“ROKETSAN” MİLDAS sistemindən “HISAR‑RF” raketinin atışını keçirəcək Türkiyənin “Roketsan” şirkəti milli şaquli raket buraxma sistemindən (MİLDAS) də “Hisar‑RF” aktiv radio‑ lokasiya özütuşlanan başlıqlı raketin atış sınaqlarını keçirəcək. “Roketsan” şirkəti MİLDAS‐ın “Hisar‐ RF” raketi ilə qurudan atış sınaqlarına cari ildə başlamağı planlaşdırıb. Sınaqlar uğurlu başa çatarsa, MİLDAS ilə “Hisar‐RF” kombinasiyası TCG İSTANBUL freqatında istifadə ediləcək. Tikintisi və avadanlıq inteqrasiyası davam edən ilk İSTİF sinif TCG İSTANBUL freqatı (F‐515) 2023‐cü ildə istifadəyə veriləcək. Məlumat üçün qeyd edək ki, Türkiyə MİLGEM layihəsinin birinci mərhələsi çərçivəsində 4 ədəd ADA sinif korvet inşa edərək istifadəyə verib. MİLGEM‐in ikinci mərhələsində isə TCG İSTANBUL freqatının da daxil olduğu 4 ədəd İSTİF sinifli freqatın inşa edilməsi planlaşdırılıb. İSTİF sinifli freqatlar ADA sinifli korvetlərdən fərqli olaraq, şaquli raket buraxma sistemi və orta/uzaq mənzilli hava hücumundan müdafiə raketləri ilə təchiz ediləcək. Qeyd edək ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) uzun illərdir istifadə etdiyi Mk‐41 şaquli raket buraxma sisteminin (VLS) tədarükü üçün ABŞ‐a müraciət edib. ABŞ tərəfi İSTİF sinifli freqatlarda istifadəsi nəzərdə tutulan Mk‐ 41 VLS‐nin tədaükünə icazə verməyib və Türkiyəyə embarqo tətbiq edib. Bu kimi səbəblərdən dolayı “Roketsan” şirkəti bir müddətdir ki, həyata keçirdiyi MİLDAS layihəsinin sürətləndirilməsinə qərar verib. “Roketsan” MİLDAS‐a son mərhələdə “Quad‐Pack” qabiliyyəti qazandırmağı planlaşdırıb. Bu qabiliyyət sayəsində İSTİF sinif freqatları 16 hücrəli şaquli raket buraxma sisteminə sahib olacaq. MİLDAS
şaquli raket buraxma sisteminin “Quad‐ Pack” qabiliyyətinə sahib olması nəticə‐ sində hər bir hücrə 4 ədəd zenit idarəolu‐ nan raket (ZİR) ilə təchiz edilməklə, ümumilikdə 64 ədəd ZİR‐ə sahib olacaq. Burada istifadə olunan zenit idarəolunan raketin ölçüsü də böyük əhəmiyyət kəsb edir. Hazırda Türkiyə HDQ‐nin Mk‐41 VLS ilə ESSM kombinasiyasına malik BARBAROS və GABYA sinif freqatları bu qabiliyyətə malikdir. MİLDAS‐ın zamanla yeni konfiqurasiyalarının inkişaf etdirməsi və çoxlu sayda raket atma qabiliyyətinə nail olması hədəflənib. “Roketsan”ın “Yalman” silah qülləsi ordunun silahlanmasına veriləcək “Roketsan” şirkəti tərəfindən milli imkanlarla hazırlanan “Yalman” silah qülləsi Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcək. Türkiyə Milli Müdafiə Nazirliyi “Yalman” silah qülləsinin qəbul sınaqlarının uğurla həyata keçirildiyini açıqlayıb. Bildirib ki, “Yalman” silah qülləsi tank əleyhinə bölmələrin əlavə imkanlar əldə etməsi məqsədi ilə başladılan KMC (Kaideye Monteli CİRİT) Silah Sistemi Layihəsi çərçivəsində hazırlanıb. “Roketsan”ın UMTAS və “Cirit” raketləri ilə komplektləşdirilən “Yalman” silah qülləsinin Konyadakı Karapınar poliqonun‐ da keçirilən qəbul sınaqları çərçivəsində təyin olunan hədəflər yüksək dəqiqliklə vurulub. “Roketsan” şirkəti “Cirit” lazerlə idarə olunan raket sistemini quru platforma‐ larından atmaq üçün inkişaf etdirdiyi KMC vasitəsini uzun müddət əvvəl istifadəyə verib. KMC döyüş maşınından UMTAS və L‐UMTAS tipli tank əleyhinə raketləri atmaq məqsədi ilə şirkət “Yalman” silah qülləsini inkişaf etdirdi. “Roketsan” istehsalı olan
