Təsviri incəsənətin nəzəriyyəsi

Page 17

Mövzu 2

Mövzu 2. TƏSVİRİ İNCƏSƏNƏTİN YARANMASI HAQQINDA NƏZƏRİYYƏLƏR

T

Təsviri incəsənətin yaranması haqqında nəzəriyyələr

əsviri sənətin yaranması səbəbləri bir çox tarixçi, antropoloq və sənətşünasları maraqlandırmışdır. Tədqiqatçılar tərəfindən irəli sürülən müxtəlif fikirləri sistemləşdirib, onları əsasən iki qrupa bölmək olar: birinci qrup təsviri sənətin yaranma səbəbini maddi tələbatdan və nəticə olaraq, maddiyyatdan doğulduğunu güman edir, digər qrup isə, təsviri sənəti insani və ilahi ruhun özünüifadəsi, mücərrəd təfəkkürün və hissiyyat aləminin bədii ifadəsi kimi təsbit etmişdir. “Şellinq” nəzəriyyəsi. V.F.Şellinq nəzəriyyəsi elmi aləmdə “Oyun nəzəriyyəsi” kimi digər nəzəri modellər arasında özünə yer tapıb. Şellinqə görə, təsviri incəsənət ibtidai insanların asudə vaxtı, əyləncə prosesində yaranıb. Həmin insanların əsas həyat amalı yaşamağı təmin etmək olmuşdur. İnsan onu əhatə edən heyvanat aləmi ilə və təbiətlə mübarizədə ölməmək üçün yeni bilik və bacarıqlar əldə etməli idi. Təbiət və canlı mühit insana qarşı kifayət qədər aqressiv idi. Təbiət qüvvələri və hadisələri (zəlzələ, qar, çovğun və s.) və insanı əhatə edən vəhşi heyvanlar onun həyatı üçün təhlükə mənbəyi olmuşlar. Bu ölüm-dirim savaşından müvəffəqiyyətlə çıxmaq üçün Allah insana bir neçə həyati vacib olan instinktlər (qorxu, aclıq, nəsil artırma və s.) verib ki, bunlar insan nəslinin bir bioloji varlıq kimi kökünün kəsilməsinin qarşısını almaq üçün ona bəxş olunublar. Ən əsası isə, insana yaşamaq amalı verilmişdi. Bunun üçün ibtidai insan ova gedir, yemək tapır və onu gəlib mağarada paylaşaraq öz əsas instinkti olan aclıq instinktini təmin edirdi. Bununla bərabər, ibtidai insan digər həyati vacib instinktə – nəsilartırma instinktinə də malik idi. V.F.Şellinq öz fikirlərində deyir ki, ibtidai insan ovdan yaşadığı mağaraya gəldi, yedi, yatdı, durdu. Bununla belə, onun asudə vaxtı da yaranırdı. Bu asudə vaxtında insan qumun (palçığın), 15


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.