Təsviri incəsənətin nəzəriyyəsi

Page 64

Təsviri incəsənətin nəzəriyyəsi

Mövzu 9. TƏSVİRİ SƏNƏTDƏ FORMAT PROBLEMİ

62

T

Telman İbrahimov

əsviri incəsənət əsərinin formatı dedikdə şəkil çərçivələrinin konfiqurasiyası, ölçü və mütənasiblik nisbətləri nəzərdə tutulur. Format xüsusiyyətinin əsərin emosional qavranılmasında böyük rolu var. Bu fenomen çoxdan, hələ orta əsrlərdən müəyyən olunmuşdur. Yəni ilk dəfə Orta əsrlərdə təsviri incəsənətdə format məsələsi ilə əlaqədar olaraq Vitruvinin (Marcus Vitruvius Pollio) fikirlərinə müraciət olunur. Belə ki, M.P.Vitruvinin “Qızıl bölüm” prinsipini nəzəri şəkildə təsbit edəndən sonra təsviri sənət əsərlərinin formatı müəyyən bir standarta və biçimə tabe olundu. Artıq orta əsrlərdən mövcud olan bu format biçimi həmişə qəliblənmiş şəkildə olmamışdır. Orta əsrlərdə bir neçə cür dairəvi formatlar tətbiq olunurdu (məs., Rafael Santinin “Madonna Konestabile” əsəri). Əksər hallarda isə formatlar dördkünc olurdu. Ancaq bu dördkünc formatın özlüyündə ölçülər və nisbətlər fərqli olmuşlar. (Müasir dövrdə rəssamlar əksər hallarda “üfüqi” və yaxud “şaquli” formatlara üstünlük verirlər. Bu formatlara əsasən, şəkilin ən uzun hissəsi üfüq müstəvisi üzərində yerləşdikdə o, üfüqi adlanır. Uzun hissəsi şaquli vəziyyətdə olduqda isə “şaquli” format adlanır. Orta əsrlərdə müxtəlif format variantları olmuşdur. Belə qeyri-adi formatlar içində mehrablar üçün yaradılmış əsərləri göstərmək olar. Bu əsərlərin formatı tağvari şəkildə olmuşlar. Belə tağvari formata Qacarlar dövrü təsviri incəsənətində də rast gəlmək mümkündür. Qacarlar dövrü incəsənətində format əksər hallarda tağvari pəncərələrin quruluşundan asılı olmuşdur. Çünki, Qacarlarda belə portret əsərləri malikanələrin, sarayların divarlarında olan rəflərin içinə (tağların içinə) salınması üçün nəzərdə tutulmuşlar (yəni təsviri kətana çəkib divara yapışdırırdılar). Sarayların divar tağçaları təsvirin formatını və ölçülərini bilavasitə müəyyən etmişlər.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.