Təsviri incəsənətin nəzəriyyəsi

Page 83

Mövzu 11

Mövzu 11. TƏSVİRİ SƏNƏTDƏ SÜJET

S

Təsviri sənətdə süjet

üjet anlayışının (mövzu) təsviri sənətdə meydana gəlməsi ibtidai rəsmlərdə, qayaüstü təsvirlərdə, ov səhnələrində müşahidə olunur. Süjetdə mütləq hadisə və onun inkişafı (inkişaf mərhələsi) olmalıdır. Süjetin ardıcıl olaraq nəql olunması hadisələrin, hərəkətlərin və nəticələrin hasil olmasını mənalandırır. Süjetdə hadisənin inkişafı öz əksini tapmalıdır. Təsviri incəsənətdə süjet təsvir olunduqda, onun anlaşıqlı olması üçün təsvir olunan hadisədən əvvəlki şərait təsəvvür olunmalıdır: artıq nə baş verib, hal-hazırda nə baş verir və hadisə nə ilə nəticələnəcək? Süjetli kompozisiyada məhz bu “üçlük” bir süjet çərçivəsində birləşdikdə süjet prinsipi əmələ gəlir, süjetin “oxunması” mümkün olur. Demək olar ki, bütün klassik təsviri sənət əsərlərinin hamısında bu prinsiplərə cavab verən süjetli kompozisiya müşahidə olunur. Ümumiyyətlə, təsviri sənətdə istənilən hadisə müəyyən mənada “dondurulmuş” (hərəkətsiz) vəziyyətdə təsvir edilir. Burada təsvir olunmuş hadisə müşahidə olunduqda ondan əvvəlki və sonrakı hadisələr də təsəvvür edilməlidirlər. Məsələn, gedən (gələn) insanın təsvir olunmasında elə hərəkət fazası “dondurularaq” təsvir olunmalıdır ki, əvvəlki və sonrakı halı özündə birləşdirə bilsin. Realistik təsviri sənətdə isə o hadisə (süjet) ondan əvvəl və ondan sonra hansı istiqamətdə inkişaf edəcəksə, o məntiqlə ehtimal olunmalıdır. Qeyd edək ki, klassik süjet anlayışının incəsənətdə bərqərar olması əslində ibtidai incəsənətdə baş verməmişdir. İbtidai təsvirlərdəki ov səhnələrində nəqledicilik və hadisənin inkişafı elementləri yoxdur. Hadisənin imitasiyası (təqlid, bənzətmə) var, yəni təsvir edən olduğunu yox, istədiyini təsvir edir. Qayaüstü təsvir magik (ovçuluq magiyası) ayinin tərkib hissəsi olaraq, arzu olunanı təsvir edir. 81


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.