Təsviri incəsənətin nəzəriyyəsi

Page 29

Mövzu 4

Mövzu 4.

F

Təsviri sənətdə forma

orma məzmun və hiss daşıyıcısıdır. Forma ilə əlaqədar iki TƏSVİRİ anlayış var: forma – tərz kimi (üsul, üslub) və plastik forma. Əsas SƏNƏTDƏ FORMA

plastik formadır. Plastik forma mütləq üçölçülü olmalıdır. Forma özü-özlüyündə məzmun daşıyıcısıdır, yəni özü məzmundur (nəyi təsvir etməsindən asılı olmayaraq). Məsələn, fincana gözüyumulu əl toxundurmaqla biz onun formasına görə məzmununu, yəni fincan olduğunu müəyyən edə bilərik. Eyni zamanda, forma emosionallığın daşıyıcısıdır. Çünki, forma özlüyündə insana hissiyyat verir. Hər hansı bir formaya toxunsaq gözəldirsə estetiklik verir, gözəl olmadıqda isə narahatlıq yaradır, mənfi emosiya verir. Bu da formanın fakturası ilə bağlıdır. Məsələn, hamar heykəltəraşlıq forması və hamar olmayan heykəltəraşlıq forması (Venera heykəli mərmərdən də ola bilər, palçıqdan da. Hər ikisi qadın fiquru olmasına baxmayaraq, materialına görə fərqli təsir bağışlayır). Forma məzmun daşıyıcısına o vaxt çevrilir ki, biz həmin formanın məzmununu tanıyırıq (yaddaşda olan formanın müqayisəsi ilə). Bəzi hallarda isə formanın məzmunu yoxdur, belə formalara dekorativ formalar deyilir. Məsələn, daş heç nəyə oxşamır, məzmunu yoxdur. Belə formada ancaq emosionallıq, hissiyyat, estetiklik var. Formanın emosionallıq daşıyıcısı olması o zaman əmələ gəlir ki, insana formanın emosional təsiri olur. Bildiyimiz kimi, Allah insanda ətraf məkanı müəyyənləşdirən daxili koordinat oxları barəsində hissiyyat yaradıb. Bu daxili koordinat təsəvvürləri müvazinət yaradır və ətraf məkanı da o oxa görə qavrayır (həmçinin ətraf məkanın formalarını). İnsanın öz daxili koordinat oxları ilə müşahidə etdiyi formanın məntiqi koordinat oxları üst-üstə düşmədiyi halda insanın emosionallığı artır. Üfüqiliyə meylli forma sakitlik və tarazlıq əhval-ruhiyyəsi əmələ gətirir. Şaquliliyə meylli forma – tarazlığın saxlanılması gərginliyini ya27


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.