Müharibədən sonra zirehli nəqliyyat vasitələrinin istehsalına baxış ?Əhəd Əzizov Azərbaycanın işğal olunmuş ərazilərin azad edilməsi uğrunda apardığı 44 günlük Vətən müharibəsindən sonra bir çox xarici mütəxəssislər nəinki inkişaf etməkdə olan, həm də ən güclü ölkələrin ordularının taktikasını, əməliyyat sənətini və hətta strategiyasını dəyişdirmək üzrə olan hərbi işlərdə inqilabın baş verməsi barədə danışmağa başlamışlar. Hər şeydən əvvəl, söhbət döyüş əməliy yatlarında qardaş Türkiyənin texniki və strateji inkişafına əsaslanan Azərbaycan Ordusu tərəfindən pilotsuz uçuş aparatlarının (PUA) kütləvi istifadəsindən gedir. Eyni zamanda dronların müharibə sənətini kökündən dəyişdirəcəyi nəzəriyyəsinin əleyhdarları var. Onların nöqteyinəzərindən Qarabağdakı dronlar yeni bir şey göstərməyib, sadəcə olaraq Türkiyə və Azərbaycan hərbçiləri Ermənistanın hava hücumundan müdafiə (HHM) sisteminin zəifliyindən istifadə edərək dünyaya zəifləri məğlub etməyin inandırıcı
mənzərəsini göstərib. Şübhə edənlərin sözlərinə görə, PUA-ların kütləvi istifadəsi güclü düşmənə qarşı nəticə verməyəcək. Bu materialda gələcəkdə baş verə biləcək “dron müharibələri”ndən qorxmağın və orduları zirehli nəqliyyat vasitələri ilə təchiz etməyin məqsədəuyğunluğuna bir baxış açıqlanmışdır. Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində yeni yüksək texnoloji hərbi PUAların tətbiqi, tanklar, eləcə də piyadaların döyüş maşınları, zirehli transportyorlar, zirehli avtomobillər kimi yerüstü zirehli texnikaları çox