah və hərbi texnika modelləri, yeni nəsil hərbi texnika prototipləri, müasir hərbi coğrafi in formasiya sistemləri, quru qoşunlarının xüsusi əməliyyatları üçün hərbi sistemlər, həssas silahlara qarşı müdafiə sistemləri, pilotsuz uçuş aparatları (PUA), raket və top sistemləri, kiçikölçülü silahlar, o cümlədən aşağı və ortamənzilli hava hücumundan müdafiə sistemləri, yüksək texnoloji avadanlıq və sistemlər, müxtəlif kalibrli sursat və xüsusi kimyəvi maddələr, habelə elektro-optik avadanlıq və sistemlər, kimyəvi və bioloji qorunma üçün avadanlıq və alətlər, qoşunlar üçün texniki vasitələr və dəstək sistemləri, informasiya sistemləri və məlumatların qorunması sistemləri, aviasiya və kosmik sistemlər, aviasiya texnologiyaları, navi qasiya sistemləri və avtomatik idarəetmə sistemləri, ikili istifadə avadanlıqları və texnologiyaları və s. nümayiş etdiril mişdir.
140 milyon dollarlıq 12 ixrac müqaviləsi
Belarus Respublikası Dövlət Hərbi Sənayesi Komitəsinə daxil olan şirkətlər tərəfindən sərgidə ümumilikdə 334 adda silah və hərbi texnika nümunəsi nümayiş etdirilmişdir ki, onlarında 177 ədədi yeni məhsullardır. Sərgidə ilk dəfə nümayiş etdirilən məhsulların əksəriyyəti artıq Belarus Silahlı Qüvvələrində xidmətdədir, bir neçəsi sınaqdan keçirilmişdir. Belarus rəsmiləri qonaqların yeni məhsullarla maraqlandıqlarını qeyd ediblər. Onlar xüsusilə PUA-lara və zirehli personal daşıyıcılarına maraq göstəriblər. Ümu milikdə Belarusun Hərbi Sənaye Komitəsi tərəfindən idarə olunan müəssisələr 140 milyon ABŞ dolları dəyərində 12 ixrac müqaviləsi imzalamışdır.
“Hunter” pilotsuz helikopteri
Sərgidə maraqla qarşılanan yeni məh sullar arasında Belarusun “Bel te xeksport” şirkətinin hazırladığı heli kopter tipli “Hunter” pilotsuz uçuş aparatı daha çox diqqət çəkmişdi. Kəşfiyyat-müşahidə və zərbə xarakterli “Hunter” PUA uzaqdan idarə olunan döyüş modulu ilə silah landırılmışdır. Döyüş moduluna “Kalaş nikov” PKMT pulemyotu inte qrasiya edilmişdir. Döyüş modulunun sursat de posu 550 patron tutumuna malikdir. Bundan başqa “Hunter” PUA iki raket buraxıcı qurğuda səkkiz idarə olunmaz raket ilə komplektləşdirilmişdir. İnfraqır mızı kameraya sahib pilotsuz helikopterə sabitləşdirilmiş elektro-optik sistemi quraşdırılmışdır. Kütləsi 700 kq, faydalı yükünün kütləsi 200 kq, yanacaq təchizatı 180 litr, rotorun diametri 7 metr, uçuş müddəti 5 saata qədərdir.
“Hunter” pilotsuz helilkopteri
“KirasaM” kiçikbazalı diferensial məsafəölçmə kompleksi
UBAK PUA-ları
Bundan başqa, “MILEX-2021” sərgisində Belarusun “558-ci Aviasiya Təmiri Zavodu” ASC tərəfindən iki yeni pilotsuz uçuş aparatı (PUA) nümayiş etdirilmişdir. Təqdim olunan PUA-lardan biri ümumi çəkisi 12 kiloqram olan UBAK-25 “Çekan” adlanır. 25 kilometr uçuş məsafəsinə malik PUA 2-3 kiloqram ağırlığında döyüş başlığı ilə təchiz edilmişdi. PUA-nın kamikadze tipli ol du ğu bildirilmişdir. “558-ci Aviasiya Təmiri Zavodu” tərəfindən sərgilənən ikinci PUA 70 kilomter uçuş məsafəsinə malik UBAK-70 “Lovçiy” adlı piloptsuz uçuş aparatıdır. UBAK-70 “Lovçiy” PUA-nın maksimum döyüş yükü 20 kilo qramdır.
