5 minute read

MilSOFT Yeni Nəsil Döyüş İdarəetmə Sistemi – Mil-CMS VİSİON

MilSOFT Yeni Nəsil Döyüş İdarəetmə Sistemi – MilCMS

?Həşim Səhrablı

Advertisement

Türkiyənin MilSOFT şirkəti tərəfindən hazırlanan MilCMS Yeni Nəsil Döyüş İdarəetmə Sistemi Proqram Təminatı gəmilərdəki missiya ilə əlaqədar qərarların sürətli və təsirli qəbulu üçün sensorlar və silah sistemlərini birləşdirən, operatorlara dəstək funksiyaları ilə yanaşı, birləşdirilmiş taktiki rəsm təqdim edən, funksionallığı genişlənən və müasir komanda idarəetmə sistemidir.

Mil-CMS, fərqli platformalar üçün ortaq Döyüş İdarəetmə Sistemi (DİS) infrastrukturu təqdim edən Yeni Nəsil Milli Döyüş İdarəetmə Sistemidir. Suüstü, sualtı, hava platformalarında, quruda yerləşən stasionar/mobil komanda mərkəzlərində istifadə edilə bilər. MilCMS, kiçik qayıqdan təyyarəyə qədər genişlənə bilən modulyar bir DİS infrastrukturuna malikdir. Şəbəkə dəstək qabiliyyətli infrastrukturu dəstəkləyir. Mil-CMS, yeni nəsil DİS-in sahib olduğu aşağıdakı beynəlxalq standartlara və müasir texnologiyalara cavab verən açıq və orijinal memarlığa malikdir. MilSOFT tərəfindən Mil-CMS-nin təməli 2000-ci ildə qoyulmuşdur. TÜBİTAK-TEYDEB-in dəstəyi ilə başlayan C4IS (Komanda, İdarəetmə, Rabitə, Kompüter və Kəşfiyyat Simulyasiya Sistemi) Layihəsinin nəticəsidir. Paylanmış və modul arxitekturası ilə orta proqram təminatı və tətbiq modulları ilə müasir Komanda İdarəetmə Sistemləri komponentlərini inkişaf etdirmək məqsədi daşıyır. C4IS Layihəsinin sistem/proqram təminatı inkişaf fəaliyyətləri TÜBİTAK-TEYDEBin dəstəyi və nəzarəti ilə üç il davam etmişdir. Bu layihə çərçivəsində hazırlanmış məhsullar və formalaşmış məlumat toplanması bir çox yerli və beynəlxalq layihələrdə tətbiq edilmişdir. C4IS kimi layi hələrin/proyektlərin davamında, suüstü platformalar üçün müasir, tamamilə milli və orijinal dizaynları özündə birləşdirən Döyüş İdarəetmə Sistemi (Combat Management System-CMS) proqram təminatının yaradılması üçün araşdırmalar aparıl ması hədəflənmiş və bu məqsədlə 2004cü ildə GEMKOMSİS Layihəsi başla dılmışdır. Bu layihə də 2006-cı ilin sonuna qədər TUBİTAK-TEYDEB tərəfin dən dəstəklənmişdir. GEMKOMSİS və MilSOFT, 2007-ci ildə TÜBİTAK Texnologiya Müvəffəqiyyət Mükafatı almışdır. GEMKOMSİS daha sonra “MilSOFT Yeni Nəsil Döyüş İdarəetmə Sistemi Proqram Təminatı (Mil-CMS)” olaraq adlandırılmışdır. Mil-CMS proqram təminatı ən sadə konfiqurasiyadan fereqatlar və sualtı qayıqlar kimi ən mürəkkəb konfiqurasiyalara qədər müxtəlif dəniz, quru və hava plat formalarının ehtiyaclarına uyğun olaraq asanlıqla genişlənə və adaptasiya oluna bilən xüsusiyyətdə bir infrastruktur təklif edir. Bu xüsusiyyətlərə görə Mil-CMS proqram təminatı, 2008-ci ildə Sahil Mühafizəsi Axtarış Xilasetmə Gəmisi Layihəsi kimi kritik bir tətbiqdə ən qabaqcıl və təcrübəli Qərb şirkətləri arasında “Milli Komanda İdarəetmə Sistemi Proqram Təminatı” olaraq seçilmişdir. Yuxarıda qeyd olunan TÜBİTAK Layihələrinə əlavə olaraq TEYDEB-in dəstəyi ilə AR-GE fəaliyyətlərinə başlanılan və 2017-ci ildə tamamlanan Koordinasiya edilmiş Dəniz Əməliyyatları üçün Komanda İdarəetmə Qabiliyyəti və Mobil Xüsusi Şəbəkə əsaslı Taktik

