Təsviri incəsənətin nəzəriyyəsi

Page 15

Mövzu 1

tərəfindən qavranılmasını təmin edən İncil olmuşdur. İncil bu əsərin məzmununu dərk etmək üçün açar rolunu oynayırdı. Əsərin məzmunu İncil vasitəsilə “açılırdı”. XX əsrdə fərdiliyin artması və ayrı-ayrı fərdlərin icma daxilində öz mənliklərini daha çox dərk etmələri məlum hallara, anlayışlara və hadisələrə müxtəlif münasibətlər formalaşdırır. Belə olan halda bu anlayışların özünəməxsus dərki yaranır və bu şəraitdə “vahid açar”dan söhbət gedə bilməz. Cəmiyyətdə dini şüurla elmi şüur bir-birindən tədricən ayrılır və subyektivliyi ilə fərqlənən yeni dünyəvi baxışlar meydana gəlir. Dünyəviliyin əsasında bir tərəfdən obyektivliyə arxalanan, digər tərəfdən isə subyektivliyə arxalanan münasibətlər formalaşır. Feodalizmin yaranması ilə incəsənətdə dünyəvilik prinsipləri inkişaf edir, dinin ümumiləşdirici ehkamlarından fərqli olan münasibət və mövqe bərqərar olur. Bu prosesin önündə feodal hökmdarların sonsuz hakimiyyəti, var-dövləti və bunlardan irəli gələn sərbəst hissiyyatları durmuşdur. Dini və ictimai normalardan özlərini daha yüksək və azad hesab edən belə hökmdarlar dini norma və kanon çərçivələrindən çıxaraq, insani hissləri tərənnüm edən təsvirlərə üstünlük verməyə başladılar. Qərbdə bu kifayət qədər realistik İntibah incəsənətinin yaranmasına səbəb olur. Şərqdə isə bu proses nəticəsində şərtiliyi ilə seçilən fiqurativ miniatür rəngkarlığı inkişaf etdi. İslamın canlıların təsvirinə olan mənfi münasibətinə baxmayaraq, fiqurativ təsvirli kompozisiyalar yaradıldı. Bu dünyəviləşmə prosesi Qərb təsviri incəsənətinin dini kitablardan və kilsə divarlarından “çıxaraq” müstəqilləşməsinə gətirib çıxarır. İlk mərhələdə feodallar dini kilsə təsvirlərin kompozisiyalarına, dini süjetə (İncildə deyildiyi kimi) aid olmayan personajları (dozatorlar-ianəçilər) daxil etdirirlər. Özünün təsvirini İsanın, Məryəmin yanında görən donator dini hisslə bərabər insani (məmnunluq) hisslərini yaşayır. Belə freskalarda real personajların təsviri onlara qarşı real münasibətin və real hisslərin yaranmasına səbəb olur. Beləliklə, fiqurativ təsvir vasitəsilə insani hisslərin yaşanması üçün əsas yaranır.

Təsviri incəsənətin morfologiyası

13


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.