1 minute read

> “Roketsan” şirkətinin baş direktoru Murat İkinci: IDEF-2021-də ilk dəfə nümayiş etdirəcəyimiz məhsullar diqqət mərkəzində olacaq REGİON

“Roketsan” şirkətinin baş direktoru Murat İkinci: IDEF2021də ilk dəfə nümayiş etdirəcəyimiz məhsullar diqqət mərkəzində olacaq

Əvvəla, “Poliqon” jurnalı vasitəsilə qardaş Azərbaycanımızı Dağlıq Qarabağda qazandığı böyük qələbəyə görə bir daha təbrik edirəm. Bu zəfər “iki dövlət, bir millət” şüarını gücləndirdi və bizə böyük qürur verdi. Dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti arasında yer alan “Roketsan” bugünün və gələcəyin döyüş ehtiyac larına uyğun inkişaf etdirdiyi texno logiyalarla, Türkiyə Silahlı Qüvvələri başda olmaqla dost və müttəfiq ölkələrin ehtiyac larını qarşılayan məhsullarla bu sahədə olmağa davam edir. IDEF-2019-da sərgilədiyimiz 30-a yaxın məhsuldan 7-sini ilk dəfə ziyarətçilərimizlə bir araya gətirmək, stendimizdə 31 ölkənin nümayəndə heyətini qəbul etmək və məhsullarımızı dünyaya tanıtmaq fürsəti tapdıq. Bu il ilk dəfə nümayiş etdirəcəyimiz məhsulların, sərginin və ziyarətçilərin diqqət mər kəzində olacağını düşünürük. IDEF-2021 çərçivəsində hal-hazırda apardığımız əlaqə fəaliyyətlərinin də istiqrarlı böyümə qrafikimizi qorumağımıza və Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın visionları ilə təyin olunan və Müdafiə Sənayesi Başqanlığımızın rəhbərliyi altında həyata keçirilən 2023 ixracat hədəflərimizə də töhfə verəcəyinə inanırıq. “Roketsan” olaraq yalnız müdafiə sənayesində deyil, həm də kosmik sahədə əhəmiyyətli irəliləyişlər əldə etdik. Prezidentimizin açıqladığı Milli Kosmik Proqramının visionunda üzərimizə düşəcək hər hansı bir missiyanı səbirsizliklə gözləyirik. IDEF-2021-də bu sahədəki işimizi tanıtmaq üçün əhəmiyyətli bir fürsət olacaqdır. IDEF-2021-də sübut olunmuş döyüş qabiliyyəti və qarışdırmağa qarşı müqa viməti ilə seçilən BORA raketi; Mavi Vətəni qorumaq üçün hazırlanmış və Türkiyə Hərbi Dəniz Qüvvələrinə uzun məsafədə dəqiq zərbə qabiliyyəti qazandıran ATMACA “səth-səth” tipli idarəolunan sursatı; rəqibləriylə müqayisədə daha uzun mənzilə sahib olmaları və hədəfə anında yönələbilmə qabiliyyətinə sahib olan Mini Ağıllı Sursatlarımız MAM-L və MAM-C, o cümlədən ailənin yeni üzvü MAM-T yerli və beynəlxalq sərgi iştirakçılarına təqdim edəcəyimiz məhsullardan bəziləridir. Əvvəlki IDEF təşkilatçılıqlarında olduğu kimi, ən son texnoloji məhsul və imkanlarımızla bu sərgidə də iştirak etmək üçün həyəcanlıyıq. IDEF-2021-də ilk dəfə sərgiləyəcəyimiz “Roketsan” məhsullarını ziyarətçilərimizə təqdim edəcəyimizi müjdələməkdən məmnunluq duyuruq.

Advertisement

This article is from: