POLİQON / AZERİ DEFENCE Military Magazine 1 (57) 2022

Page 50

ALTINCI NƏSİL MÜHARİBƏLƏR – yüksək dəqiqlikli silahların tətbiqi ?Əhəd Əzizov Hazırda gələcək müharibələrin mahiyyətini müəyyənləşdirəcək hərbi‑texniki inqilabın növbəti mərhələsi gedir. Söhbət son zamanlarda bir sıra aparıcı ölkələrdə yeni yüksək texnoloji, “intellektual” müharibə vasitələrinin ortaya çıxmasından gedir. Bu, bir daha tətbiqetmə formaları və metodlarının rolunu yenidən düşünməyi, yeni şəraitdə döyüş əməliyyatları aparmağı tələb edir. Eyni zamanda, hərbi sahədə əməliyyat‑strateji səviyyədə ortaya çıxan əsas məsələlərdən biri yüksək dəqiqlikli silahların nisbətinin, qarşılıqlı əlaqəsinin və rolunun müəyyənləşdirilməsidir. Bu, yaxın gələcəkdə bir sıra dövlətlərin ordularının arsenalında yüksək dəqiqlikli silahların külli miqdarda olacağı və onların hərbi‑siyasi və iqtisadi problemlərin həllində sıx istifadə ediləcəyi ilə əlaqədardır. XX əsrin ortalarında peyda olmağa başlayan tamamilə yeni silah növləri bir çox ölkələrdə hərbi quruculuq işlərində dərin iz buraxmaqda davam edir. Bu isə öz növbəsində, onların döyüş istifadəsinin uyğun forma və metodlarının müəyyənləşdirilməsini, strategiya və taktikanın əsas müddəa‐ larına yenidən baxılmasını tələb edir. Təbii ki, burada silahın silahlanma sistemindəki yeri, hərbi quruculuğa, döyüşün aparılmasının əməliyyat‐strateji və taktiki qaydalarına, onların qarşısının alınmasına, qlobal və regional sabitliyə təsiri barədə suallar ortaya çıxır. Bundan sonra yeni silahın imkanlarının daha dəqiq tərifi və əsas funksional

48 www.poliqon.az

məqsədinin təyinatının müəyyənləşdirilməsi tələb olunur. Yüksək dəqiqlikli silahlar müasir döyüşün gedişatını, nəticə etibarı ilə müharibənin nəticələrini dəyişdirir. Yüksək dəqiqlikli silahlar, özünün hədəfə çatma hüdudlarında ən azı 0,5 ehtimal ilə ilk atışla (vuruşla) hədəfi məhv edə bilən idarə olunan silahlardır. Hədəfə dəymənin yüksək ehtimalı, məhvetmə vasitələrində və ya onların daşıyıcılarında xüsusi tuşlama vasitə‐ lərinin, o cümlədən raketlərin trayek‐ toriyasını korrektə edən, radio tele idarəetmə, müxtəlif özütuşlama başlıqları və s. kimi avtonom idarəetmə sistemlərinin tətbiqi ilə əldə edilir. Xarici

hərbi mütəxəssislər yüksək dəqiqlikli silahlara müxtəlif yerüstü, aviasiya və gəmi raket sistemlərini, idarəolunan silahların artilleriya komplekslərini, həmçinin kəşfiyyat‐zərbə komplekslərini ayırırlar. Belə silahlarda yüksək dəqiqlik ehtimalı çatdırılma vasitələrindən (topdan, buraxma qurğusundan, daşıyıcıdan) atılan (buraxılan) döyüş sursatının (mərminin, raketin, döyüş elementinin) hədəfə (məhv edilən obyektə) uçuş trayektoriyasının daimi və ya mütəmadi korreksiyası ilə əldə edilir. Döyüş sursatının hədəfə uçuş trayektoriyasının korreksiyası tuşlama sisteminin işi ilə təmin edilir.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.