Məlumat Linki Layihələri Mil-CMS məhsulunun hazırkı vəziyyətə gəlməsində böyük rol oynamışdır. Bu Ar-Ge layihələrindən birincisində MilCMS Quruda Yerləşən Komanda Mərkəzləri ilə əlaqələndirilmiş şəkildə komanda idarəetmə qabiliyyəti, ikincisində isə, kiçik katerləri infrastruktur (IP) əsaslı rabitə şəbəkəsi vasitəsi ilə gəmi üzərindən idarə etmək imkanıları qazandırılmışdır. Beləliklə, Mil-CMS geniş bir məlumat şəbəkəsi üzərində bir-birinə inteqrasiyalı şəkildə ümumi taktiki rəsm yaratmağı təmin edən, real vaxta uyğun məlumat paylama və tapşırıq təyinetmə qabiliyyətinə sahib olan texnologiya məhsulu olaraq inkişaf etdirilmiş Koordinasiyalı Dəniz Əməliy yatlarında istifadə edilmək üzrə və Komanda İdarəetmə Qabiliyyəti çərçi vəsində müxtəlif platformalar üzərində yerini almışdır. MilSOFT Yeni Nəsil Savaş Sisteminin ən əsas xüsusiyyəti olaraq fərqli sistemlərə fərqli səviyyələrdə inteqrasiya olunmaq qabiliyyətini göstərə bilərik. Bir tərəfdən gəmidə radar və silah sistemləri ilə, qərargahda gəmilər və digər platformalarla (hava platformaları, komanda mərkəzləri və s.) inteqrasiya edir, digər tərəfdən bütün strateji məlumatlar Taktik Şəbəkə Bağlantıları vasitəsi ilə digər bölmələrlə paylaşılır, JRE (Joint Range Extention) Əməliyyat və Strateji birliklərlə inteqrasiya təmin edərkən, özəl və ya Link 16 / Link 22 kimi əlaqə şəbəkələri vasitəsi ilə insansız nəqliyyat vasitələrinə nəzarət əlavə olunur. Görüntünün emal edilməsi və qiymətləndirilməsi ilə bu vasitələrin təqdim etdiyi görüntülər Ortaq Taktik Rəsmə əlavə edilir. Mil-CMS, Taktik Məlumat Bağlantıları, AdatP-3 kimi formatlaşdırılmış mesajlar, (W)AIS (OTS) kimi rabitə sistemləri, WEB xidmətləri, JRE kimi interfeyslər vasitəsilə fərqli

sistemlərə fərqli səviyyələrdə inteqrasiya edə bilir, qabiliyyət və bacarıqları hədəf platformaya görə genişlənə bilməkdədir. Bütün bunlara əlavə olaraq, bu gün NATO səviyyəsində və milli olaraq həyata keçiriləcək Müştərək Şəbəkə Dəstəkli tətbiqat və əməliyyatların müvəffəqiyyəti iştirakçı birliklərin koordinasiyası ilə mümkündür ki, bu istiqamətdəki ən uyğun vasitə olaraq Taktik Məlumat Bağlantıları ortaya çıxır. MilSOFT şirkətinin mütəxəs sis lərinin sözlərinə görə, Mil-CMS inkişafına başladığı andan etibarən təbəqəli və paylanmış bir memarlığı (Open Architecture Computing Environment (OACE)), baxım asanlığını (texnoloji və

