Poliqon Jurnalı 3 (53) 2021

Page 46

HAVELSAN­ın Şəhər Ərazisində Hərbi Əməliyyat Təlim Mərkəzi – MOUT­TC ?Həşim Səhrablı Asimmetrik hala gələn və gözlənilməz təhdidlərlə dolu olan bugünkü dünyada silahlı qarşıdurmaların dəyişkən xarakteri, hərbi personalın bu təhdidlərə qarşı məlumat bazasının artırılmasını, texniki və taktiki əməliyyatların praktiki qaydada aparılmasını zəruri edir. Əməliyyat mühitinin çoxşaxəli olması səbəbindən yaşayış yerlərində döyüş əməliyyatı icra etmək şərti döyüşdən fərqli taktika, texnika və planlama tətbiq edilməsini tələb edir. Qısa atış məsafələri, yaxın döyüş texnikaları, rabitə çətinliyi, yüksək intensiv ərazilərdə düşməni tapmaq və ayırd etmək çətinlikləri, o cümlədən kritik məqamlarda düşünmə və sürətli qərar qəbuletmə, əldəqayırma partlayıcı qurğularla (ƏPQ) mübarizə, habelə snayper təhdidləri və qarışıq kəşfiyyat mühiti şəhər ərazilərindəki

44 www.poliqon.az

hərbi əməliyyatları öz sinfinin fenomeninə çevirən səbəblərdən sadəcə bir neçəsidir. Silahlı qüvvələrin yaşayış yerlərində terrorla mübarizə qabiliyyətlərinin effektivliyini artırmaq, müvafiq doktrina inkişaf etdirmək və ya inkişaf etdirilmiş doktrinaları real döyüş şəraitində sınamaq məqsədilə ordu

birləşmələrinin simulyasiya sistemləri ilə dəstəklənən təlim həllərinə ehtiyacları artmışdır. Bu baxımdan Türkiyənin HAVELSAN şirkəti müştərilərinin artmaqda olan tələblərini təmin etmək üçün dərin bilik və dünyasəviyyəli, sənayedə qabaqcıl simulyasiya texnologiyası gücünü istifadə edərək, məhsul portfelinə Yaşayış Məntəqələrində Hərbi Əməliyyatlar üçün Təlim, Simulyasiya və Test Mərkəzini (ing. Training, Simulation and Test Center for Combat in Residential Areas) əlavə edib. İnteqrasiya olunmuş MOUT Təlim Mərkəzi aşağıdakı nümunələr vasitəsilə həqiqi və simulyasiya edilmiş yaşayış yerlərində, virtual simulyatorlarda və


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.