Təsviri incəsənətin nəzəriyyəsi

Page 35

Mövzu 5

Mövzu 5. TƏSVİRİ SƏNƏTDƏ MƏKAN

T

Təsviri sənətdə məkan

əsviri sənətdə məkan anlayışının əsas xüsusiyyətlərini də rk etmək məqsədi ilə müxtəlif dövrlərdə məkan təsəvvürlərinin inkişaf mərhələlərinə diqqət yetirmək lazımdır. Məkan təsvirinin incəsənətdə inkişaf mərhələlərini aşağıdakı kimi təhlil etmək olar. İbtidai insanlarda məkan təsəvvürü var idi. Bu da həyat təcrübəsindən irəli gəlirdi. Məsələn, öküzü nizə ilə vurmaq üçün nizənin ağırlığını, məsafəni, atılma gücünü uyğunlaşdırılmalı idi. İbtidai insanlar Yaxın və Uzaq anlayışlarına malik idilər. Təsviri sənətdə isə yaxın və uzaqlıq əks olunmurdu. Erkən petroqliflərdə əlində ox-yay tutmuş ovçu öküzün lap yaxınlığında təsvir edilirdi, əslində isə ovlanan öküz insanı 2-3 metr yaxınlığa buraxmazdı. Bildiyimiz kimi, bu petroqliflərdə məkan şərtiliyi var, məkan reallığının əhəmiyyəti yoxdur. Birincisi ona görə ki, ov heyvanının uzaqda və ya yaxında olmasından asılı olaraq ölçüləri reallıqda dəyişmir. İkincisi isə, qayaüstü təsvirlərdə biz yer səthinin təsvirini görmürük. Yerin səthinin təsviri istər-istəməz üçölçülü məkan təsvirini yaratmağa imkan verir. Yer səthi baş verən səhnənin üfüqi müstəvisi kimi çıxış edir. Yer səthi təsvir olunmadıqda insan və heyvan fiqurlarının “göydə” yoxsa “yerdə” təsvir olunmaqları müəyyən edilmir. Məkanın üçölçülü olmağı təsvirdə öz əksini tapmır. Neolit dövründə təsvirlərin miqyasında kiçilmə müşahidə olunur. Artıq bu dövrdə reallıqda böyük olan heyvanın yüzlərlə kiçildilmiş təsviri onun ekvivalenti kimi qəbul olunurdu. Paleolitdə və mezolitdə isə bu fenomen hələ meydana gəlmir və bunun səbəbini mücərrəd təfəkkürün hələ formalaşmamağı ilə izah etmək olar. Lakin neolit dövründən başlayaraq mücərrəd təfəkkür inkişaf edir və miqyas təsəvvürləri formalaşır. Təsvirdə məkan əslində üçölçülü dünyanın səth üzərində həll olunmuş illüziyasıdır. Nəticə kimi aşağıdakı müddəaları qəbul etməliyik: 33


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.