Poliqon Jurnalı 3 (53) 2021

Page 58

MilSOFT Yeni Nəsil Döyüş İdarəetmə Sistemi – Mil­CMS ?Həşim Səhrablı Türkiyənin MilSOFT şirkəti tərəfindən hazırlanan Mil­CMS Yeni Nəsil Döyüş İdarəetmə Sistemi Proqram Təminatı gəmilərdəki missiya ilə əlaqədar qərarların sürətli və təsirli qəbulu üçün sen­ sorlar və silah sistemlərini birləşdirən, operatorlara dəstək funksiyaları ilə yanaşı, birləşdirilmiş taktiki rəsm təqdim edən, funksionallığı genişlənən və müasir komanda idarəetmə sistemidir. Mil-CMS, fərqli platformalar üçün ortaq Döyüş İdarəetmə Sistemi (DİS) infrastrukturu təqdim edən Yeni Nəsil Milli Döyüş İdarəetmə Sistemidir. Suüstü, sualtı, hava platformalarında, quruda yerləşən stasionar/mobil komanda mərkəzlərində istifadə edilə bilər. MilCMS, kiçik qayıqdan təyyarəyə qədər genişlənə bilən modulyar bir DİS infrastrukturuna malikdir. Şəbəkə dəstək qabiliyyətli infrastrukturu dəstəkləyir. Mil-CMS, yeni nəsil DİS-in sahib olduğu aşağıdakı beynəlxalq standartlara və müasir texnologiyalara cavab verən açıq və orijinal memarlığa malikdir. MilSOFT tərəfindən Mil-CMS-nin təməli 2000-ci ildə qoyulmuşdur. TÜBİTAK-TEYDEB-in dəstəyi ilə başlayan C4IS (Komanda, İdarəetmə, Rabitə, Kompüter və Kəşfiyyat Simulyasiya Sistemi) Layihəsinin nəticəsidir. Paylanmış və modul arxitekturası ilə

56 www.poliqon.az

orta proqram təminatı və tətbiq modulları ilə müasir Komanda İdarəetmə Sistemləri komponentlərini inkişaf etdirmək məqsədi daşıyır. C4IS Layihəsinin sistem/proqram təminatı inkişaf fəaliyyətləri TÜBİTAK-TEYDEBin dəstəyi və nəzarəti ilə üç il davam etmişdir. Bu layihə çərçivəsində

hazırlanmış məhsullar və formalaşmış məlumat toplanması bir çox yerli və beynəlxalq layihələrdə tətbiq edilmişdir. C4IS kimi layihələrin/proyektlərin davamında, suüstü platformalar üçün müasir, tamamilə milli və orijinal dizaynları özündə birləşdirən Döyüş İdarəetmə Sistemi (Combat Management System-CMS) proqram təminatının yaradılması üçün araşdırmalar aparılması hədəflənmiş və bu məqsədlə 2004cü ildə GEMKOMSİS Layihəsi başladılmışdır. Bu layihə də 2006-cı ilin sonuna qədər TUBİTAK-TEYDEB tərəfindən dəstəklənmişdir. GEMKOMSİS və MilSOFT, 2007-ci ildə TÜBİTAK Texnologiya Müvəffəqiyyət Mükafatı almışdır. GEMKOMSİS daha sonra “MilSOFT Yeni Nəsil Döyüş İdarəetmə Sistemi Proqram Təminatı (Mil-CMS)” olaraq adlandırılmışdır. Mil-CMS proqram təminatı ən sadə konfiqurasiyadan fereqatlar və sualtı qayıqlar kimi ən mürəkkəb konfiqurasiyalara qədər müxtəlif dəniz, quru və hava plat formalarının ehtiyaclarına uyğun olaraq asanlıqla genişlənə və adaptasiya oluna bilən xüsusiyyətdə bir infrastruktur təklif edir. Bu xüsusiyyətlərə görə Mil-CMS proqram təminatı, 2008-ci ildə Sahil Mühafizəsi Axtarış Xilasetmə Gəmisi Layihəsi kimi kritik bir tətbiqdə ən qabaqcıl və təcrübəli Qərb şirkətləri arasında “Milli Komanda İdarəetmə Sistemi Proqram Təminatı” olaraq seçilmişdir. Yuxarıda qeyd olunan TÜBİTAK Layihələrinə əlavə olaraq TEYDEB-in dəstəyi ilə AR-GE fəaliyyətlərinə başlanılan və 2017-ci ildə tamamlanan Koordinasiya edilmiş Dəniz Əməliyyatları üçün Komanda İdarəetmə Qabiliyyəti və Mobil Xüsusi Şəbəkə əsaslı Taktik


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.