Fotoqrafika

Page 15

|11

ÖN SÖZ

ÖN SÖZ Dünyamız bizə bəxş etdiyi ağlı-qaralı, acılı-şirinli yaşantıların axarında çox vaxt özünün möcüzəyə bərabər kəşfləri ilə bəzi hallarda “sınıq” görünən könlümüzü almış olur və baş verənlərə şahidlik edən hər birimiz sanki bütün dərd-sərini unudub, gördüklərinə rəğmən “Hələ yaşamağa dəyər!” deyirik. Əgər dünyanın “kəşflər saxlancı”nı bəşəriyyətə verdiyi töhfələrə görə dəyərləndirməli olsaq, onda heç şübhəsiz hazırda xoşbəxtlikdən az qala nəhayətsiz görünən bu siyahıda fotoqrafiyanın xüsusi yer tutduğunu vurgulamalıyıq. Doğrudan da bu gün duyulası zaman distansiyasından keçmişin arxada qalan və foto lentlərində əbədiləşən illərinə baxdıqda bir daha fotoqrafiyanın həyatımızda əvəzsiz yer tutduğuna əmin oluruq. Təbii ki, bəşəriyyət bu gün texniki tutumu ilə yanaşı həm də duyğulandırıcı bədii dəyər daşıyan fotoqrafiyadan məhrum olsaydı, daha dəqiq desək, XIX əsrdə kəşf olunan fotoaparat gerçəkliyi lentə köçürməklə həm də çəkdiklərinin gələcək nəsillər üçün bədiitarixi sənədə çevrilməsini şərtləndirməsəydi, bizim özümüzün və digər xalqların şərəfli keçmişi haqqında təsəvvürümüz və əyani bilgimiz çox az olardı. Dogrudan da fotoqrafiyanın XIX əsrdən başlayaraq dünya tarixində baş verən mühüm hadisələri olduğu kimi öz lent yaddaşında əbədiləşdirməsi qarşılığında, sayagəlməz müxtəlif tutumlu mühüm hadisələrin, zamanın axarını dəyişən möhtəşəm döyüşlərin, ucaldılan bənzərsiz qurğuların, görkəmli şəxsiyyətlərin görüntüsü əvəzsiz əmanət kimi nəsildən-nəsilə, sələflərdən-xələflərə ötürülən, sözün əsl mənasında tarixi əhəmiyyət kəsb edən sənədə çevrilmişlər. Etiraf etmək lazımdır ki, bəziləri ilk fotoqrafiya nümunələrində gerçəkliyin dəqiq əksini görəndə baş verən hadisəni “rəssamlıgın sonu” kimi dəyərləndirmişdilər. Təbii ki, mahiyyətcə bu belə deyildi. Belə ki, bu sənət növlərinin hər birinin gerçəkliyə münasibətdə ayrı və özünəməxsus estetikası vardı. Elə buna görə də onlar əslində bir-birinin yerini tutmağa iddialı da deyildilər. Baxmayaraq ki, fotoqrafiya ilə rəsmin ifadə dilində, bədii-estetik tutumunda duyulası oxşarlıq və yaxınlıq vardı. Yəqin ki, elə bu səbəbdən rəssamlıq kimi fotoqrafiya da sonrakı inkişaf mərhələlərində həm texniki, həm də bədii cəhətdən bütün mənalarda inkişaf etdi, özünün ifadə imkanlarını genişləndirdi. Zaman distansiyasından ötən dövrlərin ağ-qara fotolarının tarixi tutumunu nəzərə almasaq, onların bir qədər yeknəsək görünmələri qarşılıgında sonradan fotoqrafiyanın həm də rəngli görkəm alması yəqin ki, təbii istək idi. Hadisələrin axarında fotoya daha fərqli estetik münasibətin yaranması o qədər gücləndi ki, bu son nəticədə ağ-qara fotonun demək olar ki,


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.