OMTAS, UMTAS, LUMTAS və “Cirit” raketləri “Yalman” silah sistemi ilə eyni anda müxtəlif hədəflərə qarşı istifadə oluna biləcək. “Yalman” silah qülləsi ilə təchiz olunmuş KMC maşını maksimum 8 ədəd “Cirit” raketi və ya 4 ədəd L‐UMTAS/UMTAS raketi daşıya bilər. Döyüş maşınları qarışıq konfiqurasiyada isə 4 ədəd “Cirit” raketi və 2 ədəd yüklənmiş L‐UMTAS/UMTAS raketi ilə fəaliyyət göstərə bilər. “Yalman” qülləli KMC maşını üçün Türkiyənin FNSS şirkəti tərəfindən hazırlanmış KAPLAN‐ 10 platforması seçilib. Lakin “Yalman” qülləli KMC maşınına Türkiyə Quru Qoşunlarının inventarında olan digər platformalar da inteqrasiya oluna bilər. Stabilləşdirilmiş qülləsi sayəsində hərəkətdə olarkən 40 kilometrə qədər atəş imkanı təmin edən yeni silah sistemi istifadəçiyə 8 kilometr məsafəyə qədər yüksək atış qabiliyyəti təqdim edir. Bu sistem həm də üzərində daşıdığı yüksək texnologiyalı elektro‐optik sistemlə 20 kilometrə qədər məsafədə kəşfiyyat və müşahidə fəaliyyətləri həyata keçirə bilir. “Yalman” silah sisteminə 7,62 mm‐lik pulemyotun inteqrasiyası üzərində işlər davam etdirilir. Türk Ordusu TRG‑300 Blok III raketləri ilə silahlandırılıb “Roketsan” şirkəti tərfindən istehsal edilən TRG‐300 “yer‐yer” tipli raketlərin yeni Blok III (K+) modifikasiyası Türkiyənin Quru Qoşunlarına çatdırılıb. Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir bildirib ki, dövlət sifarişi əsasında Türkiyə Silahlı Qüvvələrinə onlarla TRG‐ 300 Blok III (K+) raketi təhvil verib. “Roketsan” istehsalı olan 300 milli‐ metrlik TRG‐300 raketləri gecə və gündüz, hər cür hava və ərazi şərtlərində kritik hədəfləri məhv etmək üçün hazırlanıb. TRG‐ 300 raketi “Roketsan” tərəfindən hazırlanan K+ silah sistemi və yaylım atəşli reaktiv sistemi ilə uyğun interfeyslərə malik müxtəlif platformalar üzərindən buraxıla bilir. “Roketsan” mütəxəssisləri tərəfindən hazırlanmış TRG‐300 Blok II raketinin çəkisi 660 kq, döyüş başlığı 180 kq, atış mənzili 20 – 90 km‐dır. TRG‐300 “Tiger” Blok III modifikasiyasının çəkisi 585 kq, döyüş başlığı 105 kq, atış mənzili 30 – 120 km təşkil edir. GPS və İNS naviqasiyasına malik TRG‐300 raketlərinin dəqiqliyi maksimum məsafədə ≤ 10 metr təşkil edir. Yüksək dəqiqliyi və dağıdıcı gücü sayəsində TRG‐300 raketləri uzaq məsafədə yerləşən hədəfləri effektiv məhv etmək qabiliyyətinə malikdir. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Roketsan” TRG‐300 raketinin dəniz platformalarına inteqrasiyası üçün lazımi təkmilləşdirmə və platforma uyğunlaş‐ maları üzərində çalışır.