Təsviri incəsənətin nəzəriyyəsi

Page 43

Mövzu 6

Mövzu 6: TƏSVİRİ SƏNƏTDƏ CİSMANİLİK (MATERİALLIQ) VƏ TƏSVİR FAKTURASI

T

Təsviri sənətdə cismanilik (materiallıq) və təsvir fakturası

əsviri sənət bilavasitə real həyatı əks etdiyindən müəyyən mənada reallığa malik olmalıdır. Təsviri sənət tarixində reallığın (cismaniliyin) təsvir vasitələri ilə əldə olunmasına münasibət müxtəlif dövrlərdə fərqli olmuşdur. İbtidai dövrdən yaranan fiqurativ təsviri sənətdə cismanilik tarix boyunca, getdikcə artırdı. İlk təsvirlər yalnız xətlər və cizgilərlə əldə olunurdu, daha sonra belə təsvirlərə rənglər də əlavə olunur və təsvir real predmetin və ya obyektin rənglərini olduğu kimi əks etdirirdi. Bir qədər sonra, işıq-kölgə vasitələri də təsvirə cəlb olunaraq, onun cismanilik və həcmlilik xüsusiyyətləri artırıldı. Mücərrəd təfəkkürün formalaşması və inkişafı ilə əlaqədar qeyri-fiqurativ təsviri sənət də inkişaf etməyə başlayır. Müxtəlif simvolik təsvirlərdə, təsviri işarələrdə, naxışlarda və s. cismaniliyin, materiallığın təsvir vasitələrinə əksinə, ehtiyac olmur. Belə təsvirlər Şərti təsvir olduğundan, onlarda reallıq illüziyasının yaradılması tələb olunmur. Təsvirin reallığı qavrayış zamanı mücərrəd obraz kimi formalaşır. Təsviri sənətdə cismaniliyin (materiallığın) rolu həmişə böyük əhəmiyyətə malik olmuşdur. Təsvirin real obyekti əks etdirməsi, onu “əvəz etməsi” yalnız o vaxt mümkündür ki, bu da təsvirdə reallıq illüziyası təsvir vasitələri ilə əldə olunsun. İbtidai dövrdə qayaüstü təsvirlər ilk mərhələdə yalnız kontur xətləri ilə ifadə olunmuşlar. Lakin belə təsvir müəyyən mənada şərti olmuşdur, çünki təsvir olunmuş heyvan və ya insan fiquru sanki “məftil” vasitəsilə yaradılmışdır. Belə fiqurlar “şəffaf ”lıq təsiri yaradaraq reallıqdan uzaq olmuşlar. Reallıqda isə həmin fiqurlar “şəffaf ” deyil, cismani idilər. Kontur xətləri vasitəsilə yaradılmış fiqur yalnız heyvan növünü tanımaq imkanı verirdi, lakin onun cismaniliyi (plastik səthi, ağırlığı, fakturası, rəngi və s.) ifadə olunmurdu. Bu təsvirin reallığını azaldır və şərtiliklər yaradırdı. 41


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.