MULTİKALİBER YAYLIM ATƏŞLİ REAKTİV SİSTEMLƏR ?Əhəd Əzizov İkinci Dünya müharibəsindən bu günə qədər aparılmış müharibələrdə və lokalsilahlı münaqişələrdə klassik artiilleriya sistemləri və yüksəkdəqiqlikli silah nümunələri ilə yanaşı, yaylım atəşli reaktiv sistemlər (YARS) də geniş tətbiq edilmişdir. YARS reaktiv artilleriyanın silah kompleksi olmaqla, özündə buraxma qurğusunu və müxtəlif təyinatlı reaktiv mərmiləri, eləcə də köməkçi vasitələri (nəqliyyat və nəqliyyat-doldurma maşınları, idarəetmə maşınları) və digər avadanlığı birləşdirir. Ümumqoşun döyüşünün aparılması şərtləri tətbiq olunan istənilən silah nümunəsinə qarşı dəqiqlik, atəş topluluğu, etibarlıq, erqonomika və modulluq və ya multikaliberlik kimi ciddi tələblər qoyur. Qoşunlarda multikaliber silahların istifadəsi ideyası belə demək mümkünsə, bir o qədər də yeni deyil. Yüksək texnoloji imkanlara sahib ölkələr artıq çoxdan praktikada ordu bölmələrinin döyüş imkanlarını genişləndirməkdən ötrü müxtəlif növ multikaliber silahlardan istifadə edir. Bu tendensiya müasir
“Morava” YARS
48 www.poliqon.az
dövrdə YARS komplekslərindən də yan keçməmişdir. Hal-hazırda bir çox ölkələrdə multikaliberliyə əsaslanan YARS döyüş maşınlarının yaradılması və tətbiqi geniş vüsət almışdır. Universal multikaliber YARS quraşdırmağın müasir konsepsiyasına uyğun olaraq, çıxarıla bilən modulların istifadəsi sursatla doldurma müddətinin azaldılması, atəşlə məhvetmə vasitələrinin döyüş tətbiqinin təşkilində rahatlıq, idarəetmənin asanlaşdırılması, madditexniki təminatın sadələşdirilməsi kimi üstünlükləri təmin edir. Serbiya Respublikası 128/122/107 mm çaplı multi kaliber YARS “Morava” Serbiyanın Hərbi Texniki İnstitutun mütəxəssisləri tərəfindən çoxlüləli modul
raket buraxma qurğusu LRSVM “Morava” işlənib hazırlanmışdır. Qurğu, modul platformaya sahib olmaqla yanaşı, multikaliber, müxtəliftəyinatlı reaktiv mərmilərlə atəş aparma imkanlı və özüyeriyəndir. Modul platformaya sahib olması isə onun müxtəliftəkərli və tırtıllı daşıyıcılarda quraşdırılmasını, tətbiq edilən müxtəlifçaplı və təyinatlı idarə olunmayan reaktiv mərmilərlə 8 – 40 km diapazonundakı məsafəyə atəş aparmasını təmin edir. Şassi olaraq “Fabrika automobila Priboya – FAP” avtomobil zavodunun istehsalı olan, yaxşı taktiki mobilliyə malik 4x4 təkər formullu FAP-1118 BS/36 yük avtomobilinin (yerli istifadəçi üçün) və FAP 1318 BDS-AV yük avtomobilinin (ixrac üçün) şassisindən istifadə edilib. Döyüş maşınının artilleriya