19 minute read
MULTİKALİBER YAYLIM ATƏŞLİ REAKTİV SİSTEMLƏR XƏBƏR
MULTİKALİBER YAYLIM ATƏŞLİ REAKTİV SİSTEMLƏR
?Əhəd Əzizov
Advertisement
İkinci Dünya müharibəsindən bu günə qədər aparılmış müharibələrdə və lokalsilahlı münaqişələrdə klassik artiilleriya sistemləri və yüksəkdəqiqlikli silah nümunələri ilə yanaşı, yaylım atəşli reaktiv sistemlər (YARS) də geniş tətbiq edilmişdir.
YARS reaktiv artilleriyanın silah kompleksi olmaqla, özündə buraxma qurğusunu və müxtəlif təyinatlı reaktiv mərmiləri, eləcə də köməkçi vasitələri (nəqliyyat və nəqliyyat-doldurma maşınları, idarəetmə maşınları) və digər avadanlığı birləşdirir. Ümumqoşun döyüşünün aparılması şərtləri tətbiq olunan istənilən silah nü munəsinə qarşı dəqiqlik, atəş topluluğu, etibarlıq, erqonomika və modulluq və ya multikaliberlik kimi ciddi tələblər qoyur. Qoşunlarda multikaliber silahların istifadəsi ideyası belə demək mümkünsə, bir o qədər də yeni deyil. Yüksək texnoloji imkanlara sahib ölkələr artıq çoxdan praktikada ordu bölmələrinin döyüş imkanlarını genişləndirməkdən ötrü müxtəlif növ multikaliber silahlardan istifadə edir. Bu tendensiya müasir dövrdə YARS komplekslərindən də yan keçməmişdir. Hal-hazırda bir çox ölkələrdə mul tikaliberliyə əsaslanan YARS döyüş maşınlarının yaradılması və tətbiqi geniş vüsət almışdır. Universal multikaliber YARS qu raşdırmağın müasir konsepsiyasına uyğun olaraq, çıxarıla bilən modulların istifadəsi sursatla doldurma müddətinin azaldılması, atəşlə məhvetmə vasi tə lə rinin döyüş tətbiqinin təşkilində rahatlıq, idarəetmənin asanlaşdırılması, madditexniki təminatın sadələşdirilməsi kimi üstünlükləri təmin edir.
Serbiya Respublikası 128/122/107 mm çaplı multi kaliber YARS “Morava”
Serbiyanın Hərbi Texniki İnstitutun mütəxəssisləri tərəfindən çoxlüləli modul raket buraxma qurğusu LRSVM “Morava” işlənib hazırlanmışdır. Qurğu, modul platformaya sahib olmaqla yanaşı, multikaliber, müxtəlif təyinatlı reaktiv mərmilərlə atəş aparma imkanlı və özüyeriyəndir. Modul plat formaya sahib olması isə onun müxtəlif təkərli və tırtıllı daşıyıcılarda quraş dırılmasını, tətbiq edilən müxtəlifçaplı və təyinatlı idarə olunmayan reaktiv mərmilərlə 8 – 40 km diapazonundakı məsafəyə atəş aparmasını təmin edir. Şassi olaraq “Fabrika automobila Priboya – FAP” avtomobil zavodunun istehsalı olan, yaxşı taktiki mobilliyə malik 4x4 təkər formullu FAP-1118 BS/36 yük avtomobilinin (yerli istifadəçi üçün) və FAP 1318 BDS-AV yük avtomobilinin (ixrac üçün) şassisindən istifadə edilib. Döyüş maşınının artilleriya
“Morava” YARS
hissəsində çapdan asılı olaraq 12 və ya 16 istiqamətləndirici borulu buraxma qurğusu yerləşdirilmişdir. İstiqamət ləndirici borular mövcud olan qəlpəlifuqas, yandırıcı, termobarik, piyada və tank əleyhinə minalı kaset mərmilər daxil olmaqla bütün növ 128 mm-lik M63 “Plamen” və M77 “Oganj”, eləcə də 122 mm-lik BM-21 “Qrad” YARS reaktiv mərmiləri ilə atəş apara bilir. Qurğuda “Plamen A” və “Qrad” iki müxtəlif çaplı istiqamətləndirici borularından ibarət konteynerləri birləşdirərək, eyni zamanda modul şəklində tətbiq etmək mümkündür. Bu da döyüş maşınına həm yaxın hədəflərə, həm də uzaq hədəflərə zərbə endirməyə imkan verir. Məsafəyə və istiqamətə düzəliş sistemi yüksək dəqiqliyi təmin edir. Döyüş maşınından tək-tək, yarımyaylım və tam yaylım atəşi aparmaq mümkündür. YARS tuşlamanı tam avtomatik idarəetmə sistemi ilə təchiz edilib. Bundan başqa, INS və GPS naviqasiya sistemləri, öz yerini təyinetmə sistemi və ballistik hesablayıcı ilə təchiz edilib. Ballistik hesablayıcı atış üçün zəruri olan məlumatların daxil edilməsini və hesablanmasını həm avtomatik, həm də əllə yerinə yetirməyə imkan verir. Atış həm birbaşa kabinədən, həm də çıxarılma pultun köməyi ilə məsafədən aparılır. Döyüş maşını hərəkətdə olan zaman maskalanmanı təmin etmək üçün hidravlik ötürücülü brezent örtük nəzərdə tutulmuşdur. Örtük eyni zamanda pis hava şəraitində buraxma qurğusunu yağıntılardan qoruyur. Örtük bağlandıqdan sonra döyüş maşını adi yük avtomobilindən seçilmir. Hazırda qurğuda istifadə etməkdən ötrü uçuş məsafəsi 50 km olan yeni reaktiv mərminin yaradılması üzərində işlər yerinə yetirilir.
