Poliqon Jurnalı 3 (53) 2021

Page 64

“BAYRAKTAR AKINCI” PUA seriyalı istehsalda ? Zaur Akifoğlu

Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) rəhbərliyi ilə həyata keçirilən layihə çərçivəsində “Baykar” şirkəti tərəfindən yerli və milli imkanlarla hazırlanmış “Bayraktar Akıncı” hücum pilotsuz uçuş aparatının (PUA) seriyalı istehsal mərhələsinə başlanmışdır. Seriyalı istehsal olunan “Bayraktar Akıncı” PUA­larının sifarişçiyə ilk çatdırılmasının 2021­ci il ərzində həyata keçirilməsi planlaşdırılır. Artıq seriyalı istehsal modelinin ilk PUA-ları olan “Bayraktar Akıncı S-1” və “Bayraktar Akıncı S-2” Türkiyənin Çorlu Hava Meydan Komandanlığında yer alan Akıncı Uçuş Təlim ve Test Mərkəzinə çatdırılmışdı. Hazırda sözügedən PUA-ların sınaqları keçirilir. Digər seriyalı istehsal modellərinin inteqrasiya işləri isə Baykar Milli S/PUA Ar-Ge və İstehsal Mərkəzində davam etdirilir. “Baykar” mütəxəssislərinin sözlərinə görə, şirkət tərəfindən milli və orijinal dizayn, proqram təminatı, avionika və mexanika ilə hazırlanan “Bayraktar Akıncı” pilotsuz uçuş aparatının idarəetmə stansiyasında təxminən 100-ə yaxın kompüter sistemi fəaliyyət göstərir. Havayaqalxma çəkisi 6 tondan çox olan (6,049 kq) “Bayraktar Akıncı” 400 kq daxili və 950 kq xarici olmaqla ümumi 1350 kiloqram faydalı yüşkdaşıma qabiliyyətinə malikdir.

62 www.poliqon.az

Bükülü qanad quruluşu ilə 20 metr qanad genişliyinə sahib olan aviasiya platforması, eyni zamanda tam avtomatik uçuş nəzarəti və 3 ehtiyat avtopilot sistemi sayəsində yüksək uçuş təhlükəsizliyi təmin edilir. Faydalı yük tutumu sayəsində daşıyacağı milli sursatlarla əməliyyatları icra edə biləcək “Bayraktar Akıncı” qanadlı raketlər atmaq qabiliyyətinə də malikdir. “Baykar” şirkətinin mütəxəssislərinin sözlərinə görə, “Bayraktar Akıncı” hücum PUA-sı TÜBİTAK SAGE və “Roketsan” tərəfindən istehsal olunan milli sursatlardan MAM-T, MAM-L və MAM-C idarə olunan sursatlar, “Cirit”, L-UMTAS, “Bozok”, SOM, “Gökdoğan” və “Bozdoğan” raketlərindən, MK81, MK-82, MK-83, KGK qanadlı tuşlama dəstli ilə təchiz edilmiş MK-82 və NEB aviasiya bombalarından istifadə edə biləcək. Bundan başqa, F-16 döyüş təyyarələrinin icra etdiyi bəzi tapşırıqları da

yerinə yetirəcək “Bayraktar Akıncı” burun hissəsində yerləşən ASLESAN şirkəti tərəfindən milli olaraq istehsal edilən AESA radarı sayəsində yüksəksezmə bacarığına sahib olacaqdır. ASELSAN-ın AESA radarı, EO / IR kamera, “Beyond Line Sight” peyk əlaqəsi və elektron dəstək sistemləri kimi kritik yükləri daşıyacaq “Bayraktar Akıncı” inkişaf etmiş süni zəka xüsusiyyətlərinə də sahib olacaq. Bundan əlavə, “Bayraktar Akıncı” süni intellekt kompüterləri vasitəsi ilə sensor və üzərindəki kameralardan aldığı məlumatları qeyd edərək, informasiya toplaya biləcək. İnkişaf etmiş süni zəka sistemi topladığı məlumatları emal edərək qərar vermək qabiliyyətinə sahib olacaq. İnsan gözü ilə aşkarlanmayan yer hədəflərini tapa bilən süni zəka sistemi “Bayraktar Akıncı” PUA-nın daha təsirli şəkildə istifadə edilməsini təmin edəcək. Habelə, AESA radarından istifadə edən


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.