Təsviri incəsənətin nəzəriyyəsi

Page 20

Təsviri incəsənətin nəzəriyyəsi

Mövzu 3. BƏDİİ XƏTT VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

18

T

Telman İbrahimov

əsviri sənətin bir neçə əsas ifadə vasitələri vardır ki, onlardan biri də xətdir. Xətsiz təsvir yaratmaq qeyri-mümkündür. Yalnız rəng ləkələri ilə təsvir yaratmaq mümkündürmü? Belə təsvir yalnız siluet şəklində ola bilər, lakin siluetin də kənarları son nəticədə xətt əmələ gətirir və ləkənin məzmunun dərk olunmasında əsas amil kimi çıxış edir. Təsvirin virtual əsasını söz təşkil edir. Əslində, sözlərlə, təsviri xətlərlə ifadə olunmuş təsvirlə məna birləşdirilir. İnsanın vizual görünüşünü xırdalıqlarla təsvir etdiyimiz halda, onu yalnız rənglərlə təsvir etmək olmaz. Xətlər və cizgilər olmadan insanın özünəməxsus xüsusiyyətlərini də ifadə edə bilmərik. Beləliklə, xətlərlə ifadə olunmuş təsvir semantik “tutuma” malik olmasından təsvir məzmunun daşıyıcısına çevrilir. İnsanın görüntüsü barədə sözlərlə dediklərimizi lövhədə xətlərlə təsvir etməklə biz, sözlü təsvirdən vizual təsvirə keçmiş oluruq. Bunları ancaq rənglə təsvir etsək, bu artıq məzmunsuz təsvir olaraq, emosional “hal“-ın mücərrəd, rəng vasitəsilə ifadəsi olacaq. Rəng müəyyən bir halı, emosiyanı ifadə etmək üçün köməkedici bir vasitə olduğu üçün semantik yük (təsviri məzmun) daşımır. Xətdən başqa digər təsvir vasitəsi nöqtədir. Nöqtə vasitəsilə əslində semantik yük, semantik məna yaratmaq mümkündür. Ən elementar, nöqtəvari təsvirləri biz kifayət qədər tanıyırıq. Nöqtədə hərəkət enerjisi yoxdur. Xəttin əmələ gəlməsi isə bilavasitə hərəkətlə əlaqədardır. Hərəkət öz növbəsində daxili halı, temperamenti, xasiyyəti, əhval-ruhiyyəni ifadə edir. Xəttə baxıb insanın emosional halını müəyyən etmək olur – xətt necə yazılıb – qorxa-qorxa, sevinə-sevinə və s. Bütün bunlar xəttin ritminə, sürətinə, dinamikasına təsir edirlər. Əslində, istənilən çəkilmiş xəttə biz mikroskopla baxsaq, xəttin xırda-xırda nöqtələrdən ibarət olduğunun şahidi olarıq. Beləliklə, istənilən halda xırda nöqtələri yaxın düzməklə (nöqtələrin arasındakı boş-


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.