xərc) və beynəlxalq standartlara uyğunluğu hədəfləyən bir sistemdir: “Bu sahədə aparıcı beynəlxalq təşkilatlar (Object Management Group – OMG C4I Grup kimi) tərəfindən təyin olunan yanaşma və standartlar hazırladıqları tamamlanmamış mərhələləri əsas götürür. Yəni onların çalışmaları hələlik qaralama üzərində qalır. MilSOFT isə bu standartları təkmilləşdirən və tətbiq edən dünya təşkilatları arasında yer alır”. Nəticə olaraq MilSOFT milli qaynaq lar və beynəlxalq standartlara əsas lanaraq inkişaf etdirdiyi Mil-CMS ilə modern, miqyaslanan və genişlənə bilən, şəbəkə mərkəzli, modul bir həll təklif edir. 2000-ci ildən bəri TÜBİTAK-ın dəstəyi ilə milli qaynaqlardan istifadə edərək istehsalına başlanılan Mil-CMS məhsulu öz uğurlarını Sahil Mühafizəsi A/K Gəmisi Döyüş İdarəetmə Sistemi, GENESIS - Orta Proqram Təminatı Layihəsi, Mil-DDS-MilSOFT Orta Proqram Təminatı Layihəsi və xaricə ixrac edilən NIXS (“Naval Information Exchange System) Layihələri ilə nümayiş etdirmişdir. Bunlara əlavə olaraq MilSOFT, inkişaf etdirdiyi WACCS (Wide Area CMS Capability) ilə geniş ərazidə komando

idarəetmə qabiliyyəti təmin edir və digər platformalar, sistemlər və qərargahlar arasında Ortaq Əməliyyat Rəsim paylaşılmasına imkan təmin edir. Şirkət mütəxəssislərinin sözlərinə görə, MilSOFT yarandığı gündən bəri Mil-CMS də daxil olmaqla milli qaynaqlardan istifadə edərək və türk mühəndisləri tərəfindən inkişaf etdirilmiş həll yollarını ölkənin müdafiə və təhlükəsizliyinin təşkil edilməsi üçün təqdim etməyə davam edir. MilSOFT mövcud imkanlarını həm yerli, həm də beynəlxalq bazarlarda nümayiş etdirir. Bu çərçivədə MilSOFT 17-20 Avqust, 2021 tarixləri arasında TÜYAP Konqres Mərkəzində keçiriləcək "IDEF 2021" Sərgisində, 14 nömrəli salonda yer alacaqdır. "IDEF 2021" sərgisi müddətində MilSOFT məhsullarını və imkanlarını bütün iştirakçılara izah etməyə və nümayiş etdirməyə hazırdır. Qeyd edək ki, milli və orijinal həllər istehsal etməyi, beynəlxalq rəqabət

qabiliyyəti hədəfləyən proqram təminatı şirkəti olan “MilSOFT Yazılım Teknolojileri A.Ş.”, ABŞ-da ortaya çıxan və bütün ölkələr tərəfindən qəbul edilən SEI CMMI proqram təminatı şirkətlərinin qiymətləndirmə metodologiyasının ən yüksək səviyyəsi olan CMMI-5 səviyyəsinə malikdir. MilSOFT bu səviyyəyə 14 fevral 2005-ci ildə çatıb və Avropada bu uğuru əldə edən ilk şirkətdir. 2005-ci ildən bəri CMMI-5 səviyyəsini qorumaqla bərabər, ISO 9001, ISO 27001 və NATO AQAP kimi bir çox digər idarəetmə sistemi sertifikatına sahiblənən MilSOFT, mütəxəsis sahələri arasında olan komanda idarəetmə sistemləri üzrə beynəlxalq standartlara uyğun texnologiya, infrastruktur və sistemlər hazırlamaqdadır.

This article is from: