Təsviri incəsənətin nəzəriyyəsi

Page 52

Təsviri incəsənətin nəzəriyyəsi

Mövzu 8: TƏSVİRİ SƏNƏTDƏ MİQYAS VƏ MÜTƏNASİBLİK

50

M

Telman İbrahimov

iqyas anlayışı bilavasitə təsvir olunanla real aləmin ölçüləri arasında nisbəti əks etdirir. Aydındır ki, müşahidə zamanı ətraf aləmin ölçüləri baxış nöqtəsinin məsafəsindən asılı olaraq dəyişir. Təsvir məkanında miqyas effekti predmet və obyektlərin rəssama (tamaşaçıya) yaxınlaşdırılması və ya uzaqlaşdırılması nəticəsində əmələ gəlir. Sadə dillə desək, miqyas cisimləri, obyektləri yaxından və uzaqdan göstərərək onların qavranılmasına kömək edən, onların bədii təsirini artıran bir vasitədir. Adətən təsviri sənətdə miqyasdan o məqsədlə istifadə olunmuşdur ki, təsvir olunan obyekti tələb olunan tərzdə qavranılması üçün daha da yaxınlaşdırsın və onun xırda detallarını daha dəqiqliklə nəzərə çatdırsın. Miqyas təsviri sənətdə ilk növbədə məkan və onun dərinliyi ilə bağlıdır. Məkanın qurulmasında və müstəvi üzərində görünən obyekt və predmetlərin miqyası əsasən böyüməsi və kiçilməsi tamaşaçı ilə onların arasında olan məsafədən asılı olaraq dəyişir. Rəssam məsafəni məkanda əks etdirərək, eyni vaxt təsvir olunan predmetlərin həcm-məkan xüsusiyyətlərini də əks etdirmək imkanını qazanır. Həcm-məkan xüsusiyyətləri necə yaradılır? Əvvəla, miqyasa əsasən cisimləri yaxınlaşdırdıqda o cisimlərin üst tərəfini, bir də yan tərəflərini təsvir edir, bununla da cisimləri həcmli göstərmək imkanı yaranır. İkincisi, miqyas təsviri sənətdə yalnız xətt və ya ölçülər vasitəsilə deyil, eyni zamanda rənglər vasitəsilə də müəyyən oluna bilər. Miqyas rəng vasitəsilə necə müəyyən olunur? Perspektivin qanunlarından bilirik ki, yaxında olan cisimlər adətən daha parlaq və işıqlı olur. Ona görə ki, tamaşaçı ilə predmetin arasındakı hava qatının nazikləşməsi rənglərin parlaqlığını artır. Bu da öz növbəsində miqyas (böyük miqyas) illüziyasını yaradır.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.