Yeni “Berkut”un imkanları artırılıb
Belarus sərgidə “Berkut” uçan hədəf sisteminin yeni modifikasiyasını da təq dim etmişdir. Belarusun “Beltexeksport” şirkəti tərəfindən hazırlanan “Berkut” reaktiv mühərrikli uçan hədəf sisteminin yeni modifikasıyasının sələfi ilə mü qa yisədə uçuş sürəti artırılaraq 600 km/saata çatdırılmışdır. Yeni “Berkut”un çəkisi 40 kiloqramdır və bir saata qədər havada qala bilir. “Beltexeksport” mü təxəssislərinin sözlərinə görə, məhsulun yaradılmasında qabaqcıl texnologiyalardan istifadə edilmişdir. Yeni “Berkut” yüksək aero dinamik xüsu siyyətlərə malikdir. Hədəfin enişi daxili paraşüt sistemindən istifadə etməklə həyata keçirilir. Qeyd edək ki, bundan əvvəlki “Berkut-VM” uçan hədəf sisteminin çəkisi 35 kq, sürəti 450 km/ saat, uçuş müddəti 30 dəqi qədir.
PUA əleyhinə “Qroza-Z1” mobil sistemi
Minskdə keçirilmiş “MILEX-2021” beynəlxalq sərgisində ilk dəfə Belarus Respublikasının Hərbi Səna ye Komitəsinə daxil olan “KB Radar” şirkəti tərəfindən obyektlərin pilotsuz uçuş aparatlarından (PUA) qorunması üçün təyin edilmiş “Qroza-Z1” mobil sistemi nümayiş et dirilmişdir. Şirkət mütəxəssislərinin söz lərinə görə, “QrozaZ1” mobil sistemin hazırlanması və istehsal prosesi başa çat dırılmışdır.
Sistem ən çox yayılmış PUA-ların işlədiyi tezliklərə avtomatik olaraq nəzarət edir. PUA-lar görünəndə sistem onların siqnallarını tanıyır və idarəetmə kanal larını, məlumat ötürülməsini və navi qasiyanı avtomatik olaraq susdurur. Göstərilən təsir nəticəsində PUA ya düşür, ya təcili eniş edir, ya da “evə” qayıdır. Bundan başqa, sistemin əhəmiyyətli üstünlüyü onun PUA üçün uçuşa qadağan zonası yaratmaqdan ötrü yanıltıcı navi qasiya müdaxiləsini qurmaq qabiliyyətidir. Sistemin PUA aşkaretmə məsafəsi 2 kilometrə qədərdir. İdarəetmə və məlumat ötürmə kanallarının susdurulma məsafəsi 500 metrdən az deyil, naviqasiyasön dürmə məsafəsi 2 km-dən az deyil, yanıltıcı naviqasiyayaratma məsafəsi 10 km-ə qədərdir.
Sistem mobilliyi artırmaq və istifadə nöqtəsinə sürətli çatdırılmaqdan ötrü istənilən avtomobil şassisinə quraşdırıla bilər. PUA-lara qarşı iş həm dayanacaqda, həm də hərəkətdə olan zaman həyata keçirilə bilir ki, bu da yalnız stasionar obyektlərin qorunmasını deyil, həm də nəqliyyat karvanlarının təhlükəsizliyini təmin etməyə imkan verir.
“KB Radar”dan daha bir yenilik
“MILEX-2021” sərgisi zamanı “KB Radar” şirkəti tərəfindən təqdim olunan daha bir yeni məhsul pilotsuz uçuş aparatlarının 3D-mövqelənməsi və tanın ması üçün təyin edilmiş “Kirasa-M” kiçik bazalı diferensial məsafəölçmə kompleksi olmuşdur. Qeyd edildiyi kimi, kompleks, PUA-nın məlumatötürmə siqnallarına əsas lanaraq aşkarlanması, identifikasiyası, tanınması və 3D-mövqeləndirilməsi üçün nəzərdə tutulmuşdur.
Kompleks, diferensial məsafəölçmə metoduna əsaslanan passiv rejimdə PUAları aşkarlayır. Passiv iş rejimi sayəsində kompleks hissedilməz şəkildə işləyir, ətrafdakı infrastruktura maneə yaratmır, hətta hava limanlarının ərazisində də sə mərəli və təhlükəsiz istifadə edilə bilər. “Kirasa-M” PUA-lara qarşı elektron mü barizə vasitələri ilə yanaşı, hava hədəf lərini radiolokasiya və optik aşkaretmə vasitələrinə də qoşula bilir.
Kompleks 400-6000 MHs tezlik diapazonunda işləyən PUA-ları aşkar edə bilir. PUA-nı aşkaretmə məsafəsi 3 km-dir, PUA-nın uçuş hündürlüyünün təyin edil məsi isə onun kompleksə 1,5 km məsa fəyədək yaxınlaşdıqda mümkündür.
“Berkut” uçan hәdәf sistemi
Şirkət mütəxəssislərinin sözlərinə görə, “Kirasa-M” kompleksi hazırda işlə rini tamamlayaraq sınaqlara başla mış dır.
