Təsviri incəsənətin nəzəriyyəsi

Page 87

Mövzu 12

Mövzu 12. TƏSVİRİ SƏNƏTDƏ KOMPOZİSİYA

T

Təsviri sənətdə kompozisiya

əsviri incəsənət tarixində süjetli təsvir modellərinin yaranması ilk növbədə kompozisiya problemini ortaya çıxartdı. Bu vaxta qədər kompozisiya problemi yox idi. Məsələn, qayaüstü təsvirlərdə kompozisiya problemi (quruluşu) yoxdur. Ovçunun harada dayanmasının fərqi yoxdur, çünki məkan yox idi. Əvvəl və ya Son anlayışları yox idi. Bunlar ilk dəfə olaraq qədim dövrdə əsatirlərdə yaranır. Biz bunu ilk dəfə Şumer və Yunan mədəniyyətində görürük. Bir qədər sonra, yəni orta əsrlərdə bu düşüncə prinsipi, yəni nəqlediciliyin kompozisiyaya çevrilmə prinsipi dəyişir. Qədim dövrdən orta əsrlərə keçid zamanı dünyanın və həyatın dərki ilə bağlı düşüncə tərzində mühüm dəyişikliklər baş verir. Ən böyük dəyişiklik isə çoxtanrılıqdan təktanrılığa keçid zamanı baş verdi. Daha doğrusu, bu dini inqilab idi. Belə ki, təktanrılıq ideyası kompozisiyalarda vahid mərkəzin yaranmasına gətirib çıxardı. Artıq hər şey Tək Tanrını simvolizə edən vahid mərkəzin ətrafında qurulmağa başladı. Bu vaxta qədər həyat və hadisələr ardıcıllığı sətirvari qurulurdu. Buna diskret düşüncə tərzi deyilir, yəni bir yeni anlayış biri digərinin ardınca qısa pauzalarla düzülür. Bir də var ki, mərkəz yaradılır, bütün anlayışlar onun ətrafında, vahid məkanda və zamanda cərəyan edirlər. Beləliklə, qədim dövr üçün xas dünyagörüşü tipi (mifik təfəkkür) “dünya modelini” dəyişdi, yeni kompozisiya tipi yaratdı. Bu kompozisiya nəqledicilik prinsiplərinə arxalanırdı. Amma “nəqledici” kompozisiya sadəcə bir nöqtədən başlayıb – digər nöqtəyəcən inkişaf edən məzmun xətti kimi cərəyan etmir. Çünki, bir tərəfdən başlayıb o tərəfdə tamamlanmanın kompozisiya baxımından müsbət və mənfi cəhətləri var. Müsbət cəhəti ondan ibarətdir ki, belə kompozisiyanı “oxumaq” çox asandır. Burada ardıcıllıq mövcud yazı mədəniyyəti ilə müəyyən olunur. 85


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.