I Fəsi̇ l
Tarix boyu formalaşan milli rəqs geyimlərinin səciyyəvi xüsusiyyətləri
I FƏSİL TARİX BOYU FORMALAŞAN MİLLİ RƏQS GEYİMLƏRİNİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
I.1. Müxtəlif xarakterli mərasim və məclislərdə musiqiçilərin və rəqqasların geyim nümunələrinin özəlliyi
Ə
qli-zəkası ilə yer üzünün əşrəfi, incisi sayılan insanlar müxtəlif ünsiyyət vasitələri ilə tarixin ayrı-ayrı dövrlərində həmişə diqqət mərkəzində olmuşlar. Rəqs nümunələri də belə təsirli ünsiyyət vasitələrdən sayılır. İnsanlar danışmaqdan qabaq rəqs etməyi bacarırdılar. Əvvəlcə rəqs, sonra söz, rəsm sənəti yaranıb. Axı həyatın əsasında hərəkət durur. Məhəbbət çağı gələndə də min bir rəng alıb, istəklisinin qabağında əsl mərasim rəqsi ifa edir. Bununla sanki səyyarələri, aləmləri belə nizamda saxlayan əzəli ritmə qoşulmuş olurlar. Dünyanı mehvərində saxlayan ritmə qoşulmaqla insanlar bütün işlərini tənzimləməyə, xeyir-dualı həyat tərzi ilə yaşamağa çalışmışlar. Tilsim, ovsun mərasimlərini rəqslə tamamlamış, ov, döyüş uğurlarını rəqslə nəzərə çatdırmışlar. And9