“Tamnava” YARS
262/122 mm çaplı multikaliber YARS “Tamnava”
Serbiyanın digər şirkəti, “Yugoimport” - SDPR tərəfindən artil leriya hissəsində həm 262 mm-lik, həm də 122 mm-lik istiqamətləndirici boru ların paket şəklində yerləş dirilməsini təmin edən modul platformalı “Tamnava” YARS yaradılmışdır. Döyüş maşını hər iki çapda olan bütün növ reaktiv mərmilərdən istifadə edir. Döyüş maşını INS və GPS idarəetmə sistemləri ilə təchiz edilmiş, qoyulmuş tap şırıqları tam avtonom şəkildə icra etmək imkanına sahib avtomatlaşdırılmış silahdır. Baza variantında 262 mm-lik birdəfəlik buraxma qurğularından istifa də olunur. Əlavə olaraq 122 mm-lik buraxma qurğularının da yer ləş dirilməsi mümkündür. Reaktiv mərmilər sistemin çoxistifadəli istiqamətləndirici borularına platformada quraşdırılmış xüsusi qaldırıcı qurğu vasitəsilə doldurulur və boşaldırılır. Digər variant isə birdəfəlik buraxma borularının istifadəsidir. Paketin üfüqi və şaquli müstəvilərdə tuşlanması avtomatik, yarımavtomatik və əllə yerinə yetirilir. Atəş həm kabinədən, həm də 25 metrlik naqillə təchiz edilmiş çıxarılma pult tətbiq edilərək məsafədən yerinə yetirilir. Döyüş maşınında 48 ədəd reaktiv mərmidən ibarət əlavə döyüş dəstinin daşınması üçün iki əlavə modul yer ləşdirilmişdir. Döyüş yığımına yığılmış reaktiv mərmilər kran-manipulyator vasitəslilə yüklənir.
262/400 mmlik multi ka liber YARS “Şumadija SVMLO”
Hazırda Serbiyanın “Yugoimport” Hərbi Texniki İnstitutunun, “EdePro” (Engine Development and Production) və “Kruşik Holding Corporation” şirkətlərinin birgə hazırladığı 262/400 mm-lik “Şumadija SVMLO” YARS/raket kompleksi üzərində tamamlama işləri yerinə yetirilir. Sistem, 38 ton yükqaldırma və yüksək keçidlik qabiliyyətli 8x8 təkər formullu KamAZ-6560 yük avtomobilinin şassisində quraşdırılmışdır. Bu da şinlərdə və təkərlərdə “RUN FLAT” tipli təzyiqi idarəetmə sistemini tətbiq edərək yolsuzluq şəraitində hərəkət etməyə imkan verir. Şassi 600 km-dən artıq məsafəyə hərəkətin avtonomluğunu və saatda maksimum 100 km sürətlə çox yüksək əməliyyat və taktiki hərəkətliliyi təmin edir. Buraxma qurğusu döndərmə və qaldırma platformalarından ibarətdir ki, bu da müvafiq sürət qutuları olan elektrik mühərriki ilə istiqamət lən diricilər paketinin istiqamət və
“Şumadija SVMLO” YARS
“SR5” YARS
hündürlük üzrə hərəkətini təmin edir. Rəqəmsal istiqamət və hündürlük sensorları, qaldırma platformasına qoşulmuş inersial naviqasiya sistemi (INS) ilə təchiz edilmiş və iki GPS qəbuledicisi olan GPS əsaslı səmtləşmə və naviqasiya cihazı isə kabinada yerləşdirilmişdir. Buraxma qurğusu avtomobil şassisinə bərkidilmiş bir çərçivəyə quraşdırılmışdır. Elektrik mühərrikləri olan (və ya hidravlik olaraq idarə olunan) dörd ayağı əhatə edən asma sistemi çərçivəyə əlavə olunmuşdur. Raketlər maksimal 48O qalxma bucağında atılır. Kompozit materialdan hazırlanan, polad armaturla möhkəmləndirilmiş və mühafizə örtüyü ilə təchiz edilmiş hər konteyner modulunda raketli iki boru var. Qapaqlar raketin ətraf mühitin təsirlərindən təcrid olunmasını təmin edir. Fəaliyyətə hazırlaşarkən konteyner, nəqliyyat vasitəsinin kranından istifadə edərək buraxma qurğusunun plat formasına yerləşdirilir və onun üzərinə kilidlə bağlanır. Taktiki vəziyyətdən və ya iş şə raitindən asılı olaraq, buraxma qurğusu dörd və ya səkkiz