Yeni BTR-V2 maraqla qarşılanıb
Belarusun “Minsk təkərli dartıcılar zavodu” (MZKT) 23-26 iyun tarixlərində Minskdə keçirilmiş MILEX-2021 beynəl xalq sərgisində yeni hazırladığı 8×8 təkər formullu BTR-V2 zirehli transportyorunu nümayiş etdirmişdir. Yeni maşın Belarus Müdafiə Nazirliyinin maraqları çərçivə sində hazırlanmışdır və gələcəkdə ordunun silahlanmasında olan BMP-1, BMP-2, BTR-70, habelə BTR-80 kimi döyüş maşınlarını əvəz edə bilər.
BTR-V2 zirehli transportyoru üçün prototip qismində Rusiya istehsalı BTR82A-dan istifadə edilmişdi. Yeni döyüş maşını müasir zirehli nəqliyyat vasitələri üçün tələblər nəzərə alınaraq və Belarus komponentlərindən maksimum istifadə olunmaqla yaradılmışdır.
Ümumi kütləsi 19.900 kiloqram olan döyüş maşını 550 at gücünə malik 6 silindirli “Weichai Power” WP13.480А0 dizel mühərriki və 6 pilləli hidromexaniki sürətlər qutusu ilə təchiz edilmişdir. Asfaltbeton örtüklü şosedəki maksimal hərəkət sürəti saatda 110 km-ə, suda maksimal üzmə sürəti isə saatda 10 km-ə bərabərdir. Heyəti üç nəfər, desant 8 nəfərdir. Atıcı silahlardan və kütləvi qırğın silahlarından qorunmaya malikdir.
Məmulat istənilən məqsədlər üçün zirehli transportyor yaratmaqdan ötrü istifadə edilə biləcək universal plat formadır. Döyüş tapşırıqlarını həll etmək üçün zirehli transportyor kifayət qədər təsirli standart atəş vasitələrinə malikdir. Zirehli transportyorun baza variantında 30 mm-lik 2A42 avtomatik toplu, qoşalaşdırılmış 7,62 mm-lik PKT pulemyotlu və TƏİR kompleksi olan döyüş modulu quraşdırılmışdı. Bununla belə, silahlanma sifarişçinin istəyindən asılı olaraq dəyişdirilə, uzaqdan idarə olunan döyüş modulunun və ya digər silahların quraşdırılaması təmin edilə bilər.
“Ximera” kəşfiyyat maşını
Bearusun “Aqat” elektromexanika zavodu tərəfindən hazırlanmış “Ximera” adlı yeni radiasiya, kimyəvi və bioloji kəşfiyyat maşınının prototipi ilk dəfə “MILEX-2021” beynəlxalq silah və hərbi texnika sərgisində təqdim edilmişdir. “Aqat” mütəxəssislərinin sözlərinə görə, Belarus Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji təhdidlərə qarşı eh tiyac larını qarşılamaq məqsədilə hazır lanan “Ximera” maşını taktiki-texniki xüsusiy yətlərinə görə, analoqlarından xeyli üstün olacaq. Yeni maşın qamma radiasiya mənbələrinin istiqamətini axtara və təyin edə, zəhərli kimyəvi maddələri və bioloji patogen məhsulları aşkarlaya biləcək. “Ximera” kəşfiyyat maşını “Kayman” zirehli transportyorunun şassisi üzərində quraşdırılmışdır.
ADUNOK BM-30 döyüş modulu
Belarusun “Displey” Konstruktor Bürosu “MILEX-2021” sərgisində özü nün yeni ADUNOK BM-30 döyüş modulunu nümayiş etdirmişdir. 30 mm-lik topa sahib yeni döyüş modulu “Displey” tədqiqat və istehsalat müəssisəsinin perspektivli layihələrindəndir. Zirehli trans portyorları və piyadaların döyüş maşın larını təchiz etmək üçün nəzərdə tutulub. Modul, motoatıcı, habelə piyada bölmələrinin atəş gücünü artırmaqdan ötrü perspektivli və təkmilləşdirilmiş zirehli döyüş maşınlarına da quraşdırıla bilər.
PUA əleyhinə “QrozaZ1” mobil sistemi
Əsas silah olan 30 mm-lik 2A42 və ya 2A72 avtomatik topu ilə bir dəst 7,62 mm-lik PKT tank pulemyotu qoşa laşdırılmışdır. ADUNOK BM-30 döyüş modulu, hava hədəflərinə atəşetmə imkanı sayəsində zirehli döyüş maşınlarının tətbiq dairəsini genişləndirməyə imkan verir. 75 dərəcəyə qədər şaquli qalxma bucağı, 360 dərəcə dönmə bucağı və dəqiqədə maksimal 550 atəş tempi sayəsində döyüş mo dulu kiçik pilotsuz uçuş aparatlarını (PUA), aşağı hün dürlükdə uçan təyyarələri və heli kopterləri, eyni zamanda yüngül zirehli texnikalarla səhra istehkamlarını məhv etməyə qadirdir.
