Təsviri incəsənətin nəzəriyyəsi

Page 14

Təsviri incəsənətin nəzəriyyəsi

12

Telman İbrahimov

və magik təsəvvürləri ifadə edən təsvir elementləri kimi qəbul etmək düzgün olardı. Mücərrəd təfəkkür qabiliyyəti artdıqca, həmin təsvir elementləri həndəsi elementlərə çevrilir. İkinci təsvir modelinin inkişafı şərtilik əsasında cərəyan etdi. Bu modelə əsasən, təsvir olunan (təsvir edilənlə birbaşa oxşarlığı belə olmasa da) şərti olaraq onun məcazi ifadəsi kimi qəbul olunur. Məsələn, şərti olaraq aypara təsviri İslam dininin rəmzi kimi qəbul olunub, hərçənd ki, bu təsvir sadəcə səma cismidir və İslam dininin bir-başa ifadəsi ola bilməz. Onu da qeyd edək ki, belə şərti təsvirlər əksər halda mürəkkəb olmayaraq, sadəliyə meylli olmuşlar. Bunun səbəbi sadə təsvirlərin tez və rahat qavranılması və nəticə etibarilə yaxşı yadda qalması ilə əlaqədardır. Ənənəvi cəmiyyətlərdə belə şərti təsvirlər hamıya bəlli olan anlayışları ifadə etmişlər. Bir sıra mücərrəd anlayışların şərti işarələr vasitəsilə əks olunması onunla bağlı olmuşdur ki, həmin anlayışların birbaşa, fiqurativ ekvivalenti yox idi. Məhz bu səbəbdən həmin anlayışı ifadə etmək üçün şərti bir təsvir qəbul olunurdu. Məsələn, sovet hakimiyyəti dövründə (bolşeviklər dövründə) ölkənin əsas ideologiyasını ifadə edən çəkic-oraq təsviri yaranır. Bu təsvirdə şərti olaraq, oraq kəndli sinfinin rəmzi, çəkic isə fəhlə sinfinin rəmzi kimi ifadə olunmuşlar. Bütövlükdə, təsvir bu siniflərin ittifaqını işarələndirir. Bu ideya isə Sovetlər ölkəsinin kəndli-fəhlə dövləti olmasını nümayiş etdirirdi. Şərti mənada iştirak edən çəkic və oraq dövlət ideologiyasını rəmzi şəkildə ifadə etmişdir. XX əsrdən başlayaraq belə şərti təsvirlər və onların ifadə etdikləri ideya ilə əlaqələri bir qədər də mürəkkəbləşir. XX əsr incəsənətində fərdilik xüsusiyyətləri daha qabarıq şəkildə özünü büruzə verməyə başlayır. Bədii yaradıcılıqda fərdiliyə üstünlük verilməsi nəticəsində fərdi hisslərin qabardılması və tərənnümü ortaya çıxdı. Bir qədər əvvəl biz birinci təsvir modeli haqda ümumi danışırdıq. Bu modelin incəsənət tarixinə əsasən inkişafı İntibah dövrünün konkret əsəri əsnasında araşdırmaq olar. Nümunə üçün Leonardo da Vinçinin “Gizli gecə” (“Sonuncu şam yeməyi”) əsərinə diqqət yetirək. Bu əsərin ideyasının həmdövr cəmiyyət


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.