raket daşıya və ata bilər. Raket konteynerdən atıldıqdan və boş konteyner olan döyüş maşını atəş mövqeyindən çıxdıqdan sonra kranlı yük maşınındakı dolu konteynerlə əvəzlənir. Buraxma platforması fırlanandı və sistemə kabina istiqamətində ±30O azimut bucaq altında atəş aparmağa imkan verir. “Sumadija” YARS/raket kompleksi, “Jerina-1” və “Jerina-2” raketlərindən istifadə edərək polad konteyner mo dul larında yerləşdirilən iki növ müxtəlifçaplı raket daşımaq qa bi liyyətinə malikdir. “Jerina-1, maksimum 285 km məsafəyə, dəqiqlik və ya hədəfdən ehtimal edilən maksimum sapması INS idarəetmə sistemi ilə 150 metr və INS/GPS idarəetmə sistemi ilə 50 metrdən az olan 400 mm çaplı bir raketdir. “Jerina-1” – trayektoriyaya düzəliş vermək mümkün olan raket olmaqla, döyüş başlığının kütləsi təxminən 200 kq təşkil edir. Döyüş başlığı qəlpəlidir, təkmilləşdirmə nəticəsində termobarik döyüş başlıqlarının yara dılması imkanı əldə edilmişdir. Yığılmış raketin kütləsi təxminən 1550 kq-dır. İki “Jerina-1” raketi olan modul təxminən 4200 kq ağırlığındadır, uzunluğu isə 8,25 metrdir. Raket müasir kompozit raket mühərrikindən istifadə edir. “Jerina 2”, maksimal 75 km mənzilli olmaqla, 262 mm çaplı bir raketdir. Bu raket, M-87 “Orkan” YARS-da istifadə olunan raketin birbaşa və dərindən təkmilləşdirilmiş variantıdır. Döyüş başlığı qəlpəlidir, ancaq digər döyüş başlıqlı növləri də mövcuddur. YARS/raket kompleksindən tək-tək və yaylım atəşi aparmaq mümkündür.
Çin Xalq Respublikası 122/220 mm çaplı multikaliber YARS “SR5”
NORINCO şirkəti tərəfindən ixrac üçün nəzərdə tutulmuş 122/220 mm çaplı SR-5 multikaliber YARS işlənib hazırlamışdır. Döyüş maşını teleskopik çərçivə-buraxma qurğusu vasitəsilə paket şəkilndə doldurulması üçün layi hə ləndirilmişdir. Zərurət olduqda, taktiki raketlərin buraxma qurğusu kimi də istifadə edilə bilir. Döyüş maşınından BM-21 “Qrad” YARS üçün nəzərdə tutulmuş 122 mmlik “Dragon BRE7” idarə olunmayan reaktiv mərmilərlə, eləcə də 220 mmlik idarə olunan və idarə olunmayan reaktiv mərmilərlə atəş apara bilir. Sistem INS/GPS inersial-peyk tuşlamalı, 220 mm-lik “Shenlong 60” və “King Dragon 60 GR1” idarə olunan raketlərin, yaxud da trayektoriyanın son mərhələsində yarıaktiv lazer tuşlama sistemli idarə olunan raketlərin istifadəsini təmin edir. Xarici görünüşdən ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsalı olan M142 HIMARS (High Mobility Artillery Rocket System) yüksək mobillikli reaktiv artilleriya sistemini xatırladır. Fərqli cəhəti ondadır ki, SR-5 YARS iki növ reaktiv mərmi və əməliyyat-taktiki raket ilə atəş apara bilir. İki növ reaktiv mərmi və əməliyyat-taktiki raketlə atəşaparma imkanı onu istismar edən orduya görünməmiş bir rahatlıq, texniki xidmət və unifikasiya asanlığı verir. Sursatların mexanikləşdirilmiş paket yüklənməsi, BM-21 “Qrad” YARS-dan fərqli olaraq yenidən doldurmanın müddətini sürət -
“AR3” YARS
ləndirir və raketlərin saxlanmasını asanlaşdırır. 122 mm-lik konteynerdə 20 isti qa mətlənidirci boru, 220 mm-lik kon teynerdə isə 6 istiqamətləndirici boru nəzərdə tutulmuşdur. Paketlərin av tomatlaşdırılmış doldurulması 5 dəqiqə vaxt tələb edir. YARS-dan tək-tək və yaylım atəşi aparmaq mümkündür. Döyüş vəziy yətində atış aparan zaman dayanıqlığı təmin etməkdən ötrü iki sabitləşdirici domkrat torpağa dayanır.
300/370 mm çaplı multikaliber YARS “AR3”
“NORINCO” şirkətinin işləyib hazırladığı digər multikaliber YARS döyüş maşını isə 300/370 mm-lik AR-3 sistemidir. Bu sistemdə də tez çıxarıla bilən nəqletmə-buraxma konteynerləri tətbiq edilmişdir. Konteynerlər döyüş maşınının döyüş dəstinə daxil olan 300 mm-lik idarə olunmayan reaktiv mərmilərin və 370 mm-lik idarə olunan raketlərin buraxılmasını təmin edir. Sistem uzunmənzilli olması ilə yanaşı, həm də geniş diapazona malik müxtəliftəyinatlı sursat nomen kla turasına malikdir. Bu da sonda sistemdən yerinə yetirilən tapşırıqların çoxsaylı olması, atış məsafəsinin dəyişdirilməsi, yüksək dəqiqlik və effektivliklə nə ticələnir. AR-3 YARS döyüş maşını yüksək keçidlik qabiliyyətinə malik 8x8 təkər formullu "Wanshan” yük avtomobilinin şassisində yerləşdirilmişdir. Artilleriya hissəsində 2 ədəd tez çıxarılan nəqletməburaxma konteynerində 4 ədəd 370 mm-lik və ya 5 ədəd 300 mm-lik bir dəfəlik istiqamətləndirici boru qu raşdırılmışdır. Yalnız zavod şəraitində doldurulmuş və hermetikləşdirilmiş nəqletmə-buraxma konteynerləri reaktiv mərmilərin saxlanılması, nəql edilməsi və buraxılması üçün təyin edilib. 370 mm-lik nəqletmə-buraxma konteynerləri BRE6 idarə olunan raketlərinin buraxılması üçün təyin edilib. Açıq mənbələrdə BRE6 raketində tətbiq edilmiş idarəetmə sistemi haqqında məlumat olmasa da, isteh salçının iddiasına görə bu raketin im kanları yaxın fəaliyyət radiuslu ballistik raketlərə yaxındır. 300 mm-lik idarə olunan və idarə olunmayan reaktiv mərmilər qəlpəlifuqas, yandırıcı, həcmli-detonasiya təsirli, həmçinin piyada və tank əleyhinə minalarla, özütuşlanan döyüş elementləri ilə təchiz edilmiş kasettipli müxtəlif növ döyüş başlıqları ilə dəstləşdirilə bilir. Döyüş başlığının növündən asılı olaraq reaktiv mərminin uçuş məsafəsi 70 kmdən 130 km-ə qədər dəyişir. Ehtimal olunur ki, AR-3 YARS-da tətbiq edilən reaktiv mərmilər 300 mm-lik AR-1A YARS-da tətbiq edilən sursatlarla unifikasiya edilmişdir. Lakin NORINCO şirkətinin mütəxəssislərinin bildirməsinə görə, baxmayaraq ki, reaktiv mərmilər 9K58 “Smerch” YARS reaktiv mər milərinin struktur elementlərinin birbaşa çıxarılmış surətidir, AR-3 sisteminin 300 mm çaplı raketləri orijinal bir layihədir və rus analoqları ilə uyğun gəlmir.
“LYNX” YARS
İsrail Dövləti 122/160/306 mm çaplı multi kaliber YARS “LYNX”
“Israel Military Industries – IMI” şirkəti tərəfindən unifikasiya edilmiş şassi üzərində multikaliber “Lynx” YARS hazırlanmışdır. Modul sistemi sayəsində döyüş maşınından 160 mm-lik “LAR-160” və “Accular” reaktiv mərmilərlə yanaşı, keçmiş SSRİ istehsalı olan 122 mm-lik BM-21 “Qrad” YARS üçün nəzərdə tutulmuş, həmçinin yerli istehsalları olan 306 mm-lik “Extra” reaktiv mərmilər də tətbiq edilə bilir. Unifikasiya edilmiş “Lynx” döyüş maşınının şassisi eyni anda müxtəlif reaktiv mərmisi olan istiqamət lən dirici paketlərin yerləşdirilməsini təmin edir. “Lynx” YARS döyüş maşınının modul konstruksiyası buraxma paketini müxtəlif tırtıllı və təkərli şassilərə, o cümlədən M-548 tırtıllı transportyorun (ABŞ), 6x6 təkər formullu “Mercedes 3341 Actros” (Almaniya), 8x8 təkər formullu KamAZ6350 (Rusiya) yük avtomobillərinin şassisinə quraşdırılmasını təmin edir. Artilleriya hissəsində 26 ədəd (2x13) 160 mm-lik LAR, 40 ədəd (2x20) 122 mm 9M22U və ya 8 ədəd (2x4) 306 mm-lik “Extra” reaktiv mərmiləri üçün nəzərdə tutulmuş istiqamətləndirici borular paketi (konteyneri) yerləşdirilir.
Braziliya Federativ Respublikası
“ASTROS II Mk 6” YARS
Braziliya Quru Qoşunlarının yeni YARS ilə təchizatının həyata keçirilməsi üçün qəbul edilmiş “ASTROS-2020” proqramı çərçivəsində “Avibras Industria Aeroespacial” şirkəti tərəfindən “ASTROS II Mk 6” multikaliber YARS işlənib hazırlanmışdır. Proqramın əsas məqsədi mövcud silah nümunələrinin xassələrinin yüksəldilməsindən və bir neçə növ döyüş sursatından istifadə imkanlarının əldə edilməsindən ötrü dərin tək milləş dirilməsidir. “ASTROS-2020” proqramının eyni dərəcədə vacib bir hissəsi, YARS döyüş maşınından atılmaq üçün uyğunlaşdırılmış yeni taktiki qanadlı raketin yaradılmasıdır. Ümumilikdə, yeni “ASTROS II Mk 6” YARS, “ASTROS II” ailəsinə daxil olan silah nümunəsinin daha da inkişaf etdirilməsidir. Son otuz ildə bu ailə üzvü olan YARS-lar Braziliya Quru Qoşunlarının reaktiv artilleriyasının əsasını təşkil edir. YARS yüksək keçidlik qabiliyyətinə malik 6x6 təkər formullu Tectran VBT2028 və Tatra T815-790PR39 avto mobillərinin şassisində layihə ləndiril mişdir. Avtomobillər Almaniyada istehsal olunan, 280 at gücünə malik 8 silindrli Mercedes OM422 dizel mühərriki ilə təchiz olunmuşdur. Vahid şassinin istifadəsi kompleksin bütün maşınlarının
“ASTROS II Mk 6” YARS
təxminən bərabər xüsusiyyətlərini təmin etməyə imkan verir. Avtomobillərin şosedə maksimal hərəkət sürəti saatda 90 km-ə çatır, yanacaq üzrə gediş ehtiyatı isə 480 kilometrdir. “ASTROS II Mk 6” YARS divizionunun tərkibinə bir neçə fərqli element daxildir: - universal buraxma qurğulu döyüş maşını AV-LMU – 3 x 6 ədəd; - banında səkkiz nəqletmə-buraxma konteynerində döyüş sursatlarının daşınması və buraxma qurğusunun doldurulması üçün qurğularla təchiz edilmiş nəqliyyat-doldurma maşının AV-RMD – 3 x 6 ədəd; - rabitə və idarəetmə avadanlıqlı komanda maşını AV-VCC – 3 x 1 ədəd; - sonradan atəşə düzəliş vermək üçün özünün və hədəfin yerləşmə yeri haqqında məlumat hazırlayan artilleriya kəşfiyyatı radiolokasiya stansiyalı (RLS) idarəetmə maşını AV-UCF – 3 x 1 ədəd; - batareyanın atəşini idarəetmə maşını AV-PCC – 3 x 1 ədəd; - divizionun atəşini idarəetmə maşını AV-MCC – 1 ədəd; - meteorologiya stansiyası AV-MET – 3 x 1 ədəd; - mobil təmir emalatxanası AV-OFVE – 2 ədəd; - bir neçə növ reaktiv mərmilər və qanadlı raket. Döyüş maşınının artilleriya hissəsi şassinin arxa oxlarının üzərində yerləşdirilib. Buraxma qurğusunun konstruksiyası istiqamətləndiricilər paketlərini üfüqi və şaquli müstəvilərə tuşlamağa imkan verir. Bir çox digər YARS-dan fərqli olaraq, “ASTROS II Mk 6” YARS döyüş maşınının raket atmaq üçün öz istiqamətləndiricilər paketi yoxdur və reaktiv mərmilər istehsalçı zavodda doldurulmuş hazır modullarda saxlanılır. Döyüş maşının heyəti 4 nəfərdən ibarətdir. Yüksək atış məsafəsi raketlərin konstruksiyasına təsir etmişdir. Uzun məsafələrdə məqbul atəş dəqiqliyini qorumaqdan ötrü yeni raketlər üçün orijinal idarəetmə sistemi hazırlanmışdır. Bort avtomatikası raketin vəziyyətini izləyir və lazım olduqda qaz-dinamik sükanlarına komandalar verir. Bortdakı qaz generatorundan işləyən qaz-dinamik sükanlar, tanqaj və bucaq nəzarətini təmin edir. Belə idarəetmə sistemi sayəsində yüksək atış məsafəsi göstəricilərini və eyni zamanda kifayət qədər dəqiqliyi təmin etmək mümkün olmuşdur.
Türkiyə Respublikası 230/260 mm çaplı multikaliber YARS “TOROS”
1995-ci ildən 2000-ci ilə qədər MKEK Mexanika və Kimya Sənayesi Korporasiyası, “TÜBİTAK-SAGE” Müdafiə Sənayesi Tədqiqat və İnkişaf İnstitutu tərəfindən “TOROS” adlı multikaliber 230/260 mm çaplı YARS yaradılaraq sınaqlardan keçirilmişdir. Lakin həmin dövrdə 300 mm-lik “Qasırğa” reaktiv mərmilərinin yaradılması səbəbindən yeni YARS seriyalı istehsala yönəl dilməmişdir. 2013-cü ildə yenidən MKEK və TÜBİTAK SAGE arasında əməkdaşlıq və strateji tərəfdaşlığın qurulması üçün protokol bağlanmış və protokolda “DEMET”, “NEB”, 81 mm-lik kürəvari minaatan sursatı və 35 mm-lik Parm qəlpəli sursat kimi bir çox uğurlu layihələrlə birlikdə “TOROS” layihəsinin də inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. 2016-cı ildə YARS sınaqları uğurla başa çatdırılmış və sistem Türk Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilmişdir. Yaradıcı heyətin niyyətinə görə, yeni sistem atəş imkanlarına görə dünyanın aparıcı ölkələrinin müasir YARS döyüş maşınları ilə rəqabət apara biləcək. Silahlanmada duran və maksimal atəş məsafəsi 40 km olan 122 mm-lik T-122 “Sakarya” YARS-dan fərqli olaraq, yeni sistem bu göstəricini keçir, eyni zamanda multikaliber olmaqla 230 və 260 mm idarə olunmayan reaktiv mərmilərin/raketlərin istifadəsi üçün konstruksiya edilmişdir. Bundan başqa, YARS-da rəqəmsal idarəetmə sistemi, müasir rabitə və həyatı dəstəkləmə vasitələri ilə təchiz edilmiş modul bir sxem tətbiq olunmuşdur. Buraxma qurğusu Almaniya isteh salı, heyəti atıcı silahların atəşindən və artilleriya mərmilərinin qəlpələrindən qoruyan zirehli kabinəli, 6x6 təkər formullu MAN yüksəkkeçidli avtomobilin şassisinə quraşdırılmışdır. Düşmənin canlı qüvvəsini və alçaqdan uçan hədəflərini məhv etməkdən ötrü əlavə silah olaraq, 7,62x51 mm-lik və ya 12,7x99 mm-lik pulemyot nəzərdə tutulmuşdur. Döyüş maşınından atışların aparılması üçün 230 mm-lik “TOROS-230A” idarə olunmayan reaktiv mərmi və 260 mm-lik “TOROS-260A” raketi yaradılmışdır: “TOROS-230A” 100 km, “TOROS-260A” isə 160 km məsafəyə uçmaq imkanına malikdir. Sursatlar qəlpəli-fuqas, kaset və ya qəlpəlikumulyativ öldürücü elementli, radio elektron mübarizə və betondələn döyüş başlıqları ilə təchiz oluna bilir. Yeni sistem dörd növ avto mo bilindən ibarətdir: buraxma qurğusu (MAN 6x6), nəqliyyat maşını (MAN 6x6), texniki xidmət maşını (MAN 6x6) və atəşi idarəetmə maşını (MAN 4x4). Bu sistem YARS Türkiyənin Bosniya və Hersoqovinanın “BNT Bratstvo Novi Travnik” şirkətindən aldığı Serbiyanın 262 mm-lik M-87 “Orkan” buraxma qurğusunun və onun 262 mm-lik
raketinin “geriyə mühəndislik üsulu ilə yaradılmış surətidir. Raketin konstruk siyası cüzi dəyişdirlərək başqa növ yanacaq və balonlar tətbiq edilmişdir. “TOROS-260A” raketi dörd ədəd birdəfəlik nəqletmə-buraxma konteyner lərində olmaqla paketdə yerləşdirilib. 230 mm-lik reaktiv mərmi isə ABŞ istehsalı olan 227 mm-lik M270 MLRS istifadə üçün nəzərdə tutulmuş reaktiv mərminin “TÜBİTAK-SAGE” tərəfindən yaradılmış SAGE 227 variantı əsasında konstruksiya edilmişdir. “TOROS-230A” reaktiv mərmiləri altı ədəd birdəfəlik nəqletmə-buraxma konteynerlərində olmaqla paketdə yerləşdirilib. Döyüş maşınının artilleriya hissəsində eyni zamanda 2 ədəd “TOROS230A” və ya 2 ədəd “TOROS-260A” nəqletmə-buraxma konteynerinin pake tini yerləşdirmək mümkündür.
107/122 mm çaplı çoxməqsədli multikaliber YARS “T107/122”
“Roketsan” şirkətinin mütəxəssisləri bir çox aparıcı ölkələrdə inkişaf etdirilən modultipli YARS sistemlərindən bəhrələnərək, 107 mm-lik T-107, 122 mm-lik T-122 “Sakarya” və 300 mm-lik T-300 “Kasırğa” YARS davamı olaraq, yeni 107/122 mm çaplı multikaliber T107/122 YARS yaratmışlar. Yeni YARS bütün hava və ərazi şəraitində gecəgündüz yüksək prioritetli hədəflərə qarşı manevr birliklərinə intensiv və təsirli atəş dəstəyi verən bir silah sistemidir. Yüksək hərəkətliliyi olan yeni T-107/122 YARS-dan atəş aparmaqdan ötrü 107 mm-lik TR-107 və TRB-107, 122 mmlik TR-122, TRB-122 və TRG-122 reaktiv mərmilərindən istifadə olunur. Standart T-107/122 YARS batareyasına 6 ədəd T-107/122 döyüş maşını, 1 ədəd C-107/122 komanda-idarəetmə maşını, 6 ədəd L-107/122 sursat təchizatı maşını, 1 ədəd M-107/122 meteoroloji maşın, 1 ədəd R-107/122 texniki xidmət maşını və digər köməkçi vasitələr daxildir. Avtomobillər 4x4 və ya 6x6 təkər formuluna sahib olduğuna görə, yolsuzluq şəraitində və pis ərazilərdə hərəkətetmə qabiliyyətinə malikdir. Batareya avtonom şəkildə döyüş tapşırıqlarını yerinə yetirə bilir və tərkibi sifarişçinin istəyindən asılı olaraq dəyişdirilir. Sistem xüsusiyyətlərinə bortda sursat yükləyən kranın, avtomatik istiqamətlənmənin, simli / simsiz-səsli / data məlumat rabitə sisteminin, hidravlik stabilizasiya sisteminin, inteqrasiya olunmuş yerüstü mövqe lənmə cihazının, kabin təzyiq sisteminin, enerji təchizatı və paylama sisteminin, kabin içərisində və ya məsafədən atəşetmə imkanının, 5 dəqiqədən az müddətdə mövqelənmə bacarığının, zirehləndirməsinin, mənfi yüksəkliklərə atəşaparma bacarığının olması daxildir. Batareyanın komanda idarəetmə sistemi və silah idarəetmə sistemi, müasir atəş dəstəyi avtomatlaşdırması ilə döyüş sahəsindəki komanda idarəetmə və tuşlama sistemləri ilə uzlaşdırıla bilir. Sistem hədəfaşkarlama radarı və ya pilotsuz uçuş aparatları kimi hədəfaşkarlama cihazlarından hədəf haqqında məlumat ala bilir. T-107/122 döyüş maşını, INS və GPS mövqeləmə əsaslı naviqasiya və avtomatik istiqamətləndirmə sistemləri sayəsində “at-qaç” taktikasını uğurla həyata keçirir: mövqeləndikdən sonra maksimum 5 dəqiqə ərzində atəşə hazır vəziyyətə gəlir; atışdan sonra 5 dəqiqə ərzində öz mövqeyini dəyişdirir və çoxsaylı atəş tapşırıqlarını qısa müddət ərzində yerinə yetirir. TR-107 raketləri döyüş maşınının kabinəsindən atəş aparmaq qabiliyyətinə sahib olan atəşi idarəetmə sistemindən istifadə edərək atılır. TR-107 raketləri ilə atışı döyüş maşınının hidravlik dayaqları yürüş vəziyyətində olduqda belə aparmaq mümkündür. Dayanıqlı quruluşu sayəsində buraxma plat formasının etibarlı olması təmin edilir. T-107/122 YARS, təkcə bölgə hədəflərinə qarşı deyil, həm də güclü atəş effekti ilə nöqtə hədəflərinə qarşı böyük effektivliklə istifadə olunur. Yaşayış məntəqələrində və yaxın döyüş tapşırıq larında atəş etmək qabiliyyəti yüksəkdir. T-107/122, mənfi yüksəklikdə də 107 mm raket atmağa qadirdir. Bu bacarığı ilə, xüsusilə də dağlıq bölgələrdə əməliyyatlarda, olduğu hündürlükdən daha aşağı hündürlükdəki hədəflərə atəş aça bilir. T-107/122 YARS, avtomatik navi qasiya və tuşlama sistemləri sayəsində, döyüş maşınının komandiri və sürücüsü də daxil olmaqla ikinəfərlik heyətlə atış tapşırıqlarını yerinə yetirə bilər.
Rusiya Federasiyası 122/300 mm çaplı multikaliber YARS “Tornado”
Modul platformalı YARS yaradılması istiqamətində “A.N.Qaniçev adına “Splav” Elmi-İstehsalat Birliyi” Səhmdar Cəmiyyəti və “Motovilixi zavodları” Publik Səhmdar Cəmiyyəti tərəfindən konstruktor-layihələndirmə işləri yerinə yetirilərək BM-21 “Qrad” (9K51) və BM-30 “Smerç” (9K58) YARS döyüş maşınlarının əvəz edilməsi üçün “Tornado” layihəsi çərçivəsində 122 mm-lik “Tornado-Q” (9K51M) və 300 mm-lik “Tornado-S” (9K515) sistemləri yaradılmışdır. Yeni YARS yalnız blok şəklində olan istiqamətləndirici boruların çapına görə fərlənirlər və bloklar qarşılıqlı dəyişdirilə bilir. Yəni eyni döyüş maşınını bloku dəyişdirməklə həm “Tornado-Q”, həm də “Tornado-S” YARS kimi tətbiq etmək olar. “Tornado-Q” döyüş maşınının şassisi 6x6 təkər formullu “Ural-43206” avtomobili və “Tornado-S” döyüş maşınının şassisi 8x8 təkər formullu BAZ-6950 avtomobilidir. Yeni YARS tərkibinə təkmilləşdirilmiş döyüş
maşınları, tuşlamanı və atəşi avtomatik idarəetmə sistemi, ballistik göstəriciləri hesablama kompüteri, həmçinin yeni 40 və 120 km uçuş məsafəli reaktiv mərmilər daxildir. “Tornado-S” YARS üçün uçuş məsafəsi 120 km olan ayrılan qəlpəli-fuqas və ya kaset başlıq hissəli yeni 9M542 reaktiv mərmiləri də yaradılmışdır. “Tornado” YARS üçün nəzərdə tutulmuş reaktiv mərmilərin uçuş məsafəsinin “Tornado-Q” üçün 100 km-ə və “Tornado-S” üçün 200 km-ə qədər artırılması, eyni zamanda “Tornado-S” döyüş maşınlarından bu raxılması üçün nəzərdə tutulmuş qanadlı və ballistik raketlərin yaradılması üzərində layihələndirmə işləri yerinə yetirilir. Bunlardan başqa, “Tornado” ailəsinə daxil olan YARS döyüş maşınları həm mövcud olan reaktiv mərmilərlə, həm də atış məsafəsi 2,5 dəfə artırılmış yeni reaktiv mərmilərlə atış apara bilir. Yeni reaktiv mərmilər sırasına kəşfiyyat (kəşfiyyat kapsullu), hədəfgöstərici, radiosusdurucu və s. xüsusi təyinatlı döyüş hissəli, həmçinin idarə edilən reaktiv mərmilər daxildir. 9K51M “Tornado-Q” YARS tərkibinə təkmilləşdirilmiş BM-21 döyüş maşını, 1В126 “Kapustnik-BM” avtomat laş dırılmış atəşə nəzarət vasitələri kompleksi və reaktiv mərmilər daxildir. 9K515 “Tornado-S” YARS tərkibinə 9A54 döyüş maşını, 9T255 nəqliyyatdoldurma maşını, “Uspex-R” atəşi avtomatik idarəetmə sistemi, təlim-məşq kompleksi, topobəndetmə maşını, meteorologiya maşını və reaktiv mərmilər daxildir.
