2 minute read

> Ermənistanla sərhəddə 15 yeni hərbi hissə istifadəyə verilib SƏRGİ

Ermənistanla sərhəddə 15 yeni hərbi hissə istifadəyə verilib

Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Azərbaycan xalqının ədalət savaşı tarixi zəfərlə başa çatdıqdan sonra dövlət başçısının tapşırığına əsasən, işğaldan azad olun muş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradıl ması üzrə kompleks tədbirlər davam etdirilir. Azərbaycan Dövlət Sərhəd Xid mətinin (DSX) may ayında Zəngilan rayonu ərazisində iki, iyunun ayınında Qubadlı rayonu ərazisində bir yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilmişdi. İyul ayının əvvəlində isə Qubadlı və Laçın rayonları ərazisində Dövlət Sərhəd Xidmətinin 2 yeni hərbi hissəsi xidməti istifadəyə verilmişdir. Qeyd edək ki, bununla DSX-nin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində istifadəyə verilmiş hərbi hissələrinin sayı 15-ə çatdırılmışdır. Bununla əlaqədar təşkil olunmuş mərasimlərdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərdə yeni hərbi hissə komplekslərinin xidmətidöyüş fəaliyyətinə başlaması münasibə tilə şəxsi heyəti təbrik etmişdir. Çıxışda ölkənin ərazi bütövlüyünün bərpa olunmasından və Azərbaycanın dövlət sərhədlərinin işğaldan azad edil mə sindən sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi qeyd olunmuş, görülən işlər çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliy yətinə başlamasının dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü olması bildirilmişdir. Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizəsinə

Advertisement

cavabdeh olacaq yeni hərbi hissələrin fəaliyyətə başlamasının xüsusi əhəmiyyət kəsb etməsi qeyd edilmiş, Vətən müha ribəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçilərinin ölkənin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəkləri vurğulanmışdır. Tədbir çərçivəsində Vətən müha ribə sin də şücaət və qəhrəmanlıq gös tərərək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayon larının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Prezident İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluq çu lara orden və medallar təqdim olun muş dur. Açılış mərasimindən sonra hərbi qulluqçuların xidməti fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olunmuş, o cümlədən döyüş texnikasına, silah və texniki vasitələrə baxış keçirilmişdir. Sonra “Qubadlı” əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilmiş, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi tapşırıqların icra vəziyyəti, xidməti ərazidə mövcud olan əməliyyat şəraiti və görülən tədbirlər haqqında vəzifəli şəxslərin məruzələri dinlənilmiş, dövlət sərhədinin müdafiəsi və mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər yüksək qiymət ləndirilmişdir. Hərbi hissə və bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə görülən işlər yoxlanılmış, sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşlər, hərbi qulluq çuların xidməti-döyüş və məişət şərait lərinə baxış keçirilmişdir.

This article is from: