Təsviri incəsənətin nəzəriyyəsi

Page 71

Mövzu 10

Mövzu 10. TƏSVİRİ SƏNƏTDƏ İŞARƏ. SEMİOTİK PROBLEMLƏR.

İ

Təsviri sənətdə işarə. Semiotik problemlər

şarələri öyrənən elm semiotika adlanır. İşarələrin əməli təsiri və qavranılması prosesi semiozis adlanır. İşarə düşüncəsi təsviri sənətin yarandığı gündən əsasında olan bir daxili qavrayış prosesidir. Təsviri sənət yaranandan bu günə kimi daima məlumat ötürücü xüsusiyyətə malikdir (bədii, məntiqi, psixoloji və s.). Müasir abstrakt təsviri sənətdə isə işarə məlumat ötürməkdən çox emosional halın və hissiyyatın ötürücüsü rolunu oynayır. Amma müasir dövrdə də realistik təmayüllü incəsənət emosiya və hissiyatla bərabər məlumatın da ötürücüsüdür. Belə məzmun, mövqe, yanaşma, qiymətləndirmənin ötürülməsi nəticəsində informasiya əldə olunur. Beləliklə, işarə təsviri incəsənətdə informasiya mübadiləsini təmin edir. İşarələr iki əsas növə bölünür: İkonik işarələr və Konvensional işarələr. İkonik işarələr (ikona – ing. icon – sima, təsvir, işarə) müəyyən mənada nə işarələndirilirsə onunla bir başa əlaqəsi olan işarələrdir. Məsələn, “O” hərfi ikonik işarədir (əslində bütün hərflər işarədir). Bir çox işarələr var ki, onlar “işarə” ilə qeyd olunanın arasında birbaşa oxşarlığa malikdir. Konvensional (convencional – şərti) işarələrin işarələndirilənlərlə birbaşa əlaqəsi yoxdur, şərti işarələrdir. Semiotika baxımından təsviri incəsənət əsəri mətndir, mətn məna və məzmunun ötürülməsi diskursudur. Təsviri sənətin qavranılması prosesi əslində məhz işarələr vasitəsilə məlumatın ötürürülməsi zamanı baş verir. Yəni, təsviri işarələrin ardıcıl qavranışı yazılı mətn prinsipi ilə məzmun ötürmək qabiliyyətinə malikdir. Bəzi sənətşünaslar təsviri sənət əsərinə bədii qanunlarla qurulmuş mətn deyirlər. Mətn isə məlumat ötürücü xüsusiyyətə malikdir. 69


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.