ADUNOK BM-30 döyüş modulunun atəş məsafəsinin ölçülməsi 6500 m-ə qədər, hədəfləri məhvetmə məsafəsi 4000 m-ə qədərdir. Döyüş dəstinə 30 mm-lik 2A42/2A72 avtomatik topu – 300 atəş yığımı, 7,62 mm-lik PKT pulemyotu –2000 patron daxildir. ADUNOK BM-30
döyüş modulunun kütləsi silahsız 1120 kq, silahla 1380 kq-dır.
RPQ “Sapfir” çoxfunksiyalı qumbaraatan
“MILEX-2021” sərgisində “Belspetsvneshtekhnika” Dövlət Xarici Ticarət Unitar Müəssisəsinin (DXTUM) sten dində RPQ “Sapfir” çoxfunksiyalı qumbaraatan kompleksi təqdim olunmuşdu. Kompleks, atəş dəqiqliyini əhəmiyyətli dərəcədə artıra və sursatların qiymətini azalda bilən çoxməqsədli döyüş başlığı (DB) və rəqəm sal atəşi idarəetmə cihazı (AİC) ilə təchiz olunmuş, idarə olunmayan qumbaralı yüngül qumbaraatandır.
Müasir düşmən əsas döyüş tankları, zi rehli, yüngül zirehli və zirehsiz hə dəf lərlə mübarizə aparmaq, bun kerlərdə, uzunmüddətli atəş nöqtələrində, yüngül səhra tipli sığınacaqlarda, şəhər və kənd tipli tikililərdə yerləşən, həmçinin fərdi müdafiə vasitələri (zirehli jiletdə) olan canlı qüvvəni məhv etmək üçün təyin edilmişdir.
Kompleksin ölçüləri və çəkisi əs gərin əlaqə yolları boyunca asanlıqla hərəkət etməsini və istənilən hərbi nəq liyyat vasitəsinə yüklənməsini təmin edir. Qumbaraatanın fərqli bir xüsusiyyəti, kiçikçaplı və reaktiv qumbaranın hamar bir şəkildə hərəkətə başlaması (startı) sayəsində kiçikölçülü qapalı məkanlardan atəş açmaq imkanıdır. Nəticədə 60 mm çapda yaradılmış kompleks nəinki effek tivliyinə görə 90-105 mm-lik qumbaralardan geri qalır, hətta nişangah məsafəsində onları keyfiyyətcə üstələyir. 60 mm çapı qumbaranın nəqletməburaxma konteyneri (NBK) ilə birlikdə kütləsi 4 kq, NBK uzunluğu 750 mm-dir. “Sapfir” çoxfunksiyalı qumbaraatanın düzünə atış məsafəsi 150 m, maksimal nişangah atış məsafəsi 400 m, maksimal atəş məsafəsi 1000 metr təşkil edir.
Hazırda kompleks 2021-ci ilin iyul ayında tamamlanması planlaşdırılan atəş sınaqlarından keçir.
ADUNOK BM30 döyüş modulu “Ximera” kәşfiyyat maşını
“Sapfir” çoxfunksiyalı qumbaraatan
“Trio” ZRK
“Trio” yaxın mənzilli ZRK
Belarusun “BSVT – Yeni Tex nologiyala” şirkəti sərgidə yeni “Trio” yaxınmənzilli zenit raket kompleksini (ZRK) nümayiş etdirmişdir. Şirkət mütəxəssislərinin sözlərinə görə, BSVT təşəbbüs qaydasında yüksəkdəqiqlikli silah lara və pilotsuz uçuş aparatlarına təsirli şəkildə müqavimət göstərə bilən universal hava hücumundan müdafiə sistemlərinin yaradılması üçün müasir konsepsiyaları nəzərə alaraq, “ASILAK” yüngülzirehli avtomobil bazasında “Trio” yaxınmənzilli zenit raket kompleksini yaratmışdır.
Bildirilib ki, layihələndirmə işlərinin gedişatında yalnız iki növ sursatla –təkmilləşdirilmiş R-60-NT qısamənzilli aviasiya idarəolunan raketi və 9M37M zenit idarəolunan raketin ilə atəş edə bilən universal döyüş modulu deyil, həm də akustik və optik kəşfiyyat sistemləri yaradılır. R-60-NT raketi təkmilləşdirilmiş və yeni idarəetmə sistemi tətbiq edilmişdir. Raket infraqırmızı, lazer və teplovizual tipli özütuşlanma başlıqları ilə təchiz edilə bilir.
Yeni zenit-raket kompleksi bort na viqasiya və səmtləşmə kompleksi, məlu matların qəbulu və ötürülməsi avadanlığı, həmçinin “Alyans” avtomatlaşdırılmış idarəetmə sisteminə (AİS) inteqrasiya olun muş rabitə və idarəetmə sistemləri ilə təchiz edilmişdir. Dəstəklənən radiotexniki bölmələrdən və yuxarı komanda mən təqəsindən aşkarlanan və alınan hədəflər haqqında məlumatlar real vaxtda işlənir və “Trio” ZRK atəş vasitələrinə hədəf göstərmə məlumatı kimi verilir.
Bundan başqa, ZRK fəza yarım kürəsinin müəyyən hissəsini avtomatik olaraq müşahidə edən, televiziya modul larından alınan məlumatları işləyən, aşkar edilmiş obyektləri tanıyan və identifikasiya edən “Sokol” 360 dərəcəlik dairəvi optik müşahidə və lokasiya sis te minə malikdir, hava vəziyyətini hesablayır və qurur və sonradan onu tabeli döyüş maşınlarına və mərkəzi idarəetmə mən təqəsinə ötürür.
Kompleksin tərkibinə kəşfiyyat va si tələri ilə təchiz edilmiş səyyar ida rə etmə məntəqəsi, 4 ədəd döyüş maşını, nəq letməburaxma konteynerində R-60-NT və ya 9M37M zenit idarə olunan raketi (4 ədəd 1 döyüş maşınında) daxildir. Komleksin hədəfi aşkaretmə məsafəsi passiv optik radarla 2,3×2,3 m ölçülü hədəfi 20 km, 0,3×0,3 m ölçülü hədəfi 2 km, “Strij-M” optik-elektron sistemi ilə 15 km, akustik stansiya ilə 3 km təşkil edir. “Trio” ZRKnin hədəfi məhetmə məsafəsi 8 km, hədəfi məhvetmə yüksəkliyi isə 5 km-dir.
“Vistl” robotlaşdırılmış YARS
“MILEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika Sərgisi zamanı Belarus müdafiə sənayesi şirkətlərinin isteh salı olan müxtəlif versiyada yaylım atəşli reaktiv sistemi (YARS) sərgi lənmişdir.
Belarusun “Belspetsvneştexnika” Dövlət Xarici Ticarət Unitar Müəssisəsi tərəfindən hazırlanan “Vistl” robot laşdırılmış YARS kompleksi ilk dəfə “MILEX-2021”də nümayiş etdirilmişdi.
“Vistl” YARS qısamənzilli silahdır və dönər platforma ilə təchiz edilmiş pilotsuz yerüstü az gözəçarpan döyüş maşınıdır. Kompleks 57 mm-lik S-5 raket lərinin atılması üçün 18 isti qamət ləndirici borular paketi ilə təchiz olun muşdu. Döyüş maşını yerindən 4000 m-ə qədər məsafədə yerləşən düşmənin canlı qüvvəsinə, zirehli və zirehsiz hədəflərə qarşı effektiv atəş aparmaq üçün təyin edilmişdir. Döyüş robotunun idarə olun ması radioelektron mübarizəyə qarşı patentləşdirilmiş texno logiyaya əsaslanan etibarlı radiokanal vasitəsi ilə uzaqdan həyata keçirilir.
Döyüş modulunda yerləşən əvvəlki “Qraç” optik-elektron sistemini (OES) əvəz edən daha mükəmməl “Çij-D” OES, fərqli görmə sahələrinə sahib termal və televiziya kameraları ilə, həmçinin lazer məsafəölçmə cihazı ilə təchiz edilmişdir. Bu sistem və cihaz sayəsində robot laşdırıl mış “Vistl” YARS kompleksi 3300 m-dən çox məsafədə yerləşən böyük zirehli hədəfləri aşkar edə bilir.
Kompleks “Alyans” vahid avto mat laşdırılmış idarəetmə sisteminə inteqrasiya olunmuşdur ki, bu da “Vistl” robot laş dırıl mış YARS-ı digər robot platformaları ilə birlikdə eyni stasionar obyektdə yerləşən idarəetmə mərkəzindən bir kompleksdə istifadəsinə imkan verir.
“Vistl” YARS universal nəqliyyat plat forması “Berserk” robot atəş kompleksinin şassisi ilə eynidir və döyüş mod-
“Vistl” robotlaşdırılmış YARS
122 mmlik “Şkval” YARS
ulu avtonom atəş nöqtəsi kimi tırtıllı platformadan ayrı istifadə edilə bilər. “Vistl” kompleksi öz mövqeyini, isti qamətini (kursunu) və yan əyilməsini təyin edə bilir, həmçinin tuşlama bucağını və atışın istiqamətini hesablayan intellektual sistemlə təchiz edilmişdir. Kompleksin iki idarəetmə rejimi var – koordinatlar üzrə (bağlı atəş möv qe lərindən atış üçün istifadə olunur) atəş və müşahidə olunan hədəflərə atəş.
“Vistl” robotlaşdırılmış YARS kompleksi “Çij-D” optiko-elektron stansiya, C-5idarə olunmayan raketi ilə dəs t ləşdirilmişdir. Kütləsi 2200 kq təşkil edən YARS kompleksinin batareyasının işləmə müddəti 24 saatdır. Hibrid güc qurğusu ilə təchiz edilən “Vistl”in maksimal hərəkət sürəti 5 km/saat, yanacaq üzrə gediş ehtiyatı 30 km təşkil edir. Kompleksin LOS idarəetmə məsafəsi, şəhər şəraitində 2000 metr, açıq ərazilərdə 5000 metrdir.