220/300 mm çaplı çoxməqsədli multikaliber YARS 9K512 “Uraqan1M”
Yaradılan modul platformalı YARS digər nümunəsi “Motovilixi zavodları” Publik Səhmdar Cəmiyyəti tərəfindən yaradılan və BM-22 “Uraqan” (9K57) YARS döyüş maşınlarının əvəz edilməsi üçün 220/300 mm çaplı 9K512 “Uraqan1M” sistemi yaradılmışdır. Döyüş maşını 8x8 təkər formullu MZKT-7930 “Astro loq” avtomobilinin şassisində yerləş dirilmişdir. Multikaliber döyüş maşınından həm 220 mm-lik 9K57 “Uraqan” YARS, həm də 300 mm-lik 9K58 “Smerç” YARS reaktiv mərmiləri ilə atəşaparmanı təmin edir. Əvvəlki döyüş maşınından fərqli olaraq, döyüş maşınının sursatla doldurulması bir-bir istiqamətləndirici borulara deyil, birbaşa paketin dəyiş dirilməsi ilə yerinə yetirilir. “Uraqan-1M” iki ədəd 6 lüləli blokla təchiz edilir. 9K512 “Uraqan-1M” YARS tərkibinə 9A53 döyüş maşını, 9T249 nəqliyyatdoldurma maşını və nəqletmə-buraxma konteynerlərində olan reaktiv mərmilər daxildir.
Cənubi Koreya Respublikası 130/227/230 mm çaplı mul ti kaliber YARS “Hanwha ChunMu”
“Hanwha” korporasiyası Cənubi Koreya Müdafiə Nazirliyinin sifarişi əsasında silahlanmada olan 130 mmlik “Doosan K136 Kooryong” YARS əvəz edilməsi üçün dərindən təkmilləş dir məklə yeni “Hanwha Chun-Mu” YARS işləyib hazırlamışdır. Yeni YARS əsas xüsusiyyəti onun eyni buraxma qurğusundan həm yerli istehsal olan 130 mm-lik və 230 mmlik idarə olunmayan reaktiv mərmilərlə, həm də ABŞ istehsalı olan 227 mm-lik MLRS M270 üçün nəzərdə tutulmuş idarə olunmayan reaktiv mərmilərlə atəşaparma imkanıdır. YARS artilleriya hissəsində daimi istiqamətləndiricilər paketi yoxdur. Platforma üzərində müxtəlifçaplı və təyinatlı reaktiv mərmilərlə doldurulmuş nəqletmə-buraxma konteynerləri quraşdırılır. Reaktiv mərmilərin uçuş məsafəsi belədir: 130 mm-lik və 227 mm-lik reaktiv mərmilərlə – 80 km-ə qədər, 230 mm-lik reaktiv mərmilərlə isə – 160 km-ə qədər. YARS müasir kompüterləşdirilmiş avtomatik atəşi idarəetmə sistemi ilə təchiz edilib. Avtomatik atəşi idarəetmə sistemi pilotsuz uçuş aparatları da daxil olmaqla müxtəlif sistemlərdən alınan məlumatlar əsasında real zaman ərzində atışa düzəlişlərin edilməsini təmin edir. 230 mm-lik reaktiv mərmilərin nümunələri INS/GPS tuşlama sistemləri ilə təchiz edilir. YARS 8x8 təkər formullu tək milləşdirilmiş “Doosan DST” avto mo bilinin şassisində yerləşdirilib. Bu tip şassi sistemin qiymətinin aşağı salınması, onun istismar və texniki xidmət dəyə rinin azaldılması məqsədi ilə seçilib. Atış həm döyüş maşının kabi nə sindən, həm də çıxarılma pult vasitəsilə məsafədən yerinə yetirilə bilir. Heyət üzvlərini atıcı silahların güllələrindən və artilleriya mərmilərinin qəlpələrindən müdafiə etməkdən ötrü döyüş maşınının kabinası zirehləndirilib. Kabinənin damında atıcı silahdan atış aparmanı təmin edən lyuk nəzərdə tutulmuşdur. YARS tərkibinə döyüş maşını və eyni zamanda dörd nəqletmə-buraxma konteyneri daşıyan nəqliyyat-doldurma maşını daxildir. Bortdoldurma sistemi vasitəsilə nəqletmə-doldurma kon teyner ləri 10 dəqiqə ərzində döyüş maşınına yüklənir. Ümumi nəticə çıxararaq əminliklə söyləmək olar ki, yaxın gələcəkdə dünya orduları geniş şəkildə çevik və universal reaktiv vasitələrlə – yeni multikaliber yaylım atəşli reaktiv sistemlərlə təchiz ediləcəkdir. Bununla da döyüşən reaktiv artilleriya birləşmələrinin komandirləri bir neçə dəqiqə ərzində və çox dəqiq şəkildə düşmənə eyni anda müxtəlifçaplı və təyinatlı reaktiv mərmilərlə atəş açmaq imkanı əldə edəcək.
“Hanwha ChunMu” YARS