Təsviri incəsənətin nəzəriyyəsi

Page 47

Mövzu 7

Mövzu 7. TƏSVİRİ SƏNƏTDƏ SİMMETRİYA VƏ ASİMMETRİYA

T

Təsviri sənətdə simmetriya və asimetriya

əsviri incəsənətdə simmetriyanın iki növü mövcuddur: aşkar görünən simmetriya və gizli simmetriya. Bundan başqa, simmetriyanın üfüqi və şaquli növləri də mövcuddur. Aşkar görünən simmetriya açıq-aydın gözlə görünür. Belə simmetriyanın mərkəzi oxu ola da bilər, olmaya da bilər, lakin simmetriyanı təşkil edən cinahlar (sağ-sol və ya üst-alt) mütləq bərabər şəkildə olmalıdırlar. Belə halda mərkəzi ox xətti şaquli, üfüqi və diaqonal da ola bilər. Vacib deyil ki, ox gözlə görünən olsun, ümumiyyətlə, ox təsvir olunmaya bilər. Mərkəzi ox yoxdursa, insan onu mücərrəd halda, təxəyyül vasitəsilə təsəvvür edir. Simmetriyanın təsir “mexanizmi” insanın psixofiziologiyası ilə sıx bağlıdır. Hər bir insan bədəninin quruluşunda olan onurğa sütunu onun simmetriya oxunu təşkil edir. İnsanın onurğa sütunu – əsas simmetriya oxu rolunu oynayaraq, fiquru sağ və sol simmetrik hissələrə bölür. Bununla bərabər, simmetriya insanın sifət quruluşunda da öz əksini tapıb. Belə ki, sifətin sol hissəsi sağ hissəsi ilə simmetriya təşkil edir. Bu halda mərkəzi ox (qaşların arasını, burun xəttini, dodaqların və çənənin ortasını birləşdirən xətt) aşkar görünmür, o təxəyyüldə canlanır. İnsanın daxili quruluşuna gəldikdə, burada da simmetriya əsas təşkil edir. İnsanın ümumilikdə sağ tərəfi sol tərəfinə bərabərdir. İnsanın, heyvanların, həşəratların, balıqların, bitkilərin və s. quruluşundakı simmetriya canlı həyatın əsas quruluş prinsiplərindən biri kimi nəzərə çarpır. Beləliklə, simmetriya insanda tamlıq, tarazlıq və canlılıq təsəvvürünü yaradır. Bu təsəvvürlər təsviri sənətdə əks etdirilir. Beləliklə, simmetriya rahatlıq, bütövlük, tarazlıq, asimmetriya isə bizdə narahatlıq, natarazlıq və natamamlıq təsəvvürlərini formalaşdırır. Ümumiyyətlə, aşkar görünən simmetriyanı mütləq üçlük yaradır: mərkəz, onun sağ və sol (üst-alt) tərəfləri. 45


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.