“Şkval” YARS
“MILEX-2021” sərgisi çərçivəsində Belarusun “Volatavto” şirkəti yeni məhsul nümunələrini sərgiləmişdir. Bu məhsullar sırasına 122 mm-lik “Şkval” yaylım atəşli reaktiv sistemi (YARS) də daxildir. Yeni “Şkval” YARS Ural-432007 avtomobilinin şassisinə yerləşdirilmişdir, döyüş maşı nın da Belarus istehsalı olan isti qamətləndirici borular, həmçinin müasir rabitə və məlumatötürmə sistemi quraş dırılmışdı ki, bu da sistemin atəş möv qeyində qalma müddətini əhəmiyyətli dərəcədə azaltmağa və müasir döyüşdə sağqalma qabiliyyətini artırmağa imkan verir. İstehsalçının sözlərinə görə, 122 mm-lik “Şkval” YARS yalnız BM-21 “Qrad” YARS-ın müxtəlif modi fika siyalarında istifadə olunan döyüş sursat larından deyil, eyni zamanda Belarusun “Dəqiq elektromexanika zavodu” tərə findən təkmilləşdirilmiş 122 mm-lik reak tiv mərmilərdən də istifadə edə biləcək.
BM-21B “BelQrad-2” YARS
Sərgidə ilk dəfə olaraq Belarusun “Radioelektron silahların təmiri üzrə 2566-cı zavod”u tərəfindən yaradılan BM-21B “BelQrad-2” yaylım atəşli reaktiv sis temi (YARS) nümayiş etdirilmişdir. BM-21B “BelQrad-2” YARS, 6×6 təkər formul lu MAZ-6317 şassisində yerləş dirilmişdir.
Qeyd edək ki, sərgidən əvvəl BM-21B “BelQrad-2” yaylım atəşli reaktiv sistemin sınaq nümunəsinin dövlət sınaqları keçirilmişdir.
ÇinPUA-ları MILEX-də
Çinin müdafiə sənayesi şirkətlərinin “MILEX-2021” sərgisində nümayiş etdir diyi məhsullar arasında əsas üstün lüyü müx təlif tipli pilotsuz uçuş aparatları tutmuşdur. Dünya hərbi sənayesini kopya lamaqda davam edən Çin sərgidə yerli institutlardan birində yaradılmış WS-43 adlı süzən sursatını sərgiləmişdir. Çinin “Aerospace Long-March International Trade Co Ltd” (ALIT) dövlət şirkətinin stendində nümayiş etdirilənWS-43 süzən sursatı 20 kq döyüş başlığına malikdir. Havada 30 dəqiqə qala biləcən WS-43 60 km məsafədə hədəflərə dəqiq zərbələr endirməyə imkan verir.
Əsasən CH PUA ailəsinin məhsul larını tanıdan ALIT şirkəti sərgini ziyarət edənlərə CH-3, CH-4, CH-91, CH-901 PUA versiyalarının təqdimatını keçirmiş dir. Nümayiş etdirilən CH-4 döyüş pilotsuz uçuş aparatının təkmilləşdirilmiş yeni versiyası öz sələfindən daşıdığı silah və sursatların daha çox çeşidi və yükqaldırma qabiliyyəti ilə fərqlənir. Bundan başqa, PUA lazer və infraqırmızı (IR) terminal vasitəsi ilə yönləndirilən bombaların tətbiqi ilə əlaqədar yeni elektro-optik kom plekslə təchiz edilmişdir.
CH-4 PUA-nın təkmilləşdirilmiş versiyasının silahlanmasına 2 ədəd 50 kqlıq LGB (lazer yönləndirməli bomba), 2 ədəd 100 kq-lıq LGB, 100 kq-lıq GPS idarəli bomba, 100 kq-lıq GPS idarəli süzən bomba, 50 kq-lıq GPS idarəetməli bomba, 50 kq-lıq kaset bomba və 50 kqlıq IR/ MMW terminallı sursat daxildir.
CH-4 Çinin “Rainbow” PUA ailə sinin ən böyük sabit qanadı platformasıdır. PUA-nın iki versiyası CH-4A (uçuş məsafəsi 3500-5000 km olan kəşfiyyat) və CH-4B döyüş konfiqurasiyası mövcuddur.
Bundan başqa, Çin stendində nü mayiş etdirilən məhsullar arasında M-20 “yer-yer” tipli raket kompleksi, HQ-16 zenit-raket kompleksi, TS-01 daşınan tank əleyhinə raket kompleksi, yeni nəsil
Çinin ALIT dövlət şirkətinin stendi
FN-16 daşınan zenit-raket kompleksi, FT-9 raketi və s. yer almışdır.
