OTOKAR Qazaxıstanda zirehli maşınlar istehsal edə bilər ?Zaur Babaşov Türkiyənin “Otokar” şirkəti Qazaxıstan Ordusu tərəfindən sınaqdan keçirilmiş NATO standartlarına uyğun olaraq hazırlanmış “Arma 8×8” və “Tulpar” zirehli döyüş maşınlarını Qazaxıstanda istehsal etməyə hazırdır. “Otokar”ın Qazaxıstanda yerləşən “Otokar Central Asia” şirkətinin İdarə Heyətinin üzvü Ufuk Aybar “Poliqon” jurnalına açıqlamasında bildirib ki, təmsil etdiyi “Otokar Central Asia” şirkəti 2019‐ cu ildən Qazaxıstanda fəaliyyət göstərir və gələcəkdə NATO standartlarına uyğun maşınlar istehsal edərək Orta Asiyada “Otokar”ın imkanlarını genişləndirməyi və regional iqtisadiyyatın inkişafına töhfə verməyi planlaşdırır. “Regionda “Otokar Central Asia” şirkəti olaraq cəmi 3 il əvvəl yaradılsaq da, “Otokar” məhsulları uzun müddətdi ki, Qazaxıstan ordusu tərəfindən istifadə edilir. Qazaxıstanı mərkəz alaraq Orta Asiyadakı mövcud və potensial isti‐ fadəçilərimizə yaxın olmağı, onların ehtiyaclarını anlayaraq uyğun həllər təklif etməyi və regionda böyüməyi hədəfləyirik. Bu məqsədlə regionda yerli istehsal başda olmaq üzərə iş ortaqları,
ortaq məhsul hazırlamaq və texnologiya transferi kimi müxtəlif əməkdaşlıq imkanlarını qiymətləndiririk. Hazırda prioritetimiz hərbi avto‐ mobil istehsalıdır. “Otokar Central Asia” olaraq, dünyada özünü doğrultmuş 8x8 və tırtıllı zirehli maşınları texnologiya transferi ilə Qazaxıstanda yerli olaraq istehsal etməyə hazırıq. İlk növbədə yal‐ nız Qazaxıstan üçün xüsusi nəqliyyat vasitələri istehsal edəcək, bununla bir‐ likdə ölkənin əmək bazarı ilə ixracına da töhfə verəcəyik”, ‐ deyə Ufuk Aybar vurğulayıb. “Otokar Central Asia” şirkətinin İdarə Heyətinin üzvü bildirib ki, “Otokar” istehsalı olan, NATO standartlarına cavab verən “Arma 8x8” taktiki təkərli zirehli döyüş maşını və “Tulpar” tırtıllı zirehli döyüş maşını ötən il Qazaxıstan Silahlı Qüvvələrinin üç fərqli ordu koman‐ danlığının hərbçiləri tərəfindən test
edilib. Onun sözlərinə görə, “Arma 8x8” Qazaxıstanın müxtəlif coğrafi və iqlim şəraitində 6 ay boyunca çətin sınaqlardan keçib, bütün yol və atış testlərini uğurla tamamlayıb. “Arma 8×8” amfibiya döyüş maşını Xəzər dənizi sınaqlarında Ufuk Aybar bildirib ki, “Arma 8x8” amfibiya tipli nəqliyyat vasitəsi dəfələrlə Xəzər dənizində üzmək qabiliyyətini nümayiş etdirib: “Maşın üzərkən üzərindəki silahlardan istifadə etməklə dəniz, quru və hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir. Quruda isə 50 km/saat və daha yüksək sürətlə
“Arma 8×8” transportyoru