FƏSIL I
MEDALYER SƏNƏTI HAQQINDA ÜMUMI MƏLUMAT
FƏSIL I Medalyer sənəti haqqında ümumi məlumat. Medalyer sənətinin yaranması və əsas xüsusiyyətləri.
Y
aşadığımız hər bir gün özündə çoxdan ötüb keçmişlərin izlərini qoruyub saxlayır. Bu bir həqiqətdir ki, keçmişimizi bilmədən bu günümüzü anlamaq və gələcəyi qabaqcadan görmək mümkün deyil. Gələcəyimizin təşəkkülü və inkişafı da bilavasitə keçmişdən asılıdır. “Buna görə də insanların öz keçmişinə marağını insan şüurunun təbii inikası kimi başa düşmək lazımdır” (28, 6). Medalyer sənətinə maraq hələ qədim zamanlardan mövcuddur. Kiçik formalı heykəltəraşlığın bir sahəsi olan medalyer sənəti dünya xalqlarının mənəvi mədəniyyətini, o cümlədən, incəsənətin inkişaf tarixini tədqiq etmək üçün ən yaxşı mənbə hesab edilə bilər. Uzun illər Dövlət Ermitajının medallar bölməsinin mühafizi olmuş E. S. Şyukina bu sənət haqqında qeyd etmişdir: “Medalyer sənəti müasir dövr hadisələrinə operativ və cəld reaksiya verir, sikkə və medallar isə ölkə tarixinin salnaməsini təşkil edir” (186, 10).
15