ALIT dövlət şirkəti tərəfindən hazırlanmış HQ-16 (LY-80E) zenit-raket kompleksi 15 metrdən 18 km qədər yüksəklikdə və 40 km uzaqda olan hə dəfləri vurmaq qabiliyyətindədir. Qanadlı raketlərin vurma diapazonu 3.5 km-dən 18 km qədərdir. Raketlərin uçuş hündürlüyü 50 m, hədəf sürəti isə saniyədə 300 metrdir. Təyyarələri vurma ehtimalı 85%, raketləri vurma ehtimalı isə 60% təşkil edir.
Bundan başqa, kompleks 3 koor dinatlı radiolokasiya sistemi ilə təchiz edilmişdi. Sistemin hava hədəflərini aşkar etmə məsafəsi 140 km-dir. Hədəflər 20 km yüksəkliyə kimi tapılır. Radar sistemi eyni anda 144 hədəfi tapa bilir. Kompleksə daxil olan raketin çəkisi 615 kq, uzunluğu 5.01 m, korpusun diametri 0.34 m, sürəti 750 metr/saniyədir.
Rusiyadan geniş qatılım
“MILEX-2021”də Rusiya müdafiə sənayesi şirkətləri əsasən bundan əvvəl keçirilmiş beynəlxalq sərgilərdə nümayiş etdirdiyi məhsullarla iştirak etmişdir. Ru siya stendlərində maket formasında nü munə olaraq “Аntey-4000” zenit-raket kom pleksi, “Buk-M2E” zenit-raket kom pleksi, TOR-M2K, TOR-M2KM, TOR-M2E zenit-raket kompleksləri, “Pantsir-S1M” zenit raket-top kompleksi, o cümlədən “Kornet-E” tank əleyhinə idarə olunan raket kompleksinin, həmçinin zirehli transportyor üzərində “Kornet-EM” özü yeriyən TƏİRK-in nümayişinə diqqət yönəldilmişdir.
Bundan başqa, Rusiya stendlərində müxtəlif zirehli maşınların maketləri, o cümlədən T-90SM tankı, “Tayfun” K-63968 və “Tayfun” K-53949 zirehli ma şınları, zirehli sanitar maşını nümayiş etdirilmişdir.
Sərgidə nümayiş etdirilən “KornetEM” haqqında məlumat verilərək bildirilib ki, nəqliyyat vasitəsi üzərinə inteqrasiya olunmuş kompleks yerüstü zirehli vasi tələrlə yanaşı hava hədəflərinə, o cüm lədən helikopter və pilotsuz uçuş apa rat larına da atəş aça bilir. “Kornet-EM” TƏİR kompleksin çoxfunksiyalılığı iki tip raketin tətbiqi ilə təmin olunur. Bunlardan biri yerüstü hədəflərin, digəri isə hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulmuşdur. Yerüstü hədəflər üzrə atəş uzaqlığı 8 kilometr, hava hədəfləri üzrə isə 10 kilometr təşkil edir.
“Kornet-EM”lər eyni vaxtda iki hədəfə iki raket atəşi aça bilər. Raketlər “at-unut” prinsipi ilə çalışır. Bundan başqa, hava hədəfləri üçün nəzərdə tutulmuş raket yerüstü hədəflərin məhvi üçün də tətbiq edilə bilər.
“Аntey-4000” yeni nəsil zenit-raket kompleksi (ZRK) Rusiyanın S-300V4 zenit raket kompleksinin modernizə edil miş vairantıdır. Sistem Rusiya ordu suna 2014-cü ildən daxil olmuşdu. Sələ findən fərqli olaraq yeni maşının – S-300V kom pleksinin element bazası demək olar ki, tamamilə yenilənmişdir. “Аntey-4000” ZRK-yə yeni proqram təminatı, güclü kompüterlər quraş dırıl mışdır. Digər yeni lik isə kompleksin radar sistemi daha həssas və səssiz olması ilə bağlıdır. Yeni sistem üçün unikal uzaq məsafəni vurma qabiliyyətli raketlər yaradılmışdı. Onlar 400 kilometrə qədər uzaq lıqda hədəfləri vurma gücünə malikdir.
“Tor-M2KM” kiçikmənzilli qoşun zenit-raket kompleksidir. ZRK-nin məhv etmə məsafəsi 15 km-ə qədərdir ki, bu da taktiki səviyyədə hərbi və digər obyekt -
lərin hava zərbələrindən müdafiəsi üçün hazırlanmışdır. ZRK düşmənin pilot suz uçuş aparatları, aviasiya bombaları, təyyarə və helikopterlərinə qarşı effektiv mübarizə apara bilər.
