Təsviri incəsənətin nəzəriyyəsi

Page 90

Təsviri incəsənətin nəzəriyyəsi

Mövzu 13. TƏSVİRİ İNCƏSƏNƏTDƏ İŞIQ VƏ KÖLGƏ

Telman İbrahimov

T

əbiətdə mövcud olan hər bir obyekt özünəməxsus rəngə malikdir, lakin praktiki olaraq insan gözü real rəngləri olduğu kimi qavramağa qadir deyil. Rəngin qavranmasını bir necə amil müəyyənləşdirir ki, bunlar işıq, mühit, baxış bucağı, tamaşaçıya təsir gücü, psixoloji aspektdir. Bu baxımdan yaradıcı şəxsin (rəssamın) xüsusi, peşəkar diqqətə malik olması zəruri şərtdir. Rəssam ziddiyyətləri, rəngi, kölgələri, refleksləri müşahidə edərək, onları ifadə vasitəsi kimi istifadə edir. Leonardo da Vinçi yazır: “İşıqlandırılmış predmetlərin səthləri həmin predmetin gerçək rəngini əks etmir... Əgər biz bəyaz parçanı qaranlıq bir məkana yerləşdirib onun üzərinə üç dəlikdən müxtəlif mənşəli işığı (günəş, atəş, və hava) yönəltsək, həmin parça üçrəngli görünəcək. Heç bir predmet öz təbii rəngini tam olaraq müəyyən etmir. Rəngin müəyyənləşməsi üçün ilk olaraq predmet və göz arasında mövcud olan mühit, daha sonra predmeti işıqlandıran digər predmetin hər hansı rəngə malik olmasıdır”. Burada da Vinçi rəng perspektivi və refleksləri aşkarlamağa çalışır.

2

1

88


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.