POLİQON / AZERİ DEFENCE Military Magazine 1 (51) 2021

Page 28

IDEX­2021 sərgisi keçirilib Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabi şəhərində 21-25 fevral tarixlərində on beşinci IDEX-2021 beynəlxalq müdafiə sərgisi və altıncı NAVDEX-2021 dəniz sərgisi keçirilib. IDEX və NAVDEX sərgiləri BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın hamiliyi altında Müdafiə Nazirliyi və BƏƏ Silahlı Qüvvələrinin Baş Komandanlığının təşkilatçılığı ilə ADNEC mərkəzində keçirilmişdir. Sərgidə dünyanın 59 ölkəsindən 900 ixtisaslaşmış şirkət öz məhsul və xidmətlərini təqdim edib. BƏƏ-nin yerli şirkətləri iştirakçı şirkətlərin 16 faizini təşkil edib ki, bu da dünyanın 900 şirkəti arasından 144 milli şirkətdir. IDEX və NAVDEX-də Çin, Cənubi Koreya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, İsveçrə, Belarus, Türkiyə kimi dövlətlərin müdafiə sənayesi böyük miqyasda təmsil olunmuşdu. Builki sərgiyə ilk dəfə olaraq İsrail, Şimali Makedoniya, Lüksemburq, Portuqaliya kimi ölkələr də qatılıb. Postsovet respublikalarından daimi iştirakçılar olan Rusiya, Ukrayna və Belarusla yanaşı, bu il Azərbaycan və Ermənistan şirkətləri də sərgidə stendlə təmsil olunublar. Sərgidə Azərbaycan stendində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 106 adda müdafiə təyinatlı məmulat nümayiş olunduğu halda Ermənistan boş stendlə

təmsil olunub. Sərgidə qlobal müdafiə sektorundakı ən yeni texnologiyalar və yeniliklər nümayiş etdirilib. Nüfuzlu IDEX və NAVDEX sərgilərində 62 000-dən çox ziyarətçisi iştirak edib. Beş gün davam edən IDEX və NAVDEX pandemiyadan sonra keçirilən ilk beynalxalq sərgi kimi səciyyələndirilib. Sərgi çərçivəsində BƏƏ Silahlı Qüvvələri tərəfindən 20.957 milyard AED (5.7 milyard ABŞ dolları) dəyərində müqavilələr imzalanmışdır. Sərgilərin son günü 904.2

milyon AED (246,2 milyon ABŞ dolları) dəyərində beynəlxalq şirkətlərlə 5, yerli şirkətlərlə 15 müqavilə imzalanmışdır. IDEX-2021 və NAVDEX-2021 sərgilərində bir çox yeniliklərlə müşahidə olundu. POLİQON jurnalı olaraq ənənəvi olaraq bu il də IDEX və NAVDEX sərgilərindən Azərbaycan oxucusuna və hərbi ictimaiyyətinə maraqlı olacaq bəzi yenilikləri növbəti nömrəmizdə geniş işıqlandırmağa çalışacağıq.

MSN­in məhsulları IDEX­2021 sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndə heyəti fevralın 21dən 25-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilmiş IDEX-2021 beynəlxalq müdafiə sərgisində iştirak etmişdir. Dünyanın inkişaf etmiş 59 ölkəsindən 900-ə yaxın qabaqcıl şirkətin qatıldığı IDEX2021 sərgisində MSN-in müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, atıcı silahlar, minaatanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 106 adda müdafiə təyinatlı məmulat nümayiş olunub. Sərgi zamanı Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev BƏƏ-nin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirmişdir. Mədət Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini, Prezident işləri naziri Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşü zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğu-

26 www.poliqon.az

ran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Sərginin ikinci günündə müdafiə sənayesi naziri Mədət Quliyev Serbiyanın müdafiə naziri Nebojsa Stefanovicin başçılıq

etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və Serbiya arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.