Poliqon Jurnalı 3 (53) 2021

Page 44

“Roketsan”ın MAM sursatları yeni uğurlara imza atmağa hazırdır Qabiliyyət və performansını döyüş meydanında dəfələrlə sübut etmiş “Roketsan” şirkətinin MAM (Mini Ağıllı Sursat) ailəsi, Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri başda olmaqla bir çox ordunun inventarının zərbə gücü olmaqda davam edir.

MAM ailəsi

“Roketsan” mütəxəssislərinin sözlərinə görə, MAM ailəsinin yeni üzvü MAM-T ağıllı sursatı yaxın zamanlarda Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına veriləcək. MAM-L və MAM-C aviasiya sursatlarının təcrübələrindən irəliləyərək daha yüksək döyüş başlığı effektivliyi və daha uzun mənzil ehtiyacını qarşılamaq məqsədilə inkişaf etdirilən MAM-T-nin bir çox ölkə ordularının arsenalına girməsi gözlənilir. MAM-L və MAM-C saursatları rəqibləri ilə müqayisədə daha uzun mənzilə sahib olmaları və pilotsuz uçuş aparatından (PUA) hədəf aşkarlandığı halda “angaje” ola bilmələri ilə diqqət çəkir. Türkiyə Silahlı Qüvvələri başda olmaqla, Jandarma Baş Komandanlığı və Əmniyyət

42 www.poliqon.az

Baş İdarəsinin inventarında yer alan PUA-lara inteqrasiya edilən MAM-L 2016cı ildən, MAM-C isə 2018-ci ildən indiyə qədər əməliyyatlarda uğurla istifadə olunur. Sabit və hərəkətli hədəflərə qarşı yüksək vuruş dəqiqlikliyinə sahib MAM-L və MAM-C sursatları, istənilən hava şəraitində effektivlik göstərə bilir. MAM-C sursatı 8 kilometrə, MAM-L isə 14 kilometrə qədər mənzil aralığına sahib olmasıyla hədəflərin vurulmasında istifadə edildiyi platformanın aşkarlanma və zərərsizləşdirilmə riskini azaldır. Azərbaycanın zəfərində kritik rol oynadılar. Şirkətin açıqlamasına görə, başda PUA-lar olmaqla yüngül, faydalı yük-

daşıma tutumu olan hava plat formalarının effektivliyini artıran “Mini Ağıllı Sursat” məhsul ailəsi, Afrika, Asiya və Avropada dost və müttəfiq ölkələrin inventarında uğurla istifadə edilir. Arsenalında “Roketsan”ın bir çox həlli olan Azərbaycanın zəfərində kritik rol oynayan “Mini Ağıllı Sursatlar”, Avropa və NATO üzvü ölkələrin də diqqətini çəkərək, prioritet seçimləri arasında yerini alır. MAM­T PUA­lara yeni nəfəs gətirir “Roketsan” mütəxəssisləri tərəfindən orjinal olaraq inkişaf etdirilən MAM-T sursatının ilk atış testi cari ilin aprel ayının 22-də “Baykar” şirkətinin “Bayraktar Akıncı” taktiki pilotsuz uçuş


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.