“Tula Cihazqayırma Konstruktor Bürosu”nun (KBP) stendində nümayiş etdirilən “Pantsir-S1” zenit-raket top kompleksi (ZRTK) barədə məlumat verən şirkət mütəxəssislərinin sözlərinə görə, modernləşdirilmiş “Pantsir-S1M” ZRTKnin ixrac versiyası pilotsuz təyyarələrin bütün növlərini effektiv şəkildə aşkar etmək və maksimal şəkildə aradan qaldırmaq qabiliyyətini əldə etmişdir. “Pantsir-S1M” hədəfləri 75 kilometrə qədər məsafədə aşkar edir, yeni raketlər isə 40 kilometrə qədər vurma radiusunu vəd edir. ZRTK-nin hava hücumundan müdafiə qübbəsinin hündürlüyü 15 kilo metrdir.
“Pantsir-S1M”in atəşə nəzarət sis temi fazalı anten barmaqlığı ilə in te qra siya olunmuşdur, hava hədəflərini və öz raketlərini müşayiət edir, uçuş aparat larının hətta xırda detallarını fərqləndirə bilir. Üç radarın – optik, hədəfi uzaqdan aşkar edən (50 kilometrə qədər) və hədəfi müşayiət edən – kor zonası yoxdur.
“Pantsir-S1M” ZRTK qüllə hissə sində artilleriya və raket silahlarını, inte q rasiya olunmuş radiolokasiya-optik ida rə etmə sistemini özündə birləşdirir. Kom pleks ən azı 20 kilometr radiusda hərbi və mülki obyektləri müasir qanadlı və səsdən sürətli raketlərdən, aviabom ba lar dan və pilotsuz təyyarələrdən qoruyur.
Şirkət mütəxəssislərinin sözlərinə görə, “Pantsir-S1M” bərkyanacaqlı mü hər riki və qəlpələnən əsas döyüş his səsi olan dörd ədəd idarəolunan raketlərlə silahlanıb və saniyədə 1000 metrə qədər sürətlə uçan bir neçə hədəfi eyni zamanda vurmağa qadirdir.
Qeyd edək ki, 2020-ci ilin əv vəl lə rində Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib vilayətində həyata keçir diyi “Bahar qalxanı” əməliyyatı zamanı Suriya Ordu sunun bir neçə “Pantsir-S1M” zenit rakettop kompleksi Türkiyənin “Bayraktar TB-2” silahlı pilotsuz uçuş aparatı ilə məhv edilmişdir.
Sərgidə nümayiş etdirilən “Tayfun” minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) sinfində ən ağır çəkiyə malik avtomobillərdən hesab olunur. Çəkisi təxminən 24 ton təşkil edən avtomobilin zirehli müdafiəsində dünyanın ən qabaqcıl texnologiyalarından istifadə edildiyi iddia olunur. On iki nəfər heyətin daşınması üçün nəzərdə tutulmuş avtomobil V for malı korpusa malik olmaqla yanaşı, dib hissədə çoxqatlı mina əleyhinə altlıq tətbiq edilib. Maşın 450 at gücünə malik dizel mühərriki ilə 105 km/saata qədər sürət yığmağı bacarır. Avtomobilin gediş ehtiyatı 1800 kilometrə qədərdir.
Özbəkistan məhsul və imkanlarını tanıtdı
“MILEX-2021” sərgisində Özbəkis tan Müdafiə Sənayesi üzrə Dövlət Komi təsinin stendində əsasən zirehli dəbilqələr, silahlı qüvvələr, hüquq-mühafizə və təh lü kə sizlik strukturları üçün forma, xüsusi ayaq qabı və avadanlıqlar nümayiş etdiril mişdir.
Komitə mütəxəssislərinin sözlərinə görə, II sinif qoruyucu zirehli dəbilqə başı parçalanmalardan, ağır əşyalardan gələn zərbələrdən qorumaq və yıxılma nəti cəsində yaralanmanın qarşısını almaq üçün hazırlanmışdır. Dəbilqələr xüsusi olaraq gecəgörmə cihazları, göz və qulaq qo ruması, dəbilqə kameraları və fənərlər ilə təchiz edilmişdir.
Geyimlərin tikiləcəyi xüsusi parçalar yerli “Apitekst” MMC tərəfindən istehsal edilmişdi. Nümunələr “Smart-Tex”, “İdeal” və “Narimteks” şirkətləri tərə findən ha zır lanmışdır. Bildirilmişdir ki, MS TURON müdafiə tekstilləri şirkəti tərə findən hazırlanan məhsullar beynəlxalq stan dartlara uyğun dizayn edilir, əsas diqqət tikiş istehsalı standartlarına cavab verən texnoloji avadanlıqlara və parçalar üçün kompüter dəstəkli dizayn sis temlərinə yönəldilir. Hər bir hazırlanmış element üçün Özbəkistan Respublikasının patenti alınmışdır. PQ
Özbәkistan Dövlәt Müdafiә Sәnayesi Komitәsinin stendi TORM2K, TORM2KM,
TORM2E ZRKlər