4 minute read

> HAVELSAN-ın Şəhər Ərazisində Hərbi Əməliyyat Təlim Mərkəzi – MOUT-TC TƏHSİL

HAVELSANın Şəhər Ərazisində Hərbi Əməliyyat Təlim Mərkəzi – MOUTTC

?Həşim Səhrablı

Advertisement

Asimmetrik hala gələn və gözlənilməz təhdidlərlə dolu olan bugünkü dünyada silahlı qarşıdurmaların dəyişkən xarakteri, hərbi personalın bu təhdidlərə qarşı məlumat bazasının artırılmasını, texniki və taktiki əməliyyatların praktiki qaydada aparılmasını zəruri edir. Əməliyyat mühitinin çoxşaxəli olması səbəbindən yaşayış yerlərində döyüş əməliyyatı icra etmək şərti döyüşdən fərqli taktika, texnika və planlama tətbiq edilməsini tələb edir.

Qısa atış məsafələri, yaxın döyüş texnikaları, rabitə çətinliyi, yüksək intensiv ərazilərdə düşməni tapmaq və ayırd etmək çətinlikləri, o cümlədən kritik məqamlarda düşünmə və sürətli qərar qəbuletmə, əldəqayırma part layıcı qurğularla (ƏPQ) mübarizə, habelə snayper təhdidləri və qarışıq kəşfiyyat mühiti şəhər ərazilərindəki hərbi əməliyyatları öz sinfinin feno meninə çevirən səbəblərdən sadəcə bir neçəsidir. Silahlı qüvvələrin yaşayış yerlə rində terrorla mübarizə qabiliy yət lərinin effektivliyini artırmaq, müvafiq doktrina inkişaf etdirmək və ya inkişaf etdirilmiş doktrinaları real döyüş şəraitində sınamaq məqsədilə ordu birləşmələrinin simulyasiya sistemləri ilə dəstəklənən təlim həllərinə eh tiyacları artmışdır. Bu baxımdan Türkiyənin HAVELSAN şirkəti müştərilərinin artmaqda olan tələblərini təmin etmək üçün dərin bilik və dünyasəviyyəli, sənayedə qa baqcıl simulyasiya texnologiyası gücünü isti fadə edərək, məhsul portfelinə Yaşayış Məntəqələrində Hərbi Əmə liyyatlar üçün Təlim, Simulyasiya və Test Mərkəzini (ing. Training, Simulation and Test Center for Combat in Residential Areas) əlavə edib. İnteqrasiya olunmuş MOUT Təlim Mərkəzi aşağıdakı nümunələr vasitəsilə həqiqi və simulyasiya edilmiş yaşayış yerlərində, virtual simulyatorlarda və

MOUT təlim saytı

silahlı münaqişə simulyasiyalarında təlimlərin keçirilməsinə imkan verir: • Situasiya Şüurlu Təlim; • Yaxın ərazidə döyüş mövqeləri və təhlükəsizliyi; • Mina/İED və maskalanmış tələlər; • Küçələrdə irəliləyiş; • Binalara giriş texnikası və binaların/otaqların təmizlənməsi; • Ev qapısı və darvaza qapısını açma üsulları; • Yaralı personalın təxliyəsi; • Yaşayış məntəqələrindəçeviklik; • Snayperlərin tətbiqi və əks-snayper fəaliyyətləri; • Əl bombasından istifadə texnikaları; • Zirehli nəqliyyat vasitələrinin istifadəsi və zirehli nəqliyyat vasitəsləri ilə piyadaların birgətəlimi.

MOUT-TC (Military Operation in Urban Terrain Training Center) bəzi texniki və proqram komponentlərinə malikdir. Mərkəzi sistemlərdən bəziləri bunlardır:

Hərəkət edən hədəf

Hərəkət edən hədəflər dost və düşməni simulyasiya etmək üçün isti fadə olunur. Atışlar hədəf tipinə görə ölçülür və məlumat verilir, hərəkət sona çatdıqdan sonra kursantlara hərəkət barədə məlumat bildirilir. Bütün hədəf sistemləri uzaqdan idarə oluna və eyni zamanda müxtəlif növ maskalanmış

tələlərdə istifadə edilə bilər. Bu funksionallıq təlimin sürpriz amilini yaxşılaşdırır. Hədəflər dəqiq sursatların istifadəsinə uyğunlaşdırılır.

Real şəhər mühiti

Təlim hansısa kəndin ərazisində baş tutur. Kənd ən azı 9 birmərtəbəli və 2 ikimərtəbəli binadan ibarətdir. Binalar münaqişə zonasının memarlıq quruluşunu əks etdirən torpaq və kərpic tikililər formasında hazırlanıb. Birmərtəbəli binaların üstü açıqdır və məşq zamanı praktikantları bir mər təbəli binaların üzərində müşahidə etmək üçün gəzinti platforması möv cuddur. Binalarda effekt gene rator larını, hədəfləri və sürpriz tələlərini gizlətmək üçün şkaf, xalça, divan kimi ev əşyaları var. Təlim sahəsinin işıq landırma sistemi uzaqdan idarə oluna bilər.

Partlayış effekti generatoru

Effekt generatorları

Bir neçə növ effekt generatorları sistemi duman, flaş və IED partlayış effekti ilə təmin edir. Bu təsirlər təlimi real döyüş şəraitinə daha da ya xınlaşdırır və bu praktikantlara stresli münaqişə ocaqlarında ağır əməliy yatlara hazırlaşmaq üçün kömək edir. Cihazlar xarici mühit şəraitinə da vamlıdır. Effekt generatorları mobildir və ərazidə istənilən yerdə yerləşmək imkanı yaradır. Cihazların şəbəkə bağlantısı var və təlimatçı vasitəsi ilə mobil idarəetmə və ya komanda idarəetmə otağından uzaq dan işə salına bilər. Cihazları maskalanmış (sürpriz) tələ kimi istifadə etmək mümkündür. Bunun üçün həmin cihazlar “Tripwire”, təzyiq paspasları, lazer/infraqırmızı sensor, yayla sərbəst buraxma, itələmə, çəkmə açarları ilə təmin edilməlidir. Hər cihazda bu cür minaları bir ləşdirmək üçün bir təhcizat olmalıdır.

Simulyasiya Edilmiş Silahlar Simulyasiya Edilmiş Silahlar MOUT-TC-nin başqa bir vacib hissəsidir. Təlim davam etdiyi müddətdə əl bombaları ilə birlikdə bir neçə növ hava yastığı və tüfəng verilir. Bir təlim əl bombası xüsusi sursatla yenidən yük lənə və bir neçə dəfə istifadə edilə bilər.

Təzyiqlə Tənzimlənən Güclən dirilmiş Qapı

Təlimi daha məhsuldar etmək üçün məşq sahəsinə təzyiqlə tən zimlənən gücləndirilmiş bir qapı

Hərəkətli hədəf quraşdırılır. Qapı təzyiqi üç fərqli sə viyyədə tənzimlənə bilər, kilidləmə və intensivlik uzaqdan idarə olunur.

Səs Sistemi

Həmçinin ərazidə IP əsaslı, xarici mühitə davamlı səs sistemi quraşdırılır. Hər bir səsucaldıcı şəbəkə şəklindədir, effektlər və səs həcmi üçün ayrı-ay rılıqda konfiqurasiya olunur. Səs sistemi ərazini pıçıltı, danışma, ağlama, radio söhbətləri və fərqli atəş səsləri ilə təmin edir.

Komanda və Kontrol Məntəqəsi

Komanda və Kontrol (Command and Control - CC) Məntəqəsində təlim sahəsini izləmək və idarə etmək üçün lazımi proqram təminatı və avadanlıq mövcuddur. CC Proqramı işıqlandırma, effekt generatorları və hərəkət edən hədəfləri idarə edə bilər. Təlimatçı sahədəki hər bir cihazı aktivləşdirə, söndürə və ya təlimatlandıra bilər. Təlimatçı ayrıca gücləndirilmiş qapının təzyiqlə tənzimlənməsi, hərəkət edən hədəflərin vaxtının təmzinlənməsi kimi

təlim cihazlarının bir neçə para metrlərini göstərə və ya dəyişdirə bilər. CC proqram təminatı, praktikant ların aktiv tələləri aşma, hərəkət edən hədəfləri vurma və s. kimi xüsu siyyətlərini əsas götürərək qiymətlən dirmə aparmaq qabiliyyətinə malikdir. CC Məntəqəsi CCTV sistemini izləmək üçün monitorlarlarla təchiz edilib. CC Məntəqəsi həmçinin, “pantilt” kameraların istiqamətini dəyiş dirmək üçün PTZ nəzarət cihazına malikdir. Bundan başqa, CC Məntəqəsi təlimçilər, dost və düşmən qüvvələrlə ayrı-ayrı kanallarda əlaqə qurmaq üçün fərqli masaüstü radiolarla təhciz edilib. HAVELSAN mütəxəssislərinin söz lərinə görə, şirkət yaşayış yerlərində ətraf mühitin real təqdimatını, ən müasir simulyasiya sistemləri ilə təlimin idarə olunması, icrası və qiymətləndirilməsini təmin edir. Silahlı qüvvələr yaşayış ərazisinə soxulmuş düşmən qüvvələrinə qarşı mübarizədə necə davranmaq vərdişlərinə sahib lənmək üçün təşkil edəcəyi təlimlər çərçivəsində bu bilik və sistemlərdən faydalana biləcəkdir. On illərdir ki, HAVELSAN dost və müttəfiq xalqların hərbçilərinə kritik texnologiyalar və açar təslim həll yolları təqdim edir. İnkişaf etmiş texno logiyaları sayəsində dünyanı daha

etibarlı bir məkana çevirməyə çalışan bir şirkət olaraq HAVELSAN, real təhlükəsizlik ehtiyaclarını və gələcək təhlükəsizlik gözləntilərini qarşılamaq üçün öz həllərini təklif etməyə davam edir.

Təlim əl bombası Komanda və kontrol otağı

This article is from: